Elektron məlumat bazalarinin yaradilmasi və Vİrtual xiDMƏt baki 2012



Yüklə 189,54 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix03.12.2016
ölçüsü189,54 Kb.
1   2   3

www.kitabxana.net saytının ünvanını yazdıqda aşağıda

göstərilən şəkildəki səhifə açılır.



25

E-Kitabxana  linkinə (keçid) vurduqda  Azərbaycan,  türk,

rus,  ingilis  və başqa  dillərdə elmi,  tarixi,  bədii,  dini,  ictimai-

siyasi  kitabların  tam  mətninin  elektron  variantını axtarmaq,

həmçinin  bu  kitabları  kateqoriyalar  üzrə tapmaq  mümkündür.

Açılan  səhifədə bu  kateqoriyalar  linklər (keçid) şəklində

səhifənin  sol  tərəfindədir. Məsələn,  aşağıda  verilən  şəkildən

göründüyü  kimi, Azərbaycan ədəbiyyatı  kitab  kateqoriyasının

üstündən  vurduqda  həmin  kateqoriya  üzrə salınmış  kitabların

tam  mətninin  elektron  variantı  açılır. Əgər  bu  kateqoriya  üzrə

konkret  müəllifə və ya  sərlövhəyə görə axtarış  aparmaq

istəyiriksə, yuxarıda verilən şəkildən məlum olduğu kimi əlifba

sırası  ilə istənilən  müəllifin  və ya  sərlövhənin  baş hərfi  üzrə

axtarış aparmaq olar.



26

Göstərdiyimiz bu axtarışları həmçinin e-nəşrlər, e-uşaqlar

linkinə də aid etmək olar.

Portalda,  eləcə də,  hamını  maraqlandıran  kitabları  kağız

və elektron daşıyıcılar formatında əldə etmək  imkanı  var,

yenicə işıq  üzü  görmüş  kitabların  reklamı, PR-ı təşkil  olunur.

Ölkə və xarici  yazılı, İnternet, onlayn  KİV-dəki ən  maraqlı

yazılarla  vaxtaşırı  tanış  olmaq  mümkündür. Milli  və dünya

elektron kitabxanalarının ünvanları, yazarların saytları, eləcə də

elektron KİV-in şəbəkə ocaqları və s. elektron məlumat bazala-

rını məhz buradan axtarıb tapmaq imkanı vardır.

İstifadəçilərə xidmət  məqsədilə yaradılan  digər  virtual

kitabxanalarımızdan biri də www.kitab.az. saytında yerləşdiri-

lən elektron kitabxana və kataloqudur. Bura Milli Kitabxananın

saytından  da  keçid  almaq  olar.

Bütün təhsil  almaq  istəyən,

tədqiqat  aparan,  öz  biliklərinin  artırılmasında  maraqlı  olan,  o

cümlədən tələbə,  gənc alimlər, müxtəlif sahələr üzrə mütəxəs-

sislər,  professor  və müəllimlər,  müxtəlif  şirkətlərin  işçiləri  və

digərləri,  istənilən  vaxtda  və istənilən  yerdə www.kitab.az.

saytının resurslarından istifadə edə bilərlər.

K

itab.az. Azərbaycanın  ali  təhsil  ocaqlarının  kitabxana-



larının  və

eləcə


ixtisaslaşmış  kitabxanaların  kitab

fondlarının Elektron  Kataloqunu,  eyni  zamanda  alim  və

mütəxəssislərin  kitab,  elmi  iş  və məqalələrindən  ibarət  olan

Elektron Kitabxananı özündə cəmləşdirir.

Elektron Kataloq oxuculara Azərbaycan kitabxanalarında

olan  kitablarla  tanış  olmaq  imkanı  verir.  Kataloq Azərbaycan,

rus,  ingilis,  fransız,  alman,  ispan  və s.  dillərdə 100.000  kitab

haqqında  məlumatı  özündə cəmləşdirir.  Bu  kitabların  sayı

mütəmadi olaraq artmaqdadır.

Elektron kataloqda tapılmış kitabı oxucular yalnız kitabın

qarşısında  göstərilmiş  kitabxanadan

əldə

edə


bilərlər.

Kitabların alınması qaydaları belədir: Kitabların  axtarışı  üçün

“Axtarış” qrafasına  hər  hansı  bir  müvafiq söz (müəllifin


27

soyadı,  kitabın  adı və yaxud  kitabın  adında  olan  hər  hansı  bir

söz) yazılır. Əgər hər hansı bir mövzu üzrə olan bütün kitablara

və yaxud  hər  hansı  bir  institutda  yerləşən  kitablara  baxmaq

istəyiriksə,  onda  “Axtarış”  qrafasını  boş  saxlayaraq,  müvafiq

mövzunu  və yaxud  kitabxananı  seçib “Axtarış”  düyməsini

basırıq. Aşağıdakı şəkildən bunu aydın görmək olar.

Eyni  zamanda saytın  imkanlarından  kitab,  monoqrafiya,

elmi  tədqiqat  işləri  müəllifləri  və digər  şəxslər  də istifadə edə

bilərlər.  Onlara  öz  kitablarını  elektron  formada  yerləşdirmək

imkanı  verilir.  Kitabları  saytda  yerləşdirmək  üçün,  saytın


28

administratoruna müraciət  edə bilərlər. Administratorla əlaqə

yaratmaq  üçün  saytda  göstərilmiş əlaqələrdən  istifadə etmək

olar. Saytın ana səhifəsində yuxarıda verilən linklərdən (keçid)

biri əlaqələr  bölməsidir. Həmin  bölməni seçərkən açılan

səhifəyə virtual  blank  salınıb. Bu blankı  doldurmaqla  həmin

saytla əlaqə yaratmaq mümkün olur.

Hal-hazırda  Elektron  Kitabxanada  müxtəlif  müəlliflərə

məxsus  olan  3000  material  yerləşdirilmişdir  və müntəzəm

olaraq materialların yerləşdirilməsi davam etdirilir.

Bu  saytda  virtual  xidmətin genişləndirilməsi  məqsədilə

Azərbaycanın qabaqcıl ali təhsil ocaqları iştirak edirlər. Həmin

təhsil  müəssisələrinin  siyahısına Elektron  Kataloq  səhifəsində


29

baxmaq  olar.  Eləcə də bütün ali  məktəblər,  aşağıda  göstərilən

şərtləri  yerinə yetirməklə “Elektron Kitabxana  Şəbəkəsi”

layihəsində iştirak  edə bilərlər.  Layihədə iştirak  etmək  istəyən

kitabxanalar öz  üzərlərinə aşağıdakı  öhdəlikləri  götürməlidir-

lər:


Kompyuterdə kitabxana  fondunun  verilənlər  bazasının

yaradılmasını təşkil etmək.

Bütün  oxucuların,  həmin  bazadan kitabların axtarışını

həyata  keçirmələri üçün kitabxanada  1 ədəd İnternet  şəbəkə-

sinə qoşulmuş kompyuter quraşdırmaq.

Kitabxana işçilərinin kompyuter biliklərinin  artırılması

üçün treninqlərdə iştirakını təmin etmək.

Kitabxana 

üçün 

ayrılmış


kompyuterə

müvafiq


proqramların  yüklənməsi  və gələcəkdə nəzarət üçün  İT

mütəxəssisinin (informasiya  texnologiyası  mütəxəssisi) cəlb

olunması.

Virtual  kitabxana  xidməti  göstərən kitabxanalarımız

arasında universitet kitabxanalarının da əməyi böyükdür. Buna

misal olaraq, Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxa-

nasını göstərmək olar. Bu kitabxana lib.bsu.edu.az saytı vasitə-

silə öz  oxucularını  elektron  kataloq  və elektron  kitabxana  ilə

təmin edir.

Kitabxananın  Azərbaycan

dilində

olan  fondu  tam



elektron  kataloqa  daxil  edilmişdir  və bu  proses  hal-hazırda

davam etdirilir. Kitabxanada Azəbaycan, rus və xarici dillərdə

olan  dövri  nəşrlər,  dissertasiya  və nadir  kitablar  da  elektron

kataloqa  daxil  edilmişdir.  Bu  iş  İRBİS-64  avtomatlaşdırılmış

kitabxana-informasiya sistemi ilə həyata keçirilir.

Elmi  Kitabxananın  elektron  kataloqu  ilə tanış  olaq.

Birinci edəcəyimiz əməliyyat lib.bsu.edu.az saytına daxil olub,

ana  səhifənin  sağ  tərəfində yerləşdirilən  elektron  kataloq

bölməsinə keçid almaqdır.


30

Şəkildən  göründüyü  kimi, elektron  kataloqa  keçid

aldıqdan  sonra  yeni  bir  səhifə açılır  ki,  buradan  da  axtarılan

elm  sahəsini  kitablar  və jurnallar  keçidi vasitəsilə seçilərək

açılan elektron kataloq blankı doldurulur və “axtar” bölməsinə

vurulur.


Elmi  Kitabxananın elektron  kataloqu  vasitəsilə online

rejimində daha operativ axtarış imkanları, həmçinin tammətnli

elektron kitabxana da yaradılır. BDU-nun Elmi Kitabxanasının

elektron  kitabxanası

informasiyalaşmış  cəmiyyətin  baza

prinsiplərinə: informasiyanın əmtəəyə çevrilməsinə, informasi-

ya  bazarının  formalaşmasına,  cəmiyyət  üzvlərinin  peşə və

təhsil  hazırlığının  yüksəlməsinə,  qlobal  informasiya mühitinin

yaranmasına xidmət edir.


31

Elmi Kitabxananın elektron kitabxana bölməsi saytın ana

səhifəsinin  sağ  tərəfində yerləşdirilib  və buradan  elektron

kitablara  keçid  alınır.  Aşağıdakı  şəkildən  bunu  aydın  görmək

olar.

Beləliklə, 



universitet 

timsalında 

olan

elektron


kitabxanalar ümumi  istifadə üçün  açıq  olan  lokal  və uzaq

məsafədə yerləşən  paylanmış  informasiya  ehtiyatlarına malik-

dir. Belə elektron  kitabxanaların  informasiya  ehtiyatı  rəqəmli

formada  hazırlanmış  müxtəlif  formatlı  sənədlərdən  ibarətdir.

Bu sənədlərin bir qismi kitabxananın mülkiyyəti olub, mərkəz-

ləşmiş  formada  elektron  kitabxananın  Web  serverlərində top-

lanmışdır  və ənənəvi ədəbiyyatın  elektron  nüsxələrindən  və

kitabxana tərəfindən ödənişli və ya mübadilə üsulu ilə alınmış

elektron  sənəd  və nəşr toplusundan  ibarətdir.  Uzaq  məsafədə


32

yerləşən  ehtiyatlara

BDU-nun  elmi  kitabxanası  tərəfindən

lisenziya-“istifadə hüququ” əldə edilmiş  tammətnli  məlumat

bazaları,  həmçinin  kitabxana  tərəfindən  seçilmiş,  dəqiqliyinə

və etibarlılığına  zəmanət  verilən “istifadə üçün  açıq” olan

İnternet ehtiyatları aiddir.

Elektron  kitabxananın  informasiya  ehtiyatları  ilə kom-

plektləşməsi, əsasən  oxucu  sorğusu vasitəsilə həyata  keçirilir.

Buna  görə də oxucular azad_kurbanov@mail.ru elektron

ünvanı  vasitəsilə ödənilməyən  informasiya  tələbatları  haqda

məlumat verməlidirlər.

BDU-nun

bdu.az

saytı


sərbəst  fəaliyyət  göstərir.

İstifadəçilər  bu sayta  daxil  olmaqla,  kitabxana  haqqında

məlumat ala bilər.

İstifadəçilərə virtual kitabxana xidməti göstərən  saytları-

mız təkcə ölkəmizdə olan virtual kitabxanalarla deyil, eləcə də

dünya  kitabxanalarının  məlumat  bazaları  ilə də əlaqə yaradır.

Bu  kitabxanaların  məlumat  bazalarına  saytlarımızdan  keçid

almaq  olar.  Bunu  Milli  Kitabxananın  saytının  timsalında

göstərmək olar.

www.anl.az. saytının  ana  səhifəsinin  sol  tərəfindən

“Dünya kitabxanaları internetdə” linki (keçid) vasitəsilə dünya

kitabxanalarına  keçid  alıb,  onların  elektron kataloqunda və

elektron kitabxanasında axtarış aparmaq olar.



33

Məsələn, dünya  kitabxanaları  linkindən (keçid) iqtisadi

əməkdaşlıq  təşkilatına  üzv  ölkələrin  Milli  Kitabxanalarından

İran Milli  Kitabxanasına  keçid  alınıb. Eyni  ilə bu əməliyyatı

digər ölkələrə keçid almaqla etmək olar.


34

Ana  səhifənin aşağı  hissəsində Avropa (The  European

Library) və Azərbaycan kitabxanalarının məlumat  bazalarını

görmək olar.

Buradan  Avropa və Azərbaycan kitabxanalarının  məlu-

mat  elektron bazalarına,  elektron kataloqlarına  və elektron

kitabxanalarına keçid almaq olar.

Beləliklə,  elektron  kitabxanaların  yaradılması informa-

siya  xidmətinin  məlumat  bazalarında  axtarışın sürətli  və

keyfiyyətli aparılmasına, bunun da nəticəsində istifadəçilərin

sayının artmasına səbəb olur.

Şəhər, rayon və kənd kitabxana mütəxəssislərinə tövsiyə

kimi  deyə bilərik  ki, imkan  daxilində kompyuter  vasitəsilə

İnternetə çıxış  olmasa  da, öz  məlumat  bazalarını  yarada bilər-

lər. Onlar ilk olaraq öz rayon və şəhərləri haqqında: “Rayon və

şəhərin tarixi”, “Tarixi abidələrimiz”, “Görkəmli şəxsiyyətləri-

miz”,  “Milli Qəhrəmanlarımız”  və s.  adlı  məlumat  bazalarını

yaratmağa  cəhd  göstərə bilər,  kitabxananın  aldığı  yeni kitab-

ların siyahısını  kompyuterdə oxuculara  təqdim  etməklə “Yeni

kitablar” bazasını yaratmış olarlar. Buna misal olaraq Lerik və

Yardımlı  rayon Mərkəzi Kitabxanalarında “Ətraf  mühit”,

“Uzunömürlülər” məlumat bazalarının  yaradılması və kitabxa-

naların  veb-saytına əlavə edilməsi, Azərbaycanın  regionları

üzrə “Qədim  Bakı  və bakılılar”, “Qədim  Şuşa  və şuşalılar”,

“Qədim  Bərdə və bərdəlilər” məlumat  bazalarının yaradılma-

sını və İnternet şəbəkəsində yerləşdirilməsini göstərmək olar.



35

IV. Kitabxanalarda elektron sənəd

mübadiləsi xidmətinin təşkil edilməsi

Dördüncü  istiqamət  kitabxanalarda  elektron  sənəd

mübadiləsi  xidmətinin  təşkil  edilməsidir.  Bu  xidmət  oxucu

sifarişini uzaq  məsafədən  yerinə yetirməklə kitabxanalararası

elektron sənəd mübadiləsini təmin edir.

Son  dövrlərdə respublika  kitabxanaları kitabxanalararası

abonement  xətti  ilə oxucuların müxtəlif  elm  sahələri  üzrə

sorğularını təmin etmək  üçün  yaradılmış digər sahəvi mərkəz-

lərin  də sifarişlərini  ödəməyə çalışır. Kitabxanaçının kitabxa-

nalararası abonement xətti ilə alınan kitabı istifadə etmək üçün

öz  oxucusuna  verərkən  onu  hər  cəhətdən  məlumatlandırması

vacibdir.

Müasir  şəraitdə kitabxanalararası  abonement  xidmətinə

alternativ  xidmət növü kimi  elektron  sənəd  göndərişi  xidməti

yaradılmışdır.

Bu  xidmət  növü

vasitəsilə

kitabxanalar  operativ

tammətnli  informasiya  mübadiləsi  edir,  oxucular  isə öz  infor-

masiya tələbatını uzaq məsafədən ödəyə bilirlər.

Elektron  sənəd  göndərişi  ödənişli  xidmət növü olmaqla

kitabxanaya əlavə maliyyə vəsaitlərinin  daxil  olmasını  təmin

edir. Ödənişin  miqdarı sifarişin  xarakterindən  və göndəriş

növündən asılı olaraq bazar münasibətləri ilə tənzimlənir.

Nəzərə çatdıraq ki, M.F.Axundov  adına  Azərbaycan

Milli  Kitabxanasında  kitabların  internetlə sifariş  edilməsi  ger-

çəkləşdirilmişdir.

Sifarişçi kitabxanaya gəlmədən öz sifarişini kitabxananın

elektron  ünvanına  göndərməklə bir  saat ərzində həmin  kitabın

fondda  olub-olmadığı barədə cavab  ala  bilər.  Bu  cür xidmət

sistemi  oxucuya  operativ  informasiya  təqdim  etmək  və vaxta

qənaət etmək üçün çox əlverişlidir. Bu metod dünyanın bir çox

böyük kitabxanalarında tətbiq edilir.


36

2008-ci  ilin  mart ayından etibarən oxuculara  xidmət

növünün  keyfiyyətini yaxşılaşdırmaq  məqsədi  ilə “Məsafədən

sifariş”  (Virtual) bölməsi fəaliyyətə başladı.  Kitabxananın

saytına (www.anl.az

)

daxil  olmaqla  bölmə haqqında  məlumat



almaq  olar. Kitabxananın  üzvü  olan  hər  bir  oxucu  bu xidmət

vasitəsilə kitabxanaya  gəlmədən, iş  və ya  yaşayış  yerindən

ayrılmadan İNTERNET vasitəsilə kitab, jurnal və qəzet sifariş

verə bilər. Sifarişlər bazar ertəsindən başqa hər gün saat 10:00-

dan 16:00-dək qəbul olunur.

Oxucular sorğularına  uyğun ədəbiyyatı  sifariş  edir və

sifarişləri  2  saat  müddətinə yerinə yetirilir.  Şifrəsi oxucuya

məlum  olmayan  kitabları isə bir  gün əvvəl sifariş vermək

lazımdır.  Elektron  kataloqdan  istifadə qaydasını  da saytdan

öyrənə bilərlər.

Bu  xidmətlə elmi  işçilər  istisna  olmaqla  hər  oxucu  5

nüsxədən  artıq  kitab  sifariş  verə bilməz  və sifarişlər  3  gün

müddətinə saxlanılır.  Üç  dəfə sifariş  verib  kitabxanaya

gəlməyən oxucudan bir daha sifariş qəbul olunmur. Qəzetlərin

sifarişi  həmin  gün  üçün etibarlıdır.  Kitabxananın  ümumi

qaydasına uyğun olaraq ədəbiyyatın kitabxanadan kənara çıxa-

rılması qadağandır.

2010-ci ilin mart ayından etibarən kitabxanada olmayan

ədəbiyyatı Rusiya Dövlət kitabxanasından KAA (kitabxanalar-

arası  abonement)  bölməsi  vasitəsilə sifariş  etmək  olar.

Kitabxanalararası 

abonement 

bölməsindən 

kitabxananın

işçiləri, oxucular, Bakı,  Sumqayıt,  Abşeron  rayon  MKS-i və

digər təşkilatlar istifadə edirlər.

M.F.Axundov  adına  Milli  Kitabxananın  Elektron

informasiya  xidməti  və KAA  şöbəsi  oxuculara  təqdim  etdiyi

virtual xidmət vasitəsilə rayon və şəhər MKS-lərinin fondunda

olmayan ayrı-ayrı kitablardan (bədii ədəbiyyat istisna olmaqla)

müəyyən  hissənin,  fəslin, dövri  və ardı  davam  edən  nəşrlərdə,

elmi


əsərlərdə,  məcmuələrdə

dərc  olunmuş  məqalələrin

elektron  versiyasının  yerlərə çatdırılmasını  həyata  keçirir.


37

Sifarişlər  üçün orders@anl.az elektron  ünvanına  müraciət

edilir. Xidmət

ödənişsizdir.  Milli  Kitabxanada  olmayan

kitabların, dissertasiyaların elektron  variantı  sifarişlə (sifariş

pulludur) Rusiya Dövlət Kitabxanasından  da əldə edilə bilər.

Bu əməliyyatı əyani  surətdə təqdim  edək. Əvvəlcə Milli

kitabxananın www.anl.az saytına  daxil  oluruq,  daha  sonra

açılan  səhifənin  sol  tərəfindən  virtual  sifariş  linkinə

(keçid) vururuq.

Bu əməliyyatı yerinə yetirdikdən sonra  virtual  sifariş

edəcəyimiz səhifə açılır. Buradan istədiyimiz kitab və ya dövri

mətbuat materialını seçmək üçün link gəlir.


38

Seçilən materialın  kitab,  jurnal  və ya  qəzet  olmasını

təsdiqləmək üçün istədiyimizin üstündən vururuq və oxucunun

özü  haqqında  yəni,  adı,  soyadı,  oxucu  biletinin  nömrəsi,  kitab

haqqında  məlumatlar,  kitabxanaya  gələcəyi  vaxt  və s.  məlu-

matları doldurmaq üçün blank açılır. Bu forma aşağıdakı şəkil-

də olduğu kimidir.


39

Blankı  doldurduqdan  sonra  “yolla”  düyməsinə vurur  və

sifarişin cavabını gözləyirik.

Müasir  dövrdə kitabxanalarda  oxuculara  elektron  kitab-

xanaların  yaradılmasında  baza  rolunu  oynayan  elektron  sənəd

göndərişi xidmətini təşkil etmək üçün İnternetə qoşulmuş kom-

pyuter, faks-modem, telefon rabitəsi, skaner və printerin olması

kifayətdir.

Bu  iş  növlərini  geniş  işıqlandırmaqda  məqsədimiz İnter-

netə çıxışı olan bütün rayon və şəhər kitabxanalarının oxucula-

rın sorğularına hərtərəfli cavab vermək üçün Milli Kitabxanaya

müraciət edə bilmələrini təmin etməkdir.



V.Korporativ kitabxana - informasiya

şəbəkələrinin yaradılması

Kitabxana  proseslərinin

kompyuterləşdirilməsi  üçün

beşinci  istiqamətin  yəni,  korporativ  kitabxana-informasiya

şəbəkələrinin yaradılmasının həyata keçirilməsi məqsədəuyğun

hesab  edilir. Çünki  hazırda  rayon  və şəhər  kitabxanalarının

çoxu maliyyə vəsaitinin olmaması üzündən AKİS proqramları-

nı əldə edə bilmirlər.  Onlar  korporativ  kitabxana-informasiya

şəbəkəsinə qoşulmaqla  özlərinin  elektron kataloqunu, elektron

kitabxanasını  yarada  və oxucularının  təlabatına  cavab  verə

bilərlər. Korporativ  kitabxana-informasiya  şəbəkəsi  paylanmış

şəkildə ərazi  cəhətdən uzaq məsafədə yerləşən ayrı-ayrı kitab-

xanaların  birgə istifadə edə biləcəkləri kompyuter informasiya

şəbəkəsidir. Korporativ  şəbəkə kitabxanaların  könüllülük

prinsipi əsasında yaradılmalıdır. Korporativ kitabxana-informa-

siya  şəbəkələri  kitabxana  xidmətinin  keyfiyyətinin yüksəldil-

məsini və cüzi  maliyyələşmə şəraitində yeni  informasiya  xid-

mətinin  tətbiqini,  həmçinin  toplu  kataloqların  idarə olunması

zamanı  qüvvələrin  birləşdirilməsini, elektron  sifariş  və göndə-

riş xidmətlərindən istifadəsini və s. təmin edir.



40

Elektron sənədlərin və digər resursların istifadəsi üçün ilk

növbədə kitabxananın İnternetlə geniş əlaqələndirilmiş elektron

kitabxanası  və ya  heç  olmasa, inkişaf etmiş  lokal kompyuter

şəbəkəsi  olmalıdır.  Sonuncu  deyilən  halda  kitabxana məsafə-

dən  ötürülə bilən informasiya  resursları  ilə komplektləşdirilə

bilməz,  ancaq  optik və digər  tip  disklərdə yazılan  kitablar,

jurnallar və profilə uyğun olan məlumat bazaları ilə komplekt-

ləşdirilə bilər.  Digər  tərəfdən, əlaqədar  kitabxanada  nadir  və

qiymətli  nüsxələr  (milli ədəbiyyat)  rəqəmləşdirilmiş  formata

keçirilə, yəni  skaner  olunub,  elektron  kitabxanaya  daxil  edilə

bilər.  Bu  da  elektron  sənədlərlə komplektləşdirmənin  daxili

mənbəyi  hesab  olunur.  Optik  və digər  tip  disklərdə buraxılan

elektron  nəşrlər  və məlumat  bazaları  nəşriyyatlardan  və digər

əlaqədar  təşkilatlardan  adi  çap əsərləri  kimi  pul  köçürmə yolu

ilə alına bilər. Elektron sənədlərin və digər əlaqədar resursların

(məsələn,  biblioqrafik  məlumat  bazaları,  elektron  kataloqlar,

web  saytlar  və s.) əsas  komplektləşdirmə mənbəyi İnternet

resurslarıdır.  Bu  texnologiyadan  istifadə etdikdə tez-tez yeni-

ləşdirilən, əlavələr  edilən  və pulsuz  yayılan  elektron  sənəd

növlərinin komplektləşdirilməsi əlverişli deyil. Belə halda əla-

qədar  elektron  sənəd  növünün  və

massivinin  vaxtaşırı

aktuallaşdırılmasını  həmin  resursu  istehsal  etmiş  (hazırlamış)

qurumun öz üzərinə qoymaq, resursa dair biblioqrafik və ünvan

məlumatlarını  isə ya  kitabxananın  məxsusi  elektron  katalo-

quna, ya da registrinə (istifadə üçün tövsiyə olunan informasiya

resurslarının siyahısı) daxil etmək daha məqsədəuyğundur.

Müasir şəraitdə informasiya cəmiyyəti kitabxanalar qarşısın-

da, cəmiyyətin hər bir üzvünü informasiya ilə təmin etmək və

artan  sorğuları  operativ  şəkildə ödəmək üçün  yeni  tələblər

qoyur. Bu  isə ənənəvi  kitabxana xidmətləri içərisində lazımi

xidmətləri saxlamaqla  yanaşı,  yeni xidmətlərdən və texnologi-

yalardan  istifadə etməyə,  elektron  kataloq  və elektron  kitab-

xana  yaratmağa,  bir sözlə, kitabxanaların müasirləşdirilməsini

zəruri edir.



41

ƏDƏBİYYAT

Azərbaycan  Milli  Kitabxanası [Mətn]: kataloq  /tərt.

G.Səfərəliyeva;  red. və burax.  məs.  K.Tahirov.- Bakı,  2009.-

55, [5] s.

Xələfov, A. XXI əsrin əvvəllərində Azərbaycanda kitab-

xana işinin əsas inkişaf istiqamətləri [Mətn]: (mülahizələr, tək-

liflər və proqnozlar) /A. Xələfov.- Bakı, 2006.- 106 s.

Xələfov, A. Kitabxanaların kompyuterləşdirilməsinin

əsasları [Mətn]: dərslik /A.Xələfov, A.Qurbanov.- Bakı, 2007.-

199 s.

Xələfov, A. Heydər Əliyev  və Azərbaycanda  kitabxana

işi [Mətn] /A. Xələfov.- Bakı, 2006.- 312 s.



Kitabxana işinə dair normativ aktlar: Qanun və qanun

qüvvəli  normativ  hüquqi  sənədlər  toplusu [Mətn] /tərt.  ed.

K.M.Tahirov.- Bakı, 2004.- 52 s.

Qasımov,  V.

Elm  və təhsilin  informasiya  təminatı

sistemləri  [Mətn]: monoqrafiya  /V.Qasımov.- Bakı: Elm,

2005.- 116 s.



Rüstəmov, Ə. Avtomatlaşdırılmış kitabxana informasiya

sistemləri  və şəbəkələri [Mətn]: monoqrafiya /Ə.Rüstəmov,

N.Mustafayeva.- Bakı, 2007.



Yüklə 189,54 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə