Elektrik şəbəkələrində daxili və atmosfer ifrat gərginliklərindən mühafizə. Mühafizə qurğularının diaqnostikası və sınağı



Yüklə 192 Kb.
tarix21.01.2017
ölçüsü192 Kb.
#6203


Elektrik şəbəkələrində daxili və atmosfer ifrat gərginliklərindən mühafizə. Mühafizə qurğularının diaqnostikası və sınağı” kursunun ƏM, TT və YTQ

TESTLƏRİ

  1. Hansı xəsarət növləri var?

  1. mexaniki

  2. termiki

  3. kimyəvi

  4. elektriki

  5. 1,2,3,4 – də göstərilənlər

  1. Fərdi mühafizə vasitələri hansılardır?

  1. Xüsusi geyimlər, ayaqqabılar

  2. Qoruyucu kəmərlər, montyor caynaqları

  3. Dəbilqələr, şlemlər

  4. Əleyhiqazlar, respiratorlar

  5. 1,2,3,4 – də göstərilənlər

  1. Kollektiv mühafizə vasitələri hansılardır?

  1. Blokirovkalar, çəpərləmələr

  2. Torpaqlamalar, sıfırlamalar

  3. Təhlükəsizlik plakatları

  4. İstilik izolyasiyası

  5. 1,2,3,4 – də göstərilənlər

  1. Əsas mühafizə vasitələri hansılardır?

  1. Onlar elektrik qurğusunun işçi gərginliyinə hesablanırlar

  2. Onlarla gərginlik altında olan, cərəyan daşıyan hissələrə toxunmaq olar

  3. Onlar işçi gərginliyə uzun müddət davam gətirirlər

  4. 1,2,3 – də göstərilənlər

  5. 1,2 – də göstərilənlər

  1. Köməkçi mühafizə vasitələri hansılardır?

  1. Onlar sınaqdan keçmirlər

  2. Onlar əsas mühafizə vasitələrini tamamlayırlar

  3. Onlarla gərginlik altında olan hissələrə qısa müddətə toxunmaq olar

  4. Əsas mühafizə vasitələrindən istifadə edərkən onlarsız keçinmək olar

  5. 1000 V-a qədər gərginlikdə cərəyan daşıyan hissələrə toxunmaq olar

  1. 1000 V-dan yuxarı gərginlikdə əsas mühafizə vasitələri hansılardır?

  1. Gərginlik göstəriciləri

  2. Ştanqlar

  3. Ölçü kəlbətinləri

  4. Dielektrik əlcəklər

  5. 1,2,3 – də göstərilənlər

  1. 1000 V-dan yuxarı gərginlikdə köməkçi mühafizə vasitələri hansılardır?

  1. Dielektrik əlcəklər

  2. Montyor alətləri

  3. Əriyən qoruyucuları qoyub-çıxaran maşalar

  4. Gərginlik göstəriciləri

  5. Ştanqlar

  1. 1000 V-a qədər gərginlikdə əsas mühafizə vasitələri hansılardır?

  1. Gərginlik göstəriciləri

  2. Montyor alətləri

  3. Dielektrik əlcəklər

  4. Ölçü kəlbətinləri

  5. 1,2,3,4 – də göstərilənlər

  1. 1000 V-a qədər gərginlikdə köməkçi mühafizə vasitələri hansılardır ?

  1. Rezin əlcəklər

  2. Mühafizə eynəkləri

  3. Dielektrik ayaqaltıları

  4. 2,3-də göstərilənlər

  5. 1, 3-də göstərilənlər.

  1. Mühafizə kəmərləri necə sınaqdan keçirilir?

  1. İldə 1 dəfə, 250 kq yüklə

  2. 6 ayda 1 dəfə, 225 kq yüklə

  3. İldə 1 dəfə, 175 kq yüklə

  4. 6 ayda 1 dəfə, 200 kq yüklə

  5. İldə 1 dəfə, 225 kq yüklə .

  1. Montyor caynaqları necə sınaqdan keçirilməlidir?

  1. İldə 1 dəfə, 135 kq yüklə

  2. İldə 1 dəfə, 225 kq yüklə

  3. 6 ayda 1 dəfə, 135 kq yüklə

  4. 6 ayda 1 dəfə, 225 kq yüklə

  5. 6 ayda 1 dəfə, 175 kq yüklə

  1. Dielektrik botular necə sınaqdan keçməlidirlər?

  1. 3 ildə 1 dəfə 15 kV gərginliyə

  2. 2 ildə 1 dəfə 9 kV gərginliyə

  3. 3 ildə 1 dəfə 9 kV gərginliyə

  4. 2 ildə 1 dəfə 15 kV gərginliyə

  5. 5 ildə 1 dəfə 9 kV gərginliyə

  1. Rezin qaloşlar necə sınaqdan keçməlidirlər?

  1. İldə 1 dəfə, 3,5 kV gərginliyə

  2. İldə 1 dəfə, 2,5 kV gərginliyə

  3. 2 ildə 1 dəfə 3,5 kV gərginliyə

  4. 2 ildə 1 dəfə 2,5 kV gərginliyə

  5. 3 ildə 1 dəfə 3,5 kV gərginliyə.

  1. HX-nin qoruq zonası neçə metrdir?

  1. 6-10 kV-da, 10 metr; 35 kV-da, 15 metr; 110 kV-da, 20 metr

  2. 6-10 kV-da, 5 metr; 35 kV-da, 10 metr; 110 kV-da, 10 metr

  3. 6-10 kV-da, 3 metr; 35 kV-da, 10 metr; 110 kV-da, 15 metr

  4. 6 kV-da, 5 metr; 10 kV-da 10 metr; 35 kV-da, 15 metr; 110 kV-da, 20 metr

  5. 6 kV-da , 10 metr; 10 kV-da 15 metr; 35 kV-da, 20 metr; 110 kV-da, 25 metr

  1. Aşağıdakılardan hansılar «xüsusi işlərə» aiddir?

  1. 5 metrdən yüksəklikdə görülən işlər

  2. Yüksək gərginliklə sınaq işləri

  3. Təzyiq altındakı avadanlığa xidmət işləri

  4. Gərginlik altında görülən işlər

  5. 1,2,3,4-də göstərilənlər

  1. Xüsusi işlərə «buraxma» icazəsi hansı sənədlərdə qeyd olunur?

  1. Biliklərin yoxlanması jurnalında, komissiyanın rəyində

  2. Biliyi yoxlananın vəsiqəsində

  3. Müəssisə üzrə verilən əmrdə

  4. 1,2-də göstərilənlər

  5. 1,3-də göstərilənlər

  1. Gərginlik altında olan avadanlıqlara buraxıla bilən məsafə nə qədərdir?

  1. 6-10 -35 kV-1 metr; 110 kV- 1 metr

  2. 6-10 -35 kV-0,6 metr; 110 kV- 1 metr

  3. 6-10 kV-0,6 metr; 35 kV-1 metr 110 kV- 2,5 metr

  4. 6-10 kV -0,6 metr; 35-110 kV- 1 metr

  5. 6 kV -0,6 metr; 10-35 kV- 1 metr; 110 kV- 1,5 metr.

  1. “Addım gərginliyi”ndən işçini hansı mühafizə vasitələri qoruyur?

  1. Dielektrik ayaqaltılar

  2. Rezin qaloşlar

  3. Dielektrik botular

  4. Rezin ayaqaltılar

  5. Xüsusi ayaqqabılar

  1. İşə buraxan kimlər ola bilər?

  1. Növbətçi heyət: 1000 kV-dan yuxarı qurğularda IV qr; 1000 kV-a qədər III qr;

  2. Növbətçi heyət: 1000 kV-dan yuxarı qurğularda IV qr; 1000 kV-a qədər IV qr;

  3. Növbətçi heyət: 1000 kV-dan yuxarı qurğularda V qr; 1000 kV-a qədər III qr;

  4. Ustalar: 1000 kV-dan yuxarı qurğularda V qr; 1000 kV-a qədər IV qr;

  5. Ustalar: 1000 kV-dan yuxarı qurğularda V qr; 1000 kV-a qədər III qr;

  1. Rəhbərliyin yazılı göstərişi ilə işçilərə hansı hüquqlar verilir?

  1. Avadanlığa təkbaşına baxış keçirmək

  2. İş yerini hazırlamağa və işəburaxmağa icazə vermək

  3. Nəzarətçi olmaq

  4. 1,2-də göstərilənlər

  5. 1,2,3-də göstərilənlər

  1. Briqada üzvlərinin qrupu neçə olmalıdır?

  1. II qrup

  2. Gərginlik altında işləyərkən III qrup

  3. Potensial altında işləyərkən IV qrup

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Briqadanın tərkibində I qrup neçə nəfər ola bilər?

  1. Hər bir I qrupa, bir nəfər III qr. olmalıdır

  2. I qrup işçilərin sayı 3 nəfəri keçməməlidir

  3. 5 nəfəri keçməməlidir

  4. 1,2-də göstərilənlər

  5. 2,3-də göstərilənlər

  1. Briqada üzvlərini kim təlimatlandırmalıdır?

  1. İşə buraxan

  2. İş icraçısı

  3. İş rəhbəri əlavə edə bilər

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Naryadın “xüsusi göstərişləri"də nələr qeyd edilir ?

  1. Əlavə təhlükəsizlik tədbirlərinin görülməsi

  2. İş rəhbəri tərəfindən fasiləsiz nəzarətin olması

  3. Torpaqlamaların müvəqqəti çıxarılması

  4. İş rəhbərinə və ya iş icraçısına işə buraxan hüququnun verilməsi

  5. 1,2,3,4-də göstərilənlər

  1. Hansı hallarda iş rəhbəri mütləq təyin olunmalıdır ?

  1. Dayaqlar quraşdırılarkən və sökülərkən

  2. Yükqaldırma maşınları və mexanizmlərdən istifadə edilərkən

  3. HX-nin kəsişmə yerlərində iş görülərkən

  4. Gərginlik və potensial altında iş görülərkən

  5. 1,2,3,4-də göstərilənlər

  1. Gərginliyin olmamasını kim yoxlaya bilər?

  1. Y/st-da: 1000 V-dan yuxarı qurğularda IV qr, 1000 V-dan aşağı III qr.

  2. HX-də 1000 V-dan yuxarı qurğularda IV və III qr, 1000 V-dan aşağı III qr.

  3. Y/st-da 1000 V-dan yuxarı qurğularda IV və III qr, 1000 V-dan aşağı III qr

  4. HX-də 1000 V-dan yuxarı qurğularda IVqr. 1000 V-dan aşağı III qr

  5. 1,2-də göstərilənlər

  1. Hansı hallarda naryad yenidən yazılmalıdır?

  1. İşin rəhbəri dəyişərsə

  2. İş icraçısı dəyişərsə

  3. Briqadanın tərkibi 50%-dən çox dəyişərsə

  4. İşin yerinə yetirilmə şəraiti dəyişərsə və ya iş yeri genişləndirilərsə

  5. 1,2,3,4-də göstərilənlər

  1. İnsan həyatı üçün qorxulu gərginlik neçə voltdur?

  1. Quru yerlərdə 42 volt, nəmli yerlərdə 36 volt

  2. Quru yerlərdə 36 volt , nəmli yerlərdə 24 volt

  3. Quru yerlərdə 42 volt , nəmli yerlərdə 12 volt

  4. Quru yerlərdə 36 volt , nəmli yerlərdə 24 volt

  5. İş şəraitindən asılı olmayaraq 12 voltdan yuxarı

  1. Energetika obyektlərində işə başlayan işçilərə olan tələblər hansılardır?

1) Tibbi müayinədən keçməlidirlər

2) Vəzifəsinə müvafiq TTQ-ni bilməlidirlər və qrupları olmalıdır.

3) Onlara vəsiqə verilməli və həmişə vəsiqəni özlərində saxlamalıdırlar.

4) 1,2,3-də göstərilənlər

5) 1,2-də göstərilənlər


  1. Enerji obyektlərində heyətlə aparılan işlərə kim cavabdehdir?

  1. Direktor

  2. Baş mühəndis

  3. ƏM və TTQ üzrə mühəndis

  4. ƏM şöbəsinin rəisi

  5. Heç kim

  1. İşində 6 aydan çox fasilə olan işçinin yenidən işə buraxılma qaydası necədir?

  1. Biliyi yenidən yoxlanmalıdır

  2. İş yerində əvəzetmə kimi işləməlidir

  3. Müvafiq təlimatlar keçməlidir

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. İstismar təlimatlarının və texnoloji sxemlərin siyahısı kim tərəfindən təsdiq olunur?

  1. Direktor

  2. Baş mühəndis

  3. Direktor müavini

  4. ƏM şöbəsinin rəisi

  5. TİŞ-nin rəisi

  1. Elektrik qurğularına xidmət edən heyətin qrupu neçə olmalıdır?

  1. 1000 V-dan yuxarı qurğularda –V qr; 1000 v-a qədər qurğularda IV

  2. 1000 V-dan yuxarı qurğularda –IV qr; 1000 v-a qədər qurğularda III

  3. 1000 V-dan yuxarı qurğularda –V qr; 1000 v-a qədər qurğularda III

  4. 1000 V-dan yuxarı qurğularda –V və III qr; 1000 v-a qədər qurğularda III

  5. 1000 V-dan yuxarı qurğularda –IV və III qr; 1000 v-a qədər qurğularda IV

  1. 1000 V-dan yuxarı elektrik qurğularına kimlər baxış keçirə bilər?

  1. Mühəndis-texniki işçilər – V qr; operativ heyət – III qr.

  2. Mühəndis-texniki işçilər – IV qr; operativ heyət – III qr.

  3. Mühəndis-texniki işçilər – V qr; operativ heyət – IVqr.

  4. İş icraçıları

  5. Ustalar

  1. Elektrik sahəsinin gərginliyi 25 kV/m-sə, orada neçə dəqiqə dayanmaq olar?

  1. 5 dəqiqə

  2. Olmaz

  3. 10 dəqiqə

  4. 3 dəqiqə

  5. 15 dəqiqə

  1. Elektrik sahəsinin gərginliyinin son həddi nə qədərdir?

  1. 25 kV/m

  2. 20 kV/m

  3. 15 kV/m

  4. 30 kV/m

  5. 10 kV/m

  1. Elektrik sahəsinin gərginliyi 5 kV/m-isə, orada neçə dəqiqə dayanmaq olar?

  1. 10 dəqiqə

  2. 8 dəqiqə

  3. 1 dəqiqə

  4. 1 saat

  5. 30 dəqiqə

  1. Sınaq sxemlərində istifadə olunan mis məftilin minimal en kəsiyi nə qədər olmalıdır?

1) 4 mm2

2) 10 mm2

3) 6 mm2

4) 8 mm2



5) 12 mm2

  1. Sınaq qurğusunun gövdəsində yerləşdirilən elastik mis məftilin minimal en kəsiyi

nə qədər olmalıdır?

  1. 16 mm2

  2. 8 mm2

  3. 10 mm2

  4. 12 mm2

  5. 16 mm2

  1. Elektrik qaynaqçısının qrupu neçə olmalıdır?

  1. Baş mühəndis təyin edir

  2. IV qrup

  3. III qrup

  4. II qrup

  5. Tələb olunmur

  1. Hansı hallarda dielektrik əlcəklərdən istifadə etmək qadağandır?

  1. Əgər sınaqdan keçməyibsə

  2. Sınaqdan keçmək barədə üstündə ştamp yoxdursa

  3. Əgər əlcəkdə deşik varsa, cırılıbsa

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2 -də göstərilənlər

  1. 1000 V-a qədər elektrik qurğularında səyyar torpaqlamalara olan tələblər hansılardır?

  1. Minimal en kəsiyi 16 mm2 olmalıdır

  2. Elastik mis məftillərdən hazırlanmalıdır

  3. Üzərində onun nömrəsini və en kəsiyini göstərən birkalar asılmalıdır

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Müddəti keçmiş mühafizə vasitələrindən istifadə etmək olarmı?

  1. Olmaz

  2. Baş mühəndisin icazəsi ilə, olar

  3. İş rəhbərinin icazəsi ilə, olar

  4. Qəza hallarında, olar

  5. Xarici görkəmi normal isə olar

  1. Dielektrik botular nə üçündür?

  1. 1000 V-dan yuxarı elektrik qurğularında köməkçi mühafizə vasitəsi kimi işlədilir

  2. 1000 V-dan yuxarı elektrik qurğularında əsas mühafizə vasitəsi kimi işlədilir

  3. «Addım gərginliyi»ndən mühafizə edir

  4. 1,2-də göstərilənlər

  5. 1,3-də göstərilənlər

  1. İşlərin təhlükəsiz icra olunması üçün təşkilati tədbirlər hansılardır?

  1. Hava şəraitinin müəyyən edilməsi

  2. Alətlərin sazlığının yoxlanması

  3. İş yerinin hazırlanması və işə buraxma

  4. Mühafizə vasitələrinin yoxlanması

  5. Təlimatın verilməsi.

  1. İşin təhlükəsiz aparılması üçün hansı şəxslər məsuliyyət daşıyır?

  1. Sex rəisi

  2. Operativ personal

  3. Usta

  4. Naryad üzrə məsul şəxslər

  5. TT üzrə mühəndis.

  1. Aşağıdakılardan hansı təşkilati tədbirlərə aiddir?

  1. Gərginliyin açılması

  2. Torpaqlamanın qoyulması

  3. Kommutasiya aparatları ilə gərginliyin çıxarılması

  4. İşin qurtarmasının rəsmiləşdirilməsi

  5. Gərginliyin olub-olmamasının yoxlanılması.

  1. Əməyin mühafizəsi və TTQ üzrə təlimatlar hansılardır?

  1. Giriş, ilkin (iş yerində), təkrar, növbədən kənar, cari

  2. Giriş, ilkin, təkrar, növbəli, cari

  3. Giriş, ilkin, təkrar, növbədən kənar, əlavə

  4. Gündəlik, ilkin, təkrar, növbədən kənar, əlavə

  5. Giriş, ilkin, gündəlik, növbəli, cari

  1. Giriş təlimatı kim tərəfindən aparılır?

  1. Kadrlar şöbəsinin rəisi tərəfindən

  2. Əməyin mühafizəsi və TT-üzrə mühəndis tərəfindən

  3. Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən

  4. Naryad və sərəncam vermək hüququ olan şəxs tərəfindən

  5. Baş mühəndis tərəfindən təyin edilmiş şəxs tərəfindən

  1. İlkin, təkrar və növbədənkənar təlimatları kimlər aparır?

  1. Kadrlar şöbəsinin rəisi

  2. Həmkarlar İttifaqı Komitəsinin sədri

  3. Baş mühəndis tərəfindən təyin edilmiş şəxs

  4. İnzibati-texniki rəhbər işçi (sex rəisi, sahə rəisi, laboratoriya rəhbəri, onların müavinləri)+

  5. Əməyin mühafizəsi və TT mühəndisi

  1. Hansı aşağıda adı çəkilən mühafizə vasitələri 1000 V-a qədər qurğularda əsas mühafizə vasitələrinə aiddir?

  1. Dielektrik əlcək, dielektrik botu, dielektrik kəlbətin, ştanqa

  2. Dielektrik xalça, dielektrik botu, dielektrik kəlbətin, ştanqa

  3. Dielektrik əlcək, dielektrik kəlbətin, montyor alətləri

  4. Dielektrik əlcək, dielektrik xalça, dielektrik botu, dielektrik kəlbətin

  5. Dielektrik botu, dielektrik xalça, dielektrik kəlbətin

  1. Dielektrik əlcəklər neçə müddətdən bir və hansı gərginlikdə sınaqdan keçməlidirlər?

  1. İldə bir dəfə, 6 kV gərginlikdə

  2. 6 ayda bir dəfə, 9 kV gərginlikdə

  3. İldə bir dəfə, 9 kV gərginlikdə

  4. 6 ayda bir dəfə, 6 kV gərginlikdə

  5. 6 ayda bir dəfə, 2,5 kV gərginlikdə

  1. Dielektrik botular neçə müddətdən bir və hansı gərginlikdə sınaqdan keçməlidirlər?

  1. 3 ildə bir dəfə 9 kV gərginlikdə

  2. 2 ildə bir dəfə 12 kV gərginlikdə

  3. 3 ildə bir dəfə 15 kV gərginlikdə

  4. 3 ildə bir dəfə 12 kV gərginlikdə

  5. 2 ildə bir dəfə 9 kV gərginlikdə

  1. Montyor alətləri neçə müddətdən bir və hansı gərginlikdə sınaqdan keçməlidirlər?

  1. 6 ayda bir dəfə, 3 kV gərginlikdə

  2. İldə bir dəfə, 2,0 kV gərginlikdə

  3. 6 ayda bir dəfə, 6 kV gərginlikdə

  4. İldə bir dəfə, 3 kV gərginlikdə

  5. 2 ildə bir dəfə, 2,5 kV gərginlikdə

  1. Hansı aşağıda adı çəkilən mühafizə vasitələri 1000 V-a qədər qurğularda əsas, 1000V-dan artıq qurğularda isə köməkçi mühafizə vasitələri sayılır?

  1. Dielektrik xalça

  2. Ştanqa

  3. Dielektrik botu

  4. Dielektrik əlcək

  5. Dielektrik kəlbətin

  1. Zərər çəkmiş adama süni nəfəsvermə zamanı dəqiqədə neçə dəfə üfürmək lazımdır?

  1. 10 dəfə

  2. 12 dəfə

  3. 15 dəfə

  4. 17 dəfə

  5. 20 dəfə

  1. Ürəyin xaricdən masaj edilməsi zamanı döş qəfəsini dəqiqədə neçə dəfə sıxmaq lazımdır?

  1. 50-55 dəfə

  2. 60-70 dəfə

  3. 75-80 dəfə

  4. 85-90 dəfə

  5. 95-100 dəfə

  1. Zərər çəkən şəxsə iki nəfər tərəfindən kömək göstərilərsə, süni nəfəsvermə ilə ürəyin masaj edilməsinin nisbəti neçə olmalıdır?

  1. 1:3

  2. 1:4

  3. 1:5

  4. 1:7

  5. 1:10

  1. İşçinin əlindən, qolundan, kəsik yaradan möhkəm qanaxma zamanı ilk yardım necə göstərilir?

  1. Yaraya möhkəm sarğı bağlayıb, həkimə çatdırılmalı

  2. Yaradan yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı

  3. Dirsəkdən yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı

  4. Qoltuq hissədə damarı barmaqlar sıxıb, həkimə çatdırılmalı

  5. Təcili həkimə çatdırılmalı

  1. İşçinin ayağında pəncədən yuxarı topuqdan, kəsik yaradan möhkəm qanaxma zamanı ilk yardım necə göstərilir?

  1. Yaradan yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı

  2. Dizdən yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı

  3. Yaraya möhkəm sarğı bağlayıb, həkimə çatdırılmalı

  4. Təcili həkimə çatdırılmalı

  5. Bud hissədə damarı barmaqla sıxıb, həkimə çatdırılmalı

  1. Naryad neçə günlük verilə bilər?

  1. 10

  2. 15

  3. 20

  4. 1 ay

  5. Təmir müddətinə

  1. Naryad neçə dəfə və neçə günlük uzadıla bilər?

  1. 1 dəfə – 1 aylıq

  2. 2 dəfə – 15 günlük

  3. 1 dəfə – 20 günlük

  4. 1 dəfə – 15 günlük

  5. Neçə dəfə lazımdırsa, ümumi müddəti 3 aydan çox olmayaraq

  1. İş yerini genişləndirmək olarmı?

  1. Naryad verən şəxsdən icazə almalı

  2. Baş mühəndisdən icazə almalı

  3. Olmaz! Yeni naryad yazmalı

  4. İş rəhbərindən icazə almalı

  5. Operativ heyətdən icazə almalı

  1. Sərbəst işə hansı hallarda buraxılır?

  1. Biliyi yoxlanılır, əvəzetmə keçir və ixtisas vəsiqəsinə qeyd edildikdən sonra əmrləşdirilir və sərbəst işə buraxılır

  2. Uzun müddət digər obyektlərdə işləməsi əsas tutularaq sərbəst işə buraxılır

  3. Ali təhsilli olduqda sərbəst işə buraxılır

  4. İxtisası yoxlanılır, müvafiq jurnalda əmrləşdirilir, sərbəst işə buraxılır

  5. Həmkarların yığıncağı keçirilir, səs çoxluğu ilə sərbəst işə buraxılır

  1. Əks-qəza məşqlərindən «qeyri-kafi» qiymət alanlara qarşı hansı cəza tədbirləri görülür?

  1. Aşağı vəzifəyə keçirilir

  2. Vəzifədən çıxarılır

  3. Onlarla fərdi məşqlər keçirilir

  4. Onların bilikləri növbədənkənar yoxlanır

  5. Onlarla növbədənkənar təlimat keçirilir

  1. Naşatır spirtinin təyinatı və qəbuletmə üsulları necədir?

  1. Huşunu itirdikdə 2-3 damcı ilə pambığı yaş etməklə burnuna iylətmək

  2. Gözləri 2%-li məhlulla yumaq

  3. Qanaxmanın qarşısını almaq üçün yara üzərinə 2-3 damcı isladılmış tənzifi bağlamaq

  4. Yoluxmanın qarşısını almaq üçün yaranın yuyulması məhlulunun hazırlanmasında istifadə etmək

  5. Donmuş (şaxta vuran) yerlərə sürtmək

  1. İçməli soda məhlulundan necə istifadə edilir?

  1. Əsəb sistemini sakitləşdirmək üçün bir xörək qaşığı içmək

  2. Elektrik qövsü yanığı zamanı gözləri yumaq

  3. Kiçik, açıq yarada yoluxmanın qarşısını almaq

  4. Turşu yanığı zamanı ağız və gözü yumaq

  5. Qələvi yanığı zamanı ağız və gözü yumaq

  1. Zərərçəkənin azad olması üçün gərginliyin çıxarılması necə həyata keçirilir?

  1. Gecikmədən, istənilən kommutasiya aparatı ilə

  2. Rəhbər əməliyyat heyətinin icazəsi ilə

  3. İş rəhbərinin icazəsi (göstərişi) ilə

  4. Əməliyyat heyətin icazəsi (göstərişi) ilə

  5. Gecikmədən, yük cərəyanlarını ayıran açarı açmaqla

  1. Bor turşusundan məhlulundan harada və necə istifadə edilir?

  1. Dəridə I dərəcəli yanğının üstünə çəkilməsi üçün

  2. Dəridə donmuş yerlərə çəkilməsi üçün

  3. Elektrik qövsü zamanı gözün yuyulması üçün

  4. Turşu yanığı zamanı ağızın içinin və gözün yuyulması üçün

  5. Ürəkkeçmə vaxtı 2-3 damcı nəmlədilmiş pambıqla iyləmək üçün

  1. Qısa müddətli, fasilələrlə özünə gəlmə tədbirlərini (süni nəfəs vermə, ürəyin masajı), dayandırmaq olarmı?

  1. Olar, hər 15 dəqiqədən bir fasilə 3 dəqiqədən çox olmamaq şərtilə

  2. Olar, kömək edənlər növbəli işlədikdə, fasilə 2 dəqiqədən çox olmamaq şərtilə

  3. Olar, hər 30 dəqiqədən bir fasilə 1 dəqiqə olduqda

  4. V qrupdan az olmayan administrativ-texniki rəhbərin göstərişi olduqda

  5. Olmaz

  1. Nə vaxt elektrik cərəyanından zərərçəkənə ilk yardımı dayandırırlar?

  1. Əgər nəfəs və döyünmə yoxdursa, ilk yardımdan 2 saat sonra bərpa olmursa, onda dayandırırlar

  2. Əgər nəfəs, ürək döyünməsi və nəbzin döyünmə ritmliyi yoxdursa, və V ixtisas qrupunda olan 2 nəfər bunu təsdiq edirsə, onda dayandırılır

  3. Müəssisənin rəhbərliyinin rəyi ilə dayandırılır

  4. Həkimin rəyi ilə dayandırılır

  5. Dayandırılmır

  1. Elektrik cərəyanı vuran şəxs üçün bütün hallarda həkimi çağırmaq lazımdırmı?

  1. Lazımdır, əgər zərərçekən 15 dəqiqə ərzində özünə gəlməzsə

  2. Həmişə lazımdır

  3. Tələb olunmur, o halda ki, zərərçəkən bihuş olmayıb

  4. Lazımdır, əgər göstərilən ilk yardımın nəticəsi yoxdursa

  5. İxtisas qrupu V olan rəhbər-texniki işçinin qərarına görə.

  1. Validolun təyinatı və qəbulu üsulları necədir?

  1. Baş ağrısı zamanı bir həb atmaq

  2. Mədədə ağrı və qıcqırma zamanı dilin altında bir ədəd həbi tam əriyənədək saxlamaq

  3. Şəxsi yeməklərdən zəhərlənmə zamanı dilin altında bir ədəd tam əriyənədək saxlamaq

  4. Güclü başgicəllənmə zamanı bir-iki həb qəbul etmək

  5. Ürək nahiyəsindəki güclü ağrılar zamanı dilin altında bir həbi tam əriyənədək

saxlamaq

  1. Briqadaya işə buraxıldıqdan sonra ona kim nəzarət edir?

  1. İş icraçısı

  2. İş rəhbəri

  3. Əməliyyatçı heyət

  4. Nəzarət edilmir

  5. İşə buraxan

  1. III dərəcəli yanığın üzərinə ilk yardım zamanı nə çəkilir (və ya sürtülür)?

  1. Vazelin

  2. Bor mazı

  3. Bitki yağları

  4. Duzsuz heyvan piyi

  5. Steril bint qoyulur

  1. Valerian damcıları nə üçündür və necə qəbul edilir?

  1. Özündən getmə vaxtı 2-3 damcı ilə isladılmış pambığı iyləmək

  2. Donmuş yerə tökmək üçün

  3. Ürək nahiyəsindəki xoşagəlməyən hiss zamanı və əsəb sistemini sakitləşdirmək üçün 20-25 damcı suya töküb içmək +

  4. Baş ağrıları olduqda

  5. Qələvi yanığını neytrallaşdırmaq üçün

  1. Qanaxmanı saxlamaq üçün hansı maksimal vaxta burqac (jqut) bağlanılır?

  1. Həkimin gəldiyi vaxta kimi

  2. Qanaxmanın dayandığı vaxta kimi

  3. 3-4 saat ərzində

  4. 1,5 saat ərzində

  5. 0,5-1 saat ərzində

  1. Ürəyin xaricdən masajı nə vaxt edilir?

  1. Nəbz olmadığı halda

  2. Özündən getmə vaxtı

  3. Ağızdan ağıza sünü nəfəsvermə metodu tətbiq edildiyi halda

  4. Zərərçəkəni cərəyanın təsirindən azad etdikdən sonra

  5. Sünü nəfəsvermə metodlarınnın istənilən birinin tətbiq edildiyi halda

  1. Turşu buxarının gözə düşməsi vaxtı ilk yardım hansıdır?

  1. Soyuq marqansovkanın 5%-li məhlulu ilə yuyulması

  2. Naşatır spirtinin 2% məhlulu ilə yuyulması

  3. İçməli sodanın 5%-li məhlulu ilə yuyulması

  4. Bor turşusunun 5%-li məhlulu ilə yuyulması

  5. Zəif marqansovka məhlulu ilə gözün vanna edilməsi

  1. 3%-li uksus turşusu məhlulu nə üçün istifadə edilir?

  1. Qələvi yanığını yumaq üçün

  2. Turşu yanığını yumaq üçün

  3. Arterial qanaxmanı dayandırmaq üçün

  4. Venadan qanaxmanı dayandırmaq üçün

  5. Mədənin civə ilə zəhərlənməsində

  1. Ürəyin masajının effektliyinin nişanələri (döyünmədən başqa) hansıdır?

  1. Dəridə göyərmənin azalması və selikli qişanın azalması

  2. Bəbəyin böyüməsi və dərinin üstündə göylüyün azalması

  3. Bəbəyin böyüməsi və müstəqil nəfəsalmanın yaranması

  4. Bəbəyin yığılması, müstəqil nəfəsalmanın yaranması, dəri qatında göyərmənin və selikli qişanın azalması

  5. Bəbəyin yığılması və müstəqil nəfəsalmanın əmələ gəlməsi

  1. Yuxu arteriyası harada yerləşir?

  1. Sol qulağın altında

  2. Sağ qulağın altında

  3. Boğazın hər iki tərəfində

  4. Sol körpucük sümüyündə

  5. Sağ körpucük sümüyündə

  1. Ağızın içərisində qələvidən yanıq zamanı ilk yardım hansıdır?

  1. Marqansovka məhlulu ilə yaxalamaq

  2. Bor turşusunun 2%-li məhlulu ilə yaxalamaq

  3. Validolun 2%-li məhlulu ilə yaxalamaq

  4. Uksus turşusunun 5%-li məhlulu ilə yaxalamaq

  5. İçməli sodanın 2%-li məhlulu ilə yaxalamaq

  1. Əgər kömək göstərən təkdirsə, süni nəfəsvermə ilə ürəyin masaj edilməsinin nisbəti necə olmalıdır?

  1. 1:5

  2. 1:10

  3. 2:10

  4. 2:5

  5. 2:15 +

  1. Gərginlik altına düşənə necə yardım etməli?

  1. Yaş torpaqda bastırmaqla

  2. Sünü nəfəs verməklə və ürəyin massaji ilə

  3. Üzünə soyuq su səpməklə

  4. Havaya çıxarmaqla

  5. Su içirtməklə

  1. Elektrik qövsünün təsirindən gözlər zədə alıbsa nə etməli?

  1. 1 stəkan suya 1 qaşıq bor turşusu töküb, həmin məhlulda pambıq isladaraq, gözlərin üstünə qoy-lı

  2. 1 stəkan suya 1/2 qaşıq bor turşusu töküb, həmin məhlulda pambığı isladaraq, gözlərin üstünə qoy-lı

  3. 1 stəkan suya 1/2 qaşıq sulfat turşusu töküb, həmin məhlulda pambıq isladaraq, gözlərin üstünə qoy-lı

  4. 1 stəkan suya 1 qaşıq qələvi töküb, həmin məhlulda pambıq isladaraq, gözlərin üstünə qoy-lı

  5. 1 stəkan suya 1/2 qaşıq qələvi töküb, həmin məhlulda pambıq isladaraq, gözlərin üstünə qoy-lı

  1. Giriş təlimatı neçə müddətdən bir keçirilməlidir?

  1. Ayda 1 dəfə

  2. Rübdə 1 dəfə

  3. İldə 1 dəfə

  4. İşə qəbul olunan zaman

  5. 3 ildə 1 dəfə.

  1. Növbədənkənar təlimat hansı müddətdə keçirilməlidir?

  1. Rübdə 1 dəfə

  2. Ayda 1 dəfə

  3. Struktur bölmənin rəhbərinin göstərişi ilə

  4. Baş mühəndis təyin edir

  5. İşdə qəza, bədbəxt hadisə, yanğın və s. baş verərsə, işçi uzun müddət öz iş yerindən kənarlaşarsa, kobud surətdə ƏM və TT qaydalarını pozarsa.

  1. İş vaxtı istehsalat zədələnmələrinin və bədbəxt hadisələrin qarşısının alınması üçün əsas tədbirlər hansılardır?

  1. İşin təhlükəsiz görülməsi üçün təşkilatı və texniki tədbirlər

  2. İş yerlərində profilaktik yoxlamalar

  3. Təhlükəsizlik texnikası gününün keçirilməsi

  4. Əks qəza məşqlərinin keçirilməsi

  5. Daimi nazarətin olması

  1. İşçi işə daxil olarkən ilk növbədə hansı təlimatla təlimatlandırılır?

  1. Cari

  2. Təkrar

  3. Növbədənkənar

  4. Giriş

  5. İş yerində ilkin.

  1. Giriş təlimatından sonra iş yerində hansı növbəti təlimat keçirilir?

  1. Təkrar

  2. Cari

  3. İlkin

  4. Giriş

  5. Növbədənkənar .

  1. Qaydalara uyğun kimə naryadın uzadılması hüququ verilir ?

  1. Naryad verən şəxsə

  2. Baş mühəndisə

  3. İşin rəhbərinə

  4. İş icraçısına

  5. Naryad vermək hüququ olan şəxsə.

  1. Gərginlik altında qalmış cərəyan daşıyıcı hissələrin müvəqqəti çəpərləmələrində hansı lövhələr asılır?

  1. «Keçid Qadağandır»

  2. «Qalxma! Öldürər»

  3. «Qoşma! Adamlar İşləyir»

  4. «Burada İşləmələi»

  5. «Dayan! Gərginlik»

  1. İlkin təlimat kim tərəfindən keçirilir?

  1. Baş mühəndis tərəfindən

  2. ƏM və TT üzrə mühəndis tərəfindən

  3. Müvafiq struktur bölməsinin rəhbəri tərəfindən

  4. Usta tərəfindən

  5. Növbətçi tərəfindən.

  1. Süni nəfəs verdikdə 1 dəqiqədə neçə dəfə üfürmək lazımdır?

  1. 10 dəfə

  2. 15 dəfə

  3. 9 dəfə

  4. 12 dəfə

  5. 11 dəfə

  1. Hər 2 üfürmədən sonra neçə dəfə ürək nahiyəsinə əl ilə masaj göstərilməlidir?

  1. 10 dəfə

  2. 9 dəfə

  3. 11 dəfə

  4. 14 dəfə

  5. (12 – 15) dəfə

  1. 1 dəqiqə müddətində neçə dəfə ürəyə masaj və üfürülmə edilməlidir?

  1. 50 masaj, 10 üfürmə

  2. 55 masaj, 9 üfürmə

  3. 60 masaj, 12 üfürmə

  4. 65 masaj, 15 üfürmə

  5. 70 masaj, 16 üfürmə

  1. Elektrik qurğularının hansı hissələri torpaqlanmalı yaxud sıfırlanmalıdır?

  1. Elektrik qurğularının bütün hissələri;

  2. Ancaq dayaqlar torpaqlanmalıdır;

  3. Torpaqlanmamalıdır;

  4. Elektrik qurğularının normal rejimdə gərginlik altında olan bütün metallik hissələri;

  5. Elektrik qurğularının izolyasiyası zədələndikdə gərginlik altına düşə bilən bütün metal hissələri.

  1. Qaydalar HX-də təmir işləri zamanı iş yerində bütün faza naqillərinin torpaqlanmasını tələb edir yoxsa yox?

  1. Tələb edir

  2. Tələb etmir

  3. Tələb edir ancaq 1000 V-dan – 110 kV-dək HX-də

  4. Tələb edir ancaq 110 kV-dan – 330 kV-dək HX-də

  5. Tələb edir ancaq 330 kV-dan və yuxarı HX-də

  1. Briqada üzvlərini işə buraxmazdan əvvəl texniki tədbirlərin yerinə yetirilməsini ən əsas kim yoxlayır?

  1. İşin rəhbəri;

  2. İş yerini hazırlayan şəxs;

  3. İşə buraxan;

  4. İş icraçısı;

  5. Nəzarətçi.

  1. Qısa müddətli işlər hansılardır?

  1. 1 saat ərzində 3 nəfər briqada üzvü ilə görülən işlər;

  2. 3 saat ərzində 3 nəfər briqada üzvü ilə görülən işlər;

  3. 1 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər;

  4. 3 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər;

  5. 2 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər.

  1. Yanğınların törənməsinin əsas səbəbləri hansılardır?

  1. İstehsalatın texnologiyasının pozulması və artıq yüklənmələr

  2. Qurğu və avadanlığın nasaz olması

  3. Avadanlığın və ərazinin çirkli olması

  4. Yanğına qarşı rejimin pozulması

  5. 1,2,3,4-də göstərilənlər

  1. TİQ-nin hansı tələblərinin pozulması ağac dayaqlarda yanğına səbəb ola bilər?

  1. Ağac dayaqların ətrafı, 2 metr diametrində otlardan təmizlənməlidir

  2. «P»-şəkilli dayaqlarda kryuklar bir-biri ilə məftillə və yerlə birləşdirilməlidir

  3. Dayaqdakı izolyatorlar təmiz və yararlı olmalıdır

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Gərginlik altında olan elektrik qurğularını hansı növ odsöndürücü vasitələrlə söndürmək olar?

  1. Dövrədən açmadan, karbon dioksidlə;

  2. Köpüklə;

  3. Olmaz;

  4. Su ilə;

  5. Köpükəmələgətirici ilə

  1. Yanğın baş verdikdə hansı nömrə ilə yanğından mühafizə dəstəsinə zəng etmək lazımdır?

  1. «01»

  2. «101»

  3. «111»

  4. «201»

  5. «911»

  1. Hava köpük yanğınsöndürənlərlə hansı yanğınları söndürmək olar?

  1. Elektrik mühərriklərində baş verən yanğınları

  2. Panellərdə baş verən yanğınları

  3. Elektrik avadanlıqlarda, kabel və məftillərdə baş verən yanğınları

  4. Yağla dolu avadanlıqlarda və neft məhsullarında (mazut, transformator yağı, turbin yağı və s.) baş verən yanğınları

  5. Kabellərdə baş verən yanğınları

  1. Karbon oksidli (KO tipli) yanğınsöndürənlərdən istifadə edərkən karbon-qazı çıxan boruda temperatur neçə dərəcəyə düşür?

  1. -20°S ÷ -30°S

  2. -30°S ÷ -40°S

  3. -40°S ÷ -50°S

  4. -50°S ÷ -60°S

  5. -60°S ÷ -70°S

  1. TT-sı günü müəssisə və təşkilatlarda nə vaxt keçirilir?

  1. Hər ayın əvvəli

  2. Ayın axırıncı günü

  3. Hər ayın 2-ci həftəsinin II günü

  4. Hər ayın ortası

  5. Hər ayın birinci həftəsi

  1. Açıq çəkilmiş torpaqlayıcı naqillər hansı rənglə rənglənməlidir?

  1. Sarı



  2. Qırmızı

  3. Qara

  4. Rənglənmirlər.

  1. Qoşduqda iş yerinə gərginlik verilməsi ehtimalı olan ayırıcıların, ayıranların və açarlarının intiqalında hansı lövhələr asılmalıdır?

  1. «Dayan! Gərginlik”»

  2. «Qoşma! Adamlar işləyir»”

  3. «Açma! Adamlar işləyir»”

  4. «Keçid qadağandır”»

  5. «Qalxma! Öldürər”».

  1. İşçi briqada fasiləyə çıxanda naryad kimdə qalmalıdır?

  1. Naryad verəndə;

  2. İş rəhbərində;

  3. İş icraçısında;

  4. İşə buraxanda;

  5. Briqada üzvlərində.

  1. Yüksəklikdə elektrik cərəyanından zədələnən şəxsin xilasedici tərəfindən görülən tədbirlərinin hansı əsas sayılır?

  1. Mümkün qədər tezliklə zədələnən şəxsi yüksəklikdən yerə endirmək;

  2. Yüksəklikdə ilk yardım etmək;

  3. Üç xilasedicidən az olmamaq şərtilə ilk yardım göstərilməsini təmin etmək;

  4. Mümkün qədər tezliklə zədələnən şəxsin yüksəklikdən yerə yıxılmaması üçün onu kəndirlə bir əşyaya bağlamaq;

  5. Yer səthindən 1 metr hündürlükdə bərk parçadan yelkən çəkmək;




Yüklə 192 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin