Dünyanın tanınmış ekspertləri atu-nun qonağı olub Tibb Universitetində elmi-praktik konfrans


-  Bu  xəstəlik  zamanı  hansı  növ



Yüklə 13,01 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix12.12.2016
ölçüsü13,01 Mb.
1   2   3

-  Bu  xəstəlik  zamanı  hansı  növ 

əməliyyat aparılır?

- Əməliyyat zamanı həmin dar onurğa 

kanalı  xüsusi  hazırlanmış  metal  fiksa-

torlar vasitəsilə fiksə olunur, daha sonra 

onurğanın  həmin  hissəsi  aradan  qal-

dırılaraq  onurğa  beyninə  birləşdirilir. 

Əməliyyatın  məqsədi  bundan  ibarətdir. 

Bu, texniki olaraq ən çox icra etdiyimiz 

cərrahiyyə əməliyyatlarından biridir. Bu 

xəstəlik  əsasən  orta  və  yaşlı  insanlarda 

müşahidə olunur.

-  Bir  çox  adamlar  onurğada  disk 

sürüşməsi,  yırtıqlardan  şikayətlənirlər. 

Bu xəstəliyin mahiyyəti nədir?

-  İnsanların  “bel  sürüşməsi”  adlan-

dırdığı  bu  xəstəliyin  tibbi  adı  “spenal 

spondilodispezis”dir.  Bu  xəstəlik  trav-

madan  sonra,  yaxud  da  müəyyən  yaş-

dan  sonra  əmələ  gələ  bilər.  Bu  zaman 

fəqərələrin  bir-birinin  üzərində  nor-

mal  düzülüş  ardıcıllığı  pozulur.  Belə 

xəstələrdə disk sürüşməsi olan nahiyədə 

şiddətli ağrılar baş verir. Adətən uzanan-

da bu ağrılar nisbətən azalır. Lakin aya-

ğa  qalxıb  yeridikdə  isə  ağrılar  olduqca 

şiddətlənir. Beləliklə, disk sürüşməsində 

də bir çox hallarda xəstəliyin ilkin əlaməti 

bel ağrısıdır. Lakin xəstədə ayaq ağrıları, 

gücsüzlük  də  müşahidə  oluna  bilər.  Bu 

zaman  cərrahiyyə  əməliyyatında  qey-

ri-stabil,  sürüşmüş  nahiyə  fiksatorlar 

vasitəsilə  fiksə  olunur  və  sürüşmə  ara-

dan qaldırılır. Xəstələr bu əməliyyatdan 

sonra  ağrılardan  xilas  olur,  öz  normal 

həyatlarına davam edə bilirlər.



Günel ASLANOVA

Onurğa problemləri zamanı nəyə diqqət etməli?

Sonsuzluğu müalicə etmək mümkündür

S

onsuzluq dünyada aktual problemlərdən hesab olunur. Son statistik məlumatlara görə, dün-



yada hər yeddi cütlükdən biri bu problemlə qarşılaşır. Təbabətin yenilikləri – süni mayalan-

ma (EKO), donor toxum hüceyrələrindən istifadə metodu və digər bu kimi vasitələr çox 

ailələrə valideynlik səadətini duymaq imkanını yaradır. Azərbaycanda sonsuz ər-arvadlara hansı 

texnologiyalar təklif edilir? EKO zamanı uşağın cinsini “sifariş” etmək olarmı? AZƏRTAC-ın 

bu və digər suallarını Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

İnstitutunun elmi əməkdaşı, tibb elmləri üzrə fəlsəfə doktoru Aynurə Əmirova cavablandırıb.



16 noyabr 2015-ci il

http://www.amu.edu.az

7

ATU-nun mətbuat xidməti

 

 



Bu günlərdə  ABŞ-ın Cənubi Kaliforniya Universitetinin 

Neonatologiya bölməsinin rəhbəri, professor Ranqasami 

Ramanatan və İngiltərəli neonatologiya üzrə məsləhətçi, 

professor Merran Tomson Bakı-

da səfərdə olublar. 

“The  Chiesi  Foundation”  qey-

ri-kommersiya  fondunun  dəstəyi 

ilə baş tutan bu səfər çərçivəsində 

mütəxəssislər  Azərbaycan  Tibb 

Universitetinin  (ATU)  Tədris 

Cərrahiyyə  Klinikasını  ziyarət 

edib, klinikanın direktoru, AMEA-

nın  müxbir  üzvü,  professor  Nuru 

Bayramov ilə görüşüblər. Tədbirdə 

Azərbaycan  Tibb  Universite-

tinin  Neonatologiya  kafedra-

sının  müdiri  professor  Səfixan 

Həsənov, ATU-nun Beynəlxalq 

Əlaqələr Şöbəsinin müdiri Na-

dir Zeynalov, Tədris Cərrahiyyə 

Klinikasının  Anesteziologiya 

Şöbəsinin  müdiri  Cavid  Paşa-

yev  və  Tədris  Cərrahiyyə  Kli-

nikasının  Beynəlxalq  Əlaqələr 

Şöbəsinin müdiri Aygün Şükü-

rova  iştirak  ediblər.  Görüş  za-

manı ekspertlər yenidoğulmuş-

lara göstərilən neonatoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı 

öz təcrübələrini bölüşüblər. 

Professor  Ranqasami  Ramanatan  bu  cür  əməkdaşlığın 

həkimlərin praktik fəaliyyəti ilə tanış olmaq, elmi müzakirələr 

aparmaq və s. baxımından əhəmiyyətli olduğunu qeyd edib. O, 

“The Chiesi Foundation” təşkilatının Mərkəzi və Şərqi Avropada 

bir çox hökumətlərlə əməkdaşlıq etdiyini bildirib. Həmkarı ilə in-

kişaf etmiş ölkələrin təcrübəsini paylaşmaq üçün Azərbaycanda 

olmaqdan böyük məmnunluq duyduqlarını vurğulayıb.

Professor  Merran  Tomson  isə  öz  növbəsində,  ölkəmizdə  ne-

onatologiyanın  inkişafı  istiqamətində  qısa  müddətdə  görülən 

işlərdən  yaxşı  mənada  təəccübləndiyini  dilə  gətirib:  “Həm  in-

tensiv  terapiya,  həm  də  neonatoloji  tədbirləri  həyata  keçirmək 

üçün  çox  müasir,  yüksək  keyfiyyətli  və  qiymətli  avadanlıqla 

təchiz  olunmuş  tibb  müəssisələriniz  var.  Hətta  deyə  bilərəm 

ki,  burada  İngiltərədə  olan  şərait  yaradılıb.  Azərbaycanda  bu 

sahədə  vəziyyət,  əvvəl  olduğum  ölkələrdən  qat-qat  yaxşıdır. 

Hökumət  bu  istiqamətdə  çox  mühüm  addımlar  atıb.  Eyni  za-

manda  həkimlərinizin  öyrənmək,  neonatal  xidmət  sahəsində 

vəziyyəti yaxşılaşdırmaq üçün təşəbbüslərini, istəklərini görmək 

də çox xoşdur. Məncə, neonatoloji qulluğu yaxşılaşdırmaq, dün-

ya  səviyyəsinə  qaldırmaq  baxımından  yüksək  təcrübəyə,  ix-

tisas  dərəcəsinə  malik  mütəxəssisləriniz  var.  Onların  bir  çoxu 

Türkiyə və Almaniyada təcrübə keçiblər və şahidi olduq ki, xa-

rici  ölkələrdə  öyrəndiklərini  fəaliyyətlərində  çox  gözəl  tətbiq 

edirlər.  Həkimlərinizə  biz  yalnız  bəzi  məsələlərdə  kömək  edə 

bilərik”.

Qonaqlar gələcəyimiz olan uşaqların sağlamlığının qorunması 

üçün  problemlərin  kompleks  həllinin,  bütün  lazımi  tədbirlərin 

həyata keçirilməsinin həddən artıq vəsait tələb etdiyini diqqətə 

çatdırıblar.  Professor  Ranqasami  Ramanatanın  sözlərinə  görə, 

uşaq doğulduğu anda və erkən dövrdə ona çox vəsait sərf edilsə, 

böyüyəndə daha sağlam olar: “Uşaqların sağlamlığını qorumaq 

hökumət, həkimlər və valideynlərdən ibarət birgə komandanın 

işidir.  Ayrı-ayrılıqda  onların  heç  biri  bu  işin  öhdəsindən  gələ 

bilməz”.

Ekspertlər həmçinin neonatoloji xidmətin keyfiyyəti və uşaq-

ların sağlamlığı baxımından vaxtından əvvəl doğulmuş körpələr 

üçün qidalandırıcı venadaxili məhsulların alınması, ana südünün 

donor bankı mərkəzlərinin, eyni zamanda tibb müəssisələrində 

ananın  yeni  doğulmuş  körpəsi  ilə  bir  yerdə  qala  bilməsi  üçün 

lazımi şəraitin yaradılması, körpələrə verilən oksigenin həcmini 

ölçmək üçün xüsusi kiçik cihazların alınması, yeni doğulan uşaq-

ların olduğu tibb müəssisələrində əl yuma yerlərinin çox olması 

və s. ilə bağlı məsələlərə diqqət yetirilməsini tövsiyə ediblər.  

Qonaqlar  ABŞ-da  və  Britaniyada  neonatologiya  sahəsinin 

artıq 50 ildir mövcud olduğunu diqqətə çatdırıblar: “Bizim üs-

tünlüyümüz  odur  ki,  bu  müddətdə  biz  çox  şey  öyrənmişik, 

dəyişə-dəyişə  inkişaf  etmişik.  Artıq  o  səviyyəyə  çatmışıq  ki, 

öz işimizdə yalnız cüzi dəyişikliklər edirik. Azərbaycanda isə 

bu sahə son illərdə inkişafa başlamışdır və neonatoloqlarınız 50 

illik təcrübəni qısa zamanda öyrənməlidirlər. Fikrimizcə, onlar 

bunun üçün çox yaxşı çalışırlar və səy göstərirlər”.

Görüş zamanı həmçinin perinatal xidmətin yaxşılaşdırılması 

yolları haqqında tərəflər arasında fikir mübadiləsi aparılıb.



Dünyanın tanınmış ekspertləri 

ATU-nun qonağı olub

Noyabrın 

11­də 

ATU­nun 


Tədris 

Cərrahiyyə  Klinikasında  3  və  4  yaşlı  iki 

uşağın  üzərində  koxlear  implantasiya 

əməliyyatı  aparılıb.  “Daxili  qulağın  pro­

tezləşməsi”  əməliyyatlarının  ana dan­

gəlmə,  tam  eşitmə  qabiliyyəti  olmayan 

uşaqların  eşitmə  qabiliyyətlərinin  bərpası 

məqsədilə aparılır.

Koxlear  implantasiya  eşitmə  qüsurlu 

olan  şəxslərin  tam  sosial  adaptasiyasına 

yönəlmiş  bir  proqramdır.  İmplantlar 

anadangəlmə və qazanılmış eşitmə qüsuru 

olan  insanlara  tətbiq  edilir.  Əməliyyat  3 

mərhələdə­pasiyentin  hərtərəfli  müayi­

nədən  keçməsi,  cərrahi  əməliyyat  və  reabi­

litasiya  mərhələlərində  həyata  keçirilir. 

Müayinə  zamanı  eşitmə  qüsurunun  səbəb 

və  dərəcəsi,  eyni  zamanda  implantasiyanın 

sonrakı  səmərəlilik  dərəcəsi  müəyyən 

edi lir.  Koxlear  implantasiya  ilbizdə  olan 

eşitmə  sinirinin  liflərinin  elektrik  impluslarla 

stimullaşdırılmasından  ibarətdir.  Əməliyyat 

zamanı  daxili  qulağa  xüsusi  elektrodları 

olan  implant  yerləşdirilərək  daxili  qulaq  pro­

tezləşdirilir.  Koxlear  implantasiyada  qulağın 

xarici  hissəsinə  mikroprosessor  (səslərin 

elektrik impluslara çevrilməsi üçün) və ötürücü 

qoşulur.


Əməliyyatdan  sonra  bu  şəxslərdə  eşitmə 

imkanı  yaranır.  Koxlear  implantasiya  nəticə­

sində tam eşitmə və danışma qüsurlu şəxslər 

normal həyat tərzinə qayıda bilirlər.



Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasın-

da koxlear implantasiya proqramının həyata keçirilməsi davam edir.

Tədris Cərrahiyyə Klinikada koxlear 

implantasiya əməliyyatı aparılıb

u

Dünya üzrə hər 10 



saniyədə 2 nəfərə şəkərli 

diabet diaqnozu qoyulur, 1 nəfər 

isə bu xəstəlikdən dünyasını 

dəyişir. Bütün dünyada olduğu 

kimi, Azərbaycanda da düzgün 

qidalanmama, qeyri-sağlam həyat 

tərzi artıq çəkinin artmasına 

səbəb olur, bu da bilavasitə şəkərli 

diabetin yaranmasına təkan verir. 

Dünyanın bir çox ölkələrində 

diabet ölüm səbəbinə görə ürək, 

qan-damar çatışmazlığından və 

onkoloji xəstəliklərdən sonra 

üçüncü yeri tutur. Dünyada şəkərli 

diabetə düçar olmuş insanların sayı 

300 milyona yaxındır. Xəstəliyin 

geniş miqyasda artımı əhalinin 

sağlamlığının ümumi səviyyəsini 

azaldır.

   

Respublikamızda  şəkərli  dia-

betin  qarşısını  almaq  məqsədilə 

mütəmadi  olaraq  işlər  görülür. 

Belə ki, respublikada ilk dəfə ola-

raq bütün xəstələrə özünənəzarət 

vasitələri  –  qlükometrlər  və  test 

sistemləri  pulsuz  olaraq  paylanı-

lıb və onların dərman təchizatı ilə 

bağlı uzun illər davam edən prob-

lem  aradan  qaldırılıb.  Həmçinin 

şəkərli diabetdən ölüm göstəricisi 

enib.

Fəaliyyətin 



davamı 

kimi, 


Azərbaycan  Respublikası  Pre-

zidentinin  28  iyun  2011­ci  il  ta-

rixli  1578  nömrəli  Sərəncamı 

ilə  təsdiq  edilmiş  “2008­2015­ci 

illərdə  Azərbaycan  Respubli-

kasında  yoxsulluğun  azaldıl-

ması  və  davamlı  inkişaf  Dövlət 

Proqramı”nın  həyata  keçirilməsi 

üzrə  Tədbirlər  Planına  (2011­

2015­ci  illər)  əsasən  Səhiyyə 

Nazirliyinin  İctimai  Səhiyyə  və 

İslahatlar Mərkəzi (İSİM) və Res-

publika  Endokrinoloji  Mərkəzinin 

birgə  təşkilatçılığı  ilə  “Qeyri­in-

feksion  xəstəliklərin  risk  faktor-

ları  olan  tütünçəkmə,  piylənmə, 

yüksək qan təzyiqi, qeyri­sağlam 

qidalanma  tərzi,  fiziki  aktivliyin 

olmaması  ilə  mübarizə  və  bu 

sahədə  maarifləndirmə  işlərinin 

aparılması” nəzərdə tutulur.

Bu  məqsədlə  təhsil  ocaqların-

da  və  Müharibə  və  əmək  əlilləri 

üçün pansionatda maarifləndirmə 

tədbirlərinin 

keçirilməsi 

və 

skrininq  müayinələrinin  (BKİ 



və  şəkərin  qanda  miqdarının 

ölçülməsi)  aparılması  nəzərdə 

tutulur. Həmçinin noyabrın 13­də 

“Park  Bulvar”  ticarət  və  əyləncə 

mərkəzində “14 noyabr – Ümum-

dünya  Diabet  Günü”  ilə  bağlı 

“Gəlin,  sağlam  qidalanmanı  im-

tiyaz  kimi  yox,  haqq  kimi  qəbul 

edək.  Sabahı  dəyişmək  üçün 

bu  gün  hərəkətə  keçək!”  şüarı 

altında  maarifləndirmə  aksiyası 

keçiriləcək.

Aksiyada  Nazirlər  Kabinetinin 

26  noyabr  2010­cu  il  tarixli  222 

nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş 

“2011­2015­ci illər üçün şəkərli di-

abet  üzrə  Tədbirlər  Proqramı”nın 

4.1­ci  bəndinə  uyğun  olaraq 

şəkərli  diabetin  profilaktikasına 

dair İSİM tərəfindən tərtib və çap 

edilmiş  maarifləndirmə  material-

ları paylanılacaq.

Ümumdünya 

Səhiyyə 


Təşkilatının  (ÜST)  2006­cı  ildə 

qəbul etdiyi xüsusi bəyannamədə 

“ağır  xroniki  xəstəlik”  kimi 

təsdiq  etdiyi  şəkərli  diabet  digər 

xəstəlikləri  kəskinləşdirə,  ana  və 

uşaq  sağlamlığına  mənfi  təsir 

göstərə bilər. Bu xəstəliyin yüksək 

artımı eyni zamanda onun yarat-

dığı tibbi, sosial, iqtisadi, psixoloji 

və digər problemləri də qabardır.

Qeyd edək ki, Ümumdünya Dia-

bet Gününün keçirilməsi ilə bağ-

lı  təklif  1991­ci  ildə  Beynəlxalq 

Diabet  Federasiyası  və  ÜST 

tərəfindən  dünyada  diabet  hal-

larının  yüksəlməsinin  qarşısını 

almaq  məqsədilə  irəli  sürülüb. 

2006­cı  ildə  BMT  Baş  Assamb-

leyası  tərəfindən  qəbul  edilən 

qətnaməyə əsasən, 2007­ci ildən 

etibarən  hər  il  noyabrın  14­ü 

BMT­nin  Ümumdünya  Diabet 

Günü kimi hesab olunur. Ümum-

dünya  Diabet  Gününün  emblemi 

olan  mavi  dairə  şəkərli  diabet 

ətrafında  hamının  birləşməsini 

simvolizə edir.

Hər  il  müxtəlif  şüar  altında 

keçirilən  Ümumdünya  Diabet 

Gününün  dəyişilməz  amalı  belə 

səslənir:  “Güc  birlikdədir!”  Bu 

gündə 


ictimaiyyət 

xəstəliyin 

səbəbləri, 

simptomları, 

fəsadları  və  müalicəsi  ilə  bağlı 

məlumatlandırılır,  xəstəliyin  inki-

şafının qarşısının alınması yolları 

araşdırılır.



Ümumdünya diabet günü ilə bağlı silsilə tədbirlər planlaşdırılır

http://www.amu.edu.az

16 noyabr 2015-ci il

Əczaçılıq  fakültəsinin  IV  kurs,  802

a

  qrup  tələbəsi  İzzətova 



Nuranə Namiq qızının adına verilmiş tələbə bileti itdiyi üçün eti-

barsız sayılır.

Babayeva  Aytəkin  Malik  qızına  1997-ci  ildə  Azərbaycan  Tibb 

Universiteti  tərəfindən  pediatr  ixtisası  üzrə  verilmiş  internatura 

vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Məmmədova Aytən İntiqam qızına 2001-ci ildə Azərbaycan Tibb 

Universiteti tərəfindən uşaq stomatoloqu ixtisası üzrə verilmiş in-

ternatura vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Saniyeva Gülnaz Bəhman qızına 1982-ci ildə Azərbaycan Tibb 

Universiteti  tərəfindən  uşaq  nevropatoloqu  ixtisası  üzrə  verilmiş 

internatura vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

I  müalicə-profilaktika  fakültəsinin  III  kurs,  73a  qrup  tələbəsi 

Kərimova Ləman Rauf  qızının adına verilmiş tələbə bileti itdiyi 

üçün etibarsız sayılır.

I  müalicə-profilaktika  fakültəsinin  II  kurs,  41

a

  qrup  tələbəsi 



Mələkli  Məryəm  Əlifərah  qızının  adına  verilmiş  tələbə  bileti  və 

şəxsiyyət vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Stomatologiya fakültəsinin II kurs, 720

b

 qrup tələbəsi Rüstəmova 



Səbinə Elnur qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibar-

sız sayılır.

II müalicə-profilaktika fakültəsinin II kurs, 240

a

 qrup tələbəsi 



Əfəndiyeva  Lalə  Fazil  qızının  adına  verilmiş  tələbə  bileti  itdiyi 

üçün etibarsız sayılır.

Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə bilər.

Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

   


  

Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 100

2-ci mərtəbə,

Tel.: 595-24-97

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 4000

Sifariş: 269

 Kafedranın professoru (elmlər doktoru): 

     

- Ümumi сərrahlıq və anesteziologiya kafedrası  - 1 yer    



Kafedraların  dosentləri (fəlsəfə doktorları):

 

- II daxili xəstəliklər kafedrası -1 yer (0,5 vahid)

- II daxili xəstəliklər kafedrası -1 yer 

- Onkologiya kafedrası-2 yer 

- Ümumi cərrahlıq və anesteziologiya 

   kafedrası-1 yer (0,5 vahid)

- Uşaq və yeniyetmələrin gigiyenası kafedrası-1 yer (0,5 vahid)

- İnsan anatomiyası kafedrası-1 yer 

- Şüa diaqnostikası və şüa terapiyası kafedrası- 1 yer

 

 



Kafedraların baş müəllimləri:

  

 

- Xarici dillər kafedrası  -1 yer 

- Farmakoqnoziya və botanika kafedrası  -1 yer

 

Kafedranın müəllimi:



 

- Xarici dillər kafedrası- 1 yer 

 

Kafedraların assistentləri: 

 

- Tibbi biologiya və genetika kafedrası -1 yer

- I daxili xəstəliklər və reanimatologiya kafedrası-1 yer 

- II daxili xəstəliklər kafedrası -1 yer 

- II daxili xəstəliklər kafedrası -1yer (0,5 vahid) 

- İnsan anatomiyası kaledrası -1 yer  

- Ümumi cərrahlıq və anesteziologiya 

   kafedrası -1 yer (0,75 vahid) 

- MPF-nin uşaq xəstəlikləri kafedrası -1 yer (0,5 vahid) 

- Bioloji kimya kafedrası-1 yer (0,5 vahid) 

- Ortopedik stomatologiya kafedrası-1 yer (0,5 vahid)

- Terapevtik stomatologiya kafedrası-1 yer (0,5 vahid)

- Terapevtik stomatologiya kafedrası-1 yer (0,5 vahid)

- Terapevtik stomatologiya kafedrası-1 yer (0,5 vahid)

- Patoloji fiziologiya kafedrası-1 yer (0,5 vahid)

   


Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma 

müddəti elan qəzetdə («Təbib» qəzeti, 16 noyabr 2015-ci il) 

dərc olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rekto-

run adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim 

edilməlidir: 

Bakı şəhəri- Az 1022, Bakıxanov küçəsi 23. Telefon: 597-43-23

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

ÊÀ ÔÅÄ RÀ ËÀR ÜZRƏ 

ÀŞÀ ĞÛ ÄÀ ÊÛ ÉÅRËƏRİ ÒÓÒÌÀà Ü×ÜN 

ÌÜÑÀ ÁÈÃß ÅËÀN ÅÄÈR

Doyunca 


yat-

mamaq 


qadın-

larda  böyrəklərin 

funksiyasını  poza 

bilər.


Bu  nəticə  Bos­

tonda 


Briqam 

qadın 


xəs təxa­

nasının  alim ləri­

nin  uzun  illərdir 

apardıqları tədqiqatlardan hasil olub.

Təcrübə 11 il davam edib və 4 mindən çox qadını əhatə 

edib. Tədqiqatın nəticələrinə görə, ən azı 5 saat yatanlarla 

4 saat yatanlar arasında aparılan müqayisədə böyrəklərin 

fəaliyyətində vaxtından əvvəl enmə mümkünlüyü 65 faiz 

az olub.

Mütəxəssislər qeyd edirlər ki, doyunca yatmamaq sağ-

lamlıq üçün digər problemlər də yarada bilər.

Doyunca yatmamaq 

qadınlarda böyrəklərin 

disfunksiyasına səbəb olur

Bu  yaxınlarda  Niderland  krallığının 

Utrext  şəhərində  “Tibb  Təhsilinin 

Situasiyaya Bağlı Klinik Əsaslandırma 

vasitəsilə  müasirləşdirilməsi”  adlı 

kitabı İngilis və  Azərbaycan dillərində 

işıq üzü görmüşdür.

Qeyd  etmək  lazımdır  ki,  bu,  Situa-

siyaya  Bağlı  klinik  əsaslandırma  me-

todikasına  dair  Azərbaycan  dilində 

çap olunmuş ilk dərslik olub, Aİ TEM-

PUS programının MUMEENA layihəsi 

çərçivəsində,  adı  çəkilən  qurumun  

Təhsil  və  Mədəniyyət  üzrə  İcraçı 

Agentliyinin  maddi  dəstəyi  ilə  ərsəyə 

gəlmişdir.  Kitabın  müəllifləri  Utrext 

Universitetinin  professoru  Olle  Ten 

Kate,  həmin  universitetin  əməkdaşı 

Mariya  Van  Lon,  Gürcüstanın  Tbilisi 

Dövlət Tibb Universitetinin professoru G.Simoniyadır. 

Kitabın Azərbaycan dili versiyasının redaktorları  ATU­

nun Terapevtik və pediatrik Propedevtika kafedrasının 

dosenti Rəhimə Qabulova və I cərrahi xəstəliklər ka-

fedrasının dosenti Nadir Zeynalovdur.

  Layihənin yerli koordinatoru, ATU­nun Beynəlxalq 

Əlaqələr 

üzrə 

prorektoru 



Dos 

R.Qabulova 

müsahibəsində  bildirib  ki,  Situasiyaya  Bağlı  klinik 

əsaslandırma  (SBKƏ)  Azərbaycan  Tibb  Universi-

tetinin  3  il  müddətində  iştirakçı  olduğu  MUMEENA 

layihəsi  çərçivəsində  Respublikamızda  Tibb  təhsili 

sahəsində  ilk  dəfə  tətbiq  olunmuş  tədris  metodika-

lardandır. 2013­cü ilin iyun ayında  Nederland Krallığı 

Uterxt Universitetinin professoru Olle Ten Kate və Ma-

riya Van Lon universitetimizin tələbə­müəllim heyətinə 

həmin  metodika  üzrə  təlim  keçiblər  və  2014­15  ci 

tədris ildən SBKƏ I Cərrahi Xəstəliklər kafedrasında   

uğurla tətbiq edilir.

  2015­ci ilin dekabr ayında SBKƏ metodikası üzrə 

təlimlərin  davam  etdirilməsi  və  I  Cərrahi  Xəstəliklər 

kafedrasının bu sahədə müsbət təcrübəsinin yayılma-

sı planlaşdırılır. 

Tələbələrimiz  bu  günlərdə  sambo 

üzrə  keçirilən  Bakı  Şəhər  Açıq 

birinciliyində  uğurla  cıxış  ediblər.  

Yarışların 

gərgin 

keçməsinə 

baxmayaraq,  onlar  yüksək  yerləri 

tutmaq  üçün  sona  qədər  əzmlə 

mübarizə  aparıblar.  Qeyd  edək  ki, 

bu  yarışmada  respublikamızın  200-

dən  çox  idmançısı  öz  güclərini 

sınayıb. ATU-nun idman kafedrasının 

müəllimi Azər Bağırovun yetirmələri 

olan 

Hərbi 

Tibb 

fakültəsinin 

tələbələrindən  Mirsadiq  Əskərov 

52  kq  çəki  dərəcəsində    III,  Baba 

Fərəcov isə 100 kq çəki dərəcəsində 

II yerə çıxıblar.

Mirsadiq  Əskərov  bu  yarışma-

da    3  göruş  kecirmiş,  iki  rəqibini 

təmiz  qələbə  ilə  məğlub  etmış, 

birinə  isə  texniki  xalla  məğlub  ol-

muşdur. Baba Fərəcov isə  4 göruş 

keçirərək iki  rəqibinə təmiz qələbə, 

bir rəqibinə isə xal üstünlüyü ilə qa-

lib gəlmiş, yalnız finalda uduzmuş-

dur.


Xatırladaq  ki,  bundan  başqa  id-

mançılarımızın digər naliyyətləri də 

var.  Mirsadiq  Əskərov  XII  Univer-

siadada III, Sumqayıt birinciliyində 

I  yeri tutub, cüdo üzrə Respublika 

çempionudur. Baba Fərəcov isə XII 

Universiadada  III  yeri  tutub,  cüdo 

üzrə Respublika ikincisi, Sumqayıt 

çempionudur.

İdmançılarımız  əldə  etdikləri  bu 

uğurlarına  görə  məşqçiləri  Azər 

Bağırova minnətdardılar.



Niderlandda Situasiyaya Bağlı Klinik Əsaslandırma 

metodikasına dair Azərbaycan dilində dərslik çap olunub

İdmançılarımızın uğurları

Kataloq: uploads -> xeberler -> tebib qezeti 2015
tebib qezeti 2015 -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib qezeti 2015 -> Cərrahiyyə Klinikasında qırtlaq-udlağın karsinoması olan xəstədə rekonstruktiv
tebib qezeti 2015 -> Əliağa Əlizadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans
tebib qezeti 2015 -> “heydəR ƏLİyev və azərbaycan nitq məDƏNİYYƏTİ” Kİtabinin
tebib qezeti 2015 -> Atu-da ana və uşaq sağlamlığına dair seminar keçirildi Azərbaycan Tibb Universitetində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın
tebib qezeti 2015 -> Tibb Universitetində daha iki xəstəyə böyrək köçürüldü
tebib qezeti 2015 -> S.ƏLİyev: “TƏDRİSİn yüKSƏk səVİYYƏDƏ aparilmasi müƏLLİMLƏRİn təLƏBƏLƏRƏ olan

Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə