Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/19
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15073
  1   2   3   4   5   6   7   8   9   ...   19

 
 
 
 
 
 
 
Əhli Sünnə Vəl Cəmaat 
Sələfi Salihin Əqidəsi 
 
 
 
 
 
 
SƏLƏF  
İMAMLARININ  
HƏYATI 
 
 
 
 
 
 
 
Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət  
Komitəsinin 08 İyun 2012-ci İl Tarixli İcazəsi Əsasında  
Çap Edilmişdir № DK-223/Q 
 
 
 
TOPLAYAN VƏ TƏRTİB EDƏN: K.HÜSEYN 
KİTABIN BÜTÜN HAQLARI QORUNUR 

 

 

 

Ön Söz 
Xutbətul Hacə 
Həmd  ancaq  Allahadır,  Ona  həmd  edir,  Ondan  yardım  və 
məğfirət  diləyirik.  Nəfslərimizin  şərindən  və  pis  əməllərimizdən 
Allaha  sığınırıq.  Allah  kimi  hidayətə  yönəltmişsə,  onu  heç  kəs 
azdıra  bilməz,  kimi  də  azdırmışsa,  heç  kəs  onu  hidayətə  yönəldə 
bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq 
ilah (məbud) yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm 
ki, Muhəmməd Onun qulu və Elçisidir. 
“Ey  iman  gətirənlər!  Allahdan  lazımınca  qorxun.  Yalnız 
müsəlman olduğunuz halda ölün”(Ali İmran 102). 
“Ey  insanlar!  Sizi  tək  bir  şəxsdən  (Adəmdən)  xəlq  edən,  ondan 
da  zövcəsini  (Həvvanı)  yaradan  və  onlardan  da  bir  çox  kişi  və 
qadınlar  törədən  Rəbbinizdən  qorxun.  (Adı  ilə)  bir-birinizdən 
(cürbəcür  şeylər)  istədiyiniz  Allahdan,  həmçinin  qohumluq 
əlaqələrini  kəsməkdən  qorxun.  Şübhəsiz  ki,  Allah  sizin  üzərinizdə 
nəzarətçidir”. (ən-Nisa 1). 
“Ey  iman  gətirənlər!  Allahdan  qorxun  və  doğru  söz  söyləyin! 
(Əgər  belə  etsəniz)  Allah  əməllərinizi  islah  edər  və  günahlarınızı 
bağışlayar.  Hər  kəs  Allaha  və  Peyğəmbərinə  itaət  etsə,  böyük  bir 
səadətə (Cənnətə) nail olar”. (əl-Əhzab 70-71).
1
 
Şübhəsiz  ki,  sözlərin  ən  doğrusu  Allahın  kəlamı,  yolların  ən 
xeyirlisi  Muhəmmədin  –  sallallahu  aleyhi  və  səlləm  –  yoludur. 
Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub 
dinə salınan hər bir əməl bidətdir, hər bir bidət isə zəlalətdir. Hər 
bir zəlalət isə oddadır.
2
 
                                                
1
 Xutbətul  Hacə  adı  ilə  məşhur  olan  bu  duanı  cümə  və  s.  xütbələrdə  Peyğəmbər   
oxumuşdu.  Səhabələrinə  də  bunu  əmr  etmiş  və  özü  də  onları  öyrətmişdir.  Hədisin  ilk 
hissəsini  bizə  Əhməd  1/392,  293,  432,  Əbu  Davud  2188,  Tirmizi  1105,  İbn  Macə  1892  və 
başqaları rəvayət etmişlər.  
2
 Hədisin İkinci Hissəsini: Muslim "Şərhu Nəvəvi" 6/153-156, Əhməd 3/319, 371, Nəsəi 3/188, 
189  və  digərləri  rəvayət  etmişlər.  Hədis  alimi  Muhəmməd  Nəsirəddin  əl-Albani  hədisin 
bütün rəvayətlərini bir yerə toplayaraq “Xutbətul-Hacə” adlı bir kitab yazmışdır. İstəyənlər 
bu kitaba baxa bilərlər. Hədis Şeyx əl-Albani tərəfindən səhih hesab olunur.  

 

“Ey  Rəbbim!  Köksümü  açıb  genişlət,  işimi  yüngülləşdir, 
dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar!” (Taha 25-28). 
Möhtərəm  müsəlman  bacı  və  qardaşlarımız!  İlk  öncə  hamınızı 
Allahın  salamı  ilə  salamlayıram.  Allahın  Kitabına  və  Allah 
Elçisinin  –  sallallahu  aleyhi  və səlləm  –  yoluna  tabe  olaraq  bu  əməli 
Bismilləh”  ilə  başlayıram.  Çünki,  Allah  Rəsulu  –  sallallahu  aleyhi 
və  səlləm  –  də  öz  məktublarını  "Bismilləh"  ilə  başlamış  və 
buyurmuşdur: "Hər mühüm bir işə "Bismilləh" ilə başlanılmazsa, o 
işin sonu kəsikdir"
3
.  
Hər əsrdə dinini təzələyəcək bir imam izhar etməklə qullarının 
sağlam  əqidə  üzərə  qalmalarına  imkan  yaradan  Allaha  sonsuz 
həmd  sənalar  olsun,  Onun  Rəsuluna,  Rəsulunun  zovcələrinə, 
ailəsinə,  səhabələrinə  və  Qiyamətə  qədər onların  haqq yolu  üzərə 
gedənlərin  üzərinə  Allahın  salamı olsun.  Ümmətin  üzərində  icma 
etdiyi  əsil  və  ümmətin  bir-birinə  sarılmasının  əsası  –  Əqidə 
birliyidir. Sərhədləri, dilləri, ölkələri ayrı olsada paylaşdıqları ortaq 
bir əqidə ilə tək bir ümmətdirlər. Lakin dilləri, ölkələri, tarixləri və 
sərhədləri  eyni  olub  əqidələri  fərqli  olarsa  ixtilaf  və  düşmənlik 
içində olarlar.  
Etiqad birliyi Əhli Sünnətin özəlliklərindəndir. Çünki onlar heç 
bir ixtilafın olmadığı İlahi vəhyə tabe olurlar. Allahın vəhyində isə 
heç  bir  ziddiyət  yoxdur.  “Onlar  Quran  barəsində  (onun  Allah 
kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi 
tərəfindən  olsaydı,  əlbəttə,  onda  çoxlu  ziddiyyət  (ixtilaf, 
uyğunsuzluq) tapardılar”. (ən-Nisa 82). Əhli Sünnə imamları haqq 
üzərində yeriyir və haqq üzərə birləşirlər. Onların zəlalət üzərində 
bir  yerə  cəm  olmaları  mümkün  deyildir.  Peyğəmbər  –  sallallahu 
aleyhi  və  səlləm  –  buyurdu:  «Şübhəsiz  ki,  Allah  mənim  ümmətimi 
sapıqlıq  üzərində  bir  yerə  cəm  etməz.  Allahın  əli  cəmaat 
üzərindədir.  Kim  ayrılarsa  atəşə  doğru  ayrılmış  olar»
4
.  İmam 
Əsfəhani  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Müxtəlif  zaman  və 
                                                
3
 Əbu Davud, əl-Albani “Zəif”.  
4
 əl-Albani «Səhih Sünnən Tirmizi».  

 

məkanlarda  yaşamış  Əhli  Sünnət  alimlərinin  etiqad  (əqidə) 
barəsində  yazdıqları  kitabları  incələndikdə  görülən  bu  kitabların 
üslubları,  sözləri,  mövzuları  eynidir  və  az  bir  şey  olsada  qəti 
aralarında  heç  bir  fərq  yoxdur.  Bunlar  sanki  tək  bir  qələmdən 
çıxmış  kimidir”
5
.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  -  deyir  ki: 
“Allahın  bu  rəhmətidir  ki,  bu  ümmətin  imamları,  dörd  imam  və 
digərləri  öz  sözlərində  doğru  dürüstdülər.  Hamı  tərəfindən 
tanınmış  imamlar  Allahın  sifətlərini  təsdiq  edərək  deyirlər: 
“Həqiqətən Quran Allahın Kəlamıdır və o məxluq deyildir”. Onlar 
həmçinin  deyirlər:  “Allah  Qiyamət  günü  (Cənnətdə  möminlərə) 
görünəcəkdir,  bu  da  səhabələrin  və  müsəlmanların  məzhəbidir 
hansıki  Peyğəmbərinin  – sallallahu aleyhi və səlləm – yolu ilə  ixlasla 
getmişlər.  (Dinin  əsaəlarında  bu  imamlar  arasında  heç  bir  ayrılıq 
olmamışdır).  Bu  həmçinin  müsəlmanların  yolunu  izlədikləri 
imamlar  olan:  İmam  Məlik,  əs-Sovri,  Leys  İbn  Sad,  əl-Əuzai,  Əbu 
Hənifə,  İmam  Şəfii  və  Əhməddir  –  Allah  onlardan  razı  olsun  -
6

Şeyxulİslam Əbu İsmail  əs-Sabuni  – rahmətullahi aleyhi - “Əqidətus 
Sələf” s. 111 adlı əsərində imamların etiqadı ilə bağlı bəzi cümlələri 
zikr  etdikdən  sonra  deyir  ki:  “Nəql  etdiyim  bu  cümlələr  bütün 
imamların etiqadıdır və bu barədə aralarında ən kiçik bir ayrılıq da 
yoxdur”.  İmam  Lələkai  –  rahmətullahi  aleyhi  -  öz  kitabında  bu 
imamların  etiqadlarını  zikr  etdi:  Sevri,  Əvzai,  İbn  Uyeynə,  İmam 
Əhməd,  İbn  Mədini,  Əbu  Sevr,  Buxari,  Əbu  Zura,  Əbu  Xatim, 
Tisteri,  Təbəri  –  Allah  onlardan  razı  olsun  -.  Hamısının  etiqadı  da 
eynidir”
7
.  Çünki  onlar  Quranın  nazil  olmasına  şahidlik  edən, 
mənasını  Rəsulullahdan  –  sallallahu  aleyhi  və  səlləm  –  öyrənən, 
doğru yolla yeriyən səhabə, onlara tabe olan Tabiin, Əhli hədis və 
imamlara  uyan  cəmaatdır.  İttifaq  və  birlik,  əhli  sünnətin 
özəlliklərindən  olduğu  kimi,  ixtilaf,  ayrılıq  və  təkfir  də  bidət 
əhlinin  özəlliklərindəndir.  İmamların  Peyğəmbərdən  –  sallallahu 
                                                
5
 “əl-Huccə Fil Bəyanil Məhaccə” 2/224,225.  
6
 İbn Teymiyyə “İman” s. 350-351, “Məcmuul Fətava” 5/256, “Minhəc Sunnə” 2/106.  
7
 “Şərh Usuli Etiqadi” 1/151.  

 

aleyhi  və  səlləm  –  alaraq  üzərində  birləşdikləri  etiqadları 
qorunmuşdur.  Çünki  Allah  bu  etiqadın qaynağını  qorunma  altına 
almışdır. “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də 
onu  (hər  cür  təhrif  və  təbdildən;  artırıb-əskiltmədən)  qoruyub 
saxlayacağıq!”.  (əl-Hicr  9).  Allah  hər  dövürdə  batil  və  zərərləri 
aradan  qaldıracaq sadiq  möminlər  var  etmişdir. Elm  əhli  deyir  ki: 
Bizdən əvvəlki ümmətlərin dövründə din pozulduğu zaman Allah 
haqqı  bəyan  edən  yeni  Peyğəmbərlər  göndərmişdir.  Bu  ümmətin 
isə Peyğəmbərindən sonra başqa bir Peyğəmbəri olmayacaq, lakin 
Allah  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  dinini  qoruma  və 
bəyan edəcək saleh alimlər var etmişdir. “Hər kəs özünə doğru yol 
aşkar  olandan  sonra  Peyğəmbərdən  üz  döndərib  möminlərdən 
qeyrisinin  yoluna  uyarsa,  onun  istədiyi  (özünün  yönəldiyi)  yola 
yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.”. (ən-
Nisa 115). Qiyamət gününə qədər bu etiqad üzərə qalan möminlər 
olacaqdır  və onlar  bidət əhlinə  qarşı  daima  mübarizə  aparacaqlar. 
İbn  Məsud  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  
sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Allahın  məndən  əvvəlki 
ümmətlərə göndərdiyi hər Nəbinin öz ümmətindən sünnətini alan 
və  əmrlərinə  uyan  bir  çox  həvvariləri  və  səhabələri  vardır.  Sonra 
onların  ardından  etməyəcəkləri  şeyləri  söyləyən  və  əmr 
olunmadıqları  işləri  edən  bir  çox  nəsillər  zühur  edər.  Kim  onlara 
qarşı  əli  ilə  mübarizə  apararsa  o,  bir  mömindir.  Onlara  qarşı  kim 
diliylə  mübarizə  apararsa  o,  da  bir  mömindir.  Onlara  qarşı  kim 
qəlbi ilə  mübarizə apararsa o,  da  mömindir.  Amma  bundan aşağı 
(imandan)  bir  xardal  dənəsi  qədər  də  iman  yoxdur»
8
.  Səvban  – 
radıyallahu anhu – dən gələn rəvayətdə Rəsulullah  - sallallahu aleyhi 
və  səlləm  -  buyurur:  «Ümmətimdən  bir  qrup  insanlar  olacaq  ki, 
Qiyamətin qopacağı  vaxta  qədər  haqq  üzrə  gedəcəklər.  Heç nə  və 
heç  kim  onlara  zərər  vura  bilməyəcək.  Allahın  əmri  gəlincəyə 
qədər»
9
.  İmran  İbn  Hüseyn  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 
                                                
8
 Müslim. 
9
 Buxari, Müslim. 

 

Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Ümmətimdən 
Qiyamət saatı gəlincəyə qədər haqq üzərə savaşacaq olan kimsələr 
olacaqdır.  Onlarla  döyüşənlərə  qarşı  müzəffərdilər  (yenilməz). 
Onların sonuncuları Məsih Dəccəllə qarşı döyüşən (cəmaatdır)»
10
.  
Dini zərurətlərdən biri də etiqadın sadəcə Allah və Rəsulundan 
–  sallallahu  aleyhi  və  səlləm  –  alınmasını  bilməkdir.  Bu  baxımdan 
Əhli Sünnətin yolu, səhih dəlildən ayrılmamaq, filan və filankəsin 
sözüdür  deyə  dəlilə  müxalif  olmamaqdır.  Buxari  –  rahmətullahi 
aleyhi  -  deyir  ki:  “İmam  Həmidinin  belə  dediyini  eşitdim:  İmam 
Şəfiinin  –  rahmətullahi  aleyhi  -  yanında  idim.  Bir  nəfər  gəlib  bir 
məsələ  haqqında  soruşdu.  İmam  Rəsulullahın  – sallallahu aleyhi və 
səlləm –  bu  məsələdə  belə  dediyini  höküm  verdi.  Adam:  “Bəs  sən 
nə  deyirsən?”  dedi.  İmam:  “Subhənəllah!  Məni  kilsədəmi 
görürsən?  Məni  sinaqoqdamı  görürsən?  Mən  sənə  Rəsulullahın  – 
sallallahu aleyhi və səlləm – hökm verdiyini deyirəm, sən isə: Bəs sən 
nə  deyirsən”  deyə  soruşursan”
11
.  İslam  dinində  Allah  və 
Rəsulunun  –  sallallahu  aleyhi  və  səlləm  –  sözündən  sonra  bir 
başqasının sözünə yer yoxdur.  “Allah və Peyğəmbəri bir işi hökm 
etdiyi  zaman  heç  bir  mömin  kişiyə  və  qadına  öz  işlərində  başqa 
yol  seçmək  (öz  ixtiyarları  ilə  ayrı  cür  hərəkət  etmək)  yaraşmaz. 
Allaha  və  Onun  Peyğəmbərinə  asi  olan  kəs,  şübhəsiz  ki,  (haqq 
yoldan)  açıq-aydın  azmışdır!”.  (əl-Əhzab  36).  İmam  Şəfii  – 
rahmətullahi  aleyhi  -  deyir  ki:  “Peyğəmbərin  –  sallallahu  aleyhi  və 
səlləm  –  sünnəti  bəyan  olan  bir  kimsənin  başqasının  sözünə 
uymasının caiz olmadığında alimlər icma etmişlər”
12
.  
Usulud  Din  mövzusunda  sadəcə  dörd  imam  deyil,  bütün 
imamlar və ümmətin Sələfi eyni haqq etiqad üzərindədirlər. Çünki 
onların  hamısı  bu  mövzuda  elmlərini  Peyğəmbərdən  –  sallallahu 
aleyhi  və  səlləm  –  alan  səhabələrin  məzhəbi  üzərindədirlər. 
Səhabələr isə Peyğəmbərin – sallallahu aleyhi və səlləm – zamanında 
                                                
10
 Əbu Davud “Cihad” 4, 2484, İmam Əhməd.  
11
 Şərh Təhaviyyə 336, Hilyətul Əvliya 9/106, Mənakibul Beyhəqi 1/474.  
12
 İlamul Muvakkin 2/282, Fəthul Məcid 555, ər-Risalə 539, 541, 598.  

 

tək  bir  etiqad  üzərə  idilər.  Çünki  onlar  vəhyi  və  səhabə  olma 
şərəfini  idrak  etmişlər
13
.  Etiqadlarını  tək  bir  qaynaqdan,  vəhy 
qaynağından  aldılar.  Başqa  maddələr  ilə  bu  qaynağı  kirləmədilər. 
Buna görə də: Allaha həmd olsun İsimlər, Sifətlər, Qəza və Qədər, 
İman, Səhabələr və s. məsələsində ixtilaf etmədilər. Ümmətin sonra 
gələn  Sələfləri  və  imamları  da  ehsan  üzərə  onlara  tabe  oldular. 
Bütün  bu  imamların  etiqadları  səhabə  və  ehsan  ilə  onlara  tabe 
olanların etiqadlarının eynisidir. Bu da Kitab və Sünnətin gətirdiyi 
etiqaddır
14
.  Ümmət  tərəfindən  qəbul  olunan  heç  bir  alimin 
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – ən kiçik bir sünnəti olsun 
müxalif  olması  mümkün  deyildir.  Çünki  onlar  Peyğəmbərə  – 
sallallahu aleyhi və səlləm – ittibanın vacib olduğu və Rəsulullahdan 
– sallallahu aleyhi və səlləm –  başqa  hər  kəsin sözünün  qəbul  və  rəd 
edilə  biləcəyi  üzərində  yəqin  idilər.  İmam  Məlik  –  rahmətullahi 
aleyhi  -  deyir  ki:  “İmamlar  bidət  yoluna  deyil  ittiba  yoluna  tabe 
oldular.  Onlar  özlərinə  nümunə  Peyğəmbəri  –  sallallahu  aleyhi  və 
səlləm  –  seçdilər.  Bir  qul  Allahın  əzabından  ancaq  bu  iki  şey  ilə 
qurtula  bilər.  Allahı  birləmək  və  göndərdiyi  elçiyə  uymaq. 
Müsəlman  Allah  və  Rəsulunun  hökmündən  başqa  hökm  qəbul 
etməz”.  Allah  və  Rəsulunun  əmr  və  xəbərlərini  tətbiq  etmək  və 
təsdiq etmək üçün şeyxindən, imamından və ya böyük qəbul etdiyi 
kimsələrdən  izn  alamağa  lüzum  görməz.  Qulun  Rəbbinin 
hüzuruna  –  şirk  xaric  –  bütün  günahlarla  getməsi  belə  bir  şeylə 
getməsindən daha xeyirlidir. Müsəlmanın üzərinə düşən səhih bir 
hədis  eşidər  eşitməz  onu  sanki  Peyğəmbərin  –  sallallahu  aleyhi  və 
səlləm  –  dilindən  eşitmiş  kimi  həmən  qəbul  edər.  Yoxsa  onun 
məzhəbinə  uyğun  deyildir  deyə  bu  dəlilləri  təvil  və  rədd  etməz. 
Əksinə  başqalarının  sözləri  dəlilə  uymadığı  zaman  rədd 
edilməlidir.  Vacib  olan  xəbər  verdiyi  şeyləri  təsdiq  edərək,  əmr 
etdiklərinə uyaraq, qadağalarından çəkinərək və Allaha onun kimi 
ibadət edərək tam mənasıyla Rəsulullaha – sallallahu aleyhi və səlləm 
                                                
13
 Miftahus Saadət 22-23.  
14
 Fətava 5/525.  

 

 təslim olmaqdır. Necə ki, Lə İləhə İlləlah şəhadətinin tələb etdiyi 
Allahı  Rububiyyətində,  Uluhiyyətində,  İsim  və  Sifətlərində 
birləməkdirsə,  Muhəmmədur  Rəsulullah  şəhadətinin  tələb  etdiyi 
də budur. Peyğəmbərə – sallallahu aleyhi və səlləm – ittiba və təslim 
olmağın ən mükəmməl şəkili budur.  
İmamlar  etiqadda  ittifaq  etmişlər.  Sələf  imamlarının  etiqadları 
barəsində  bir  çox  kitablar  yazılmışdır.  Hər  biri  də  Peyğəmbərin  – 
sallallahu  aleyhi  və  səlləm  –  sünnətinə  etimat  etdiklərini  göstərir. 
Onlar  daima:  Mənim  məzhəbim  Quran,  Sünnə  və  səhabələrin 
fəhmidir” deyərdilər. Onlardan biri deyir ki: “Etiqad – nə məndən, 
nə  də  məndən  daha  böyüklərdən  alınmaz.  Əksinə  Allah  və 
Rəsulundan  –  sallallahu  aleyhi  və  səlləm  –  alınır.  Quranda  olan  və 
ümmətin  Sələfinin  üzərində  ittifaq  etdiləri  Buxari,  Müslim  kimi 
səhih  hədislərdə  gələn xüsuslara  iman  etmək  vacibdir”
15
.  Sünnət - 
imamlardan  birinin  məzhəbinə  uymaqla  deyil,  Quran  və  Sünnətə 
uymaqla  gerçəkləşir.  Kim  ki,  Mən  fiqhdə  Şəfiiyəm,  etiqadda 
Əşariyəm  deyərsə  açıq  bir  şəkildə  ziddiyətə  düşmüşdür.  Çünki 
İmam  Şəfii  –  rahmətullahi  aleyhi  -  heç  bir  zaman  Əşari  deyildir. 
Həmçinin  fiqhdə  Hənəfi  olub,  əqidədə  Mətrudi  olan  da  açıq  bir 
ziddiyətdədir.  Çünki  İmam  Əbu  Hənifə  –  rahmətullahi  aleyhi  -  heç 
bir zaman Mətrudi olmamışdır. Kim Quran, Sünnə və icmaya tabe 
olarsa  o  imamlardan  birinə  uymasa  da  belə  Əhli  Sünnə  Vəl 
Cəmaatdır.  Ona  görə  də  etiqadi  məsələrdə  imamlar  kimsəni  hər 
hansısa  məzhəbə  çağırmazdılar.  Onlardan  biri  deyir  ki:  “Həyatım 
boyu bu ana qədər Usulud Dində insanları Hənbəli, (Hənəfi, Şəfii) 
və s. Məzhəblərə çağırmadım. Əksinə ümmətin Sələfinin üzərində 
ittifaq  etdikləri  xüsuslara  çağırdım”
16
.  İbn  Teymiyyədən  – 
rahmətullahi  aleyhi  -  bir  nəfər  etiqadı  Şəfii  məzhəbinə  görə  xəbər 
verməsini  istədi.  Şeyx:  “Bu  barədə  Şəfii  məzhəbi  digər  imamların 
məzhəbləri ilə  eynidir.  İmamların  məzhəbləri isə  səhabə  və  ehsan 
üzərə  olanlara  tabe  olan  Tabiinin  məzhəbidir  ki,  onlar  da 
                                                
15
 “Təzkiratu Huffaz” 3/1132, “Tabaqatuş Şafiiyyə” 4/8-16.  
16
 İbn Teymiyyə “Məcmuul Fətava” 3/161.  

 
10 
məzhəblərini Kitab və Sünnətdən almışlar. Bu müzakirə əsnasında 
ondan:  “Sən  İmam  Əhmədin  –  rahmətullahi  aleyhi  -  etiqadını 
daşıyırsan”  deyə  soruşurlar.  Şeyx:  “Bu  imamlar  və  ümmətinin 
Sələfinin  Peyğəmbərdən  aldıqları  Muhəmmədin  –  sallallahu  aleyhi 
və səlləm – əqidəsidir”
17
.  
Peyğəmbərlərin  Də  Etiqadları  Birdir:  Bütün  bunlardan  dörd 
imamın  və  hətta  bütün  imamlar  və  ümmətin  fəqih  sələfinin 
etiqadlarının  eyni  olduğu  alnaşılır.  Çünki  onlar  eyni  qaynaqdan 
götürmüşlər  ki,  o  qaynaqda  Peyğəmbrimizdir.  Peyğəmbərimizin 
etiqadı  isə  digər  Peyğəmbər  qardaşlarının  etiqadları  ilə  eynidir. 
Şəriətləri  ayrı  olsa  da  belə  bütün  Peyğəmbərlərin  dinləri  birdir. 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Peyğəmbərlər ata 
bir  qardaşdılar.  Anaları  ayrıdır.  Dinləri  isə  birdir.  Mən  Məryəm 
oğlu  İsa  – əleyhissəlam –  a  ən  yaxın  olanam.  Çünki  mənimlə  onun 
arasında Peyğəmbər yoxdur»
18
. İmam Nəvəvi – rahmətullahi aleyhi - 
deyir ki: “Cumhur deyir ki, Peyğəmbərlərin iman və şəriət üsulları 
birdir. 
Onlar 
Tövhid  üsulunda 
müttəfiq  lakin  şəriətdə 
müxtəlifdirlər”
19
. İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “Şəriətdə 
müxtəlif  olsalarda  dinlərinin  əsli  eynidir  mənasındadır”
20
.  Allah 
Qurani  Kərimdə  bir  çox  ayələrdə  bunu  açıqlamışdır:  “(Ya 
Rəsulum!)  Səndən  əvvəl  elə  bir  peyğəmbər  göndərmədik  ki,  ona: 
“Məndən  başqa  heç  bir  tanrı  yoxdur.  Buna  görə  də  yalnız  Mənə 
ibadət  edin!”  –  deyə  vəhy  etməyək”.  (əl-Ənbiya  25).  “Biz  hər 
ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər 
göndərmişdik.  Onlardan  bir  qismini  Allah  doğru  yola  yönəltmiş, 
bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. 
(Ey  müşriklər!)  Yer  üzündə  dolaşıb  görün  ki,  (peyğəmbərləri) 
yalançı  hesab  edənlərin  axırı  necə  oldu!”.  (ən-Nəhl  36).  “(Ya 
Peyğəmbər!)  Allah:  “Dini  doğru-dürüst  tutun  (qoruyub  saxlayın), 
                                                
17
 “Fətava” 3/170.  
18
 Buxari «Ənbiya» 48, Əhməd 2/437, Təbəri «Cəmiul Bəyan» 4/22,23,  
19
 Şərh Səhih Müslim 15/120.  
20
 Fəthul Bəri 6/489.  

 
11 
onda ayrılığa düşməyin!”  – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy 
buyurduğunu,  İbrahimə,  Musaya,  və  İsaya  tövsiyə  etdiyini  dində 
sizin  üçün  də  qanuni  etdi.  Sənin  dəvət  etdiyin  (tövhid  dini) 
müşriklərə  ağır  gəldi.  Allah  istədiyi  kimsəni  özünə  (peyğəmbər) 
seçər  və  tövbə  edib  Ona  tərəf  qayıdan  kimsəni  də  doğru  yola 
yönəldər!”.  (əş-Şura  13).  Allahın,  Muhəmmədin  ümməti  üçün 
seçdiyi  İslam  Dini  bütün  Peyğəmbərlərin  dinidir.  “Həqiqətən, 
Allah yanında qəbul olunan din, İslamdır!...”. (Ali İmran 19). Allah 
daha öncə Nuh, İbrahim, Musa, İsa və digər Peyğəmbərlərə verdiyi 
dinin eynisini Muhəmmədə vermişdir. “Sizlərdən hər biriniz üçün 
bir  şəriət  və  bir  yol  təyin  etdik...”.  (əl-Maidə  48).  Peyğəmbərlər  – 
etiqadda,  eyni  din  üzərə  idilər.  Etiqadi  olaraq  –  Allaha, 
Peyğəmbərlərinə,  Axirət  gününə  iman  kimi.  Əməli  olaraq  isə  - 
Ənam, Əraf və İsrail oğlulları surələrində zikr edilən əməlləri misal 
verə  bilərik.  “Rəbbin  yalnız  Ona  ibadət  etməyi  və  valideynlərə 
yaxşılıq  etməyi  (onlara  yaxşı  baxıb  gözəl  davranmağı) 
buyurmuşdur.  Əgər  onların  biri  və  ya  hər  ikisi  sənin  yanında 
(yaşayıb)  qocalığın  ən  düşgün  çağına  yetərsə,  onlara:  “Uf!”  belə 
demə,  üstlərinə  qışqırıb acı  söz  söyləmə.  Onlarla  xoş danış!”.  (əl-
İsra 23). “De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı) 
üzünüzü (bütlərə deyil, Ona tərəf və ya qibləyə) tutun. (Allah) dini 
yalnız  Ona  məxsus  edərək  ibadət  edin.  Sizi  (yoxdan)  yaratdığı 
kimi,  yenə  Onun  hüzuruna  qayıdacaqsınız!".  (əl-Əraf  29).  “De: 
“Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zana etmək, lüt gəzmək 
və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil 
nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha 
qarşı  bilmədiyiniz  şeyləri  deməyinizi  haram  buyurmuşdur".  (əl-
Əraf  33).  “(Ya  Rəsulum!)  De:  “Gəlin  Rəbbinizin sizə  nələri  haram 
etdiyini  deyim:  Ona  heç  bir  şərik  qoşmayın;  ata-anaya  yaxşılıq 
edin;  kasıblıq  üzündən  uşaqlarınızı  öldürməyin.  Sizin  də,  onların 
da  ruzisini  Biz  veririk.  Açıq  və  gizlin  pis  işlərə  yaxın  düşməyin. 
Allahın  (qətlini)  haram  buyurduğu  cana  qıymayın  (müsəlman  və 
ya  əhli-zimməni  haqsız  yerə  öldürməyin).  (Allah)  bunları  sizə 

 
12 
tövsiyə  etmişdir  ki,  bəlkə,  düşünüb  anlayasınız!  Yetimin  malına, 
xeyirxah  məqsəd  (onu  qoruyub  saxlamaq,  çoxaltmaq)  istisna 
olmaqla,  həddi-büluğa  çatana  qədər  yaxın  düşməyin.  Ölçüdə  və 
çəkidə  düz  olun.  Biz  hər  kəsi  yalnız  qüvvəsi  yetdiyi  qədər 
yükləyirik.  Söz  söylədiyiniz  zaman  (lehinə  və  ya  əleyhinə 
danışdığınız  adam)  qohumunuz  olsa  belə,  ədalətli  olun.  Allah 
qarşısındakı  əhdi  (dini  vəzifələrinizi,  andlarınızı)  yerinə  yetirin. 
(Allah)  bunları  sizə  tövsiyə  etmişdir  ki,  bəlkə,  düşünüb  öyüd-
nəsihət  qəbul  edəsiniz!  Bu,  şübhəsiz  ki,  Mənim  doğru  yolumdur. 
Onu  tutub  gedin.  Sizi  (Allahın)  yolundan  sapdıracaq  yollara 
uymayın.  (Allah)  sizə  bunları  tövsiyə  etdi  ki,  pis  əməllərdən 
çəkinəsiniz!”. (əl-Ənam 151-153). Zikr edilən bu xüsuslar üzərində 
bütün  Peyğəmbərlər  müttəfiqdirlər.  Bütün  Peyğəmbərlərin 
üzərində  müttəfiq  olduqları  bu  din  İslam  dinidir.  “Həqiqətən, 
Allah yanında qəbul olunan din, İslamdır!...”. (Ali İmran 19). Allah 
əvvəl  və  sonrakılardan  heç  kimsədən  bu  dindən  başqa  bir  din 
qəbul etməz. “Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) 
heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən 
olar”.  (Ali  İmran  85).  Nuhdan  -  əleyhissəlam  -  Peyğəmbərimiz 
Muhəmmədə  –  sallallahu  aleyhi  və  səlləm  –  qədər  bütün 
Peyğəmbərlər  eyni  İslam  üzərə  idilər.  Nuh  -  əleyhissəlam  - 
haqqında:  “(Ya  Rəsulum!)  Müşriklərə  Nuhun  xəbərini  söylə.  Bir 
zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda 
qalmağım  və  Allahın  ayələri  ilə  öyüd-nəsihət  verməyim  sizə  ağır 
gəlirsə,  mən  (sizin  mənə  qarşı  bütün  pis  niyyətlərinizdən)  Allaha 
təvəkkül  edirəm.  Şəriklərinizlə  birlikdə  (mənim  barəmdə)  nə 
edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın (onu mənə 
də  bildirir),  sonra  mənə  heç  möhlət  də  verməyib  haqqımda 
istədiyinizi  edin  (istədiyiniz  hökmü  çıxarın!).  Əgər  siz  (mənim 
öyüd-nəsihətimdən,  dəvətimdən)  üz  çevirsəniz,  (bilin  ki)  mən 
(bunun  müqabilində)  sizdən  heç  bir  mükafat  istəmirəm.  Məni 
mükafatlandırmaq  yalnız  Allaha  aiddir.  Mənə  müsəlmanlardan 
(özünü  Allaha  təslim  edənlərdən)  olmaq  əmr  edilmişdir!".  (Yunus 

 
13 
71-72).  İbrahim  -  əleyhissəlam  -  haqqında:  “(Ya  Rəsulum!)  Özünü 
səfehliyə  qoyanlardan  başqa  kim  İbrahimin  dinindən  üz  çevirər? 
Həqiqətən,  Biz  onu  dünyada  (peyğəmbərlik  və  Kəbəni  təmir  etmə 
üçün)  seçdik.  Şübhə  yoxdur  ki,  o,  axirətdə  də  əməlisaleh 
olanlardandır.  Rəbbi  İbrahimə  :  “(Əmrimə)  təslim  ol!”  –  dedikdə, 
o:  “Aləmlərin  Rəbbinə  təslim  oldum  (müsəlman  oldum)!”  –  deyə 
cavab  vermişdi.  İbrahim  və  (sonra  da)  Yəqub  bunu  (müsəlman 
olmağı)  öz  oğlanlarına  vəsiyyət  edib  (hər  biri  dedi)  :  “Ey 
oğlanlarım,  həqiqətən,  Allah  sizin  üçün  (belə  bir)  din  (islam  dini) 
seçdi,  siz  də  ancaq  müsəlman  olaraq ölməlisiniz".  (əl-Bəqərə  130-
132).  Musa  -  əleyhissəlam  -  haqqında:  “Musa  dedi:  "Ey  qövmüm! 
Əgər  Allaha  iman  gətirmişsinizsə  və  müsəlman  olmuşsunuzsa, 
Ona  təvəkkül  edin!".  (Yunus  84).  İsa  -  əleyhissəlam  -  haqqında: 
“Xatırla ki,  o  zaman həvarilərə  (İsanın on  iki  əshabəsinə):  “Mənə 
və  peyğəmbərimə  iman  gətirin!”  –  deyə  əmr  etmişdim.  Onlar  isə: 
“Bizim  (Sənə  və  peyğəmbərinə)  itaətkar  kəslər  olmağımıza  şahid 
ol!”  –  deyə  cavab  vermişdilər”.  (əl-Maidə  111).  “Şübhəsiz  ki, 
Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) 
təslim  olan  peyğəmbərlər  yəhudilər  arasında  onunla,  din  alimləri 
və  fəqihlər  isə  kitabdan  qorunub  saxlanılanlarla  (Tövratdan  ələ 
gəlib  çatan  ayələrlə)  hökm  edərdilər.  Onlar  (peyğəmbərlər,  din 
alimləri  və  fəqihlər)  ona  (Tövratın  ilahi  bir  kitab  olmasını) 
şahiddirlər.  (Ey  yəhudi  alimləri  və  rəisləri!)  İnsanlardan 
qorxmayın,  Məndən  qorxun.  Mənim  ayələrimi  ucuz  qiymətə 
satmayın.  Allahın  nazil  etdiyi  (kitab  və  şəriət)  ilə  hökm 
etməyənlər,  əlbəttə,  kafirdirlər!”.  (əl-Maidə  44).  Bilqeys  haqqında: 
“(Bəlqəsin  əqlini,  zəkasını  yoxlamaq  məqsədilə)  ona  belə  deyildi: 
“Saraya  daxil  ol!”  (Süleymanın  sarayı  büllurdan  tikildiyi  və 
altına  su  buraxıldığı  üçün  Bəlqis)  sarayı  gördükdə  onu  dərin  bir 
gölməçə  hesab  etdi  və  (paltarı  islanmasın  deyə)  atəyini  qaldırdı 
(baldırlarını açdı). O (Süleyman): “Bu (su deyil) büllurdan tikilmiş 
(şəffaf)  bir  saraydır!”  –  dedi.  (Bəlqis)  dedi:  “Ey  Rəbbim!  Mən 
(günəşə  sitayiş  etməklə)  özümə  zülm  etmişdim.  Mən  artıq 

 
14 
Süleymanla  (Süleymanın  sayəsində)  aləmlərin  Rəbbi  olan  Allaha 
təslim  oldum".  (ən-Nəml  44).  İslam  sadəcə  Allaha  təslim  olmaq 
deməkdir.  Həm  Allaha  həm  də  bir  başqasına  təslim  olan 
müşrikdir.  Allaha  təslim  olmayan  Ona  ibadət  etməkdən 
təkəbbürlənmişdir,  Ona  şərik  qoşan  və  Onun  ibadətinə  qarşı 
təkəbbürlənən  kimsə  kafirdir.  Bu  İslam  dinidir  ki,  Allah  Ondan 
başqa  din  qəbul  etməz.  Bütün  Peyğəmbərlərin  etiqadları  eyni 
olduğu kimi dəvətlərinin əsası və dəvət etdikləri təməl də eynidir 
ki,  bu  da  ortağı  olmayan  bir  və  tək  olan  Allaha  ibadət  etməkdir. 
Hər bir Peyğəmbər dəvətini bu cümlə ilə başlayırdı: “Allaha ibadət 
edin, sizin ondan başqa İlahınız yoxdur”. Allah xəbər verir ki, Nuh, 
Hud,  Saleh,  Şueyb,  və  digər  bütün  Peyğəmbərlər  –  Allahın  onlara 
salamı  olsun  -  dəvətlərini  bu  kəlimə  yəni  Tövhid  ilə  başlamışlar. 
Dinin  təməli  də  budur.  Günümüzdə  də  dəvətin  bu  əsas  üzərində 
edilməsi  və  insanları  sadəcə  Allaha  qulluq  etməyə  çağırmaq 
lazımdır.  “Biz  Nuhu  -  əleyhissəlam  -  öz  xalqına  elçi  göndərdik.  O 
dedi:  "Biz Nuhu öz  tayfasına  (peyğəmbər)  göndərdik.  O dedi:  “Ey 
camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız 
yoxdur.  Mən  (müsibəti)  böyük  günün  (qiyamət  gününün)  sizə  üz 
verəcək  əzabından  qorxuram!".  (əl-Əraf  59),  “Ad  tayfasına  da 
qardaşları  Hudu  (peyğəmbər  göndərdik).  O  dedi:  “Ey  camaatım! 
Allaha  ibadət  edin.  Sizin  ondan  başqa  heç  bir  tanrınız  yoxdur. 
Məgər  (Allahın  əzabından)  qorxmursunuz?".  (əl-Əraf  65),  “Səmud 
tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey 
camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız 
yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi 
(maya)  dəvəsi  sizin  üçün  (peyğəmbərliyimi  təsdiq  edən)  bir 
möcüzədir.  Buraxın  Allahın  torpağında  otlasın,  ona  pislik 
etməyin,  yoxsa  çox  şiddətli  bir  əzaba  düçar  olarsınız!”.  (əl-Əraf 
73).  
Allaha  həmd  olsun  ki,  verdiyi  nemətlər  sayəsində:  “Sələf 
İmamlarının  Etiqadı”  adlı  kitabı  da  toplaya  bildik.  Bu  kitabı 
tərcümə  edib  toplamaqda  məqsədimiz  də  birdi:  Dörd  imam  və 

 
15 
digər  sələf  imamlarının  etiqadlarının  eyni  olduğunu  və  bir 
qaynaqdan  Quran  və  Sünnədən  qaynaqlandığını  müsəlmanlara 
çatdırmaqdır.  Çox  az  bir  qism  insanlar  bu  imamların 
etiqadlarından  xəbərləri  vardır.  Burada  olanlar  həm  də  Mənim 
Allahın  qulu  K.  Hüseynin  etiqadıdır.  Allahdan  bizləri  bu  doğru 
etiqad  üzərə  yaşatmasını  və  bu  etiqad  üzərə  sabit  etməsini 
diləyirəm.  Dua  edirəm  ki,  Allah  bu  kitabı  İslam  ümməti  üçün 
xeyirli və faydalı etsin!  
İlk  növbədə  Allahdan  bu  işimin  dolğun,  düzgün  şəkildə 
toplayıb  başa  çatdırılmasını  diləyirəm.  Allahdan  əməlimi  onun 
üçün  ixlaslı  olmasını,  məndən  qəbul  edib  onunla  müsəlmanları 
faydalandırmasını  diləyirəm.  Əgər  haradasa  xəta  etmişəmsə  bu 
nəfsimdən  və  şeytandandır.  Şeytandan  və  çarəsizlikdən  Allaha 
sığınıram.  Burada  düzəldilməsi  mühüm  olan  yerləri  tapdıqdan 
sonra mənə öyüd-nəsihət verəndən, səhvlərimi və xətalarımı mənə 
bəyan 
edəndən 
Allah 
razı 
olsun. 
Allah 
onu 
xeyirlə 
mükafatlandırsın! Mən ona əvvəlcədən öz təşəkkürümü bildirirəm.  
Güvəndiyim  Allahdır,  işlərimi  Ona  həvalə  edirəm  və  Ona 
arxalanıram.  Həmd  və  nemət  yalnız  Onadır.  Müvəffəqiyyət  bəxş 
edən  və  xətalardan  qoruyan  da  Odur.  "Məni  yaradan  və  məni 
doğru  yola  yönəldən  Odur!  Məni  yedirdən  də,  içirdən  də  Odur! 
Xəstələndiyim  zaman  mənə  yalnız  O  şəfa  verir.  Məni  öldürəcək, 
sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına 
ümid  etdiyim  də  Odur!  Ey  Rəbbim!  Mənə  hikmət  bəxş  et  və  məni 
salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət 
et! Məni Nəim Cənnətlərinin varislərindən et". (əş-Şuəra 78-85). 
Allahın  salavat  və  salamı  onun  Peyğəmbəri  Muhəmmədə  – 
sallallahu  aleyhi  və  səlləm  –,  onun  ailə  üzvlərinə,  səhabələrinə  və 
Qiyamətə  qədər  onun  yolu  ilə  gedən  saleh  möminlərin  üzərinə 
olsun!  
 
BitirdimMiladi 2012-ci il 16 Fevral 
Hicri: 1433-cü il Rabiul Əvvəl 23 
Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10) 

 
16 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin