Divanbəyinin hökmləri məmləkətin bütün böyükləri, əyalət xanları, hakimləri tərəfindən qəbul olunaraq icra edilirdi



Yüklə 13,02 Kb.
tarix02.01.2022
ölçüsü13,02 Kb.
#35684
3. divanbəyi


Divanbəyi. «Təzkirətül-müluk»da göstərilir ki, divanbəyi «üməra-ye əzəm», (böyük əmirlər) sırasına daxil olub, daşıdığı vəzifə səlahiyyətinə görə həftədə dörd gün, sədrlərlə birlikdə divanbəyilərə məxsus keşikxanada hökm çıxardırdı. O, Sədrlərin hökmü ilə, adam öldürmək, namusa təcavüz, göz çıxarmaq və diş sındırmaqdan ibarət olan dörd cinayət hadisəsi barədə günahkarların işinə baxırdı.

Divanbəyi məmaliki-məhrusədə zülmkarlıqla bağlı müraciətləri, şəhər və kənd əhalisinin bir-birindən dörd-beş tüməndən artıq olan pul iddialarına aid şikayətlərini təhqiq edirdi.

Şəriət hökmlərinin icrası, şəhərlərdə nizam-intizamın qorunması, güclülərin zəiflərə zülm etməsinin qarşısının alınması da divanbəylərin səlahiyyətinə daxil idi . Divanbəyi mülkü və cinayət məhkəmələrinin rəisi olub, ölkədəki həbsxanalara nəzarət edirdi. Tavernye yazırdı ki, divanbəyi ədliyyə məsələləri üzrə əsas dövlət məmuru olub, ölkədə qanunların icrası və günahkarların cəzalandırılması məsələlərinə baxırdı. Ölkədə bütün şikayətçilər ona müraciət edir, Şah da onun divanında iştirak edirdi.

Divanbəyinin hökmləri məmləkətin bütün böyükləri, əyalət xanları, hakimləri tərəfindən qəbul olunaraq icra edilirdi .



Divanbəyiyə dövlət vergiləri, baş vəzirə tabe məmurlar və qələm əhlinə aid mübahisəli məsələlərlə bağlı şikayətlər daxil olduqda o bunları baş vəzirə göndərməli idi. Eləcə də şikayət edən tərəflərdən biri qorçu, qulam və başqa ordu qulluqçusu, yaxud büyutat xidmətçisi olduqda, o zaman divanbəyi hər idarənin öz ağsaqqalına müraciət edərdi. Şəhər və kənd əhalisi ilə bağlı olan başqa mübahisəli məsələləri divanbəyi özü səbəst həll edirdi. Vilayətlərdən bir qrup adam bəylərbəyi, sultanlardan şikayət məqsədilə şah sarayına gəlib, baş vəzirə deyil, divanbəyiyə müraciət etdikdə, divanbəyi onların hər birini dinlədikdən sonra bütün bunları Şaha ərz edib, məsələni hökumətin məsləhəti, məmləkətin qanununa uyğun yolla həll edirdi.

Dövrün qaynaqlarında divanbəyi vəzifəsinə dövləti quran və onu yaşadan Türk əyanlarının təyin olunmasına dair məlumatlar verilmişdi. Hələ Şah I İsmayıl zamanında dövlətin qurulmasında fəal iştirak etmiş Hüseyn bəy Lələ Şamlı bir müddət divanbəyi vəzifəsində olmuşdu . İsgəndər bəy Münşi 1578-ci ildə mərkəzi və yerli idarələrdə yüksək vəzifələrdə olan türk əmirləri haqqında bəhs edərkən qacar elinin böyük əmirlərindən Mirzə Əli sultanın divanbəyi vəzifəsində olduğunu yazıya almışdır
Yüklə 13,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin