“Dövlət və Din”. 2015.№2(31). S. 9-13. DİN və terrorizm aytən Hacıyeva



Yüklə 282,26 Kb.
Pdf görüntüsü
tarix19.07.2017
ölçüsü282,26 Kb.

“Dövlət və Din”.-2015.-№ 2(31).-S.9-13.

 

 

DİN VƏ TERRORİZM 

 

Aytən Hacıyeva

AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin elmi işçisi

flower_212001@yahoo.com

 

 

AÇAR SÖZLƏR

din, terrorizm, Islam, zorakılıq. 

КЛЮЧЕВЫЕ СЛОВА

: религия, терроризм, Ислам, насилие. 

KEY WORDS: 

religion, terrorism, Islam, violence. 

 

Terrorizm günümüzün ən aktual mövzularından biri olmaqla yanaşı, həm də müasir dünyanın ən ağrılı bəlasıdır. 



Əslində, yeni hadisə olmayan terror əksər hallarda ayrı-ayrı ölkələrin daxilində cərəyan etdiyindən beynəlxalq aləmin 

bir  о  qədər  də  ciddi  narahatlığına  səbəb  olmurdu.  Hazırda  mütəşəkkil  cinayətkar  fəaliyyətin  təzahür  forması  kimi 

tanınan,  milli  dövlət  sərhədlərini  adlayan  terrorçuluq  qlobal təhlükəyə  çevrilərək  dünya  ictimaiyyətini  təhdid  edir. 

Belə bir şəraitdə beynəlxalq birlik dünyanın hər yerində terrorizmin bütün formalarına qarşı mübarizədə birləşməli 

olduğu təqdirdə, bu sosial bəlanın səbəblərini hansısa dini əqidələrdə axtarırlar. 

Bir  çox  hallarda  dünyada  terrorizmin  kökündə  dinlə  bağlı  amillərin  dayanması  fikri  daha  çox  qabardılır.  Bu 

məsələdə daha çox haqsızlığa, yersiz və əsassız tənqidlərə məruz qalan din isə məhz Islamdır. Müasir dövrdə bir çox 

qruplar  İslam  dini  ilə  pərdələnərək  faciələrlə  nəticələnən  terrorlar  törədirlər.  Halbuki  İslamın  terrorizmə  haqq 

qazandırması fikri tamamilə yanlış və təhlükəli iddiadır. Çünki terrorizmə ən sərt şəkildə münasibətini bildirən Islam, 

terrordan  ən  çox  əziyyət  çəkənlər  isə  müsəlmanlardır.  Lakin  təəssüf  ki,  bu  gün  İslamla  terrorizm  arasında  əlaqə 

qurmağa çalışan, onu zorakılığa haqq qazandıran din kimi tanıtmaq istəyənlər var. 

[səh. 9-10]

 

İslam nəzəriyyəsində terrorizm toxumları axtaranların ən çox vurğuladıqları məsələ “Dar-ul-İslam” və “Dar-ul-



Hərb”  mövzularıdır.  İslam  hüququna  görə,  müsəlman  aləmi  üçün  dünya  iki  hissədən  ibarətdir:  “Dar-ul-İslam”  - 

dünyanın müsəlman olan hissəsi və “Dar-ul-Hərb” - dünyanın müsəlman olmayan hissəsi. “Dar-ul-Hərb”in olduğu 

yerlərdə  İslamın  bərqərar  olmasına  və  yayılmasına  çalışmaq  müsəlmanlar  üçün  vacib  sayılır.  Lakin  bunun  hansı 

formada həyata keçiriləcəyi dövrün tələbinə və şərtlərinə əsaslanmalıdır [1, 10]. 

İslam tarixində silahlı mübarizə dövrlərinə baxsaq, terrorizmlə bağlı faktlarla rastlaşmaq mümkün deyil. Terror 

mübarizə üsulu kimi İslam fəlsəfəsinə yad olduğu üçün əsl müsəlmanlar arasında qəbuledilməzdir. Digər din və etnik 

qruplara humanist yanaşma İslam dininin əsas prinsiplərindəndir. İslamın ümumbəşəri humanist xarakteri ona etiqad 

edən  insanları  irqçilikdən,  faşizmdən,  terrorizmdən  uzaqlaşdırmış  və  tolerantlığa,  insanpərvərliyə,  ədalətliliyə, 

Allahın insanlara verdiyi azad seçim və digər hüquqlara hörmətlə yanaşmağa təşviq etmişdir. Bununla belə, İslam 

dininin  humanist  fikirlərinə  kölgə  salan  insanlar  da  var.  Cihad  adı  altında  mülki  obyektlər  partladılır,  insanlar 

öldürülür.  Amma  bu  terror  qruplarının  və  onların  törətdikləri  hərəkətlərin  İslam  dininə  nə  dərəcədə  aidiyyəti  var? 

Doğrudanmı,  cihad  qeyri-müsəlmanların  qanını  axıtmaqdır?  Çox  vaxt  müsəlman  ölkələrində  fəaliyyət  göstərən 

sağlam dini təmayüllü qruplarla terrorçu təşkilatlar eyniləşdirilir. Halbuki dini təmayüllü qrupların terrorçu qruplarla 

ortaq  xüsusiyyətləri  çox  olsa  da,  aralarında  fərqli  cəhətlər  var.  Sağlam  dini  təmayüllü  təşkilatlar  məqsəd  və 

məramlarına  çatmaq  üçün  fəaliyyətlərində  qanunazidd  metodlardan  yararlanmırlar.  Bir  sıra  Qərb  dövlətləri 

terrorizmlə İslamın bir araya sığmadığın bildikləri halda, onları təmsil edən bir sıra siyasətçilər bu məsələdə qeyri-

obyektiv  mövqe  tutur,  cəmiyyətin  mövqeyini  olduğu  kimi  deyil,  əksinə,  görmək  istədikləri  kimi  əks  etdirirlər.  Bu 

gün  Qərb  dünyasında  İslama  qarşı  ədalətsiz,  yanlış  fikir formalaşıb:  guya  İslam  geriliyi  təbliğ  edir, inkişafa  mane 

olur  və  zorakılığa  haqq  qazandırır.  Bu  da  öz  növbəsində  məsələnin  mahiyyətindən  xəbərdar  olmayan  dünya 

ictimaiyyəti  arasında  İslam  Hininin  terrorizmə  rəvac  verən  din  olaraq  tanınmasına  şərait  yaradır.  Halbuki  İslam 

sonuncu din olduğu üçün özündən əvvəlki dinlərin bütün müsbət tərəflərini özündə birləşdirib. Hətta müsəlmanların 

gündəlik həyatda görüşdükdə belə, ilk sözləri “sənə sülh olsun”dur (əssəlamu-aleykum). 

1948-ei  ildən  sonra  müsəlmanlar  üçün  Şərq-Qərb  qarşıdurması  mahiyyətcə  yeni  keyfiyyət  almışdır. 

Müsəlmanlar sadəcə Yaxın Şərqdə cərəyan edən müəyyən hadisələrdə onlara qarşı haqsızlıq edildiyini düşünərək, bu 

ədalətsizliyin səbəbkarı kimi Qərbi günahlandırırlar. Bu şəraitdə Qərb cinayət törədənlərin müsəlmanlar tərəfindən 

dəstəklənməsi fikrinin formalaşmasına yol açır [2, 25]. Deməli, Qərb dövlətlərini demokratiyanın, insan haqlarının 



beşiyi sayaraq, müsəlman ölkələrindəki terrorçulara “İslam terrorçusu” yarlığı vurmaq qərəzlidir. Terrorizm, xüsusilə 

də  “Islam  terrorizmi”  məfhumu  müasir  Qərb  dünyasının  həssaslıqla  qoruduğu  və  təhlükəsizlik  məsələlərini  şübhə 

altına  aldığı  üçün  ortaq  düşmən  ola  biləcək  ən  uyğun  mövzudur.  Əslində  isə  daxili  problemləri  unutdurmaq  və 

mövcud  şəraiti  qorumaq  üçün  xaricdə  ciddi  düşmən  obrazı  yaratmaq  və  bunu  olduğundan  daha  böyük  göstərmək 

cəhdləri  Qərb  siyasətçilərinin  taktiki 

[səh.  10-11]

  addımlarından  biri  olaraq  dəyərləndirilə  bilər.  Lakin  Qərb 

dünyasının  müsəlman  dünyası  ilə  münasibətlərindəki  problemləri  sosial-iqtisadi  səbəblərlə,  yaxud  dini  məsələlərlə 

bağlamaq olmaz. Zorakılığın, terrorizmin səbəblərini dində yox, dini ayrı-seçkilikdə axtarmaq lazımdır. Heç bir din 

zorakılığa,  dini  ayrı-seçkiliyə  və  terrora  haqq  qazandırmır.  Lakin  təəssüf  ki,  dini  ayrı-seçkiliyə  yol  verən  və  dini 

siyasi məqsədlər üçün vasitəyə çevirmək istəyən qüvvələr var. 

Bəşər  sivilizasiyasının  tarixi  təcrübəsinə  diqqət  yetirsək,  görərik  ki,  dini  ekstremizm  və  terrorizm  arasında 

qarşılıqlı  əlaqə  mövcuddur.  Ümumiyyətlə,  dini  amil  emosional-psixoloji,  ekstremist  davranışın,  həmçinin  terror 

fəaliyyətinin  təşəkkülündə  mühüm  rol  oynayır.  Belə  demək  olar  ki,  dini  ekstremist  fəaliyyət  müxtəlif  təşkilatların, 

qrupların  cinayətkar  fəaliyyətidir  və  bunlar  din  pərdəsi  altında  həyata  keçirilərək  konstitusiya  quruluşunun  zorakı 

yolla dəyişdirilməsinə, hakimiyyətin ələ keçirilməsinə, dini ixtilafın qızışdırılmasına və siyasi məqsədlərə nail olmaq 

üçün digər zorakılıq aktlarının tətbiqinə yönəldilmişdir. 

Əvvəllər müxtəlif ideologiyalar altında həyata keçirilən beynəlxalq terror aktları günümüzdə şəklini dəyişərək 

din  pərdəsinə  bürünmüşdür.  Dini  terrorizm  müxtəlif  zamanlarda,  əsasən,  dini  təriqəti  qeyri-sivil  yollarla  yaymaq, 

eyni təriqətə sitayiş edən cəmiyyət yaratmaq, “din qardaşlarına” yönələn təzyiqlərə cavab vermək və s. üçün həyata 

keçirilir.  Adıçəkilən  terror  növünün  daşıyıcıları,  əsasən,  müxtəlif  konsepsiyalara  mənsub  millətçi-ekstremist  və  ya 

dini-siyasi təşkilatlardır. Bunların arasında İslam fundamentalizminə əsaslanan təşkilatların adları daha çox hallanır. 

Əfqanıstandakı əl-Qaidə təşkilatı din pərdəsi altında fəaliyyət göstərən təşkilatlara misal ola bilər [3,5]. 

Cihada ilk çağırış “Bəqərə” surəsində olmuşdur: “(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda 



vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!” [4, Bəqərə, 190]. Göründüyü kimi, Allah 

cihada ilk çağırışında müsəlmanlar üçün müharibənin aparılması qaydalarında məhdudiyyətlər qoymuşdur [5,18]. 

Məlumdur  ki,  müasir  dövrdə  bir  çox  terror  qrupları  İslam  dinindən  sui-istifadə  edərək  öz  hərəkətlərinə  bəraət 

qazandırırlar.  Halbuki  Islamın  mərkəzləşdiyi  dövrə  qədər  dünya  humanizm  anlayışı  və  müharibədə  mərhəmət 

qaydalarından  xəbərsiz  idi.  Qərb  isə  bu  nəzəriyyə  ilə  ilk  dəfə  XVII  əsr  mütəfəkkiri  Hüqo-Qrotsio  vasitəsilə  tanış 

olmuşdur. 

Hansısa dinin adının terrorla bərabər çəkilməsi yolverilməzdir. Bütün başqa dinlərdə olduğu kimi, İslam dini də 

insanları sevgiyə, sülhə, qardaşlığa, qarşılıqlı inam və anlayışa çağırır. Terrorçular mənsub olduqları irqi, milli, dini, 

siyasi, sosial vəziyyətindən asılı olmayaraq bütün insanları özlərinə nişan seçmiş fərdlərdir. 

Terrorizm  və  zorakılıq  bu  gün  bəşəriyyətin  ən  böyük  problemlərindən,  bəlkə  də,  birincisidir.  Ən  pisi  odur  ki, 

dünyada heç bir ölkə və heç kəs terrordan sığortalanmayıb. Lakin terrorizm, separatizm və dini ekstremizmin məhz 

türkdilli dövlətlər tərəfindən önə 

[səh. 11-12]

 çəkilməsi əbəs deyildir. Çünki Azərbaycan erməni terrorizmindən və 

separatizmindən,  Türkiyə  PKK  terrorizmindən,  Mərkəzi  Asiyanın  türk  dövlətləri  isə  dini  ekstremizmdən  əziyyət 

çəkiblər. 

Məlumdur ki, dinlərə və dini-fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqında bu cür 

spesifik  keyfiyyətin  formalaşmasında  İslam  dininin  böyük  rolu  olmuşdur  [6,  58].  Təcavüzkar  Ermənistan 

Azərbaycan  xalqının  milli  mentalitetindən  irəli  gələn  başqa  dinlərə  və  xalqlara  münasibətdə  dözümlülük,  onlarla 

yanaşı  və  qarşılıqlı  anlaşma  şəraitində  yaşama  kimi  spesifik  xüsusiyyətlərindən  sui-istifadə  edərək  dövlət 

səviyyəsində  etnik  təmizləmə,  işğalçılıq  siyasəti  aparmışdır  və  aparmaqdadır.  Qeyd  edək  ki,  Azərbaycan 

Respublikası müsəlman ölkələri içərisində antiterror koalisiyasına birinci qoşulan dövlət hesab olunur. 

Ümumiyyətlə, müsəlman dünyasını narahat edən problemlərin Qərb dövlətlərinin iştirakı ilə ədalətli şəkildə həll 

olunması həm dünyada sülhün bərqərar olmasına, eləcə də beynəlxalq terrorizmin qarşısının alınmasına böyük təkan 

verər. Terrorizmin qarşısını almaq və onu birdəfəlik ləğv etmək bir dövlətin yox, bütün bəşəriyyətin qarşısında duran 

təxirəsalınmaz vəzifədir. 



 

ƏDƏBİYYAT 

1.

 



Həsənov A. Beynəlxalq terrorizm. I hissə. Bakı: Əbilov və Zeynalov oğulları, 2003. 

2.

 



Sivilizasiya və terror. Bakı: Azərbaycan Universiteti, 2002. 

3.

 



Beynəlxalq hüquq və diplomatiya. № 2. Bakı Dövlət Universiteti, 2003. 

4.

 



Qurani-Kərim (ərəb dilindən tərcümə edənlər: Z.M. Bünyadov və V.M. Məmmədəliyev). Bakı: Qismət, 2006. 

5.

 

Abdullayev Ə., Əhmədov X. Terrorizm və beynəlxalq cinayətkarlıq. Bakı: 2003. 



6.

 

Beynəlxalq  hüquq  və  inteqrasiya  problemləri  (elmi-analitik  jurnal)  №  2  (02).  Bakı  Dövlət  Universiteti,  2005.



 

[səh.12-13]

 

 

Айтен Гаджиева 

РЕЛИГИЯ И ТЕРРОРИЗМ 

РЕЗЮМЕ 

Терроризм  является  глобальным  бедствием  для  современного  мира.  Некоторые  радикальные  и  экстремистские 

группы,  прикрываясь  под  религиозными  лозунгами,  совершают  теракты.  К  сожалению  немало  и  таких  террористов, 

которые совершают преступления от имени Ислама. Автор отмечает, что они не имеют никакого отношения к Исламу и 

пытается  найти  методы  борьбы  с  международным  терроризмом.  Кроме  того,  рассматриваются  проблемы  разжигания 

вражды, которые служат политическим целям. 



 

Ayten Hajiyeva 

RELIGION AND TERRORISM 

SUMMARY 

Terrorism is a global disaster for modem world. Some radical and extremist groups commit terrorist attacks under religious 

slogans. Unfortunately, there are quite a few terrorists perpetrating crimes in the name of Islam. The author notes in the article 

that these actions have no relation with Islam and tries to display the ways of combating international terrorism. Besides that the 



article reviews the matters of rousing hatred which is serving to political purposes. 

Kataloq: docs -> JURNAL
JURNAL -> Roza eyvazova
JURNAL -> Naxçivan tariXİNƏ VƏ MƏDƏNİYYƏTİNƏ daiR Əlyazma mətnləRİ SƏbuhi İbrahimov
JURNAL -> «Türkologiya».–2011.№1.–S. 69-75. TÜRk diLLƏRİNDƏ ortaq terminologiyanin yaradilmasi cəMİLƏ babayeva
JURNAL -> İnsan qrupunu qəSDƏn məhv etmək siyasəTİ Nəsir Məmmədov, амеа-nın İnsan Hüquqları İnstitutu Açar sözlər
JURNAL -> Türk xalqlarının ortaq dastanlarının yaranması və yayılması coğrafiyası Sədnik Paşa Pirsultanlı
JURNAL -> AZƏrbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ ƏDLİYYƏ naziRİ aslan bəy səFİKÜrdskiNİn həyati və FƏALİYYƏTİ Rauf rzayev
JURNAL -> DÜnya azərbaycanlilarinin III qurultayi: Güclü Azərbaycan üçün güclü diaspor Vüsalə Kərimova
JURNAL -> Milli-mənəvi dəyərlərin şagird şəxsiyyətinin formalaşmasına təsiri İsfəndiyar Novruzlu
JURNAL -> «Mədəni Maarif». 2011.№1. S. 24-26. Müzikl janrının tarixinə qısa baxış (1920-70-ci illər) Pikə FƏtullayeva
JURNAL -> «Q a n u n ç u lu q». 2 0 1 № S. 3 2 3 7

Yüklə 282,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə