Dövlət Qulluğuna qəbul üzrə Müsahibə sualları



Yüklə 179,56 Kb.
səhifə3/21
tarix02.01.2022
ölçüsü179,56 Kb.
#1094
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   21
Geri qaytarılması nəzərdə tutulan rayonlar. Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon qeri qaytarılmalıdır. Qeri qaytarılması nəzərdə tutulan rayonlar, aşağıdakı şəkildə sıralanmışdır:

  • Ağdam

  • Füzuli

  • Cəbrayıl

  • Zəngilan

  • Qubadlı

  • Laçın rayonunun 13 kəndi.

Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa, Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir.

Sual:14. Azərbaycan-Ermənistan atəşkəs sazişinin tarixi və yeri haqqında.

Cavab: Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında Bişkek şəhərində imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000 yaxın insan həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdır.

Sual:15. 2012-ci ildə Azərbaycanda yadda qalan hadisələr.

Cavab: 2012-ci il Azərbaycan Respublikasında “İdman ili” elan edilib

1. İstanbul və Bakı şəhərlərində Xocalı faciəsinin 20 illiyi ilə bağlı tədbirlərin keçirilməsi

2. Sovet dövründən qalan əmanətlərin qaytarılması ilə bağlı sərəncam

3. Bakıda ilk dəfə olaraq “Eurovision” musiqi yarışmasının keçirilməsi

4. TANAP müqaviləsinin imzalanması

5. Azərbaycan idmançılarının London olimpiadasında 10 medal qazanmaları

6. Ramil Səfərovun azad edilməsi

7. Bakıda II Beynəlxalq Humanitar Forumun keçirilməsi

8. Xalq Artisti Yaşar Nurinin vəfatı

9. Azərbaycana 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarını keçirmək hüququnun verilməsi.

Sual:16. 2015-ci ildə keçiriləcək Avropa Olimpiada oyunlarının Azərbaycan üçün hansı müsbət nəticələri oldu?

Cavab: Azərbaycanın beynəlxalq aləmdə daha da tanındı (turist axınına, xarici investisiyaların qoyulmasına və s.) və yüksək səviyyəli tədbirləri təşkil etmə və idarə etmə baxımından böyük təcrübəyə malik olduğunu sübut etdi.



Sual:17. Elektron imza, elektron hökümət nədir?

Cavab: Elektron imza Elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.

Elektron hökumət  — hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Mütəxəssislər hesab edirlər ki, "elektron hökumət"in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində "elektron hökumət" fəaliyyət göstərir. Azərbaycanda "elektron hökumət" layihəsi "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir. Hazırda elektron hökümətin qurulmasında elektron seçkilərin keçirilməsi tətbiq olunmaqdadır.

Sual:18. Azərbaycan dünyəvi dövlətdir dedikdə nə başa düşürsünüz?

Cavab: Din dövlətdən ayrıdır. Dinin dövlətə və onun idarə edilməsinə təsiri və ya rolu yoxdur.



Sual:19. 1920-ci ilə qədər Azərbaycanın görkəmli qadınları.

Cavab: Azərbaycan qadının fəal rolu müxtəlif əsərlərdə öz əksini tapıb: "Avesta"da ilahə Anahit (e.ə. III minillik), "Dədə Qorqud"da Burla Xatun, Selcan xatun, Banu Çiçək (e.ə.VI-VIII əsr), "İskəndərnamə"də Nüşabə; Koroğlunun həyat yoldaşı Nigar xanım; Məshəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Xurşidbanu Natəvan kimi şairlər, xalq qəhramanı.Qaçaq Nəbinin ömür yoldaşı Həcər xanım; ilk azərbaycan yazıçısı Şəfiqə Əfəndizadə, general A. Şixlinskinin həyat yoldaşı, 1-ci dünya müharibəsində ilk tibbi yardıma başçılıq edən Nigar Şıxlinskaya və başqaları.

Sual:20. Azərbaycan alimlərinin ixtiraları.

Cavab: Dünya elmində Azərbaycanın öz payı var.  Kəşfləri ilə dünya elminə töhfə vermiş müasir Azərbaycan alimlərinin ilk beşliyini aşağıdakılar teşkil edir:





Yüklə 179,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə