Elmи мяъмуяси



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix05.05.2017
ölçüsü3,55 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

2.3. Fideizm 

İsbat məsuliyyətinin teizmə aid olduğu  şəklindəki ateistik meydan 

oxumağa teistik cavablardan digəri olaraq fideizm göstərilir. Fideizm, dini 

inancların mühakimə və dəlildən başqa son olaraq imana dayandığını iddia 

edən epistemolojik bir müvqedir.

22

 Müəyyən bir tarixi dövrü əhatə edən 



fideizm, xüsusilə müasir din fəlsəfəsi sərhədləri içində mühüm irəliləyiş 

göstərmiş  və ateistik meydan oxumağa qarşı  çıxa biləcək epistemolojik bir 

münasibətə çevrilib.  

Tarixi olaraq, teolojik zəmində imanı vurğulayan daha doğrusu imanı haqlı 

çıxarmaq üçün ağlı əks etdirən deyimlərə, dini adətlərə, xüsusilə də Xristianlıqla 

rastlaşmaq mümkündür; fideizm münaqişələrindən bəhs etdikdə tez-tez işarət 

olunan erkən dövr kilsə xadimlərindən Tertullianın (155-230) “ağlasığmaz 

olduğu üçün inanıram” şəklindəki fəlsəfi formulu ilə bilinən “Afina ilə Qüdsün, 

kilsə ilə Akademiyanın, Xristian ilə inancsızın heç bir zaman uyğunlaşa 

bilməyəcəyi”

23

 görüşü ilə məşhur “Athens and Jerusalem”(Afina və Qüds) adlı 



əsərin yazıçısı Rus-Yahudi ilahiyatçı Leon Şestovun (1866-1938) 

Parmenidesdən Husserlə  qədər uzanan ağılçı adəti rədd etməsi və “rasional 

biliyin,  əsl olan subyektiv, qavranmaz və mistik həqiqəti ehmal etdiyi” 

şəklindəki iddiası

24

 bunun ən diqqət çəkən iki nümunəsidir. Xüsusilə Şestovla 



birlikdə “Afina-Qüds” misalı, Xristian fəlsəfi-dini düşüncəsində tez-tez 

işlədilməyə başlanıb.

25

 Bir fideist olması hesabı ilə Şestovun Afina və Qüdsdən 



                                                                                                                   

“Wittgensteinçi fideizmi mənimsəyən Malcolmun ontolojik arqumentının yenidən 

şəkilləndirilməsindəki rolu və “Reformçu epistemologiya” axımının başını çəkən 

Plantinganın ontolojik arqumenta maraq göstərməsi ilə yanaşı xüsusilə Mackie 

tərəfindən irəli sürülən “pislik problemi” arqumentını yox etməyə yönələn 

cəhdləri təbii teologiyaya  bir əlavə olaraq dəyərləndirilə bilər. 

22

 Richard H. Popkin, “Fideism”, The Encyclopedia of Philosophy , ed. Paul 



Edwards, cild 3, s. 201. 

23

 Tertullian, “Revelation before Human Reason”, Faith and Reason, ed. Paul Helm,  



s.62. 

24

 George L. Kline, “Shestov, Leon”, The Encyclopedia of Philosophy, ed. Paul 



Edwards, cild 7, s. 432. 

25

 Yeri gəlmişkən,George I.Mavrodesə görə Afina ilə Qüds arasında iqtisadi, 



mədəni,dini,askeri və bir çox əlaqələrdən bəhs edə bilərik; lakin əsas olan bu 

nümunənin “Teistik inanclar (xüsusilə  də Xristianlığın inancları) nə  qədər 

rasionaldır? sualı  şəklindəki məcazi mənadır.atina ilə Qüdsün bu qədər 

“ziyarət”edilməsinin səbəbi bu sualdır.(bxn.: George I. Mavrodes, “Jerusalem and 

 


Dini epistemologiya 

199 


məqsədi əslində ağıl və ya imandır. Bir insanın ağıl və ya vəhy, fəlsəfə və ya din 

arasında seçməsi,  Şestova görə  çətindir, çünki fəlsəfənin tanrısı,  İbrahim 

peyğəmbərin Tanrısından çox fərqlidir. Biri sadəcə  ağlın sərhədləri içərisində 

zehni bir məşğələ olanda, o biri insanın yaşamasına təsir edən, onun əxlaqını 

əmələ  gətirən bir faktordu.

26

  Şestov din ilə  fəlsəfəni bir-birindən tamamən 



ayırmaqda və aralarında ən kiçik bir əlaqəni belə qəbul etmir. O, buna görə ya 

din, ya da fəlsəfə şəklində dəqiq bir seçimi çətinlik kimi görür.

27

 

Şestovun bu görüşü tam mənası ilə fideizmin mahiyyətini  əks 



etdirməkdədir. Ancaq dini inancların rasional olmadığı iddiasının fəlsəfi 

zəmində mübahisəsi və  dəlilci üsulun  böyük ölçüdə  tərk edilməsi Blaise 

Pascal (1623-1662) və Sören Kierkegaard ilə (1813-1855) başlamış, ateistik 

meydan oxumağa bir növ cavab keyfiyyətini daşıyacaq  şəklinə bürünməsi 

isə iyirminci yüzilliyin ən böyük filosoflarından  biri olan Ludwig 

Wittgensteinin (1889-1951) görüşlərinin yayılmasından sonra din 

fəlsəfəsində inkişaf etdirilən və  təməl epistomologiya yanaşmalar arasında 

yer alan “Wiitgensteinci fideizm” adlı axımın ortaya çıxması ilə mümkün 

olmuşdur.

28

 Fideizmin “Wiitgensteinci” versiyasını  təmsil edən N.Malcom 



və D.Z. Phillips kimi filosoflar inananla inanmayan arasındakı rasional bir 

qarşılaşmanı imkansız edən köklü fərqliliklərə görə dini inanclarla əlaqəli 

bütün fəlsəfi cəhdləri rədd edir. Yəni Wiitgensteinci fideizm, isbat 

cavabdehliyini inananlara aid olduğunu qəbul etməməkdə  və isbat 

cavabdehliyinə lazım olmadığını müdafiə edərək tək  əsaslandırma tərzinin 

Wittgensteinin inancımızın təməlsizliyini (groundless) idrak etməmiz diqqət 

                                                                                                                   

athens revisited”, Faith and rationality: reason and belief in God, ed. Alvin 

Plantinga, Nicholas Wolterson, s. 192. 

26

 Lev Shestov, Athens and Jerusalem, çev. Barnard Martin, (New York: Clarion 



Book, 1968) s. 48 vd.; ilk dəfə bu əsər,  Şestovun ölümündən bir neçə ay əvvəl 

Athenes et Jerusalem (Essai de philosophie religieuse) (Paris, 1938) adı altında 

fransız dilində nəşr olunmuşdur, 1951-ci ildə isə Afinı i İyerusalim (Paris, 1952) 

adı ilə rus dilinə tərcümə olunmuşdur. 

27

 Frederick C.Comleston, Russian religious philosophy: selected aspects, 



(Cambridge: Cambridge University Press, 1988), s.103. 

28

 N.K.Verbin, “Religious beliefs and aspect seeing”, Religious studies, (Cambridge: 



Cambridge University Press, 2000), cild 36, sy.1, s.19. 

 Nəbi MEHDİYEV 

200 


çəkdiyi kimi,

29

  hər hansı bir təməldən təmizlənmiş  və ya təməlsiz bir 



əsaslılıq ola biləcəyini iddia edir. 

 

2.4. Reformçu epistomologiya 

Təbii teologiya və fideizm kimi epistomologiya yanaşmaları qarşılaş-

dığında, tarixi baxımından reformçu epitomologiyanın daha çox yeni bir 

mövqe olduğu görülür. Bu axımın təməl görüşləri ilk dəfə Alvin Plantinga 

və Nicholas Wolterstroffun 1983-cü ildə birlikdə  nəşr etdikləri  Faith and 



rationality: reason and belief in God  (İman və rasionallıq: ağıl və Tanrı 

inancı) adlı  əsərdə ortaya qoyulmuşdur. Reformçu epistomologiyanın mey-

dana gəlməsinin arxa planını xristianlıqdakı reformçu-presbiteryan ənənəsini 

təmsil edən ilahiyyatçı  və dövlət adamı Abraham Kuyper (1837-1920) və 

Herman Bavinchin (1854-1921) rəhbərlik etdiyi XIX əsrin axırı və XX əsrin 

əvvəlində Felemenk yeni-Kalvinist hərəkatı meydana gətirir. Bu hərəkatın 

ardından isə XVI əsrin reform hərəkatının rəhbəri olan John Calvinin (1509-

1564) fikirləri var.

30

 

Reformçu epistomologiya hər şeydən əvvəl dini epistomologiyada mərkəzi 



bir yeri olan dəlilciliyə bir reaksiya olaraq əmələ  gəlmişdir. Başqa bir sözlə, 

reformçu epistomologiya, tərəqqili rasional dəlilə dayanan din anlayışının bir 

rəddidir.

31

 Tanrı inancının rasionallığının dəlilə nisbi olduğunu müdafiə edən 



həm ateistik meydan oxumanın, həm də  təbii teologiyanın epistomologiya 

təməlləri təməlcilik teoriyasındadır. Təməlciliyə görə, bir inancın təməl bir inanc 

ola bilməsi üçün (1) duyğularla sabit, (2) özlüyündən açıq, (3) dəyişdirilməz 

(incorrigible) olması lazımdır.

32

 Tanrı inancı bu şərtlərə uyğun gəlmədiyi  üçün 



təməl inanc deyil və dəlillərlə isbat edilməlidir. Bu, Tanrı inancını təməl olaraq 

mənimsəyən reformçu epistomologiya ilə klassik təməlciliyin ziddi olan 

nöqtədir. Elə isə Tanrı inancını  təməl bir inanc olaraq mənimsəmənin yolu 

                                                 

29

 Ludwig Wittgenstein, On Certainly, çev. Denis Paul, G.E.M.Anscombe, (Oxford: 



Blackwell Publishing, 2003), 166, s.24. 

30

 Reformçu epistomologiyanın Avropa qitəsindəki (xüsusilə Hollandiyada) 



entelektual kökləri mövzusunda geniş  məlumat üçün bxn.: Thomas K.Johnson, 

“Dutch reformed philosophy in North America: three varieties in the late twentieth 

centure”, Martin Bucer Seminar Online, 10.12.2004, (www.bucer.de). 

31

 Nicholas Wolterstorff, “Reformed epistomology”, Philosophy of Religoin in the 



21st century, ed. D.Z.Phillips və T.Tessin, s. 43. 

32

 Ronald H.Nash, Faith and reason: searching for a rational faith, s.82. 



Dini epistemologiya 

201 


nədir? Wolterstoffa görə, Tanrı inancı təməl bir inanc olduğu üçün bunun başqa 

bir yolunu axtarmaq əbəsdir: 

Bir fərd, rasional baxımdan  əleyhinə yetərli bir dəlil tapmadığı vaxt 

müəyyən bir tövsiyəyə inanma xüsusunda haqlı əsasa sahibdir. Əleyhinə bir 

dəlil tapılmadıqca inanclarımız rasionaldır ya da inanmaq üçün yetərli 

səbəblərə sahib olmamağımız inancın rasional olmadığı  mənasına 

gəlməməlidir. Başqa bir ifadə ilə, inanclarımız doğruluqları isbat edildiyinə 

qədər yanlış deyil, tam əksinə, yanlışlıqları isbat edilənə qədər doğrudurlar.

33

 

Belə baxdıqda, Wolterstroffun isbat cavabdehliyini mübahisələrinin teistlər 



üzərində yoğunlaşmasına qarşı çıxdığı və Tanrı inancının əleyhinə bir arqument 

olmadığı vaxta qədər bu inancın inanan üçün təməl bir inanc olmağa davam 

edəcəyini iddia etdiyi görülməkdədir. Problemin əsaslandırma mübahisələri 

üzərində güclənməsinə görə Tanrı inancının təməl bir inanc olaraq 

mənimsənməsinin yolu, klassik təməlciliyin sərhədlərini aşmaqda olduğunu 

görən Plantinga, isbat cavabdehliyini kimə aid olduğu sualına əlavə müəyyən bir 

inanca sahib ola bilməyimiz üçün belə bir cavabdehliyi ortadan qaldırmağa 

çalışmaqdır. Buna görə Plantinga, klassik təməlciliyin nə  qədər rasional olub-

olmadığını soruşmağımızın lazım olduğunu irəli sürməkdədir. Hər şeydən əvvəl, 

klassik təməlciliyin özü təməl bir inancdırmı? Açığı klassik təməlcilik nə 

özlüyündə açıq, nə duyğularla sabit, nə də dəyişdirilməzdir. Bu halda ya klassik 

təməlciliyin ortaya qoyduğu təməl inanc kriteriyası, ya da özü xətalıdır. Digər 

tərəfdən klassik təməlcilik, öz mahiyətini təşkil edən bir inancın təsdiq 

edilməsinin hər hansı bir təməl inanca dayanması lazım olduğu şəklindəki ikinci 

iddiası ilə  də ziddir. Plantingaya görə indiyə  qədər təməlçilərdən kimsə bu 

iddialarını qoruya biləcək uğurlu bir arqument ortaya qoymamışdır. Beləliklə, 

hər iki vəziyyətdə  də klassik təməlcilik öz-özünə tövsiyəsi ilə  əsassızdır.

34

 



Platingaya görə klassik temelciliğin problemləri sadəcə öz içindəki 

tutarsızlıqlarla sərhədli deyil. Əslində duyğularla sabit, özlüyündə açıq və 

dəyişdirilməz olmayan və ancaq bizim üçün təməl olan bir çox inanclara 

sahibik. Xarici dünya və digər şəxslərin varlığı, hafizə ilə sabit və ya keçmişin 

məlumatı bizim üçün bir-bir təməl inancıdır. Məsələn, bu sabah səhər yeməyini 

                                                 

33

 Nicholas Wolterstorff, “Can belief in God be rational?”, Faith and reason: reason 



and belief in God, s.163. 

34

 Alvin Plantinga , “Reason and belief in God”, s.61. 



 Nəbi MEHDİYEV 

202 


yeməyə aid inancım, klassik təməlciliyin nə təməl inanc şərtlərinə tabe olmaqda, 

nə  də  təməl bir inanca dayanmaqdadır. Plantinga bu vəziyyətdən belə bir 

nəticəni çıxarmağımızı lazım olduğunu irəli sürür: günlük yaşamaqda və ya 

daha çox klassik təməlciliyin şərtlərinə tabe olmayıb təməl bir inanc qədər təməl 

olan bir çox inanca sahibik və bunlar təməl inanc olaraq əlavə olunan 

inanclardan daha az olası deyil.

35 

Bu vəziyyətdə “bir inanc, ancaq və ancaq 



duyğularla sabit, özlüyündə açıq və ya dəyişdirilməz təməl bir inancdır” 

şəkindəki klassik iddianın keçərsiz olduğu ortaya çıxmaqdadır. Hər iki tənqidi 

də birləşdirən Plantinga bir dəlil tapılmadan da təməl bir inanc olaraq 

görülməyən müəyyən inancları  təməl inanc olaraq qəbul ediləcəyini müdafiə 

etməkdə və klassik təməlciliyin çətin olaraq Plantinga bu nöqtədən sonra təsdiq 

etmə  təşəbbüsündə olmaqda və Tanrı inancının necə bir təməl inanc ola 

biləcəyini göstərməyə çalışmaqdadır.

36

  



Plantinga görə bir çiçək və ya ən ümumi mənası ilə kainat üzərində 

düşündüyümüzdə, vasitəsiz olarqa bu çiçəyin və ya kainatın Tanrı tərəfindən 

yaradıldığına inanma qənaətində oluruq. Müqəddəs mətnləri oxuduğumuzda 

ən dərin mənası ilə Tanrı ilə danışdığımızı hiss edirik. Bir xəta etdiyimizdə 

özümüzü günahkar hiss edib Tanrıdan bağışlanmağımızı diləyərik. 

Günahkarlıq,  şükür, qorxu və daha çox şəraitdə Tanrıya inanma qənaəti 

içərisində ola bilirik. İndi “Tanrı  mənimlə danışır”, “Tanrı kainatı yaratdı” 

və “Tanrı  məni bağışlayar” kimi inanclar doğru  şəraitlərdə bir-bir təməl 

inanca çevrilməkdədir. Bu vəziyyətdə Tanrı inancının özünün doğrudan 

təməl inanc olduğu görülməməkdədirsə  də “bir ağac görürəm” ifadəsindən 

“bir ağac var” ifadəsinin çətin olaraq çıxarılması kimi “Tanrı  mənimlə 

danışır” şəklindəki təməl inanclar da Tanrı inanının təməl bir inanc olduğunu 

gərəkdirməkdədir.

37

 Burada Tanrıya inanmaq üçün hər hansı bir dəlil lazım 



deyil, amma bu, fideizmdə olduğu kimi Tanrı inancının təməlsiz 

(groundless) olduğu mənasına gəlməz.  Əks halda bütün inanclarımız təməl 

inanc olaraq qəbul edilə bilər. Elə isə, hər hansı bir dəlilə ehtiyac duymasaq 

uyğun/doğru  şəraitə  əhəmiyyət verməyə bilmərik. Digər tərəfdən, uyğun 

şəraitin yaranmasına baxmayaraq bir inancın əleyhində başqa bir inanc təməl 

                                                 

35

 Alvin Plantinga , “Reason and belief in God”, s. 59-60. 



36

 Alvin Plantinga , “Reason and belief in God”, s. 61. 

37

  Alvin Plantinga , “Reason and belief in God”, s.80-81. 



Dini epistemologiya 

203 


inanc olaraq qəbul edilə bilməz. Kimsə müəyyən  şərtlər altında bir inancı 

təməl bir inanc olaraq qəbul etmə nöqtəsində epistemik bir haqqa sahib 

olması o inancın əleyhindəki heç bir dəlil və ya səbəbdən təsirlənməyəcəyini 

və bu inancın o kimsə üçün əbədi təməl bir inanc olaraq qalacağı mənasına 

gəlməz.

38

 Bu xüsus, bir tərəfdən müəyyən bir inancın təməlsəlliyi 



mübahisəsini canlı tutmaqda, digər tərəfdən isə o inanc əleyhindəki 

arqumentlərin cavablandırılması lazımdır. Oxuduqlarımız və ya hiss 

etdiklərimiz bizi rəqib görüşlərə qarşı arqument gətirmək lazımlılığı 

vəziyyətində buraxır.

39

 Qısa olaraq, Plantinga görə hər hansı bir başqa təməl 



inanc kimi Tanrı inancı da təməl bir inancdır. Bunun üçün bizim hər hansı 

bir dəlilə ehtiyacımız yoxdur. 



 

3. NƏTİCƏ 

Dini epistomologiya sahəsindən baxdığımızda,  əsasında provokatif bir 

rol üzərinə götürən ateistik meydan oxumanın epistemik mahiyyətindən daha 

çox qarışıq olduğu görülür. Fəlsəfi mübahisələrdə Tanrının var olduğuna 

inanmanın irrasional mahiyəti ilə (neqativ ateizm) Tanrının var olmadığına 

inanmanın rasional mahiyəti (pozitiv ateizm) bir-birindən fərqli mövzular 

şəklində mütaliə edilsə  də  hər iki tutumun da Tanrının var olduğuna 

inanmanın rasional mahiyətini rədd etdiyi bir həqiqətdir. Bu xüsusiyyət 

əslində ateizmin “bizdən asılı olmayan və kainatın yaradıcı  və ondakı  

nizamın məsuliyyət daşıyanı ilahi bir varlığı” inkar edən bir növ doktrin və 

ya fərqli yaşayış  tərzləri arasında bir tərz olduğunun da göstəricisidir.

40

 



Fərqli bir yaşayış tərzi olaraq təzahür edən ateizmin məntiq sahəsini təmsil 

edən ateistik meydan oxumanın öz başına  əhatəli bir dini epistomologiya 

olacaq gücdə olmadığı son dərəcə açıqdır. Belə isə, bir epistomologiya 

proyektinin olmasında meydan oxuma qarşısındakı təsdiq etmə gücü yüksək 

teistik cavabların daha çox vacib olduğu görülür.  

Ateistik meydan oxumaya qarşı inkişaf etdirilən teistik cavablar arasında 

təbii teologiyanın xüsusi bir mövzusu əhəmiyyətli olduğu  şübhəsizdir. 

                                                 

38

 Mehmet Sait Rençber, “Plantinga və Tanrı inancının təməlsəlliyi”, s.27. 



39

 Alvin Plantinga , “Reason and belief in God”, s.84. 

40

 Robin Le Poidevin, Arguing for Atheism: an introduction to the philosophy of 



religion, (New York: Routlidge, 1998), s. 146 

 Nəbi MEHDİYEV 

204 


Müasir din fəlsəfəsində yer alan bu epistomologiya yanaşmanın ənənəvi təbii 

teologiya anlayışı ilə, klassik təməlçiliyə dayanan dəlilci üsul xaricində hər 

hansı bir oxşarlığı var. Bir başqa ifadə ilə, müasir təbii teologiya, induktiv 

bir üsuldan hərəkətlə ateistik meydan oxumanın hücum yönünü Tanrı 

varlığının imkan gücünün var olmaması imkanından daha yüksək oladuğu 

nöqtədə zəiflətməyi məqsədini tutan və buna görə xüsusilə R.Swinburne və  

W.L.Craig misalında olduğu kimi elmi üsulu və  məlumatları son dərəcə 

məharətlə istifadə olunan əsaslı bir yanaşma olaraq qarşımıza çıxır. Eyni də-

lilci üsulu paylaşan məntiqi ateizmlə təbii teologiya arsındakı çatışmanın heç 

bir zaman qurtarmayacağı da iddia edilə bilər ki, əslində  təbii teologiyanın 

məqsədinin də yalnız Tanrının varlığının rasional olduğunu göz öznündə 

olduğumuzda bu çatışmanın davamlılığı təbii olduğunu söyləyə bilərik.  

Pascaldan Wittgensteinci filosoflara qədər bir bütün olaraq diqqətlə 

aldığımızda fideizmin, bu çatışmanın rəddi üzərinə qurulduğunu görmək 

mümkündür. Lakin, bunu edəndə fideistik düşüncə, klassik təbii teologiyada 

olduğu kimi bir neçə mütləq deduktiv qəbullardan deyil, ağıl ilə inancın bir-

birindən tamamən fərqli olduğu və inanmaq üçün rasionallıq  şərtinin 

axtarmasının səhv olduğu kimi çox fəqli bir ayrılma nöqtəsindən hərəkət 

etməktədir. Müasir epistomologiyada rasionallıq doğruluğun bir şərti olaraq 

görülür. Bir şeyin doğruluğu, böyük ölçüdə o şeyin rasional olub-olmamasına 

bağlıdır.  İkinci bölümdə rasionallıq məfhumu və bu məfhumun doğruluqla 

əlaqəsini təfərrüatlı bir şəkildə  işıqlandırmağa çalışarıq.  İndi isə  ən azından 

rasional olan hər şeyin doğru olmayacağına baxmayaraq doğru olan hər şeyin 

rasional olduğunu təslim etmək surəti ilə fideizmin ateistik meydan oxuma 

qarşısındakı davranışını ayrı olaraq keyfiyyətləndirə bilərik. Reformçu 

epistomologiyaya gəlincə, ateistik meydan oxuma qarşısındakı təbii teologiya 

və fideizm kimi teistik cavablardan fərqli olaraq, bir tərəfdən Tanrı inancının 

rasional olduğunu, digər tərəfdən isə bu rasionallığın mövcud rasionallıq 

anlayışından çox fərqli bir şey olduğunu iddia etmək surəti ilə dini 

epistomologiya yeni açılımlar qazandırmaqdadır. Reformçu epistomologiya 

digər yanaşmalardan fərqli edən  ən vacib xüsusiyyəti, hər hansı bir dəlilə 

ehtiyac olmadan Tanrı inancının rasional ola biləcəyi iddiasıdır. Beləliklə, 

reformçu epistomologiyanın ateistik meydan oxuma qarşısındakı davranışı, 

təbii teologiyanın meydan oxumanın istifadə etdiyi üsulu əsas alıb mübahisəni 

daha da dərinləşdirmə  və ya fideistik mövqe kimi ayrı bir yol izləmə 


Dini epistemologiya 

205 


cəhdlərdən fərqli olaraq, rasionallıq məfhumunu doğru bir şəkildə ortaya 

qoyma nöqtəsində ateistik meydan oxumanın üzərinə inşa edildiyi dəlilci 

yöntemin özünün keçərsiz olduğunu və bunun yerinə yeni və  əsaslı bir 

epistomologiya yanaşmanın mənimsəməsi lazımi şəkildə ifadə edə bilərik. Bu 

mənada reformçu epistomologiya, ateistik meydan oxumanı olduğu qədər təbii 

teologiya da səhv olaraq dəyərləndirməkdədir. Reformçu epistomologiya ilə 

fideizm arasındakı  əlaqəyə  gəlincə, M.Martin kimi bəzi yazıçıların xüsusilə 

Plantinganı bir fideist olaraq görmələrinə baxmayaraq, reformçu 

epitomologiyanın Tanrının varlığının leyhində inkişaf etdirilən arqumentləri 

səhv deyil lazımsız olaraq keyfiyyətləndirməsi bu mühakimənin fayda 

verməyəcəyini ortaya qoymaqdadır.

41

 



 

                                                 

41

 Bxn. Michael Martin, Atheism: a philosophical justification, s.276. Plantinga görə 



fideist müəyyən etmə və bu nöqtədəki dəyərləndirmələri üçün bxn.: James Beilby, 

Epistemology as theology:  an evaluation of Alvin Plantinga`s  relogious 

epistemology, (Cornwall: Ashgate, 2005), s. 124-126. 

 Nəbi MEHDİYEV 

206 


 

ABSTRACT

 

Religious epistemology is concerned with one of the central problems in 



the philosophy of religion, the rationality or justification of religious belief. 

In this article we have selected four broad epistemological approaches to the 

justification of religious belief. In another words, we have compared 

atheistic challenge with three theistic responses to this challenge. The 

objective of this article is to provide a useful text for students in the 

philosophy of religion. 

 

 

РЕЗЮМЕ

 

Религиозная  эпистемология  заинтересована  одной  из  центральных 



проблем  в  философии  религии,  рациональности  или  оправдания 

религиозной  веры.  В  этой  статье  мы  выбрали  четыре  широких 

эпистемологических подхода к оправданию религиозной веры. Другим 

выражением, мы сравнили атеистический вызов с тремя теистическими 

ответами  на  этот  вызов.  Цель  этой  статьи  состоит  в  том,  чтобы 

обеспечить полезный текст для студентов по философии религии. 



Dini epistemologiya 

207 


 

ƏDƏBİYYAT 

 

ALSTON William P., Perceiving God: The Epistemology of Religious 



Experience, (Ithaca: Cornell University Press, 1993) 

ANGELES Peter A. (ed.), Critiques of God: Making the Case againist 



Belief in God, (New York: Prometheus Books, 1997) 

BEILBY James, Epistemology as Theology: An Evaluation of Alvin 



Plantinga’s Religious Epistemology, (Cornwall: Ashgate, 2005) 

BUCKLEY Michael J., At the Origins of Modern Atheism, (New Haven: 

Yale University Press, 1987) 

GASKIN J. C. A. (ed.), Varieties of Unbelief: From Epicurus to Sartre

(New York: Macmillan Publishing Company, 1989) 

GEIVETT Douglas, SWEETMAN Brendan (ed.), Contemporary 



Perspectives on Religious Epistemology, (New York: Oxford University 

Press, 1992) 

MARTIN Michael, Atheism: A Philosophical Justification, 

(Philadelphia: Temple University Press, 1990) 

NASH Ronald H., Faith and Reason: Searching for a Rational Faith

(Grand Rapids: Zondervan, 1988) 

PHILLIPS D. Z., Timothy Tessin (ed.), Philosophy of Religion in the 

21st Century, (Hampshire: Palgrave, 2001) 

PLANTINGA Alvin, “Reason and Belief in God”, Faith and 



Rationality: Reason and Belief in God, ed. Alvin Plantinga, Nicholas 

Wolterstorff, (Notre Dame: University of Notre Dame Press, 1983), s. 16-93 

PLANTINGA Alvin, “Reformed Epistemology”, A Companion to 

Philosophy of Religion, ed. Philip L. Quinn, Charles Taliaferro, (Malden: 

Blackwell Publishing Ltd., 2005), s. 383-389 

PLANTINGA Alvin, “Religion and Epistemology”, Routledge 

Encyclopedia of Philosophy, ed. Edward Craig, (London & New York: 

Routledge, 1998), s. 209-218 

POIDEVIN Robin Le, Arguing for Atheism: An Introduction to the 

Philosophy of Religion, (New York: Routlidge, 1998) 

REÇBER Mehmet Sait, “Plantinga ve Tanrı  İnancının Temelselliği”, 



Felsefe Dünyası, (Ankara: 2004/1), sayı 39, s. 20-41 

 Nəbi MEHDİYEV 

208 


STONE M. W. F., “Philosophy of Religion”, Philosophy 2: Further 

Through the Subject, ed. A. C. Grayling, (Oxford: Oxford University Press, 

1998), s. 267-350 

WITTGENSTEIN Ludwig, On Certainty, çev. Denis Paul, G. E. M. 

Anscombe, (Oxford: Blackwell Publishing, 2003) 


1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə