Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
DİKLORAN
®
PLUS xaricə istifadə üçün gel
DICLORAN
®
PLUS
Tərkibi
Hər qram gelin tərkibində:
Aktiv maddələr:
Diklofenak
dietilamin
11,61
mq
(10 mq natrium diklofenaka ekvivalentdir)
Kətan toxumu yağı
30 mq
Levomentol
50 mq
Metilsalisilat
100 mq
Köməkçi maddələr:
Butilhidroksianizol
0,2 mq
Butilhidroksitoluol
2 mq
Benzil spirti
10 mkl
Dinatrium edetat
1 mq
Dietilamin
7,1 mkl
Karbomer 980
10,8 mq
Limon turşusu monohidrat
1 mq
Makroqol qliserilhidroksistearat
(Kremofor RH-40)
35 mq
Propilenqlikol
100 mq
Distillə suyu 1 q-a qədər lazım olan
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihab əleyhinə preparat (QSİƏP).
Farmokoloji xassələri
Xaricə istifadə üçün qeyri-steroid itihab əleyhinə preparatdır (QSİƏP). Yerli ağrıkəsici, iltihab əleyhinə və
antieksudativ təsir göstərir. QSİƏP olan diklofenak natrium və mestilsalisilatın təsir mexanizmi
prostoqlandinlərin sintezini ləngitməsi ilə əlaqədardır. Yerli istifadə zamanı oynaqlarda ağrını və iltihabı,
oynaqların səhər məhdudluğunu və şişkinliyini azaldır, hərəkət həcminin artmasına köməklik göstərir. Kətan
yağının əsas komponenti iltihab əleyhinə təsirə malik olan α-linolen turşusudur. Levomentol sinir uclarını
qıcıqlandırır, yerli yayındırıcı və yüngül ağrıkəsici təsir göstərir, preparatın tətbiq olunduğu nahiyədə sərinlik
hissi yaradır.
Farmakokinetika
Yerli istifadə zamanı natrium diklofenak, metilsalisilat və kətan yağı sorularaq dərialtı birləşdirici toxumaya,
əzələ toxumasına və oynaq kapsulasına nüfuz edir.
İstifadəsinə göstərişlər
- dayaq-hərəkət aparatının xəstəlikləri (revmatoid artrit, psoriatik artrit, ankilozlaşan spondiloartrit, periferik
oynaqların və onurğa sütununun osteoartrozu, sinir kökü sindromu ilə osteoxondroz, radikulit);
- yumşaq toxumaların revmatik zədələnmələri (tendovaginit, bursit);
- revmatik və qeyri-revmatik mənşəli əzələ ağrıları (eyni zamanda həddindən çox fiziki gərginlik nəticəsində
yaranan);
- yumşaq toxumaların və oynaqların posttravmatik iltihabı (dartılma, gərginlik və zədələnmə nəticəsində).
Əks göstərişlər
Diklofenaka, metilsalisilata və ya preparatın tərkibinə daxil olan digər komponentlərə qarşı yüksək həssaslıq,
bronxial astma, burun və burunətrafı ciblərin selikli qişasının residivləşən polipozunun asetilsalisil turşusu və
ya digər qeyri-steroid iltihab əleyhinə preparatlara qarşı dözümsüzlük ilə (həmçinin anamnezdə) tam və ya
natamam ahəngliyi, hamiləlik (III trimestr), laktasiya dövrü (ana südü ilə qidalandırma), uşaqlıq dövrü (6 yaşa
qədər), dəri örtüklərinin tamlığının pozulması.
İstifadə qaydası və dozası
Xaricə istifadə üçündür!
12 yaşından böyük uşaqlara və böyüklərə gündə 3-4 dəfə dəriyə çəkilir və yüngülcə sürtülür. Preparatın
lazımı miqdarı zədələnmiş sahənin ölçüsündən asılıdır. Preparatın birdəfəlik dozası - 2-4 q (4-8 sm tubun
tam açılmış boynu zamanı). 6 yaşından 12 yaşına qədər uşaqlara gündə 2 dəfədən çox olmamaqla,
preparatın birdəfəlik dozası 2 q-a qədərdir.
Həkim məsləhəti olmadan müalicə müddəti 10 gündən artıq olmamalıdır.
Preparatın uzun müddətə istifadəsi haqqında mümkünlük məsələsini həkim fərdi olaraq həll edir.
Xüsusi göstərişlər
Preparatı yalnız zədələnməmiş dəri nahiyəsinə çəkmək lazımdır, açıq yaralara düşməsinə yol verilməməlidir.
Geli çəkdikdən sonra okklüzion sarğı ilə sarımaq lazım deyil. Açıq sahələrə uzunmüddətli çəkilməsi zamanı
rezorbtiv təsiri nəticəsində sistem əlavə təsirlər yarana bilər. Preparatın gözlərə və selikli qişalara düşməsinə
yol verilməməlidir.
Preparatı qaraciyər və böyrək funksiyalarının ağır pozğunluqları, bronxial astma, hamiləliyin I və II trimestri,
yaşlı xəstələrə
ehtiyyatla
təyin etmək lazımdır.
Doza həddinin aşılması
Məsləhət görülən dozada xaricə istifadə zamanı preparatın aktiv komponentlərinin çox kiçik sistem
absorbsiyası praktiki olaraq doza həddinin aşılmasını qeyri-mümkün edir. Təsadüfən daxilə qəbul zamanı
sistem əlavə təsirlərin inkişafı mümkündür. Daxilə düşməsi zamanı müalicə: mədənin yuyulması, qusmanın
induksiyası, aktivləşmiş kömürün qəbulu, məcburi diurez, simptomatik müalicə. Dinklofenakın qan plazması
zülalları ilə yüksək dərəcədə birləşdiyindən (99%-ə qədər) dializ qeyri-effektivdir.
Digər dərman preparatları ilə qarşılıqlı təsiri
Diklofenak fotosensibilizasiya yaradan preparatların təsirini gücləndirə bilər. Digər dərman preparatları ilə
kliniki əhəmiyyətli qarşılıqlı təsir təsvir olunmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat hamiləliyin III trimestrində əks göstərişdir. Preparatın hamiləliyin I və II trimestrlərində istifadə
məsələsi fərdi olaraq həll edilir. Preparatın laktasiya dövründə istifadə təcrübəsi haqqında məlumat
olmadığına görə preparatın bu dövrdə istifadəsi məsləhət görülmür.
Əlavə təsirləri
Yerli reaksiyalar: ekzema, fotosensibilizasiya, kontakt dermatit (işlənilmiş dəri sahəsində qaşınma, qızarma,
şişkinlik, papulalar, vezikulalar, qabıqlanma).
Sistem reaksiyalar: generalizəolumuş dəri səpgisi, allergik reaksiyalar (örə,
angionevrotik ödem,
bronxospastik reaksiyalar).
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir
göstərmir.
Buraxılış forması
30q gel alüminium və ya plastik laminə olunmuş tubda buraxılır. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya
yerləşdirilir.
Saxlanma şəraiti
+30ºC-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti
3 il.
Qutunun üzərində göstərilən yararlılıq tarixindən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz.
Qeydiyyat şəhadətnaməsinin sahibi
«Conson & Conson» MMC
Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2.
İddiaları qəbul edən təşkilat
«Conson & Conson» MMC
Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55
İstehsalçı
«Yunik Farmasyutikal Laboratoriz»
(«C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi)
Vorli, Mumbay - 400 030, Hindistan.
® - ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com