Ekonometriya” ixtisası üzrə suallar



Yüklə 17,56 Kb.
tarix02.05.2023
ölçüsü17,56 Kb.
#105867
Ekonometriya


Ekonometriya” ixtisası üzrə suallar

  1. Ekonometriya – iqtisadi sistemlər üzrə optimal idarəetmə strategiyalarının qurulmasının riyazi nəzəriyyəsi kimi.

  2. Model – ekonometrik tədqiqatın dərketmə vasitəsi kimi. Modelləşdirmə metodları.

  3. Modellərin qurulmasında homomorfizm prinsipi.

  4. Modellərin strukturu.Ekzogen və endogen parametrlər.

  5. İqtisadi sistemlərin riyazi modellərinin optimallıq kriteriyaları.

  6. Çoxkriteriyalı riyazi modellərin birkriteriyalı şəklə gətirilməsi alqoritmləri.

  7. Iqtisadi sistemlərdə asılılıqların tipləri. Funksional asılılıqlar və korrelyasiya asılılıqları.

  8. Korrelyasiya və reqressiya təhlilinin predmeti.

  9. Cüt korrelyasiyanın xətti modelləri.

  10. Cüt korrelyasiyanın qeyri-xətti modelləri.

  11. Cüt korrelyasiyanın reqressiya tənliyi üçün ən kiçik kvadratlar metodu.

  12. Cüt korrelyasiyanın qeyri-xətti modelləri üçün ən kiçik kvadratlar metodu.

  13. Xətti çoxkorrelyasiya modellərinin riyazi xarakteristikaları.

  14. Qeyri-xətti çoxkorrelyasiya modellərinin riyazi xarakteristikaları.

  15. Korrelyasiya asılılıqları üçün determinasiya əmsalının hesablanması.

  16. Korrelyasiya asılılıqları üçün korrelyasiya əmsalının hesablanması.

  17. Korrelyasiya asılılıqları üçün elastiklik əmsalının hesablanması.

  18. Korrelyasiya asılılıqlarında avtokorrelyasiya və onun aradan qaldırılması.

  19. Korrelyasiya asılılıqlarında multikollenarlıq və onun aradan qaldırılması.

  20. İstehsal funksiyalarının qurulması.

  21. Kobb-Duqlas funksiyasının kəmiyyət xarakteristikaları.

  22. İstehsal funksiyalarının qurulmasında “qara qutu” prinsipi.

  23. Multiplikativ istehsal funksiyalarının neoklassik xarakteristikaları.

  24. Çoxkorrelyasiyanın xətti modellərinin qurulması.

  25. Çoxkorrelyasiyanın qeyri-xətti modellərinin qurulması.

  26. Çoxkorrelyasiya modellərində əlaqənin sıxlığının qiymətlən-dirilməsində fərdi korrelyasiya əmsalının tətbiqi.

  27. Çoxkorrelyasiya modellərində əlaqənin sıxlığının qiymətlən-dirilməsində çoxkorrelyasiya əmsalının tətbiqi.

  28. Ekonometrik yanaşma əsasında iqtisadi inkişafın proqnozlaşdırılması məsələsinin qoyuluşu.

  29. Ekonometrik yanaşma əsasında iqtisadi sistemlərin proqnozlaşdırılmasının əsas prinsipləri.

  30. Dinamik (zaman) sıranın ekstropolyasiyası yolu ilə iqtisadi inkişafın proqnozlaşdırılması.

  31. Proqnoz ekstropolyasiyasının riyazi modelləri.

  32. Proqnozlaşdrmanın trend modellərinin riyazi xarakteristikaları.

  33. Makroiqtisadi sistemdə tarazlıq əlaqələrinin riyazi modelləşdirilməsi.

  34. Statik Leontyev makro modelinin riyazi aparatı.

  35. Statik Leontyev modelində birbaşa və tam məsrəf əmsallarının kəmiyyət xarakteristikaları.

  36. Dinamik Leontyev makromodelləri əsasında iqtisadi sistemlərin dinamikasının sistemli tədqiqi.

  37. Balans tipli Leontyev makromodellərinin optimallaşdırma modellərinə gətirilməsi.

  38. İqtisadi sistemlərin xətti optimallaşdırma modellərinin qurulmasının riyazi əsasları.

  39. İqtisadi sistemlərin xətti optimallaşdırma modellərinin həllər oblastının riyazi xarakteristikaları.

  40. İqtisadi sistemlərin xətti optimallaşdırma modellərinin qoşma qiymətləri.

  41. İqtisadi sistemlərin xətti optimallaşdırma modellərinin dayanıqlığı və həssaslığının təhlili.

  42. İqitsadi sistemlərin tam ədədli xətti optimallaşdırma modellərinin qurulması.

  43. Iqtisadi sistemlərin xətti optimallaşdırma modellərinin modifikasiyalarının həll metodları.

  44. İqitsadi sistemlərin qeyri-xətti optimallaşdırma modellərinin qurulması.

  45. İqitsadi sistemlərin qeyri-xətti optimallaşdırma modellərinin həll alqoritmləri.

  46. İqtisadi sistemlərdə yük daşınmalarının optimal idarə edilməsi məsələsinin qoyuluşu.

  47. Xətti optimallaşdırmanın nəqliyyat modelinin riyazi təsviri.

  48. Açıq nəqliyyat modellərinin qapalı şəklə gətirilməsi alqoritmləri.

  49. Nəqliyyat modellərinin həll metodları.

  50. Mikromodellərin qurulmasının riyazi əsasları və optimallıq kriteriyaları.

  51. Oyunlar nəzəriyyəsi – münaqişəli vəziyyətlərin riyazi nəzəriyyəsi kimi.

  52. Oyunlar nəzəriyyəsinin əsas anlayışları. Optimal strategiyalar.

  53. Matris oyunlarının riyazi aparatı. Minimaks prinsipi.

  54. Düyün nöqtəli oyunların həll alqoritmi.

  55. Düyün nöqtəsi olmayan oyunlar. Qarışıq strategiyalar.

  56. Oyunun həlli haqqında Fon-Neyman teoremi.

  57. Qarışıq strategiyalar haqqında teorem və onun nəticələri.

  58. Oyunun xətti optimallaşdırma modelinə gətirilməsi və həlli.

  59. Risk şəraitində aparılan oyunlar. Risk matrisi.

  60. İnsanın təbiətlə oyununda təbiətin vəziyyətinin qiymətləndirilməsi kriteriyaları.

Yüklə 17,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin