Dünənki iş günündən qalmış xlorid turşusu hansı qaydada saxlanmalı idi?



Yüklə 19,94 Kb.
tarix01.01.2017
ölçüsü19,94 Kb.
#4338
Məsələ№1.

Sanitariya-gigiyena laboratoriyasında səhər işə başlayarkən dünənki iş günündən laboratoriya masasının üzərində qalmış şüşə qabdan laboratoriya masasının üzərinə xlorid turşusu tökülmüş, turşunun bir hisssəsi döşəməyə dağılmışdır. Laboratoriyanın orta tibb işçisi xlorid turşusu tökülmüş yeri quru əski ilə silməyə və sonra həmin əskini axar su altında yumağa cəhd etmişdir.

Normativ sənədlər: “Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji idarələrinin laboratoriyalarında iş zamanı texniki təhlükəsizlik, istehsalat sanitariyası və şəxsi gigiyena qaydaları” (2455-81 №li 20.10.1981-ci il tarixli).
Suallar:


  1. Dünənki iş günündən qalmış xlorid turşusu hansı qaydada saxlanmalı idi?

  2. Səthə dağılmış xlorid turşusu hansı qaydada təmizlənməli və zərərsizləşdirilməli idi?

  3. Xlorid turşusu bədənin açıq dərisinə toxunarkən hansı təsiri göstərə bilər?

Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008.



Məsələ№2.

Sanitariya-gigiyena laboratoriyasına içməli su nümunəsi daxil olmuşdur. Həkim-laborantın tapşırığı ilə laborant fiziki-kimyəvi müayinəni apararkən suyun sərtliyini təyin etmək üçün müayinə olunan sudan 50 ml Erlenmeyyer kolbasına keçirib üzərinə 50 ml distillə suyu və bir neçə damcı xrom tünd göy məhlulu əlavə etmiş, Trilon B məhlulu ilə titrləmişdir. Bu zaman məhlulun rəngi çəhrayıdan bənövşəyiyə qədər dəyişməli idi. Müayinə olunan suda müayinənin düzgün nəticə verməsinə mane olan faktorlar olduğu üçün rəng dəyişməsi olmamışdır. Göstərilən səbəbdən suyun sərtliyini təyin etmək mümkün olmamışdır.


Normativ sənəd: ГОСТ 4151-72 “İçməli suda ümumi codluğun təyini üsulu”.

Suallar:

  1. Hansı ionların mövcudluğu suyun sərtliyinin təyininə mane olan faktorlardır?

  2. Belə halda müayinənin başa çatdırılması üçün nə etmək lazımdır?

  3. Titrləyici məhlul Trilon B-nin konsentrasiyası neçə olmalıdır?

Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008



Məsələ№3.

Sanitariya-gigiyena laboratoriyasına soyuducu çantada inək südü nümunəsi daxil olmuşdur. Süd nümunəsinin laboratoriyaya göndəriş sənədində fiziki-kimyəvi müayinənin aparılması barədə tapşırıq verilmişdir. Həkim-laborant süd nümunəsinin qəbul edilməsi barədə laboratoriyanın orta tibb işçisinə tapşırıq vermişdir. Orta tibb işçisi dərhal südün əvvəlcə sıxlığını, sonra isə digər fiziki-kimyəvi göstəricilərin müayinəsini aparmışdır.

Normativ sənəd: 1) ГОСТ 3622-68 “Süd və süd məhsulları. Nümunələrin götürülmə qaydaları və müayinəyə hazırlıq”.

2) “Qidalanma gigiyenasının praktiki məşğələlərinə rəhbərlik” N.Bağırov.



Suallar:

  1. Müayinəyə başlamazdan əvvəl həkim-laborant nə etməlidir?

  2. Südün müayinəsi zamanı nümunənin hazırlanması necə həyata keçirilməlidir?

  3. Südün fiziki-kimyəvi müayinələri hansı hava temperaturu şəraitində aparılmalıdır?


Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
Yüklə 19,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin