Əhli Sünnə Vəl Cəmaat
Sələfi Salihin Əqidəsi
SƏLƏF
İMAMLARININ
HƏYATI
Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət
Komitəsinin 08 İyun 2012-ci İl Tarixli İcazəsi Əsasında
Çap Edilmişdir № DK-223/Q
TOPLAYAN VƏ TƏRTİB EDƏN: K.HÜSEYN
KİTABIN BÜTÜN HAQLARI QORUNUR
2
3
Ön Söz
Xutbətul Hacə
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və
məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən
Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs
azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə
bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq
ilah (məbud) yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm
ki, Muhəmməd Onun qulu və Elçisidir.
“Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız
müsəlman olduğunuz halda ölün”. (Ali İmran 102).
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan
da zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və
qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən
(cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq
əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə
nəzarətçidir”. (ən-Nisa 1).
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!
(Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı
bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir
səadətə (Cənnətə) nail olar”. (əl-Əhzab 70-71).
1
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən
xeyirlisi Muhəmmədin – sallallahu aleyhi və səlləm – yoludur.
Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub
dinə salınan hər bir əməl bidətdir, hər bir bidət isə zəlalətdir. Hər
bir zəlalət isə oddadır.
2
1
Xutbətul Hacə adı ilə məşhur olan bu duanı cümə və s. xütbələrdə Peyğəmbər
oxumuşdu. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyrətmişdir. Hədisin ilk
hissəsini bizə Əhməd 1/392, 293, 432, Əbu Davud 2188, Tirmizi 1105, İbn Macə 1892 və
başqaları rəvayət etmişlər.
2
Hədisin İkinci Hissəsini: Muslim "Şərhu Nəvəvi" 6/153-156, Əhməd 3/319, 371, Nəsəi 3/188,
189 və digərləri rəvayət etmişlər. Hədis alimi Muhəmməd Nəsirəddin əl-Albani hədisin
bütün rəvayətlərini bir yerə toplayaraq “Xutbətul-Hacə” adlı bir kitab yazmışdır. İstəyənlər
bu kitaba baxa bilərlər. Hədis Şeyx əl-Albani tərəfindən səhih hesab olunur.
4
“Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir,
dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar!” (Taha 25-28).
Möhtərəm müsəlman bacı və qardaşlarımız! İlk öncə hamınızı
Allahın salamı ilə salamlayıram. Allahın Kitabına və Allah
Elçisinin – sallallahu aleyhi və səlləm – yoluna tabe olaraq bu əməli
“Bismilləh” ilə başlayıram. Çünki, Allah Rəsulu – sallallahu aleyhi
və səlləm – də öz məktublarını "Bismilləh" ilə başlamış və
buyurmuşdur: "Hər mühüm bir işə "Bismilləh" ilə başlanılmazsa, o
işin sonu kəsikdir"
3
.
Hər əsrdə dinini təzələyəcək bir imam izhar etməklə qullarının
sağlam əqidə üzərə qalmalarına imkan yaradan Allaha sonsuz
həmd sənalar olsun, Onun Rəsuluna, Rəsulunun zovcələrinə,
ailəsinə, səhabələrinə və Qiyamətə qədər onların haqq yolu üzərə
gedənlərin üzərinə Allahın salamı olsun. Ümmətin üzərində icma
etdiyi əsil və ümmətin bir-birinə sarılmasının əsası – Əqidə
birliyidir. Sərhədləri, dilləri, ölkələri ayrı olsada paylaşdıqları ortaq
bir əqidə ilə tək bir ümmətdirlər. Lakin dilləri, ölkələri, tarixləri və
sərhədləri eyni olub əqidələri fərqli olarsa ixtilaf və düşmənlik
içində olarlar.
Etiqad birliyi Əhli Sünnətin özəlliklərindəndir. Çünki onlar heç
bir ixtilafın olmadığı İlahi vəhyə tabe olurlar. Allahın vəhyində isə
heç bir ziddiyət yoxdur. “Onlar Quran barəsində (onun Allah
kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi
tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf,
uyğunsuzluq) tapardılar”. (ən-Nisa 82). Əhli Sünnə imamları haqq
üzərində yeriyir və haqq üzərə birləşirlər. Onların zəlalət üzərində
bir yerə cəm olmaları mümkün deyildir. Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Allah mənim ümmətimi
sapıqlıq üzərində bir yerə cəm etməz. Allahın əli cəmaat
üzərindədir. Kim ayrılarsa atəşə doğru ayrılmış olar»
4
. İmam
Əsfəhani – rahmətullahi aleyhi - deyir ki: “Müxtəlif zaman və
3
Əbu Davud, əl-Albani “Zəif”.
4
əl-Albani «Səhih Sünnən Tirmizi».
5
məkanlarda yaşamış Əhli Sünnət alimlərinin etiqad (əqidə)
barəsində yazdıqları kitabları incələndikdə görülən bu kitabların
üslubları, sözləri, mövzuları eynidir və az bir şey olsada qəti
aralarında heç bir fərq yoxdur. Bunlar sanki tək bir qələmdən
çıxmış kimidir”
5
. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki:
“Allahın bu rəhmətidir ki, bu ümmətin imamları, dörd imam və
digərləri öz sözlərində doğru dürüstdülər. Hamı tərəfindən
tanınmış imamlar Allahın sifətlərini təsdiq edərək deyirlər:
“Həqiqətən Quran Allahın Kəlamıdır və o məxluq deyildir”. Onlar
həmçinin deyirlər: “Allah Qiyamət günü (Cənnətdə möminlərə)
görünəcəkdir, bu da səhabələrin və müsəlmanların məzhəbidir
hansıki Peyğəmbərinin – sallallahu aleyhi və səlləm – yolu ilə ixlasla
getmişlər. (Dinin əsaəlarında bu imamlar arasında heç bir ayrılıq
olmamışdır). Bu həmçinin müsəlmanların yolunu izlədikləri
imamlar olan: İmam Məlik, əs-Sovri, Leys İbn Sad, əl-Əuzai, Əbu
Hənifə, İmam Şəfii və Əhməddir – Allah onlardan razı olsun -
6
.
Şeyxulİslam Əbu İsmail əs-Sabuni – rahmətullahi aleyhi - “Əqidətus
Sələf” s. 111 adlı əsərində imamların etiqadı ilə bağlı bəzi cümlələri
zikr etdikdən sonra deyir ki: “Nəql etdiyim bu cümlələr bütün
imamların etiqadıdır və bu barədə aralarında ən kiçik bir ayrılıq da
yoxdur”. İmam Lələkai – rahmətullahi aleyhi - öz kitabında bu
imamların etiqadlarını zikr etdi: Sevri, Əvzai, İbn Uyeynə, İmam
Əhməd, İbn Mədini, Əbu Sevr, Buxari, Əbu Zura, Əbu Xatim,
Tisteri, Təbəri – Allah onlardan razı olsun -. Hamısının etiqadı da
eynidir”
7
. Çünki onlar Quranın nazil olmasına şahidlik edən,
mənasını Rəsulullahdan – sallallahu aleyhi və səlləm – öyrənən,
doğru yolla yeriyən səhabə, onlara tabe olan Tabiin, Əhli hədis və
imamlara uyan cəmaatdır. İttifaq və birlik, əhli sünnətin
özəlliklərindən olduğu kimi, ixtilaf, ayrılıq və təkfir də bidət
əhlinin özəlliklərindəndir. İmamların Peyğəmbərdən – sallallahu
5
“əl-Huccə Fil Bəyanil Məhaccə” 2/224,225.
6
İbn Teymiyyə “İman” s. 350-351, “Məcmuul Fətava” 5/256, “Minhəc Sunnə” 2/106.
7
“Şərh Usuli Etiqadi” 1/151.
6
aleyhi və səlləm – alaraq üzərində birləşdikləri etiqadları
qorunmuşdur. Çünki Allah bu etiqadın qaynağını qorunma altına
almışdır. “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də
onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub
saxlayacağıq!”. (əl-Hicr 9). Allah hər dövürdə batil və zərərləri
aradan qaldıracaq sadiq möminlər var etmişdir. Elm əhli deyir ki:
Bizdən əvvəlki ümmətlərin dövründə din pozulduğu zaman Allah
haqqı bəyan edən yeni Peyğəmbərlər göndərmişdir. Bu ümmətin
isə Peyğəmbərindən sonra başqa bir Peyğəmbəri olmayacaq, lakin
Allah Peyğəmbərin – sallallahu aleyhi və səlləm – dinini qoruma və
bəyan edəcək saleh alimlər var etmişdir. “Hər kəs özünə doğru yol
aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən
qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola
yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.”. (ən-
Nisa 115). Qiyamət gününə qədər bu etiqad üzərə qalan möminlər
olacaqdır və onlar bidət əhlinə qarşı daima mübarizə aparacaqlar.
İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər -
sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın məndən əvvəlki
ümmətlərə göndərdiyi hər Nəbinin öz ümmətindən sünnətini alan
və əmrlərinə uyan bir çox həvvariləri və səhabələri vardır. Sonra
onların ardından etməyəcəkləri şeyləri söyləyən və əmr
olunmadıqları işləri edən bir çox nəsillər zühur edər. Kim onlara
qarşı əli ilə mübarizə apararsa o, bir mömindir. Onlara qarşı kim
diliylə mübarizə apararsa o, da bir mömindir. Onlara qarşı kim
qəlbi ilə mübarizə apararsa o, da mömindir. Amma bundan aşağı
(imandan) bir xardal dənəsi qədər də iman yoxdur»
8
. Səvban –
radıyallahu anhu – dən gələn rəvayətdə Rəsulullah - sallallahu aleyhi
və səlləm - buyurur: «Ümmətimdən bir qrup insanlar olacaq ki,
Qiyamətin qopacağı vaxta qədər haqq üzrə gedəcəklər. Heç nə və
heç kim onlara zərər vura bilməyəcək. Allahın əmri gəlincəyə
qədər»
9
. İmran İbn Hüseyn - radıyallahu anhu – rəvayət edir ki,
8
Müslim.
9
Buxari, Müslim.
7
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən
Qiyamət saatı gəlincəyə qədər haqq üzərə savaşacaq olan kimsələr
olacaqdır. Onlarla döyüşənlərə qarşı müzəffərdilər (yenilməz).
Onların sonuncuları Məsih Dəccəllə qarşı döyüşən (cəmaatdır)»
10
.
Dini zərurətlərdən biri də etiqadın sadəcə Allah və Rəsulundan
– sallallahu aleyhi və səlləm – alınmasını bilməkdir. Bu baxımdan
Əhli Sünnətin yolu, səhih dəlildən ayrılmamaq, filan və filankəsin
sözüdür deyə dəlilə müxalif olmamaqdır. Buxari – rahmətullahi
aleyhi - deyir ki: “İmam Həmidinin belə dediyini eşitdim: İmam
Şəfiinin – rahmətullahi aleyhi - yanında idim. Bir nəfər gəlib bir
məsələ haqqında soruşdu. İmam Rəsulullahın – sallallahu aleyhi və
səlləm – bu məsələdə belə dediyini höküm verdi. Adam: “Bəs sən
nə deyirsən?” dedi. İmam: “Subhənəllah! Məni kilsədəmi
görürsən? Məni sinaqoqdamı görürsən? Mən sənə Rəsulullahın –
sallallahu aleyhi və səlləm – hökm verdiyini deyirəm, sən isə: Bəs sən
nə deyirsən” deyə soruşursan”
11
. İslam dinində Allah və
Rəsulunun – sallallahu aleyhi və səlləm – sözündən sonra bir
başqasının sözünə yer yoxdur. “Allah və Peyğəmbəri bir işi hökm
etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa
yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz.
Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq
yoldan) açıq-aydın azmışdır!”. (əl-Əhzab 36). İmam Şəfii –
rahmətullahi aleyhi - deyir ki: “Peyğəmbərin – sallallahu aleyhi və
səlləm – sünnəti bəyan olan bir kimsənin başqasının sözünə
uymasının caiz olmadığında alimlər icma etmişlər”
12
.
Usulud Din mövzusunda sadəcə dörd imam deyil, bütün
imamlar və ümmətin Sələfi eyni haqq etiqad üzərindədirlər. Çünki
onların hamısı bu mövzuda elmlərini Peyğəmbərdən – sallallahu
aleyhi və səlləm – alan səhabələrin məzhəbi üzərindədirlər.
Səhabələr isə Peyğəmbərin – sallallahu aleyhi və səlləm – zamanında
10
Əbu Davud “Cihad” 4, 2484, İmam Əhməd.
11
Şərh Təhaviyyə 336, Hilyətul Əvliya 9/106, Mənakibul Beyhəqi 1/474.
12
İlamul Muvakkin 2/282, Fəthul Məcid 555, ər-Risalə 539, 541, 598.
8
tək bir etiqad üzərə idilər. Çünki onlar vəhyi və səhabə olma
şərəfini idrak etmişlər
13
. Etiqadlarını tək bir qaynaqdan, vəhy
qaynağından aldılar. Başqa maddələr ilə bu qaynağı kirləmədilər.
Buna görə də: Allaha həmd olsun İsimlər, Sifətlər, Qəza və Qədər,
İman, Səhabələr və s. məsələsində ixtilaf etmədilər. Ümmətin sonra
gələn Sələfləri və imamları da ehsan üzərə onlara tabe oldular.
Bütün bu imamların etiqadları səhabə və ehsan ilə onlara tabe
olanların etiqadlarının eynisidir. Bu da Kitab və Sünnətin gətirdiyi
etiqaddır
14
. Ümmət tərəfindən qəbul olunan heç bir alimin
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – ən kiçik bir sünnəti olsun
müxalif olması mümkün deyildir. Çünki onlar Peyğəmbərə –
sallallahu aleyhi və səlləm – ittibanın vacib olduğu və Rəsulullahdan
– sallallahu aleyhi və səlləm – başqa hər kəsin sözünün qəbul və rəd
edilə biləcəyi üzərində yəqin idilər. İmam Məlik – rahmətullahi
aleyhi - deyir ki: “İmamlar bidət yoluna deyil ittiba yoluna tabe
oldular. Onlar özlərinə nümunə Peyğəmbəri – sallallahu aleyhi və
səlləm – seçdilər. Bir qul Allahın əzabından ancaq bu iki şey ilə
qurtula bilər. Allahı birləmək və göndərdiyi elçiyə uymaq.
Müsəlman Allah və Rəsulunun hökmündən başqa hökm qəbul
etməz”. Allah və Rəsulunun əmr və xəbərlərini tətbiq etmək və
təsdiq etmək üçün şeyxindən, imamından və ya böyük qəbul etdiyi
kimsələrdən izn alamağa lüzum görməz. Qulun Rəbbinin
hüzuruna – şirk xaric – bütün günahlarla getməsi belə bir şeylə
getməsindən daha xeyirlidir. Müsəlmanın üzərinə düşən səhih bir
hədis eşidər eşitməz onu sanki Peyğəmbərin – sallallahu aleyhi və
səlləm – dilindən eşitmiş kimi həmən qəbul edər. Yoxsa onun
məzhəbinə uyğun deyildir deyə bu dəlilləri təvil və rədd etməz.
Əksinə başqalarının sözləri dəlilə uymadığı zaman rədd
edilməlidir. Vacib olan xəbər verdiyi şeyləri təsdiq edərək, əmr
etdiklərinə uyaraq, qadağalarından çəkinərək və Allaha onun kimi
ibadət edərək tam mənasıyla Rəsulullaha – sallallahu aleyhi və səlləm
13
Miftahus Saadət 22-23.
14
Fətava 5/525.
9
– təslim olmaqdır. Necə ki, Lə İləhə İlləlah şəhadətinin tələb etdiyi
Allahı Rububiyyətində, Uluhiyyətində, İsim və Sifətlərində
birləməkdirsə, Muhəmmədur Rəsulullah şəhadətinin tələb etdiyi
də budur. Peyğəmbərə – sallallahu aleyhi və səlləm – ittiba və təslim
olmağın ən mükəmməl şəkili budur.
İmamlar etiqadda ittifaq etmişlər. Sələf imamlarının etiqadları
barəsində bir çox kitablar yazılmışdır. Hər biri də Peyğəmbərin –
sallallahu aleyhi və səlləm – sünnətinə etimat etdiklərini göstərir.
Onlar daima: Mənim məzhəbim Quran, Sünnə və səhabələrin
fəhmidir” deyərdilər. Onlardan biri deyir ki: “Etiqad – nə məndən,
nə də məndən daha böyüklərdən alınmaz. Əksinə Allah və
Rəsulundan – sallallahu aleyhi və səlləm – alınır. Quranda olan və
ümmətin Sələfinin üzərində ittifaq etdiləri Buxari, Müslim kimi
səhih hədislərdə gələn xüsuslara iman etmək vacibdir”
15
. Sünnət -
imamlardan birinin məzhəbinə uymaqla deyil, Quran və Sünnətə
uymaqla gerçəkləşir. Kim ki, Mən fiqhdə Şəfiiyəm, etiqadda
Əşariyəm deyərsə açıq bir şəkildə ziddiyətə düşmüşdür. Çünki
İmam Şəfii – rahmətullahi aleyhi - heç bir zaman Əşari deyildir.
Həmçinin fiqhdə Hənəfi olub, əqidədə Mətrudi olan da açıq bir
ziddiyətdədir. Çünki İmam Əbu Hənifə – rahmətullahi aleyhi - heç
bir zaman Mətrudi olmamışdır. Kim Quran, Sünnə və icmaya tabe
olarsa o imamlardan birinə uymasa da belə Əhli Sünnə Vəl
Cəmaatdır. Ona görə də etiqadi məsələrdə imamlar kimsəni hər
hansısa məzhəbə çağırmazdılar. Onlardan biri deyir ki: “Həyatım
boyu bu ana qədər Usulud Dində insanları Hənbəli, (Hənəfi, Şəfii)
və s. Məzhəblərə çağırmadım. Əksinə ümmətin Sələfinin üzərində
ittifaq etdikləri xüsuslara çağırdım”
16
. İbn Teymiyyədən –
rahmətullahi aleyhi - bir nəfər etiqadı Şəfii məzhəbinə görə xəbər
verməsini istədi. Şeyx: “Bu barədə Şəfii məzhəbi digər imamların
məzhəbləri ilə eynidir. İmamların məzhəbləri isə səhabə və ehsan
üzərə olanlara tabe olan Tabiinin məzhəbidir ki, onlar da
15
“Təzkiratu Huffaz” 3/1132, “Tabaqatuş Şafiiyyə” 4/8-16.
16
İbn Teymiyyə “Məcmuul Fətava” 3/161.
10
məzhəblərini Kitab və Sünnətdən almışlar. Bu müzakirə əsnasında
ondan: “Sən İmam Əhmədin – rahmətullahi aleyhi - etiqadını
daşıyırsan” deyə soruşurlar. Şeyx: “Bu imamlar və ümmətinin
Sələfinin Peyğəmbərdən aldıqları Muhəmmədin – sallallahu aleyhi
və səlləm – əqidəsidir”
17
.
Peyğəmbərlərin Də Etiqadları Birdir: Bütün bunlardan dörd
imamın və hətta bütün imamlar və ümmətin fəqih sələfinin
etiqadlarının eyni olduğu alnaşılır. Çünki onlar eyni qaynaqdan
götürmüşlər ki, o qaynaqda Peyğəmbrimizdir. Peyğəmbərimizin
etiqadı isə digər Peyğəmbər qardaşlarının etiqadları ilə eynidir.
Şəriətləri ayrı olsa da belə bütün Peyğəmbərlərin dinləri birdir.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Peyğəmbərlər ata
bir qardaşdılar. Anaları ayrıdır. Dinləri isə birdir. Mən Məryəm
oğlu İsa – əleyhissəlam – a ən yaxın olanam. Çünki mənimlə onun
arasında Peyğəmbər yoxdur»
18
. İmam Nəvəvi – rahmətullahi aleyhi -
deyir ki: “Cumhur deyir ki, Peyğəmbərlərin iman və şəriət üsulları
birdir.
Onlar
Tövhid üsulunda
müttəfiq lakin şəriətdə
müxtəlifdirlər”
19
. İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “Şəriətdə
müxtəlif olsalarda dinlərinin əsli eynidir mənasındadır”
20
. Allah
Qurani Kərimdə bir çox ayələrdə bunu açıqlamışdır: “(Ya
Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona:
“Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə
ibadət edin!” – deyə vəhy etməyək”. (əl-Ənbiya 25). “Biz hər
ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər
göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş,
bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur.
(Ey müşriklər!) Yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri)
yalançı hesab edənlərin axırı necə oldu!”. (ən-Nəhl 36). “(Ya
Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın),
17
“Fətava” 3/170.
18
Buxari «Ənbiya» 48, Əhməd 2/437, Təbəri «Cəmiul Bəyan» 4/22,23,
19
Şərh Səhih Müslim 15/120.
20
Fəthul Bəri 6/489.
11
onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy
buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində
sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini)
müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər)
seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola
yönəldər!”. (əş-Şura 13). Allahın, Muhəmmədin ümməti üçün
seçdiyi İslam Dini bütün Peyğəmbərlərin dinidir. “Həqiqətən,
Allah yanında qəbul olunan din, İslamdır!...”. (Ali İmran 19). Allah
daha öncə Nuh, İbrahim, Musa, İsa və digər Peyğəmbərlərə verdiyi
dinin eynisini Muhəmmədə vermişdir. “Sizlərdən hər biriniz üçün
bir şəriət və bir yol təyin etdik...”. (əl-Maidə 48). Peyğəmbərlər –
etiqadda, eyni din üzərə idilər. Etiqadi olaraq – Allaha,
Peyğəmbərlərinə, Axirət gününə iman kimi. Əməli olaraq isə -
Ənam, Əraf və İsrail oğlulları surələrində zikr edilən əməlləri misal
verə bilərik. “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə
yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı)
buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında
(yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə
demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!”. (əl-
İsra 23). “De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı)
üzünüzü (bütlərə deyil, Ona tərəf və ya qibləyə) tutun. (Allah) dini
yalnız Ona məxsus edərək ibadət edin. Sizi (yoxdan) yaratdığı
kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!". (əl-Əraf 29). “De:
“Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zana etmək, lüt gəzmək
və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil
nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha
qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur". (əl-
Əraf 33). “(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram
etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq
edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların
da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin.
Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və
ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə
12
tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız! Yetimin malına,
xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna
olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və
çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər
yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə
danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah
qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin.
(Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-
nəsihət qəbul edəsiniz! Bu, şübhəsiz ki, Mənim doğru yolumdur.
Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara
uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən
çəkinəsiniz!”. (əl-Ənam 151-153). Zikr edilən bu xüsuslar üzərində
bütün Peyğəmbərlər müttəfiqdirlər. Bütün Peyğəmbərlərin
üzərində müttəfiq olduqları bu din İslam dinidir. “Həqiqətən,
Allah yanında qəbul olunan din, İslamdır!...”. (Ali İmran 19). Allah
əvvəl və sonrakılardan heç kimsədən bu dindən başqa bir din
qəbul etməz. “Kim islamdan başqa bir din ardınca gedərsə, (o din)
heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən
olar”. (Ali İmran 85). Nuhdan - əleyhissəlam - Peyğəmbərimiz
Muhəmmədə – sallallahu aleyhi və səlləm – qədər bütün
Peyğəmbərlər eyni İslam üzərə idilər. Nuh - əleyhissəlam -
haqqında: “(Ya Rəsulum!) Müşriklərə Nuhun xəbərini söylə. Bir
zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda
qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır
gəlirsə, mən (sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha
təvəkkül edirəm. Şəriklərinizlə birlikdə (mənim barəmdə) nə
edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın (onu mənə
də bildirir), sonra mənə heç möhlət də verməyib haqqımda
istədiyinizi edin (istədiyiniz hökmü çıxarın!). Əgər siz (mənim
öyüd-nəsihətimdən, dəvətimdən) üz çevirsəniz, (bilin ki) mən
(bunun müqabilində) sizdən heç bir mükafat istəmirəm. Məni
mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan
(özünü Allaha təslim edənlərdən) olmaq əmr edilmişdir!". (Yunus
13
71-72). İbrahim - əleyhissəlam - haqqında: “(Ya Rəsulum!) Özünü
səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər?
Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmə
üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh
olanlardandır. Rəbbi İbrahimə : “(Əmrimə) təslim ol!” – dedikdə,
o: “Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!” – deyə
cavab vermişdi. İbrahim və (sonra da) Yəqub bunu (müsəlman
olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi) : “Ey
oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini)
seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz". (əl-Bəqərə 130-
132). Musa - əleyhissəlam - haqqında: “Musa dedi: "Ey qövmüm!
Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa,
Ona təvəkkül edin!". (Yunus 84). İsa - əleyhissəlam - haqqında:
“Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): “Mənə
və peyğəmbərimə iman gətirin!” – deyə əmr etmişdim. Onlar isə:
“Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olmağımıza şahid
ol!” – deyə cavab vermişdilər”. (əl-Maidə 111). “Şübhəsiz ki,
Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha)
təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri
və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ
gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din
alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını)
şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan
qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə
satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm
etməyənlər, əlbəttə, kafirdirlər!”. (əl-Maidə 44). Bilqeys haqqında:
“(Bəlqəsin əqlini, zəkasını yoxlamaq məqsədilə) ona belə deyildi:
“Saraya daxil ol!” (Süleymanın sarayı büllurdan tikildiyi və
altına su buraxıldığı üçün Bəlqis) sarayı gördükdə onu dərin bir
gölməçə hesab etdi və (paltarı islanmasın deyə) atəyini qaldırdı
(baldırlarını açdı). O (Süleyman): “Bu (su deyil) büllurdan tikilmiş
(şəffaf) bir saraydır!” – dedi. (Bəlqis) dedi: “Ey Rəbbim! Mən
(günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən artıq
14
Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha
təslim oldum". (ən-Nəml 44). İslam sadəcə Allaha təslim olmaq
deməkdir. Həm Allaha həm də bir başqasına təslim olan
müşrikdir. Allaha təslim olmayan Ona ibadət etməkdən
təkəbbürlənmişdir, Ona şərik qoşan və Onun ibadətinə qarşı
təkəbbürlənən kimsə kafirdir. Bu İslam dinidir ki, Allah Ondan
başqa din qəbul etməz. Bütün Peyğəmbərlərin etiqadları eyni
olduğu kimi dəvətlərinin əsası və dəvət etdikləri təməl də eynidir
ki, bu da ortağı olmayan bir və tək olan Allaha ibadət etməkdir.
Hər bir Peyğəmbər dəvətini bu cümlə ilə başlayırdı: “Allaha ibadət
edin, sizin ondan başqa İlahınız yoxdur”. Allah xəbər verir ki, Nuh,
Hud, Saleh, Şueyb, və digər bütün Peyğəmbərlər – Allahın onlara
salamı olsun - dəvətlərini bu kəlimə yəni Tövhid ilə başlamışlar.
Dinin təməli də budur. Günümüzdə də dəvətin bu əsas üzərində
edilməsi və insanları sadəcə Allaha qulluq etməyə çağırmaq
lazımdır. “Biz Nuhu - əleyhissəlam - öz xalqına elçi göndərdik. O
dedi: "Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey
camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız
yoxdur. Mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz
verəcək əzabından qorxuram!". (əl-Əraf 59), “Ad tayfasına da
qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım!
Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur.
Məgər (Allahın əzabından) qorxmursunuz?". (əl-Əraf 65), “Səmud
tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey
camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız
yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi
(maya) dəvəsi sizin üçün (peyğəmbərliyimi təsdiq edən) bir
möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik
etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!”. (əl-Əraf
73).
Allaha həmd olsun ki, verdiyi nemətlər sayəsində: “Sələf
İmamlarının Etiqadı” adlı kitabı da toplaya bildik. Bu kitabı
tərcümə edib toplamaqda məqsədimiz də birdi: Dörd imam və
15
digər sələf imamlarının etiqadlarının eyni olduğunu və bir
qaynaqdan Quran və Sünnədən qaynaqlandığını müsəlmanlara
çatdırmaqdır. Çox az bir qism insanlar bu imamların
etiqadlarından xəbərləri vardır. Burada olanlar həm də Mənim
Allahın qulu K. Hüseynin etiqadıdır. Allahdan bizləri bu doğru
etiqad üzərə yaşatmasını və bu etiqad üzərə sabit etməsini
diləyirəm. Dua edirəm ki, Allah bu kitabı İslam ümməti üçün
xeyirli və faydalı etsin!
İlk növbədə Allahdan bu işimin dolğun, düzgün şəkildə
toplayıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun
üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları
faydalandırmasını diləyirəm. Əgər haradasa xəta etmişəmsə bu
nəfsimdən və şeytandandır. Şeytandan və çarəsizlikdən Allaha
sığınıram. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan
sonra mənə öyüd-nəsihət verəndən, səhvlərimi və xətalarımı mənə
bəyan
edəndən
Allah
razı
olsun.
Allah
onu
xeyirlə
mükafatlandırsın! Mən ona əvvəlcədən öz təşəkkürümü bildirirəm.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona
arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş
edən və xətalardan qoruyan da Odur. "Məni yaradan və məni
doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur!
Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək,
sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına
ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni
salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət
et! Məni Nəim Cənnətlərinin varislərindən et". (əş-Şuəra 78-85).
Allahın salavat və salamı onun Peyğəmbəri Muhəmmədə –
sallallahu aleyhi və səlləm –, onun ailə üzvlərinə, səhabələrinə və
Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə
olsun!
Bitirdim: Miladi 2012-ci il 16 Fevral
Hicri: 1433-cü il Rabiul Əvvəl 23
Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10)
16
Dostları ilə paylaş: |