1
Əhmədov İlham Səmid oğlu
Alfa Blokadorlarin Seksual Funksiyalara Təsiri və Erektil Disfunksiyanin Müalicəsində
İstifadəsi
Aşağı urinar sistem simptomları (AUSS) şikayəti yaşla birlikdə artır və 50 yaşdan yuxarı
kişilərin 50%-inə təsir edir. Simptomların şiddəti həyat keyfiyyətinə mənfi təsir etdiyindən
müalicə seçimində ən çox diqqət yetirilən kriteriya hesab olunur . Aşağı urinar sistem
simptomları xəstənin yuxusuna və sosial həyatına o , cümlədən seksual funksiyalarına da mənfi
təsir edir . AUSS/ Benign prostatın xoş hiperplaziyası (PXH) ilə seksual funksiyalar arasındakı
bu əlaqəni vurğulayan bir çalışmada xəstələrin 72%-i seksual aktivliyi , 63%-i isə seksual
funksiyalarda razılıqlı həyat keyfiyyətinə ən çox təsir edən ilk 7 problem içərisində qəbul
edilmişdir . AUSS çalışması seksual problemlərin şiddəti ilə əlaqəli olduğunu göstərir .
Son 10 ildə AUSS/PXH üçün müxtəlif tibbi müalicə növləri istifadə olunur və müalicələrin
təsiri AUSS şiddəti və urodinamik nəticələrə bağlı olaraq dəyərləndirilir . AUSS/PXH
simptomları üçün ən sıx Beynəlxalq Prostat Simptom Testi (BPST) dən istifadə olunur . Seksual
funksiyaların həyat keyfiyyətindəki təsiri nəzərə alındığında müalicələrin dəyərləndirilməsində
verilən müalicənin seksual funksiyalara təsiri də araşdırılmalıdır .
Beynəlxalq Prostat Simptom Testi (BPST) seksual funksiyaları sorğulamaq üçün ən sıx
istifadə olunan formalardır . Yaxın zamanda inkişaf etdirilən 4 suallıq kişilərdə seksual
funksiyaların dəyərləndirilməsi AUSS/PXH xəstələrində seksual funksiyanı sorğulamaq üçün
faydalı ola bilər . Günümüzdə istifadə edilən tibbi müalicələri dəyərləndirərkən müqayisə etmək
bir çox səbəblə çətindir . Bu çətinliklər , dəyərləndirmələr üçün istifadə edilən metodların fərqli
olmasından , çalışma qrupları arasındakı fərqlərdən və çalışmaların çox bir hissəsinin
retrospektiv olmasından qaynaqlanır .
Orqanizmdəki
α
1
reseptorları sidiklik boynu , prostatik stroma və kapsulunda çox yayılmışdır
və stimulə edilərkən kontraksiya yaradırlar . α
1
reseptorlarının 3 subtipi var : α
1A
, α
1B
v
ə
α
1D .
α
1A
v
ə
α
1D
reseptorlar
stroma və sidiklik boynunda çoxdursa , α
1A
və α
1B
vaskulyar düz əzələdə
çox olurlar . Alfa blokator müalicəsinin əsasında , α
1
adrenergik sinirlərin sidiklik boynu və
prostatik düz əzələlərdə əks-təsir yaradaraq sidiklik çıxım obstruksiyasını yaratdığı hipotezi
vardır . AUSS/PXH müalicəsində 4 α
1
reseptor ataqonisti istifadə olunur : Terazosin ,
Doxazosin , Tamsulosin , Alfazosin .
Terazosin və Doxazosin hipertoniyanın müalicəsi üçün inkişaf etdirilmiş və non-
uroselekdivdirlər . Tamsulosin və Alfazosin isə funksional olaraq uroselektivdirlər və α
1A
və α
1D
2
blokadası yaradırlar . Alfa blokatorların mənfi təsirləri ; Ortostatik hipotoniya , sərsəmlik hissi ,
yorğunluq , eyakulyasiya problemləri və s aiddir . Eyakulyasiya problemləri içərisində
eyakulyasiya olmaması , retroqrad eyakulyasiya və eyakulyat azalmasını sadalamaq olar . α
1
blokatorların bilinən bu mənfi təsiri sidiklik boynu , vas deferens və seminal kisələrin düz
əzələlərində yumşalma yaratması nəticəsində ortaya çıxır .
Mənfi təsir profili müqayisə edildiyində Tamsulosinlin yüksək uroselektivasiyası
səbəbindən daha az ortostatik hipotoniya əmələ gətirərkən , daha çox eyakulyasiya problemlərinə
yol açtığını görürük . Cədvəl 1’də AUSS/PXH tibbi müalicəsində istifadə edilən dərmanların
seksual funksiya , libido və eyakulyasiya üzərinə mənfi təsirləri müqayisə edilmişdir .
Eyakulyasiya (%)
Erektil Problemlər (%)
Azalmış libido (%)
Alfa Blokatorlar
Alfuzosin
3
1
Doxazosin
0
4
3
Tamsulosin
10
4
Terazosin
1
5
3
Hormonal
Finasterid
4
8
Kombinasiya
Alfu/Finasterid
1
8
2
Doxa/Finasterid
3
10
3
Tera/Finasterid
7
9
5
Plasebo
1
4
3
Bir çox çalışma α
1
reseptor antaqonistlərinin seksual funksiya üzərinə olan mənfi
təsirlərini araşdırmışdır . Müxtəlif çalışmalarda nisbətlər arasında fərq olmağına baxmayaraq
ortaq nöqtələr mövcuddur . Randomize , plasebo kontrollu çalışmalarda Tamsulosin’in 0.4
mq/gün doza ilə Avropa çalışmalarında eyakulyasiya problemləri 4% nisbətində görülərkən ,
ABŞ’da 11% tapılmışdır . Ancaq, anormal eyakulyasiya səsəbi ilə müalicəni dayandırma nisbəti
3
0.6% kimi aşağı düşmüşdür . Tamsulosin’in dozası 0.8 mq’a qaldırıldığında eyakulyasiya
problemləri 18.1%-ə çatır .
Tamsulosin 0.4 mq , Alfuzosin 2.5 mq x 3/gün və plasebo 830 xəstədə müqayisə
edildiyində total seksual funksiyanın plaseboya göre artdığı bildirlmişdir . Alfuzosin ilə
Tamsulosin arasında seksual funksiyaya təsir baxımından bir fərq aşkar edilməmişdir . Alfuzosin
ilə görülən bir illik , prespektiv bir çalışmada gündə 3 dəfə 2.5 mq ilə gündə iki dəfə 5 mq
istifadəsi müqayisə edilmiş və seksual funksiya nəticələrinin əsaslı artdığı göstərilmişdir .
Doxazosin’in də seksual funksiyalara müsbət təsir etdiyi bildirilir . Bu müsbət təsirin alfa
blokatorların kavernoz düz əzələdə boşaldıcı təsirinə bağlı ola biləcəyi düşünülür . Eyni zamanda
AUSS şiddəti azaldığı və həyat keyfiyyəti yüksəldiyi üçün seksual funksiyalar müsbət
nəticələnir.
Eyakulyasiya pozulmalarının isə sidiklik boynu , eyakulyator kanalların və düz
əzələlərinin boşalmasına bağlı olabiləcəyi düşünülür . Bir başqa təsiridə alfa blokatorların qan-
beyin bariyerini keçərək mərkəzi sinir sistemindəki α
1
adrenergik reseptorlara təsiri ola bilər .
Finasterid bir 5 α reduktaza inhibitorudur . Bir çox çalışma finasteridin seksual və erektil
funksiyalara mənfi təsiri olduğunu göstərir . Proscar ilə müalicə zamanı 472 xəstədə 2 il sonunda
plasebo ilə 6.3% , finasterid ilə 15.8% erektil disfunksiya bildirmişlər . Seksual olaraq aktiv
şəxslərdə AUSS/BPH varsa , finasterid istifadəsinə diqqət etməliyik .
Finasteridin seksual funksiyalara mənfi təsirinin dihidrotestosteron səviyyəsini aşağı
salaraq kavernoz toxumada nitrik oksid və nitrik oksid sentazı azaldaraq ortaya çıxdığı deyilə
bilər .
Yeni bir 5 α reduktaza inhibitoru olan Dutasterid’in daha selektiv olaraq 5 α reduktaza tip I və
II’ni blokada edərək təsirini göstərdiyi bildirilmişdir . Tip II izoenziminə prostat və genital
orqanlarda rast gəlinərkən , Tip I isə qaraciyər və dəridə daha çox rast gəlinir . Medical Therapy
of Prostatic Symptoms (MTOPS) çalışmasında Dutasteride istifadəsi ilə 2 ildə ED səviyyəsi 7%,
plasebo ilə 4% - dir . Zaman keçdikcə bu səviyyə azalmağa başlayır .
Nəticə olaraq , seksual funksiya həyat keyfiyyəti ilə yaxından əlaqəlidir və AUSS/PXH
olanlarda müalicə seçimində dərmanların seksual funksiya üzərinə olan təsirləri göz önündə
tutulmalıdır .Azərbaycan Tibb Universitetinin Uralogiya kafedrasında 2006 – 2008 illər ərzində
52 xəstəyə tamsulosin 4 mq 2 ay ərzində təyin edilmiş , müalicə zamanı və sonrakı dövrdə
seksual funksiyalar dəyərləndirilmişdir . Xəstələr əvvəllcədən eriktin funksiya baxımından
dəyərləndirilmişdir . ED- si olan xəstələr əsas qrupa daxil edilməmişlər .
4
Eyakulyasiya pozğunluqları , retroqrad eyakulyasiya , azalmış eyakulyasiya olan 9 xəstədə
(5%) müşahidə zamanı yalnız 2 xəstədə mülayim ED (1%) görünmüşdür . Heç bir xəstədə
libidonun azalması müşahidə edilmədi .
Müalicəni dəyərləndirərkən BEFY testləri istifadə edilmiş və ya xəstələrin özləriylə bir başa
danışılmışdır . Beləliklə qərara alınmışdırki , AUSS olan xəstələrin müalicəsi zamanı daha
selektiv
α
1
adrenoblokator Omnik-Okas daha , az erektil funksiyalara təsir edir . Lakin
eyakulyasiyaya bəzi xəstələrdə mənfi təsir göstərir . Ona görə də erektil funksiyanın qorunması
məqsədiylə Omnik – Okas bu tip xəstələrdə təyin olunması tövsiyyə olunur .
Ədəbiyyat
1.
Roehrborn C .G and McConnel J.D . : Etiolog , pathophysiology , epidemiology and
natural history of benign prostatic hyperplasia . In: Campbell’s Urology . 8-th ed
.Edited by P . C . Walsh , A . B . Retik , E . D .Vaughan , Jr and A . J Wein
.Philadelphia : W . B . Saunders Co . chapt . 38 ,pp . 1297 – 1330 , 2002
2.
Rosen R , O’Leary M , Altwein J : LUTS and male sexual dysfunction : the
multinational Survey of the Aging Male (MSAM-7) (abst) AUA annual meeting ,
Orlando, Florida , May , 2002
3.
Marquis P and Marrel A : Reproducibility and clinical and concurrent validity of the
MSF – 4 : a fouritem male sexual function questionnaire for patients with benign
prostatic hyperplasia . Value Health 4 : 335 – 343 , 2001
4.
AUA guideline on management of benign prostatic hyperplasia ( 2003 ) , J Urol ,170(2)
: 530-547, 2003
5.
Prescribing information : Flomax capsules . Physicians Desk Reference . Montvale, NJ,
Medical Economics pp 974 – 977 , 2002
6.
Roehrborn C . G and McNicholas T : The management of prostatic obstruction : How to
determine the best options ? Eur Urology suppl 2 : 13 - 19 , 2003
Dostları ilə paylaş: |