Doktor Strenclav



Yüklə 11,57 Kb.
tarix02.01.2022
ölçüsü11,57 Kb.
#39096
Dr Strangelove

57 il əvvəl bu gün “Doktor Strenclav” filminin premyerası olmuşdur. Filmdə baş rollarda Piter Sellers, Piter Sellers və Piter Sellersi görürük.


“Doktor Strenclav” əslində dram janrında olmalı idi. Piter Corcun “Red Alert” əsəri əslində filmin mövzusunun daha ciddi interpretasiyasıdır, amma Kubrik əsəri oxuyanda siyasi və hərbi mövzular ona o qədər gülməli gəlmişdi ki, senarini qara yumora uyğun tərzdə yazmışdı.


Filmin səhnələrindən birində işlənən “Cənablar, siz burada dava edə bilmərsiniz. Bura müharibə otağıdır.” replikası Amerikan Film İnstitunun “Ən yaxşı 100 film replikası” siyahısına daxildir.
Film ağ-qara olsa da çəkilişlər zamanı müharibə otağındakı böyük stola yaşıl süfrə sərilmişdir. Bu aktyorların dünyanın gələcəyi üzərində qumar oynamalarını hiss etməsinə kömək üçün idi.
“Doktor Strenclav” final səhnəsi dəyişdirilən ən məşhur filmlərdən biridir. İlkin versiyaya görə filmin son səhnəsində müharibə otağında siyasətçilər bir-birlərinə piroq atmalı imişlər. Elə buna görə də müharibə otağında həmişə çoxlu yemək görürdük.
Yüklə 11,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin