Elmи мяъмуяси



Yüklə 18,61 Mb.
Pdf görüntüsü
səhifə1/38
tarix10.06.2017
ölçüsü18,61 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   38

 

 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 



ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 13 APREL (NİSAN) 2010



 

 

BAKI DÖVLƏT UNİVERSİTETİ 



İLAHİYYAT FAKÜLTƏSİNİN ELMİ MƏCMUƏSİ 

 

MƏSLƏHƏTÇİ 

Vasim Məmmədəliyev 

 

REDAKTOR / EDİTÖR 

Akif Köten 

 

REDAKTOR MÜAVİNİ 

Mübariz CAMALOV 

 

REDAKSİYA HEYƏTİ (HAKEM KURULU) 

Akademik Vasim Məmmədəliyev (Bakı Dövlət Universiteti) ● Prof. Dr. Celal Erbay (Marmara Üniv. 

İlahiyat Fak.) ● Prof. Dr. Bedrettin Çetiner (Marmara Üniv. İlahiyat Fak.) ● Prof. Dr. Saffet Köse (Selçuk 

Üniversitesi İlahiyat Fakültesi) ● Prof. Dr. Süleyman Toprak (Selçuk Üniversitesi İlahiyat Fakültesi) ● 

Prof. Dr. Zekeriya Güler (Selçuk Üniversitesi İlahiyat Fakültesi) ● Doç. Dr. Abdullah Kahraman 

(Cumhuriyet üniversitesi İlahiyat Fakültesi) ● Doç. Dr.  Mustafa Altundağ (Marmara Üniversitesi İlahiyat 

Fakültesi)  ● Dr. Ömer Aslan (Cumhuriyet Üniversitesi İlahiyat Fakültesi) ●  Doç. Dr. Muammer Erbaş 

(9 Eylül Üniversitesi İlahiyyat fakültesi) ●  Yrd. Doç. Dr. Akif Köten (Uludağ Üniversitesi İlahiyat 

Fakültesi)  ● Dos. Salman Süleymanov (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi)  ● i.e.n. Namiq 

Abuzərov (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi) ● Dr. Qoşqar Səlimli (Bakı Dövlət Universiteti 

İlahiyyat Fakültəsi) ● Dr. Adilə Tahirova (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi) ● i.e.n. Mübariz 

Camalov (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi)  ● i.e.n. Elşad Mahmudov (Bakı Dövlət 

Universiteti İlahiyyat Fakültəsi) ● Dr. Mehriban Qasımova (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi) 

● Dr. Sevinc Aslanova (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi)  ● Dr. Aqil Şirinov  ● Dr. Elnurə 

Əzizova (Xəzər Universiteti) ● Dr. Ülkər Abuzərova (Xəzər Universiteti). 

 

MƏCMUƏ İLƏ ƏLAQƏ (HABERLEŞME) 

 

Əhməd Cəmil 41 A/Yasamal/Baku 



bduilahiyyat@yahoo.com 

Tel: 510 65 45, Fax/tel: 432 29 94 



 

ISBN: 978 – 9952 – 450 – 84 – 2 

 

Tiraj: 1000 



 

Məcmuəmiz hakəmli bir məcmuədir. 

AAK tərəfindən təsdiq olunmuşdur. İldə iki dəfə nəşr olunur.  

Nəşr olunan məqalələrin elmi məsuliyyəti müəlliflərə aiddir. 

 

İL 7 NÖMRƏ 13 BAKI–2010

 

№ 13 APREL (NİSAN) 2010 


 

 

 

ИЧИНДЯКИЛЯР 

 

 

ƏNƏNƏVİ ƏRƏB DİLÇİLİYİNDƏ BAŞQA DİLLƏRİN 

TƏDQİQİ MƏSƏLƏSİNƏ DAİR 

 V.M.MƏMMƏDƏLİYEV ............................................................... 7 

 

NADİR ƏLYAZMA 



  f.e.n., dos. Çimnaz MİRZƏZADƏ.......................................................... 17 

 

Hz.MUHAMMED’İN SAVAŞLARINDAN (GAZVE ve 

SERİYYELERİNDEN) ELDE EDİLEN BAZI ASKERÎ, 

DİPLOMATİK VE HUKUKÎ SONUÇLAR 

 i.e.n. 

Elşad MAHMUDOV ..................................................................... 23 

 

ИНДИКИ - ЭЯЛЯЪЯК ЗАМАН ФЕЛЛЯРИНИН 

ГУРАНИ-КЯРИМДЯ МОРФОЛОЖИ ЯЛАМЯТЛЯРИ 

  дос. Н.Н.МЯММЯДОВ ................................................................ 55 

 

TÜRK DİLİNDƏ SÖZDÜZƏLDİCİ ŞƏKİLÇİLƏR 

 f.e.n. 

Nigar 

İSMAYILZADƏ.................................................................. 91 

 

БИР ДАЩА ЯРЯБ ДИЛИНДЯ СИФЯ МОВСУФЯ АДЛАНАН ДИЛ  

ЩАДИСЯСИНДЯ ТЯЙИНИН ИФАДЯ ВАСИТЯЛЯРИ ЩАГГЫНДА 

(ИКИНЪИ МЯГАЛЯ) 

 f.e.n., 

dos. 

Гурбаняли Рящман оьлу СЦЛЕЙМАНОВ ....................... 99 

 

ƏRƏB DİLÇİLİK TARİXİNİN ÖYRƏNİLMƏSİNDƏ 

MÖVCUD OLAN MÜXTƏLİF İSTİQAMƏTLƏR 

  Səbinə MİRZƏYEVA ........................................................................... 105 

 

KƏLAMA GÖRƏ ALƏMİN YARADILIŞI 

 i.e.n. 

Aqil 

ŞİRİNOV ............................................................................. 115 

 

ON QİRAƏT İMAMI VƏ ONLARIN RAVİLƏRİ 

 Mirniyaz 

MÜRSƏLOV ......................................................................... 131 

 

ƏRƏB DİLÇİLİYİNDƏ QRAMMATİKA MƏKTƏBLƏRİ 

  Tərlan Paşa oğlu MƏLİKOV ............................................................... 151 

 

М.ФЦЗУЛИНИН «ЙЕДДИ ЪАМ» ЯСЯРИНДЯ ИСЛАМИ 

ТЯСЯВВЦФЦН ТЯЪЯССЦМЦ 

  ф.е.н., досент явязи С.М.ГОЪАYЕВА ................................................ 159 

   

AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ İNKARLIQ VƏ 

QADAĞANLIQ KONSTRUKSİYALARI 

 Yeganə QARAŞOVA............................................................................. 167 

 

EBU SAÎD MUHAMMED HÂDÎMÎ’NIN KUR’AN AYETLERİNİ 

KELÂMI BAKIŞ AÇISIYLA YORUMLAMASI 

 Dr. 

Rəşad İLYASOV............................................................................. 179 

 

CAHİLİYE’DEN İSLAM’A SÜTANNELİĞİ GELENEĞİ 

ÜZERİNE BAZI NOTLAR 

 i.e.n. 

Elnurə ƏZİZOVA........................................................................ 195 

 

XƏLVƏTİLİK NƏZƏRİYYƏSİ VƏ SEYİD YƏHYA ŞİRVANİ 

  Dr. Rafiz MANAFOV ........................................................................... 205 

 

NASÎRUDDİN TÛSΠFELSEFESİNDE NEFSİN BEDENLE 

İLİŞKİSİ VE ONUN GÜÇLERİ 

  Dr. Anar QAFAROV ............................................................................ 217 

 

İMAMİYYƏ ALİMLƏRİNƏ GÖRƏ QURAN-İ KƏRİMDƏKİ 

MÜQƏTTƏƏ HƏRFLƏRİ 

 Aslan 

HƏBİBOV .................................................................................. 243 

FÜZULİNİN “HƏDİQƏTÜS-SÜƏDA” ƏSƏRİNDƏ 

İSLAMİ DƏYƏRLƏRİN ƏHƏMİYYƏTİ 

 Ceyhun 

Şakir oğlu AĞAYEV ............................................................... 251 

 

ЯРЯБ ДИЛИНДЯ САЙ АНЛАЙЫШЫ 

  Дямир Гурбаняли оьлу СЦЛЕЙМАНОВ..........................................265 

 

İCTİMAİ SƏRMAYƏ VƏ İŞDƏ CİNSİYYƏT 

  Mоnirə Əli qızı MÖHSÜNZADƏ......................................................... 273 

 

SAĞLAM СОСИАЛ-ПСИХОЛОЖИ ИГЛИМIN YARADILMASINDA 

MƏNƏVİ-PSİXOLOJİ TƏMİNATIN ROLU 

 A.A.ШИРИYEV................................................................................283 

 

BƏHAİ DİNİNİN TEOLOJİ ƏSASLARINI TƏŞKİL EDƏN 

BƏZİ ANLAYIŞLARIN TƏHLİLİ 

 Azər CƏFƏROV ................................................................................... 297 

 

ƏL-MÜTƏNƏBBİ 

 Ceyhun 

ƏLİYEV .................................................................................. 309 

 

İSTEDADIN FORMALAŞMASINDA VƏ GERÇƏKLƏŞMƏSİNDƏ 

MƏNƏVİ DƏYƏRLƏR AMİLİ 

 Elxan 

Bəylər oğlu BƏYLƏROV........................................................... 317 

 

RUH VƏ ƏXLAQIN SAFLAŞMASINDA ZİKRİN TƏSİRLƏRİ 

  Məcid BAVƏRDİ.................................................................................. 327 

 

SÜHRƏVƏRDİ VƏ İBN ƏRƏBİ – TƏSİRLƏNMƏ YOXSA 

İLAHİ HİKMƏTDƏ BİRLİK? 

 Qadir 

SƏFƏROV.................................................................................. 339 

 

QURAN VƏ RƏVAYƏTLƏRDƏ TÖVBƏ VƏ ƏFV TƏLƏB ETMƏ 

MƏSƏLƏSİ 

 Muhamməd Əli CƏHDİ....................................................................... 353 

ВОЗНИКНОВЕНИЕ СВОБОДНОГО СТИХА В ИРАКЕ 

  Н.А.МУРАДОВА................................................................................. 361 

 

MƏMMƏD SƏİD ORDUBADİNİN OKTYABR İNQİLABINDAN 

ÖNCƏ İSLAM DÜNYASI HAQQINDAKI  BƏZİ MƏQALƏLƏRİ 

 Ramin 

SADIQOV ................................................................................. 369 

 

ГУРАНДА ЮН ГОШМАЛАРЫН «ЩЯЗФИ» (ДЦШМЯСИ) 

  Rəşad BABAYEV ..........................................................................379 

 

AZƏRBAYCAN TARİXŞÜNASLIĞINDA XÜSUSİ YERİ OLAN 

BƏLAZURİ VƏ ONUN FÜTUHUL – BÜLDAN ƏSƏRİ 

HAQQINDA QISA MƏLUMAT 

 Tariyel 

RƏSULOV ............................................................................... 393 

 

TƏSƏVVÜFÜN TƏKAMÜL YOLU VƏ BƏDİİ ƏDƏBİYYATDA 

İŞLƏNMƏ TARİXİ 

 Ülviyyə SƏLİMBƏYOVA ..................................................................... 399 

 

İNTİHARIN SOSİOLOGİYASI 

 Yusif 

Zeynalabdin 

oğlu FƏRHƏNGDUST ......................................... 409 

 

SOME NOTES ON THE HISTORY, THE CULTURE AND THE 

LANGUAGE OF THE MEDIEVAL QIPCHAQ - CUMAN TURKS 

  Gökçe Yükselen Abdurrazak Peler ...................................................... 421

 

 



FUZÛLÎ'NİN LEYL VE MECNÛN MESNEVİSİ İLE KIBRIS 

TÜRK HALK EDEBİYATINDAKİ MAHMUT VE LEYLA 

İSİMLİ HALK HİKÂYESİ'NİN ŞEKİL VE MUHTEVA 

BAKIMINDAN KARŞILAŞTIRILMASI 

  Zeki AKÇAM, Ayşegül AKÇAM ............................................................ 453

 


Ənənəvi ərəb dilçiliyində başqa dillərin tədqiqi məsələsinə dair 

 



 

 

 



ƏNƏNƏVİ ƏRƏB DİLÇİLİYİNDƏ BAŞQA DİLLƏRİN 

TƏDQİQİ MƏSƏLƏSİNƏ DAİR 

 

V.M.MƏMMƏDƏLİYEV

*

 

 

 



Orta  əsrlərdə Avropanın keçirdiyi durğunluq dövründə çiçəklənən  ərəb 

dilçiliyi linqvistikada yeni ənənə yaratmış, onun müəyyən etdiyi prinsip, 

metod və normalar qohum dillərlə yanaşı, geneoloji və tipoloji baxımdan 

ərəb dilindən fərqli dillərə  də  tətbiq edilmişdir (1,147;2,23). Bu çətin işdə 

mənşəcə ərəb olan alimlərlə birlikdə, qeyri-ərəblər də fəal iştirak etmişlər. 

Ərəb dilinin qrammatikasına dair bizə  gəlib çatmış ilk əsərin müəllifi 

Sibəveyhi ( vəfatı 794 və ya 796), Sibəveyhinin kitabına geniş şərh yazmış 

Sirafi (898-929) mənşə etibarilə farsdırlar. 

Siryani  əsilli tarixçi, filosof, ilahiyyatçı,  ədib və  təbib  Əbül-Fərəc 

Cəmaləddin ibnül- İbri (v.1286) mənşəcə  türk  olan  Zəməxşərinin”  əl-

Müfəssəl”  əsərini örnək alaraq siryani dilinin qrammatikasını yazmışdır(3). 

Əndəlisdə yaşayan yəhudi alimlər  ərəb dilçiliyində  qəbul edilmiş normalar 

əsasında ibri dilinin qrammatikasını yazmışlar (4;5). 

Əndəlis qrammatika məktəbinin görkəmli nümayəndələrindən  Əbu 

Həyyan (1256-1344) türk, fars, həbəş dillərinə dair əsər yazan ərəb 

alimlərindəndir (6). Əbu Həyyan bu dillərə dair 

، كرتلا ناسل يف لاعفلأا باتك

 

، كارتلأا ناسل يف كاردلاا باتك



 

، سرفلا ناسل يف سرخلا قطنم

 

كرتلا وحن يف كلملا وھز



، 

 

شبحلا ناسل يف شبغلا رون



 və ya) 

شبحلا ناسل نع شبغلا ءلا

(

 

 



رومشبلا ناسل يف روبخملا

 və ya) 


ناسل يف روبخملا

 

رومحيلا



(

 

kitablarını yazmışdır. Çox təəssüf ki, Əbu Həyyanın son dörd əsəri tapılma-



mışdır.  Əbu Həyyanın “bəşmur”, yaxud “yəhmur” adlandırdığı dilin məhz 

hansı dil olduğunu indiyə  qədər müəyyənləşdirmək mümkün olmamışdır 

(6,186-187; 7,120-121). Çox ehtimal ki, o, Afrika dillərindən biridir.  

Zahiri məzhəbinin  ən böyük nümayəndələrindən biri, məşhur fəqih, 

mühəddis, tarixçi, ədib və şair İbn Həzm (994-1064) nəzəri dilçilik və başqa 

                                                 

*

 BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik 



V.M.MƏMMƏDƏLİYEV 

dillərə münasibət barədə maraqlı fikirlər irəli sürmüşdür. Əndəlisdə doğulub 



boya-başa çatmış, dövrünə görə çox mükəmməl təhsil almış yüksək 

mədəniyyət və intellekt sahibi İbn Həzm  ərəb, ibri və siryani dillərinin 

yaxınlığını yaxşı  dərk edir, bu yaxınlığı bir dilin ləhcələrinin bir-birinə 

yaxınlığı, oxşarlığı kimi qəbul edirdi. İspan və ya fars mənşəli olduğu güman 

edilən İbn Həzmin fikrincə, siryani, ibrani və ərəb dilləri əslində bir dildir. 

Bu dildə danışanlar müxtəlif yerlərə köçmüş və tədriclə hərəsinin öz ləhcəsi 

meydana gəlmişdir (8,I,30).  

İbn Həzm Həzrəti Adəmin danışdığı dildən bəhs edərkən, ümumiyyətlə

dillərin yaranması  məsələsi üzərində geniş dayanmış  və bu məsələdə  ərəb 

alimlərindən çoxunun müdafiə etdiyi tövqif (dilin insana Allah tərəfindən 

bildirilməsi, öyrədilməsi) nəzəriyyəsini dəstəkləmişdir. 

İbn Həzm dilin təbiətdən doğduğu fikrini qəbul etməmişdir. Onun 

fikrincə, ilk və  əsl dil Həzrəti Adəmə  vəhy edilən dildir. Adəmin övladları 

zaman, məkan və şəraitə uyğun olaraq bu əsl, lakin bəsit olan dildən başqa 

dillərin törəməsinə zəmin yaratmışlar (8,I,130). 

İlkin dilin siryani, ibrani, ərəb, yaxud yunan dili olması barədə heç bir 

nəqli (Qurana, hədisə istinad edən) dəlil olmadığı üçün bu haqda qəti fikir 

söyləməyin, qeyri-mümkün olduğunu deyən  İbn Həzm dil alimləri, dil 

qrupları  nəzəriyyəsinə Avropa dilçilərindən iki əsr öncə diqqəti cəlb 

etmişdir. İbn Həzmə görə, ərəb, ibrani (yəhudi) və siryani dilləri Himyər dil 

qrupuna deyil, Mudar və  Rəbiə dil ailəsinə  mənsub olub bir tək dil hesab 

edilir. Bu dillər tədriclə zaman, məkan və  şəraitə uyğun olaraq, həm də 

qonşu dillərin təsiri ilə müəyyən dəyişikliklərə  uğramış, onların hər biri 

müstəqil bir dil halına gəlmişdir (7,121-122;9,59). Ərəbcə danışan ilk şəxsin 

Həzrəti  İsmail, ibranicə danışan ilk şəxsin Həzrəti  İshaq olduğun, onların 

atası Həzrəti İbrahimin isə siryanicə danışdığını qeyd edən İbn Həzm bundan 

belə bir nəticəyə  gəlir ki, ərəb və ibrani dilləri siryanicədən törəmişdir 

(8,1,30-31;9,59). 

İbn Həzm yunancanın  ən zəngin dil sayıldlğı üçün ilk dil ola biləcıyi 

fikrinə şərik çıxmır.O, belə hesab edir ki, hər hansı bir dilin güclü, zəngin, 

yaxud zəif olması  həmin dilin əsli, kökü ilə deyil, o dildə danışanların 

ictimai-siyasi gücü ilə müəyyən olunur. Dövləti dağılan, işğala uğrayan

yaxud yurd-yuvalarından çıxarılıb didərgin salınan millətlərin, xalqların 

dilləri tədriclə zəifləyib yox olur. İbn Həzmin özünün bu görüşü ilə müasir 



Ənənəvi ərəb dilçiliyində başqa dillərin tədqiqi məsələsinə dair 

dilçiliyin dillərin təşəkkülü, inkişafı və təkamülü barəsindəki konsepsiyasına 



xeyli yaxınlaşdığını söyləmək olar (9,59). İbn Həzmin eyni zamanda bir 

dilin digərindən üstün olması iddialarını rədd etməsi də müasir nəzəri dilçilik 

anlayışlarına uyğun gəlir.  

Yunancanın  ən üstün bir dil sayıldığını, digər dillərin köpək mırıltısı, 

yaxud qurbağa qurultusu qəbilindən olduğunu iddia edən yunan filosofu 

Calinusun cahil və axmaq bir adam olduğunu söyləyən İbn Həzm məsələyə 

psixoloji baxımdan yanaşaraq hər bir insanın öz ana dili xaricindəki bütün 

dilləri bir sıra qarışıq səslər toplusu kimi qəbul edə biləcəyini və bu 

məsələdə üstünlüyü dil, əlifba, hərf kimi vasitələrdə axtarmağın doğru 

olmadığını göstərir.  İbn Həzm vəhy dili olduğu üçün ərəb dilini üstün dil 

sayan görüşə qarşı da çıxaraq belə hesab edir ki, dil ünsiyyət vasitəsidir və 

hər peyğəmbər ilahi əmrləri öz xalqının, öz qövmünün dili ilə  təbliğ 

etmişdir. Belə ki, Tövrat, Zəbur və  İncili ibranicə,  İbrahimin sühüfü isə 

siryanicədir.  İbn Həzm Cənnətdəki dilin ərəb dili olduğu iddiasını da bu 

barədə nəss (Quran ayəsi, hədis), yaxud icma (islam alimlərinin ümumi fikir 

birliyi) olmadığı üçün qəbul etmir (9,59). 

Əndəlisdə doğulub boya-başa çatdığı, orada təhsil aldığı, ömrünü orada 

başa vurduğu, üstəlik, bəzi mütəxəssislərin fikrincə, ispan əsilli olduğu üçün 

latın dilini bildiyi guman edilən  İbn Həzm yeri gəldikcə  ərəb və latın 

dillərini bir-biri ilə qarşılaşdırmış  və belə bir nəticəyə  gəlmişdir ki, ərəb 

dilinin  əksinə olaraq latıncada dolaşıqlığa gətirib çıxaracaq eyni və ortaq 

mənalı sözlərin (sinonimlərin- V.M) az olması bu dilin möhkəm bir dil 

olmasını təmin etmişdir (9,59;10,52-54). İbn Həzmin bu görüşü ilk baxışda 

mənsub olduğu zahiri məzhəbinin bir təzahürü kimi görünsə  də, onun hər 

hansı bir dilin zənginliyinin və mükəmməlliyinin eyni anlamlı, təkrar 

sözlərin çoxluğu ilə deyil, müəyyən bir məfhumu ifadə edən sözlərin 

zənginliyi ilə ölçüldüyünü söyləməsi nəzəri dilçilik baxımından çox maraqlı 

bir fikirdir (9,39). Göründüyü kimi, İbn Həzm öz mülahizələrini 

əsaslandırarkən müasir dilçiliyin əsas cərəyanlarından olan sosiolinqvistika 

və psixolinqvistikanın müddəaları ilə  səsləşən maraqlı fikirlər irəli 

sürmüşdür. 

Dilin hədəfi, qayəsi, önəmi, təlimi səs-söz, söz-məna  əlaqəsi, kəlmə, 

kəlam, qövl (deyim), dillərin müqayisəsi, sözdüzəltmə kimi linqvistik 

mövzularda mənsub olduğu zahiriyyə  məktəbinin normalarından, mülahizə 



V.M.MƏMMƏDƏLİYEV 

10 


və müddəalarından çıxış edərək maraqlı fikirlər irəli sürən  İbn Həzm dili 

“qavram və düşüncələri ifadə edən sözlər toplusu” adlandıraraq onu Allahın 

yaratdıqları içərisində sadəcə insana deyil, ağıl sahibi olan bütün varlıqlara 

(mələklərə, cinlərə  və  s.  –  V.M)  bəxş etdiyi ən böyük nemət hesab 

etməkdədir (8,4-5;9,59). 

İbn Həzm bəlağətlə  də çox maraqlanmış, özünün müxtəlif kitab və 

risalələrində bəlağət məsələlərinə toxunmuşdur. Onun fikrincə, hər hansı bir 

söz, ifadə yalnız o zaman bəliğ (bəlağətli,  ədəbi) ola bilər ki, o xalqın və 

ziyalıların anlaya biləcəyi dərəcədə sadə olsun, məqsəddən kənara çıxmasın, 

onun ibarəsi qısa, mənası dərin olsun və, beləliklə, zehndə rahat qalsın.  

Bəlağətdən danışan  İbn Həzm onun aşağıdakı üç növündən bəhs edir: 

1)Cahizin üslubunda olduğu kimi, xalqın bildiyi sözlərdən yaranan bəlağət; 

2) Həsən Bəsri və Səhl bin Harunun örnəyində olduğu kimi, xalqa yabançı 

sözlərdən yaranan bəlağət; 3) İbnül Müqəffə və bəzi başqa ərəb ədiblərinin 

üslubunda olduğu kimi, əvvəlki iki növün qarışığından yaranan bəlağət 

(9,59). 


Quranın ecazından danışan  İbn Həzm onun təqlidedilməzliyini Allah 

kəlamının bəlağət və  nəzmində (sözdüzümündə), insanların bilə 

bilməyəcəkləri bir sıra qeyb xəbərlərində görənlərlə  qəti razılaşmayaraq 

onları  tənqid edir və bu məsələdə  məşhur mötəzili filosof ən - Nəzzamın 

Allahın Quranı  təqlid etmə gücünü insanların  əlindən aldığını iddia edən 

“sərfə” nəzəriyyəsinin tərəfdarı kimi çıxış edir (11,III,16-17). 

İbn Həzm haqqında deyilənlərə yekun vuraraq onu qeyd etmək istəyirik 

ki, fiqhə, dinlər tarixinə, hədisə, xüsusilə zahiri məzhəbinə dair qiymətli 

kitablar yazmış, özünün məşhur ةمامحلا  قوط

 

əsəri ilə  ərəb  ədəbiyyatında 



romantizmin, demək olar ki, əsasını qoymuş, platonik eşqin öncüllərindən 

biri olmuş bu görkəmli alim eyni zamanda ərəb dilinə, sami dillərə, 

bütövlükdə nəzəri dilçiliyə dair çox maraqlı və qiymətli fikirlər söyləmişdir. 

İbn Həzm orta çağ ərəb filosofları tərəfindən “peşəkar dilçi” hesab edilməsə 

də, onun dilçiliyə dair mülahizələrinin,eləcə də ədəbi görüşlərinin müstəqil, 

monoqrafik tədqiqata cəlb edilməsinə ciddi ehtiyac vardır. Bu baxımdan 

tanınmış türk ərəbşünası  İsmayıl Durmuşun araşdırmaları xüsusi maraq 

doğurur (bax: 9,58-61). 

Ənənəvi  ərəb dilçiliyində başqa dillərin öyrənilməsindən söhbət 

gedərkən iki məşhur alimdən xüsusi bəhs etmək lazım gəlir. Onların birincisi 



Ənənəvi ərəb dilçiliyində başqa dillərin tədqiqi məsələsinə dair 

11 


türk  əsilli Mahmud bin əl-Hüseyn bin Məhəmməd  əl-Kaşğari, ikincisi isə 

yenə türk əsilli Seyyid Əhməd Cəmaləddin ibn Mühənnadır. 

Mahmud Kaşğari 1029-1038-ci illər arasında Kaşğarda anadan 

olmuşdur. Kınık türk qəbiləsinə mənsub olan Mahmud Kaşğari doğma şəhəri 

ilə yanaşı, Buxara, Mərv, Nişapur və Bağdadda da oxumuş,  ərəb dilinə  və 

ərəb qrammatika elminə yaxşı bələd olmuşdur. 

Mütəxəssislərin fikrincə, Mahmud Kaşğari özünün şah  əsəri olan 

“Divanu luğatit-türk” (“Türk dilləri toplusu”) kitabını 1072-ci ilin yanvar 

ayında başlamış, 1083-cü ilin oktyabr ayında bitirmişdir. 

Mahmud Kaşğari struktur-əlifba prinsipi əsasında tərtib etdiyi bu 

lüğətində sözləri isim və feil olmaqla iki qrupa bölərək orada aşağıdakı 

məsələləri nəzərdən keçirmişdir: 1) leksika (burada sözlərin hansı  qəbiləyə 

mənsub olduğu göstərilir); 2) türk qəbilələrinin yerləşdiyi bölgələr haqqında 

məlumat; 3) türk dillərinin təsnifatı; 4) türk dillərinin tarixi fonetikasına və 

qrammatikasına dair məlumat; 5) türklərin tarixi coğrafiyası, etnoqrafiyası, 

poeziya və folkloru haqqında məlumat; 6) dünyanın  ən qədim türk xəritəsi 

(12,3-17). 

Lüğətdə qoyulmuş  məsələlərə  nəzər saldıqda Mahmud Kaşğarinin elm 

aləminə məlum olan ilk türkoloq-dilçi, tarixçi, etnoqraf və folklorçu olduğu 

nəzərə çarpır. Digər tərəfdən lüğətdə türk dillərinin tarixi fonetikasına dair 

məlumat verilməsi onun ərəb dilçiliyinə  də böyük yenilik gətirməsi kimi 

qiymətləndirilməlidir. Çünki zəngin ənənələrə malik çoxəsrlik ərəb dilçiliyi 

tarixində Mahmud Kaşğaridən nə  əvvəl, nə  də sonra dilçilik məsələlərinin

dil hadisələrinin izahında tarixilik prinsipinə riayət olunmamışdır.  

Bəzi mütəxəssislər “Divanu lüğatit-türk”ün Xəlil bin Əhməd  əl-

Fərahidinin “Kitabul-eyn” (13,13), digərləri isə  İbrahim  əl-Farabinin 

“Divanul-ədəb” lüğəti prinsipində  tərtib olunduğunu göstərirlər (14, 11). 

Lakin müəllif özü əsərinin müqəddiməsində  əvvəlcə lüğətini Xəlilin 

“Kitabul-eyn” səpgisində tərtib etmək istədiyini, sonra isə lakoniklik xatirinə 

bu fikirdən daşındığını göstərir. Lüğətin “Divanul-ədəb” səpgisində  tərtibi 

barəsindəki mülahizə isə xüsusi tədqiqat tələb edir.  

Mahmud Kaşğarinin bütövlükdə  ərəb dilçiliyi və leksikoqrafiyası 

prinsipləri  əsasında yazdığı “Divanu lüğatit-türk” kitabı türk dilləri və 

ləhcələrinin müqayisəli fonetikası  və qrammatikasına həsr edilmiş ilk elmi 

əsəridir. Lüğətə  nəzər salarkən, müəllifin  ərəb və türk dillərinin müxtəlif 


V.M.MƏMMƏDƏLİYEV 

12 


sistemlərə malik olduğunu yaxşı  dərk etdiyi, türk dillərinə xas olan 

iltisaqiliyi ərəb dilindəki daxili fleksiyadan ciddi surətdə fərqləndirdiyi açıq-

aşkar nəzərə çarpır.  

Dərin zəkası, incə dil duyumu və  dəqiq müşahidə qabiliyyəti ilə öz 

dövrünü çox qabaqlamış Mahmud Kaşğarini 13 əsrdən artıq zəngin tarixə 

malik ərəb dilçiliyində özündən əvvəlki və sonrakı dilçilərdən fərqləndirən, 

ona xüsusi mövqe qazandıran, orijinal tədqiqatçı edən cəhət budur ki, o, 

qohum dillərin öyrənilməsində müqayisəli metodu ilk dəfə  şüurlu elmi 

prinsip kimi geniş, ardıcıl surətdə tətbiq etmiş, bir çox faktların izahında isə 

tarixilik prinsipini əsas götürmüşdür. Cəsarətlə demək olar ki, Mahmud 

Kaşğari dilçilikdə müqayisəli metodun, tarixilik prinsipinin əsasını 

qoymuşdur. Məhz buna görə də bəzi mütəxəssislər haqlı olaraq, onu müasir 

nəzəri dilçiliyin əsasını  təşkil edən tarixi-müqayisəli metodun banisi hesab 

edirlər (15, 856; 16, 31; 17, 27). 

Mahmud Kaşğarinin türk dillərinin sintaksisinə  həsr edilmiş “Kitabu 

cəvahirin-nəhv fi luğatit-türk” əsəri isə təəssüf ki indiyə qədər tapılmamışdır. 

Seyid Cəmaləddin ibn Mühənnanın (? - 1283)  ناسللا ةبلح و ناسنلأا ةيلح

  

adlı 



əsəri haqqında ilk dəfə  məşhur rus şərqşünası P.M.Melioranski məlumat 

vermiş  və onu 1900-cu ildə Sankt-Peterburqda nəşr etdirmişdir (18). 

P.M.Memoranski  İbn Mühənnanın bu əsərinin XIV əsrdən gec 

olmayaraqhətta ola bilsin ki XIII əsrin sonlarında Hülakilər dövründə İranda 

yazıldığını güman edir. T.Hacıyev burada İran dedikdə Güney Azərbaycanın 

Urmi ətrafı nəzərdə tutulduğunu qeyd edir.  

 İbn Mühənnanın  ناسللا  ةبلح  و  ناسنلأا  ةيلح  əsərində fars, monqol və türk 

dilləri əhatə olunduğuna görə, P.M.Melioranskinin fikrncə, o, həmin üç dilin 

mövcud, və işlək olduğu bir məkanda yarana bilərdi. Bu məkan isə Azərbay-

candır, çünki Hülakilər dövründə Azərbaycanda türk, fars və monqol dilləri 

əməli şəkildə işlənirdi (18,18;19, 4-5). 

Onu da qeyd etmək lazımdır ki, P.M.Melioranski İbn Mühənnanın türk, 

özü də məhz Azərbaycan türkü olduğunu vurğulayır (18,19).  

İbn Mühınnanın özünün də qeyd etdiyi kimi, təcrübi məqsədlə yazdığı 

bu lüğəti üç hissədən - ərəbcə, farsca, ərəbcə-türkcə  və  ərəbcə-monqolca 

lüğətdən ibarətdir. Həmin lüğətlərin hər biri iki hissədən təşəkkül tapır: 

1) araşdırılan dilin fonetik, morfoloji, leksik-terminoloji təhlili;  

2) müvafiq dilin lüğət tərkibinin qlossarisi-sözlərin ərəbcəyə tərcüməsi. 



Ənənəvi ərəb dilçiliyində başqa dillərin tədqiqi məsələsinə dair 

13 


Bizi  əsasən  əsərin  ərəbcə-türkcə lüğət qismi maraqlandırdığından qeyd 

etməliyik ki, müəllif bu qismin fonetika bəhsində türk səslərinin fonetik 

təbiətini, artikulyasiyasını  və  tələffüzünü izah edir, spesifik türk səslərinin 

izahına xüsusi diqqət yetirir, türk dilindəki səslərin ərəb əlifbası ilə adekvat 

olaraq ifadə edilə bilməsi üçün müəyyən diakratik işarələrin tətbiqindən bəhs 

edir (19,10). 

Morfologiyaya həsr edilmiş bölmədə türk dilinin morfologiyası yüksək 

nəzəri səviyyədə təhlil olunur, bu və ya digər qrammatik kateqoriya barədə 

məlumat verilir, daha sonra hər bir şəkilçinin işlənmə yeri və qrammatik 

funksiyası izah edilir (19,10). 

Əsərdə maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, burada öyrədilən 

dillərin  şivələrə malik olması qeyd edilir və  ənənəvi  ərəb dilçiliyinin 

normalarına müvafiq olaraq şivələrə aid olan xüsusiyyətlər ümumi qaydadan 

(qiyasdan) kənara çıxma kimi xarakterizə olunur. 

Nəhayət onu qeyd etmək lazımdır ki, İbn Mühənna həm də Həzrəti Əli 

barəsində yazılmış  بلاط يبأ باسنأ يف بلطلا ةدمع kitabının müəllifidir. 

İbn Mühənnanın Mahmud Kaşğaridən iki əsr sonra yazıb yaratdığını 

nəzərə alsaq, onun tərtib etdiyi bu lüğətin  ərəb dilçiliyində yeni bir hadisə 

olmadığını qeyd edə bilərik. Dünya dilçiliyinin nəhənglərindən biri hesab 

edilən Mahmud Kaşğari tarixi-müqayisəli metodu XI əsrdə  şüurlu elmi 

prinsip kimi tətbiq etməklə bu işə XIX əsrdə girişən Avropa dilçiliyini 

səkkiz əsr qabaqlamış, İbn Mühənna isə XIII əsrdə bu istiqamətdə yeni bir 

əsər yazaraq müqayisəyə cəlb edilən dillərin sayını daha da artırmışdır. Ərəb 

dilçiliyi ilə yanaşı, hind-Avropa dilçiliyini də gözəl bilən P.M.Melioranski 

məhz buna görə orta çağ  ərəb filoloqlarının öz təcrübə  və  nəzəriyyələrinin 

rasionallığı baxımından Avropa alimlərinin nəinki orta əsrlərdəki, hətta XIX 

əsrə qədərki səviyyələrindən daha yüksəkdə durduqlarını qeyd edir (19,13). 

Sonda onu qeyd etmək istəyirik ki, ənənəvi ərəb dilçiliyində ərəb dili ilə 

yanaşı, yəhudi, siryani, həbəş, fars, türk, monqol və s. dillərin öyrənilməsinə 

də maraq göstərilmişdir. Həmin dillərin öyrənilməsi ilə  məşğul olan mütə-

xəssislər  ərəb olub-olmadıqlarından asılı olmayaraq tədqiq etdikləri digər 

dilləri  ərəb dilçiliyində  qəbul edilmiş qayda-qanunlar, norma və prinsiplər 

əsasında öyrənmiş, bununla da bütövlükdə nəzəri dilçiliyin inkişafına böyük 

xidmət göstərmişlər.  

  


V.M.MƏMMƏDƏLİYEV 

14 


 

 

 



 

 

 



 



Yüklə 18,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə