Elmи мяъмуяси



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix10.07.2017
ölçüsü2,19 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   24

 

 
 
БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 
ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  
 
 
ELMИ
 
МЯЪМУЯСИ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
№ 14 SENTYABR (EYLÜL) 2010

 
 

 
 
BAKI DÖVLƏT UNİVERSİTETİ 
İLAHİYYAT FAKÜLTƏSİNİN ELMİ MƏCMUƏSİ 
 
MƏSLƏHƏTÇİ 
Vasim Məmmədəliyev 
 
REDAKTOR / EDİTÖR 
Akif Köten 
 
REDAKTOR MÜAVİNİ 
Mübariz CAMALOV 
 
REDAKSİYA HEYƏTİ (HAKEM KURULU) 
Akademik Vasim Məmmədəliyev (Bakı Dövlət Universiteti) ● Prof. Dr. Celal Erbay (Marmara Üniv. 
İlahiyat Fak.) ● Prof. Dr. Bedrettin Çetiner (Marmara Üniv. İlahiyat Fak.) ● Prof. Dr. Saffet Köse (Selçuk 
Üniversitesi İlahiyat Fakültesi) ● Prof. Dr. Süleyman Toprak (Selçuk Üniversitesi İlahiyat Fakültesi) ● 
Prof. Dr. Zekeriya Güler (Selçuk Üniversitesi İlahiyat Fakültesi) ● Doç. Dr. Abdullah Kahraman 
(Cumhuriyet üniversitesi İlahiyat Fakültesi) ● Doç. Dr.  Mustafa Altundağ (Marmara Üniversitesi İlahiyat 
Fakültesi)  ● Dr. Ömer Aslan (Cumhuriyet Üniversitesi İlahiyat Fakültesi) ●  Doç. Dr. Muammer Erbaş 
(9 Eylül Üniversitesi İlahiyyat fakültesi) ●  Yrd. Doç. Dr. Akif Köten (Uludağ Üniversitesi İlahiyat 
Fakültesi)  ● Dos. Salman Süleymanov (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi)  ● i.e.n. Namiq 
Abuzərov (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi) ● Dr. Qoşqar Səlimli (Bakı Dövlət Universiteti 
İlahiyyat Fakültəsi) ● Dr. Adilə Tahirova (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi) ● i.e.n. Mübariz 
Camalov (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi)  ● i.e.n. Elşad Mahmudov (Bakı Dövlət 
Universiteti İlahiyyat Fakültəsi) ● Dr. Mehriban Qasımova (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi) 
● Dr. Sevinc Aslanova (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi)  ● Dr. Aqil Şirinov  ● Dr. Elnurə 
Əzizova (Xəzər Universiteti) ● Dr. Ülkər Abuzərova (Xəzər Universiteti). 
 
MƏCMUƏ İLƏ ƏLAQƏ (HABERLEŞME) 
 
Əhməd Cəmil 41 A/Yasamal/Baku 
bduilahiyyat@yahoo.com 
Tel: 510 65 45, Faks: 510 39 62 
 
ISBN: 978 – 9952 – 450 – 46 – 0 
 
Tiraj: 1000 
 
Məcmuəmiz hakəmli bir məcmuədir. 
AAK tərəfindən təsdiq olunmuşdur. İldə iki dəfə nəşr olunur.  
Nəşr olunan məqalələrin elmi məsuliyyəti müəlliflərə aiddir. 
 
№ 14 SENTYABR (EYLÜL) 2010 BAKI 

 

 
 
 
ИЧИНДЯКИЛЯР 
 
 
İSLAMDA QADIN HAQLARI
 
Akademik V.M.MƏMMƏDƏLİYEV

Müşərrəf ƏLİYEVA................... 7 
 
İNAM, ŞÜBHƏ VƏ İDRAK
 
Səlahəddin XƏLİLOV ........................................................................... 23 
 
HZ. ƏLİ (M. 656 – 661) DÖVRÜNDƏ AZƏRBAYCAN  
i.e.n. Qoşqar SƏLİMLİ ......................................................................... 39 
 
FUNKSİONALİST NƏZƏRİYYƏNİN İNKİŞAFINDA 
PARSONSUN ROLU 
i.f.d. Mehriban QASIMOVA ................................................................. 45 
 
“ALLAH” SÖZÜNÜN ARXETİPİNƏ DAİR 
Süsən Yusif qızı ASLANOVA................................................................ 53 
 
İSLAMAQƏDƏRKİ ƏDƏBİ NÜMUNƏLƏRDƏ 
VƏTƏNPƏRVƏRLİK MOTİVLƏRİ 
Valeh VƏLİYEV ................................................................................... 63 
 
BÖYÜK İSLAHATÇI VƏ FİLOSOF 
  Qəmər MÜRŞÜDLÜ............................................................................... 71
 
 
QƏDİM İNANC SİSTEMLƏRİNDƏ  
MÜHARİBƏ HADİSƏSİNƏ MÜNASİBƏT 
Sevda HÜSEYNOVA............................................................................. 93 
 
CAHİLİYE’DEN İSLÂM TOPLUMUNA 
TİCARİ HAYAT ÜZERİNE BAZI TESPİTLER 
Dr. Elnurə ƏZİZOVA.......................................................................... 105 
 

 
 

QURAN HAQQINDA İDDİALARA QAZİ ƏBDÜLCƏBBAR 
DÜŞÜNCƏSİ İLƏ BAXIŞ 
Faiq ƏHMƏDZADƏ ........................................................................... 115 
 
ШЯРГ ВЯ ГЯРБ ГАДЫНЛАРЫНЫН ЩЯЙАТ ТЯРЗИНДЯ  
ОХШАР ВЯ ФЯРГЛИ ХЦСУСИЙЙЯТЛЯР 
Яманят ПАШАЗАДЯ....................................................................125 
 
ФРАНКФУРТ МЯКТЯБИНИН ТАРИХИ ИНКИШАФ  
МЯРЩЯЛЯЛЯРИ 
Faiq Elman oğlu XUDANLI .............................................................. 131 
 
ИСТОКИ ФИЛОСОФСКО-МЕТОДОЛОГИЧЕСКОЙ 
ЗНАЧИМОСТИ КОМИЧЕСКОГО НА БЛИЖНЕМ ВОСТОКЕ 
Джейла ИБРАГИМОВА .................................................................. 141 
 
İSLAM HÜQUQUNDA “QƏVAİD” ANLAYIŞI 
Anar QURBANOV .............................................................................. 173 
 
XIII ƏSR ƏRUZŞÜNASI ŞƏMSƏDDİN MƏHƏMMƏD BİN QEYS 
ƏR-RAZİNİN DÖVRÜ, HƏYATI VƏ ƏSƏRLƏRİ 
Höccətullah QƏHRƏMANİ ............................................................... 197 
 
AZƏRBAYCANDA DİN-DÖVLƏT MÜNASİBƏTLƏRİ 
Şəhla Musa Qızı MUSAYEVA ............................................................ 207 
 
HƏDİQƏTÜS-SÜƏDA” ƏSƏRİNDƏ FÜZULİNİN ƏQİDƏ UĞRUNDA 
MÜBARİZƏYƏ BAXIŞI VƏ QİYAMIN ƏXLAQİ CƏHƏTLƏRİ 
 Ceyhun 
Şakir oğlu AĞAYEV ............................................................... 225
 
 
QUR’AN BAXIMINDAN İNSAN TƏKAMÜLÜNÜN  
İCTİMAİ DAVRANIŞ NORMALARI  
Məryəm Zarei Əqdəm.......................................................................... 237 
 

 

QUR’ANDA «QİTAL» ANLAMININ PLÜRALİZM  
BAXIMINDAN ARAŞDIRILMASI 
Məhəmməd VƏLİXAH........................................................................ 249 
 
ИНФОРМАСИЙАЛАШДЫРМА ПРОСЕСИНИН  
СОСИАЛ-ФЯЛСЯФИ АСПЕКТЛЯРИ 
  Елшян Ясэяр оьлу БАЙРАМЗАДЯ ................................................261
 
 
ŞƏRQ VƏ QƏRB FƏLSƏFƏSİNDƏ  
DİN VƏ ELM MÜNASİBƏTLƏRİ 
Rasim Hacı Ağa oğlu MƏCİDOV....................................................... 269 
 
ZƏRDÜŞTİLİKDƏ DİNİ VƏ İCTİMAİ BAXIŞLAR 
Gülmira İSMAYILOVA ...................................................................... 279 
 
GÜVƏNMƏ VƏ SOSİAL SƏRMAYƏ 
Mоnirə Əli qızı MÖHSÜNZADƏ........................................................ 291 
 
QLOBALLAŞMA ŞƏRAİTİNDƏ TOLERANTLIQ VƏ 
SÜLH PROBLEMİ 
Zülfiyyə NOVRUZOVA ...................................................................... 297 
 
İSLAMDA ZƏKAT 
Gülnar Şahlar qızı İBADOVA ............................................................ 305 
 

İslamda qadın haqları 

 
 
 
 
İSLAMDA QADIN HAQLARI 
 
Akademik V.M.MƏMMƏDƏLİYEV 
BDU-nun İlahiyyat fakültəsinin dekanı, 
f.e.d., professor 
Müşərrəf ƏLİYEVA 
Milli Aviasiya Akademiyasının  
“Hüquqşünaslıq” kafedrasının müəllimi  
 
 
Açar sözlər: İslam, qadın, hüquq 
Key words: Islam, women, law 
İnsan hüquqları probleminə, cəmiyyətdə müxtəlif qrupların, cinslərin 
qarşılıqlı münasibətlərinə dair müzakirə  və mübahisələr  ən qədim tarixə 
malikdir. Bu məqaləmizdə bütün dövrlərdə aktual olan qadın hüquqları, 
qadın-kişi bərabərliyi məsələsini  İslam dini mövqeyindən təhlil edəcəyik.  
İslamın qadına verdiyi dəyəri öyrənmək üçün əvvəlcə  İslamdan  əvvəlki 
cəmiyyətlərdə qadının mövqeyini tədqiq etmək lazımdır. Belə ki, Qərb 
mədəniyyətinin  əsas mənbələrindən biri olan Qədim Yunanıstanda qadın 
bazarda alınıb satılan, hüquq və azadlıqlardan məhrum, heç bir dəyəri 
olmayan varlıq vəziyyətində idi. Qərb mədəniyyətinin digər mənbəyi olan 
Romada da vəziyyət fərqli deyildi. Ailənin başçısı ailə üzvləri üzərində tam 
hakimiyyətə malik idi, arvadının edamına belə hökm verə bilirdi. Ailə 
üzvləri “ailənin daimi üzvləri” və “müvəqqəti ailə üzvləri” qismində iki 
qrupa ayrılırdı. Müvəqqəti ailə üzvlərini qız övladlar təşkil edirdi. Ataları 
öldüyü təqdirdə böyük qardaşlarının ixtiyarında olurdular. Ailə qurduqları 
zaman  ərlərinin ixtiyarında olar və öz ailələri ilə olan əlaqələri tamamilə 
kəsilərdi. Boşanmaq hüquqları yox idi və ərlərinin evində heç nəyə sahib ola 
bilməzdilər. Qədim Hind hüququnda da qadının heç bir hüququ yox idi. 
Hətta yaşamaq hüququ belə ərinin ömrü ilə  məhdudlaşırdı. Hind adətlərinə 
görə, əri arvadından əvvəl ölən qadın kişinin bir hissəsi kimi onunla birlikdə 
yandırılırdı. Yəhudilikdə qadın lənətlənmiş olaraq qəbul edilmiş  və    bütün 
qadınlar günahkar hesab edilmişdir. Onlara görə, Hz. Adəmin cənnətdən 

 
Akademik V.M.MƏMMƏDƏLİYEV, Müşərrəf ƏLİYEVA 

qovulmasının səbəbkarı Hz. Həvvadır. Qadın xidmətçi qəbul edilməklə, heç 
bir hüquqa malik deyil, vərəsə ola bilməz. Xristianlara görə qadın doğuşdan 
günahkardır və şeytanın iş ortağıdır. Şeytan qadın vasitəsilə insanları yoldan 
çıxarır. Hətta qadının insan olduğu belə  qəbul edilmirdi. Sonradan qadının 
şeytan olmadığı, ruh sahibi olduğu, müstəqil varlıq olmasa da, kişiyə xidmət 
etmək üçün yaradılmış bir insan olduğu qənaətinə  gəlinmişdir.  İslamdan 
əvvəl  Ərəbistan yarımadasında qadın yaşamaq hüququ və  vərəsəlik başda 
olmaqla bir cox hüquq və azadlıqlardan məhrum və alğı-satqı obyekti idi. 
Vərəsə olmaq hüququ yalnız döyüş qabiliyyəti olan böyüklərə  məxsus idi, 
uşaqlar və qadınlar vərəsə ola bilməzdilər. Kişi istədiyi qədər qadınla evlənə 
bilərdi. Boşamaq haqqı yalnız kişiyə aid idi. Yeni doğulan qız uşaqları isə 
bəzi  ərəb qəbilələrində diri-diri torpağa basdırılırdı. Belə bir dövrdə 
meydana gələn  İslam dini dünyadakı  tətbiqatın  əksinə olaraq qadına bütün 
hüquq və azadlıqlarını bərqərar etmiş, qadınlara layiq olduqları mövqeyi və 
dəyəri qazandırmışdır.  İslama görə, Allahın yaratdığı  məxluq olmaq 
baxımından qadınla kişi bərabərdir: “Ey insanlar! Biz sizi bir kişi və bir 
qadından  (Adəmdən və  Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız 
(kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və  qəbilələrə ayırdıq...”  əl-
Hucurat:49/13 (1,s.528); (ən-Nisa:4/1). Peyğəmbərimizin (s.ə.v.) ifadəsi ilə: 
“İnsanlar darağın dişləri kimi bərabərdirlər” (2, c.5,411). Qurani-Kərimdə 
insanlığın tək bir nəfsdən yaradıldığı  (ən-Nisa:4/1) bildirilməklə, bütün 
insanların Allaha qulluq üçün yaradıldığı  (əz-Zariyat:51/56) hökmü ilə  hər 
mövzuda qadınla kişi eyni əmr və qadağalarla mükəlləf tutulmaqla, eyni 
günah və savabı qazanacaqları elan edilməklə (Ali-İmran:3/195;  ət-
Tövbə:9/67-68, 71; əl-Maidə:5/38;  əl-Əhzab:33/73;  əl-Fəth:48/6) qadınla 
kişi arasındakı bərabərlik göstərilmişdir. Quranın hökmləri qadın-kişi bütün 
insanlara aiddir. Quran qadın və kişi cinsi üçün insanlar (ən-nas) kəlməsini, 
qadın-kişi möminlər üçün iman edənlər (əlləzinə amənu) ifadəsini işlədir. 
Peyğəmbərimiz (s.ə.v.) qadın-kişi bütün insanlığın peyğəmbəridir (əl-
Əraf:7/158; Səbə:34/28). Onun gətirdiyi hidayət yoluna riayət edən qadın və 
kişilər cənnətlikdirlər (əl-Müminin:40/40). Qurani-Kərimdə yaradılışla bağlı 
ayələr qadının və ya kişinin yaradılışına deyil, insanın yaradılışına aydınlıq 
gətirən ayələrdir: “O, yaratdığı  hər  şeyi gözəl yaratdı, insanı (Adəmi) 
yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən-bir qətrə  zəif 
(dəyərsiz) sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona 

İslamda qadın haqları 

öz ruhundan (özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). O, sizə göz, 
qulaq və ürək verdi...” əs-Səcdə:32/7-9 (1,s.436); “Biz insanı  ən gözəl 
biçimdə yaratdıq” ət-Tin:95/4(1,s.620). Ayələrdə qadının və ya kişinin deyil, 
insanın gözəl  şəkildə yaradıldığı qeyd olunur, yəni yaradılış etibarilə bir-
birlərindən fərqi yoxdur. Yaradılışdakı (insanlar arasındakı) cinsi fərqlər isə 
birinə digərinə nisbətən üstünlük qazandırmır. Qurani-Kərimin bir çox 
ayələrində insanların bir-birindən  üstünlüyünün insanların cinsi ilə deyil, 
iman, gözəl  əxlaq və Allahın  əmrlərinə riayət etməklə bağlı olduğu qeyd 
olunur: “Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır” 
əl-Hucurat:49/13 (1,s.528). Qurani-Kərimin “Nisa” adlı (qadınlar) surəsi 
qadınlarla bağlı bir çox hökmü ehtiva edir, həmçinin Quranın 19-cu surəsi 
Hz. Məryəmin adı ilə “Məryəm” surəsi adlanır. Qadın və kişi sözlərinin 
Quranda eyni sayda - 23 dəfə zikr edilməsi də İslamın qadın-kişi bərabərliyi 
ilə bağlı ən gözəl əyani sübutudur.  Qurani-Kərimdə qadının, Allah qatında 
hüquq və  vəzifələri baxımından kişi ilə tamamilə  bərabər olduğu qeyd 
olunur: “İstər kişi, istər də qadın olsun, Mən onlardan heç birinin əməlini 
puça çıxarmaram...” Ali-İmran:3/195 (1,s.159); (ən-Nisa:4/124;  ən-
Nəhl:16/97). Digər batil dinlərdə olduğu kimi İslamda qadın, Adəmin (ə.s.) 
ilk səhvinə görə  məsuliyyət daşımır, hətta Qurani-Kərimin Taha surəsinin 
121-ci ayəsində bilavasitə Adəmin (ə.s.) günahkar olduğu vurğulanır 
(1,s.349). Hər ikisi peşman olub tövbə etdikləri üçün Allah tərəfindən 
bağışlanmışlar. Namaz, oruc, zəkat və həcc kimi dini ibadətlər mövzusunda 
qadınla kişi arasında heç bir fərq yoxdur. Kişilərə vacib (fərz) və qadağan 
olan şeylər qadınlara da vacib və qadağandır. Bərabərlik dedikdə, fərqli olan 
şeylər arasında deyil, eyni olan şeylər arasındakı natarazlığın aradan 
qaldırılması, eyni olan şeylərə eyni dəyərin və ya eyni hüquq və vəzifələrin 
verilməsi nəzərdə tutulur. İslam dinində ictimai həyatın bütün sahələrində 
bütün hüquq və  vəzifələrdə eynilik mənasına  gələn qadın-kişi bərabərliyi 
yoxdur. Haqq və ədalət dini olan İslam bu cür bərabərliyin haq və ədalətdən 
uzaq olduğunu, xüsusilə qadına zülm etmək mənasına gəldiyini elan edir. 
Başqa sözlə, fitri fərqlərin nəzərə alınmalı olunduğu mövzularda İslam bu 
fərqləri nəzərə alır. Belə ki, İslamın hər iki cinsin nümayəndəsi üçün 
müəyyən etdiyi vəzifələrdə cins fərqi nəzərə alındığı kimi, bu vəzifələrə 
əsaslanan hüquqlar da müxtəlifdir. Məsələn,  İslamdakı miras hüququnda 
kişiyə iki pay, qadına bir pay verilməsi məsələsində bir çox insan qadına 

 
Akademik V.M.MƏMMƏDƏLİYEV, Müşərrəf ƏLİYEVA 
10 
haqsızlıq edildiyi, bərabər münasibət göstərilmədiyi qənaətindədir.  İslamda 
qadının işləmək, ailəsinin ehtiyaclarını  təmin etmək məcburiyyəti yoxdur, 
kişi isə  işləyərək ailəsinin, valideynlərinin tələbatlarını ödəməklə 
mükəlləfdir. Bu vəzifə bölgüsü tərəflərin razılığının və ya birinin digəri 
üzərində  qələbəsinin nəticəsi deyil. Bu bölgü, Allahın qadını  və kişini 
müəyyən keyfiyyətlərlə yaratmasına  əsaslanır. Belə ki, kişilər analıq 
vəzifəsini, qadınlar isə kişilərin gördükləri çətin işləri yaradılışları etibarı ilə 
yerinə yetirə bilməzlər. Qurani-Kərimdə deyilir: “Allahın (maddi, yaxud 
mənəvi cəhətdən) birinizi digərinizdən üstün tutduğu (birinizə digərinizdən 
artıq verdiyi) şeyi (özünüzə) arzulamayın. Kişilərin öz qazandıqlarından öz 
payı, qadınların da öz qazandıqlarından öz payı vardır...”  ən-Nisa:4/32 
(1,s.164). Cinslər arasındakı  fərq bir-birini tanımaları  və tamamlamaları 
məqsədilə Allah tərəfindən yaradılmışdır: “Ey insanlar! Biz sizi bir kişi və 
bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və 
qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qor-
xanınızdır (pis əməllərdən  ən çox çəkinənizdir). Həqiqətən, Allah hər  şeyi 
biləndir, hər şeydən xəbərdardır” əl-Hucurat:49/13 (1,s.528). Bu fərq bir cin-
sin digər cins üzərindəki üstünlüyünü ifadə etmir. Əsl üstünlük savab əməl-
lərlə müəyyən edilir. Kişi ilə qadının bərabər olduqları hallar aşağıdakılardır: 
1. Allahın yaratdığı  məxluq olmaq etibarilə  bərabərlik- “Ey insanlar! 
Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) 
yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən 
qorxun!” ən-Nisa:4/1 (1,s.160).  
2. Vərəsəlikdə  və  əmək fəaliyyəti ilə  məşğul olmaqda bərabərlik- 
“Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz 
payı vardır” ən-Nisa:4/32 (1,s.164). 
3. Vəzifələrdə bərabərlik- “Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç 
bir  şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını 
öldürməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad 
etməyəcəkləri və heç bir yaxşı  işdə  sənin  əleyhinə  çıxmayacaqları barədə 
sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və 
Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm 
edəndir!” (əl-Mumtəhinə:60/12). 
Qurani-Kərimdə  həmçinin deyilir: “Mömin olub yaxşı  işlər görən 
(Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş  həyat nəsib 

İslamda qadın haqları 
11 
edəcək və etdikləri yaxşı  əməllərə görə mükafatlarını verəcəyik. (Və ya 
gördükləri yaxşı  işlərin müqabilində onlara daha yaxşı mükafatlarını 
verəcəyik!)” ən-Nəhl:16/97 (1,s.309).  Digər ayədə deyilir: “İstər kişi, istər 
də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz hamınız bir-
birinizdənsiniz (dində kişi, qadın eynidir)” Ali-İmran:3/195 (1,s.159).    
4. Mükafat və  cəzalarda bərabərlik- “Ey ağıl sahibləri, bu qisas (qisas 
hökmü sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən 
(qətldən) çəkinəsiniz” əl-Bəqərə:2/179 (1,s.128). Başqa bir ayədə: “Oğru kişi 
ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini 
kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” əl-Maidə:5/38 
(1,s.183).  
Qurani-Kərimdə  həmçinin deyilir: “Zinakar kişiyə  və zinakar qadına 
yüz çubuq vurun” ən-Nur:24/2 (1,s.376).  
 
 
 
 
İslamda qadınla kişi arasındakı  fərq  şahidlik və qismən vərəsəlik 
məsələlərində öz əksini tapmışdır. Qadının  şahidliyi məsələsinə Qurani-
Kərimin Bəqərə surəsinin 282-ci ayəsində toxunulmuşdur: “Ey iman 
gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Öz 
adamlarınızdan iki kişini də  şahid tutun! Əqər iki kişi olmazsa, razı 
olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri 
(şəhadəti) unudarsa, o birisi onun yadına salsın...” (1,s.141). İki qadının 
şahidliyinin irəli sürülməsi, ayədən anlaşıldığı kimi, biri unutduğu təqdirdə, 
o birinin ona xatırlatması üçündür. Bu məsələyə qadın-kişi bərabərsizliyi 
kimi yanaşıla bilməz,  əksinə  məsələ, qadınlarda mərhəmət hisslərinin 
üstünlük təşkil etməsi, həmçinin özlərinə bilavasitə aid olmayan məsələlərə 
diqqətsiz yanaşmaları ilə əlaqədardır.   
 
 
 
 
Nisa surəsinin 11-ci ayəsinə  əsasən, oğula iki qız hissəsi qədər pay 
düşür. Bu bölgü kişiyə üstünlük verilməsi ilə deyil, kişinin qadından daha 
çox mükəlləf olması ilə əlaqədardır. 
 
 
 
 
 
İslamdan  əvvəlki  Ərəbistan yarımadasında yeni doğulan qız uşaqları 
şeytanın və ya onların tanrılarından başqa tanrıların yaratdığı varlıq hesab 
edildiyi üçün bəzi  ərəb qəbilələrində diri-diri torpağa basdırılırdı. Qurani-
Kərimdə bu cahillik dövrü adəti qınanmış, qızı olduğu xəbərini eşidən 
kişilərin vəziyyəti təsvir edilmişdir: “Onlardan birinə  qızı olması ilə müjdə 
verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən 
tayfasından qaçıb gizlənər. (Allah bilir!) Görəsən, onu (o körpəni) zillət 

 
Akademik V.M.MƏMMƏDƏLİYEV, Müşərrəf ƏLİYEVA 
12 
içində saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri basdıracaq?) Bir görün 
onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları özlərinə götürüb qızları 
Allaha isnad edirlər)”  ən-Nəhl:16/58-59 (1,s.304-305). Qurani-Kərim, 
uşağın cinsiyyəti ilə bağlı insanda yaranan hər hansı psixoloji dəyişikliyi də 
ilahi iradəyə qarşı  çıxmaq, asi olmaq kimi qəbul edir: “Göylərin və yerin 
hökmü Allahın  əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, 
istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən-həm oğlan, həm də qız 
verir, istədiyini də sonsuz (övladsız) edir. O, (hər  şeyi) biləndir, (hər  şeyə) 
qadirdir!”  əş-Şura:42/49-50 (1,s.501). İstədiyini yaradır və istədiyinə  də 
oğlan, qız və ya hər ikisindən verir, yaxud heç birini vermir ifadəsi ilə 
yaratmanın yalnız Ona məxsus olduğunu ayədən anlamaq mümkündür. 
İslamda yeni doğulan körpənin qız olması sevinc mənbəyi və cənnət vəsiləsi 
olaraq qəbul edilmiş, qız uşağının da oğlan kimi Allahın lütfü olduğu 
vurğulanmışdır.  Ənəs ibn Malikdən rəvayət edilən bir hədisdə Hz. 
Peyğəmbər (s.ə.v.) barmaqlarını bir-birinə keçirərək: “İki qız uşağını yetkin-
lik yaşına qədər böyüdən qiyamət günündə mənimlə belə əl-ələ gələcəkdir” 
buyuraraq qız uşaqlarının himayəsinə  nə  qədər üstünlük verdiyini ifadə 
etmişdir (15,s.49; 3, 11). Başqa bir hədisində Hz. Peyğəmbər (s.ə.v.): 
“Kimin üç və ya iki bacısı olsa və onların haqqı ilə əlaqədar Allahdan qorxsa 
və onlarla yaxşı davransa, onun gedəcəyi yer yalnız cənnətdir” buyurmuşdur 
(15,s.49; 3,12; 4,Birr,13; 5,Edep,130). Ənam surəsinin 151-ci ayəsində 
sadalanan ən böyük günahlar içərisində uşaq öldürmək üçüncü yerdə durur: 
“De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik 
qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürmə-
yin” (1,s.207). (əl-İsra:17/31; əl-Ənam:6/140; əl-Mümtəhinə:60/12).  
İslam dini qadına doğulduğu andan bütün təbii hüquqları  vermişdir: 
Mülkiyyət hüququ - İslam dini, kişilərin və qadınların özlərinin 
qazandıqlarından hər birinin öz payı olduğunu vurğulamaqla qadının 
mülkiyyət hüququnu tanımışdır: “Kişilərin öz qazandıqlarından öz payı, 
qadınların da öz qazandıqlarından öz payı vardır”  ən-Nisa:4/32 (1,s.164). 
Belə ki, İslam hüququnda qadın mal, mülk sahibi ola və ondan istədiyi kimi 
istifadə edə bilər. Nisa surəsinin 19-20-ci ayələri isə kişilərə, evlənərkən 
qadınlara verdikləri malı boşanarkən onlardan geri almamağı  əmr edir 
(1,s.162,163).  

İslamda qadın haqları 
13 
Qadınların fikir və söz azadlığından istifadə etmələrinin nümunəsi kimi 
Xəlifə Hz. Ömər (r.a.) ilə bir qadın arasında cərəyan edən bu hadisəni qeyd 
etmək olar. Hz. Ömər (r.a.) bir xütbəsində mehirlərin (nikah xərclərinin) 
artırılmasının əleyhinə çıxmış, məhdudlaşdırılmasını istəmişdir. Məsciddəki 
qadınlardan biri ona cavab verərək hərəkətinin Quran hökmlərinə müxalif 
olduğunu bəyan etmiş və ən-Nisa surəsinin 20-ci ayəsini oxumuşdur. (Əgər 
bir arvadın yerinə başqa arvad almaq istəsəniz, onlardan birinciyə çoxlu mal 
vermiş olsanız da, ondan heç bir şeyi geri almayın!...) (6,236-237; 7,809; 
8,35-36).    
 Nəfəqə (xərclik) hüququ - kişi arvadının və  uşaqlarının xərclərini 
(yeyəcək, içəcək, yaşayış yeri və xidmətçi pulu) ödəməklə  mükəlləfdir.  
Əmək hüququ - qadın ticarət də daxil olmaqla, özünə  və  şəri  əxlaqa 
uyğun hər növ fəaliyyətlə məşğul ola bilər. Lakin qadınların hakim olmaları 
mövzusunda fikir müxtəlifliyi vardır. Hənəfilərə görə, qadın  şahidlik edə 
bildiyi mövzularda hakimlik də edə bilər. Digər məzhəblər isə  əks fikri 
müdafiə edirlər. Əslində İslam hüququnda qadının hakimliyinin qəbul və ya 
rədd edildiyini ifadə edən hökm yoxdur. Lakin tarix boyu qadınların qəza 
məhkəmələrində rəsmi olaraq hakimlik etdikləri müşahidə edilməmişdir. 
Qədim hüquq sistemlərindən (Hammurapi qanunları, Brəhmən qanun-
ları, qədim  İsrail hüququ) fərqli olaraq İslam, qadının vərəsəlik hüququnu 
tanıyır: “Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan 
kişilərə  və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da 
(bunlara veriləcək) hissə müəyyən edilmişdir” ən-Nisa:4/7 (1,s.161). İslamda 
qadının varisliyi məsələsi Nisa surəsinin 11, 12 və 176-cı ayələri ilə 
tənzimlənir. Nisa surəsinin 11-ci ayəsinə  əsasən oğula iki qız hissəsi qədər 
pay düşür. Yuxarıda da qeyd etdiyimiz kimi, bu bölgü kişiyə üstünlük 
verilməsi ilə deyil, kişinin qadından daha çox vəzifələri olması ilə 
əlaqədardır. Belə ki, islamda ailənin, valideynlərin, ehtiyacı olan qohum-
əqrabanın maddi ehtiyaclarını  təmin etmək, həmçinin cihad etmək vəzifəsi 
kişiyə aiddir. Qadın işləmək, özünün və ya başqalarının ehtiyaclarını təmin 
etmək məcburiyyətində deyil. Qadının ehtiyacları onun atası, qardaşı, əri və 
ya oğlu tərəfindən ödənilməlidir. Vərəsəlikdə  aşağıdakı hallarda qadın kişi 
ilə eyni pay alır: 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə