Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/32
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9542
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   32

 
C.Q. Nuriyev,  A.Ə. Əliyev, M.C.Atakişiyev 
 
 
 
 
 
 
 
 
Gömrük işinin təşkili və  
idarə edilməsi 
 
 
Ali məktəblər üçün dərslik 
 
 
 
 
 
Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin  
21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə  
qrif  verilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI -2009


 
 
Az2 
 
 
 
Redaktor: Gömrük xidməti general-mayoru, i.e.n. Ş.S.Bağırov. 
 
Rəyçilər: i.e.d., prof. M.X.Meybullayev, Əmgkdar elm xadimi., i.e.d.,  prof. A.Ş.Şəkərəliyev 
 
 
 
C.Q.Nuriyev, A.Ə.Əliyev,  M.C.Atakişiyev. «Gömruk işinin təşkili və idarə 
edilməsi». Ali məktəblər üçün dərslik (yenidən işlənmiş və tamamlanmış variantda). 
Azərb. dilində. Bakı, 2009. 293 səh.  
 
 
 
 
Təqdim olunan “Gömrük işinin təşkili və idarəedilməsi” dərsliyi ali məktəb tələbələri üçün 
nəzərdə tutulmuşdur. Lakin bu dərslikdən iş adamları, gömrük orqanlarında çalışan məmurlar və elmi 
işçilər də istifadə edə bilərlər. 
 
 
 
 


 
 
MÜNDƏRİCAT 
 
 
                 ÖN SÖZ  
 
         MÖVZU 1
  
             Heydər Əliyev və Azərbaycan Respublikasının gömrük siyasəti 
          MÖVZU 2 
              İlham Əliyev Azərbaycanın XXI əsr gömrük siyasətinin memarıdır 
MÖVZU 3 
MÖVZU 4 
MÖVZU 5 
MÖVZU 6 
MÖVZU 7 
MÖVZU 8 
MÖVZU 9 
MÖVZU 10 
MÖVZU 11 
MÖVZU 12 
MÖVZU 13 
MÖVZU 14 
MÖVZU 15 
MÖVZU 16 
MÖVZU 17 
MÖVZU 18 
MÖVZU 19 
MÖVZU 20 
 
                   İSTİFADƏ OLUNMUŞ NORMATİV - HÜQUQİ 
                   AKTLARIN VƏ ƏDƏBİYYATLARIN SİYAHISI  


 
Ön söz 
 
Ötən  əsrin sonlarında  ölkəmiz ikinci dəfə müstəqillik  əldə etdikdən sonra müstəqil gömrük siyasəti 
formalaşmağa başladı və lazım olan gömrük qanunvericiliyi aktları qəbul olundu. Eyni zamanda, gömrük işinin 
daha səmərəli təşkil edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən lazım olan 
təlimat və əsasnamələr işlənib hazırlandı. Bütün sənədlərin əsasını Azərbaycan Respublikasının suverenliyinin 
və iqtisadi təhlükəsizliyinin təmin edilməsi təşkil edir. Həmin sənədlərdə ölkəmizin strateji inkişaf istiqamətinə 
uyğun olaraq yürüdüləcək vahid gömrük siyasəti də öz əksini tapmışdır.  
Ölkəmizin iqtisadi həyatında gömrük işinin öz yeri vardır. Bildiyiniz kimi respublikamızın milli 
iqtisadiyyatı xarici iqtisadi əlaqələrin inkişafından çox asılıdır. Nəzərə alanda ki, Azərbaycan inkişaf etməkdə 
olan digər ölkələr kimi, iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və dünya təsərrüfat  əlaqələri sisteminə 
inteqrasiya məsələsini eyni zamanda həll etməlidir, onda gömrük işinin təşkilinin nə qədər mühüm əhəmiyyət 
kəsb etdiyini görmək mümkündür. Gömrük işinin  əhəmiyyətini  xalqımızın  Ümummilli Lideri,  müasir 
Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin dahiyanə fikirləri ilə çatdırırıq: 
“...Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas  şərt lazımdır. Birincisi, gömrük işçisi gərək 
bilikli olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, müstəqil Azərbaycanın 
iqtisadiyyatının möhkəm-ləndirilməsinə sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ola, biliyi ilə 
yanaşı, maddi texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq lazımdır. Bu da 
sizin vəzifənizdir...” (Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci il). 
Azərbaycan xalqının böyük oğlu Heydər  Əliyevin bu tapşırığını özlərinin gələcək fəaliyyət proqramı 
kimi qəbul edən Dövlət Gömrük Komitəsinin rəhbərliyi gömrük orqanlarının maddi-texniki bazasını 
genişləndirmək, müasirləşdirmək və gömrük sistemini inkişaf etdirməklə  bərabər, yüksək səviyyəli gömrük 
işçilərinin hazırlanması üçün də çox işlər görmüşdür. Belə ki, Ümummilli Liderin tapşırığını əldə rəhbər tutan 
K.F. Heydərov dərsliklərin və  dərs vəsaitlərinin hazırlanması üçün hər cür şərait yaratmışdır. Məhz onun 
təşəbbüsü  və  rəhbərliyi altında  4 cildlik “Gömrük işinin  əsasları” (I cild. “Gömrük işinin təşkili və 
texnologiyası”. Bakı - 1998; II cild. “Gömrük orqanlarının iqtisadi fəaliyyəti”. Bakı-1999; III cild. “Gömrük 
orqanlarının hüquq-mühafizə fəaliyyəti”. Bakı-2000; IV cild. “Gömrük işinin idarə edilməsi və inkişafı”. Bakı-
2000), C. Nuriyev tərəfindən “Gömrük hüququ” (ali məktəblər üçün dərslik, Bakı-2002). C.Q.Nuriyev, 
A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev və b. tərəfindən “Gömrük ekspertizası” dərsliyi (Bakı– 2003),  A.Ə.  Əliyev 
tərəfindən “Gömrük işi və dünya iqtisadiyyatının inkişafı” (rus dilində, Bakı-2002), Heydərov K.F. tərəfindən 
«Gömrük işinin əsasları» (ali məktəblər üçün dərslik, Bakı-2004), Heydərov K.F., Əliyev A.Ə., Nuriyev C.Q., 
Mehdiyev S.M. tərəfindən «Gömrük rəsmiləşdirilməsi», (ali məktəb tələbələri üçün dərslik, Bakı-2006)   habelə 
bir sıra yardımçı  vəsaitlər  -        K. Heydərov və T. İbrahimov tərəfindən “Gömrük işi - iqtisadi suverenlik və 
təhlükəsizlik” (Bakı-1999), C. Nuriyev, Z. Əliyev və G. İsmayılov tərəfindən, “Gömrük statistikası” (Bakı-
2000),   C.Q.Nuriyev tərəfindən «Gömrük etikası» (Bakı- 2007) və «Azərbaycanın gömrük tarixi» (Bakı-2007)   
hazırlanıb, nəşr olunmuşdur.   
Təqdim olunan “Gömrük işinin təşkili və idarəedilməsi” dərsliyi ali məktəb tələbələri üçün nəzərdə 
tutulmuşdur. Lakin bu dərslikdən iş adamları  və gömrük orqanlarında çalışan məmurlar və elmi işçilər də 
istifadə edə bilərlər. 
Dərsliyin yenidən işlənməsinin  əsas səbəbləri – Azərbaycan Respublikasının RGömrük 
Məcəlləsinəedilmiş 30.X11. 2003-cü il (GM-nin X bölməsi və 60-cı fəsli çıxarılmışdır), 5 mart 2004-cü il (GM-
nin 217-ci maddəsinə  əlavə  və  dəyişiliklər edilərək gömrük orqanlarına gömrük işi sahəsindəki cinayət işləri 
üzrə istintaq aparmaq səlahiyyəti verilmişdir),  21.05.2004-cü il,  «Gömrük orqanlarında xidmət haqqında» 
Əsasnaməyə  (№851-IIQD / 04.03.2005; №969-IIQD / 28.06.2005; №158-IIIQ / 10.10.2006;  16.08.2008)  
edilmiş əlavələr və  dəyişikliklər, Milli Məclis tərəfindən son beş ildə gömrük işinin təşkili ilə əlaqədar qəbul 
edilmiş qanunlar, Azərbaycan Respublikası Prezidenti İ.Ə.Əliyev cənablarının 11.02.2004-cü il, 12.09.2005-ci 
il, 16.X11.2005-ci il, 02.X1.2006-cı il, 22.05.2007-ci il,  22.05. 2007-ci il, 02.07.2008-ci il və 11.X1.2008-ci il 
tarixli Fərmanları, habelə Azərbaycan  Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi çoxsaylı  qərar və 
sərəncamlarıdır. 
Kitabın hazırlanması prosesində bizə koməklik göstərənlərin hamısına öz minnətdarlığımızı bildiririk.  


 
Mövzu 1. 
Heydər Əliyev və Azərbaycan Respublikasının gömrük siyasəti 
 
Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə müstəqillik əldə etdikdən sonra 30 yanvar 1992-ci 
ildə dövlətçiliyin mühüm atributlarından biri olan Dövlət Gömrük Komitəsi yaradıldı.  
Ölkəmizin seçdiyi dövlət quruluşu və inkişaf istiqamətləri iqtisadiyyatımızı xarici müdaxilənin zərərli 
təsirlərindən qorumağa, milli istehsalı müdafiə etməyə qadir olan və bütövlükdə ölkənin iqtisadi təhlükəsizliyin 
təmin edə biləcək orqanın yaradılmasını, ilk növbədə  təsis edilməli olan dövlət idarəetmə sisteminin aparıcı 
elementlərindən birinin təşkilini, labüdləşdirdi. 
Xarici iqtisadi fəaliyyətin dövlət inhisarında saxlanıldığı keçmiş SSRİ-nin tərkibində olmuş Azərbaycan 
üçün bu sahədəki strateji və taktiki tədbirlər tamamilə yeni olmaqla, demək olar ki, sıfır səviyyəsindən 
başlanılmalı idi. Bu tədbirlər kompleks xarakterli olmalı  və onların həyata keçirilmə  mərhələləri 
müəyyənləşdirilməli idi. Lakin, o zaman Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət nəticəsində köklü 
tədbirlər planının işlənib hazırlanmasına, mütərəqqi və səmərəli gömrük siyasətinin aparılmasına nail olunmadı. 
Ölkə daxilində  və dövlət sərhədlərində  iş qabiliyyətli gömrük orqanları  şəbəkəsinin yaradılması  və onların 
texniki təminatı, gömrük xidməti kadrlarının hazırlanması, gömrük qanunvericiliyinin hazırlanması, qəbul 
edilməsi və tətbiqi, gömrük işçilərinin sosial məsələlərinin həlli kimi mühüm tədbirlər ön plana çəkilmədi. 
ÜMUMMİLLİ  LİDER HEYDƏR  ƏLİYEVİN dövlət başçısı kimi gömrük siyasəti sahəsindəki 
fəaliyyətini iki mərhələyə bölmək olar: 
1. 1969-1987-ci illəri əhatə edən sovet dönəmi; 
2. 1993-2003-cü illəri əhatə edən müstəqillik illəri. 
Azərbaycanın dövlətçilik tarixində xüsusi rolu və yeri olan H.Əliyev 14 iyul 1969-cu ildə Kommunist 
Partiyası  Mərkəzi Komitəsinin 1 katibi seçildikdən sonra qısa müddət  ərzində ciddi addımlar atıldı. Məhz 
Heydər  Əliyevin hakimiyyətə  gəlişindən sonra gömrük işi sahəsində uzun müddət  ərzində hökm sürən qeyri-
millilərin bu sahədəki hokmranlığına çox ustalıqla son qoyuldu. Belə ki, onun təkidi ilə ilk dəfə olaraq gömrük 
orqanlarına rəhbər vəzifəsinə azərbaycanlılar təyin olunmağa başlandı. Qısa müddət  ərzində Azərbaycanda 
fəaliyyət göstərən hər üç gömrükxananın (Bakı, Astara və  Culfa)    rəisi azərbaycanlı olmağla bərəbər, milli 
kadrlar SSRİ-nin müxtəlif ali təhsil ocaqlarına oxumağa göndərildi. Tezliklə qeyri-azərbaycanlılıarı milli kadrlar 
əvəz etməyə başladı.  
Gömrük işi sahəsinə diqqətini artıran H.Əliyev Azərbaycanın gömrük tarixini araşdırtdı və ölkəmizdə 
ilk gömrkxananın açılmasının 175 illiyinin qeyd olunması barədə Azərbaycan Kommunist Partiyası  Mərkəzi 
Komitəsi Bürosunun  31 mart 1981-ci il tarixli qərarını imzaladı.  
Bu Qərarda diqqətdən kənarda heç nə qalmamışdır. Tarixi faktın vaxtında aşkarlanması  və qeyd 
olunması Heydər  Əliyevin müstəsna xidmətidir ki, bu il Bakı gömrükxansının 200 illiyinin qeyd olunmasına 
hüquqi baza yaradılmışdır. Bir tarixi anı da qeyd etmək lazımdır ki, 25 ildən sonra həmin yubileyin təntənəli 
keçirilməsi xoşbəxtliyi Ulu Öndərin Ləyaqətli davamçısı, Onun varisi və  oğlu, Azərbaycan Respublikasının 
prezidenti İLHAM ƏLİYEVƏ qismət oldu.   
1993-cü ilin iyun ayında Azərbaycanda yaranmış gərginliyi aradan qaldırmaq, ölkəni parçalanmaqdan 
qurtarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, ölkənin müstəqilliyini və suverenliyini itirmək təhlükəsini 
aradan qaldırmaq, ümumiyyətlə, Azərbaycanın bir dövlət kimi məhv olmasının qarşısını almaq üçün xalqımız 
öz böyük oğlunu Heydər Əlirza oğlu Əliyevi ikinci dəfə hakimiyyətə təkidlə dəvət etdi. 
Ölkədəki problemləri zərgər dəqiqliyi ilə bir-bir həll edən möhtərəm H.Əliyev cənabları, 1995-ci ildən 
başlayaraq gömrük orqanlarının işinin yenidən qurmağa başladı.  Əvvəlcə Dövlət Gömrük Komitəsinin 
rəhbərliyini dəyişdirdi. Bu seçim çox uğurlu oldu. Dövlət Gömrük Komitəsinə Heydər  Əliyevin 17 yanvar 
1995-ci il tarixli 295 saylı Fərmanı ilə  təyin olunan Kəmaləddin Fəttah oğlu Heydərov Ümummilli Liderin 
rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin gömrük sistemini yenidən qurdu və onu dünya standartları 
səviyyəsinə gətirib çıxartdı. Onun bu xidmətləri Xalqımızın Lideri Heydər Əliyev cənabları tərəfindən dəfələrlə 
yüksək qiymətləndirilmişdir. Azərbaycanın gömrük tarixində ilk dəfə olaraq gömrük xidməti sahəsində ən ali 
general rütbəsinə  məhz K.F.Heydərov layiq görülmüşdür. Ona Zati-aliləri H.Əliyev cənablarının 17 yanvar 
2002-ci il tarixli 640 saylı Fərmanları ilə gömrük xidməti general-polkovniki rütbəsi verilmişdir. O, Azərbaycan 
dövlətçiliyi tarixində bu yaşda general-polkovnik rütbəsini almış yeganə  şəxsdir. Onun rəhbərliyi altında 
gömrük sistemi və infrastrukturu yenidən quruldu. Bütövlükdə gömrük işinin məzmununa yenidən baxıldı. 
İnkişaf etmiş ölkələrin gömrük təcrübəsinin öyrənilməsi, beynəlxalq tələblərə cavab verən gömrük 
qanunvericiliyinin yaradılması və tətbiqi, Azərbaycan Respublikası gömrük xidmətinin digər ölkələrin gömrük 
xidmətləri ilə sənədlərin və gömrük əməliyyatlarının unifikssiyası əsasında yaxınlaşması kimi mühüm prinsiplər 
bu yeniləşmənin əsasını təşkil etdi. 


 
Təşkilati tədbirlərlə bir  vaxtda dövlətin gömrük siyasətinin də formalaşdırılmasına başlandı. Ölkənin 
gömrük qanunvericiliyi təkmilləşdirildi. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və “Gömrük Tarifi 
haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 
Məcəllədə, gömrük orqanlarının qarşısında qoyulan vəzifələrdən çıxış edilərək, gömrük işinin  əsas 
prinsipləri müəyyənləşdirildi. Məhz gömrük orqanları bu Məcəllənin müddəalarına görə, hüquq-mühafizə 
orqanı statusu aldı. 
Gömrük tarifi və valyuta tənzimlənməsi haqqında qəbul edilən qanunlar, gömrük orqanlarına valyuta 
nəzarətini həyata keçirmək hüququnu verdi, habelə gömrük rüsumlarının dəqiq hesablanması  və vaxtında 
yığılaraq dövlət büdcəsinə köçürülməsi tələbini qoydu. 
Gömrük qanunvericiliyinin inkişafında Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin  27 
oktyabr 1998-ci il tarixli 6 saylı  Fərmanı ilə  təsdiq edilmiş  “Azərbaycan  Respublikası Dövlət Gömrük 
Komitəsi haqqında”  Əsasnamə mühüm yer tutur. Əsasnaməyə görə Dövlət Gömrük Komitəsi Azərbaycan 
Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən Mərkəzi İcra Hakimiyyəti orqanıdır. 
Heydər  Əliyevin təklifi ilə gömrük siyasətinin strateji məsələlərinin müəyyən edilməsi mərhələsində 
Dövlət Gömrük Komitəsinə önəmli yer verildi. Belə ki, vahid gömrük sisteminin yaradılması; xarici iqtisadi 
fəaliyyətin gömrük-tarif tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi; milli bazarın xarici rəqabətin zərərli 
təsirindən qorunması; keyfiyyətsiz malların idxalının qarşısının alınması; ölkənin iqtisadi təhlükəsizliyinin 
təmin edilməsi; qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarının qarşısının alınması  və aradan 
qaldırılması; Azərbaycan xalqının bədii və arxeoloji sərvətlərinin, intellektual mülkiyyətinin, nadir flora və 
fauna nümunələrinin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması; valyuta əməliyyatlarına mükəmməl nəzarət 
sisteminin yaradılması; müasir mərhələdə gömrük siyasətinin hazırlanması  və s. məsələlərdə Dövlət Gömrük 
Komitəsinə verilmiş səlahiyyətlər Heydər Əliyevin nə qədər uzaqgörən, bacarıqlı və əvəzolunmaz dövlət xadimi 
olmasını bir daha sübut edir.  
Gömrük orqanlarının yaradılmasının beş illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan 
Respublikasının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev gömrük sisteminin inkişafı və təkmilləşdirilməsi 
problemlərinə toxunaraq, Dövlət Gömrük Komitəsinin qarşısında duran birinci dərəcəli məsələləri belə 
xarakterizə etmişdir: “Azərbaycan müstəqil bir dövlət kimi daim yaşayacaq. Azərbaycanın müstəqilliyini 
qoruyub saxlamaq və inkişaf etdirmək bütün istiqamətlərdə aparılan tədbirlər nəticəsində ola bilər. Bu 
istiqamətlərdən biri də yüksək səviyyəli gömrük xidmətinin yaranmasıdır. Onun üçün bir daha qeyd 
edirəm, siz dünya təcrübəsindən istifadə etməlisiniz. Bizim Azərbaycanda nə gömrük məktəbi, nə gömrük 
universiteti, nə də gömrük akademiyası olubdur... 
Gömrük işçilərinin əksəriyyəti, cürbəcür ixtisaslar alıbdır. Amma sırf gömrük ixtisası üzrə təhsil 
alan adamlar çox azdır. Siz bu təhsili də  işləyə-işləyə almalısınız. Yəni işləyə-işləyə gömrük elminin və 
gömrük biliklərinin mənimsənilməsi sahəsində özünüzü təhsilləndirisiniz, təkmilləşdirirsiniz. Şübhəsiz ki, 
Gömrük Komitəsinin gərək xüsusi iş planı olsun. Gömrük Komitəsinin öz işçilərini təkmilləşdirmək, 
onlara xüsusi gömrük təhsili vermək, onların təcrübəsini artırmaq üçün gərək birillik, ikiillik, üçillik 
planı olsun və onun əsasında siz təhsil işi aparmalısınız. Bu, sizin sahəyə başqa sahələrə nisbətən ən çox 
lazımdır. Ona görə də Siz bunu etməlisiniz. 
Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli 
olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, öz işinə sadiq olsun, Vətəninə, 
ölkəsinə sadiq olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsinə sadiq olsun. İkinci 
tərəfdən, gərək onun təcrübəsi ilə, biliyi ilə yanaşı, maddi-texniki bazası, müasir texnikası, ləvazimatları 
olsun. Bunları yaratmaq lazımdır. Bu da Sizin vəzifənizdir...” (“Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci 
il). 
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin bu çıxışını 
özünün fəaliyyət Proqramı kimi qəbul edərək, bu dahi insanın fikirlərini ardıcıl olaraq həyata keçirməyə başladı. 
Prezidentin tapşırığına uyğun olaraq gömrükxanaların maddi-texniki bazası müasirləşdirməklə bərabər, 
milli dildə ilk tədris vəsaitləri hazırlanmağa başlanıldı.  
Gömrük  işinin təşkil edilməsi və gömrük  siyasətinin formalaşdırılması ilə bağlı Ümummilli 
liderimiz H.Ə. Əliyevin imzası ilə aşağıdakı sənədlər qəbul edilmişdir: 
 


 
QANUNLAR 
 
 1. "Gömrük tarifi haqqında" qanunun təsdiq edilməsi barədə( No 1064 / 20.06.1995) 
 2. "BYD Kitabçası  tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" gömrük Konvensiyasının 
təsdiq edilməsi barədə (No 33-IQ / 12.03.1996) 
3. Yoxlama və metroloji attestasiya məqsədilə daşınan normativ sənədlərin, etalonların, ölçmə 
vasitələrinin və standart nümunələrin gömrük rüsumlarından, vergilərdən və xüsusi icazələr verilməsindən azad 
edilməsi haqqında Sazişin təsdiq edilməsi barədə (No 171-IQ / 08.10.1996) 
4. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında (No 304 -IQ / 10.06.1997) 
5. Azərbaycan Respublikası Hökumət və Qazaxıstan Respublikası Hökuməti arasında gömrük işi 
sahəsində əməkdaşlış haqqında Sazişin təsdiq edilməsi barədə (No 338-IQ / 26.06.1997) 
6. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə (No 
583-IQD / 11.12.1998) 
7. "Gömrük orqanlarında xidmət haqqında"  Əsasnamənin təsdiq edilməsi barədə (No 768-IQ / 
07.12.1999) 
8. "Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə 
olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında" Sazişin təsdiq edilməsi barədə 
(No 793-IQ / 01.02.2000) 
9. "Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında gömrük işi 
sahəsində qarşılıqlı əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə 
(No 803-IQ / 08.02.2000) 
10. "Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi  şərtlərinin razılaşdırılması haqqında" Beynəlxalq 
Konvensiyaya qoşulmaq barədə (No 810-IQ / 11.02.2000) 
11. "Yol nəqliyyat vasitələrinin ticarət və kommersiya məqsədi ilə müvəqqəti idxalının Gömrük 
Konvensiyası"na qoşulmaq barədə (No 813-IQ / 11.02.2000) 
12. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri 
Nazirliyi arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, həmçinin silahların, döyüş sursatlarının, 
partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə 
mübarizə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə (No 118-IIQ /03.04.2001) 
13. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri 
Nazirliyi arasında sərhədlərdən qanunsuz keçirilən mədəni sərvətlərin tutulub saxlanması  və qaytarılması 
məsələləri üzrə  əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə (No 119-IIQ / 
03.04.2001) 
14. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri 
Nazirliyi arasında əməkdaşlıq və gömrük sənədlərinin və gömrük təminatlarının qarşılıqlı tanınması haqqında" 
Sazişin təsdiq edilməsi barədə (No 120-IIQ /03.04.2001) 
15. Azərbaycan Respublikası Gömrük orqanlarının tanınma nişanı haqqında (No 134-IIQ /01.06.2001) 
16. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında (No 135-IİQ /01.06.2001) 
17. Tütün və tütün məmuoatı haqqında (No 138-IIQ / 08.06.2001) 
18. "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərə  gətirilən mallara texniki, tibbi, əczaçılıq, 
sanitar, baytar və vitosanitar normaların, qaydaların və  tələblərin tətbiq edilməsi haqqında" Sazişin təsdiq 
edilməsi barədə (No 257-IIQ / 12.02.2002) 
19. "Tərkibində  əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində 
gömrük nəzarəti Qaydaları haqqında" Qərarın təsdiq edilməsi barədə (No 259-IIQ / 12.02.2002) 
20. "Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və aradan qaldırılmasına dair 
qarşılıqlı inzibati yardım haqqında" Beynəlxalq Konvensiyaya və onun I-X Əlavələrinə qoşulmaq barədə (No 
267-IIQ / 19.02.2002) 
21. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında "Gömrük 
qanunvericiliyinin düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və 
onlara qarşı mübarizə aparılması üçün qarşılıqlı inzibati yardım haqqında" Sazişin təsdiq edilməsi barədə (No 
295-IIQ / 09.04.2002) 
22. Azərbaycan Respublikası Hökuməti ilə  İran  İslam Respublikası Hökuməti arasında "Gömrük 
məsələlərində  əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə (No 353-IIQ / 
02.07.2002) 
23. "QİƏT regionunda malların yol daşımalarının asanlaşdırılması haqqında Anlaşma Memorandumu" 
nun təsdiq edilməsi barədə (No 441-IIQ / 13.05.2003) 
 
 


 
FƏRMANLAR 
 
1. Azərbaycan Respublikası Gömrük Komitəsinin işi haqqında (No 257 / 09.01.1995) 
2. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tətbiq edilməsi barədə (No 616 / 25.07.1997) 
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun və  Əsasnaməsinin təsdiq 
edilməsi haqqında (No 7 / 27.10.1998) 
 4. "Gömrük orqanlarında xidmət haqqında"  Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan 
Respublikası Qanununun tətbiq edilməsi barədə (No 243 / 30.12.1999) 
 5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun təsdiq edilməsi və Azərbaycan 
Respublikası Dövlət Gömrük Komitəsinin Əsasnaməsinə əlavələr edilməsi haqqında (No 510 / 19.06.2001) 
 6.  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında  Əsasnaməyə  əlavələr edilməsi 
barədə (No 703 / 27.05.2002) 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin