ECHO Məlumat vərəqi – Humanitar Yardımlar və Mülki Müdafiə – fevral 2016-cı il
Şəklin müəllifi: AB/ECHO/Pier Prakaş
AB Mülki Müdafiə Mexanizmi
AB MÜLKİ MÜDAFİƏ
ECHO MƏLUMAT VƏRƏQİ
Faktlar və Rəqəmlər
Fəlakətlərə qarşı
əlaqələndirilmiş,
effektiv və səmərəli
reaksiya
AB Üzv Ölkələrinin
reaksiya imkanlarının
birləşdirilməsi
AB daxilində və
dünyanın və yerinə
yayılma
Səylərin
təkrarlanmasının
qarşısının alınması və
yardımın zərərçəkmiş
ölkənin
ehtiyaclarınıqarşılamas
ının təmin olunması
Fəlakətlərə qarşı birgə
hazırlıq və profilaktika:
• Təlim
• Ekspert mübadiləsi
• tapşırıqlar
• \maarifləndirmə
2001-ci ildən yardım
üçün edilən
müraciətləri nəzərə
alaraq AB Mülki
Müdafiə Mexanizmi
230 dəfədən çox
aktivləşdirildi.
Humanitar Yardım və Mülki
Müdafiə
B-1049 Brüssel, Belçika
Tel.: (+32 2) 295 44 00
Faks: (+32 2) 295 45 72
email:
echo-info@ec.europa.eu
Sayt:
http://ec.europa.eu/echo
* Bütün ən son ECHO
məlumatları:
bit.ly/echo-fs
●
Fövqəladə hadisənin miqyası ölkənin reaksiya potensialını aşanda AB Mülki Müdafiə
Mexanizmi iştirakçı ölkələrdə əlaqələndirilmiş yardımın göndərilməsini təmin edir.
●
AB Mülki Müdafiə Mexanizmi bütün fəlakət növləri üçün aktivləşdirilə bilər. Misal üçün
Qərbi Afrikada geniş yayılmış Ebola epidemiyasını (2014), Qərbi Balkanlarda daşqını
(2014), Şərqi Ukraynada münaqişəni (2015) və Avropa qaçqın böhranını (2015)
göstərmək olar. Mexanizm həmçinin dəniz sularının çirkləndirilməsi nəticəsində
yaranan fövqəladə vəziyyətlərdə aktivləşdirilə bilər və bu zaman Mexanizm Avropa
Dəniz Təhlükəsizliyi Agentliyi (ADTA) ilə sıx əməkdaşlıq edir.
●
28 AB Üzv Ölkəsinin hamısı, o cümlədən İslandiya, Norveç, Serbiya, Keçmiş
Yuqoslaviya Respublikası Makedoniya və Monteneqro Mexanizmdə iştirak edir.
Türkiyə Mexanizmə qoşulmaqla bağlı anlaşma imzalayıb və anlaşmanın
ratifikasiyasından dərhal sonra Mexanizmə qoşulacaq.
●
Dünyanın istənilən ölkəsi, eləcə də BMT və onun orqanları və müəyyən beynəlxalq
təşkilatlar AB Mülki Müdafiə Mexanizmi vasitəsilə yardım üçün müraciət edə bilər.
●
Fəlakətin ziyan vurduğu ölkəyə mülki müdafiə yardımı iştirkçı ölkələrin potensialından
(zəruri əşyalar, təcrübə, müdaxilə qrupları və xüsusi avadanlıqlar) ibarətdir. Ekspertlər
Mexanizm əsasında həmçinin ehtiyacların qiymətləndirilməsi və yerli qurumlar və
beynəlxalq təşkilatlarla koordinasiyanın qurulması, habelə profilaktika və hazırlıq
tədbirləri ilə bağlı müraciətçi ölkəyə məsləhətlərin verilməsi üçün cəlb olunur. Mülki
müdafiə yardımı üçüncü ölkələr müraciət edən zaman humanitar yardımla birləşdirilir.
●
2013-cü
ildə qəbul edilmiş AB Mülki Müdafiə qanunvericiliyində fəlakətlərə qarşı
profilaktika və hazırlığa xüsusi yer verilir və əsas diqqət risklərin milli
qiymətləndirməsinə və risklərin idarə olunmasının planlaşdırılmasına yönəldilir.
Avropa ölkələrinin fəlakətlərə qarşı reaksiya hazırlığının gücləndirilməsi məqsədilə
Mexanizm iştirakçı ölkələr üçün əvvəlcədən yaradılmış reaksiya imkanlarının könüllü
birləşdirilməsinin əsasını qoydu.
Fövqəladə Hallara Cavabvermə Koordinasiya Mərkəzi (FCKM)
FCKM*
AB Mülki Müdafiə Mexanizminin operativ ürəyidir. FCKM fəlakətlərə cavab vermənin monitorinqi və
əlaqələndiriməsi üçün 7 gün 24 saat tam imkanlar verir. Mərkəz fəlakətlər ilə bağlı real vaxt və erkən xəbərdarlıq
məlumatlarını toplayır, təhlükələri monitorinq edir, könüllü birləşdirilmiş resurslardan (ekspertlər, qruplar və
avadanlıqlar) istifadə üçün planlar hazırlayır, mövcud vəsaitlərin planlaşdırılması istiqamətində Üzv Ölkələrlə
əməkdaşlıq edir və AB fəlakətlərə cavabvermə səylərini əlaqələndirir. Mərkəz birbaşa iştirakçı ölkələrin mülki
müdafiə və humanitar yardım təşkilatları ilə əlaqələndirilib və fəlakətlərə ardıcıl şəkildə cavab verilməsini təmin edir.
Həmçinin, AB ölkəsi Həmrəylik Maddəsini (ABFM-nin 22-ci Maddəsi) aktivləşdirən zaman və ya AB rəhbərliyi Siyasi
Böhranlara Cavabvermə tədbirlərini aktivləşdirən zaman FCKM 7 gün 24 saat mərkəzi əlaqə nöqtəsi kimi fəaliyyət
göstərərək AB reaksiyası üçün digər AB xidmətləri və orqanları ilə əlaqələndirilməni təmin edir.
AB Mülki Müdafiə Mexnizminin
AB Mülki Müdafiə Mexanizmi yarandığı 2001-ci ildən 300-dən çox fəlakətin monitorinqini aparmış, 200-dən çox
yardım üçün müraciət almışdır.
Mexanizm 2015-ci ildə
Nepal
da baş verən zəlzələ, Yunanıstanda baş verən meşə yanğınları və Avropa qaçqın
böhranı daxil olmaqla 26 fövqəladə hal üçün aktivləşdirilmişdir.
2015-ci ilin aprel ayında Nepalda baş verən zəlzələyə cavab verən AB Mülki Müdafiə komandasına fəlakətdən
dərhal sonra qiymətləndirmə və koordinasiyanın həyata keçirilməsi tapşırığı verilmişdir. 17 iştirakçı ölkə Mexanizm
vasitəsilə Nepala tibb heyəti, axtarış-xilasetmə qrupları və fövqəladə ləvazimatlardan (sığınacaqlar, yataqlar,
ədyallar, paltarlar, tibbi avadanlıqlar və dərmanlar) ibarət yardım göndərdi. 2015-ci ilin iyul ayında
Yunanıstan
meşə yanğınlarının qarşısının alınması üçün Mexanizm vasitəsilə yardım üçün müraciət etdi. Müraciətin
qarşılığında meşə yanğınsöndürən təyyarələri yanğının ram edilməsi üçün Yunanıstana göndərildi. AB yardımın
Yunanıstana göndərilməsini birgə maliyyələşdirilməsini təmin etdi.
2015-ci ilin ikinci yarısında Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Yunanıstan qaçqın və miqrant axınının
artmasına cavab vermək məqsədilə Mexanizm vasitəsilə yardım üçün müraciət etdi. Yardımın göndərilməsi
FCKM tərəfindən əlaqələndirildi. İştirakçı ölkələrin çoxu ən həssas qrupların ehtiyaclarının qarşılanması
məqsədilə müraciətə qızdırılan ailə çadırları, yaşayış üçün konteynerlər, yataqlar, ədyallar və yataq torbaları,
habelə sanitar konteynerlər, plaşlar, ilk yardım çantaları və digər daha zəruri materiallar göndərməklə cavab verdi.
AB də həmçinin yardımların zərərçəkmiş ölkəyə çatdırılmasının birgə maliyyələşdirilməsində iştirak etdi.
2014-cü ilin may ayında AB Mülki Müdafiə Mexanizmi Bosniya və Hersoqovinanı cənginə alan güclü daşqınların
qarşısının alınması üçün aktivləşdirildi və indiyə kimi AB cavabvermə əməliyyatları içərisində ən böyük olan bu
əməliyyat zaman 23 iştirakçı ölkə yardım təklif etdi.
Eyni ilin iyul ayında Dünya Səhiyyə Təşkilatı
Ebola virusu*
xəstəliyinin (EVX) yayılmasının nəzarətə götürülməsi
üçün Mexanizmə müraciət etdi. Bu müraciət iştirakçı ölkələrin təklif etdiyi fövqəladə ləvazimatların və ekspertlərin
cəld və əlaqələndirilmiş şəkildə hadisə yerinə göndərilməsi ilə nəticələndi. FCKM eyni zamanda zərərçəkmiş
ölkələrdə işləyən beynəlxalq səhiyyə mütəxəssislərinin tibbi evakuasiya sisteminin idarə olunmasını həyata keçirdi.
* Bütün ən son ECHO məlumatları:
bit.ly/echo-fs
ECHO Məlumat vərəqi – Humanitar Yardımlar və Mülki Müdafiə – fevral 2016-cı il -
Səh 2 /3
* Bütün ən son ECHO məlumatları:
bit.ly/echo-fs
N
əqliyyat tələb olunan birgə maliyyələşdirmə (avro)
AMBB Mexanizminin aktivl
əşdirilmə* sayı
Humanitar Yardım Mülki Müdafiə
Humanitar Yardım Mülki Müdafiə
Son dəfə yenilənib: 24.09.2015
Yardim üçün müraciət
*Aktivləşdirilmə = ÜTRIS-də açiq olan istənilən hadisə (yardim üçün müraciət, erkən xəbərdarlıq, monitoring)
Son dəfə yenilənib: 24.09.2015
Əvvəlcədən xəbərdarlıq
Monitoring
Avropa Fövqəladə Hallar Cavabvermə İmkanlarının Gücləndirilməsi
Könüllü birləşdirilmə şəklində Avropa Fövqəladə Hallar Cavabvermə İmkanları AB Mülki Müdafiə Mexanizmində əsas
innovasiyalardandır. Maraqlı ölkələr AB mülki müdafiə missiyalarında iştirak üçün cavabvermə imkanlarının müxtəlif növləri
üzrə əvvəlcədən öhdəlik götürə bilər. Fəlakət baş verən zaman FCKM Üzv Ölkələr ilə sıx əməkdaşlıq çərçivəsində bu
vəsaitlərin əlaqələndirilmiş şəkildə istifadəsinə yardım edəcək. Bu isə cavabvermə imkanlarının dərhal təmin olunmasını və
yardımın proqnozlaşdırılmasını asanlaşdırır və yardımın təşkil olunması və göndərilməsinə sərf olunan zamanı kifayət
qədər azaldır. Üzv Ölkələr və Komissiya müxtəlif qruplar üçün keyfiyyət meyarlarının və sertifikasiya prosesinin
yaradılması istiqamətində əməkdaşlıq edir. Beləliklə, bu bütün qrupların yüksək keyfiyyət tələblərinə və qarşılıqlı fəaliyyət
standartlarına cavab verməsinə və bu sahədə effektiv şəkildə birgə fəaliyyət göstərməsinə zəmin yaradır.
Fəaliyyət və koordinasiyanın yoxlanılması və yaxşılaşdırılması üçün təlimlər və seminarlar təşkil olunur. Mövcud milli
reaksiya potensialının artrılması və sertifikasiya, təlim və seminar ilə bağlı xərclər AB tərəfindən maliyyələşdirilə bilər.
Sertifikatlaşdırılmış və könüllü birləşmənin tərkib hissəsi olan qrupların fövqəladə hallara cavabvermə ilə əlaqədar
nəqliyyat xərclərinin 85%-i birgə maliyyələşdirmə əsasında AB tərəfindən qarşılana bilər.
AB daxilində və xaricində hazırlıq və ya cavabvermə fəaliyyətlərinin həyata keçirilməsi məqsədilə tibbi və ictimai səhiyyə
expertləri və qruplarının səfərbər edilməsi üçün könüllü birləşmənin tərkib hissəsi kimi Avropa Tibb Korpusu (ATK) təsis
edilmişdir. ATK Avropanın Dünya Səhiyyə Təşkilatının nəzdində yaradılacaq Qlobal Fövqəladə Səhiyyə Heyətinə töhfəsi
olacaq. Bu fövqəladə hallar zamanı həkimlərin və tibbi avadanlıqların sayının əhəmiyyətli dərəcədə artması kömək edəcək
və səhiyyə problemləri ilə nəticələnəcək fövqəladə hallara cavab vermək üçün daha planlaşdırma və hazırlıqların yaxşı
təşkilinə imkan verəcək. ATK həmçinin keyfiyyət səviyyəsi tələblərinə cavab verəcək Avropa Tibbi yardımının
formalaşdırılmasına imkan verəcək.
Risk idarəetməsinin planlaşdırılması
AB Mülki Müdafiə Mexanizminə əsasən, Üzv Ölkələr risklərin qiymətləndirilməsi
üzrə milli strategiyaları paylaşır, fəlakət risk idarəetməsinin planlaşdırılmasını
təşkil edir və özlərinin risklərin idarə olunması potensialının qiymətləndirilməsi
üzrə milli strategiyaları paylaşır. Avropa Komissiyası qiymətləndirmənin
aparılmasında və yaxşı təcrübələr ilə bağlı məlumatlıarın yayılması və
mübadiləsinin asanlaşdırılmasında Üzv Ölkələrə yol göstərir. Könüllü ekspertlərin
təhlilləri Üzv Ölkələrin risklərin idarə olunması sistemlərinin təkmilləşdirilməsində
başlıca element hesab olunur. Risklərin anlaşılması böyük fəlakətlərə qarşı
kollektiv Avropa cavabverməsi üçün fövqəladə şəraitlərdə fəaliyyət planlarının
yaradılması üçün başlanğıc nöqtə ola bilər. Bu planlar yaxşı təcrübələrin
mübadiləsini asanlaşdırır və fəlakətlərin qarşısının alınmasında zəruri olan əlavə
investisiyaların müəyyən olunmasına yardım edəcək.
Uyğunsuzluqların aradan qaldırılması
AB fəlakətlərə hazırlıq səviyyəsinin yüksəldilməsi və AB fəlakət cavabverməsi
üzrə planlaşdırmanın təkmilləşdirilməsi məqsədilə AB Mülki Müdafiə Mexanizmi
vasitəsilə cavabvermə potensialında mövcud olan uyğunsuzluqların və
müvəqqəti çatışmamazlıqların aradan qaldırılması üçün maliyyə vəsaiti təmin
edir.
Yardım daşınmasına yardım
AB iştirakçı ölkələr tərəfindən təklif edilən yardımların daşınmasına maliyyə
dəstəyi göstərir və ümumi nəqliyyat və loqistik əlaqələndirməni təmin edir. 2015-ci
ildə AB tərəfindən nəqliyyat sahəsində birgə maliyyələşdirməyə ayrılan vəsaitin
ümumi məbləği 14 milyon avro olmuşdur.
Profilaktika və Hazırlıq
Profilaktika və hazırlıq fəlakətlərin ağır nəticələrini azaldır. AB səviyyəsində
fəlakətlərin qarşısının alınmasına yönəlmiş fəaliyyətlər fəlakətlər ilə bağlı
informasiyaların keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması, profilaktik
tədbirlərin həyata keçirilməsi, risklərin və fəlakətlərin idarə olunması ilə bağlı
ictimai maarifləndirmənin aparılması, təlimatlara
əsasən risklərin
qiymətləndirilməsində və təhlükə xəritələrinin hazırlanmasında Üzv Ölkələrin
dəstəklənməsi, fəlakətlərə qarşı davamlılığın gücləndirilməsi istiqamətində
tədqiqatın genişləndirilməsi və erkən xəbərdarlıq alətlərinin tətbiq olunmasından
ibarətdir. Hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Avropa Komissiyası
təlim, seminar, ekspert mübadiləsi və öyrənilən dərs proqramı təşkil edir.
ECHO Məlumat vərəqi – Humanitar Yardımlar və Mülki Müdafiə – fevral 2016-cı il - Səh 3 /3
Photo Credit: EU/ECHO
* Bütün ən son ECHO məlumatları:
bit.ly/echo-fs
Photo Credit: EU/ECHO
Photo Credit: EU/ECHO