“Ekoloji təhlükəsizlik” fənni üzrə imtahan sualları
(magistr hazırlığı üçün)
Ekoloji təhlükəsizlik onun məqsədi, başqa elmlərlə əlaqəsi. Qlobal ekoloji təhlükəsizliyin Beynəlxalq Təşkilatlar səviyyəsində idarə olunması.
Azərbaycanın əsas ekoloji problemləri.
Ətraf mühitə edilən antropogen fəaliyyətin təzahür formaları.
Fövqalədə hadisələrin təsnifatı, ağırlıq dərəcəsinə görə fövqalədə hadisələrin qruplaşdırılması.
Əlverişsiz təhlükəli hadisələrin (ƏTH) törətdiyi ziyanlar, onların növləri və tənzimlənməsi qaydaları. Fövqalədə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları.
Təbii xarakterli təhlükələr, onların xarakteristikaları. Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə vəzifələrin xüsusiyyətləri.
Təbii fəlakətlər zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsi.
Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün qüvvə və vasitələrin qruplaşdırılması.
Texnogen xarakterli təhlükələr, onların xarakteristikaları.
İri istehsalat qəzaları, onların nəticələri, yaranan ekoloji problemlər.
İstehsalat qəzaları zamanı əhalinin, ətraf mühitin ekoloji təhlükəsizliyinin təmin edilməsi.
Səs-küy mühitində insanın ekoloji təhlükəsizliyinin qorunması.
Titrəyişin insan sağlamlığına təsiri, ondan qorunmaq istifadə olunan mühafizə tədbirləri.
Ekoloji təhlükəsizlik sahəsində dövlət siyasəti.
Ekoloji təhlükəsizlik sahəsində dövlətin hüquq və vəzifələri.
Texnoloji proseslərin təhlükəsizliyi və onu təmin edən əsas üsul və vasitələr.
Texnoloji reqlament və ekoloji təhlükəsizliyin təmin olunmasında rolu.
Texnogen qəzalar zamanı işçilərin təhlükəsizliyinin təmin edilməsi.
Texnogen qəzalar zamanı texnoloji qurğuların və ətraf mühitin təhülkəsizliyinin təmin olunması.
Azərbaycanda ekoloji vəziyyətin nəticələrinin aradan qaldırılmasına dövlət nəzarəti.
Ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin maliyyələşdirilməsi və bu sahədə qanunvericiliyin pozulmasına görə məsuliyyət.
Ekoloji təhlükəsizliyin ümumdünya miqyasında təmin etmək məqsədli beynəlxalq əməkdaşlığın istiqamətləri.
Ekoloji təhlükəsizliyin təmin edilməsində beynəlxalq qeyri-hökumət təşkilatlarının rolu.
Biosferin və onun bütün komponentlərinin ekoloji təhlükəsizliyinin təmin olunmasında dövlətin rolu.
Sənaye müəsissələrində baş verən yanğınlar, onların baş vermə səbəbləri.
Sənaye müəsissələrində baş verən yanğınlar zamanı işçilərin mühafizəsi tədbirləri.
Sənaye müəsissələrində partlayışlar, onların baş vermə səbəbləri.
Müəsissələrdə baş verən partlayışlar zamanı insanların və ətraf mühitin ekoloji təhlükəsizliyinin təmin olunması.
Neft-qaz məhsulları daşıyan boru kəmərlərində baş verən qəzalar zamanı ekoloji təhlükəsizliyin təmin olunması.
İri kimya müəsissələrində baş verən böyük qəzalar zamanı ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün görülən tədbirlər.
Respublika ərazisində ehtimal olunan təbii fəlakətlər – zəlzələ, sel, daşqınlar, onları aradan qaldırmaq üçün dövlət səviyyəsində görülən tədbirlər.
Respublikamızda kimyəvi təhlükəli obyektlərdə qəzalar zamanı ətraf mühitin ekoloji təhlükəsizliyinin təmin olunması üçün görülən tədbirlər. Ekoloji təhlükəsizliyin təminatında təbiətdən istifadənin iqtisadi mexanizmləri onun tipləri və qrupları.
Biosferə edilən ekstremal təsirlər onların ekoloji nəticələri.
Kütləvi qurğu silahlarının ətraf mühitə təsiri və onun ekoloji nəticələri.
Nüvə silahlarının biosferə və insan sağlamlığına təsirləri.
Nüvə konfliktlərinin iqlim effektinə təsiri və yaranacaq qlobal ekoloji problemlər.
Nüvə partlayışlarının atmosferə təsirindən yaranan qlobal ekoloji problemlər.
Azərbaycan Respublikasının ekoloji təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq prinsipləri
Respublikanın ekoloji təhlükəsizliyinin beynəlxalq aspektləri. Respublikanın ekoloji təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq prinsipləri haqqında qanunu.
Xüsusi təhlükəli obyektlər, onların və ətraf mühitin mühafizəsi üçün görülən tədbirlər.
Texnoloji proseslərin təhlükəsizliyinin mühəndis-texniki vasitələrlə mühafizəsi. Fövqalədə hallarda yaranan dolayı iqtisadi zərər onun növləri, meydana gəlmə səbəbləri.
Azərbaycan ərazisində müşahidə edilən təbii təhlükəli hadisələr və onların xüsusiyyətləri. Atmosferdə müxtəlif hava axınları nəticəsində yaranan təhlükələr, onlardan mühafizə tədbirləri.
Elektromaqnit sahəsindən mühafizə üçün sanitar-qoruyucu zonalarının hüdudlarının müəyyən edilməsi.
Güclü elektromaqnit şüalanmasından biri olanı cib radiotelefon mobil rabitəsinin ətraf mühitə və insanların sağlamlığına təsiri.
γ, β, α – və rentgen şüalarının təbii radiasiya fonuna təsiri mühafizə tədbirləri.
Radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunmuş “sanitar norma və qaydaları və gigiyena normativləri”nə əsasən respublika hüdudlarında şüalanmanın insanlar üçün əsas gigiyena normativləri və onlara nəzarət.