Dünya əDƏBİyyati 42 MÜƏLLİM: f.ü. f d. M. R. Yaqubova VII mühaziRƏ Mövzu: XIX əsr amerika əDƏBİyyati



Yüklə 48,89 Kb.
səhifə8/11
tarix02.01.2022
ölçüsü48,89 Kb.
#42611
1   2   3   4   5   6   7   8   9   10   11
muhazire 7
2-Uyğur Folkloru, muhazire 7
R.V.Emerson

R.V.Emerson (1803-1882) poeziyasında əsas mövzular təbiətlə bağlıdır. 1833-cü ildə R.V.Emerson Avropaya səyahətə çıxır. İngiltərəyə qayıdarkən ingilis şairləri Səmyuel Teylor Kolric (1772-1834), Uilyam Vordsvort (1770-1850) və Tomas Karlayl (1795-1881) ilə görüşür. Bu şairlərin hər biri R.V.Emersona böyük təsir göstərmişdir. Hətta o, Tomas Karlayl ilə uzun illər dostluq da etmişdir. Avropadan qayıtdıqdan sonra isə R.V.Emerson o zaman ABŞ-da ən məşhur şəhər olan Konkordda daimi məskunlaşır və ömrünün sonuna qədər orada yaşayır. Emersonun şeirlərində iki istiqamət diqqəti daha çox cəlb edir: təbiət və transendental fəlsəfə. O çox az şeir yazmasına baxmayaraq onun yazdığı poetik nümunələr Amerika poeziyasında mühüm və əhəmiyyətli yerlərdən birini tutur. Onun xeyli yüksək səviyyədə yazılmış və təbiətə həsr olunmuş şeirləri bu gün də Amerika poeziyasının incilərindən hesab olunur. R.V.Emerson da U.K.Brayant kimi meşəni, təbiəti sevsə də, qeyd etmək lazımdır ki, onun təbiət haqqındakı fikirləri daha aydın, daha demokratik və daha lirik səslənir. Bunu R.V.Emersonun «Şair» şeirindən götürülmüş iki misrada daha aydın görmək olar: Mən Allah sayılan meşəyə gedirəm… onun insan haqqında fikirlərini gətirim.. R.V.Emersonun şeirlərində tez-tez «Allah» anlayışının, onun ilahi varlıqla bağlı olduğuna əyani sübutdur. O həmişə Allahı, dini sevmiş və ona itaət etmişdir. Şair dənizi çox sevir və dəniz sahilində özünü ilahi bir varlıq kimi hesab edir. Dənizin böyüklüyü kimi o, dəniz sahilində özünü daha qüdrətli, daha güclü insan kimi hiss edir. «Dəniz təmizdir, dəniz ülvidir, dəniz səxavətlidir» - deyən şair, sanki dənizin ülvi və təmiz olduğunu lirik dillə öz oxucusunun qulaqlarına pıçıldayır. Onun bu şeirində bənzətmə, metafora, epitet, sinonim, antonim kimi bir sıra ifadə vasitələrindən simvollar kimi istifadə edilmişdir. «Sınmış küknar» ağacının təsvirində müəllif insanların təbiətə vurduğu ziyanı qələmə almaqla «Sınmış küknar» ağacını simvol kimi göstərir. R.V.Emersonun təbiətə həsr olunmuş ən maraqlı şeirləri bunlardır: «Meşə qeydləri», «Bal arısı», «Özüm və hamı», «Qar fırtınası», «Cənublu Helenə». Onun bəzi fəlsəfi fikirləri isə «Problem», «Sfinks», «Brahma» kimi şeirlərində ifadə olunur. Bunların içərisində «Problem» şeiri daha çox diqqəti cəlb edir. «Problem» şeirində Emerson Allahın təbiətə xas olan hər bir canlı və cansızında mömcudluğunu və daxili aləm haqqında öz fikirlərini belə qələmə almışdır: “Himself from God he could not free: He built better than he knew: – The conscious stone to beauty grew”. (Allahın varlığından o, heç vaxt azad ola bilməz, Onun varlığı ilə gözəllik yaranır daşın üstündə). R.V.Emersonun əsas məqsədi daxili mənəvi inkişafı əks etdirməkdir. O, Amerika poeziyasında böyük etik müəllimlərdən biri hesab olunur. Onun şeirlərindəki inam gələcəyə optimist şəkildə yanaşmasına kömək edir.




Yüklə 48,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə