Elmи мяъмуяси



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix05.05.2017
ölçüsü3,55 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

 

                                                 

25

  قرفلا نيب قرفلا



:

5

 



26

 

قرفلا نيب قرفلا



:

76

 



 

27

 



ىذمرتلا ننس

:

5



\

26

 ثيدحلا ،ناميلإا باتك،



2641

 .

هجام نبا ننس



:

2

\



479

 مملأا قارتفا باب ،

 

28

 



لا ىف دواد وبأ

 مقرب ةنس

)

4596


 (

 ناميلإا ىف ىذمرتلا و

)

2642


 (

لاق و


:

 نتفلا ىف هجام نبا و ،حيحص نسح

 ارصتخم

)

3991



 (

 دراوملا ىف امك نابح نبا و

)

1834


 (

 مكاحلا و

)

1

\



6

 (

 هدر و ملسم طرش ىلع هححص و



ىبھذلا

 



29

 

ميلاقلأا ةفرعم يف ميساقتلا نسحأ



 .

ماع،نديل ىف باتكلا عبط

1324

 \

1906



 

 


 Emil RƏHİMOV 

218 


3. Firqələr içərisində hansı firqənin nicat tapması ilə bağlı yaranan 

ixtilaflar 

 Nicat tapan firqənin xüsusiyyətlərinə gəldikdə isə onunla bağlı müxtəlif 

rəvayətlər nəql olunmuşdur. Bəzi rəvayətlərə görə nicat tapan firqə 

“camaat”-dır. Bu rəvayəti  Əl-Hakim

30

,  Əbdül-Qahir  Əl-Bağdadi



31

,  Əbu 


Davud

32

, İbn Macə



33

 nəql edir.  

Başqa bir rəvayətdə isə nicat tapan firqə “Peyğəmbər (s) və onun 

səhabələrinin yolu”-dur. Bu rəvayəti isə Tirmizi

34

 və Şəhristani



35

 nəql edir. 

Əl-Hakimin nəql etdiyi rəvayətdə isə həlak olan firqələrin xüsusiyyətləri 

açıqlanır. Rəvayətdə deyilir: “Mənim ümmətim yetmiş neçə firqəyə 

bölünəcəkdir.  Ən böyük firqə isə  məsələləri öz rəyləri ilə qiyas edənlərdir. 

Onlar halalı haram, haramı isə halal edərlər”. Əl-Hakim bu rəvayəti Buxari 

və Müslimin şərtlərinə görə  səhih sayır, amma onlar bu hədisi öz 

Səhihlərində nəql etməyiblər

36



“Raudat  əl-cənnat” kitabının müəllifi “əl-cəm`u beynə  ət-təfasir” 



kitabından Peyğəmbərdən (s) belə  nəql edir: “Nicat tapan firqə  mən və 

mənim şiələrimdir”

37



Göründüyü kimi, nicat tapan firqənin müəyyən olunmasında da ixtilaflar 



vardır. Belə ki, hədislər müxtəlif şəkildə nəql olunaraq bir-biri ilə uzlaşmır. 

Əslində məsələ ciddidir. Ona görə ravi hədisin bir qismini rəvayət edib o biri 

qismini unuda bilməz. Bu da hansı firqənin nicat tapmasını müəyyənləşdirən 

hədisin səhih olmasında şübhə doğurur. 

Əl-Əzhər Universitetinin şeyxi Məhəmməd  Əbduh deyir: “Yetmiş üç 

firqədən hansının nicat tapması indiyə  qədər bəlli olmayıb. Hər bir firqə 

özünü Qurana və Peyğəmbərin (s) Sünnəsinə tabe olduğunu elan edir”. 

Sonra Şeyx Məhəmməd Əbduh deyir: “Lakin məni sevindirən isə hədisin o 

biri variantıdır: “Yetmiş iki firqə Cənnətdə, bir firqə isə Cəhənnəmdədir”

38



                                                 

30

 



كردتسملا

نيحيحصلا ىلع 

 :

1

\



128

 

31



  قرفلا نيب قرفلا

 :

7



 

32

 



دواد ىبأ ننس

:

4



\

198


ةنسلا باتك،

 

33



 

هجام نبا ننس

:

2

\



479

مملأا قارتفا باب ،

 

34

 



ىذمرتلا ننس

 :

5



\

26

 ثيدحلا ،ناميلإا باتك ،



2641

.

 



35

 

لحنلا و للملا



 :

13

 



36

 

نيحيحصلا ىلع كردتسملا



 :

4

\



430

 

37



 

تانجلا تاضور

 :

508


ةميدقلا ةعبطلا ،

 

38



 

 ريسفت


 رانملا

:

8



\

221


 -

222


 

İslam ümmətinin bir neçə firqəyə bölünməsinin doğru anlamı 

219 


Doktor Yusif Əl-Qardavi bu məsələyə münasibətini belə bildirir: 

“Mənim rəyim budur ki, bir hədisin çoxlu yollarla rəvayət olunması  və bu 

yönümdən qüvvətli sayılması bütün hallarda qəbul edilmir. Neçə belə 

hədislər vardır ki, sənədləri çox tərəfli olsa da, onu hədis alimləri zəif 

saymışlar. Belə  hədislər o vaxt qəbul edilə bilər ki, ona məna baxımından 

zidd olan ayə  və ya hədis olmasın.  İslam ümmətinin yetmiş üç firqəyə 

bölünməsindəki ziddiyyət isə ondan ibarətdir ki, yəhudilər yetmiş bir, 

xaçpərəstlər yetmiş iki firqəyə bölündüyü halda, ümmətlər içərisində 

seçilmiş ümmət sayılan  İslam ümməti onlardan daha çox firqələrə 

bölünmüşdür. Bu hədisin qəbul olunmamasının bir tərəfi, digər tərəfi isə 

İslam ümmətinin bir firqəsindən başqa qalanlarının Cəhənnəmdə  həlak 

olması  məsələsidir. Bu məsələ isə  hər bir firqənin təkcə onun nicat tapıb, 

başqalarının isə  Cəhənnəmlik olması iddiasına səbəb olur. Bu elə özü 

ümmətin parçalanması, firqələrin bir-birinə  tənə vurması, nəticə etibarı ilə 

düşmənin qələbəsi deməkdir”

39



Görkəmli alim İbn Vəzir ümumiyyətlə bu hədisə  tənə ilə yanaşmış, 

xüsusi ilə  də o əlavəni “bir firqədən başqa qalanları  Cəhənnəmdə  həlak 

olacaqdır” heç şübhəsiz qəbul etməmişdir. O, bu hədisin İslam ümmətinin öz 

arasında parçalanmasına, müsəlmanların bir-birini kafir hesab etməsinə  və 

zəlalətdə görməsinə səbəb olduğunu vurğulamışdır. 

İbn Vəzir “Əl-Əvasim” kitabında ümmətin fəzilətindən danışır və 

müsəlmanları bir-birini küfrdə ittiham etməsindən çəkindirir. O öz kitabında 

belə deyir: “Bu kəlməni-“bir firqədən başqa qalanları  Cəhənnəmdə  həlak 

olacaqdır”-dilinə  gətirməkdən çəkin və ehtiyatlı ol! Bu doğru deyildir, 

hədisin İslam düşmənləri tərəfindən uydurulması da şübhəsiz deyildir

40



İbn Həzm isə bu hədisi mövzu (uydurma) hədis hesab edib. Onun 



nəzərində bu hədis nə  mərfudur (sənədi Peyğəmbərə (s) çatmır) nə  də 

mövqufdur (sənədi səhabəyə çatmır). Həmçinin, qədərilər, mürcilər və 

əşərilərin məzəmməti haqqında gələn hədislər də zəifdir

41



                                                 

39

36 



مومذملا قرفتلا و عورشملا فلاتخلاا نيب ةيملاسلإا ةوحصلا

 .

د



.

ىواضرقلا فسوي

 .

ص

-



 

 

40



 36

مومذملا قرفتلا و عورشملا فلاتخلاا نيب ةيملاسلإا ةوحصلا

 .

د

.



ىواضرقلا فسوي

 .

ص



-

 

41



 

ـج مصاوقلا و مصاوعلا

1

\

186



 

 Emil RƏHİMOV 

220 


Keçmiş və müasir alimlərdən bir qismi bu hədisi sənədi baxımından rədd 

edib, digər bir qismi isə bu hədisi həm mətni, həm də  mənası baxımından 

rədd edibdir.  

Hədisin səhihliyini  şübhə altına alan hikmətlərdən biri də Allah təala 

İslam ümmətinə özündə vəhdət və birliyi qorumağı tapşırdığı halda, bu hədis 

təfriqədən və ayrı-seçkilikdən xəbər verir. Mümkün olmayan bir şeyin 

öhdəsindən gəlmək isə Quran ayəsi ilə ziddiyyət təşkil edir

42

. Allah təala 



buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə 

mükəlləf edər)”

43



Həmçinin, bu hədisin mənası  İslam ümməti barəsində  mənfi fikirlər 



yaradır. Halbuki, Allah təala bu ümməti  şəhadət məqamına qaldırmış  və 

digər ümmətlərə  şahid qərar vermişdir. Həmçinin, Allah təala ümmətlər 

içərisində bu ümməti ən yaxşı ümmət kimi ortaya çıxarmışdır. Lakin Quran 

ayələrinin əksi olaraq qeyd olunan hədisin anlamına görə bu ümmət yəhudi 

və xaçpərəst ümmətlərindən daha betər gündədir. Hətta o dərəcəyə çatıb ki, 

onlardan daha artıq firqələrə bölünmüşdür. Quran isə  yəhudilər barəsində 

belə buyurur: “Biz onların arasında qiyamət gününə  qədər davam edəcək 

düşmənçilik və kin saldıq”

44

. Xaçpərəstlər haqqında isə belə buyurur: “Biz 



xaçpərəstik", - deyənlərdən də  əhd almışdıq. Sonra onlar xəbərdar 

olunduqları şeylərin bir hissəsini (Məhəmməd peyğəmbərə iman gətirməyi) 

unutdular. Biz də aralarına qiyamət gününə  qədər davam edəcək  ədavət və 

kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir!”

45

 Lakin 


Quran yəhudilər və xaçpərəstlər haqqında buyurduqlarını  İslam ümməti 

haqqında buyurmamışdır. Əksinə, İslam ümmətini ondan qabaqkı ümmətlər 

kimi parçalanmaqdan və aralarında ixtilaf etməkdən çəkindirmişdir.  

Hədisdə qaranlıq qalan bir məsələ  də ümmətin bir firqəsindən başqa 

qalan firqələrin Cəhənnəmdə həlak olmasını vurğulamasıdır. Halbuki, digər 

hədislərdə bu ümmətin rəhmət ümməti olması və Cənnət əhlinin üçdə biri və 

ya yarısını təşkil etməsini vurğulanmışdır. Bundan başqa hədisdə yəhudi və 

xaçpərəstlərin yetmiş neçə firqəyə bölünməsi açıqlanır. Halbuki, onların 

                                                 

42

 



ةيطسولا ءوض ىف ةديقعلا ئدابم

 .

د



 .

حلا زيزعلا دبع

ىديم

 .

ةيطسولل ىملاعلا زكرملا



.

1427


\

2006


 .

ص

-



32

 

43



 Əl-Bəqərə, 286 

44

 Əl-Maidə, 64 



45

 Əl-Maidə, 14 



İslam ümmətinin bir neçə firqəyə bölünməsinin doğru anlamı 

221 


tarixində, xüsusi ilə də yəhudilərin tarixində belə bir fakt aşkarlanmamışdır. 

Həmçinin, fakt olaraq qeyd oluna bilər ki, mövcud firqələrin sayı göstərilən 

ədədə də çatmamışdır. 

Əbu Məhəmməd ibn Həzm  əqidə  məsələlərində fikir ayrılığına səbəb 

olan və Peyğəmbərin (s) adından rəvayət olunan hədislərin bəzi firqələr 

tərəfindən digər firqələri kafir hesab etməsinə öz münasibətini bildirərək 

deyir: “Peyğəmbərdən (s) nəql olunan bir hədisdə belə buyurulur: “Qədərilər 

və mürcilər bu ümmətin məcusiləridir”. Başqa bir hədisdə isə: “Bu ümmət 

yetmiş neçə firqəyə bölünəcək, bir firqədən başqa qalanları  Cəhənnəmə 

girəcək, o bir firqə isə Cənnətə girəcək”. 

 Əbu Məhəmməd ibn Həzm bu iki hədisin sənədinin  əslən səhih 

olmadığını söyləyir. O deyir: “Bir xəbərlə gəlib çatan hədis bəzilərinə görə 

höccət deyilsə, sənədi səhih olmayan hədis necə höccət ola bilər?!”

46

 



Yəmənli müctehid, əqli və  nəqli dəlilləri bir araya gətirən Məhəmməd 

ibn  İbrahim  əl-Vəzir (vəfatı-h.840) “Əl-Əvasim və  əl-qəvasim” adlı 

kitabında “ümmətin yetmiş neçə firqəyə bölünməsi” hədisinə toxunarkən 

belə  deyir:  “O  hədisin sənədində nasibi vardır. Ona görə  hədis səhih 

sayılmır. Tirmizi isə həmin hədisi Abdullah ibn Əmrdən nəql edir və o hədisi 

“qəribə  hədis” adlandırıb. O, hədisi afrikalı  tərəfindən nəql edib. Onun adı 

isə Əbdür-Rəhman ibn Ziyaddır, o da bu hədisi Abdullah ibn Yeziddən nəql 

etmişdir. 

İbn Macə o hədisi Auf ibn Malikdən və Ənəsdən rəvayət edir. 

Məhəmməd ibn İbrahim əl-Vəzir deyir ki, o hədisin sənədlərinin heç biri 

doğru olmadığından Buxari və Müslim onu öz kitablarında nəql etməmişlər. 

Tirmizi isə  Əbu Hüreyrədən nəql etdiyi hədisi Məhəmməd ibn Əmr ibn 

Əlqəmə tərəfindən səhih saymışdır. Lakin Tirmizinin səhih saydığı hədisdə 

bu  əlavə “birindən savayı hamısı  Cəhənnəmdədirlər” qeyd olunmamışdır. 

İbn Həzm də bu əlavəni uydurma hesab edir. Bu sözləri “əl-bədr əl-munir” 

kitaibnın sahibi söyləmişdir

47

.  


Hafiz  İbn Kəsir Quranın  Əl-Ənam surəsinin altmış beşinci ayəsinin 

təfsirində deyir: “Allah təala buyurur: “Sizi dəstələr halında qarışdırmağa və 

                                                 

46

 



د،قيقحت ،مزح نبلا لحنلا و للملا ىف لصفلا

 .

رصن ميھاربإ دمحم



 .

د و


 .

ـج ،هريمع نمحرلا دبع

3

ص 

-



292

ةدج ،ظاكع راد ط،

.

 

47



 

مصاوقلا و مصاوعلا

:

لأا بيعش خيشلا قيقحتب ريزولا نبلا



ـج ،توؤانر

3

 :



ص

 -

170



-

172


 

 


 Emil RƏHİMOV 

222 


birinizə digərinizin zorunu daddırmağa qadirdir!” İbn Kəsir bu ayənin 

təfsirində ümmətin yetmiş üç firqəyə bölünməsi, birindən başqa hamısının 

Cəhənnəmə daxil olacağını bildirən hədisi söyləyir. Lakin İbn Kəsir ayənin 

təfsiri ilə bağlı  hədisləri və  rəvayətləri təfərrüatı ilə qeyd etməsinə 

baxmayaraq həmin hədisin səhih və ya həsən olmasına dair heç bir söz 

demir


48

İmam  Şaukani  İbn Kəsirin ayənin təfsirində  gətirdiyi hədisə öz 



münasibətini belə bildirir: “Hədisdə qeyd olunan bu əlavəni “bir firqədən 

başqa qalanlarının Cəhənnəmdə olması” hədis alimlərinin bir qismi onu zəif 

hesab etmiş, hətta İbn Həzm onu uydurma olduğunu hesab etmişdir”

49

.  



Şatibi isə deyir: “Həlak olan firqələrin adının müəyyən olunmasına dair 

heç bir şəri dəlil yoxdur və  əql də bunu qəbul etmir. İslam  şəriəti sadəcə 

həlak olan firqələrin sifətlərinə işarə edə bilər ki, müsəlmanlar ehtiyatlı olub 

ondan çəkinə bilsinlər. Bundan başqa əql də bunu tələb edir ki, o firqələrin 

adı gizli qalsın, çünki firqələr  İslam ümmətindən sayıldığına görə onların 

eyibnin üstünü örtmək dinimizin əxlaqi prinsiplərindəndir”

50



Lakin İslam ümmətinin yetmiş üç firqəyə bölünməsi məsələsində yekun 



olaraq bəzi mülahizələri qeyd etmək istərdik. Ümumi bəhsdən belə  nəticə 

çıxarmaq olar ki, müsəlmanlar ilk öncə  təfriqədən və bir-birini küfrdə, 

fasiqlikdə, bidətdə ittiham etməkdən çəkinməlidirlər. Və özünü nicat tapmış 

firqədən hesab etməklə başqalarını  Cəhənnəmdə hesab etmələri yolveril-

məzdir. Unudulmamalıdır ki, “yetmiş üç firqə” hədisinin səhih olması sual 

altındadır, necə ki, ümumi bəhsimizdən bu bizə aydın oldu. Əgər şərti olaraq 

hədisin səhih olma ehtimalını qəbul etsək, yenə də hədisin dəlaləti bizə tam 

başqa bir şeyi çatdırır. Elə bu yerdə  əsas diqqəti həmin hədisin dəlalətinə 

yönəltmək lazım gəlir: 

1- Hədisdən  İslam ümmətinin  əbədi olaraq firqələr  şəkildə qiyamətə 

qədər davam etməsi başa düşülməməlidir. Çünki bu anlayış Quran və digər 

Peyğəmbər (s) hədisləri ilə ziddiyyət təşkil edir ki, yuxarıda onlara aydınlıq 

gətirdik. Bu hədisi müəyyən bir dövrə aid etmək olar. Belə ki, bu firqələrin 

bəzisi hansısa bir dövrə təsadüf edə bilər, lakin sonradan haqqın batilə qalib 

                                                 

48

 



 ـج ريثك نبا ريسفت

2

ص 



-

143


 .

ىبلحلا ىسيع

 

49

 



 تايلآا ريسفت ىف ىناكوشلل ريدقلا حتف

65

-



67

ـج ةدئاملا ةروس نم 

2

ص 

-



59

 .

ط



 .

ركفلا راد

 

50

 



ةيطسولا ءوض ىف ةديقعلا ئدابم

 .

د



 .

ىديمحلا زيزعلا دبع

 .

ةيطسولل ىملاعلا زكرملا



.

1427


\

2006


 .

ص

-



31

 


İslam ümmətinin bir neçə firqəyə bölünməsinin doğru anlamı 

223 


gəlməsi istisna deyildir. Tarixə  nəzər salsaq görərik ki, müəyyən dövrlərdə 

müəyyən firqələr yaranmış, sonradan tarixdən silinmiş və ya adından başqa 

onlardan heç bir əsər-əlamət belə qalmamışdır.  

2- Hədisdə Peyğəmbər (s) “mənim ümmətim...” kəlməsini işlətmişdir. 

Burada nisbət Peyğəmbərə (s) qayıdır. Yəni firqələrin hamısı Peyğəmbərin 

(s) ümmətinin bir hissəsini təşkil edir. Firqələr və ya məzhəblərdə nə qədər 

bidətlər olsa belə, yenə də onlar İslam ümmətinin bir parçasıdırlar.  

3- Hədisdə bir firqədən başqa qalan firqələrin Cəhənnəmdə olmasına 

gəldikdə isə onların kafirlər kimi orada əbədi qalması başa düşülməməlidir. 

Onlar günahkar müsəlmanlar kimi, müvəqqəti olaraq Cəhənnəmə daxil ola 

bilərlər. Sonradan əbədi olaraq Cənnətə qayıdarlar. 

4- Peyğəmbərlərin, mələklərin, möminlərin şəfaəti onları Cəhənnəmdən 

xilas edə bilər. Bəlkə  də onların dünyada elə bir yaxşı  əməlləri və düçar 

olduqları  bəlalar və  kəffarələri ola bilər ki, bu da onlara fayda verə bilsin. 

Bəlkə  də Allah onları Öz fəziləti və  rəhməti ilə  əfv etsin. Ola bilər ki, o 

firqələr haqqa yetişmək üçün çalışmışlar, amma haqq yoldan bilməyərəkdən 

azmışlar. Məlum olduğu kimi, niyyəti haqqa qovuşmaq olanları Allah əfv 

edər. Quranda buyurulduğu kimi: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi 

qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı  əməl də, 

pis  əməl də özünə aiddir. (Möminlər deyirlər:) "Ey Rəbbimiz, (bəzi 

tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, 

bizdən  əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, 

gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə 

rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə  qələbə 

çalmaqda bizə kömək et!”

51

 Allah xətanı, unutmağı və məcbur olduqları şeyi 



insanlar üçün əfv etmişdir.  

5-Nicat tapan firqə haqqında danışmaq onun adının müəyyən olunmasını 

tələb etmir. Bəlkə də nicat tapan firqənin sifətlərini və xüsusiyyətlərini izah 

etsək, onda bizə bəlli olar ki, hansı firqə nicat tapanlardan ola bilər. 

Çoxlu ayə  və  hədislər vardır ki, müsəlmanlardan müttəqi olanları  tərif 

edir, onların üstün cəhətlərindən və fəzilətlərindən danışır, həmçinin, onların 

dünya və axirətdəki məqamlarına toxunur. Quranda buyurulur: “Yaxşı əməl 

heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət 

                                                 

51

 Əl-Bəqərə, 286 



 Emil RƏHİMOV 

224 


deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba 

(Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) 

məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını 

(kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) 

müsafirə (yolçulara), dilənçilərə  və qulların azad olunmasına sərf edən, 

namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, 

dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı 

(məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində  və  əməllərində) 

doğru olanlardır. Müttəqi olanlar da onlardır!”

52

 



Müsəlman  şəxs təqva mərtəbəsinə yetişə bilsə, demək olar ki, o artıq 

nicata yetişmişdir. Allahın lütfüdür ki, təqva sifəti müəyyən firqələrə xas 

edilməmişdir. Təqva sifəti qazanılan və  uğrunda səy göstərilən bir 

mərtəbədir. Hər bir müsəlmanın o mərtəbəyə çatmaq haqqı vardır, hətta 

Quran ayələri və  hədislərin özü müsəlmandan təqvalı olmağı  tələb edir. 

Deməli, müsəlman təqvalı olduqda, bu onun hansı firqədən olmasını  şərt 

saymır. Təqvası olmayanın hansı firqədən olması da ona heç bir fayda 

verməz. Cənnət və Cəhənnəmin meyarları hidayət yolunu tutmaqla, Allahın 

və Onun Rəsulunun (s) buyurduqlarını yerinə yetirməklə, təqvalı olmaqla 

ölçülür. 

Müttəqi isə  təqva sifətlərini daşıyan  şəxsə deyilir. Təqvanın açıqlaması 

geniş olduğundan onun bəzi xüsusiyyətlərini nəzərdən keçirək: 

1-Allahın və Onun Peyğəmbərinin (s) buyurduqlarını yerinə yetirmək, 

qadağan etdiklərindən isə çəkinməkdir. 

2-Allaha səmimi ibadət etmək və Ona şərik qoşmamaqdır. 

3-İslamın əxlaqi dəyərləri çərçivəsində insanlarla davranmaqdır. 

4-İnsanların həmin şəxsin dilindən və əlindən (əziyyətlərindən) amanda 

qalmasıdır. 

5-Mələklərin həmin  şəxsin  əməllərində böyük günahları  qələmə 

almamasıdır. 

6-Allahın həmin şəxsin qəlbini şirk, nifaq, ücb, riya, kin, həsəd və s. rəzil 

sifətlərdən təmiz və saf görməsidir. 

Şeyxülislam Hacı Allahşükür Paşazadənin məsələ ilə bağlı  dəyərli 

fikirləri vardır. O deyir: “Məhz bu səbəbdən insanları bir-birindən 

                                                 

52

 Əl-Bəqərə, 177 



İslam ümmətinin bir neçə firqəyə bölünməsinin doğru anlamı 

225 


fərqləndirən başlıca meyar zahiri cəhətlər, fitri keyfiyyətlər deyil, daxili, 

mənəvi xüsusiyyətlərdir. Bu xüsusiyyətlər arasında təqva, yəni Allah 

qorxusu və Allaha itaətkarlıq başlıca yer tutur. Qurani-Kərimdə göstərilir ki: 

“Allah yanında  ən hörmətli olanınız Allahdan ən çox qorxanınız, pis 

əməllərdən  ən çox çəkinənizdir”

53

. Peyğəmbər (s) isə bu barədə belə 



buyurmuşdur: “İnsanlar Adəmdən, Adəm isə torpaqdandır.  Ərəbin  əcəm 

üzərində, ağın qara üzərində heç bir üstünlüyü yoxdur, məgər ki, təqvaya 

görə”

54



Sonda onu qeyd etmək istəyirik ki, üzərində işlədiyimiz dissertasiya işi 

İslam ümmətinin bir neçə firqələrə bölünməsini doğru  şəkildə anlamağa 

çalışır və müsəlmanları məzhəbindən asılı olmayaraq İslamın üsullarında və 

əsas prinsiplərində vahid mövqedə olduğunu bildirir. Onların ixtilaf etdikləri 

məsələlərə  gəldikdə isə onlar-haqqında qəti və açıq-aydın hökm gəlməyən, 

ictihada söykənən, təvillərə və ehtimallara məruz qala bilən məsələlərdir. Bu 

ixtilaflar anlaşılandır. Ona görə ki, bu ixtilaflar ziddiyyət yox, növlülüyü 

təmsil edir. Təbitəin özündə də belə növlülük həddindən çoxdur.  

Məzhəblərarası yaxınlaşmada məqsəd fikirlərin vahid firkə, məzhəblərin 

də vahid məzhəbə çevrilməsi nəzərdə tutulmur. Heç bu mümkün də deyildir. 

Məqsəd müsəlmanların yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir 

olması, günah iş görməkdə  və düşmənçilik etməkdə bir-birlərinə kömək 

göstərməmələridir. Məqsəd  İslamı düzgün başa düşmək və o şəkildə 

yaşamaqdır. Məqsəd öz fikir və  məzhəbini başqalarına aşılamamaqdır. 

Məqsəd əsas meyarın təqva ilə ölçülməsidir. 

Allah təala buyurur: “Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) 

müttəqilərindir! (Allahdan qorxanlarındır!)"

55

 



                                                 

53

 Əl-Hucurat, 13 



54

  İslam qəzeti. Qafqaz Müsəlmanlar  İdarəsinin Nəşri (1990-cı ildən çıxır). 

11-zülqədə 1414-22 aprel 1994 n:8 (83)

 

55



 Əl-Əraf, 128 
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə