ƏhaliNİn sağlamliğinin qorunmasi haqqinda azərbaycan respublikasinin qanunu



Yüklə 178,21 Kb.
Pdf görüntüsü
tarix19.07.2017
ölçüsü178,21 Kb.

www.stomatoloq.az

ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI HAQQINDA 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə , onun fəal uzun 

ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, 

sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Bu Qanun əhalinin sağlamlığının qorunması 

sahəsində vətən-daşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri 

arasında yaranan münasibətləri tənzimləyir. 



I Fəsil

ÜMUMİ MÜDDƏALAR 

Maddə 1. Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri.

Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri aşağıdakılardır: əhalinin sağlamlığının qorunması 

sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin 

məsuliyyəti; əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi; tibbi-sosial 

yardımın hamı üçün mümkünlüyü; sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi.

Maddə 2. Əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi.

Əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan 

Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər 4 müvafiq 

qanunvericilik aktlarından və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdən 

ibarətdir.

Maddə 3. Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri

Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 

-

əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və 



vətəndaş hüquq və azadlıqlarının müdafiəsi; 

-

sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi; 



-

səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi; 

-

dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi; 



-

ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsi; 

-

məcburi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının 



müəyyənləşdirilməsi; 

-

əhalinin xüsusi qrupları üçün tibbi 



-

sosial yardım göstərilmə-sinə təminat verilməsi; 

-

dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri arasında sağlam rəqabətə təminat verilməsi; 



-

ailənin, valideynlərin və uşaqların mühafizəsi; 

-

səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçiril-məsi. 



II FƏSİL

ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASININ TƏŞKİLİ

Maddə 4. Dövlət səhiyyə sistemi Dövlət səhiyyə sisteminə 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, dövlət tabeçiliyindəki müalicə-profilaktika, 

elmi-tədqiqat, tədris, əczaçılıq, sanitariya-profilaktika müəssisələri, eləcə də səhiyyənin maddi-texniki 

təchizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-

epidemiologiya xidməti, məhkəmə-tibb ekspertizası daxildir. 

Maddə 5. Qeyri-dövlət səhiyyə sistemi

Qeyri-dövlət səhiyyə sisteminə qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və əmlakını 

xüsusi, o cümlədən bələdiyyə mülkiyyəti təşkil edən tibb və əczaçılıq müəssisələri, şəxsi tibb və əczaçılıq 

fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir. 


Maddə 6. Tibb müəssisələrinin özəlləşdirilməsi və icarəyə verilməsi 

Tibb müəssisələri qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirilə və icarəyə verilə bilər. 

Maddə 7. Səhiyyə müəssisələrinin dövlət qeydiyyatı 

Səhiyyə müəssisələrinin dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada aparılır. 

Maddə 8. Əhalinin sanitariya-epidemioloji salamatlığı

Əhalinin sanitariya-epidemioloji salamatlığı dövlət sanitariya-epidemioloji xidmətinin nəzarəti altında bütün 

hüquqi və fiziki şəxslər tərəfindən gigiyenik, əksepidemik tədbirlər kompleksini həyata keçirməklə, müvafiq 

qanunvericiliyə uyğun olaraq təmin edilir. 

Maddə 9. Dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi

Dövlət səhiyyə sistemi əsasən dövlət büdcəsi, eləcə də icbari tibbi sığorta vəsaitləri, müəssisə, idarə və 

təşkilatların gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və istifadəsi qanunvericiliyə 

zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. Dövlət səhiyyə sisteminin vəsaitləri: 

-

səhiyyənin məqsədli kompleks proqramlarının işlənib hazırlanmasına və yerinə yetirilməsinə;



-

dövlət səhiyyə müəssisələrinin maddi-texniki bazasının inkişafına;

-

müalicə-profilaktika və sanitariya - epidemioloji müəssisələrin saxlanılmasına;



-

güzəştli tibbi xidmətin göstərilməsinə; 

-

tibb və əczaçılıq işçilərinin hazırlanmasına və ixtisaslarının artırılmasına;



-

tibb elminin inkişafına və tətbiqinə; 

-

epidemiyaların aradan qaldırılmasına yönəldilir.



III FƏSİL 

SAĞLAMLIĞIN QORUNMASI SAHƏSİNDƏ VƏTƏNDAŞLARIN, ƏCNƏBİLƏRİN VƏ 

VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN HÜQUQLARI 

Maddə 10. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması 



hüququ 

-

Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorun-maq və tibbi yardım almaq hüququ 



vardır. 

-

Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna 



olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilir. 


-

Dövlət ətraf mühitin qorunmasına, vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait 

yaradılmasına, eləcə də tibbi-sanitariya və tibbi-sosial yardıma təminat verir. 

-

Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması Azərbaycan 



Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir. 

-

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı ol-mayan şəxslərin əhalinin sağlamlığının 



qorunması sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqları vardır. 

-

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada 



əcnəbilərin sağlamlığın qorunması hüququ vardır. 

Maddə 11. Sağlamlığa təsir göstərən amillər haqqında vətəndaşların məlumat almaq hüququ

Vətəndaşların sağlamlığa təsir göstərən amillər haqqında müntəzəm və düzgün məlumat almaq hüququ vardır

və bu məlumatlar vətəndaşlara kütləvi informasiya vasitələri ilə, yaxud bilavasitə onların sorğularına əsasən 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İnsanların həyat və sağlamlığı üçün təhlükə törədən 

faktları və halları gizlədən vəzifəli şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb 

edilirlər. 

Maddə 12. Vətəndaşların tibbi-sosial yardım almaq hüququ

-

Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq 



hüququ vardır.

-

Tibbi-sosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də sosial müdafiə sistemi 



müəssisələrində göstərilir. 

-

Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi 



sığorta əsasında tibbi yardımla təmin edilirlər.

-

Vətəndaşların könüllü tibbi sığorta əsasında, eləcə də müəssisələrin, təşkilatların, ayn-ayn şəxslərin 

vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər mənbələr hesabına tibbi yardım almaq və digər əlavə 

tibbi xidmət növləri ilə təmin olunmaq hüququ vardır. 

-

Güzəştli şərtlərlə protez-ortopedik məmulatlar, eşitmə aparatları, hərəkət etmə və digər reabilitasiya 



vasitələri ilə təmin olunmaq hüququ olan vətəndaşların kateqoriyaları və güzəştlərlə təminat qaydaları 

qanunvericilikdə müəyyən edilir. 

-

Vətəndaşların ixtisaslaşdırılmış müəssisələrdə tibbi-sosial ekspertizadan keçmək hüququ vardır.



-

İdmanla məşğul olan uşaqların, yeniyetmələrin, tələbələrin, əlillərin və pensiyaçıların dövlət tibb 

müəssisələrində pulsuz tibbi nəzarət olunmaq hüququ vardır. 

-

Müvafiq icra hakimiyyəti orqanları təhsil müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbələrin 



hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edirlər. 

-

Yoluxucu xəstəliklər aşkar edildikdə, ətrafdakıları xəstələnməkdən qorumaq məqsədilə işdən 



kənarlaşdırılmış şəxslərin karantinlə əlaqədar müavinət almaq hüququ vardır. 

Maddə 13. Vətəndaşların tibbi sığortası

Vətəndaşların tibbi sığortası (icbari və könüllü) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən 

edilmiş qaydada həyata keçirilir. 

Maddə 14. Dərman vasitələri ilə təminat

Əhalinin dərman vasitələri ilə təminatı Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş 

qaydada həyata keçirilir. 

Maddə 15. Peşə fəaliyyətinin bəzi növləri ilə məşğul olan vətəndaşların sağlamlığının qorunması hüququ 

Yoluxucu və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

təsdiq edilmiş siyahı əsasında bəzi peşə sahibləri işə qəbul edilərkən və işlədiyi müddətdə işəgötürənin vəsaiti 

hesabına məcburi dövri tibbi müayinədən keçirlər. 

Maddə 16. Əhalinin sağlamlığının qorunması sahəsində ailənin hüquqları

Dövlət ailə üzvlərinin sağlamlığını qorumaq qayğısını öz öhdəsinə götürür. Hər bir vətəndaş ailənin 

planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nigah 

münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək 

məqsədilə dövlət səhiyyə sisteminin müəssisələrində pulsuz məsləhətlər almaq və müayinədən keçmək 

hüququna malikdir. Uşaqlı ailələrin (ilk növbədə əlil uşaqları və valideyn himayəsindən məhrum uşaqları 

böyüdən natamam ailələrin) əhalinin sağlamlığının qorunması sahəsində qanunvericilikdə müəyyən edilmiş 

güzəştlərdən istifadə etmək hüququ vardır. 14 yaşına çatmayan xəstə uşağa qulluq edilməsinə görə istər 

ambulator, istərsə də stasionar müalicə zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək valideynlərdən birinə 

və ya ailənin başqa bir üzvünə qanunvericilikdə müəyyən edilmiş müavinət verilir. 

Maddə 17. Əhalinin sağlamlığının qorunması sahəsində hamilə qadınların və anaların hüquqları

Hər bir qadın hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin 

müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur. 

Maddə 18. Əhalinin sağlamlığının qorunması sahəsində yetkinlik yaşına çatmayanların hüquqları 

Yetkinlik yaşına çatmayanların: 

-

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət səhiyyə sisteminin uşaq və 



yeniyetmə tibb xidməti müəssisələrində pulsuz dispanser nəzarətində olmaq və müalicə olun-maq; 

-

sanitariya-gigiyena tələblərinə cavab verən şəraitdə təhsil almaq və əməklə məşğul olmaq; peşə 



yararlığı müəyyənləşdirilərkən pulsuz tibbi məsləhətlər almaq; büdcə vəsaitləri hesabına müvafiq icra 

hakimiyyəti orqanının müəyyən etdiyi qaydada güzəştli şərtlərlə qidalanmaq və tibbi-sosial yardım almaq 

hüququ vardır.

-

Fiziki və ya ruhi çatışmazlıqları olan yetkinlik yaşına çatma-yanlar valideynlərinin və ya qanuni 



nümayəndələrinin müraciəti ilə sosial müdafiə sistemi müəssisələrində saxlanıla bilərlər. 

Maddə 19. Əhalinin sağlamlığının qorunması sahə-sində hərbi qulluqçuların, hərbi xidmətə 



çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların hüquqları 

Hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların 

hərbi xidmətə yararlı (yararsız) olmalarının müəyyənləşdirilməsi məqsədilə tibbi müayinədən keçmək, yaxud 

hərbi həkim komissiyasının rəyi əsasında vaxtından əvvəl hərbi xidmətdən azad olunmaq hüququ vardır. 

Hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və 

müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların qanunvericilikdə müəyyən edilmiş qaydada 



məhkəməyə müraciət etmək hüququ vardır. Hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi 

xidmətə daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud 

çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əksgöstərişlər haqqında tam məlumat 

almaq hüququ vardır. Hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi 

xidmətə daxil olanların dövlət səhiyyə sisteminin müəssisələrində tibbi yardım almaq hüququ vardır və 

onların tibbi təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir. Hərbi qulluqçuların ailə 

üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki səhiyyə müəssisələrində 

tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi-tibb hissə və müəssisələrində tibbi yardımın bütün növləri 

ilə təmin edilirlər. 

Maddə 20. Əhalinin sağlamlığının qorunması sahəsində pensiyaçıların hüquqları 

Təqaüdçülərin evdə, dövlət səhiyyə sisteminin müəssisələrin-də tibbi yardımla, eləcə də sosial müdafiə 

sistemi müəssisələrin-də tibbi-sosial yardımla pulsuz təmin olunmaq, tibbi rəy əsasın-da sosial sığorta və ya 

sosial müdafiə orqanlarının vəsaitləri hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq və 

reabilitasiya olunmaq hüquqları vardır. 

Maddə 21. Əlillərin tibbi-sosial yardım almaq hüququ

Əlillərə tibbi-sosial yardımın göstərilməsi qaydaları və bu sahədəki güzəştlər qanunvericilikdə 

müəyyənləşdirilir. 

Maddə 22. Fövqəladə hallarda ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan 



vətəndaşların sağlamlığın qorunması sahəsində hüquqları

Fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə 

yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım, sanatoriya-kurort, 

bərpa müalicəsi almaq, dərman vasitələri, immunobioloji preparatlar və tibbi məmulatlarla təmin olunmaq, 

eləcə də həyat və sağlamlıq üçün təhlükəli amillərin aradan qaldırılması məqsədilə gigiyenik və əksepidemik 

tədbirlərdən istifadə etmək hüquqları vardır. Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım 

göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətən-daşların pulsuz müalicə, o cümlədən sanatoriya-kurort 

müalicəsi və reabilitasiyanın bütün növləri ilə təmin olunmaq, qanun-vericilikdə müəyyən edilmiş qaydada 

müavinət almaq hüquqları vardır. 

Maddə 23. Tutulmuş, həbs edilmiş, azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşların 



tibbi yardım almaq hüququ 

Tutulmuş, həbs edilmiş, azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşların tibbi yardım almaq, o 

cümlədən zəruri hallarda dövlət səhiyyə sisteminin müəssisələrində büdcə vəsaitləri hesabına tibbi yardımla 

təmin olunmaq hüququ vardır Bu kateqoriyadan olan qadınların hamiləlik dövründə, doğuş zamanı və 

doğuşdan sonrakı dövrdə ixtisaslaşdırılmış tibbi yardım almaq hüququ vardır. Azadlıqdan məhrum etməyə 

məhkum olunmuş qadınlar 3 yaşınadək uşaqlarını körpələr evinə verə-bilərlər. Tutulmuş, həbs edilmiş, 

azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşların obyekt şəklində hər hansı biotibbi tədqiqata 

cəlb edilməsi qadağandır. Tutulmuş, həbs edilmiş, azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən 

vətəndaşlara tibbi yardımın göstərilməsi qaydaları qanunvericilikdə müəyyən edilir. 

IV FƏSİL 

TİBBİ-SOSİAL YARDIM SAHƏSİNDƏ VƏTƏNDAŞLARIN HÜQUQLARI 

Maddə 24. Pasiyentin hüquqları

Pasiyentin:

-

təxirəsalınmaz tibbi yardım göstərilməsi hallan istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o 



cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək; 

-

sanitariya - gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq; 



-

stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və 

məsləhətləşmələr aparılmasını tələb etmək; 

-

tibbi yardım üçün müraciət faktmı, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə 



də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxla-maq; 

-

tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək; 



-

tibbi müdaxilədən imtina etmək; 

-

hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi 



baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək;

-

daxili qaydalar pozulmamaq şərtilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin 



olunmaq hüququ vardır. 

Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra 

hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. 

Maddə 25. Sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ 

Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk 

dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti 

barədə Özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti 

barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab 

edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların 

valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər 

tərəfindən verilir. Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına 

və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun Özünə çatdırıla 

bilər. Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla 

bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Vətəndaşın tələbi ilə ona sağlamlığının 

vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur. 

Maddə 26. Təxirəsalınmaz hallarda tibbi müdaxilə şərtləri

Tibbi müdaxilə həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə və ya xəstə vəziyyəti ilə əlaqədar öz 

qərarını bildirmək iqtidarında olmadıqda məsələ konsilium tərəfindən həll olunur. Consilium mümkün 

olmayan hallarda tibbi müdaxilə haqqında qərar müalicə-profilaktika müəssisəsinin rəhbərlərinə məlumat 

verməklə və ya bilavasitə müalicə (növbətçi) həkimi tərəfindən qəbul edilir. Qanunvericilikdə müəyyən 

edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə və yetkinlik yaşına çatmayanlara tibbi 

müdaxilənin aparılması zəruri olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin bu barədə 

razılığı olmalıdır. 

Maddə 27. Tibbi müdaxilədən imtina edilməsi 

Qanunvericilikdə nəzərdə tutulan hallar (təcili və təxirəsalınmaz tibbi yardımın zəruri olduğu hallar) istisna 

olmaqla, vətəndaşın və ya onun qanuni nümayəndəsinin tibbi müdaxilədən imtina etmək, yaxud onun 

dayandırılmasını tələb etmək hüququ vardır. Tibbi müdaxilədən imtina etdikdə vətəndaşa, yaxud onun qanuni 

nümayəndəsinə mümkün olan nəticələr barədə izahat verilməlidir. Tibbi müdaxilədən imtina edilməsi və onun 

gələcək nəticələri barədə izahat vətəndaşın tibbi sənədlərində qeyd olunur və onun özü, yaxud qanuni 

nümayəndəsi, eləcə də tibb işçisi tərəfindən imzalanır. Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət 

qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatma-yanların valideynləri və ya qanuni 

nümayəndələri göstərilən şəxslərin həyatı üçün zəruri tibbi müdaxilədən imtina etdikdə, onların sağlamlığının 

qorunması üçün səhiyyə müəssisələri məhkəməyə müraciət edə bilərlər. 

Maddə 28. Razılığı tələb olunmadan vətəndaşa tibbi yardım göstərilməsi

Özünün və ya qanuni nümayəndəsinin razılığı tələb olunma-dan vətəndaşa qanunvericilikdə müəyyən edilmiş 

qaydada tibbi yardım {tibbi müayinə, hospitalizasiya, nəzarət etmək, izolyasiya etmək) göstərilməsi 

ətrafdakılar üçün təhlükəli xəstəliklərə tutulan, ağır ruhi pozuntulardan əzab çəkən, yaxud ruhi xəstəlik 

nəticəsində ictimai təhlükəli əməl törədən şəxslərə aid edilir. Həmin şəxslərə tibbi yardım göstərilməsi 

haqqında qərar həkim tərəfindən qəbul edilir. Vətəndaşın razılığı olmadıqda, qanuni nümayəndələrin isə 

razılığı olduqda, əksepidemik tədbirlərin həyata keçirilməsi ilə bağlı tibbi yardımın göstərilməsi 

qanunvericiliklə tənzimlənir. Ağır ruhi pozuntulara düçar olmuş şəxslərin müayinəsi və hospitalizasiyası 

qanunvericilikdə müəyyən edilmiş qaydada aparılır. Xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən 

şəxslər barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi tibbi tədbirlər tətbiq oluna bilər. . 

Vətəndaşın, yaxud qanuni nümayəndənin razılığı tələb olunmayan və ya məhkəmənin qərarı ilə müəyyən 

olunan hallarda hospitalizasiyanın səbəbləri aradan qaldırılanadək vətəndaş müalicə-profilaktika 

müəssisəsində saxlanılır.

V FƏSİL 

AİLƏNİN PLANLAŞDIRILMASI VƏ İNSANIN REPRODUKTİV FUNKSİYALARININ 

TƏNZİMLƏNMƏSİ 

Maddə 29. Süni mayalanma və embrionun implantasiyası

Yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ vardır. Süni 

mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni 

mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Qadın süni mayalanmanın, 

embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə donorun milliyyəti, xarici 

görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən 


verilir. Qanunsuz süni mayalanmada və embrionun implantasiyasında təqsiri olan şəxslər qanunvericilikdə 

müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

Maddə 30. Hamiləliyin süni surətdə pozulması

Hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ vardır. Hamiləliyin süni surətdə 

pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişlər üzrə süni 

pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər. Tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda 

hamiləlik, müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər. Hamiləliyin süni surətdə pozulması dövlət 

və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən aparılır. Hamiləliyin süni surətdə 

pozulmasına dair tibbi və sosial göstərişlərin siyahıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyənləşdirilir. Həkim tərəfindən xəstəxanalardan və ya başqa tibb müəssisələrindən kənarda hamiləliyin 

süni surətdə pozulması qadağandır.

Maddə 31. Tibbi sterilizasiya

Tibbi sterilizasiya insanı nəsil artımı vermək qabiliyyətindən məhrum etmək, yaxud qadını hamiləlikdən 

qorumaq məqsədilə tətbiq edilir. Tibbi sterilizasiyaya dair göstərişlər müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən müəyyən edilir və dövlət, yaxud qeyri-dövlət tibb müəssisələrində aparılır. Tibbi sterilizasiyanın 

qeyri-qanuni aparılmasına görə təqsirli olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət 

daşıyırlar. 

VI FƏSİL 

VƏTƏNDAŞLARA TİBBİ-SOSİAL YARDIMIN HƏYATA KEÇİRİLMƏSİNƏ ZƏMANƏTLƏR

Maddə 32. İlkin tibbi-sanitariya yardımı

İlkin tibbi-sanitariya yardımı hər vətəndaş üçün pulsuz göstərilən tibbi xidmət növüdür. Bu xidmətə:

-

geniş yayılmış xəstəliklərin, eləcə də travmaların, zəhərlən-mələrin və digər təxirəsalınmaz yardım 



tələb edən xəstəliklərin müalicəsi; 

-

sanitariya-gigiyenik və əksepidemik tədbirlərin keçirilməsi, ictimai təhlükəli xəstəliklərin tibbi 



profilaktikası; 

-

ailənin, valideynlərin, uşaqların mühafizəsi və yaşayış yerində tibbi-sanitariya yardımının 



göstərilməsinə dair digər tədbirlər daxildir. 

İlkin tibbi-sanitariya yardımı dövlət səhiyyə sisteminin müəssisələri, eləcə də sanitariya-epidemioloji xidmət 

müəssisələri tərəfindən təmin olunur. Qeyri-dövlət səhiyyə sisteminin müəssisələri əhaliyə ilkin tibbi-

sanitariya yardımının göstərilməsində iştirak edə bilərlər. İlkin tibbi-sanitariya yardımının göstərilməsi 

qaydası müvafiq icra hakİmiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Maddə 33. Təcili və təxirəsalınmaz tibbi yardım

Vətəndaşlara təcili və təxirəsalınmaz tibbi yardım təcili tibbi müdaxilə tələb edən hallarda (bədbəxt hadisələr, 

travmalar, zəhərlənmələr və digər xəstəliklər) mülkiyyət formasından asılı olmayaraq təcili yardım tibb 

müəssisələri, eləcə do qanunvericilikdə müəyyən edilmiş qaydada ilkin tibbi yardım etməyə borclu olan 

şəxslər tərəfindən göstərilir. Dövlət tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım pulsuzdur. 

İxtisaslı təcili və təxirəsalınmaz tibbi yardım təcili yardım və sanitar aviasiya xidməti tərəfindən təşkil edilir. 

Təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən edİlir. Vətəndaşın həyatı üçün təhlükə yarandıqda onu yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq 

üçün tibb işçisi hər hansı nəqliyyat vasitəsindən pulsuz istifadə etmək hüququna malikdir. Vətəndaşın tibb 

müəssisəsinə çatdırılması barəsində tibb işçisinin qanuni tələbindən imtina edən nəqliyyat vasitəsinin 

sahibləri, yaxud digər vəzifəli şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yol-

nəqliyyat hadisələri zamanı müvafiq polis xidməti əmək-daşlan zərərçəkənlərə təcili və təxirəsalınmaz tibbi 

yardım göstərməyə və onları tibb müəssisələrinə çatdırmağa borcludurlar.

Maddə 34. İxtisaslaşdırılmış tibbi yardım

İxtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb 

texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər 

tərəfindən göstərilir. İxtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi 

qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Maddə 35. İctimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara tibbi-sosial yardım

Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ictimai təhlükəli xəstəliklərə tutulmuş 

vətəndaşlara dövlət səhiyyə sisteminin müalicə-profilaktika müəssisələrində pulsuz tibbi-sosial yardım 

göstərilir, onlar qanunvericilikdə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsi ilə 


təmin olunurlar. İctimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşların bəzi kateqoriyaları üçün əmək 

qabiliyyətinin müvəqqəti itirilməsi müddətində iş yerləri saxlanılır və qanunvericilikdə müəyyən edilmiş 

digər güzəştlər nəzərdə tutulur. Göstərilən tibbi-sosial yardımın növləri və həcmi müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir.

Maddə 36. Yeni profilaktik, diaqnostika və müalicə üsullarının, dərman və dezinfeksiya vasitələrinin, 

immunobioloji preparatların tətbiqi

Səhiyyədə tətbiq edilən profilaktika, diaqnostika və müalicə üsullarından, tibbi texnologiyalardan, dərman və 

dezinfeksiya vasitələrindən, immunobioloji preparatlardan qanunvericilikdə müəyyən edilmiş qaydada 

istifadə edilir. Tətbiqinə icazə verilməyən, lakin müəyyən edilmiş qaydada baxılmaqda olan diaqnostika və 

müalicə üsullarından, dərman vasitələrindən pasiyentin yazılı razılığı ilə, eləcə də yetkinlik yaşına 

çatmayanların və qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən 

şəxslərin həyatı təhlükədə olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə 

istifadə edilə bilər. 

Maddə 37. Biotibbi tədqiqatların aparılması qaydaları

Keçirilmiş laboratoriya eksperimentinin nəticələrinə əsaslanaraq dövlət və qeyri-dövlət səhiyyə 

müəssisələrində biotibbi tədqiqatların aparılmasına icazə verilir. İnsanın obyekt şəklində hər hansı biotibbi 

tədqiqata cəlb olunması yalnız onun razılığı ilə aparıla bilər. Biotibbi tədqiqata razılıq alındıqda müayinənin 

məqsədləri, kənar təsirləri, baş verə biləcək risk dərəcəsi, müddəti və nəticəsi barədə vətəndaşa məlumat 

verilməlidir. Tədqiqatın mərhələsindən asılı olmayaraq vətəndaşın istənilən vaxt ondan imtina etmək hüququ 

vardır. Müəyyən edilmiş qaydada yoxlamadan keçməmiş profilaktika, diaqnostika və müalicə üsullarının, 

dərman vasitələrinin kütləvi informasiya vasitələri ilə təbliği qadağandır. 

Maddə 38. Evtanaziyanın qadağan olunması 

Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmək, həyatın 

davam etməsinə kömək edən süni tədbirlərin dayandırılması qadağandır. Xəstəni bilərəkdən evtanaziyaya 

meyl etdirən və ya evtanaziya edən şəxs qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 

Maddə 39. İnsanın ölüm anının müəyyən edilməsi

İnsanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya 

tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Maddə 40. Transplantasiya məqsədilə insan toxumalarının və orqanlarının götürülməsi

Tibbi göstərişlər əsasında transplantasiya məqsədilə insan toxumalarının və orqanlarının götürülməsinə icazə 

verilir. Transplantasiya məqsədi ilə insanı, onun orqan və toxumalarının götürülməsinə məcbur etmək 

qadağandır. İnsanın orqan və toxumaları alqı-satqı obyekti ola bilməz və onların alqı-satqısında iştirak edən 

şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Maddə 41. Patoloji-anatomik yarma 

Patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə 

həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilir. Patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar 

baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə 

zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və 

qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni 

nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər. Ölümün səbəbləri və 

xəstəliyin diaqnozu haqqında rəy ölənin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına və ya qanuni 

nümayəndələrinə, eləcə də zəruri hallarda hüquq mühafizə orqanlarına verilir. Ölənin ailə üzvləri, onlar 

olmadıqda isə yaxın qohumları və ya qanuni nümayəndələri müvafiq profilli mütəxəssisi onun razılığı ilə 

patoloji-anatomik yarmanın aparılmasında iştirak etmək üçün dəvət edə bilərlər. Onların tələbi ilə 

qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə-tibb ekspertizası keçirilə bilər.

Maddə 41. Patoloji-anatomik yarma

Patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə 

həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilir. Patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar 

baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə 

zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və 

qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni 

nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər. Ölümün səbəbləri və 

xəstəliyin diaqnozu haqqında rəy ölənin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına və ya qanuni 

nümayəndələrinə, eləcə də zəruri hallarda hüquq mühafizə orqanlarına verilir. Ölənin ailə üzvləri, onlar 



olmadıqda isə yaxın qohumları və ya qanuni nümayəndələri müvafiq profilli mütəxəssisi onun razılığı ilə 

patoloji-anatomik yarmanın aparılmasında iştirak etmək üçün dəvət edə bilərlər. Onların tələbi ilə 

qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə-tibb ekspertizası keçirilə bilər. 

VII FƏSİL 

TİBBİ EKSPERTİZA 

Maddə 42. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizası 

Xəstəlik, zədələnmələr, hamiləlik, doğuş, xəstə ailə üzvünə qulluq, protezləşdirmə, sanatoriya-kurort 

müalicəsi zamanı və digər hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrinin müalicə həkimləri tərəfindən 

qanunvericilikdə müəyyən edilmiş qaydada əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizası aparılır. 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasında işçinin başqa işə müvəqqəti, yaxud daimi 

keçirilməsinin zəruriliyi və müddəti müəyyənləşdirilir, eləcə də vətəndaşın tibbi-sosial ekspert komissiyasına 

göndərilməsi barədə qərar qəbul edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını aparan 

müəssisənin qərarı ilə razılaşmadıqda vətəndaş və ya onun qanuni nümayəndəsi qanunvericilikdə müəyyən 

edilmiş qaydada məhkəməyə müraciət edə bilər. 

Maddə 43. Tibbi-sosial ekspertiza

Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin 

məhdudlandırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının 

müəyyən edilməsidir. Vətəndaşların işə düzəlməsinə dair tibbi-sosial ekspertizanın rəyini nəzərə almaq 

mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilat rəhbərləri üçün məcburidir. Tibbi-

sosial ekspertizanın təşkili və aparılma qaydaları qanun-vericilikdə müəyyən edilir. Vətəndaşın, yaxud onun 

qanuni nümayəndəsinin tibbi-sosial ekspertizada iştirak etmək üçün hər hansı mütəxəssisi onun razılığı ilə 

dəvət etmək hüququ vardır. Tibbi-sosial ekspertiza aparan müəssisənin qərarı ilə razılaşmadıqda vətəndaş, 

yaxud onun qanuni nümayəndəsi qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti 

orqanına və ya məhkəməyə müraciət edə bilər.

Maddə 43.1. Psixoloji-tibbi-pedaqoji komissiya

Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngi-mələrin diaqnostikasının aparılmasını, bunun 

əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edilməsini, valideynlərinə və ya digər qanuni 

nümayəndələrinə müvafiq məsləhətlər verilməsini, mübahisəli məsələlərə baxılmasını müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən yaradılan və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya həyata 

keçirir. Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin psixoloji-

tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə və müayinə nəticələrinin müzakirəsində iştirak etmək 

hüquqları vardır. 

Maddə 44. Hərbi-həkim ekspertizası

Hərbi-həkim ekspertizası hərbi xidmətə çağırılanların, müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların, 

silahlı qüvvələrin və milli təhlükəsizlik orqanlarının sərhəd qoşunlarının, habelə daxili qoşunların 

ehtiyatlarında olan vətəndaşların və hərbi qulluqçuların sağlamlığının vəziyyəti ilə bağlı hərbi xidmətə 

yararlığını müəyyən edir. Hərbi-həkim ekspertizası hərbi qulluqçularda (hərbi toplantı keçən vətəndaşlarda), 

hərbi qulluqdan azad olunanlarda hərbi xidmət (hərbi toplantı) zamanı baş verən xəstəliklərin, yaralanmaların, 

travmaların səbəb əlaqəsini təyin edir və hərbi qulluqçulara lazımi tibbi-sosial yardımın, bərpa müalicəsinin 

növlərini, həcmini və müddətini müəyyənləşdirir. Hərbi-həkim ekspertizasının təşkilinə və aparılmasına dair 

qaydalar, eləcə də hərbi qulluqçuların, hərbi xidmətə çağırılan-ların, müqavilə (kontrakt) üzrə hərbi qulluğa 

daxil olanların, sağlamlığının vəziyyətinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilir. Hərbi-həkim ekspertizası rəyinin icrası vəzifəli şəxslər üçün məcburidir. 

Maddə 45 Məhkəmə-tibb ekspertizası

Məhkəmə-tibb ekspertizası qanunvericilikdə müəyyən edilmiş qaydada təyin edilir və müvafiq icra 

hakimiyyəti orqanının xüsusi tibbi ekspertiza müəssisəsində aparılır. Vətəndaşın, yaxud onun qanuni 

nümayəndəsinin ekspertizada iştirak etmək məqsədilə müvafiq mütəxəssisin onun razılığı ilə ekspert 

komissiyasına əlavə olaraq daxil olması üçün ekspertizanı təyin edən təşkilat qarşısında vəsatət qaldırmaq 

hüququ vardır. Məhkəmə-tibb ekspertizasının təşkili və aparılması qaydaları qanunvericilikdə müəyyən edilir. 

Vətəndaş və ya onun qanuni nümayəndəsi məhkəmə-tibb ekspertizası aparan müəssisənin rəyi ilə 

razılaşmadıqda qanun-vericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.



VIII FƏSİL 

TİBB VƏ ƏCZAÇILIQ İŞÇİLƏRİNİN HÜQUQLARI VƏ SOSİAL MÜDAFİƏSİ 



Maddə 46. Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ

Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb məktəblərində təhsil almış şəxslər, müvafiq diploma, 

yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna 

malikdirlər. Ali tibb və əczaçıLIq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyəti orqanının 

müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. 

Fasiləsiz olaraq ixtisaslan üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq tədris müəssisələrində 

hazırlıq keçdikdən sonra, yaxud yoxlama imtahanlarının nəticələri əsasın-da praktik tibb və ya əczaçılıq 

fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan 

işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində ixtisaslarının təsdiq olunmasından sonra praktiki 

tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq 

müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq tədris müəssisəsində imtahan 

verdikdən sonra tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. 

Maddə 47. Səhiyyə mütəxəssislərinin peşə seçmə hüququ

Azərbaycan Respublikasının ali məktəblərində tibb və əczaçılıq ixtisasları üzrə təhsil almış şəxslər könüllülük 

əsasında seçdikləri peşə üzrə ixtisasartırma və kadrların yenidən hazırlığı müəssisələrinə qəbul edilərək 

müvafiq peşə sertifikatı ala bilərlər. 

Maddə 48. Səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarığının təkmilləşdirilməsi

Səhiyyə müəssisələrinin və orqanlarının rəhbərləri səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının 

təkmilləşdirilməsinin təşkili üçün məsuliyyət daşıyırlar. Dövlət səhiyyə sistemi mütəxəssislərinin 

ixtisasartırma xərcləri dövlət büdcəsi, qeyri-dövlət səhiyyə sisteminin mütəxəssisləri üçün öz vəsaitləri 

hesabına ödənilir. Səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının dövlət standartları, tibb və əczaçılıq 

peşələrinin nomenklaturasına uyğun fəaliyyət üçün vacib olan diaqnostika, müalicə, profilaktika və sağlamlığı 

möhkəmləndirmə metodlarının məcmusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Mülkiyyət formasından asılı olmayaraq səhiyyə müəssisələrinin mütəxəssisləri peşə seçdikdə, peşələrini 

dəyişdikdə və fəaliyyət göstərdiyi peşə üzrə beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların 

hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil aldıqdan və imtahan verdikdən sonra müvafiq 

sertifikat almalıdırlar. 

Maddə 49. Şəxsi tibbi fəaliyyət

Şəxsi tibbi fəaliyyət - müəssisələrin, təşkilatların, vətəndaş-ların vəsaitləri hesabına, o cümlədən tibbi sığorta 

müəssisələri ilə müqavilə əsasında tibb işçiləri tərəfindən göstərilən tibbi xidmətdir. Şəxsi tibbi fəaliyyət 

qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulan hallardan başqa müvafiq icra 

hakimiyyəti orqanının şəxsi tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyətinə qarışmağına yol 

verilmir. 

Maddə 50. Xalq təbabəti ilə məşğul olmaq hüququ

Xalq təbabəti-qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçməmiş, lakin xalq ənənələrində 

təsdiqini tapmış sağaltma, profilaktika, müayinə və müalicə üsullarıdır. Xalq təbabətindən istifadə qaydaları 

qanunvericilikdə müəyyən edilmiş qaydada yalnız qeyri-dövlət səhiyyə sistemi müəssisələrində tətbiq edilə 

bilər. Təbiblik fəaliyyəti üçün icazə vətəndaşın ərizəsi və qeyri-dövlət tibb müəssisəsinin vəsatəti əsasında 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Kütləvi təbiblik seanslarının keçirilməsi, o cümlədən 

kütləvi informasiya vasitələrinin bu işlərə cəlb olunması qadağandır. Təbiblik fəaliyyətinin dayandırılması 

haqqında qərar, bu fəaliyyətə icazə verən orqan tərəfindən qəbul edilir və bu qərarla razılaşmadıqda 

qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilə bilər. Təbiblik fəaliyyəti ilə qanunsuz 

məşğul olan şəxslər qanun-vericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

Maddə 51. Müalicə həkimi

Müalicə həkimi ambulator-poliklinika müəssisəsində, yaxud xəstəxanada müşahidə və müalicə müddətində 

pasiyentə tibbi yardım göstərən həkimdir. Müalicə həkimi pasiyentin istəyi ilə müəssisə (bölmə) rəhbəri 

tərəfindən təyin edilir. Pasiyent müalicə həkiminin dəyişdirilmə-sini tələb etdiyi hallarda, müossisə rəhbəri bu 

tələbi yerinə yetirməlidir. Müalicə həkimi pasiyentin vaxtında ixtisaslı müayinə və müalicəsini təşkil edir, 

səhhəti barədə ona məlumat verir, xəstənin, yaxud onun qanuni nümayəndəsinin təkidi ilə məsləhətçi 

mütəxəssisləri dəvət edir və konsilium təşkil edir. Xəstənin həyatı təhlükə altında olduğu hallar və 

təxirəsalınmaz vəziyyətlər istisna edilməklə, digər hallarda konsilium tərəfindən verilən məsləhətlər yalnız 

müalicə həkimi ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Pasiyentin həyatı təhlükə altında olmadıqda və o, 

həkim təyinatmı yerinə yetirmədikdə, yaxud müəssisənin daxili qaydalarım pozduqda müvafiq rəhbər şəxslə 



razılıq əsasında müalicə həkimi pasiyenti müşahidə və müalicə etməkdən imtina edə bilər. Peşə vəzifələrinin 

lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada 

məsuliyyət daşıyır.

Maddə 52. Həkim andı

Azərbaycan Respublikasının ali tibb təhsili müəssisələrini bitirmiş və həkim diplomu almış şəxslər 

"Hippokrat andı" içirlər. Həkim andmı pozan həkimlər qanunvericilikdə müəyyən edilmiş qaydada 

məsuliyyət daşıyırlar.

Maddə 53. Həkim sirri

Vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti 

müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. 

Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir. Vətəndaşın və ya onun 

qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin 

mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə 

istifadə olunması üçün başqa vətəndaşlara, vəzifəli şəxslərə verilə bilər. Həkim sirrini təşkil edən məlumat 

vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakı hallarda verilə bilər: vətəndaş öz 

vəziyyətini izah etmək qabiliyyətinə malik olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə; 

yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi zəhərlənmələr və zədələnmələr baş verdikdə; 

istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə; yetkinlik yaşına çatmayanların 

valideynlərinə, yaxud qanuni nümayəndələrinə məlumat vermək məqsədilə; hüquqa zidd hərəkətlər və 

vətəndaşın sağlamlığına vurulan zərər barədə şübhə olduqda. Həkim sirrinə qanuni qaydada yiyələnən şəxslər 

onun yayılmasına və bununla əlaqədar vətəndaşa dəyən zərərə görə qanun-vericiliyə uyğun olaraq tibb və 

əczaçılıq işçilərinə bərabər məsuliyyət daşıyırlar. 

Maddə 54. Tibb və əczaçılıq peşəsi üzrə birliklər

Tibb və əczaçılıq işçilərinin müvafiq qanunvericiliyə uyğun olaraq peşə üzrə birliklər yaratmaq hüququ 

vardır. Onlar tibb və əczaçılıq təcrübəsinin inkişaf etdirilməsi, elmi tədqiqatların aparılmasına köməklik 

göstərilməsi və tibbi etika normalarının işlənib hazırlanması məqsədilə könüllülük əsasında yaradılır. 

Maddə 55. Tibb və əczaçılıq işçilərinin sosial və hüquqi müdafiəsi

Tibb və əczaçılıq işçilərinin: 

-

əməyin mühafizəsi tələblərinə uyğun olaraq onların fəaliyyəti üçün iş şəraitinin təmin edilməsi; 



-

əmək müqaviləsi üzrə fəaliyyət göstərmək; 

-

şərəf və ləyaqətinin qorunması; 



-

nəzəri və praktik hazırlıq səviyyəsinə uyğun ixtisas kateqoriyasına yiyələnmək; 

-

peşə biliklərini təkmilləşdirmək hüquqları vardır.



Maddə 56. Əmək haqqı və kompensasiyalar

Tibb və əczaçılıq işçilərinin, habelə elmi işçilərin, ali və orta tibb və əczaçılıq təhsili müəssisələrinin, 

universitetlərin tibb fakültələrinin professor-müəllim heyətinin əmək haqqı onların ixtisas dərəcəsinə, stajına 

və yerinə yetirdikləri vəzifələrə uyğun olaraq ödənilir və bu, əmək müqaviləsində (sazişində) nəzərdə tutulur. 

Tibb və əczaçılıq işçilərinin əmək şəraitləri təhlükəli, zərərli amillərlə bağlı olduqda onlar vəzifə maaşlarına 

əlavə olaraq kompensasiya almaq, eləcə də qanunvericilikdə müəyyən edilmiş digər güzəştlərdən istifadə 

etmək hüququna malikdirlər. Əmək haqqının artırılmasına, əlavə ödəmələrin verilməsinə, digər 

kompensasiyalar və güzəştlər almaq hüququna malik olan tibb işçilərinin siyahısı müvafiq icra hakimiyyəti 

orqanı tərəfin-dən müəyyən edilir. Həyat və sağlamlıq üçün təhlükəli şəraitdə dövlət səhiyyə sistemində 

fəaliyyət göstərən mütəxəssislərin vəzifə siyahısı və sığorta məbləğinin miqdarı müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən təsdiq edilir. Dövlət səhiyyə müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən həlak 

olmuş tibb və əczaçılıq işçilərinin. ailələrinə miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilən birdəfəlik müavinət verilir. 

X FƏSİL 

VƏTƏNDAŞLARIN SAĞLAMLIĞINA VURULAN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT 

Maddə 57. Vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi

Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və 

həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunvericilikdə 

nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Vətəndaşların sağlamlığına 

zərər vurulmasında təqsirkar olan yetkinlik yaşına çatmayanlar, yaxud qanunvericilikdə müəyyən edilmiş 


qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər tərəfindən ziyanın ödənilməsi qanunvericiliyə 

uyğun olaraq həyata keçirilir. Ətraf mühitin çirklənməsi nəticəsində vətəndaşların sağlam-lığına vurulan ziyan 

qanunvericilikdə müəyyən edilmiş qaydada ziyan vuran hüquqi və fiziki şəxslər tərəfindən ödənilir. 

Maddə 58. Hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara tibbi yardım göstərilməsi 



üzrə xərclərin ödənilməsi 

Hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstərilən tibbi yardımın xərcləri təqsirkar 

idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin 

müəssisələrinə ödənilir. Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunvericilikdə müəyyən 

edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar. 

Maddə 59. Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə tibb və 



əczaçılıq işçilərinin məsuliyyəti 

Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması 

sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət 

daşıyırlar. 

Maddə 60. Dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığının qorunması sahəsində vətəndaşların 

hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən şikayət etmək hüququ

Dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığın qorunması sahəsində vətəndaşların hüquq və 

azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanlara və 

ya məhkəməyə müraciət edilə bilər.



X FƏSİL 

YEKUN MÜDDƏALARI 

Maddə 61. Keçid müddəaları

Bu Qanunun tibbi sığortaya aid müddəaları tibbi sığortanın hüquqi tənzimlənməsi məsələləri üzrə müvafiq 

qanunvericilik aktı qəbul edildikdən sonra qüvvəyə minir. 

Maddə 62. Bu Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. 

Heydər ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 26 iyun 1997-ci il




Yüklə 178,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə