“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix10.07.2017
ölçüsü4,22 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

111 

downloaded from KitabYurdu.org



 

Anton Pavloviç Çexov 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ 

 

-



 

Əcəb eləmişəm. 

Olqa  İvanovnanın  yanağı  titrədi,  sobanın  yanına  çəkilərək  ağla-

mağa başladı. 

-

 

Bəli,  bircə  göz  yaşımız  əskik  idi.  Boşlayın!  Mənim  ağlamaq 



üçün min cür bəhanəm var, bununla belə yenə də ağlamaram. 

Olqa İvanovna hıçqıraraq: 

-

 

Min  cür  bəhanə...  Ən  başlıca  bəhanə  məndən  bezikdiyindir. 



Bəli!  -  deyib  hönkürtü  ilə  ağladı.  -  Düzünü  desək,  aramızdakı  sev-

gidən  utanırsınız,  rəssamlann  bu  sevgini  duymamağına  çalışırsınız. 

Halbuki bunu gizlətmək mümkün deyil və artıq çoxdan hər şey onlara 

məlumdur. 

Rəssam əlini ürəyinin üstünə qoyub yalvararaq: 

-

 



Olqa,  mənim  sizdən  bircə  xahişim  var,  -  dedi,  -  yalnız  bircə 

şey,  mənə  əzab  verməyin.  Bundan  artıq  mən  sizdən  heç  bir  şey 

istəmirəm! 

-

 



Lakin and için ki, siz də məni sevirsiniz. 

Rəssam dişlərinin arasında: 

-

 

Bu,  əzabdır!  -  deyərək  yerindən  sıçradı.  -  Bu  yaxında  mən 



özümü  ya  Volqadan  atacağam,  ya  da  dəli  olacağam.  Məni  rahat 

buraxın! 

Olqa İvanovna: 

-

 



Öldürün, öldürün məni! - deyə qışqırdı. - Öldürün! 

Olqa  İvanovna  yenə  hönkürtü  ilə  ağlayaraq,  arakəsmənin  dalına 

keçdi.  Komanın  saman  döşənmiş  damında  yağış  panldayırdı.  Rya  - 

bovski  başını  tutaraq  otaqda  o  küncdən-bu  küncə  gəzinməyə  baş  - 

ladı, sonra birdən qətiyyətlə papağını başına qoydu, tüfəngini çiyninə 

keçirərək komadan çıxdı. 

Ryabovski gedəndən sonra Olqa İvanovna uzun müddət çarpayıda 

uzanıb  ağladı. Əvvəlcə  fikrinə  gəldi  ki,  özünü zəhərləsin,  Ryabovski 

qayıdıb  onu  ölmüş  görsün.  Sonra  isə  fikri  qonaq  otağına,  ərinin  iş 

otağına  getdi  və  özünün  Dımovun  yanında  hərəkətsiz  otur  -  duğunu, 

fiziki  rahatlıq  və  təmizlikdən  zövq  aldığını,  axşamlar  isə  teatrda 

oturub  Mazinini  dinlədiyini  təsəvvürünə  gətirdi.  Mədəniyyət, 

gurultulu  şəhər  həyatı  və  adlı-sanlı  adamların  həsrəti  qəlbini  sıxdı. 

Komaya bir arvad girdi və nahar hazırlamaq üçün tələsmədən sobanı 

yandırmağa  başladı.  Otağı  his  qoxusu  basdı  və  havanı  göy  tüstü 

bürüdü. Sir-sifətləri yağışdan islanmış və uzunboğaz çəkmə 



112 

downloaded from KitabYurdu.org



ləri  palçığa  batmış  halda  çöldən  gələn  rəssamlar  etüdlərə  baxır  və 

özlərinə  təsəlli  verərək  deyirdilər  ki,  guya,  Volqanın  sarsaq  havada 

belə özünəməxsus bir gözəlliyi  vardır. Divardakı köhnə saat isə “tıq- 

tıq-tıq”...  tıqqıldayırdı.  Soyuqdan  donmuş  milçəklər  küncdəki  iko- 

nalann  önünə  yığılıb  vızıldayır,  skamyaların  altına  qoyulmuş 

qovluqların arasından boz tarakanların xışıltısı eşidilirdi. 

Günəş batanda Ryabovski evə döndü. O, papağını masanın üstünə 

tulladı,  bənizi  saralmış  və  yorğun  halda,  palçığa  batmış  çəkmələrini 

çıxarmadan skamyaya sərilib gözlərini yumdu. O: 

-

 



Yorulmuşam,  -  dedi  və  göz  qapaqlarını  açmaq  üçün  qaşlannı 

yuxarı dartdı. 

Olqa İvanovna özünü ona istətmək və acıqlanmadığını göstərmək 

üçün  Ryabovskiyə  yanaşdı,  dinməzcə  öpdü  və  darağı  onun  sarışın 

saçlarına  toxundurdu.  Olqa,  Ryabovskinin  başını  daramaq  istəyirdi. 

Ryabovski  bədəninə  soyuq  bir  şey  toxunduğu  kimi  diksindi  və 

gözlərini açdı: 

-

 



Nə  olub?  Nə  olub?  -  dedi.  -  Xahiş  edirəm,  məni  rahat  bura-

xasınız! 

O,  əli  ilə  Olqanı  itələdi  və  kənara  çəkildi.  Olqaya  elə  gəldi  ki, 

onun üzü acıqlı və kədərlidir. Bu zaman xidmətçi arvad iki əliylə tut-

duğu  nimçədə  Ryabovskiyə  borş  gətirirdi.  Olqa  İvanovna  arvadın  iri 

barmaqlarının  borşa  bulaşdığını  gördü.  Birdən  belinə  şal  sannmış  bu 

natəmiz  qadın,  Ryabovskinin  acgözlüklə  yediyi  bu  borş,  bu  koma, 

əvvəllər sadəliyi və bədii pintiliyinə görə sevdiyi bütün bu həyat indi 

ona  dəhşətli  göründü.  Birdən  o  özünü  təhqir  olunmuş  hesab  edərək 

soyuq bir tərzdə dedi: 

-

 

Biz  bir  müddət  bir-birimizdən  ayrılmalıyıq,  yoxsa,  darıxdığı-



mızdan bir-birimizlə ciddi surətdə dalaşa bilərik. Mən artıq dözə bil - 

mirəm. Mən bu gün yola düşürəm. 

-

 

Nə ilə? Ağaca minib gedəcəksən? 



-

 

Bu  gün  cümə  axşamıdır,  demək,  saat  onun  yarısında  gəmi 



gələcəkdir. 

Ryabovski salfet əvəzinə üz dəsmalı ilə ağzını silərək yumşaq bir 

tərzdə: 

-

 



Hə? Bəli... Bəli. Nə olar, get!  - dedi.  - Sən burada darıxırsan, 

özünün də bir məşğuliyyətin yoxdur, səni burada saxlamaq üçün bərk 

xudpəsənd olmaq lazımdır. Get, ayın iyirmisindən sonra görüşərik. 

113 

downloaded from KitabYurdu.org



 

Anton Pavloviç Çexov 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ 

 

Olqa İvanovna şən halda şeylərini qablaşdırdı, hətta sevincindən 



yanaqları  da  qızarmışdı,  “Doğrudanmı,  bir  azdan  sonra,  o,  qonaq 

otağında yazı yazacaq, öz yataq otağında yatacaq və üzərinə ağ süfrə 

sərilmiş  masa  arxasında  nahar  edəcəkdir?”  -  deyə  öz-özündən 

soruşurdu. Onun ürəyi yumşalmışdı, rəssama acığı tutmurdu. 

-

 

Rəngləri və fırçanı sənin üçün qoyuram, Ryabuşa, - deyirdi. - 



Nə  qalsa,  gətirərsən...  Ancaq  bura  bax,  Ryabuşa,  mənsiz  burada 

tənbəlləşmə, kədərlənmə ha; işlə, mənim qoçağım Ryabuşa! 

Saat  onda  Ryabovski  vida  üçün  Olqanı  öpdü  və  onu  körpüyə 

qədər  ötürdü.  Olqaya  elə  gəlirdi  ki,  Ryabovski  gəmidə  rəssamların 

yanında onu öpməmək üçün indi burada öpürdü. Gəmi tezliklə gəldi 

və Olqa İvanovnanı apardı. 

İki  gün  yarımdan  sonra  Olqa  gəlib  evlərinə  çıxdı.  Şlyapasını 

çıxarmadan,  həyəcanından  ürəyi  çırpına-çırpına  qonaq  otağına,  ora-

dan  da  yemək  otağına  getdi.  Dımov  sürtüksüz,  jiletinin  yaxası  açıq 

halda  masanın  arxasında  oturub  əlindəki  bıçağı  çəngələ  sürtərək  iti- 

ləyirdi.  Qabağındakı  nimçədə  meşə  çili  var  idi.  Olqa  İvanovna  evə 

girərkən  hər  şeyi  ərindən  gizlətmək  niyyətində  idi,  bunun  üçün  o, 

özündə  bacanq  da,  qüvvə  də  hiss  edirdi.  Lakin  indi  o,  Dımovun  bu 

geniş,  mülayim  və  xoşbəxt  təbəssümünü,  parlaq,  sevincli  gözlərini 

gördükdə  hiss  etdi  ki,  bu  adamı  aldatmaq  iyrənc  bir  hərəkətdir  və 

Olqa  bunu  bacarmayacaqdır.  O,  bütün  olub-keçənləri  ərinə  nağıl 

etməyi qərara aldı. 

Ərinə onu öpməyə və qucaqlamağa imkan verdikdən sonra onun 

qarşısında diz çökərək əlləri ilə üzünü örtdü. Dımov nəvazişlə: 

-

 



Nə var, nə olub, əzizim? - deyə soruşdu. - Darıxmısan? 

Olqa İvanovna xəcalətdən qızarmış üzünü qaldırdı və təqsirkar

yalvarıcı  nəzərlərlə  ona  baxdı.  Lakin  qorxu  və  həya  onun  həqiqəti 

söyləməsinə mane oldu. 

-

 

Heç... - dedi, - mən elə-belə... 



Dımov arvadını qaldınb masa arxasında əyləşdirərək: 

-

 



Otur,  -  dedi.  -  Bax,  belə.  Meşə  çili  ye,  sən  aclıq  çəkmisən, 

yazıqcığaz! 

Olqa  İvanovna  doğma  havanı  acgözlüklə  ciyərlərinə  çəkərək 

meşə  çilindən  yeməyə  başladı.  Dımov  isə  mütəəssir  halda  ona  baxır 

və sevinclə gülürdü. 

114 


downloaded from KitabYurdu.org

VI 

Görünür,  Dımov  qışın  ortalanndan  başa  düşmüşdü  ki,  onu  alda-

dırlar.  Vicdanı  təmiz  deyilmiş  kimi,  o,  arvadının  gözünün  içinə  dik 

baxa bilmir, onunla görüşdükdə sevinclə gülümsəmir, onunla təklikdə 

qalmasın deyə, tez-tez yoldaşı Korostelyevi evinə nahara gətirirdi. Bu, 

qısaboylu,  saçı  vurulmuş,  əzgin  üzlü  bir  adamdı.  Olqa  İvanovna  ilə 

söhbət edəndə utandığından pencəyinin bütün düymələrini açıb yeni-

dən düymələyir, sonra sağ əli ilə sol bığını dartmağa başlayırdı. Nahar 

çağı,  hər  iki  həkim  insanın  diafraqmasının  yüksək  olduğu  zaman 

bəzən  ürək  döyüntüsü  baş  verdiyindən,  son  vaxtlar  çox  tez-tez  əsəb 

iltihabı  hallan  müşahidə  edildiyindən  və  yaxud  dünən  Dımovun  qan 

azlığından  ölmüş  bir  meyiti  yardıqda  qannaltı  vəzisində  xərçəngə 

təsadüf etdiyindən danışırdılar. Sanki, onlann hər ikisi təbabətə aid bu 

söhbətləri  yalnız  Olqa  İvanovnanı  susdurmaq,  yəni  ona  yalan 

danışmaq  imkanı  verməmək  üçün  edirdilər.  Nahardan  sonra  Koros- 

telyev royalın arxasına keçər, Dımov isə ah çəkərək ona deyərdi: 

- Eh, qardaş, nə olsun?.. Bir az o qəmgin havalardan çalsana! 

Korostelyev  çiyinlərini  qaldırıb,  barmaqlarını  geniş  açır  və  bir 

neçə  akkord  götürərək  tenor  səsilə  “Mənə  elə  bir  guşə  göstər  ki,  rus 

mujiki orada inciməsin” mahnısını oxuyardı. Dımov yenə də ah çəkər, 

yumruqlarını başına dayayaraq fikrə gedərdi. 

Son zamanlar Olqa İvanovna özünü həddən artıq ehtiyatsız apa - 

nrdı, hər səhər qanıqara halda yuxudan oyanar və daha Ryabovski - ni 

sevmədiyini  və  Allaha  şükür  ki,  artıq  hər  şeyin  bitdiyini  düşünərdi. 

Lakin qəhvə içəndən sonra birdən fikrinə gələrdi ki, Ryabovski onun 

ərini  əlindən  almışdır,  guya,  indi  o  həm  ərsiz,  həm  də  Ryabovskisiz 

qalmışdır.  Sonra  Ryabovskinin  sərgi  üçün  Polenov  zövqündə,  qan  - 

şıq  məişət  və  təbiət  mənzərəsindən  ibarət  qəribə  bir  rəsm  hazırladı  - 

ğını  və  rəsmə  baxmaq  üçün  Ryabovskinin  emalatxanasına  gələnlərin 

heyran qaldıqlan haqqında öz tanışlannın söhbətini xatırlayardı. Olqa 

İvanovna  düşünürdü  ki,  bütün  bunları  Ryabovski  onun  təsiri  altında 

yaratmışdır. Cİmumiyyətlə, Olqa İvanovnanın təsiri onu çox dəyişmiş, 

yaxşılaşdırmışdı.  Onun  təsiri  o  qədər  faydalı  və  zəruridir  ki,  əgər 

Olqa,  Ryabovskini  atsa,  rəssam  məhv  olub  gedər.  Olqa  İvanovna 

sonuncu dəfə Ryabovskinin boz sürtük geyərək və təzə 

115 


downloaded from KitabYurdu.org

 

Anton Pavloviç Çexov 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ 

 

qalstuk  bağlayaraq  onun  yanına  gəlib  xumarlana-xumarlana:  “Mən 



gözələmmi?”  -  deyə  soruşmasını  da  xatırladı.  Həqiqətən,  o,  uzun 

qıvrım  saçları  və  mavi  gözləri  ilə  çox  gözəldi  (bəlkə  də,  adama  elə 

gəlirdi) və Olqa İvanovna ilə mehriban rəftar edirdi. 

Bir  çox  şeyləri  xatırladıqdan  və  bir  çox  şeylər  haqqında  düşün-

dükdən sonra Olqa İvanovna geyinər və həyəcan içində emalatxanaya 

-  Ryabovskinin  yanına  gedərdi.  O,  Ryabovskini,  həqiqətən,  gözəl 

çəkilmiş şəklindən  razı  halda,  nəşəli  və  vəcdə gəlmiş bir  vəziyyətdə 

görərdi.  Rəssam  atılıb-düşər,  lağlağı  edər  və  ciddi  suallara  zarafatla 

cavab  verərdi.  Olqa  İvanovna  Ryabovskini  şəklə  qısqanırdı;  buna 

görə  də  şəkli  görməyə  gözü  yox  idi,  lakin  nəzakətli  görünmək  üçün 

şəklin  qabağında  beş  dəqiqəyədək  dinməzcə  durar,  müqəddəs  şeylər 

qarşısında olduğu kimi, ah çəkərək yavaşcadan deyərdi: 

-

 

Bəli,  sən  heç  bir  vaxt  belə  bir  şəkil  çəkməmisən.  Bilirsənmi, 



bu hətta dəhşətdir. 

Sonra  ona  yalvarmağa  başlardı  ki,  onu  sevsin,  onu  atmasın,  o 

bədbəxtə  yazığı  gəlsin.  Olqa  ağlayar,  Ryabovskinin  əlini  öpər,  onu 

sevdiyini and içməsini tələb edər və onun təsirindən məhrum olarsa, 

Ryabovskinin  yoldan  çıxacağını,  məhv  olacağını  sübut  edərdi. 

Beləliklə,  Ryabovskinin  qanını  qaraldar  və  özünü  alçalmış hiss  edə-

rək dərzinin yanına, yaxud da bilet tapmaq üçün tanış artistin yanına 

gedərdi. 

Ryabovskini emalatxanada tapmadıqda ona məktub yazıb qoyar, 

məktubda  əgər  bu  gün  yanına  gəlməzsə,  hələm-həlbət  özünü  zəhər-

ləyib  öldürəcəyinə  and  içərdi.  Ryabovski  qorxusundan  onun  yanına 

gələr  və  nahara  qalardı.  Dımovdan  utanmayaraq  Ryabovski  onun 

yanında  Olqa  İvanovnaya  ədəbsiz  sözlər  deyər,  o  da  Ryabovskiyə 

eyni  tərzdə  cavab  verərdi.  Onların  hər  ikisi  bir-birinin  əl-qolunu 

bağladıqlarını,  bir-birinə  zalım  və  düşmən  olduqlarını  hiss  edir  və 

hirslənirdilər.  Bu  zaman  ədəbsiz  olduqlannın  fərqinə  varmır,  hətta 

saçı vurulmuş Korostelyevin belə bir şeyi anlamış olmasını müşahidə 

etmirdilər. Nahardan sonra Ryabovski tez vidalaşıb getməyə tələsirdi. 

Olqa İvanovna dəhlizdə: 

-

 



Hara gedirsiniz? - deyə soruşar və nifrətlə ona baxardı. 

Ryabovski üz-gözünü qırışdırar və gözlərini süzdürərək hər ikisi-

nə tanış olan bir xanımın adını çəkərdi, məlum olardı ki, o, Olqa İva- 

novnanın qısqanclığına istehza edir və ona acıq verir. 



116 

downloaded from KitabYurdu.org



Olqa  İvanovna  yataq  otağına  qayıdıb  çarpayıya  uzanar,  qıs-

qanclıqdan,  qüssədən,  həya  və  alçalma  hissindən  balışı  dişləyər  və 

ucadan  hönkürərdi.  Dımov  Korostelyevi  qonaq  otağında  qoyaraq 

yataq  otağına  keçər  və  özünü  itirərək  utancaq  halda  yavaşcadan 

deyərdi: 

-

 



Ucadan  ağlama,  əzizim...  Nə  üçün?  Bu  xüsusda  susmaq 

lazımdır... Büruzə vermə... Bilirsənmi, olana çarə yoxdur. 

Olqa,  hətta  gicgahlarını  sarsıdan  bu  ağır  qısqanclığını  yatıra 

bilməyərək  və  bəlkə  də,  işi  hələ  düzəltmək  mümkün  olduğunu 

düşünərək  cəld  əl-üzünü  yuyar,  pudralanar  və  tanış  xanımın  yanına 

qaçardı.  Ryabovskini  bu  xanımın  yanında  tapmadıqda  başqasının, 

oradan  da  bir  digərinin  yanına  gedərdi...  Əvvəllər  qapı-qapı  gəzmə-

yinə utanardı. Sonralar isə öyrəndi; belə ki, bəzən bir gecənin içində 

Ryabovskinin  dalınca  bütün  tanış  arvadların  evini  gəzir  və  hamı  da 

bunu başa düşərdi. 

Bir dəfə o, Ryabovskiyə ərindən söhbət açaraq: 

-

 



Bu adam öz alicənablığı ilə məni əzir, - dedi. 

Bu söz ona o qədər xoş gəlmişdi ki, Ryabovski ilə onların macə-

rasından xəbərdar olan rəssamlara rast gəldikdə həmişə əlilə qəti bir 

işarə edərək əri haqqında deyərdi: 

-

 

Bu adam öz alicənablığı ilə məni əzir. 



Həyat  tərzi  keçənilkinin  eyni  idi.  Çərşənbə  günləri  yenə  də 

axşam  məclisləri  düzəlirdi.  Artist  deklamasiya  söyləyir,  rəssamlar 

şəkil  çəkir,  violonçelçi  çalır,  müğənni  oxuyurdu  və  həmişə  düz  saat 

on  ikinin  yansında  yemək  otağının  qapısı  açılır  və  Dımov 

gülümsəyərək: 

-

 



Ağalar, süfrəyə buyurun! - deyirdi. 

Olqa İvanovna yenə də əvvəlki kimi böyük adamlar axtarır, tapır 

və  tapdıqları  ilə  kifayətlənməyərək,  yenə  də  axtarırdı.  Əvvəlki  kimi 

yenə  də  gecə  evə  gec  qayıdırdı,  lakin  Dımov  artıq  keçən  il  olduğu 

kimi yatmayır, öz iş otağında oturur, nəyin isə üzərində işləyirdi. O, 

gecə saat üçdə yatır, səhər saat səkkizdə qalxırdı. 

Bir  dəfə  axşam  Olqa  İvanovna  teatra  hazırlaşarkən  bədənnüma 

aynanın  qabağında durmuşdu. Dımov  frak  geymiş, qalstuk  bağlamış 

halda  yataq  otağına  girdi.  Qabaqkı  kimi  mehribancasına  gülüm-

səyərək  sevinclə  arvadının  düz  gözünün  içinə  baxırdı.  Üzündən 

sevinc yağırdı. O əyləşib, dizlərini tumarlayaraq: 

-

 



Mən bu saat dissertasiya müdafiə edirdim, - dedi. 

117 

downloaded from KitabYurdu.org



 

Anton Pavloviç Çexov 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ 

 

Olqa İvanovna: 



-

 

Müdafiə etdinmi? - deyə soruşdu. 



-

 

Oho, - deyə Dımov güldü və arxasını ona çevirmiş halda durub 



saçını düzəldən arvadının üzünü aynada görmək üçün boynunu uzatdı. 

-  Oho!  -  deyə  təkrar  etdi.  -  Bilirsənmi,  çox  güman  ki,  mənə  ümumi 

patolojinin xüsusi dosentliyini təklif etsinlər. Elə bir şeyə oxşayır. 

Sevinclə  parlayan  üzündən  görünürdü  ki,  əgər  Olqa  İvanovna 

onun səadət və təntənəsinə şərik olsaydı, o, hər şeyi - arvadının indiki 

hərəkətlərini də, gələcəkdə edəcəklərini də ona bağışlayar və hamısını 

unudardı.  Lakin  Olqa  İvanovna  xüsusi  dosentliyin  və  ümumi 

patolojinin  nə  olduğunu  anlamırdı.  Həm  də  o,  teatra  gecikəcəyindən 

qorxaraq heç bir söz demədi. 

Dımov  iki  dəqiqə  oturdu.  Günahkarcasına  gülümsədi  və  bayıra 

çıxdı. 

VII 


O gün ən ağır gün idi. 

Dımovun  başı  bərk  ağrıyırdı.  O,  səhər  çay  içməmişdi,  xəstəxa-

naya  da  getməyib  bütün  günü  evdə  öz  kabinetində  türk  divanı  üzə-

rində uzanmışdı. Olqa İvanovna, adəti üzrə, öz Nature morte

etüdünü 


göstərmək  və  dünən  nə  üçün  gəlmədiyini  soruşmaq  üçün  saat  birə 

işləyəndə  Ryabovskinin  yanına  getdi.  Etüdü  dəyərsiz  hesab  edirdi. 

Lakin onu çəkməkdə məqsədi yalnız rəssamın yanına get - mək üçün 

yeni bir bəhanə tapmaqdı. 

Olqa  İvanovna  qapının  zəngini  çalmadan  içəri  girdi.  Dəhlizdə 

qaloşlarını çıxararkən emalatxanada kiminsə qaçdığını və qadın pal - 

tarı  xışıltısına  bənzər  bir  səs  eşitdi,  tələsik  emalatxanaya  baxdıqda 

yalnız qəhvəyi rəngli bir qadın donunun ucunu görə bildi, don bir anda 

molbertlə  bərabər  döşəməyə  qədər  uzanan  qara  pərdə  üzərindən 

asılmış  böyük  şəklin  arxasında  gözdən  itdi.  Şübhə  ola  bilməz  -  di  - 

gizlənən  qadın  idi.  Olqa  İvanovna  özü  də  bu  şəklin  arxasında  çox 

gizlənmişdi.  Olqa  İvanovnanın  qəflətən  gəlişindən  çox  pərt  olmuş 

Ryabovski hər iki əlini ona uzatdı və zorla gülümsəyib: 

1

 



Nature morte - ölgün təbiət deməkdir. Rəssamlıqda ev şeyləri, güllər, 

vurulmuş ov, balıq və s. təsvirinə deyilir (red.). 

118 

downloaded from KitabYurdu.org



-

 

A-a-a! - dedi. - Sizi görməyimə çox şadam. Mə var, nə yox? Nə 



buyurursunuz? 

Olqa  İvanovnanın  gözləri  yaşla  doldu.  O  utanır,  əzab  çəkirdi, 

lakin  ona  bir  milyon  da  versəydilər,  indi  şəklin  dalında  duran  və 

ehtimal  ki,  istehza  ilə  ona  gülən  bu  yalançı  özgə  qadının,  rəqibinin 

hüzurunda danışmağa razı olmazdı. O, cəsarətsizcəsinə incə bir səslə: 

-

 



Mən sizə etüd gətirmişəm, - dedi və dodaqları titrədi. 

-A-a-a, etüd? 

Rəssam etüdü əlinə aldı və baxa-baxa, sanki, qeyri-şüuri halda o 

biri otağa keçdi. 

Olqa İvanovna dinməz-söyləməz onun ardınca getdi. 

-

 



Nature morte... birinci sort, - deyə rəssam qafiyə tutuşdura - raq 

mırıldadı. - Kurort, port... 

Emalatxanadan  tələsik  addım  səsləri  və  paltar  xışıltısı  eşidildi. 

Demək,  o  getdi.  Olqa  İvanovna  ucadan bağırmaq,  ağır  bir  şeylə  rəs-

samın  başına  vurub  getmək  istədi,  lakin  o,  göz  yaşlan  arasından  heç 

bir  şey  görmürdü,  xəcalətindən  sarsılmışdı  və  artıq  özünü  Olqa  İva-

novna  deyil,  rəssam  deyil,  dəyərsiz  bir  adam,  xırda  bir  böcək  hiss 

edirdi. 


Rəssam  etüdə  baxaraq  və  mürgüsünü  qaçırmaq  üçün  başını 

silkələyərək xumar-xumar: 

-

 

Mən yorulmuşam... - dedi. - Bu, əlbəttə, gözəldir, lakin bu gün 



də etüd, keçən il də etüd, bir aydan sonra da etüd... Necə də zəhlənizi 

aparmır? Mən sizin yerinizdə olsaydım, rəssamlığı atıb  musiqi ilə və 

ya  başqa  bir  şeylə  məşğul  olardım.  Axı  siz  rəssam  deyilsiniz, 

musiqiçisiniz... Ancaq bilsəniz, nə qədər yorulmuşam. Bu saat deyim, 

çay gətirsinlər... Hə? 

O,  otaqdan  çıxdı.  Olqa  İvanovna  onun  öz  nökərinə  nə  isə  əmr 

etdiyini  eşitdi.  Vidalaşmamaq,  sorğu-sual  etməmək  və  ən  başlıcası 

hönkürməmək  üçün  Ryabovski  qayıtmamış  Olqa  İvanovna  dəhlizə 

qaçıb  qaloşlarını  geydi  və  küçəyə  çıxdı.  Küçədə  yüngülcə  nəfəs  aldı 

və  özünü  Ryabovskidən,  rəssamlıqdan,  emalatxanada  onu  sıxan  ağır 

xəcalətdən əbədi olaraq qurtulmuş hiss etdi. Artıq hər şey bitdi. 

Olqa  İvanovna  dərzisinin,  sonra  dünən  təzəcə  gəlmiş  Bamanın 

yanına,  Barnanın  yanından  da  not  mağazasına  getdi.  Bütün  bu 

müddətdə  o,  Ryabovskiyə  soyuq,  kəskin,  tamamilə  özünə  layiq  bir 

məktub yazacağını, yazda və yaxud yayda Dımovla Krıma gedəcə - 

119 


downloaded from KitabYurdu.org

 

Anton Pavloviç Çexov 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ 

 

yini,  orada  keçmişindən  tamamilə  əl  çəkəcəyini  və  yeni  həyata  baş-



layacağını düşünürdü. 

Gecədən  çox  keçmiş  evə  qayıtdı,  paltarlarını  dəyişmədən  qonaq 

otağında  oturub  məktub  yazmağa  başladı.  Ryabovski  demişdi  ki,  o, 

rəssam deyil, o isə intiqam üçün Ryabovskiyə yazacaqdı ki, o da hər il 

eyni şeyləri çəkir və hər gün eyni sözləri danışır, o, çoxdan sönmüşdür 

və daha heç bir şeyə qabil deyildir. Olqa bunu da yazmaq istəyirdi ki, 

Ryabovski onun yaxşı təsirinə qarşı minnətdar olmalıdır. Əgər arabir 

Ryabovski pis hərəkətlər edirsə, bu yalnız ondan irəli gəlir ki, Olqanın 

gözəl  təsiri  bu  gün  şəklin  dalında  gizlənən  qadın  kimi  bəzi  ikiüzlü 

şəxslər tərəfindən pozulur. 

Dımov qapını açmadan öz kabinetindən: 

-

 



Əzizim, - deyə çığırdı. - Əzizim!.. 

-

 



Nə istəyirsən? 

-

 



Əzizim,  sən  mənim  yanıma  gəlmə,  ancaq  qapıya  yanaş.  Sra-

ğagün xəstəxanada difterit xəstəliyinə tutulmuşam. İndi... halım pisdir. 

Korostelyevin dalınca tez bir adam göndər. 

Olqa  İvanovna  həmişə  ərini  adı  ilə  deyil,  başqa  tanış  kişilərin 

çağırdığı kimi familiyası ilə çağınrdı. Osip adı onun xoşuna gəlmirdi; 

çünki  Osip  adı  ona  Qoqolun  Osipini  və  “Osip  oxrip,  a  Arxip  osip”



1

 

məsəlini xatırladırdı. İndi isə o, nədənsə: 



-

 

Osip, bu ola bilməz! - deyə bağırdı. 



Dımov qapının dalından: 

-Adam göndər, halım xarabdır, - dedi. Sonra onun divana yaxın - 

laşdığı və uzandığı eşidildi. - Göndər, - deyə boğuq bir səs gəldi. 

“Bu  nə  olan  işdir?  -  deyə  Olqa  İvanovna  qorxudan  üşüyərək 

düşündü. - Bu ki təhlükəlidir”. 

O  heç  bir  lüzum  olmadan  şamı  götürüb  yataq  otağına  keçdi  və 

burada  nə  etməli  olduğunu  düşünərək,  özü  də  bilmədən  güzgüyə 

baxdı.  O,  öz  solğun,  qorxmuş  sifəti,  uzunqol  jaketi,  döşündəki  sarı 

işləməsi və donu üzərindəki zolaqların qeyri-adi istiqaməti ilə özü - nə 

dəhşətli  və  iyrənc  göründü.  Onun  Dımova,  bu  adamın  ona  bəslədiyi 

hədsiz məhəbbətinə, onun gənc həyatına, hətta çoxdan bəri yatmadığı 

yetim yatağına hədsiz dərəcədə yazığı gəldi və ərinin adi, 

1



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə