Ə. C.Əmirov adına nqçi-nin tarixi



Yüklə 16,06 Kb.
tarix28.08.2022
ölçüsü16,06 Kb.
#63311
zavod haqqında məlumat


Ə.C.Əmirov adına NQÇi-nin tarixi

5 mart 1927-ci ilde Lökbatan yataginda 62 nömrali quyu neft fontan vurduqdan sonra bu yatağın neftliliyi haqqında olan proqnozlar təsdiqlənmişdir. 1933-cü il mayin 18-də Baxiş Sultanovun təkidi ilə ilk defə Lökbatan palçıq vulkanının ətəyinda qazılan 45 saylı


quyunun güclü neft fontani vurmasi (20000 ton/gün) bu yatağın istismarının əsasını qoydu və 1 iyul 1936-cı ildə SSRİ Xalq Komissarlari Sovetinin 1031 nömrali, 14 iyun 1936-cı il tarixli qərarı ilə Lökbatan mədəninin bazasında "Molotovneft" tresti yaradılmışdır.

SSRİ Nazirlar Sovetinin 13.11.1954-cü il tarixli qərarı və Azərbaycan SSR Neft Sənayesi Nazirliyinin 27.11.1954-cü il tarixli 280 nömrəli əmri ilə "Molotovneft" tresti "Molotovneft" Neft Mədən İdarəsi adlandırılmışdır.


SSRİ Neft Sənayesi Nazirliyinin 02 avqust 1957-ci il tarixli 334 saylı əmrinə əsasən "Molotovneft" Neft Mədəm İdarəsinin ad dəyişdirilərək "Qaradağneft" Neft Mədən İdarəsi", 20 aprel 1971-ci il tarixli 211 nömrali əmrinə əsasən isı "Qaradağneft" Neft və Qazçıxarma İdarəsi adlandırılmışdır.


SSRİ Neft Sənayesi Nazirliyinin "Azneft" Birliyinin idarəetmə strukturunun təkmilləşdirilməsi haqqında" 26 fevral 1987-ci il tarixli 136 saylı əmrinin yerinə yetirilməsi məqsədilə "Azneft" Birliyinin 26 fevral 1987-ci il tarixli 68 nömrəli əmrinə əsasən "Qaradağneft" Neft va Qazçıxarma İdarəsi və 26 Bakı komissarları adına Neft və Qazçıxarma İdarəsi birlşdirilərək "26 Baki Komissarları" adına NQÇİ adlandırılmışdır.




Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1992-ci il tarixli 22 nömrəli qərarına uyğun olaraq S.Vəzirov adına "Azneft" Birliyinin 07 fevral 1992-ci il tarixli əmrinə əsasən 26 Baki komissarları adına Neft va qazçıxarma İdarasi Ə.C.Əmirov adına Neftqazçıxarma İdarəsi adlandırılmışdır.
Yüklə 16,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin