DöVLƏt qulluqçularina kitabxana-informasiya xiDMƏTİNİn müASİr problemləRİ



Yüklə 73,07 Kb.
səhifə1/5
tarix22.05.2022
ölçüsü73,07 Kb.
#58956
  1   2   3   4   5
aysel hesenova elmi tedqiqat ishi


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT
UNİVERSİTETİ
KULTUROLOGİYA FAKÜLTƏSİ
TURİZM VƏ KİTABXANA-İNFORMASİYA FƏALİYYƏTİ KAFEDRASI


AYSEL VAQİF QIZI HƏSƏNOVA
DÖVLƏT QULLUQÇULARINA KİTABXANA-İNFORMASİYA XİDMƏTİNİN MÜASİR PROBLEMLƏRİ
(Azərbaycan Respublikası Prezident İşlər İdarəsi Prezident Kitabxanasının iş təcrübəsi əsasında)

ELMİ-TƏDQİQAT İŞİ

BAKI-2019
ANNOTASİYA

“Dövlət qulluqçularına kitabxana-informasiya xidmətinin müasir problemləri(Azərbaycan Respublikası Prezident İşlər İdarəsi Prezident Kitabxanasının iş təcrübəsi əsasında)” adlı elmi tədqiqat işində dövlət qulluqçularına kitabxana-informasiya xidmətinin nəzəri və praktiki məsələlərinə toxunulmuşdur. Burada dövlət qulluqçusu anlayışına aydınlıq gətirilmiş, kitabxana oxucusu kimi dövlət qulluqçusunun tipologiyası verilmişdir. Bundan sonra dövlət qulluqçularına xidmətin nəzəri-metodoloji əsasları tədqiqata cəlb edilmişdir. Kitabxana-informasiya xidmətinin keyfiyyətinin artırılması məqsədilə dünya təcrübəsinə istinad edilməklə bu istiqamətdə hazırlanan metodlar nəzərdən keçirilmiş, həmin metodlardan Azərbaycanda istifadə səviyyəsi araşdırılmışdır.



MÜNDƏRİCAT


GİRİŞ....................................................................................................................4
I FƏSİL. Dövlət qulluqçularına kitab və dövrü mətbuat
vasitəsilə xidmət...................................................................................................8
II FƏSİL. Dövlət qulluqçularına kitabxana-informasiya xidmətinin
keyfiyyətinin ölçülməsi metodları.....................................................................20
NƏTİCƏ..............................................................................................................32
ƏDƏBİYYAT SİYAHISI...................................................................................34

GİRİŞ
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkədə siyasi sistemdə dəyişikliklər baş verdi. Belə ki, dövlətin vəzifələrinin artması funksiyalarının genişlənməsinə gətirib çıxardı. Buda öz növbəsində siyasi-hüquqi münasibətlərin tənzimlənməsində dövlət aparatının rolunu artırdı. Müasir dövrdə dövlət idarəçiliyi ilə bağlı ədəbiyyatda dövlət qulluğuyla əlaqədar mövzular dərindən öyrənilir və elmi axtarışlar aparır.
Vladimir Dalin izahlı lüğətində “qulluq” anlayışı“insanlara qulluq göstərmək, qulluğa yaramaq” kimi ifadə olunur.(10, s.45) “Qulluq” anlayışı əvvəllər münasibət, əlaqə, vəzifə borcu, sədaqət, sadiqlik kimi ifadə edilirdisə, sonralar bu ifadə “dövlət qulluğu”, “kütləvi qulluq”, “hərbi qulluq”, “mülki qulluq”, “bürokratik qulluq”, “dövlət qulluqçusu” və s. terminləri yaranmasına gətirib çıxardı. (48, s.5) Qulluq sözü bizim dilə rus dilindən keçmişdir. Əvvəllər bu sözün yerinə məmur sözündən istifadə edilirdi. Bu söz ərəb sözü olub-əmr alan, dövlət xidmətində olan mənasını daşıyır. (5, s.3)Eyni zamanda Azərbaycanda “Dövlət qulluğu” anlayışı ilə bağlı müxtəlif yanaşmalar mövcuddur ki, hal-hazırda bunlardan ikisinə üstünlük verilir. Bunlardan biri əgər dövlət qulluğuna əmək fəaliyyətlərinin xüsusi növü kimi yanaşırsa, digəridövlət qulluğuna dövlətin hüquqi mərkəzi kimi yanaşır. Ümumiyyətlə isə dövlət qulluğu- sistemdə işləyən dövlət qulluqçularının sahib olduğu hüquqi statusu və vəziyyəti, işə qəbul olmaq şərtlərini və qaydaları təyin edən, vəzifədən doğan məsuliyyəti əks etdirən hüquqi normaların məcmusudur. Bu səbəbdən dövlət qulluğu özünü ölkənin hüquqi institutu olaraq biruzə verir(6, s.25).
Dövlət qulluğu haqqında konsepsiyaya görə dövlət qulluğu iki mənada işlədilir: geniş və dar. Dar mənada dövlət qulluğu hakimiyyət orqanlarının əməkdaşları ilə məhdudlaşırsa geniş mənada dövlət qulluğu dedikdə dövlət büdcəsindən vəsait ayrılan işçilərin hamısı nəzərdə tutulur. (49, s.13)


Azərbaycanda mövcud olan qanunvericiliyə əsasən “Dövlət qulluğuölkədə qəbul edilmiş Konstitusiyaya, həmçinin müvafiq qanunvericiliyə əsasən dövlətin məqsədlərinin, vəzifələrinin, funksiyalarının reallaşması istiqamətində dövlət qulluqçularının etməli olduğu vəzifə səlahiyyətlərini həyata keçirməsidir” (3). Dövlət qulluqçularının fəaliyyəti “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu” ilə tənzimlənir. Bu qanuna əsasən “Dövlət qulluqçusu müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.” (3) Bəs kimlər dövlət qulluqçusu hesab olunur sualına gəlincə isə dövlət qulluqçularının təsnifatıməsələsi inzibati elmdə və praktikada mürəkkəb məsələlərdəndir. Dövlətin fəaliyyətini məhsuldar şəkildə aparmağın yollarını düşündükdə təşkil edilən qurumun fəaliyyətini tənzimləyəcək işçi heyətin olması qaçılmazdır. Dünya çərçivəsində dövlətin fəaliyyətini tənzimləyəcək şəxslərin sayı yüz minlərlə ölçülür. Bu zaman dövlət sisteminin düzgün işləməsi üçün işçi heyətin təsnifləşdirilməsi əsas problemə çevrilir Dövlət qulluqçularının təsnifatı nəzəri olaraq tutduğu vəzifəyə uyğun aparılır. Mümtaz Soysal “Dövlət məmurlarının təsnifatı” adlı məqaləsində qeyd edir ki, “Vəzifə-məsul şəxsə verilən və həmin şəxsin yerinə yetirməyə borclu olduğu fəaliyyət və məsulliyyələtin cəmidir.” (54) Vəzifə başda Amerika olmaqla, bütün dünyadadövlət qulluqçularının təsnifatının əsasını təşkil edir. M.Rocer Gregoire “təsnifat” anlayışı yerinə “iş həyatının təşkili” anlayışının işlədilməsini təklif edir. (38, s.118-150) Dövlət qulluqçularının təsnifatı məsələsi ilk dəfə ABŞ-da meydana gəlmişdir. Belə ki, 1852-ci ildə Konqresin qəbul etdiyi Təsnifat Planında qulluqçular aldığı maaşa görə 4 qrupda təsnifləşdirilmişdir. Hal-hazırda mövcud olan təsnifatın əsası 1910-cu ildə Çikaqoda meydana gəlmişdir. Birinci Dünya Müharibəsindən sonra bu təsnifat yayılmağa başlamışdır. Nəticədə 1923-cü ildə “Təsnifat qanunu” qəbul edilir. Bu qanun dövlət qulluqçularının təsnifatı problemini kökündən həll etmişdir. (50, s. 352-353) ABŞ-da dövlət qulluqçularının təsnifatı dair növbəti qanun 1949-cu ildə qəbul edilmişdir. Burada təsnifat özündə iki əsas məsələni əks etdirir:

  1. Təsnifatların planının hazırlanması;

  2. Həmin Plana uyğun təsnifatların qruplaşdırılması. (55, s.5)

Dövlət qulluqçularının təsnifatının müəyyənləşdirilməsində BMT-nin təcrübəsinə müraciət etdikdə məlum olur ki, 1946-1950-ci illərdə dövlət qulluqçuları 19 dərəcəyə ayrılmışdır. Hər dərəcə özündə 3 və ya 7 sinif olmaqla 150 təsnifat müəyyənləşmişdir. (51)
İsveçrədə isə dövlət qulluqçusu müəyyən bir müddətdə müəyyən bir vəzifəni icra etmək üçün təyin edilən mütəxəssislər hesab olunur. Burada dövlət qulluqçularının 25 təsnifatı mövcuddur. (38, s.122-123)
İngiltərədə dövlət qulluqçularının təsnifatı məsələsinə “Nortchote-Trevelyan” hesabatında yer ayrılmışdır. Bu hesabatdan sonra 186-cı ildə “Treasury Classes” adlanan sənədlə dövlət qulluqçularının təsnifatı rəsmən qəbul edildi. (44) İngiltərədə dövlət qulluqçularının tam təsnifatı 1 iyul 1955-ci ildə keçirilən Priestley İclasında verilmişdir. Burada 2761 təsnifat müəyyənləşdirilmişdir. (36)
Fransada dövlət qulluqçularının təsnifatı 1945-ci ildə, Yunanıstanda1951-ci il “Yunan qanunu” ilə müəyyənləşdirilmişdir. (39) Bu qanunun digər qanunlardan fərqli cəhəti ondadır ki, bu qanunla elm adamları da dövlət qulluqçusu kimi təyin edilmişdir. Qanun dövlət qulluqçularının 18 təsnifatını müəyyənləşdirmişdir. (52) Türkiyədə dövlət qulluqçularının təsnifatı 1951-ci ildə qəbul edilmiş “Dövlət qulluğu haqqında qanun”la tənzimlənir. Bu qanunla dövlət qulluqçuları A, B., C, D kateqoriyaları daxilində 17 təsnifatda qruplaşdırılmışdır. (53)
Azərbaycanda dövlət qulluqçularının təsnifatı dövlət qulluğunun təsnifatına əsaslanır. Dövlət qulluqçularının müxtəlif təsnifatları mövcuddur: inzibati-hüquqi kriteriyalara görə - hakimiyyət nümayəndəsi, vəzifəli şəxs, texniki icraçı; funksional kriteriyalara görə - rəhbərlər, mütəxəssislər, texniki işçilər; hakimiyyətlərin bölgüsünə görə - qanunverici, icra hakimiyyəti və məhkəmə orqanlarında dövlət qulluqçuları; Qulluqçu əməyinin xarakterinə, yəni idarəetmə prosesində qərarlann hazırlanması və qəbul edilməsində iştirak dərəcəsinə, vəzifə ierarxiyasında yerinə görə təsnifatı keçmiş SSRİ Әmәк və Sosial məsələlər üzrə dövlət komitəsinin 1967-ci ildə təsdiq etdiyi qulluqçuların vəzifələrinin vahid təsnifatı üzrə араrılırdı. Bu təsnifata görə bütün qulluqçular üç kateqoriyaya - rəhbərlər, mütəxəssislər və texniki icraçılara bölünürdü. (Rzayev Ə, Dövlət Qulluğunun hüquqi əsasları)
Dövlət qulluğu haqqında” AR qanununda dövlət vəzifəli şəxs inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan dövlət qulluqçusu hesab olunur. Vəzifəli şəxsləri rəhbər işçilərə, funksional işçilərə və xüsusi səlahiyyətli hakimiyyət nümayəndələrinəayırmaq olar. (7)
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə 2 noyabr 2012-ci il tarixində prezidentin imzaladığı fərmana görə dövlət qulluqçularının vəzifələrinin ixtisas dərəcələri, adlar, dərəcələr üzrə bölgü və vəzifələrin tutulması şərtlərinin daxil edildiyi inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda inzibati vəzifələr 8 təsnifata ayrılır. (60)Nəhayət dövlət qulluqçularının təsnifatını müəyyənləşdirdikdən sonra deyə bilərik ki, dövlət qulluqçusu peşəkarlığını artırmaq üçün daim öz üzərində işləməli və lazımi informasiya ilə vaxtında təmin edilməlidir.



Yüklə 73,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin