Əgər düsturların tətbiq edilmə imkanı olmasaydı, cədvəlləri mətn redaktorlarından biri, məsələn, Word proqramı vasitəsilə də yararmaq olardı



Yüklə 141,78 Kb.
tarix02.01.2022
ölçüsü141,78 Kb.
#41837
növüYazı
ayaz 7


Əgər düsturların tətbiq edilmə imkanı olmasaydı, cədvəlləri mətn redaktorlarından biri, məsələn, Word proqramı vasitəsilə də yararmaq olardı. Excel-i cədvəl prosessoru edən və ona üstünlük verən cəhət elə onun düsturlarının və güclü funksiyalar ustasının olmasıdır. Excel işçi kitabındakı cədvəlin verilənləri ilə müəyyən hesablamaların yerinə yetrilməsi üçün riyazi yazılar düstur adlanır. Xanaya düstur (formula) daxil edərkən mütləq = işarəsini yazmaq lazımdır. Əks təqdirdə həmin düstur mətn xarakteri daşıyır və nəticə hesablanmır. Excel-də düstur yaradarkən aşağıdakı simvollardan istifadə edilir. 1. Riyazi operatorlardan. + (toplama), - (çıxma), * (vurma), / (bölmə), ^ (qüvvətə yüksəltmə), % (faizin qiymətinin təyini); 2. Müqayisə operatorlarından. = (bərabərdir), < (kiçikdir), > (böyükdür), <= (kiçikdi bərabərdir), >= (böyükdü bərabərdir), <> (bərabərsizlik), False (yalnış-ложь),True (doğru-истина);

3. Mətn verilənlərini birləşdirən.&(ampersand) operatorundan; 4. İstinad operatorlarından. Exceldə istinad dedikdə düsturun müraciət etdiyi xananı birqiymətli təyin edən kəmiyyət başa düşülür. İstinadların köməyi ilə düsturda işçi vərəqinin müxtəlif yerlərində olan verilənlərdən istifadə etmək olar.  Excel cədvəl redaktorunda xana diapazonunu göstərmək üçün iki nöqtə(:)simvolundan istifadə olunur.  Kordinatları tək - tək daxil etmək üçün nöqtəli vergüldən istifadə edilir.

 Kəsr ədədlərin yazılışında, (vergül işarəsi), tarix formatının qeyd edilməsi üçün . (nöqtə) işarəsindən istifadə olunur. Məsələn: 1,5 yazıldıqda bu Excel proqramı tərəfindən onluq kəsr kimi qəbul olunur, 1.5 yazıldıqda isə 1 may kimi qəbul olunacaqdır.

Xanalarda istifadə olunan bəzi işarələr fərqli ola bilər ki, bu da Windows əməliyyat sisteminin parametrlərinin quraşdırılmasından asılıdır.

Misal : İstifadəçinin düsturlarının tətbiqi. 1. Aşağıdakı cədvəli yığın.

2. A1 xanasındakı ədədin B1 xanasındakı ədədin neçə faizi olmasını hesablayın. Bunun üçün C1 xanasına =A1/B1 düsturunu yazın və Enter düyməsini sıxın. 3. C1 xanasına faiz formatı tətbiq etmək üçün Главная menyusunun Число bölməsindən Прoцентный (%) düyməsini sıxın.



Misal 1. Aşağıdakı cədvəli yığın

2. C1 xanasına =A1^B1 düsturunu yazın və Enter düyməsini sıxın



Nəticədə 512 alınır. Bu o deməkdir ki, qüvvətə yüksəltmə əməliyyatı aparıldı. Yəni A1 xanasındakı ədəd B1 xanasındakı ədəd qədər özü-özünə vuruldu. (8*8*8=512) Müəyyən bir sütunda eyni tipli düsturlar yazılacaqsa, onları hər dəfə təkrar daxil etməmək üçün maus vasitəsilə sürüşdürərək köçürmək daha məqsədə uyğundur. Fikrimizi misallarla izah edək

Misal: Tutaq ki ən yüksək qiymətin 50 olmasını nəzərə alaraq, hər bir tələbənin faizini hesablamaq tələb olunur. 1.Aşağıdakı cədvəli yığın.

2. C2 xanasına keçin və oraya =B2/50 düsturunu yazın və Enter düyməsini sıxın. 3. Главная menyusunun Число bölməsindən Прoцентный (%) düyməsini sıxın. 4. Mausun oxunu xananın sağ aşağı küncünə gətirin və o + formasını aldıqda sol düymə ilə tutub C6 xanasına kimi sürüşdürün.



Deməli, digər xanalara düsturlar bir başa deyil, sürüşdürmə vasitəsilə daxil edildi. Bəzən sürüşdürmə zamanı ünvanların dəyişdirilməsi xoşagəlməz halların baş verməsinə səbəb olur. Bunun qarşısını almaq zəruriyyəti yaranır. Onda düsturlara xanaların ünvanını mütləq halda daxil etmək lazımdır

Exceldə iki ünvan anlayışından istifadə edilir. Nisbi ünvan və mütləq ünvan. Nisbi ünvan anlayışından sürüşdürmə zamanı istifadə etmək olmur. Bu xoşagəlməz halların baş verməsinə səbəb olur. Xananın ünvanının mütləq halı $ işarəsi ilə göstərilir. Məsələn, C6 xanasını mütləq halda göstərmək üçün onu $C$6 kimi daxil etmək lazımdır. Qeyd edək ki, xananın sətir və sütun ünvanları ayrılıqda mütləq halda göstərilə bilər. Bunun üçün xananın ünvanını aşağıdakı kimi vermək lazımdır. $A$4- yazılışı xananın həm sətir, həm də sütun ünvanını dəyişməz edir. A$4 - yazılışı xananın ancaq sətir ünvanını dəyişməz edir. $A4 - yazılışı xananın ancaq sütun ünvanını dəyişməz edir. Misal :Vurma cədvəli yaradın 1.A1 xanası boş, B1xanasına 1, C1 xanasına 2 yazıb sonra hər iki xananı birlikdə seçib, mausun oxunu xananın sağ aşağı küncünə gətirin və o + formasını aldıqda sol düymə ilə tutub sürüşdürün

2. A2 xanasına 1, A3 xanasına 2 yazıb, sonra hər iki xananı birlikdə seçib, mausun oxunu xananın sağ aşağı küncünə gətirin və o + formasını aldıqda sol düymə ilə tutub sürüşdürün. 3. Sonra B2 xanasına keçib = $A2*B$1 yazın (və yaxud da A2 xanasını seçib F4 düyməsini 3- dəfə,B1 xanasını seçib F4 düyməsini 2-dəfə sıxın.) və Enter düyməsini sıxın. Kursoru B2 xanasının sağ küncünə gətirib üfiqi və şaquli istiqamətdə sürüşdürün.




Yüklə 141,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin