Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası



Yüklə 349,31 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix02.01.2022
ölçüsü349,31 Kb.
#44910
1   2   3   4
image 750x 5c9ca92a84659

2. Göndərişlərin verilməsi qaydası 

 

2.1. G



öndəriş verilməsi üçün şəxs (qanuni nümayəndəsi) və ya müalicə həkimi tibb 

müəssisəsinin Komissiyasına müraciət edir. 

2.2.  Sağlamlıq  vəziyyətinin  müəyyən  edilməsi  məqsədilə  Komissiya  bu  qaydanın 

1.4.2-ci 

yarımbəndində göstərilən hallarda 5 (beş) iş günü ərzində, digər hallarda 10 (on) iş 

günündən gec olmayaraq şəxsin tibbi müayinələrinin və müalicəsinin nəticələrini araşdırır, 

o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır. Diaqnozun dəqiqləşdirilməsi məqsədi 

ilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə bu müddət əlavə olaraq 10 (on) 

iş günü artırılır.  

2.3.  Şəxsin  sağlamlıq  vəziyyətinin  qiymətləndirilməsinə  əsasən  Komissiya  tibbi-

sosial ekspertiza müayinəsinə göndərişin verilib-verilməməsi ilə bağlı müvafiq qərar qəbul 

edir.  Qərar  protokolla  rəsmiləşdirilir,  protokol  Komissiyanın  sədri  və  üzvləri  tərəfindən 

imzalanır və möhürlə təsdiq edilir. 

2.4.  Şəxsin  sağlamlıq  vəziyyəti ilə  bağlı  Komissiyaya  getmək  imkanı  olmadıqda, o 

Komissiya 

tərəfindən olduğu yerdə müayinə olunur və bu barədə protokolda və göndərişdə 

müvafiq qeydlər aparılır. 

2.5.  Rəsmiləşdirilmiş  protokol  əsasında  şəxsin  fərdi  identifikasiya  nömrəsi  (FİN), 

əlilliyə səbəb olan əsas diaqnoz, onun ağırlaşmaları, yanaşı xəstəliklər və əlilliyin müəyyən 

edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən göndəriş tərtib edilir. 

2.6. Tərtib edilmiş göndəriş 3 (üç) iş günü müddətində Komissiyanın sədri və üzvləri 

tərəfindən  gücləndirilmiş  elektron  imza  ilə  üzərində  xüsusi  təkrarlanmayan  nömrəsi  olan 

elektron  sənəd  formasında  “Tibbi-sosial  ekspertiza  müayinəsinə  göndərişlərin  reyestri”nə 

(bundan sonra 

– Reyestr) daxil edilir və şəxsə bu barədə məlumat verilir. 

 2.7. 


Dövlət  səhiyyə  müəssisələri  göndərişin  vaxtında  verilməsi  və  yazılmış 

diaqnozların  dəqiqliyi üçün qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyır. 

2.8. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası 



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Reyestrə çıxışı təmin edilir. 

2.9.  B


u  Qaydanın  1.4-cü  bəndində  nəzərdə  tutulmayan  hallarda  göndərişin 

verilməsindən imtina edilir. 

 

 

 



 

 

 



Yüklə 349,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə