DP-5V cihazı, taktiki-texniki xarakteristikası, dəsti, işə hazırlanması və cihazla işləmə qaydası
Doza gücü ölçücüsü DP-5V (DP-5B) qamma-şüalanmanın ekspozisiya doza gücünü ölçmək üçündür. Bundan başqa, cihaz beta-şüalanmanı da təyin edir.
Cihazın dəstinə ölçmə pultu (futlyar və qayışlarla), detektirləmə bloku (birləşdirici kabellə), uzandırıcı ştanqa, gərginlik bölücüsü (birləşdirici kabellə), TQ-7M növlü telefon (baş telefonu), ehtiyat alətləri və ləvazimatlar (EAL), texniki təsvir və istismar təlimatı, formulyar və yerləşdirmə yeşiyi daxildir. Ölçmə diapazonu 0,05 mr/saat-dan 200 r/saat-a qədərdir və 6 yarımdiapazona bölünüb:
Yarımdiapa- zonlar
|
Çevircəyin qolunun vəziyyəti
|
Göstərişin götürüldüyü şkala
|
Ölçü vahidi
|
Ölçmə həddi
|
1
|
200
|
0-200
|
r/saat
|
5-200
|
2
|
x1000
|
0-5
|
mr/saat
|
500-5000
|
3
|
x100
|
0-5
|
mr/saat
|
50-500
|
4
|
x10
|
0-5
|
mr/saat
|
5-50
|
5
|
x1
|
0-5
|
mr/saat
|
0,5-5
|
6
|
x0,1
|
0-5
|
mr/saat
|
0,05-0,5
|
İş prinsipi. Beta-hissəciklərin və qamma-kvantların təsirindən qazboşaldıcı sayğacların verdiyi elektrik impulsları gücləndirici-normalızatora daxil olub orada güclənir və normallaşdırılır, sonra inteqrallaşdırıcı konturda impulsların cərəyanı ortalaşdırılır. Ortalaşdırılmış cərəyanın qiyməti qamma-beta şüalarının ekspozisiya dozasının gücünə proporsionaldır və bu cərəyan mikroampermetrdə qeyd olunur. Gərginlik bölücüsü cihazın xarici mənbədən (maşınların bort şəbəkəsindən, akkumlyatjrundan) qidalanması üçündür.
Cihaz KB-1 növlü 3 elementdən və ya gərginlik bölücüsü vasitəsilə gərginliyi 12, yaxud 24 V olan xarici qida mənbəsindən qidalanır.
Doza gücü ölçücüsü DP-5V:
1 – ölçmə pultu; 2 – birləşdirici kabel; 3 – silmə düyməsi; 4 – yarımdiapazonlar
çevircəyinin qolu; 5 – mikroampermetr; 6 – futlyarın qapağı; 7 – obyektlərin icazə verilən zəhərlənmə dərəcəsinin qiymətlərinin cədvəli; 8 – detektirləmə bloku; 9 – fırlanan ekran; 10 – cihazı yoxlamaq üçün radioaktiv mənbə; 11 – mikroampermetrin şkalasını işıqlandırmaq üçün tumbler; 12 – uzandırıcı dəstək (ştanqa); 13 – baş telefonları; 14 – futlyar; 15 – gərginlik bölücüsü;
16 – yerləşdirmə yeşiyi
DP-5V cihazının işə hazırlanması və iş qabiliyyətinin yoxlanılması (məşğələ materialı)
DP-5V cihazının işə hazırlanması və iş qabiliyyətinin yoxlanılması aşağıdakı qaydada həyata keçirilir:
cihaza xarici baxış keçirilir;
qayışlar futlyara birləşdirilir;
uzandırıcı dəstək detektirləmə blokuna birləşdirilir;
yarımdiapazonlar çevircəyinin qolu «O» (VIKL) vəziyyətınə qoyulur;
qida mənbəsi birləşdirilir;
çevircəyin qolu ▲ (REC.) vəziyyətinə qoyulur və bu zaman cihazın əqrəbi qara rəngli qövsün üzərinə gəlməlidir (rejim sektorunda olmalıdır);
şkalanın işıqlanması yoxlanılır;
baş telefonları ölçü pultuna birləşdirilib başa geyilir;
detektirləmə blokunun ekranı «K» vəziyyətinə qoyulur və yarımdiapazonlar çevircəyinin qolunun x0,1; x1; x10; x100 və x1000 vəziyyətlərində cihazın iş qabiliyyəti yoxlanılır: çevircəyin qolunun x0,1 və x1 vəziyyətlərində mikroampermetrin əqrəbi şkalanın son göstəricisini keçir, baş telefonlarında uğultu eşidilir, çevircəyin qolunun x10 vəziyyətində əqrəb müəyyən bir rəqəmi (yuxarı şkalada) göstərir, telefonlarda şıqqıltılar eşidilir. Cihazın bu göstərişi formulyarın 12-ci bölməsindəki göstərişlə müqasiyə edilir və əgər onlar üst-üstə düşərsə, cihaz işə yararlıdır. Çevircəyin qolunun x100 və x1000 vəziyyətlərində əqrəbin yerindən tərpənməsi elementlərin aktivliyindən asılıdır. Çevircəyin qolunun x100 vəziyyətində baş telefonlarında 30-40 saniyədən sonra bir şıqqıltı eşidilə bilər. 1-ci yarımdiapazonda cihazın iş qabiliyyəti yoxlanılmır;
çevircəyin qolu “O” vəziyyətinə qoyulur;
detektirləmə blokunun ekranı "Q" vəziyyətinə qoyulur.
Cihaz işə hazırdır.
DP-5V cihazı ilə işləmə qaydası
Qamma-fonun təyin edilməsi
Qamma-fonu təyin etmək üçün detektirləmə blokunun ekranını "Q" vəziyyətinə qoyub, yer səthindən 1,5 m, radioaktiv zəhərlənmiş obyektdən 10-15 m aralı məsafədə cihazın göstərişini qeyd edirik.
Ölçmə ardıcıllıqla: 200, x1000, x100 və növbəti yarımdiapazonlara keçməklə cihazın əqrəbi müəyyən bir rəqəmin üzərində dayanana qədər aparılır.
"200" yarımdiapazonunda cihazın göstərişi aşağı şkaladan götürülür (ölçü vahidi r/saat-dır). Qalan yarımdiapazonda isə cihazın göstərişi yuxarı şkaladan götürülüb yarımdiapazonun əmsalına vurulur (ölçü vahidi mr/saat-dır).
Obyektin səthinin zəhərlənmə dərəcəsinin ölçülməsi
Obyektin səthinin zəhərlənmə dərəcəsini ölçmək üçün:
qamma fon (Pf) ölçülür;
baş telefonlarını ölçü pultuna birləşdirib geyirik (əvvəlcədən geyilməyibsə);
uzandırıcı dəstəyi birləşdiririk;
obyekt qamma-fon ölçülən yerə qoyulur (obyekti qamma-fon ölçülən yerə gətirmək mümkün deyilsə, ona yaxınlaşırıq);
detektirləmə blokunu obyektin səthindən 1-1,5 sm məsafədə gəzdirməklə maksimum radiasiya səviyyəsi – telefonun səsvermə tezliyi ən çox olan yerdə cihazın göstərişini qeyd edirik.
formulu ilə obyektin səthinin zəhərlənmə dərəcəsini təyin edirik. Harada: Pö – texnikanın səthinin ölçülmüş zəhərlənmə dərəcəsidir. K – ekranlaşdırma əmsalıdır: zirehli obyektlər (tank, BMP və s.) üçün – 2-yə, avtomobillər üçün – 1,5-ə, FMV və paltar üçün isə 1,2-yə bərabərdir.
Beta-şüalarının təyin olunması
Beta-şüalarını təyin etmək üçün detektirləmə blokunun ekranının "Q" və “B” vəziyyətlərində radiasiya səviyyələrini ölçürük. "B" vəziyyətində ölçülmüş radiasiya səviyyəsinin qiymətindən "Q" vəziyyətində ölçülmüş radiasiya səviyyəsinin qiymətini çıxıb beta-şüalanmanın doza gücünü tapırıq.
Dostları ilə paylaş: |