Ekologiya fənninin predmeti və vəzifələri



Yüklə 31,04 Kb.
səhifə1/4
tarix19.01.2023
ölçüsü31,04 Kb.
#79750
  1   2   3   4
29.09.Ekoloji tərbiyə


Ekologiya fənninin predmeti və vəzifələri.
Ekologiya – canlı orqanizmlərlə onları əhatə edən mühit arasında olan qarşılıqlı münasibətlər haqqında elmdir. Ekologiya yunan sözləri olan Oikos – yurd, ev və logos – sözlərindən yaranmış, yurdumuz haqqında elm deməkdir. Bu termini ilk dəfə alman bioloqu 1869-cu ildə Ernest Hekgel “Orqanizmin ümumi morfologiyası” əsərində irəli sürmüşdür.Hekgel orqanizmi təbii sığınacaq yerində, yəni öz “evində” öyrənməyi ekologiya hesab etmişdir. Еkоlоgiya оrqanizmlərin bir-biri və хarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, оnların yaşayış tərzində, inkişafında, çохalmasında həmin amillərin rоlunu, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmasının qanunauyğunluqlarını, еkоsistеmləri, оnların əlaqəsini, təbiətin dialеktikasını öyrədir. Ekologiyanın tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Antikfilosof Aristotel (384-322 e.ə) 500-dən artıq ona məlum olan heyvan növünü təsvir etmiş, onların davranışları haqqında (məs. Balıqların miqrasiyası, qış yuxusu, quşların köçməsi, heyvanların qurucu fəaliyyətindən, qu quşunun parazitizmindən, mürəkkəb böcəyinin özünümühafizə üsulundan) yazmışdır.Aristotelin şagirdi, «botanikanın atası» sayılanTeofrast Ereziyski (371- 280 e.ə) müxtəlif şəraitlərdə bitkilərin forma və xüsusiyyətlərinin torpaq və iqlimdən asılılığı haqqında məlumatlar vermişdir.
Ümumiyyətlə, ekologiyanın inkişaf tarixini üç əsas mərhələyə bölmək olar. Birinci mərhələ – ekologiyanın bir elm kimi yaranma və təşəkkülü (XIX əsrin 60-cı illərinə qədər). Bu mərhələdə canlı orqanizmlərin məskunlaşdığı yerin mühitiilə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmış, ilk elmi yekunlar hazırlanmışdır. Ekoloji yanaşmanın elementlərinə rus alimlərinin – İ.İ.Lepexinin, A.F.Middendorfun, S.P.Kraşennikovun, fransız alimi L.Byuffonun, İsveç təbiətşünası K.Linneyin, alman alimi Q.Yeqervə b. əsərlərində rast gəlinir. Fransız təbiətşünası Y.Byuffona (1707-1788) görə bir növün başqasına çevrilməsinin əsas səbəbləri «İqlimin temperaturu, qidanın keyfiyyəti və əhlilləşdirmənin təsiridir». Həmin dövrdə L.Lamark (1744-1829) vəT.Maltus (1766- 1834) ilk dəfə olaraq insanların təbiətətə sirinin neqativ nəticələrinin mümkünlüyü haqqında bəşəriyyətə xəbərdarlıq edirdi.Ekoloji təfəkkürün sonrakı inkişafı XIX əsrin əvvəlində biocoğrafiyanın peyda olmasına səbəb oldu.Aleksandr Humboltun (1807) əsərləri bitki coğrafiyasında yeni ekoloji istiqamət təyin etdi. A.Humbolt elmə belə təsəvvür irəli sürdü ki, landşaftın «fizionomiyasını» bitki örtüyünün xarici görkəmi müəyyənləşdirir.
İkinci mərhələ (XIX əsrin 60-cı illərindən XX əsrin 50-ci illərinə qədər).Bu mərhələdə ekologiya elmin müstəqil sahəsi kimi formalaşır. Mərhələnin başlanğıcı rus alimləri K.F.Rulye (1814-1858), N.A.Seversov (1827-1855) və V.V. Dokuçayevin (1846- 1903) əsərləri ilə əlamətdar oldu, onlar ilk dəfə ekologiyanın bir sıra prinsiplərini və anlayışlarını əsaslandırdı, onların tədqiqat nəticələri və elmi fikirləri indiki dövrə kimi öz əhəmiyyətini itirməmişdir. Təsadüfi deyildir ki, Amerika ekoloqu Y.Odum (1975) V.V.Dokuçayevi ekologiyanın banislərindən biri saymışdır.1859-cu ildə Ç.Darvinin «Təbii seçmə yolu ilə növün mənşəyi və ya həyat uğrunda mübarizədə yararlı cinslərin saxlanması» kitabı çıxır. Ç.Darvin göstərirdi ki, təbiətdə «yaşayış (həyat) uğrunda mübarizə» təbii seçməyə gətirib çıxarır, yəni bu mübarizə evolyusiyanın hərəkətdə olan faktorudur.1864-cü ildə amerikalı CorcMarşın ―İnsan və təbiət‖ adlı kitabı dərc edildi.Bu kitabda insanın təbiətə təsir inəticəsində təbiətin müvazinətinin pozulması qeyd olunurdu.1872-ci ildə dünyada ilk Yellüston milli parkı yaradıldı.Vəhşi heyvanları mühafizə cəmiyyəti quruldu.1861-ci ildə Azərbaycanın görkəmli maarifpərvər alimi H.Zərdabi torpağın, suyun, havanın gigiyenasına aid əsər yazir, təbiətiəöz materialist münasibətini bildirir.1911-ci ildə Rusiya, Yaponiya, Kanadavə ABŞ arasında dəniz heyvanlarının mühafizəsi haqqında ilk beynəlxalq saziş imzalandı.
Müstəqil bir elm kimi ekologiya 1920-ci illərin əvvəlində qəti formalaşdı.Üçüncü mərhələ (XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər olan dövr). XX əsrin ikinci yarısında ətraf mühitin çirklənməsinin intensivləşməsi və insanın təbiətə təsirinin güclənməsi ilə əlaqədar ekologiya elmi xüsusi əhəmiyyət kəsb edir. Belə vəziyyətin nəticəsində ekologiya kompleks elmə çevrilərək təbii və ətraf mühitin qorunması elmini də özündə cəmləşdirdi. Artıq ekologiya özünə coğrafiya, geologiya, kimya, fizika, sosiologiya, mədəniyyət tarixi, iqtisadiyyat bölmələrini daxil etdi. Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir. Ekoloji elmin bir sıra başlıca vəzifələri vardır.Onların arasında aşağıdakıları qeyd etmək olar:

Yüklə 31,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin