ELİN ŞİruyəSİ, SÖZÜn sərrafi



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix14.04.2017
ölçüsü2,9 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

 

 
135 
Mövlud MÖVLUD, 
Yazıçı 
 
“BU FƏLƏKLƏ NƏRD ATASAN” 
 
Uzaq  2004-cü  ilin  iyulunda  biz,  yəni  –  mən,  Murad 
Köhnəqala  və  Şərif  Ağayar  “Torqovı”nı  ayağımızın  altına 
almışdıq.  Dissident  yazıçılar  haqqında  söhbətimiz  “Azər-
baycanda  dissident  varmı?”  sualına  gəlib  çatanda  mən  Sü-
caətin,  Bəhmən  Vətənoğlunun  və  Azaflı  Mikayılın,  Alqa-
yıtın  adını  çəkdim.  Murad  mənim  çəkdiyim  adlarla  razı-
laşıb  özü  də bir  ad  əlavə  elədi  –  Sərraf  Şiruyə.  “İstedadlı 
şairdir, – dedi. – Sovet dönəmində uzun müddət çap oluna 
bilməsə də, şeirləri dillər əzbəri idi”. Gözünə dönüm Şərif, 
Azərbaycan türkcəsində şeir yazan elə bil adam ola bilərmi 
ki, heç olmasa bir bəndini əzbər bilməsin:  
  
Bu fələklə nərd atasan, 
Şeş-beş verən zərin ola. 
Ortalığa bəxt qoyasan, 
Aparmağa sərin ola. 
  
Bu  adı  birinci  dəfə  idi  eşidirdim.  Bundan  sonra  Şi-
ruyənin  kitabını  axtarmağa  başladım.  Uzun  müddət  Sərraf 
Şiruyənin  kitabını  istədiyim  şairlər  mənə  onun  yox,  öz 
kitablarını bağışladılar. Taaa, o zamana kimi ki... 
Bir  müddət  əvvəl  tanış  olduğum  gənc  şair  Qılman 
İmanlıyla  dostluğumuzun  neçəncisə  ayında  təsadüfən  öy-
rəndim  ki,  Sərraf  Şiruyə  onun  əmisidir. Qılmandan  Şiruyə 
müəllimin  kitabını  aldım  və  bir  günün  içində  oxuyub 
bitirdim. Neçə gündür bu şeirlərin təsirindən çıxa bilmirəm. 
Çox  qəribədir  ondan  yüz  dəfə  istedadsız  adamlar  Bakıda 

 
136 
Leninə,  partiyaya  şeir  yazıb,  qələm  dostlarından  KQB-
yə xəbərlər  aparanda  o,  Göyçədə  müəllimlik  edir,  ürəyin-
dən keçən şeirləri  yazırdı. Ona görə indi o dövrün çox şai-
rindən  bir  misra  da  bilən  yoxdur.  Amma  Sərraf  Şiruyənin 
şeirləri  el  məclislərində  aşıqların,  xanəndələrin  dilindən 
düşmür. 
Sərraf Şiruyənin dillər əzbəri olan şeirində bir yer var: 
  
…Ay Şiruyə, al geyəsən, 
Yaman gözə gəlməyəsən. 
Bir deyənə beş deyəsən
Arxada bir nərin ola. 
  
Amma  qəribə  burasındadır  ki,  bu  ziyalı  insanın  ar-
xasında ömürboyu heç bir vəzifəli-pullu insan dayanmayıb. 
Onun  arxasında  dayanan  el  məhəbbəti,  insanların  sevgisi 
olub. Şairin istedadına və şəxsiyyətinə olan sevgi. 
Əziz oxucular, mən Şiruyənin kitabını çox gec tapdım, 
(xoş  təsadüf  nəticəsində)  gec  oxudum.  Biz  həmişə  öz 
mənəvi xəzinələrimizin qiymətini belə gec bilmişik. Bütün 
bəşəriyyət  bu  vəziyyətdədir.  Türkiyə  Orxan  Pamuku,  Ar-
gentina  Maradonanı,  ABŞ  Mayk  Taysonu  anlamır.  Fransa 
Şarl Bodleri, Rusiya Qoqolu anlamayıb. Vaxt var ikən mə-
nəvi  xəzinələrimizin  qədrini  bilin,  dostlar,  yoxsa  gec  ola-
caq. Çooox gec olacaq. 
Və nəhayət sonda yazımı Şiruyə müəllimin bir şeiri ilə 
bitirmək istəyirəm. Bu şeir kimi onlarla gözəl şeir oxumaq 
istəyirsinizsə,  Sərraf  Şiruyənin  kitablarını  mütləq  tapıb 
oxuyun. 
  
Gözəllik, göyçəklik hər bir insana, 
Taleyin verdiyi öz qismətidi. 
Nə uca boyum var, nə gözəlliyim, 
Mənə də verilən söz qismətidi. 

 
137 
  
Bir can verib alar fələk aparar,  
Salar qəza-qədər kələk aparar, 
Gülün qoxusunu külək aparar, 
Bülbülün çəkdiyi naz qismətidi. 
  
Sərraf Şiruyəyəm, ey parlaq ayım  
Ey könül həsrətim, ürək ax-vayım. 
Bir quru baxışa qalıbdı payım, 
Qoy baxsın doyunca, göz qismətidi. 
  
Çox sağ olun, Şiruyə müəllim! Yaxşı ki, siz varsınız!  
 
“525-ci qəzet”, №95(3171), 
28 may 2010-cu il 
 

 
138 
Nəcibə İLKİN, 
 Şair, publisist 
 
XALQIN ƏBƏDİYYƏT ŞAİRİ 
 
Bir  yay  səhəri  idi.  Onun  görüşünə  getmişdik.  Bir  neçə 
qələm dostları ilə... Əslində adını eşidib, üzünü görmək is-
tədiyim şairin görüşünə getmək mənim üçün ən xoşbəxt an-
larımdan  biri  idi.  Haqqında  çox  eşitmişdim,  şeirlərini  çox 
oxumuşdum.  İlk  anda  üzündəki  nuraniliyi  və  xoş  rəftarı 
məni valeh etdi. Çay sürfəsi arxasında şeirləri və özü haq-
qında eşitdiklərimdən,  doğma  yurdu, vətəni  Göyçədən söz 
salanda çöhrəsində gah tutqunluq, gah da xoşluq yarandı.  
İçindəki  doğma  yurdu,  vətəni  Göyçə  həsrətini  çəkə-
çəkə qocalırdı şair. Dilində Göyçəmiz, könlündə Göyçəsi... 
 
Tutulub göy, çən gülür, 
Zirvədə göy çən gülür. 
Görəydin o günü ki, 
Ay Sərraf, Göyçən gülür. 
  
Yazıb yaratdığı şeirlərini kövrək hissləri ilə poeziyanın 
və daxilindəki müqəddəsliyin güzgüsündə elə cilalayırdı ki, 
elə  gözəl  ifadələrlə  dilə  gətirirdi  ki,  mən  onu  dinləməkdən 
doymaq bilmirdim. Sanki əsl sənətkarın yetişməsində onun 
dəli  bir  həsrəti,  yanıqlı  bir  dərdi  olmalı  imiş...  İllərin  öm-
rünə  çilədiyi  yağışı,  qarı  içindəki  yanığı,  göyərmiş  dərdi 
görməmək  qeyri  mümkün  idi.  Gülən  gözlərinin  içində  ağ-
rılı kədər, kədərin içində isə hələ yaşamaq və yaratmaq eşqi 
hökm  sürürdü.  Yeni  yazdığı  şeirlərindən  oxuduqca,  kitab-
larını  əlimə  alıb  varaqladıqca  bu  göynərtiləri  apaydın  hiss 

 
139 
etdim.  Göyçə  deyə-deyə  qəlbinin  çəkdiklərini  ağ  kağızlara 
nə qədər köçürsə də, rahatlıq tapa bimirdi: 
 
Sərrafam, göyçəmənsiz, 
Yer olmaz göyçəmənsiz. 
Mən Göyçəsiz ağlaram,  
Neyləyir Göyçə mənsiz?!  
 
*** 
Sərrafam, Göyçə daşı, 
Yükünü, Göyçə, daşı! 
Öləndə qəbrim üstdə – 
Qoysunlar Göyçə daşı. 
 
Lakin  nə  Göyçə  geri  qayıdırdı,  nə  də  sevdiyi  aşiqi... 
Onu da bilirdim ki, şair əzablı bir eşq məcarası yaşamışdı. 
Bu isə bütün sənət adamlarına məxsusi bir xoşbəxtlik idi ki, 
ona da müyəssər olmuşdur: 
 
Mən pərvanə oldum, sən yanar bir şam
Eşqinlə qovruldum, a yağa düşdüm. 
Ay üzündən həsrətini çəkməkdən, 
İncəldim, əridim, a yağa düşdüm. 
 
Məndən  şeir  söyləməyimi  istəyəndə  hər  zaman  olduğu 
kimi  (adətən  mən  görkəmli  şairlər  qarşısında  şeir  deyəndə 
böyük  məsuliyyət  hiss  etmişəm)  çəkindim  və  kitabımı  ona 
təqdim  etməklə  sanki  canımı  qurtarmaq  istədim.  Ancaq 
onun  bir  kəlməsi  yaddaşıma  əbədi  həkk  olundu.  –  Qızım, 
şair  adını  daşıyan  kəs,  şeirini  ruhuyla  bərabər  gəzdirib, 
onunla pıçıldamağı bacarmalıdı. Mən icazə alıb bir iki şei-
rimi əzbərdən dedim. Və sevindim ki, ustad şairin rəğbətini 

 
140 
qazana  bildim.  Seçilmiş  əsərlərindən  ibarət  kitabını  imza-
sıyla  mənə  təqdim  etdi.  Bəli,  bu  xoşbəxt  görüşdən  sonra 
Sərraf  Şiruyənin  əsərlərini  daha  çox  sevməyə  və  oxumağa 
başladım. Lakin təəssüf edirəm ki, bu qədər yazdığım rəy-
lərin içərisində onun haqqında bir kəlmə yazmamışam. Bu-
nu  özümə  günah  sandım.  Sağ  olsun  gənc  şairimiz  Qılman 
İmanı  ki,  bu  günahdan  məni  az  da  olsa  yüngülləşdirdi. 
Onun  haqqında  kitab  yazmaq,  onun  şəxsiyyətinə,  ədəbiy-
yatımıza  verdiyi  töhfələrə  və  ümumən  ruhuna  böyük  hör-
mətdir. Bunu alqışlayıram.  
Sərraf Şiruyə aşıqlar yurdu, söz sənət yurdu Göyçə ma-
halında dünyaya göz açıb. Bəlkə onun bir şair kimi, əsas da 
təcnis ustadı  kimi  yetişməsində bu  elin,  torpağın da böyük 
rolu  və  təsiri  olub.  Hər  birimizə  məlumdur  ki,  Göyçədən 
görkəmli  aşıqlarımız  Aşıq  Alı,  Aşıq  Ələsgər,  Şair  Məm-
mədhüseyn  kimi  el  aşıqlarımız  çıxıb.  Bunların  sənətində, 
sözün  qüdrəti,  sözün  çəkisi  elə  böyük  zirvəyə  çatıb  ki, 
onlardan sonra o zirvəni fəth etmək hər aşığa nəsib omayıb. 
İstər  təcnisləri,  istər  bayatıları  insanın  ruhuyla  elə  səsləşir 
ki, sanki bu illərin içərində olan ağrılar da sənə doğma gə-
lir. Bu isə  bizim əsrlər boyu çəkdiyimiz  başı  bəlalı vətəni-
mizin əzablarıdır ki, onu da hər birimiz yaşamışıq və yaşa-
yırıq da. Bir şeyi burda vuğulamaq yerinə düşərdi ki, Sərraf 
Şiruyə  heç  zaman  sövet  rejimini  qəbul  etməyib,  onunla 
barışmayıb. Ona qarşı çıxdığına görə məhz öz layiqli adını 
vaxtında  ala  bilməmişdir. Mən onu 37-ci il represiya  döv-
rünün  davamçılarından  biri  kimi  sayıram.  Bunu  onun  əqi-
dəsi,  düşüncəsi  və  əyilməzliyi  sübut  edir.  Şairin  əyilməz 
qüruru varsa, sağlam düşüncəsi varsa o, xalqın  yaddaşında 
özünə  əbədilik  qazanacaq.  Necə  ki,  Hüseyn  Cavid,  Almas 
İldırım, Mikayıl Müşviq kimi.. 

 
141 
Bəli,  klassik  poeziyamızın  ən  görkəmli  nümayəndələri 
sırasında  Sərraf  Şiruyənin  adı  fəxrlə  çəkilir.  Onun  poetik 
yaradıcılığı  o  qədər  şaxəli  və  dərindi  ki,  haqqında  geniş 
yazmaq çox çətin və  məsuliyyətlidir. Sırf şifahi xalq üslub 
ənənələrinə  sadiq  qalan,  onun  incəliklərini  oxucuya  gözəl 
çatdıran  ustad  şair  demək  olar  ki,  aşıq  poeziyanın  bütün 
janrlarında  yazıb  yaratmışdır.  Onun  təcnisləri,  dodaqdəy-
məzləri, cığalı təcnisləri, ayaqlı cığalı təcnisləri, gəraylı təc-
nisləri,  cinas  bayatıları  və  s.  xalq  poeziyasının  zəngin  dil 
üslubuna  malik  olduğunu  bir  daha  sübut  etmişdir.  Bu  mə-
nada  ədəbi  təfəkkürün  poetik  düşüncə  tərzi,  klassik  ənənə, 
bədiyyətin  yüksək orijinallıq zirvəsi və xalqın dilinə, onun 
milli adətinə sığınma Sərraf Şiruyənin yaradıcılığında yük-
sək yer tutur. O, təcnis ustasıdır. Onun təcnislərində bir tər-
biyə, bir kamillik yolu var:  
 
İnsan ömrü bu dünyada bir dilim, 
Silahımdı – bir ürəyim, bir dilim, 
Könül, sənə ağıl verdi bir dilim, 
Bir insanla çörək kəssən, yaxşı kəs. 
 
Məlhəm ola, yaraları bir ovam, 
Ürəklərdəm qəm-kədəri bir ovam, 
Şiruyəyəm, tora düşmüş bir ovam
Zalım əcəl, yollarımı yaxşı kəs. 
 
Göyçədən sonra Qarabağda yaşayıb yaradan ustad şair: 
 
Eləmi, qara bağlı, 
Bu dağlar qara bağlı. 
Əvvəllər göyçəliydim, 
İndi də Qarabağlı. 

 
142 
 
– deməsi, hər iki yaranın sinəsində qovrulduğuna işarə 
edir. 
Ömrünün  əvvəlində  Göyçəm  deyə-deyə  sızlayan  şair, 
ömrünün  son  çağlarına  qədər  isə  Qarabağ  deyə-deyə  ya-
şadı.  Qarabağ  döyüşlərində  qəhrəmanlıq  göstərən  bir  çox 
şəhidlərimizə  həsr  etdiyi  poemalar  onun  ömrünün  ədəbiy-
yat  sahəsinə  qızıl  hərflərlə  yazıldı.  Bunu,  onu  tanıyanlar, 
oxuyanlar  gözəl  bilir.  O,  son  anadək  qələmi  yerə  qoymaq 
bilmədi.  Başı  bəlalı  vətənin  əzablarını  çiyinlərində  daşıya-
daşıya əbədiyyətinə qovuşdu. Göyçə kimi Qarabağ dərdini 
də  çiyinlərinə  yüklədi  şair.  Nəinki  Qarabağ,  Göyçə,  onun 
cinas  bayatılarında  Vedibasarın,  Başkeçidin,  Qafanın,  Go-
rusun, ümumulikdə qədim İrəvanımızın bütün mahallarının 
adı həsrətlə çəkilir. Ulu Dərbəndimizin, Borçalımızın adla-
rını  nəzmə  çəkməklə,  tarximizin  qan  yaddaşını,  çəkilməz 
dərdlərimizi bir daha varaqlaya bilib.  
Əbədiyyətin əbədi olsun, ölməz şairimiz. 
 
 “Azad qələm” qəzeti, 
Noyabr, 2016-cı il 

 
143 
 Zakir ŞƏHRİYAZ, 
Şair, publisist 
  
SƏNƏTİN SƏRRAFI, SÖZÜN SƏRRAFI 
Sərraf Şiruyənin 70 illik yubileyinə 
 
Şairlik  Allah  vergisidir,  deyiblər.  Bu  sözü  həqiqi  şair-
lərə  şamil  edəndə  söz  öz  gözəlliyini  beləcə  gözəl  qoruyub 
saxlaya bilir. 
İlk  öncə  onu  qeyd  edim  ki,  Sərraf  Şiruyə  Göyçə  aşıq 
mühitinin  yetirmələrindən  biridir.  Sazın-sözün  ana  beşiyi 
olan  Göyçədə,  şair  Həsən  Xəyallının  ailəsində  1942-ci  il 
sentyabrın  11-də  doğulmuşdur.  “Ustad  oğlu  şəyird  olmaz, 
Şiruyə” adlı yazdığım bu şeiri də bir neçə vaxt bundan öncə 
ona həsr etmişdim. 
Gözünü  açıb  özünü  dərk  edən  gündən  Şiruyə  saza  və 
sözə vurğun olub. 
Sərraf  Şiruyə  imzası  ilə  ilk  tanışlığım  1991-ci  ildə 
“Yazıçı”  nəşriyyatı  tərəfindən  buraxılmış  “Aşıqlar  və  el 
şairləri” kitabı ilə olmuşdur. O kitabda şairin dörd qoşması 
və  bir  cığalı  təcnisi  getmişdi.  Təbii  ki,  şairin  bir  qoşması 
məni yaman tutmuşdu: 
 
Babalar el saldı, elə baş əydi, 
Gədələr xor baxdı, eli korladı. 
Əyyar bazarında uduzdu sərraf, 
Saldı qiymətindən, ləli korladı. 
 
Beləcə  illər  gəlib  keçdikcə  aramızda  bir  ənənəvi  dost-
luq  körpüsü  yarandı.  Bu  mənəvi  körpünü  yaradan,  şairin 
qardaşı  oğlu  Araz  Yaquboğlu  oldu.  Bir  zamanlar  şair  haq-
qında bir neçə qoşma yazıb “XXI əsr qəzeti”ndə çap etdir-
mişdim. Onlardan birinin son bəndi belə idi: 

 
144 
 
Layiq deyil vallah, bu baş o başa, 
Dost dosta yaraşar, sirdaş sirdaşa. 
Eşitdim demisən Araz qardaşa
Şəhriyazı sənə qonaq gətirsin. 
 
Heyif  ki,  bu  keçən  illər  ərzində  gedib  şair  dostumla 
görüşə bilməmişəm. Özünün qonağı olmasam belə, Arazın 
köməkliyi  ilə  şairin  könül  süfrəsinin  qonağı  olmuşam.  Bu 
qonaqlıq  məni  elə  ovsunlayıb  ki,  indi  də  ondan  ayrılmaq 
istəmirəm. 
Şiruyə  yaradıcılığına  nəzər  yetirəndə  mənə  aydın  oldu 
ki, şair sənətə həssaslıqla yanaşmaqla bərabər, sözləri yerli-
yerində  ustalıqla  işlədir.  Şair  nə  sözləri  korlayır,  nə  də 
əlində tutduğu qələmini: 
 
Şiruyə, ayrılma təmiz vəfadan, 
İncimə çəkdiyin cövrü cəfadan. 
Dostluqda qaydadı: dədə-babadan, 
Qan ətəyə düşər, qan ələ düşməz. 
 
Göründüyü  kimi,  qanın  ətəyə  düşməsi  qohumluq,  ələ 
düşməsi düşmənçilik yaradır. 
Şiruyənin təklik haqqında yazdığı bir qoşması da məni 
özünə cəlb etdi: 
 
Təkliyin hünəri xəyaldı, qardaş, 
El, mahal birliyi vüsaldı, qardaş. 
“Tək əldən səs çıxmaz” misaldı, qardaş, 
Əl kömək durarsa, ələ, güclənər. 
 
Bu keşməkeşli, narahat dünyamızda yaşamaq nə qədər 
çətin  olsa  da,  şair  kimi  yaşamaq  bir  o  qədər  çətin  və  mə-
suliyyətlidir.  Bu  məsuliyyəti  şərəfli  yaşamaq  hər  şairə  qis-

 
145 
mət olmur. Şiruyə bu məsuliyyəti özlüyündə mənim düşün-
cəmə görə yaşada bilib: 
 
Təzə-təzə oyanmışıq qəflətdən, 
Bir də bizi huş aparar, yatmayın. 
Aralanıb sahillərə düşərik, 
Gözümüzü yaş aparar, yatmayın. 
 
Başqa  bir  qoşmasına  diqqət  yetirəndə  gör  bir  nələrin 
şahidi oluruq: 
 
Şiruyənin qəlbi qəmlə doludu, 
Qılınc tutan şər, böhtanın qoludu. 
Bu dünyanın yolu şeytan yoludu, 
Özgə cığır, iz danışma, ay bala. 
 
Adam  hərdən  öz-özlüyündə  düşünür  ki,  Allahımız  ya-
ratdığı  bu  gözəl  dünyamızı  nə  günə  qoyublar.  Bu  texniki 
inkişaf  əsrində  yenə  də  müharibələr,  qırğınlar,  xəyanətlər, 
iftiralar və böhtanlar qurtarmır ki, qurtarmır.  Haqsızlar  ye-
nə at oynadır, haqlılar isə zülm çəkirlər. 
Şiruyənin kitablarının birində belə bir gözəl qoşma ilə 
rastlaşmışam: 
 
Demərəm yanmışam xalqın oduna, 
Od alıb, alışıb kül olunca mən. 
Özümü Vətənə oğul saymaram, 
Ellərin dilində el olunca mən. 
 
Eşqin yollarında olmasa cəfam, 
Sınanmaz ilqarım, bilinməz vəfam. 
Demərəm bülluram, demərəm safam, 
Zərgər körüyündə ləl olunca mən. 
 

 
146 
Şiruyə, şeirin ustadları var, 
Nizami, Füzuli verməz ixtiyar. 
Nə şair demərəm, nə də sənətkar, 
Sənətdə Rüstəmi-Zal olunca mən. 
 
Bu qoşma, səmimi, qəlbdən gələn gözəl etiraflı bir qoş-
madır. Məni necə ovsunladısa, mən də ona  belə bir nəzirə 
yazmalı oldum: 
 
Mərdin qapısında qanqal olardım, 
Namərd bağçasının gülü olunca. 
Həyalı adamın əlin öpərdim, 
Həyasız adamın dili olunca. 
 
Ağlımla savaşır yersiz düşüncə, 
Bəlası ürəyə yüklənir məncə. 
Naqislə oturub çörək kəsincə, 
Yanardım, ocağın külü olunca. 
 
Şəhriyazam, tez alışıb sönmərəm, 
Könül zirvəsindən yerə enmərəm. 
Bu yola baş qoydum, geri dönmərəm, 
Sənət dəryasının gölü olunca. 
 
AMEA  Folklor  İnstitutunun  Elmi  Şurasının  qərarı  ilə 
Şiruyənin on cildliyi çapa hazırlanıb nəşr olunur. Onlardan 
altı  cildi  oxucuların  ixtiyarına  verilib.  Birinci  cildi  təc-
nislərlə  başlayır.  Bu  da  səbəbsiz  deyil.  Çünki  Göyçə  mü-
hitinə  məxsus  sənətkar  olasan,  özünü  təcnisdə  sınamaya-
san,  bu  ona  bənzəyir  ki,  xörək  bişirəsən,  xörəyə  duz  tök-
məyəsən.  Həmin  birinci  cilddə  şairin  təcnisləri,  cığalı  təc-
nisləri, dodaqdəyməz təcnisləri, dodaqdəyməz cığalı təcnis-
ləri, deyişmə təcnisləri, gəraylı təcnisləri toplanmışdır. Söz 

 
147 
bilicilərinə yaxşı məlumdur ki, təcnis necə hünər tələb edən 
şeir növüdür. Şiruyənin təcnisindən bir nümunə gətirim: 
 
Dedim, – Məcnununam, elə yay, xanım, 
Dedi, – Ürəyinə atar yay xanım. 
Dedim, – xoşdu sinən üstə yayxanım, 
Yanaqlar da qoy söykənsin xala, xal. 
 
Təcnisin  gözəlliyi  öz  yerində  olmaqla  bərabər  burada 
güllü qafiyənin də elementləri açıq-aydın gözə dəyir. 
Sərraf Şiruyə gəlib  yetmiş  yaşına çatdı.  Şair  dostumun 
yetmiş illiyinə nə  yazdımsa ürəkdən yazdım. Onu ürəkdən 
də təbrik etmək istəyirəm: 
 
Ata qüdrətindi, ana laylandı, 
Doğulandan köklənibsən saz üstə. 
Sənin təbin bulaq kimi qaynadı, 
Bülbül olub qanad çaldın yaz üstə. 
 
Qulluğuna mən gələrəm buyursan, 
Sevinərəm məni sözlə doyursan. 
Sən ki sənətkarsan, gözəl duyursan, 
Nazlı gözəl gözəlləşir naz üstə. 
 
Şəhriyazla deyib-gülən yaxşıdı, 
Qəmlənəndə gözün silən yaxşıdı. 
Mən nə deyim, Allah bilən yaxşıdı, 
Yetmiş nədir, çoxu gəlsin az üstə. 
 
“Bütöv Azərbaycan” qəzeti,  
№31(163), 12-18 sentyabr 2012-ci il 
 

 
148 
  
 
HAQQ DEYƏNİN HAQDAN ƏLİ ÜZÜLMƏZ 
 
Mənim könül sarayımın şah taxtında əyləşmiş bir neçə 
böyük sənətkar varsa, onlardan biri də şair Sərraf Şiruyədir. 
Mən onun şeirlərini ilk dəfə “Aşıqlar və el şairləri” ki-
tabında  oxuyub,  vurulmuşam.  Onda  onun  imzası  sadəcə 
olaraq  Şiruyə  kimi  getsə  də,  o  vaxtdan  onun  şirin  ləhcəli, 
ofsunlu  sözləri  məni  ovsunlamışdı.  Üzünü  görməsəm  də, 
yaradıcılığı  məni  özünə  məftun  etmişdi.  Bu  məftunluq  nə 
ilə bağlı idi? Bir qoşmasında olduğu kimi: 
 
Babalar el saldı, elə baş əydi, 
Gədələr xor baxdı, eli korladı. 
Əyyar bazarında uduzdu naşı, 
Saldı qiymətindən, ləli korladı. 
 
Bu  qoşma  o  dövrün  bəzi  xüsusiyyətlərini  əks  etdirir-
disə,  eyni  adlı  digər  qoşma  isə  indiki  dövrümüzün  bir  çox 
xüsusiyyətlərini tamam açıb mərdi-mərdanə ortaya qoydu: 
 
Haqsız əydi haqq deyənin qəddini, 
Görməmiş gədələr aşdı həddini. 
Seyid tamahına satdı cəddini, 
Axund, molla din-imanı korladı. 
 
Şiruyənin öz təbirincə desək, o dövrdə eli korlayan gə-
dələr  bu  dövrdə  nələr  eylədilər,  onu  da  şairlə  bərabər  hər 
kəs gözəl bilir. Beş-on kəlmə ərəb dilini ala-babat öyrənib, 
vicdanlarını tamahlarına satanlar neyləyirlərsə, bu da hamı-
nın gözü qarşısında baş verir.  

 
149 
Yadıma  düşən  bir  əhvalatı  də  qeyd  edib,  keçək  əsas 
mətləbə. 
2001-ci  ildə  mən  yaşadığım  Sahil  qəsəbəsində  Dərələ-
yəzli  Aşıq  Nəcəfin  oğlu  Aşıq  Əli  Nəcəfoğlu  ilə  tanış  ol-
dum. Aşıq Əli söhbətin bir məqamında mənə Şiruyənin bir 
şeirini  dedi,  onu  yaxşı  tanıdığını,  bir  neçə  məclislərdə  iş-
tirak  etdiyini  söyləyəndə  çox  sevindim.  Aradan  bir  neçə 
gün keçdi. Aşıq Əli mənə Şiruyənin bir kitabını gətirib ver-
di. “Ağlama, bülbül, ağlama” adlı kitabı oxuyanda əsl sənə-
tin  nə  olduğunu  yavaş-yavaş  anlamağa  başladım.  Küskün 
könlüm  Şiruyə  dünyasına  möhkəm  bağlandı.  Elə  bağlandı 
ki, bir daha könül bu dünyadan geriyə qayıtmaq istəməz ki, 
istəməz. 
Bizim bu qarışıq zamanımızda söz o qədər ucuzlaşıb ki, 
düşünən  adamın  sözə  həqiqi  mənada  heyifi  gəlir.  Yeri 
gəlmişkən qoy bu deyim də məndən olsun: 
“İstedad sözü o qədər ucuzlaşıb ki, az qalır bazarda ət 
satana da desinlər istedadlı ət satandır”. Adamın ürəyindən 
bir  hiss  keçir  ki,  Allahın  işi-gücü  yoxdur  ki,  hər  yoldan 
ötənə  istedad  paylasın    “Bunu  da  sənə  verdim,  get  ağlına 
nə gəlir, onu da bildiyin kimi kağıza köçür, sırı bu millətin 
canına”. 
Belə  bir  zamanda  şair  kimi  özünü  təsdiq  etdirmək  hər 
şeir  yazanın  işi  deyil.  Bu  təsdiq  ancaq  Sərraf  Şiruyə  kimi 
sənətkarlara  aid  ola  bilər.  Bu  sözü  də  səmimi  olaraq  mən 
deyirəm. 
Oxuculara  təqdim  olunan  on  cildliyin  yeddinci  cildinə 
tərtibçi  Araz  Yaquboğlu  Sərraf  Şiruyənin  divanilərini, 
müxəmməslərini, çarpaz şeirlərini, təsniflərini və bir sözlə, 
aşıq  şeirinin  bir  çox  şəkillərini,  həm  də  klassik  şeirimizin 
nümunələrini daxil etmişdir. 

 
150 
Sərraf  Şiruyənin  çarpaz  şeirləri  bir  anda  nəzər-diqqə-
timi cəlb etdi: 
 
Görüş var ki, – ayrılıqdan betərdi, 
Ayrılıq var vüsal qədər şirindi. 
Görüş var ki, – töhməti dağ qədərdi, 
Ayrılıq var sevinci göy-yerindi. 
 
Burada  şair belə  görüşün ayrılıqdan  betər olmasını bir 
azca  yumşaq  mənada  işlədib.  Elə  görüş  var  ki,  nəinki, 
ayrılıqdan, hətta ölümdən də betər olur. Ayrılığın vüsal qə-
dər  şirin  olmasını  başa  düşən  insanın  gənclik  xatirələrini 
yada salmış olur.  
Şair  “Dayı  minnətindən  kaş  uzaq  olum”  adlı  şeirində 
yazır: 
 
Dayı kölgəsinə arxalanmadım, 
Atdığım addımı dayısız atdım. 
Ata şöhrətiylə pərvazlanmadım, 
Zəhmətdən yapışdım, mənzilə çatdım. 
 
Düzgün,  yerində  deyilmiş  bir  fikirdir.  Dayı  kölgəsində 
yaşayanlar yaşaya-yaşaya şöhrətə də çata bilər, mükafat da 
ala bilər, ancaq sənətkar kimi yaxşı sənət nümunəsi yarada 
bilməz. Bunu da hər kəs bilir. 
Sərraf  Şiruyənin  bu  kitabında  məni  ən  çox  məftun 
edən, könlümü oxşayan onun divaniləri oldu. 
Divani  aşıq  şeirlərinin  içərisində  aparıcı  yerlərdən  bi-
rini tutan şeir şəkillərindən biridir. Onun oxunması ilə bəra-
bər  yazılması da çox məsuliyyət tələb edir.  İstər divani ol-
sun,  istərsə  də  təcnis  olsun,  bunları  yaradan  sənətkarın  gə-
rək təbi qədər də güclü ağlı-düşüncəsi olsun. Divani və təc-

 
151 
nisə təkcə istedadın köməyi çatmır. Güclü ağıl-düşüncə də 
gərək istedada və təbə kömək etsin. Bu fikrim ola bilsin ki, 
bir çoxları üçün sadə görünə bilər. Mənim düşüncəmə görə, 
bu belədir. Necə deyərlər: “Başına gələn başmaqçı olar” 
Sərraf  Şiruyənin  divanilərinə  nəzər  yetirəndə  mənə  bir 
daha  aydın  oldu  ki,  divanini  elə-belə  hər  şeir  yazanlar 
yarada bilməzlər. Əli haqqın ətəyində olan, gecəsi-gündüzü 
haqla bağlı olanlar divani yarada bilər ancaq: 
 
“Əlif”, “bey”dən başlamışam oxumuşam “Əmmə”ni, 
Ustadlar elmim arasın, bilməsinlər kəm məni. 
Xudam özü xəlq eləyib yoluna möhkəm məni, 
Şəriəti anlamışam, imanım var, dinim var. 
 
Bu misraları oxuyandan sonra öz-özümə deyirəm: “Ey 
gözəl  Allahım,  Sərraf  Şiruyə  kimi  sənətkarlar  sənə,  sənin 
imanına  mənə  görə  daha  yaxındırlar,  nəinki  din-imanını 
tamahlarına satıb məzlumları aldadanlar”. 
Şair  “ustad”  deyəndə  hər  şeir  yazanı  nəzərdə  tutmur. 
Şəriəti  anlayan,  ürfan  elmini  bilənləri  xatırlayır.  Sərraf 
Şiruyə yazır: 
 
Pis ağızdan pis söz çıxar, pis fikirdən pis əməl, 
Dostla qabaq-qarşı gəlsən sor halını sən əzəl. 
İnanma yağlı dillərə, arzun olar bir xəzəl, 
Düzəlməsi müşkül olar, niyyətin əldən gedər. 
 
Yerində  deyilmiş  gözəl  ifadədir.  Pis  ağızdan  yaxşı  söz 
çıxmaz,  pis fikirdən də  yaxşı  əməl törəməz.  Yağlı dilə  al-
danmaq isə insan ömrünü puç eylər. 
 
 
 

 
152 
Günahkaram Haqq yanında əməlimdən qorxuram, 
Əyri gedən ayağımdan, bəd əlimdən qorxuram
Sonraya toba demişəm, əzəlimdən qorxuram, 
Haqq-ədalət qabağında sinirəm yavaş-yavaş. 
 
Şiruyənin bu divanisindəki deyilmiş “qorxuram” ifadə-
si Həzrəti Əlinin “Hamı öz axırından qorxur, mən əvvəlim-
dən qorxuram” ifadəsi ilə necə də gözəl səslənir. 
Sərraf  Şiruyənin  yaradıcılığında  mənə  əsas  xoş  gələn 
xüsusiyyətlərdən  biri  də  ondan  ibarət  oldu  ki,  Şiruyə  heç 
vədə  qəliz,  başa  düşülməyən  sözlər  işlətmir.  O  danışıqda 
işlənən  sözlərdən  ustalıqla  istifadə  edir  və  eləcə  də  xalqı-
mızın  şifahi  qaynağından  bəhrələndiyindən  oxucunun  qəl-
bini ələ alır, onu heyrətləndirir. 
Divanilərdən sonra gələn müxəmməslərin üstündən istə-
dim ki, keçib o biri şeirlərə bir ötəri, gözucu nəzər salım. Mü-
xəmməslər məni necə özünə cəlb etdisə, fikirləşdim ki, o biri 
şeirləri oxucuların öz ixtiyarına buraxmaq daha yaxşı olar. 
Divaniyə  nisbətən  müxəmməs  daha  oynaq,  könül  açan 
şeirdir. Müxəmməsin oxunuşu da, yazılışı da asan, tez yad-
daqalımlı olur.  
Sərraf  Şiruyənin  Aşıq  Ələsgərin  istəkli  şəyirdi  Aşıq 
Nəcəf haqqında yazdığı müxəmməsi məni çox təsirləndirdi: 
 
Əzəl gündən öz yolunu,  
Həqiqətə saldı Nəcəf. 
Hey gördükcə haqsızlığı,  
Xəyallara daldı Nəcəf.  
Gavırların gözlərinə,  
Qanlı bıçaq oldu Nəcəf.  
Araqatan mollaları,  
İlan kimi çaldı Nəcəf.  
Pir ustaddan dərsin alıb, 
Telli sazı çaldı Nəcəf. 

 
153 
 
“Yaraşır”  müxəmməsində  şair  doğulduğu  Daşkənd 
kəndinin gözəlliyini rəssam kimi elə təsvir edib ki, bu şeiri 
oxuyanda xəyalım məni kəndimizdə ötən günlərə apardı. 
Böyük  şair  bu  şeirində  doğma  mahalının  yetirdiyi  el 
sənətkarlarını belə xatırlayır: 
 
Aşıq Alı tərifini, 
Türkiyə, İrana yayıb. 
Aşıq Nəcəf meydan alıb, 
Söyləyib hər yana yayıb. 
Aşıq Musa, Ziyad, Surxay, 
Cəlil Mil, Muğana yayıb. 
Aşıq Hacı, həm Nuriddin, 
Qarabağ, Şirvana yayıb. 
İndi növbahar çağıdı, 
Açasan dövran yaraşır. 
 
Əlbəttə, Sərraf Şiruyənin yaradıcılığı çox zəngindir, ey-
ni zamanda bu kitabda toplanan şeirlər haqqında ətraflı fikir 
söyləmək bir yazıda mümkün deyil. 
Mən  burada  fikrimi  bitirirəm.  Kitabın  çapından  sonra 
söz  demək,  fikir  söyləmək  oxucuların  öhdəsinə  düşür. 
Mənə  də  o  qalır  ki,  Sərraf  Şiruyəyə  cansağlığı,  uzun  ömür 
arzulayıb  deyəm:  Əlin  haqqın  ətəyindən  üzülməsin.  “Ya-
radıcılığında  yeni-yeni uğurlar” sözlərini ona görə işlətmi-
rəm ki, bu qaynar təbi şairə Yaradan özü verib. Həm də təb 
olan yerdə uğur da olacaq, nailiyyət də. 
  
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə