Dərslik komplekti Müəlliflər: Seyidli Yaşar



Yüklə 178,13 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix04.05.2017
ölçüsü178,13 Kb.
1   2   3

   

Yenə  həmin  səhifədə ―Öyrəndiklərinizi  yoxlayın‖da evkalipti yalnız tropik 

bitki  hesab  etmək  olmaz.  Onun  adı  “yaxşı örtürəm”  kimi    tərcümə  olunur.  Belə  ki, 

evkaliptin  qönçələri  oduncaqlaşmış  çiçəkyanlığı  ilə  örtülmüş  olur.  Evkalipt  sağlam 

iqlim  təmin  edir.  Buna  görə  də  onu  “həyat  ağacı”,  “meşələrin  almazı”,  “möcüzələr 

ağacı”  da  adlandırırlar.  Evkaliptin  vətəni  Avstraliyadır.  Burada  onun  600-ə  yaxın 

növü  bitir.  Onların  arasında  nəhəng  evkalipt  kimi  rütubətli  iqlimdə  yaşayan  çox 

hündür  ağaclara,  eləcə  də  Mərkəzi  Avstraliyanın  səhralarında  yaşayan  alçaqboylu 

kollara da təsadüf olunur. Evkalipt əsasən tropik və ya subtropik iqlim bitkisidir, bəzi 

                                                                 

4

 http://ru.wikipedia .org/wiki/%D0%91%D0%BE%D0%B6%D1%8C%D0%B8_%D0%BA%  



D0%BE%D1%80%D0%BE%D0%B2%D0%BA%D0%B8  

10 

 

növləri  isə  mülayim,  soyuq  və  dağlıq  subtropik  ərazilərin  sakinidir.  Yüksək  dağlıq 



rayonlarda hətta –20 – 24°C şaxtaya dözə bilən növləri də mövcuddur.      

Səhifə 112-də ―Qurdlar, həşəratlar və digər onurğasızlarda bu maye bütün 

bədəndə  dövr edir  və  hemolimfa  adlanır‖ cümləsinin Bəzi qurdlar, həşəratlar və 

digər  onurğasızlarda bu  maye bütün bədəndə dövr  edir  və hemolimfa adlanır  kimi 

yazılması məqsədəuyğun hesab edilir. 



Səhifə  113-də  ―...  qurbağada,  kərtənkələdə,  ilanda  qan  ürəyin  şöbələrinin 

birində qarışır. Nəticədə onların bədən orqanlarına qarışıq qan daxil olur‖ fikri 

düzgün deyil.  Əslində  suda-quruda yaşayanlarda və sürünənlərdə baş beyinə  yalnız 

arterial qan daxil olur. 

Səhifə 126-da ―Açar sözlər‖dən  ―Tozluq, Yumurtalıq, Mayalanma‖ sözləri 

çıxarılmalıdır. 



 

Səhifə  127-128-də  toxumlar  və  torpaq  tipləri  haqqında  məlumatın  bir  qədər 

geniş verilməsi təklif edilir. 



Səhifə  130-da ―Kürüdən  çıxan  balıq  körpəsi  isə  böyüyərək  balığa çevrilir‖ 

cümləsi “Kürüdən çıxan balıq sürfəsi körpəyə, o isə böyüyərək yetkin balığa çevrilir” 

kimi yazılmalıdır. 

Yenə  həmin  səhifədə  ―Məməlilərin  (yumurtaqoyan  məməlilərdən  başqa) 

rüşeymi  dişinin  xüsusi  orqanı  olan  balalıqda  inkişaf  edir‖  cümləsinin 

Məməlilərin  (yumurtaqoyan  və  kisəli    məməlilərdən  başqa)  rüşeymi  dişinin  xüsusi 



orqanı olan balalıqda inkişaf edir kimi yazılması məqsədəuyğun hesab edilir. 

Səhifə 142-də ―Əlverişli  qarşılıqlı  münasibətlər‖ əvəzinə “Əlverişli qarşılıqlı 

münasibətlər — simbioz” yazılması məsləhətdir.     

Səhifə  144-də  “...  1966-cı  ildə  ilk  ―Qırmızı  kitab‖  nəşr  olundu‖  cümləsi 

yanlışdır. İlk “Qırmızı kitab” 1963-cü ildə nəşr olunub

5

.  


Yenə  həmin  səhifədə ―Azərbaycanda  ... 12  qoruq  ...  var” cümləsi  yanlışdır.   

Azərbaycanda  11  qoruq  var.  Bu  cür  məlumatlar  mötəbər  rəsmi  mənbələrdən 

götürülməlidir.  Məsələn,  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  saytından

6

 (Bu 



səhv 146-cı səhifədə də təkrarlanıb). 

Səhifə 145-də ―Açar sözlər”də  ―Qorunan ərazilər‖  sözləri artıqdır. 

                                                                 

5

 http://ru.wikipedia .org/wiki/%D0%9A%D1%80%D0%B0%D1%81%D0%BD%D0%B0%  



D1%8F_%D0%BA%D0%BD%D0%B8%D0%B3%D0%B0 

6

 http://www.eco.gov.az/b-qoruqlar.php 



11 

 

Səhifə  154-də  ―Güman  edilir  ki,  onların  əcdadları  –  vəhşi  halda  yaşayan 



Prjevalski  atları  və  tarpanlardır‖  əvəzinə  “Güman  edilir  ki,  onların  əcdadları  – 

əvvəllər təbiətdə vəhşi halda yaşamış Prjevalski atları və tarpanlardır” yazılmalıdır. 

Belə  ki,  hal-hazırda  təbiətdə  Prjevalski  atları  və  tarpanlar  yoxdur,  Prjevalski  atları 

yalnız  zooparklarda  qalmış,  tarpanların  isə  nəsli  təqribən  100  il  bundan  əvvəl 

kəsilmişdir. 



Səhifə 155-də ―Məsələn, insan çiy süd içdikdə və ya duzsuz pendir yedikdə 

brusellyozla  xəstələnir‖  cümləsinin  Məsələn,  insan  çiy  süd  içdikdə  və  ya  duzsuz 

pendir  yedikdə brusellyozla  xəstələnə  bilər”  kimi  verilməsi  daha  məqsədəuyğundur. 

Belə ki, qaramalın brusellyoza yoluxması mütləq deyil. 



Səhifə  158-də  ―Düzgün  qidalanma‖  mövzusunda  motivasiya  üçün  şagirdlərə 

belə  bir  mətn  təqdim  olunur:  ―Məşhur  səyahətçi  Alonso  de  Oheda  Cənubi 



Amerikaya  etdiyi  ekspedisiyaların  birində  bir  neçə  dənizçini  xəstə  olduqlarına 

görə  bir  adada  qoyub  getmək  məcburiyyətində  qalır.  Bir  neçə  aydan  sonra 

adaya  qayıdan  səyahətçi  dənizçilərin  sağ  və salamat olduqlarını  görüb  heyrətə 

gəlir.  Həmin  adanı  Kurasao  adlandırırlar  (portuqal  dilində  ―kure‖  –  şəfa 

verən)‖. 

Sonra isə şagirdlərə aşağıdakı sual verilir: ―Dənizçilərin sağalmasının səbəbi nə 



ola bilər?‖ 

Göründüyü  kimi,  şagirdlərin  verə  biləcəyi  istənilən  cavab  bu  mövzu  ilə  bağlı 

olmayacaq  və  orada  aşılanmaq  istənən  fikirləri  dəstəkləməyəcək.  Çünki  xəstə 

dənizçilərin  kimsəsiz  adada özlərinə  lazımi  qidaları  tapıb  düzgün  qidalanmalarından 

söhbət  belə  gedə  bilməz.  Onlar  əllərinə  keçəni,  hətta  tanımadıqları  şeyləri  yeməyə 

məhkumdurlar. 

Əslində  isə  söhbət  C  vitamininin  çatışmazlığı  ilə  bağlı  olan  sinqa  xəstəliyindən 

gedir.  Dənizçilər  adada  bitən  və  C  vitamini  ilə  zəngin  olan  meyvələrlə  qidalanma 

nəticəsində salamat qalırlar. 

Deməli, bu mətn, ―Düzgün qidalanma‖ya deyil, ―Dərman bitkiləri‖ mövzusuna 

aiddir. 

Dərsliyin  rus  dilində  olan  variantında  da  müəyyən  qüsurlar  var.  Bunlar 

aşağıdakılardır: 

Səhifə  15-də  ―экология‖  sözünün  mənası  ―дом,  родина‖  kimi  izah 

olunmuşdur.  Dərsliyin  Azərbaycan  dilində  olan  variantında  isə      ―ev,  yaşayış 



12 

 

məskəni‖  kimi  verilmişdir.    Yaşayış  məskəni  –  “местообитание”    kimi  tərcümə 

edilir. 

Səhifə 18-də ―Açar sözlər‖dən ―Рост и развитие‖ sözləri çıxarılmalıdır. 

Səhifə 20-də ―Сходные отряды объединяют в классы, классы в типы (у 

животных)  и  в  порядки  (у  растений),  которые  в  свою  очередь  входят  в 

состав  царств‖  cümləsi  “Сходные  отряды  объединяют  в  классы,  классы  в 

типы ( у животных) и в отделы (у растений), которые в свою очередь входят 

в состав царств” kimi yazılmalıdır. 

Səhifə 21-də ―Açar sözlər‖dən ―Вид‖  sözü çıxarılmalıdır. 

Səhifə 22-də sxemdə insanın “Hominidae” fəsiləsinə aid olduğu göstərilməli idi. 

Səhifə  23-də  ―Nə  öyrəndiniz‖də  ―речь‖    sözünü  “роль”  ilə  əvəz  etmək 

lazımdır. 



Səhifə 27-də verilmiş sözlərin mənasının, dərsliyin Azərbaycan dilin variantında 

olduğu kimi, dırnaqda (“”) verilməsi məsləhətdir. 



Yenə həmin səhifədə ―с ручкой‖ əvəzinə “рукояткой” yazılmalıdır. 

Səhifə  35-də    ―факторами‖  deyil,  “условиями”  yazılmalıdır.  Dərsliyin 

Azərbaycan dilində olan variantında ―əlverişli şərait” yazılmışdır.  



Səhifə 42-də ―Öyrəndiklərinizi yoxlayın‖da ―без вакуолей‖ ifadəsi  dərsliyin 

Azərbaycan dilində olan variantında  verilməmişdir. 



Səhifə  43-də  ―Образована  живыми  клетками  с  тонкими  стенками‖  

cümləsində  ―стенками‖ deyil,    “оболочками”    yazılmalıdır.  Dərsliyin  Azərbaycan 

dilində olan variantında ―nazik qılaflı‖ yazılmışdır.    

Səhifə 44-də  dərsliyin  Azərbaycan  dilində  olan  variantında  ―Öyrəndiklərinizi 

yoxlayın‖da ―a. Çinarın  gövdəsinin  qabığı‖, dərsliyin  rus  dilində  olan  variantında 

isə  ―a.  кора  тополя‖  verilmişdir.  Burada  тополь  –  qovaq  bitkisidir.  Yenə  də 

burada çinarın gövdəsinin özəyi  yazılması daha dəqiq olar.  Belə ki,  qabıq olduqca 

mürəkkəbdir, çoxlu toxuma növündən ibarətdir. 



Səhifə  45-də  ―По  особенностям  строения  и  месторасположению  …‖ 

cümləsi  dərsliyin  Azərbaycan  dilində  olan  variantında  ―Quruluş  xüsusiyyətinə  və 



yerinə  yetirdikləri  funksiyalara  görə  ...‖  kimidir.    Bu  cümlənin  tərcüməsi  “По 

особенностям строения и выполняемым функциям …” kimi yazılmalıdır. 

Səhifə 46-da ―Öyrəndiklərinizi tətbiq edin‖də cədvəldə ―Эпителий‖   deyil

Эпителиальная  yazılmalıdır.   



13 

 

Səhifə 47-də ―С‖ hərfini  adi şriftlə yazmaq lazımdır. 



Səhifə  49-da  ―Öyrəndiklərinizi  tətbiq  edin‖də  şərti  “Найдите 

соответствие  между  системой  органов  и  органами.”    kimi  yazmaq  lazımdır. 

Burada  ―8.  Скелет‖  əvəzinə    “8. кость  ”    yazılmalıdır.  Çünki  skelet  orqan  deyil, 

orqanlar sistemidir. 

Yenə  həmin  səhifədə  “Nə  öyrəndiniz”də    dərsliyin  Azərbaycan  dilində  olan 

variantında olduğu kimi “-” olmalıdır. 



Səhifə 52-də  ―Деятельностья‖  əvəzinə “Деятельность olmalıdır.  

Səhifə  53-də    dərsliyin  Azərbaycan  dilində  olan  variantından  fərqli  olaraq 

―Вегетативные и генеративные почки‖  başlığı unudulmuşdur.  

Səhifə  56-da ―Fəaliyyət  1‖də ―Сделайте  продольный  срез  ветки  тополя, 

отделите  верхний  слой,  ...‖  cümləsində  ―верхний‖  əvəzinə  “наружный” 

yazılmalıdır. 



Səhifə 57-də “Açar sözlər‖dən ―флоэма‖ sözü  çıxarılmalıdır. 

Səhifə  62-də  ―Öyrəndiklərinizi  tətbiq  edin‖də  cədvəldən  ―мякоти  листа‖  

çıxarılmalıdır.  Bu dərsliyin Azərbaycan dilində olan variantında verilməmişdir.  



Yenə  həmin  səhifədə  ―...  а  по  сосудам  в  лист  попадают  вода  и  

минеральные  соли  ‖ cümləsində    ―попадают‖  sözünün  əvəzinə    “поступают” 

yazılmalıdır.   



Səhifə  65-də  ―Açar  sözlər‖dən    ―Корневые  волоски‖  и  ―Виды  корней‖  

ifadələri çıxarılmalıdır. 



Səhifə  66-da  ―Fəaliyyət  1‖də  ―...  подземную  часть  свинорой  – 

корневище‖ əvəzinə “... подземную часть свинороя – корневище” yazılmalıdır. 

Səhifə 67-də ―Луковица. Клубни‖  hissəsi dərsliyin Azərbaycan dilində olan 

variantındakı kimi verilməlidir. 

Burada  ―Такие  растения  быстро  растут‖  deyil,  “Такие  корни  быстро 

растут olmalıdır. 

Səhifə  70-də  ―Это  интересно‖  əvəzinə  dərsliyin  Azərbaycan  dilində  olan 

variantına uyğun olaraq ―Знаете ли вы?‖ yazılmalıdır. 



Yenə həmin səhifədə ―Примером этого могут служить листья капусты‖ 

cümləsi  düzgün  tərcümə  olunmamışdır.  Dərsliyin  Azərbaycan  dilində  olan 

variantında ―Kələmin alt yarpaqları buna misal ola bilər‖ yazılmışdır. 


14 

 

Səhifə  71-də  dərsliyin  Azərbaycan  dilində  olan  variantında  olduğu  kimi, 

непентеса (кувшиночник)  yazılmalıdır. 

Yenə  həmin  səhifədə  birinci  cümlədə  ―В  почве‖  əvəzinə  “В  почвах” 

yazılmalıdır. 



Yenə  həmin  səhifədə  ―Öyrəndiklərinizi  yoxlayın‖da  ―1.  Укажите,  какие 

органы  и  у  растений  подверглись  видоизменениям‖  əvəzinə  “1.  Укажите, 

какие органы растений подверглись видоизменениям” yazılması məsləhətdir. 

Səhifə 72-də ―Ümumiləşdirici  tapşırıqlar‖da 4-cü tapşırıqda ―тканей‖ deyil,  

частей” yazılmalıdır.  



Yenə  həmin  səhifədə  6.  Определите  видоизменение  листь  и  побегов 

растений‖  deyil,    “Определите  видоизменение  листьев  и  побегов  растений.” 

yazılmalıdır. 



Səhifə  77-də  ―Сложный  колос  состоит  из  нескольких  …‖  cümləsində 

состоит  из  нескольких‖  ifadəsi  adi  şriftlə  yazılmalıdır.  Həmçinin  buraya 



―колосков‖ sözü əlavə edilməlidir.  

Yenə  həmin  səhifədə  dərsliyin  Azərbaycan  dilində  olan  variantında   

―Üçyarpaq  və  qırmızıbaş  yonca‖,  dərsliyin  rus  dilində  olan  variantında  isə 

―клевер‖  yazılmışdır,  “трехлистовый  и  красноголовый  клевер”    yazılarsa,  daha 

doğru olar. 



Yenə  həmin  səhifədə  ―Öyrəndiklərinizi  yoxlayın‖da    krossvorda  bir  xana 

əlavə etmək lazımdır. 



Səhifə  79-da  ―Обратите  внимание  на  их  форму,  цвет  и  место 

прикрепления семени  к  околоплоднику  – рубчик‖ cümləsi düzgün deyil. Belə 

ki,  göbəkcik  toxumun  meyvəyanlığına  birləşdiyi  yer  deyil,  toxumu  meyvəyanlığına 

birləşdirən toxum saplağının izidir.  

Səhifə 86-da    ―Обобщающие задания”da   tapşırıq 3-də  ―вид растения‖  

deyil, “название растения” yazılmalıdır.  



Səhifə 90-da ―Açar sözlər‖dən   ―Рост‖ sözü  çıxarılmalıdır. 

Səhifə  93-də  ―Açar  sözlər‖dən  ―Лазающие  стебли‖  və  ―Вьющиеся 

стебли‖  ifadələri çıxarılmalıdır

.

  



Səhifə  94-də  ―Fəaliyyət‖də  ―Срежьте  стебель  комнатного  растения, 

оставив  2-3  см  высотой‖  deyil,  “Срежьте  стебель  комнатного  растения, 

15 

 

оставив  пенек  высотой  2-3  см”  yazılmalıdır.  Bundan  başqa,  bu  təcrübədə  rezin 

boruya su tökmək lazımdır. 

Səhifə  95-də  cədvəldə  ―Ускоряет  рост  стебля  и  листьев.  Ускоряет 

цветение, развитие и созревание плодов. Усиливает рост корней, луковиц и 

клубней,  повышает  морозо  -  и засухоустойчивость‖ deyil,  “Ускоряют  рост 

стебля  и  листьев.  Ускоряют  цветение,  развитие  и  созревание  плодов. 

Усиливают рост корней, луковиц, клубней и корнеклубней, повышают морозо - 

и засухоустойчивость” yazılmalıdır.  

Yenə  həmin  səhifədə  ―Açar  sözlər‖dən      ―Органические  удобрения‖  və 

―Минеральные удобрения‖  ifadələri çıxarılmalıdır. 

Səhifə  98-də  ―Açar  sözlər‖dən  ―Автотрофное  питание‖  ifadəsi 

çıxarılmalıdır. 

Səhifə  100-də  ―-  это  всеядные  животные.  К  ним  относятся  такие 

животные  как  обезьяна,  ѐж,  бурый  медведь,  кабан‖  cümləsində  meymun 

terminini işlətmək korrekt deyil. Belə ki, meymunların 200-dən çox növü var və onlar 

müxtəlif  mənşəli  qidalarla  qidalanırlar:  qorillalar  vegetariandırlar,  bəzi  meymunlar 

sırf  cücüyeyəndirlər  və  s.  Burada  konkret  növün  və  ya  cinsin  adının  verilməsi 

(məsələn, şimpanze) yaxşı olar.   

Səhifə  101-də  ―Öyrəndiklərinizi  tətbiq  edin‖də  verilmiş  ―Животные, 

поедающие остатки животных и растений‖ cümləsi düzgün deyil. Belə ki, bitki 

qalıqları ilə qidalanan heyvanlar cəsədyeyən sayılmır. 



Səhifə  106-da  ―Nə  öyrəndiniz‖  ―...  выде-ляют  углекислый  газ‖ 

ifadəsindən “-” götürülməlidir. 



Səhifə 113-dəki ―... так что к органам тела поступает смешанная кровь‖ 

fikri doğru deyil. Çünki əslində suda-quruda yaşayanlarda və sürünənlərdə baş beyin 

arterial qanla qidalanır.

 

 



Yenə  həmin  səhifədə  ―Сосуды,  по  которым  кровь  движется  к  сердцу, 

называются  артериями,  от  сердца  –  венами‖    deyil,    “Сосуды,  по  которым 

кровь  движется  к  сердцу,  называются  -  венами,  от  сердца  –  артериями 

yazılmalıdır.  



Səhifə  116-da  ―Такие  одноклеточные  организмы,  как  амеба 

обыкновенная,  эвглена  зеленая  и  бактерии,  размножается  делением 

16 

 

пополам‖  cümləsində  ―размножается‖  deyil,  “размножаются”  yazmaq 

lazımdır. 

Səhifə  118-də  ―qaymaqotu  –  чистяк‖  deyil,  “qaymaqçiçəyi  –  лютик”  

yazılmalıdır.   



Səhifə  123-də  ―Açar  sözlər‖dən  ―Опыление  ветром‖,  ―Опыление 

насекомыми‖ və  ―Искусственное опыление‖ ifadələri çıxarılmalıdır. 

Səhifə 124-də  “С.Г. Навашин  русский ученый” yazılmalıdır. 

Səhifə  126-da  ―Açar  sözlər‖dən  ―Пыльник,  Завязь,  Oплодотворение‖ 

sözləri çıxarılmalıdır. 



Səhifə  134-də  ―Обобщающие  задания‖da  tapşırıq  5-də  С  bəndindəki   

―Пыльцы  у  __  растений  немного‖  artıqdır.  Çünki  Azərbaycan  dilində  olan 

variantda bu ifadə verilməmişdir. 



Səhifə 137-də ―Самораспространяющиеся растения‖ terminini “Растения 

самостоятельно распространяющие семена” termini ilə əvəz etmək lazımdır. 

Səhifə  138-də  ―Nə  öyrəndiniz‖də    ―Бешенный  огурец,  фасоль  и  мак 

распространяют  семена_‖    deyil,  “Бешенный  огурец,  фасоль  и  мак  сами  ___ 

семена” yazılmalıdır. 

Səhifə 146-da ―На территории Азербайджана действуют  12 природных 

заповедников‖  cümləsi  “На  территории  Азербайджана  действуют    12 

государственных заповедников” kimi yazılmalıdır. 

Səhifə  147-da  ―дрофа‖  deyil,  “обыкновенная  дрофа”  (adi  dovdaq)  

yazılmalıdır. 

 

2. Dil və yazı üslubu baxımından 

 

Dərslikdə təlim materialları sadə, anlaşıqlı dildə verilmiş, materialların seçimində 



şagirdlərin  yaş  xüsusiyyətləri  nəzərə  alınmışdır.  Bununla  yanaşı,  bəzi  düzəlişlərin 

edilməsi məqsədəuyğun hesab edilir. 



Səhifə 52-də ―Motivasiya‖da “şöhbət” deyil, “söhbət”  olmalıdır. 

Səhifə  58-də  ―Motivasiya‖da  ―salmaq‖  sözü  sətirdən-sətrə  düzgün 

keçirilməmişdir. 



Səhifə  59-da  ―paralel  damarlanma  –  iri  damarlar  yarpaq  ayasında 

bir-birinə  paralel  keçir‖  fikrinin  paralel  damarlanma  –  iri  damarlar  yarpaq 

ayasında bir-birinə paralel yerləşir kimi verilməsi daha doğru olar. 

17 

 

Səhifə 88-də  ―caatda‖ deyil, “saatda yazılmalıdır.     

 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dərslikdə  hər  bir  mövzuya  aid  şəkillərin  verilməsi  şagirdlərdə  canlılar  aləmi 



haqqında  daha  geniş  təsəvvürlər  yaradaraq,  onlarda  ətraf  aləmi  dərk  etməyə  və 

verilmiş materialları daha dərindən öyrənməyə kömək edir. 

Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:  

Dərsliyin rus dilində olan variantında səhifə  17-də şəkildə ―Пар‖, Azərbaycan 

dilində  olan  variantda  isə      ―Su  buxarı‖    yazılmışdır.  Ona  görə  də  dərsliyin  rus 

dilində olan variantında “Водяной пар” yazılması məsləhətdir. 



Səhifə 30-da şəkillərdə bəzi xətlər artıqdır - yazıları yoxdur.  

Səhifə  39-da dərsliyin  rus  dilində  olan  variantında  şəkildə  mötərizə  içərisində  

―колония‖  yazılmışdır.  Dərsliyin  Azərbaycan  dilində  olan  variantında    isə  bu  söz 

verilməmişdir. 



Səhifə  53-də  şəkildə  sağdan  xətlərlə  meyvəyanlığı  və  çəyirdək  göstərilmişdir. 

Əslində  çəyirdək  meyvəyanlığının  daşlaşmış  daxili  hissəsidir.  Şəklə  əsasən 

şagirdlərdə elə təsəvvür yarana bilər ki, çəyirdək toxumun müstəqil bir hissəsidir.  

Səhifə  62-də  səhv  olaraq  şəkildə  yarpağın  (ayasının)  demək  olar  ki,  bütün 

toxumaları və o cümlədən dəriciyin şəffaf hüceyrələri yaşıl rənglə boyanmışdır.  



Səhifə  69-da  qovuqlu  bitkisinin  şəkli  aydın  təsvir  olunmamışdır.  Burada 

bitkinin bir neçə yarpağının böyüdülmüş şəkildə verilməsi yaxşı olar.  



Səhifə  74-də  dərsliyin  rus  dilində  olan  variantında  şəkilin  altında  ―Цветки 

ивы‖ deyil, Соцветия ивы yazılmalıdır. 

Səhifə 81-də şəkildə noxud toxumunun qabığı çox qalın verilmişdir.  

səhifə  103-də  dərsliyin  rus  dilində  olan  variantında  şəkildə  “с  корнями 

растения” deyil, “с корнями дерева yazılmalıdır.  

Səhifə  105-də  şəkildə  ağızcıq  aydın  görünmür.  Dəricik  isə  səhvən  bütünlüklə 

yaşıl rəngə boyanmışdır.   



Səhifə  114-də  infuzor-tərliyin  şəkilində  ―ifrazat  vakuolu‖  deyil,  “ifrazat 

vakuolları” yazılmalıdır. 

Səhifə 131-də   şəkildə     ―Bölünmə‖  deyil,  “Parçalanma”  yazılması  məsləhət 

görülür. 


1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə