Ekoloji monitoriNQ



Yüklə 77 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü77 Kb.
#45466
növüMühazirə
  1   2   3
1. Ekoloji monitorinq mühazirə


FƏNN: EKOLOJİ MONİTORİNQ

Cəmiyyətin ətraf mühitlə qarşılıqlı əlaqəsinin əsasları və ekoloji monitorinq

Mühazirə 1.
P L A N

  1. Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi və müasir mərhələdə ekologiyanın rolu.

  2. Ekoloji monitorinqin əsas prinsip və başlıca məqsədi.

  3. Ətraf mühitin yerüstü monitorinq sistemi

  4. Ekoloji monitorinqin əsas vəzifələri və problemləri.

Ə D Ə B İ Y Y A T



1. Ə.Məmmədov, S.Paşayev, A.Xəlilova və.s. Ətraf mühitin monitorinqi. Bakı 2005.

2. Z.İbrahimov. Ekologiya. Gəncə 2006.

3. C.Q.Nuriyev, Ə.T.Əsgərov, Z.V.Əhmədov. Ekologiya hüququ. Bakı. “Qanun” 2005.
Cəmiyyətin ətraf mühitlə qarşılıqlı əlaqəsinin əsasları və ekoloji monitorinq

1. Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi və müasir mərhələdə ekologiyanın rolu.

Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir.

Bu elm bəşəriyyətin təbiətdən səmərəli istifadə etməsi üçün gələcəkdə indikindən daha vacib olacaqdır. Ekoloji sistemlərdən kənarda təbii sərvət yoxdur, olanı da gec-tez bu sistemlərə qoşulur. Onlardan səmərəli istifadə etmək dövlətin iqtisadi gücü olub, iqtisadi - sosial inkişafın perspektivi və xalqın rifahının yaxşılaşması üçün çox vacibdir.

Bəşəriyyət ekoloji böhranın astanasında dayanmışdır. Bu gün insanın təbiətə amansızcasına müdaxiləsi bəşəriyyətin mövcudluğu üçün böyük təhlükə yaranmış və cəmiyyəti həlli həddən artıq çətin olan problemlərlə üz-üzə qoymuşdur. Yer kürəsinin bir sıra ərazilərində təbii və antropogen tullantıların təsiri ətraf mühitdə ekoloji tarazlığı dözülməz dərəcədə pozmuş və əhalinin sağlamlığına ciddi təhlükə yaratmışdır. Bu vəziyyətdən çıxmaq üçün hazırda yüksək səviyyədə elmi-texniki araşdırmalar və onların tətbiqi üçün külli miqdarda vəsait tələb olunur.

Ekoloji böhran, yalnız havanın, suyun, torpağın, qida maddələrinin çirklənməsi deyildir. Bu eyni zamanda insan tərəfindən təbii ekosistemlərin sıxışdırılması və bəzi hallarda məhv edilməsi nəticəsində biogeokimyəvi dövriyyənin və sonda ətraf mühitin dayanıqlığının pozulmasına gətirib çıxarır. Bu, özünü yalnız ətraf mühitin pisləşməsində deyil, həm də insanın genomunun dəyişilməsində göstərir. Dünyanın bütün ölkələrində irsi xəstəliklərin durmadan artması məhz genomun dəyişilməsindən irəli gəlir. Belə vəziyyət uzun müddət davam etsə, böhran daha da dərinləşərək ekoloji fəlakətə çevrilə bilər.

Ekoloji böhranın qarşısını almaq üçün ekoloji təhlükəsizliyin üstün bir istiqamət kimi, hər bir ölkənin ümumi dünya təhlükəsizlik sisteminə daxil olması mühüm şərtlərdən biridir. Bu birinci növbədə əhalinin sağlamlığının ekoloji təhlükələrdən birbaşa asılı olması zərurətindən irəli gəlir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bəzi hallarda, - gərgin ekoloji şərait, ətraf mühitdəki dəyişiklikləri həm ölkə daxilində , həm də beynəlxalq səviyyədə iqtisadi, sosial, demoqrafiq və siyasi sahələrdə həyata keçirilən fəaliyyətə məhdudiyyətlər qoyur və onun nəticələrini zəiflədir.

Qlobal ekoloji təhlükə özünü bir sıra əlamətlərlə büruzə verir: təbiətdə kimyəvi maddələrin qıtlığı yaranır, blomüxtəliflik azalır, bioğen və digər kimyəvi maddələrin biokimyəvi dövriyyəsi pozulur. Bunun nəticəsində şirin səth suları, torpaqlar çirklənir, bioehtiyatların quruda və suda yaşayan bir çox növlərinin təbii hədlərdə - çoxalması dayanır. İqlimin dəyişməsi, ozon qatının nazikləşməsi, fövqəladə halların sayının və miqyasının artması, insanın genetik proqramının parçalanması, yeni xəstəliklərin yaranması və yoluxucu xəstəliklərin yayılması da bu qəbildən olan dəyişikliklərdir.

Dayanıqlı inkişafa daxil olan ətraf mühit və təbii ehtiyatlar ekoloji təhlükəsizliyin göstəriciləridirlər. Ekoloji təhlükəsizlik öz növbəsində ekoloji təhlükənin qəbul edilə bilən sosial iqtisadi səviyyəsidir. Başqa sözlə, ekoloji təhlükəsizlik ətraf mühitin vəziyyətinin və insan sağlamlığının buraxılabilən normalardan kənara çıxmaları ilə müəyyən olunur. Bu kənara çıxmaların təyin edilməsi ekoloji monitorinq vasitəsilə həyata keçirilir.

Ətraf mühitin monitorinq sisteminin yaradılması və lazımi səviyyədə həyata keçirilməsi müstəqillik qazanmış və yeni inkişaf mərhələsinə daxil olmuş Azərbaycan üçün çox aktualdır. Bu sistem təbiətin mühafizəsi üçün müstəsna əhəmiyyətə malikdir. Monitorinq sisteminin fəaliyyət göstəricisi ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən milli siyasət, müxtəlif qurumlar və maliyyələşdirmə mexanizmindən asılıdır.

Monitorinq sisteminin fəaliyyəti monitorinqin məqsədlərini, tələblərini, texniki standartlarım müəyyənləşdirən qanunvericilik bazası və normativlər, monitorinqi həyata keçirməyə vəkil edilmiş qurumlar arasında əməkdaşlıq, koordinasiya və maliyyələşdirmə mexanizmləri vasitəsilə tənzimlənir. Ətraf mühitin monitorinqi müəyyən proqramlar əsasında müntəzəm aparılan uzunmüddətli müşahidələr, vəziyyətin təhlili, qiymətləndirilməsi və proqnozlaşdırılması sistemidir. Təbiətdən istifadənin strategiyasını müəyyənləşdirmək və operativ qərarlar çıxarmaq üçün idarəetməni bütün səviyyələrdə zəruri ekoloji informasiya ilə təmin edən məhz ətraf mühitin monitorinqidir.




Yüklə 77 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin