ƏLİLLİYİ olan uşaqlara qarşi bulliNQİ yaradan səBƏBLƏr və onlarin aradan qaldirilmasi yollari



Yüklə 19,72 Kb.
tarix02.01.2022
ölçüsü19,72 Kb.
#35709
növüYazı
bullinq-inklwziv tehsil


ƏLİLLİYİ OLAN UŞAQLARA QARŞI BULLİNQİ YARADAN SƏBƏBLƏR VƏ ONLARIN ARADAN QALDIRILMASI YOLLARI

LAMİƏ NİZAMİ QIZI NAĞIYEVA

lamie.7530@gmail.com

Açar sözlər: bullinq, zorakılıq, əlillik, ayrıseçkilik, inklüziv təhsil.
Bütün zamanlar üçün xarakterik olan, böyük və sağalmaz xəstəlik kimi görünən bir ləkə var ki, onun öhtəsindən gəlmək qlobal problem təsiri bağışlayır. Bu, iri hərflərlə yazılan və nəticə etibarilə kiçiltməyə, alçaltmağa hesablanmış - BULLİNQ - ZORAKILIQ anlayışıdır.

Bullinq anlayışı ilə bağlı aidiyyatı tərəfləri zəncirvari şəkildə bu formada təsvir etmək olar: Zorakılığı törədən, zorakılığa məruz qalan, baş verən bullinqi izləyənlər, zərərgörənin valideyni, zərərvuranın valideyni, məktəb rəhbərliyi və müəllimlər. Zorakılıq baş verdiyi zaman tərəf qismində çıxış edən şahidləri də üç yerə ayırmaq olar:

1) bullinq törədənə dəstək olanlar;

2) bullinqi sakitcə, heç nə etmədən izləyənlər;

3) zorakılıq törədənə mane olanlar;

Az və ya çox dərəcədə bu prosesin aktiv və passiv iştirakçısı olan tərəflər həm günahkar-səbəbkar, həm də məsum qütblərdir.

Əvvəlcə bullinq törədənlərin niyə bu addımı atdıqlarına diqqət yetirək. Onları buna vadar edən nədir? Səbəblər bu cür izah edilir: Sevgisiz böyümək, xoşbəxtlik duyğusundan uzaq olmaq, özü ilə barışa bilməmək, bullinq iştirakçılarının özlərini sevməmələri, başqaları tərəfindən sevilmək, populyar olmaq və bəyənilmək istəyi, güc duyğusundan zövq almaq, nəyəsə nail olduğunu hiss etdirmək (1). Təbii ki bu xüsusiyyət və duyğuların, özəlliklərin yaranmasının da maddi, mənəvi, psixoloji aspektləri var.

İnklüziv təhsil əlilliyi olan uşaqlara qarşı qruplar yaratmaq, onları həmin qruplardan kənarda buraxmaq, qərəzli davranış sərgiləmək, tənəli fikirlər söyləmək imkanlarını məhdudlaşdırıb minimuma endirir. Minimuma endirilsə də, cəmiyyətdə, xüsusilə məktəblərdə hər an bullinqə təşəbbüs etmək üçün fürsət gözləyən bullerlər mövcuddur. Bəs nə edək? Zorakılıq edənlə zorakılığa məruz qalan tərəf arasına böyük, xəyali, qadağalı sədmi çəkək? Təbi ki absurd görünən bu çıxış yolu bizi sadəcə bir neçə il geriyə sala bilər. İnklüziv təhsil vasitəsilə bu qədər böyük məsafə qət etdiyimiz bir zamanda boşluqları da gözardına vurmamalıyıq. Ona görə də məsələnin mahiyyətinə enmək lazımdır. Bullerin həyat yoluna nəzər salmaq çox vacibdir. Aydındır ki, uşaqların tərbiyəsində məktəb xüsusi əhəmiyyət kəsb edir. Ancaq cilalamaq işini əvvəlcə evdə valideyn övladına aşılamasa, məktəb nə qədər cəhd edir etsin, tamlıq prinsipi pozulacaq. Valideyn uşağını elə böyütməlidir ki, o, ictimai həyatda, həmçinin məktəbdə əlilliyi olan insanlarla necə davranılmalı olduğunu bilsin.

Bəs necə etmək lazımdır ki, faizlər aşağı səviyyədə olsun? Yuxarıda qeyd etdiyimiz kimi, ailədə düzgün tərbiyə ilk şərtdir. Hər bir valdeynin evdə fərdi qaydada öz övladına aşıladığı tərbiyə məktəbin valideyn komitələrində də müzakirə olunmalı, maarifləndirmə işi aparılmalı, mütəxəssis tövsiyələri dinlənilməli, problem istiqamətləri müəyyən edilib həlli yolları müzakirələr əsasında ödənilməlidir. Bu istiqamətdən yola çıxsaq, hansısa bullinq nümunəsinin şahidi olmarıq. Eyni zamanda əlilliyi olan şagirdə qarşı hansısa psixoloji və ya sosial zorakılıq hallarını minimuma endirə bilərik. Valideynlər inklüziv təhsil üçün bu baxımdan çox iş görə və müsbət nəticələr əldə edə bilərlər. Qadağasız böyüyən, valideyn fikirlərinə, tövsiyələrinə məhəl qoymayan bullerlər yetişdirməyi isə təbii ki, heç bir valideyn istəməz.

Məlumdur ki, əlilliyi olan uşaqda özünə qapanma, digər uşaqlardan qaçmaq, onlara yovuşmamaq kimi əsaslı psixi dəyişikliklər əmələ gəlir. Uşağın ailənin üzvlərinə və özünə münasibəti də dəyişir. Nəticədə belə uşaqlarda əsəbilik, psixi pozğunluq halları yaranır (2, s.52).

Əksər bullinq hadisələri ətrafda adətən böyüklər olmadığı zaman baş verir. Çünki bullerlər özlərini sərbəst və maneəsiz hiss edirlər. Zorakılıq məktəbə piyada gəlib-gedərkən yolda, dəhlizdə, məktəb bufetlərində, paltar dəyişmə otaqlarında, məktəb tualetlərində, idman zallarında ola bilər ki, bu baxımdan diqqətli olmaqda fayda var.

Azərbaycan xalqı bu qəbildən olan insanlara qarşı həssaslığı ilə seçilir. Hətta KİV-lərdə, “qüsurlu”, “məhdudiyyətli” kimi ifadələrin işlədilməməsi tövsiyə olunur.

Son olaraq qeyd edək ki, zorakılıq hallarının baş vermə səbəbləri və təbiəti, eyni zamanda əhatəliliyi regiondan-regiona dəyişsə də, oxşar tendensiyalar danılmaz fakt olaraq qalır.

Ədəbiyyat siyahısı

1. Nermin Gürhan “Her yönü ile Akran Zorbalığı” – Ankara 2017 səh.178 (Türkiye Klinikleri J Psychiatr Nurs – Special Topics)

2. Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu “İnklüziv sinifdə təlimin təşkili”. // http://www.tipii.edu.az/noduploads/document/7406_nkluziv-sinifda-talimin-taskili-oxu-materiali.pdf




Yüklə 19,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin