Dərslik komplekti Müəlliflər: Seyidli Yaşar



Yüklə 178,13 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix04.05.2017
ölçüsü178,13 Kb.
1   2   3

Səhifə  137-də  dərsliyin  rus  dilində  olan  variantında  ikinci  şəkildə  ―Волоски 

(тростник)‖ deyil, “Волоски ( рогоз)” yazılmalıdır. 

Səhifə 160-da yuxarıdakı üçüncü şəkil aydın deyil. 

 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Hər  bir  mövzuda  verilmiş  ―Öyrəndiklərinizi  tətbiq  edin‖,  ―Öyrəndiklərinizi 



yoxlayın‖,  ―Nə  öyrəndiniz‖  bölmələrində  cədvəl,  şəkil  və  test  şəklində  verilmiş 

tapşırıqlar  şagirdlərdə  bu  mövzuya  aid  olan  bilikləri  təhlil  etmək,  digər  mövzularla 

əlaqə  yaratmaq,  qazandıqları  bilik  və  bacarıqları  tətbiq  etmək  kimi  müsbət 

keyfiyyətlərin  formalaşmasına  imkan  verir.  Hər  fəslin  sonunda  verilmiş 



―Ümumiləşdirici  tapşırıqlar‖  isə  şagirdlərin  fəsil  üzrə  qazandıqları  bilik  və 

bacarıqları  ümumiləşdirərək,  canlı  orqanizmlərin  quruluşunu  daha  dərindən 

öyrənməsinə xidmət edir. 

Bununla  yanaşı,  dərslik  komplektində  müəyyən  qüsurlar  da  var.  Bunlar 

aşağıdakılardır:  

Səhifə  46-da  ―Öyrəndiklərinizi  yoxlayın‖da  ―Heyvanların  dərisi  hansı 

toxumadan  əmələ  gəlib‖  sualının  çıxarılması  məsləhətdir.  Burada  hansı  heyvanın 

dərisinin  toxumaları  soruşulur?  Axı  şagirdlər  hələ  bütün  heyvanlar  və  onların 

dərisinin quruluşu haqqında təsəvvürə malik deyillər. 

Səhifə  47-də  ―Fəaliyyət  1‖də  ―Şəkillərdə  hansı  orqanlar  sistemi 

göstərilmişdir?‖  soruşulur.  Şagirdlər  şəkildəki  canlılarda  təsvir  olunan  bütün  orqan 

sistemlərini  hələ  öyrənməyiblər.  Daha  sonra  isə  ―Şəkildəki  digər  sistemin 



funksiyası  nədir?‖  soruşulur.  Burada  ―digər  sistem‖  dedikdə  nə  başa  düşüldüyü 

aydın deyil. 



Səhifə  50-də  ―Ümumiləşdirici  tapşırıqlar‖da  ―parazit/saprofit‖  deyil, 

dərsliyin  rus  dilində  olan  variantında  olduğu  kimi  ―parazit/sianobakteriya‖  

olmalıdır. 

Səhifə 64-də ―Fəaliyyət 2‖də sonuncu suala cavab vermək mümkün deyil. 

Səhifə  72-də  ―Ümumiləşdirici  tapşırıqlar‖da  şagirdlərdən  yumurtacığın 

harada  yerləşməsi  soruşulur,  halbuki  proqram  üzrə  bu  mövzu  hələ  tədris 

edilməmişdir.  


19 

 

Səhifə  101-də  ―Öyrəndiklərinizi  yoxlayın‖da  suallara  cavab  vermək  üçün 

lazım olan informasiya dərslikdə tam əks olunmamışdır.  

Səhifə  108-də  ―Öyrəndiklərinizi  tətbiq  edin‖də  şəkillə  bağlı  suala  cavab 

vermək üçün dərslikdəki məlumat kifayət deyil.  



Səhifə  139  və 141-də ―Fəaliyyət  1‖dəki suallara cavab vermək üçün dərslikdə 

kifayət qədər məlumat verilməmişdir. 



                

 

5. ―Müəllim üçün metodik vəsait‖in (MMV-nin) 



məzmununun işlənməsi baxımından 

 

Vəsaitdə    dərslik  və  MMV-dən  istifadə  qaydaları,  dərslik  komplektinin 

mövzular  üzrə  strukturu,  fənn  proqramı  haqqında  məlumat,  fənn  üzrə  məzmun 

standartları,  fənn  üzrə  məzmun  standartlarının  reallaşma  cədvəli,  fənlərarası 

inteqrasiya  cədvəli,  fənnin  tədrisində  istifadə  olunan  təlim  forma  və  üsulları, 

mövzuların  illik  planlaşdırılmasına  dair  nümunələr,  şagird  nailiyyətlərinin 

qiymətləndirilməsinə  dair  tövsiyələr,  mövzuların  gündəlik  planlaşdırılmasına  dair 

nümunələr,  summativ  qiymətləndirmə  vasitələri  haqqında  məlumat  verilmişdir. 

Burada şagirdlərin tədris olunan materialı daha yaxşı mənimsəmələri və əldə etdikləri 

bilikləri  sistemləşdirmələri  üçün  nəzərdə  tutulan  cədvəllər  və  sxemlərin  verilməsi, 

qiymətləndirmə üçün təqdim olunan testlərin tərtibatı və məzmunu təqdirəlayiqdir.  

Bununla yanaşı,  MMV-də müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:

 

MMV-də dərsliyin bütün səhifələrinin yalnız lupa ilə oxunacaq şəkil formasında 



təkrar verilməsi məqsədəuyğun hesab edilmir. 

 ―Qiymətləndirmə  meyarları‖nın  5-ci  maddəsi  vəsaitdə  əlavə  materialların 

olmasını tələb edir. 

Vəsaitdə  mütəmadi  olaraq  ―Həyat  bilgisi‖  dərsliklərindəki  məlumatlara  istinad 

olunur, halbuki bu dərsliklərin özü hələ tam işlənməmişdir. 

Səhifə  5-6-da  ―Bitki  və  heyvanların  insan  həyatında  rolu‖  cümləsi  “Bitki, 

göbələk, bakteriya və heyvanların insan həyatında rolu” kimi yazılmalıdır. 

Səhifə  23-də  1-ci  abzasda  ―müəllimtəbii‖  sözü  “müəllim  təbii”  kimi 

yazılmalıdır. 



 Səhifə  27-də  verilmiş  cədvəllə  dərsliyin  rus  dilində  olan  variantının  müvafiq 

səhifəsindəki (səh. 29) cədvəl bir-birindən fərqlənir. Burada cədvəlin sonuncu hissəsi 



20 

 

üç bölməli olub, daha əyanidir. Azərbaycan dilində olan variantdakı cədvəldən ―cücə 



çıxır‖  ifadəsinin  qarşısındakı  xanada  ―yaşamaq  və  böyümək  üçün‖  ifadəsini 

böyümək və inkişaf etmək üçün” ifadəsi ilə əvəz etmək məsləhətdir.  



Səhifə  32-də  ―baş  barmağın  digər  barmaqlara  qarşı  yerləşməsi,  yastı 

dırnaqlar‖  fikrinin  “əldəki  baş  barmağın digər  barmaqlara qarşı  yerləşməsi,  yastı 

dırnaqlar” kimi yazılması daha yaxşı olar. 

Yenə həmin səhifədə ― ... insanın əqli qabiliyyəti heyvanlara nisbətən daha 

yüksəkdir‖  ifadəsinin  tamamilə  çıxarılması  məsləhətdir.  Çünki  sonrakı  cümlələrdə 

insanın  heyvanlardan  fərqli  olaraq,  yüksək  şüura  və  təfəkkürə  malik  olması  qeyd 

edilmişdir.  

Səhifə  37-də  canlı  varlıqların  hüceyrələrinin  çox  kiçik  olmaları  və  onları 

böyüdücü cihazların köməyi olmadan öyrənməyin mümkün olmaması barədə verilən 

məlumatla yanaşı, eyni zamanda bəzi hüceyrələrin (quşun yumurta hüceyrəsi) çox iri 

olması və adi gözlə görünməsi də vurğulanmalıdır. 



Səhifə  38-də  ―Son  hissəni  təhlil  edərkən  müəllim  plastidlər  haqqında 

məlumat  verir,  onların  yalnız  bitki  hüceyrəsində  olduğunu  vurğulayır‖ 

cümləsinin  “Son  hissəni  təhlil  edərkən  müəllim  plastidlər  haqqında  məlumat  verir, 



onların  bitki  və  bəzi  ibtidai  heyvan  hüceyrələrində  olduğunu  vurğulayır  kimi 

verilməsi daha yaxşı olar.  



Səhifə 47-də ―Öyrəndiklərinizi yoxlayın‖da tapşırığın cavabı ―1. 1-b,d; 2.-a,e;  

3.-c,ç‖ kimidir. Buradan, “ç” çıxarılmalıdır.  

Səhifə  50-də  cədvəldə  ―Toxuma  növü‖  deyil,  “Toxuma  qrupu  və  ya  tipi” 

yazılmalıdır.  Belə  ki,  epiteli,  birləşdirici,  sinir  və  əzələ  -  toxuma  qruplarıdır, onların 

hər birinin öz növləri var.  

Yenə  həmin  səhifədə  ―Orqanizmdə  dərinin  üst  səthini  epiteli  toxuması 

örtür‖  cümləsinin  “Orqanizmdə  dərinin  üst  səthi  epiteli  toxumasından  təşkil 

olunmuşdur” kimi yazılması məsləhətdir.  

Səhifə  54-də  birləşdirici  və  əzələ  toxumalarının  xarakteristikası  uğurlu 

verilməmişdir.  Əzələ  toxuması  da  liflərdən  təşkil  olunmuşdur,  eləcə  də  birləşdirici 

toxumanın da (lifli birləşdirici toxuma) tərkibində liflər var. 

Burada ―Balıqlar ağciyərlər vasitəsi ilə tənəffüs edir‖ cümləsi “Əksər balıqlar 



ağciyərlər vasitəsi ilə tənəffüs edir” kimi yazılmalıdır. 

Səhifə  60-da  ―Yarpağın  kənarının  forması  necədir?‖  soruşulur,  lakin  

dərslikdə bu barədə məlumat verilməmişdir.  



21 

 

Səhifə 65-də ―Gövdə yumrusunun tumurcuqları necə adlanır?‖ sualı korrekt 

deyil. Belə ki, burada gözcüklər nəzərdə tutulur, gözcüklər  isə tumurcuq deyil, içində 

2-3  tumurcuq  yerləşən  çökəklikdir.  Sualı  belə  yazmaq  olar:  “Gövdə  yumrusunun 



hansı növ tumurcuqları var?” Cavab isə təpə və yan tumurcuqlardır. 

Səhifə  79-da  7-ci  sual  korrekt  deyil.  Verilmiş  variantlardakı  bütün  cavablar 

doğrudur. 



Səhifə 86-da  sxemdə  ―bitki  və  heyvan  qalıqları‖  əvəzinə  “çürüntü”  yazmaq 

lazımdır. Belə ki, çürüntüdə həm də bakteriya və göbələk qalıqları olur. 



Səhifə  146-da  ―Motivasiya‖da  şəkildə  canlı  və  cansız  təbiət  obyektləri  təsvir 

olunmuşdur.  ―Müəllim  sinfə  müraciət  edir:  Burada  nə  əks  olunub?  (təbii 



varlıqlar)”  Bu  hissənin  dərsliyin  rus  dilində  olan  variantında  olduğu  kimi  “Müəllim  

sinfə  müraciət  edir:  Burada nə  əks  olunub?  (təbii  obyektlər)”  yazılması  daha  dəqiq 

olar. 


Səhifə  150-də  ―Motivasiya‖da  şəkildə  ―inciçiçəyi‖nin  təsviri  verilmiş,  suala 

cavabda isə o, yanlış olaraq “zəngçiçəyi” adlandırılmışdır.  



Səhifə  157-də  fotoperiodizm  –  canlıların  günün  uzunluğuna  qarşı  reaksiyası 

anlayışı  ilə  işıqsevən,  kölgəsevən  bitkilər  qarışdırılmışdır.  Əvvəlcə  uzungünlü, 

qısagünlü, daha sonra isə  işıqsevən, kölgəsevən bitkilər haqqında məlumat  verilməsi 

təklif edilir. 



Səhifə  158-də  ―Ayı  kimi  qışda  özlərinə  yem  tapa  bilməyən  heyvanlar  qış 

yuxusuna gedirlər, quşlar isti, yem çox olan ölkələrə uçurlar‖ cümləsinin “Qonur 

ayı  (və  ya  boz  ayı)  kimi  qışda  özlərinə  yem  tapa  bilməyən  heyvanlar  qış  yuxusuna 

gedirlər,  quşlar  isti,  yem  çox  olan  ölkələrə  uçurlar”  kimi  yazılması  məqsədəuyğun 

hesab edilir. 

“Müəllim  üçün  metodik  vəsait”in  (MMV-nin) 

 

rus  dilində  olan  variantında  da 



müəyyən qüsurlar var. Bunlar aşağıdakılardır: 

Səhifə  27-də  cədvəlin  3-cü  sütunundakı  ―не  полностью‖  ifadəsini  çıxartmaq 

lazımdır. 

 Səhifə  33-də  ―пятипалая  конечность  с  подвижными  пальцами  …‖ 

deyil,  “большой  палец  руки  противостоит  остальным  …”    olmalıdır.  Belə  ki, 

hərəkətli  barmaqlara  malik  beşbarmaqlı  ətrafın  olması  insanı  məhz  primatlar 

dəstəsinə aid etməyə əsas vermir. 



Səhifə 35-də insanın hansı fəsiləyə aid olduğu soruşulur, lakin dərslikdə  insanın 

aid olduğu fəsilə göstərilməmişdir.  



22 

 

Səhifə  39-da  verilmiş  cədvəlin  ikinci  sütununa  “скорость  движения 



животного ifadəsini əlavə etmək lazımdır. 

Səhifə  69-da 

 

tapşırıq  3-də  üçüncü  bənddəki      ―3.  Генеративным  органом 



цветка  является цветок / корень‖   fikri düzgün deyil. Burada ―цветка‖  deyil, 

растения” yazmaq lazımdır. Həmçinin, dördüncü bənd “Мужская часть цветка: 



тычинка  / пестик‖  dərsliyin Azərbaycan dilində olan variantında yoxdur. Beşinci 

bənddə isə   ―побега‖ deyil, “стебель” yazılmalıdır

.

  

Səhifə  79-da  cədvəldə  meyvə  tipi  ―Яблоко‖  verilmişdir.  Bu  dərsliyin 



Azərbaycan dilində olan variantında yoxdur.  

Səhifə 90-da ―всасывающие волоски‖  deyil, “корневые волоски” yazılması 

məqsədəuyğun hesab edilir. 



Səhifə  93-də  ―...  молоко  (  )  портятся  быстрее‖  deyil,  “...  молоко  (  ) 

портится быстрее” yazılması məqsədəuyğun hesab edilir.

 

Kataloq: monitoring -> level6 -> PDF
PDF -> Dərslik komplekti Müəlliflər: Yaşar Seyidli
monitoring -> Dərsliklə bağlı tqdk-ya daxil olan və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış
monitoring -> Cri(2016)17 Version azerbaïdjanaise
monitoring -> Dərslтф фomplОФtт тlə лкğlı tqdk-вк нкбТl olmuş Яə Кхıq müгкфтrələrНə лтlНТrТlmТş qОвНlər, ТrКНlКr Яə təФlТПlər əsКsınНК
monitoring -> Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifl əri üçün “Həyat bilgisi” dərsliyi
monitoring -> Dərsliklə bağlı tqdk-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış yekun rəY
PDF -> Dərslik komplekti Müəlliflər: Sevda İsmayılova
monitoring -> Dərslik komplekti Müəlliflər: Yaşar Seyidli
monitoring -> Gender Bərabərliyi və Qadın Təşəbbüsləri Açıq Cəmiyyət İnstitutu

Yüklə 178,13 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə