AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
ZOOLOGİYA İNSTİTUTU
Əlyazması hüququnda
ELNARƏ MÜZƏFFƏR QIZI MURADOVA
ŞƏKİ - ZAQATALA BÖLGƏSİNDƏ ÇƏYİRDƏKLİ
MEYVƏ AĞACLARININ BAŞLICA ZƏRƏRVERİCİLƏRİ,
ONLARIN PARAZİT VƏ YIRTICILARI
2413.01- Entomologiya
Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün
təqdim edilmiş dissertasiyanın
A V T O R E F E R A T I
Bakı – 2015
2
Dissertasiya işi Azərbaycan MEA Zoologiya İnstitutu Entomologiya
şöbəsinin “Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi
əsasları” laboratoriyasında yerinə yetirilmişdir.
Elmi rəhbər: Biologiya üzrə elmlər doktoru,
Z.M. Məmmədov
Rəsmi opponentlər: Biologiya üzrə elmlər doktoru
X.Ə. Əliyev
Biologiya üzrə fəlsəfə doktoru
V.Ə. Qədimov
Aparıcı təşkilat: Bakı Dövlət Universitetinin “Onurğasızlar
Zoologiyası” kafedrası
Müdafiə “24” “aprel” 2015-ci il saat 14
00
Azərbaycan Milli Elmlər
Akademiyası Zoologiya İnstitutu nəzdində D.01.071 Dissertasiya Şurasının
iclasında keçiriləcəkdir.
Ünvan: Az1073, Bakı,1128-ci keçid, 504-cü məhəllə
Dissertasiya ilə AMEA Zoologiya İnstitutunun kitabxanasında tanış
olmaq olar.
Avtoreferat “18” mart 2015-ci il tarixdə göndərilmişdir.
D.01.071 Dissertasiya Şurasının
Elmi katibi, biologiya üzrə
fəlsəfə doktoru E.İ.Əhmədov
3
GİRİŞ
Mövzunun aktuallığı. Respublikamızda 2003-2015-ci illər üzrə ərzaq
təhlükəsizliyinin təmin edilməsi və əhalinin ərzaqla təminatına dair qarşıya
qoyulan məsələlərdən biri də, kənd təsərrüfatında keyfiyyətli və davamlı
meyvə sortlarının yaradılmnası ilə əlaqədar məhsuldarlığın artırılmasından
ibarətdir.
Azərbaycanda və o cümlədən Şəki-Zaqatala bölgəsində qiymətli
çəyirdəkli meyvə ağacları becərilir. Onlardan yüksək məhsul götürmək
məqsədilə, geniş tədbirlər planı hazırlanıb həyata keçirilir. Bu tədbirlər
kompleksində çəyirdəkli meyvə ağaclarına zərərverən həşəratların aşkar
edilməsi və onlara qarşı vaxtlı-vaxtında səmərəli mübarizə tədbirlərinin
aparılması günün ən vacib məsələlərindən biridir.
Son ədəbiyyat məlumatlarına əsasən, Şəki-Zaqatala ərazisinin meyvə
bağlarında zərərvericilər məhsulun 70-80%-ni, bəzən də hamısını məhv
edirlər. Müasir dövrün əsas tədbirləri kimi, ətraf mühitün çirklənməsinə,
insan və heyvan orqanizmlərində toplanaraq müəyyən fəsadlar törədə bilə-
cək kimyəvi insektisidlərdən düzgün və səmərəli istifadə etməklə yanaşı,
ekoloji cəhətdən təmiz məhsul yetişdirmək kimi məsələlərə daha böyük
üstünlük verilməlidir.
Şəki-Zaqatala bölgəsində çəyirdəkli meyvə ağaclarının zərərverici-
lərinin növ tərkibinin, bioekoloji xüsusiyyətlərinin və təsərrüfat əhəmiy-
yətinin öyrənilməsilə yanaşı, zərərvericələrə qarşı bioloji mübarizə tədbir-
lərinin elmi əsaslarının işlənib hazırlanması üçün onların entomofaqlarının
aşkar edilməsi dissertasiya işinin əsas mahiyyətini təşkil etmişdir.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi Şəki-
Zaqatala bölgəsində çəyirdəkli meyvə bitkiləri zərərvericilərinin növ tərki-
bi, onların zərərvermə dərəcəsi, bioekoloji xüsusiyyətlərinin öyrənilməsi;
Zərərvericilərin sayının biotənzim-lənməsində faydalı sayılan parazit və
yırtıcıların növ tərkibinin və bioekoloji xüsusyyətlərinin, sahibi yoluxdur-
ma dərəcəsinin və onların təsərrüfat əhəmiyyətinin qiymətləndirilməsi;
Meyvə zərərvericilərinə və onların entomofaqlarının həyat fəaliyyətinə təsir
edən ekoloji amillərin öyrənilməsi; Təsərrüfat əhəmiyyətli parazit və yırtı-
cılardan zərərvericilərə qarşı bioloji və inteqrir mübarizədə istifadə edilmə-
sinin mümkünlüyünün araşdırılması;
Elmi yeniliklər. İlk dəfə olaraq Şəki-Zaqatala bölgəsinin çəyirdəkli
meyvə bağlarında yayılmış zərərvericilərin və onların entomofaqlarının növ
4
tərkibi ətraflı tədqiq edilmişdir. Çəyirdəkli meyvə bağlarında 4 dəstəyə, 19
fəsiləyə mənsub olan 42 növ zərərverici aşkar edilmişdir. Onlardan 4 növü
Azərbaycan faunası və 15 növü isə Şəki-Zaqatala ərazisi üçün ilk dəfə qeyd
olunmuşdur. Dominantlıq edən 22 növ zərərvericinin bioekoloji xüsusiy-
yətləri, fenologiyası və uçuş dinamikası, bölgə üzrə yayılması, çəyirdəkli
meyvə ağaclarının onlarla yoluxma dərəcəsi və 13 növünün isə parazit və
yırtıcıları haqqında məlumatlar qeyd edilmişdir. İlk dəfə olaraq 5 dəstəyə,
10 fəsiləyə mənsub 37 növ entomofaq aşkar edilmişdir ki, onlardan 2 növü
Azərbaycan, 6 növü isə Şəki-Zaqatala bölgəsi üçün yenidir. Entomofaq-
lardan 14 növün perspektivli olduğu nəzərə alınaraq, onların bioekoloji
xüsusiyyətləri geniş öyrənilməklə, zərərvericilərin sayının tənzimlənməsin-
də onların rolu qiymətləndirilmişdir. İlk dəfə olaraq Şəki-Zaqatala şəraitin-
də çəyirdəkli meyvə zərərvericilərinin və onların entomofaqlarının həyat
fəaliyyətinə (parazit-sahib münasibətlərinə) təsir edən ekoloji amillərin rolu
araşdırılmışdır.
Müdafiəyə çıxarılan əsas müddəalar:
1. Şəki-Zaqatala bölgəsində çəyirdəkli meyvə ağaclarına zərərverən
başlıca həşəratların tərkibi 42 növdən, onların parazit və yırtıcılarının
tərkibi isə 37 növdən ibarət olmuşdur.
2. Zərərverici həşəratlardan 13 növünün təqvim fenologiyası və uçuş
dinamikasına əsasən onlara qarşı mübarizə tədbirlərinin aparılması vaxtı
təyin edilmişdir.
3. Parazit və yırtıcılardan 14 növünün bioekolloji xüsusiyyətləri, fe-
nologiyası və uçuş dinamikası, onların sahibin tənzimlənməsində rolu,
parazit-sahib münasibətlərinə ekoloji amillərin təsiri və s. geniş öyrənil-
məklə, onlardan zərərvericilərə qarşı bioloji mübarizədə istifadə edilməsi-
nin mümkünlüyü məqsədəuyğun hesab edilmişdir.
İşin praktiki əhəmiyyəti. Qeyd edilən parazit və yırtıcılardan 14 nö-
vünün (Bracon hebetor Say, Apanteles solitarius Ratz., Makrocentrus
ancylivorus Roh., Nythobia armillata Grav., Scambus calobata Grav.,
Ageniaspis fuscicollis Dalm., Paralitomastix varicornis Nees., Perisierola
qallicola Kieff., Adalia bipunctata L., Chilocorus bipustulatus L., Caloso-
ma sycophanta L., Dermestes lardarius L., Chrysopa carnea Steph., Synto-
mis phegea L.) laboratoriya şəraitində çoxaldılması və meyvə bağlarına
buraxılmasının nəzəri əsasları işlənilib tətbiq üçün AKT Nazirliyinin Bitki
Mühafizə Mərkəzinə təqdim edilməsi planlaşdırılmışdır. Alınan nəticələr
5
ərzaq təhlükəsizliyinin təmin edilməsinə və bölgə entomofaunası haqqında
elmi təsəvvürlərin zənginləşməsinə xidmət edir.
İşin aprobasiyası və dərc olunması. Dissertasiyanın əsas müddəa-
ları Zoologiya İnstitutunun əsərlərində (2012, 2014), AMEA-nın “Xəbər-
lər” jurnalında (2012), ADAU-nin elmi əsərlərində (Gəncə, 2012), ADPU-
nin “Xəbərlər” jurnalında (2013), RF-nın “Юг России” jurnalında (2012),
BDU-nin 90 və biologiya fakultəsinin 85 illik yubileyinə həsr olunmuş
konfransın materiallarında (2014), Ukraynanın Zaporozje Milli Universi-
tetinin Xəbərlər jurnalında (2015) və Gürcüstan Kənd Təsərrüfatı Akademi-
yasının “Xəbərlər” jurnalında (2015) müzakirə edilərək çap olunmuşdur.
Ümumiyyətlə, dissertasiyanın məzmununu özündə əks etdirən 9 məqalə çap
olunub.
İşin həcmi. Dissertasiya işi 129 səhifə həcmində olub, giriş, 7 fəsil,
nəticələr, əməli təkliflər, 142 adda ədəbiyyat (o cümlədən 13 xarici) siyahı-
sından, mətnə daxil olan 16 cədvəl və 12 şəkildən ibarətdir.
I FƏSİL. ŞƏKİ-ZAQATALA BÖLGƏSİNİN FİZİKİ-COĞRAFİ
XÜSUSİYYƏTLƏRİ
Bu fəsildə bölgənin coğrafi mövqeyi, oroqrafik xüsusiyyətləri, relye-
fi, iqlim şəraiti, torpaq və bitki örtüyü və meyvəçiliyin vəziyyəti haqqında
geniş məlumat verilmişdir.
II FƏSİL. ÇƏYİRDƏKLİ MEYVƏ AĞACLARININ ZƏRƏR-
VERİCİLƏRİ VƏ ONLARIN ENTOMOFAQLARININ (PARAZİT
VƏ YIRTICILARININ) ÖYRƏNİLMƏ DƏRƏCƏSİ
Azərbaycanda meyvə bitkilərinin zərərvericiləri haqda ilk məlumatlar
keçən əsrin 20-ci illərində dərc edilmiş əsərlərdə öz əksini tapmışdır. Bir sıra
müəlliflərin işlərində qismən də olsa meyvə zərərvericilərinə qarşı tətbiq olu-
nan kimyəvi preparatların təsirinin nəticələri göstərilmişdir (S.V.Əliyev, 1956;
A.Ə.Abdinbəyova, 1975; Z.M.Məmmədov, N.B.Mirzəyeva, 1998). Lakin bu
mənbələrdə həmin zərərvericilərin həyat tərzi və entomofaqları haqqında çox
az məlumat verilir.
Azərbaycanda kənd təsərrüfatı bitkilərinə zərər verən həşəratlar, on-
ların bioekologiyası, yayılması və qismən də təbii düşmənləri haqqında mə-
lumatlara N.H.Səmədovun (1963), S.V.Əliyevin (1965), B.İ.Ağayevin
(2004), R.M.Əfəndinin (1971), A.Ə.Abdinbəyovanın (1995), R.Ə.Beh-
budovun (1965), A.A.Əliyevin (1975), Ş.Y.Abdullayevanın (1985),
6
G.Ə.Quliyevin (1959), H.H.Qurbanovun (1968), B.Ə. Əhmədovun (2005),
A.R.Əliyevanın (2006, 2011), E.A.Hüseynovanın (2003), İ.Q.Kərimovanın
(2003), H.F.Quliyevanın (2008), A.M.Mehdiyevin (2005), Ş.M.Məhər-
rəmovanın (2006), S.R.Məmmədovanın, B.B.Xəlilovun (1985), S.R.Məm-
mədovanın (2005), T.H.Məmmədovanın (2006), N.B.Mirzəyevanın (2003,
2005, 2006), Z.M.Məmmədovun (1969, 2004, 2008, 2009, 2013, 2014),
L.M.Rzayevanın (2002), İ.A.Nuriyevanın (2008), S.Ə.Hacıyevanın (2005),
A.Q.Qasımovun (2009), L.A.Şirinovanın (2012), E.F.Səfərovanın (2013),
İ.E.Mustafayevanın (2014) və başqalarının əsərlərində rast gəlinir. Ento-
mofaqlar isə zərərvericilərin sayının tənzimlənməsində böyük rol oynadıq-
larına baxmayaraq, onlar Şəki-Zaqatala bölgəsinin bağ aqresenozlarında
çox zəif öyrənilmişdir.
III FƏSİL. MATERİAL VƏ TƏDQİQAT METODLARI
Materialların toplanılması və işlənilməsi 2001-2013-cü illərdə Bala-
kən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında çöl və
laboratoriya şəraitində həyata keçirilmişdir. Stasionar məntəqələr kimi
Zaqatala, Şəki, İsmayıllı, Qəbələ rayonları seçilmişdir.
Zərərvericilərin və entomofaqların növ tərkibini və onların Şəki-
Zaqatala bölgəsinin bütün ərazi boyunca yayılmasının qanunauyğunluq-
larını aydınlaşdırmaq məqsədilə, bölgə rayonlarının hər bir kənd və qəsə-
bələrinə ekspedisiyalar edilmiş, material toplanmış və müşahidələr aparıl-
mışdır. Tədqiqat işləri 7 rayonun 38 yaşayış məntəqəsini və 375 bağ
sahəsini (həyətyanı sahələr də daxil olmaqla) əhatə etmişdir. Daha ətraflı
tədqiqat işləri isə 3 məntəqədə (Zaqatala, Şəki, Qəbələ) aparılmışdır.
Materialların toplanmasında entomoloji üsullardan, zərərverici və
entomofaqların təyin edilməsində metodik vəsaitlərdən, xüsusi təyinedici
mənbələrdən istifadə edilmişdir (N.F.Meyer, 1933-1936; V.İ.Tobias, 1976;
A.Ə.Abdinbəyova, 1995).
Işin gedişi zamanı 30 minə yaxın müxtəlif nümunə toplanmış və
işlənmişdir.
Zərərvericilərin və parazitlərin növ tərkibini, morfoloji əlamətlərini
müəyyən etmək üçün MBS-1, MBS-9 və Olimps mikroskop-lupadan, “Bio-
lam” mikroskopundan, “Canon” digital fotoaparatından, həşəratların bəs-
lənməsi üçün “İSO-9001” markalı termostatdan, termometrdən, psixrometr-
dən, hiqroqrafdan və lüksometrdən istifadə edilmişdir.
7
IV FƏSİL. ŞƏKİ-ZAQATALA BÖLGƏSİNDƏ ÇƏYİRDƏKLİ
MEYVƏ AĞACLARINA ZƏRƏRVERƏN HƏŞƏRATLARIN NÖV
TƏRKİBİ, BİTKİLƏRİN ONLARLA YOLUXMA DƏRƏCƏSİ
Aparılmış çoxillik entomoloji tədqiqatlar nəticəsində Şəki-Zaqatala
bölgəsində 4 dəstəyə, 19 fəsiləyə mənsub olan 42 növ başlıca çəyirdəkli me-
yvə zərərvericisi aşkar edilmişdir ki, onlardan dominant sayılan 22 növünün
bioekoloji xüsusiyyətləri, təsərrüfat əhəmiyyəti, 7 növün fenologiyası, 6 nö-
vün uçuş dinamikası və 13 növünün isə parazit və yırtıcıları öyrənilmişdir.
Zərərvericilərdən 4 növü Azərbaycan faunası və 15 növü isə Şəki-Zaqatala
bölgəsi üçün ilk dəfə qeyd edilmişdir.
Dəstə: Homoptera
Fəsilə: Aphididae
1. Hyalopterus pruni Geoffr.
+
2. Eriosoma lanigerum Hausm.
3. Myzodes persicae Sulz.
+
4. Brachycaudus divaricatae Sh.
Dəstə: Coccoidae
Fəsilə: Diaspididae
5. İcerya purchasi Mask.
6. Parlatoria oleae Colvee**
7. Pseudococcus comstoki Kuw.
8. Diaspidiotus perniciosus C.**
9. Sphaerlecanum prunastri F**
+
10.Parthenlecanium persicae F.
+
11.Lepidosaphes malicola Bo.**
Dəstə: Coleoptera
Fəsilə: Scarabaeidae
12.Epicometis hirta Poda.
+
13.Cetonia aurata L.
Fəsilə: Buprestidae
14. Capnodis tenebrionis L..
+
15. C. cariosa Pall.
Fəsilə: Cerambycidae
16.Tetrops praeusta L.**
+
Fəsilə: Chrysomelidae
17. Smaraqdina cyanea F.
+
18.S. limbata Stev.
19.Luperus xanthoroda Schr.**
Fəsilə: Curculionidae
20.Rhynchites aurantus Scop.**
+
21.Phyllobius oblangus L.*
Fəsilə: İpidae
22.Scolytus amygdali Guer.**
23.S. ragulosus Ratz.
24.S. fasciatus Ratz.*
+
Dəstə: Lepidoptera
Fəsilə: Tortricidae
25.Laspeyresiya funerbana Tr.
+
26.Grapholitha molesta Busc.**
+
27.Spilonota ocellana F.
+
28. Archipis rosana L.
Fəsilə: Yponomeutidae
29.Yponomeuta padellus L.
+
Fəsilə: Plutellidae
30.Cerostoma persicella Schiff. *
Fəsilə: Gelechidae
31.Anarsia lineatella Zll.
+
32. Recurvaria nanella Den.
+
Fəsilə: Coleophoridae
33.Coleophora hemerobeiella S.*
Fəsilə: Geometridae
34.Operophtera brumata L. **
8
35.Angerona prunaria L. **
Fəsilə: Lasiocampidae
36.Malacosoma neustria L.
37. Lymantria dispar L.
+
Fəsilə: Orgyidae
38.Euproctis chryssorrhoea L.
+
39.Orgyia antigua L.
+
Fəsilə: Cossidae
40.Zuezera ryrina L.**
Fəsilə: Arctidae
41.Hyphantria cunea Drury.**
+
Fəsilə: Pieridae
42.Aporia crataegi L.
+
Qeyd: * - Azərbaycan faunası üçün ilk dəfə qeyd edilir, ** - Şəki –Zaqatala
bölgəsi üçün ilk dəfə qeyd edilir, +- Dominant növlər
V FƏSİL. BAŞLICA ZƏRƏRVERİCİLƏRİN BİOEKOLOJİ
XÜSUSİYYƏTLƏRİ VƏ TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ
Şəki-Zaqatala bölgəsində çəyirdəkli meyvə ağaclarına zərərverən hə-
şəratları 3 qrupa ayırmaq olar: tumurcuq və yarpaqlarla qidalananlar, çiçək
və meyvələrlə qidalananlar, gövdə və kök sistemi ilə qidalananlar. Aparılan
tədqiqatlar nəticəsində bağlarda qeyd olunan 42 növ zərərvericidən 22 növü
dominant növlərdir ki, onların bioekoloji xüsusiyyətləri, bölgə üzrə yayıl-
ması, təsərrüfat əhəmiyyəti və 13 növünün isə təbii düşmənləri geniş öyrə-
nilmişdir. Qeyd olunan dominant növlərdən bəziləri yarpaq və tumurcuqlar-
dan başqa, meyvə və çiçəklərə də ciddi zərər verərək məhsuldarlığın xeyli
aşağı düşməsinə səbəb olurlar. Onlardan 7 növünün fenologiyası, 6 növü-
nün isə uçuş dinamikası, zərərvermə dərəcəsi və təbii düşmənləri daha ge-
niş öyrənilməklə, onlara qarşı mübarizənin elmi əsasları işlənib hazırlan-
mışdır.
VI FƏSIL. BAŞLICA ZƏRƏRVERİCİLƏRİN ENTOMOFAQLARI,
TƏSƏRRÜFAT ƏHƏMİYYƏTLİ NÖVLƏRİN BİOEKOLOJİ
XÜSUSİYYƏTLƏRİ VƏ ZƏRƏRVERİCİLƏRİN
BİOTƏNZİMLƏNMƏSİNDƏ ONLARIN ROLU
Son illərdə kənd təsərrüfatı bitkilərinin müxtəlif zərərvericilərinə
qarşı inteqrir və bioloji mübarizə üsullarından geniş istifadə edilməsi aktual
məsələlərdən birinə çevrilmişdir. Bu baxımdan çəyirdəkli meyvə ağacla-
rının zərərvericilərinə qarşı bioloji mübarizə üsullarının işlənib hazırlan-
masında zərərvericilərin təbii düşmənlərinin, o cümlədən parazit və yırtı-
cılarının aşkar edilməsinin və öyrənilməsinin böyük əhəmiyyəti vardır.
6.1. Entomofaqların (parazit və yırtıcıların) növ tərkibi
Şəki-Zaqatala bölgəsinin çəyirdəkli meyvə bağlarında aparılmış çox-
illik elmi-tədqiqat işləri nəticəsində 13 növ zərərverici həşəratın sayının
9
biotənzimlənməsində 5 dəstəyə 10 fəsiləyə mənsub, aşağıda adları çəkilən
37 növ entomofaq aşkar olunmuşdur. Onlardan 2 növü Azərbaycan faunası,
6 növü isə bölgə üçün ilk dəfə qeyd olunur.
Parazitlər:
Dəstə: Hymenoptera
Fəsilə: Braconidae
1.Bracon hebetor Say
+
2.Microdus dimidiatus Nees.
3.Macroc. ancylivorus Roh.
+**
4.Ascogaster quadridentata Wes.
5.Apanteles solitarius Nees
+
6.Orgilius laevigator Nees
7.Meteorus versicolor Wesm.
Fəsilə: Ichneumonidae
8.Theronia atalantae Poda.
9.Nythobia armillata Grav.
+
10.Pimpla turionella L.
11.İtoplectis europeator F.
12.Pristomerus vulnerator Grav.
13.Scambus calobata Grav.
Fəsilə: Chalcidoidae
14.Brachymeria intermedia Nees.
15.Tetrastichus evonymellae Bch.
16.Ageniaspis fuscicollis Dalm.
+
17.Paralitomastix variecornis N.
+
18.Trichogramma cacoeciae Ma.
19.Aphytis proclia Walk.
20.Prospaltella parnicoris H.**
Fəsilə: Bethylidae
21.Perisierola qalicolla Kieff.
+
Dəstə: Diptera
Fəsilə: Tachinidae
22.Nemorilla floralis Fall.**
23.Sarcophaga mamillata Pand.*
Yırtıcılar:
Dəstə: Coleoptera
Fəsilə: Coccinellidae
24.Chilocorus bipustulatus L..
+
25.Adalia bipunctata L.
+
26.A.decimpunctata L.**
27.Coccinella septempunctata L.
28.Holysia sedecimpunctata L.
29.Adonia variegata Goeze.**
30.Harmonia quadripunctata L.
Fəsilə: Carabidae
31.Calosoma sycophanta L.
+
Fəsilə: Dermestidae
32.Dermestes lardarius L.**
+
33.D. undulatus Brahm.*
Dəstə: Neuroptera
Fəsilə: Chrysopidae
34.Chrysopa carnea Steph.
+
35.Ch. septempunctata L.
36.Ch.perla L.
Dəstə: Lepidoptera
Fəsilə: Syntomidae
37. Syntomis phegea L.
Qeyd: * - Azərbaycan faunası , ** - Şəki –Zaqatala bölgəsi üçün ilk dəfə
qeyd edilir, +- Təsərrüfat əhəmiyyətli növlər
6.2. Başlıca entomofaqların (parazit və yırtıcıların) bioekoloji
xüsusiyyətləri və zərərvericilərin biotənzimlənməsində onların rolu
.
2001-2013-cü illərdə Şəki-Zaqatala ərazisinin bağ aqro-senozlarında
ağacların başlıca zərərvericilərinin entomofaqlarının öyrənilməsi nəticəsin-
10
də onlardan bir neçəsinin (14 növündən) zərərvericilərə qarşı bioloji mü-
barizədə istifadə edilməsi məqsədəuyğun hesab edilmişdir. Bu növlərdən
bir neçəsinin haqqında məlumat verməyi lazım bilirik.
6.2. 1. Bracon hebetor Say.
Çəyirdəkli meyvə zərərvericilərindən meyvə güvəsinin, zolaqlı meyvə
güvəsinin, yarpaq güvəsinin, qızılgül yarpaqbükəninin, gavalı və şərq meyvə-
yeyəninin tırtıllarında parazitlik edir. Bağ sahələrində geniş yayılmaqla böyük
təsərrüfat əhəmiyyətinə malikdir. Aparılan hesablamalara görə zərərvericilərin
tırtıllarının 15-20% -i Bracon hebetor paraziti ilə yoluxmuş olur.
Aşkar edilmişdir ki, Bracon hebetor imaqo mərhələsində yaşlı ağac-
ların (palıd, vələs, ərik və s.) çürümüş gövdəsi, burulub qurumuş yarpaqları
(gilas, şaftalı və ərik) və quru meyvələri (ərik, gavalı və s.) içərisində qış-
layır. Yazda, 18-20
o
C temperaturda, aprel ayının axırlarından may ayının
ikinci ongünlüyünədək qış yerlərindən çıxırlar. Bu vaxt yarpaq güvəsinin
2-ci və 3-cü yaş tırtıllarını, sonra iyul ayında isə meyvə güvəsinin, gavalı
meyvəyeyəninin və şərq meyvəyeyəninin tırtılllarını yoluxdururlar. Hər bir
dişi fərd sahibin bədəni üzərinə 6-8 və bəzən 10-12 yumurta qoyur. 3-4
gündən sonra yumurtalardan sürfələr çıxmağa başlayır. Sürfələr tırtılların
daxili möhtəviyyatını (hemolimfasını) sormaqla qidalanırlar. Onlar 4 yaş
dövrü keçirməklə 6-8 gün müddətində ipək baramacıq içərisində puplaşır-
lar. 8-12 gündən sonra pupdan parazitlər çıxmağa başlayır. Beləliklə
bracon hebetorun inkişaf dövrü havanın orta günlük temperaturu 26-28
o
C
olduqda 16-18 gün, 30-32
o
C –də isə 13-14 gün çəkir. İldə 5-6 nəsil verir.
Təbiətdə apreldən oktyabr ayınadək fəaliyyət göstərir.
Ümumiyyətlə, bölgə üzrə meyvə güvəsi 11,1-13,7%, zolaqlı meyvə
güvəsi 20-30%, gavalı meyvəyeyəni və şərq meyvəyeyəninin tırtıllarının
hər biri ayrı-ayrılıqda 12-13% Bracon hebetorla yoluxurlar.
Onun laboratoriya şəraitində çoxaldılıb zərərvericilərə qarşı bioloji
mübarizə məqsədilə bağ və meşə sahələrinə buraxılması vacib məsələlər-
dən biridir.
6.2.2. Apanteles solitarius Ratz.
Zolaqlı meyvə güvəsinin, tumurcuq fırfırasının, qızılgül yarpaqbükə-
ninin və yemişan kəpənəyinin tırtıllarını yoluxdurur. Yaşadığı müddətdə isə
2000-ə qədər yumurta qoya bilir. Yumurtalar tırtılın bədən daxilinə tək-tək
qoyulur. Tırtıl 4-cü və 5-ci yaşa çatdıqda parazit sürfəsinin də inkişafı başa
11
çatır. İnkişafını başa vurmuş sürfələr sahibin dəri örtüyünü deşərək onun
bədən səthinə çıxır və burada barama sarıyırlar. Apanteles həm pup halın-
da, həm də axırıncı yaş sürfə mərhələsində qışlayır. Birinci nəslin yaşlı
fərdləri (imaqo) aprelin II ongünlüyündə və mayın əvvəlində uçurlar. II
nəslin uçuşu isə iyunun əvvəlində başlayır. Müşahidələr göstərir ki, I nəslin
yaşlı fərdləri adətən, yemişan kəpənəyinin tırtıllarını 60-80% yoluxdururlar.
Apantelesin sonrakı nəsilləri zolaqlı meyvə güvəsini 10-12%, tumurcuq
fırfırasını 8-10% və qızılgül yarpaqbükənini 6-8% yoluxdurur.
6. 2.3. Macrocentrus ancylivorus Roh.
Azərbaycanda aparılan çoxillik tədqiqatlara əsasən müəyyən edilmiş-
dir ki, Şərq meyvəyeyəninin biotənzimlənməsində Zarqanadlılar (Hyme-
noptera) dəstəsinə mənsub 22 növ parazit fəaliyyət göstərir. Adları çəkilən
parazitlər içərisində Macrocentrus ancylivorus Roh. Şərq meyvəyeyəninin
sayının tənzimlənməsində mühüm rol oynayır.
Parazitin yetkin fərdləri Şəki-Zaqatala bölgəsinin Qəbələ, Şəki və Zaqa-
tala rayonlarında şaftalı və heyvanın ciddi zərərvercisi olan şərq meyvəyeyə-
ninin tırtıl mərhələsindən alınmışdır. Qəbələ rayonunun Vəndam kəndində
aparılan hesablamalara əsasən, yaz fəslində makrosentrus parazitinin birinci
nəsli sahibin 2 və 3-cü yaş tırtıl mərhələsini 45-50%, yay fəslində isə 60-70%
yoluxdurur. Makrosentrus cinsinə mənsub olan növlər bilavasitə böcəklərin,
kəpənəklərin və milçəklərin paraziti hesab edilirlər.
6.2.4. Ageniaspis fuscicollis Dalm.
Çəyirdəkli meyvə bitkilərinə ciddi zərərverən meyvə güvəsinin
(Yponomeuta padellus L.) entomofaqları içərisində ageniaspis paraziti yük-
sək dərəcədə təsərrüfat əhəmiyyətinə malikdir. Beləki, ərik və alça yarpaq-
ları üzərindən götürülmüş hər 100 tırtıldan 25-35-i ageniaspis paraziti ilə
yoluxmuş olur. Bəzən bu rəqəm 40-50 ədədə çatır. Meyvə güvəsinin sayını
50-60% aşağı salır.
Ageniaspis təbiətdə iyun ayının əvvəllərindən iyul ayının əvvəllə-
rinədək görünməyə başlayır. Parazitlərin kütləvi uçuşu meyvə güvəsinin
yumurta qoyma vaxtına təsadüf edir. Uçuşun 2-3-cü günü cütləşirlər. Cüt-
ləşdikdən iki gün sonra yumurta qoymağa başlayırlar. Parazit yumurtasını
zərərvericinin qalxancıq altında olan yumurtalarının daxilinə qoyur. İyul
ayının axırı avqust ayının əvvəllərində güvə yumurtalarından tırtıllar çıx-
mağa başlayır. Avqust ayının ortalarından sentyabr ayının ortalarınadək
12
parazitlə yoluxmuş kiçik yaşlı tırtıllar qışlamağa gedirlər. Qışlama müddə-
tində parazitin yumurtası da tırtılın bədən daxilində qışlayır. Yazda tırtıllar
(tək-tək) qışlama yerlərindən çıxıb ərik yarpaqları ilə qidalanırlar. Qidala-
nan tırtılların bədən daxilində olan parazit yumurtası bölünmə yolu ilə
çoxalaraq 60-80 rüşeyim əmələ gətirir və bu rüşeyimlər tədricən inkişaf
edib sürfələrə çevrilirlər. Sürfələr 3 yaş dövrü keçirirlər. May ayının birinci
yarısında havanın orta temperaturu 20-22
o
C olduqda tırtıl bədəninin da-
xilində olan parazit sürfələri bir-biri ilə zəncirvari şəkildə birləşərək inkişaf
edirlər. Sürfələr 3-cü yaşa qədər tırtıl bədənində inkişaf edərək, ayrı-
ayrılıqda puplaşmağa başlayırlar. Güvə tırtılları başdan axıra kimi parazit
pupları ilə örtülmüş olur. Parazitin embrional inkişafı 265 gün, o cümlədən,
sürfə mərhələsi 18-20 gün, pup mərhələsi 16-19 gün çəkir. Pup mərhələsi
qurtardıqdan sonra parazitlər təbiətə uçmağa başlayrlar. Onlar nektarlı
bitkilərdən şüyüd, yonca və s. bitkilərlə qidalanırlar. İldə bir nəsil verir.
6.2.5. Paralitomastix varicornis Nees.
Parazitin dişi fərdləri çox böyük həvəslə zolaqlı meyvə güvəsinin
(Anarsia lineatella) yumurtalarını 40-45% yoluxdururlar. Onun məxsusi
parazitidirlər. Azərbaycanda ilk dəfə zolaqlı meyvə güvəsinin paraziti kimi
meyvə bağlarında Z.M.Məmmədov tərəfindən qeydə alınmışdır. Parazit
sürfə mərhələsində zolaqlı meyvə güvəsinin ikinci nəslinin ikinci yaş tırtı-
lının bədən daxilində qışlayır. Yazda aprel ayının sonunda tırtıllar qışlama
yerindən çıxır və inkişaf etməyə başlayırlar. Yoluxmuş tırtılların inkişafı
may ayının birinci ongünlüyünədək davam edir. May ayının 20-dən sonra
yoluxmuş tırtıllardan parazitlər çıxmağa başlayır. Bu müddət (mayın axırı
iyulun əvvəli) zolaqlı meyvə güvəsinin yumurta qoyma vaxtına təsadüf
edir. Belə ki, sahib tərəfindən qoyulmuş yumurtalar parazit tərəfindən yolu-
xur. Tırtılın axırıncı yaşa yaxın dövründə isə tırtıl bədəni daxilində parazit-
lər artıq puplaşmağa başlayırlar. 3-5 gündən sonra, yəni axırıncı yaş tırtıl-
ların bədən daxilində puplar görünməyə başlayırlar. Bir tırtıl bədənində 40-
dan 100-ə qədər pupun olduğu müşahidə edilmişdir. Tırtıl üzərindəki pup-
lardan parazitlərin uçuşu iyul ayının axırlarınadək davam edir. Bu müd-
dətdə bağlarda zolaqlı meyvə güvəsinin ikinci nəslinin yumurta qoyma
dövrü başlayır ki, qoyulmuş yumurtalar parazit tərəfindən yoluxur.
Parazitin inkişafı yumurtadan yaşlı fərdə kimi 35-40 gün (qışlama
müddəti nəzərə alınmadan) çəkir. Bölgədə parazit də sahibi kimi iki nəsil
verir. Parazitin sahibi yoluxdurma dərəcəsini öyrənərkıən aydın olmuşdur
13
ki, ərik ağacının yarpaqları üzərindən birinci dəfə götürülmüş 145 tırtıldan
60 ədədi (41,5%), ikinci dəfə götürülmüş 150 tırtıldan 64 ədədi (42,4%)
parazitlə yoluxmuşdur.
6.2.6. Calosoma sycophanta L.
Böcək bir çox kənd təsərrüfatı bitkilərinə və meyvə ağaclarına zərər-
verən həşəratların yumurta, kiçik yaşlı sürfə və tırtılları ilə qidalanaraq,
onların sayının tənzimlənməsində böyük rol oynayır. İmaqo mərhələsində
torpaqda qışlayır. May ayının axırları qışlama yerlərindən çıxan böcəklər,
iyunun əvvəlində bir neçə gün mayalandıqdan sonra yumurta qoymağa
başlayırlar. Yumurtalar tək-tək və ya 2-5 ədəd bir yerdə torpağın 2-5 sm
dərinliyinə qoyulur. Yumurtanın inkişafı temperaturdan (22-28
o
C) asılı
olaraq 4-12 gün çəkir. Bir dişi fərd orta hesabla 100-110 yumurta qoya
bilir. Sürfələr iki dəfə qabıq dəyişir. Temperaturdan (22-28
o
C) və qidalan-
madan asılı olaraq, axırıncı yaşda torpağa keçir və orada 8-10 gün ərzində
puplaşır. Beləliklə, sürfə mərhələsi 24-28 gün çəkir. Sürfə mərhələsi
inkişaf
müddətində tək ipəksarıyanın 40-50 kiçik yaşlı tırtılını məhv edir.
Puplaşma torpağın 15-20 sm dərinliyimdə və bəzən ağac qabığının
dərin qatlarında gedir. Yaşlı fərdlərin pupdan çıxması yay aylarına təsadüf
etməsinə baxmayaraq, onlar torpaqdan çıxmır, elə orada da qışlayırlar.
Kolozoma böcəyi ildə bir nəsil verir. Yaşlı böcəklərin hər biri bir gün
ərzində 300-325 tırtıl və pup ilə qidalanırlar. Kolozoma böcəyi bir çox
zərərverici ilə qidalanır, onların içərisində ən çox üstünlük verdiyi tək
ipəksarıyandır.
6.2.7. Chilocorus bipustulatus L.
Şaftalı və gavalı çanaqlı yastıcalarının parazit və yırtıcıları içərisində
xilokorus böcəyinin sahibin sayının tənzimlənməsində daha perspektivli
olduğu aşkar edilmişdir. Böcəklər nimfa mərhələsində ağacların qabığı
altında qışlayırlar. Gündəlik orta temperatur 12-16
o
C, rütubət isə 60%
olduqda aprel ayının 12-15-i qışlamadan çıxırlar. Bir neçə gün aprelin 15-
20-dək qidalandıqdan sonra cütləşməyə başlayırlar. Cütləşmədən 1-2 gün
sonra isə yumurta qoyurlar. Yumurtalarını yastıcaların məskunlaşdığı yer-
lərə, ağacların nazik budaqlarına və budaqların üzərində olan yarpaqların
alt qatına qoyurlar. Yumurtanın inkişaf mərhələsi 12-15 gün, sürfə mərhə-
ləsi 24-26 gün, pup mərhələsi 6-8 gün və imaqo mərhələsi isə 35-40 gün
çəkir. Bir nəslin inkişafı 40-45 gün çəkir. İldə iki nəsil verir.
14
Təbii şəraitdə böcəyin kiçik yaşlı sürfələri 4-12, iri yaşlı sürfələri isə
18-20 yastıca yeyir. İmaqo mərhələsi bir gün ərzində 25-30 yastıca ilə
qidalanır. Təsərrüfat əhəmiyyətinə malikdir.
6.2.8. Chrysopa carnea Steph.
Adi qızılgöz zərərvericilərin say dinamikasını tənzimləyən ən faydalı
və effektli yırtıcıdır. Yumurtalarını ağac yarpaqlarının alt və üst hissəsinə,
çiçək yanlığına, gövdə və ya budaqların üzərinə qoyur. Yumurtaların hər
birinin 3-4 mm uzunluğunda saplağı olur və bu saplaq substrata yapışdırılır.
Yumurtalar əksərən mənənə topalarına yaxın qoyulur ki, onlardan çıxan
sürfələr mənənələrlə qidalana bilsinlər. Müşahidələr göstərmişdir ki, kiçik
yaşlı sürfələr ən çox zərərvericilərin yumurtası və kiçik yaşlı mənənələrlə,
iri yaşlı sürfələr isə müxtəlif böyüklükdə olan kiçik yaşlı tırtılar və iri
mənənələrlə qidalanırlar. Sürfələr 3-4 həftə qidalandıqdan sonra axırıncı
yaşda pup halına keçirlər. Puplara ağ ipək kürə şəklində, ağacların qabığı
altında rast gəlmək olur. Yaşlı fərdlər pupdan çıxdıqdan sonra mayalanırlar
və bir neçə gün sonra (2-3 gün) isə yumurta qoymağa başlayırlar. Adi qızıl-
göz 350-650 ədəd yumurta qoymaq qabiliyyətinə malikdir. Onlar, ağacların
qabığı altında tək-tək və ya topa halında, (hər topada 2-3-dən 50-60-dək)
qışlayırlar. Yazda aprelin axırı və may ayının əvvəllərində qışlama yerlərin-
dən çıxan yaşlı fərdlər, çiçəklərin şirə və tozcuqları, mənənələrin ifraz
etdiyi şirin maye ilə qidalanırlar. Aparılan hesablamalara əsasən qızılgözün
bir ədəd sürfəsi bir gün ərzində 25-30 ədəd, bütün həyatı ərzində isə 400-
850 ədəd mənən ilə qidalanır. Onun iri yaşlı sürfəsi bir gün ərzində yarpaq
güvəsinin 10-12 yumurtasını, 5-8 meyvə güvəsi və 2-3 yarpaq güvəsinin
kiçik yaşlı tırtıllarını məhv edir. Xüsusilə ərik, şaftalı və gavalı mənənəsi-
nin üzərində daha çox yırtıcılıq fəaliyyəti göstərirlər. Onlar iki dəfə qabıq
dəyişirlər. Birinci qabıqdəyişmə 3 gün, ikinci qabıqdəyişmə isə 7 gün çəkir.
İl ərzində 5-6 nəsil verir.
VII FƏSİL. MEYVƏ BAĞLARINDA PARAZİT-SAHİB
MÜNASİBƏTLƏRİNƏ TƏSİR EDƏN EKOLOJİ AMİLLƏR
Tədqiqatlar nəticəsində
müəyyən edilmişdir ki, abiotik amillərdən
havanın temperaturu və rütubətliliyi, güclü küləklər, daşqınlar və yağıntı-
ların miqdarı həşəratlara mənfi və ya müsbət təsir edir. Yüksək tempera-
turlarda onların embrional və postembrional inkişafı, cinsi məhsuldarlığının
yaranma tezliyi bir qayda olaraq sürətlənir. Belə hallarda inkişaf müddəti
qısalır və onların nəsil vermə qabiliyyəti yüksəlir. Aşağı temperatur isə
15
əksinə onların nəsilvermə qabiliyyətini aşağı salır, bəzi hallarda 45-50%
məhv olmasına səbəb olur. Müəyyən edilmişdir ki, havanın temperaturu
42
o
C-dən yuxarı və nisbi rutubət 35%-dən aşağı olduqda faydalı həşəratla-
rın sayı bir qədər azalır. Onların sahibləri isə belə şəraitə dözərək öz zərər-
vericilik fəaliyyətlərini gücləndirirlər. Yay mövsümündə (iyun-avqust) orta
günlük temperatur 26-28
o
C, rütubətlilik isə 56-60% olduqda xüsusilə
nektarlı bitkilər olan sahələrdə entomofaqların fəaliyyəti yüksək olur. Bio-
tik amillərin nəticəsində aydın olmuşdur ki, birinci dərəcəli entomofaqlar
tez-tez ikinci dərəcəli parazitlərin (Hemitelis, Mesochorus, Tetrastichus və
b.) və ya yırtıcı həşəratların qurbanına çevrilirlər ki, bu da birinci dərəcəli
entomofaqların effektivliyini müəyyən dərəcədə aşağı salır. Aşkar edilmiş-
dir ki, birinci dərəcəli parazitlərin ikincili parazitlərlə yoluxması, bir çox
hallarda birincili (və ya ilkin) parazitin həyat tərzindən asılıdır. Aşkar
olunmuşdur ki, zərərverici və entomofaqların hamısı bu və ya digər dərə-
cədə müxtəlif çiçəkli bitkilərin nektarı ilə əlavə olaraq qidalanırlar. Ento-
mofaqlar çiçəkli bitkilərin nektarı ilə qidalandıqda, onların ömrü, yumurta
qoyma və nəsilvermə qabiliyyəti yüksəlir. Nektarlı bitkilərin olmaması
faydalı həşəratların fəaliyyətinə mənfi təsir göstərir.
Aşkar edilmişdir ki, zərərvericilərə qarşı inteqrir mübarizədə aqro-
texniki tədbirlərin rolu əhəmiyyətli dərəcədə böyükdür. Bu tədbirlər zərərli
həşəratların kütləvi çoxalmasının qarşısını alır və faydalı növlərin, o cüm-
lədən entomofaqların sayının çoxalması üçün zəmin yaradır.
Bununla yanaşı bağ sahələrində kimyəvi dərmanlanmanın düzgün və
səmərəli aparılması sayəsində zərərli həşəratların ziyanvericiliyi azalır,
entomofaqların sahibi yoluxdurma fəaliyyəti isə artır. Digər tərəfdən əksinə
sahələrdə ardı-arası kəsilmədən, səmərəsiz kimyəvi dərmanlama apardıq-
dan sonra entomofaqlar 95-100% məhv olur. Kimyəvi dərmanlama aparıl-
mayan sahələrdə isə zərərvericilərin entomofaq kompleksi ilə yoluxma 50-
60%-ə çatır.
16
NƏTİCƏLƏR
1. Tədqiqatlar nəticəsində Şəki-Zaqatla bölgəsində çəyirdəkli meyvə ağac-
larına başlıca zərərverən 4 dəstəyə 19 fəsiləyə mənsub, 42 növ həşərat
aşkar edilmişdir. Bunların içərisində daha ciddi zərərverən 22 dominant
növün bioekoloji xüsusiyyətləri, landşaftlar üzrə yayılmaları, təsərrüfat
əhəmiyyəti və 13 növünün isə parazit və yırtıcıları öyrənilmişdir.
Zərərvericilərdən 4 növü Azərbaycan faunası və 15 növü isə Şəki-
Zaqatala bölgəsi üçün ilk dəfə qeyd edilmişdir.
2. İlk dəfə olaraq Şəki-Zaqatala bölgəsində 7 növ zərərvericinin fenologi-
yası, 6 növün uçuş dinamikası öyrənilmişdir ki, bu təqvim fenologiyası-
na və uçuş dinamikasına əsasən qeyd olunan zərərvericilərə qarşı
mübarizə tədbirlərinin aparılması vaxtı təyin edilmişdir.
3. İlk dəfə olaraq Şəki-Zaqatala bölgəsində 13 növ ciddi zərərvericinin
sayının biotənzimlənməsində, 5 dəstəyə, 10 fəsiləyə mənsub 37 növ
entomofaqın (23 növ parazit, 14 növ yırtıcı) fəaliyyət göstərdiyi aşkar
edilmişdir. Onlardan 2 növü Azərbaycan faunası, 6 növü isə Şəki-
Zaqatala bölgəsi üçün ilk dəfə qeyd edilir..
4. İlk dəfə olaraq Şəki-Zaqatala şəraitində təsərrüfat əhəmiyyətli sayılan
14 növ parazit və yırtıcının bioekoloji xüsusiyyətləri, fenologiyası, uçuş
dinamikası, zərərvericilərin biotənzim-ıənməsində rolu və parazit-sahib
münasibətləri geniş öyrənilmiş, onlardan zərərvericilərə qarşı inteqrir və
bioloji mübarizədə istifadə edilməsinin mümkünlüyü məqsədəuyğun
hesab edilmişdir.
5. Aşkar olunmuşdur ki, mənfi 20-22
o
C temperaturda bir sıra zərərvericilər,
yumurta, tırtıl və pup mərhələsində qışlama dövründə 45-55% məhv olur-
larsa, onların entomofaqları (parazit və yırtıcıları) 80-90% məhv olurlar.
Temperatur 40-42
o
C, rütubət isə 35-40% olduqda bir sıra zərərvericilərin və
entomofaqların inkişaf mərhələləri dayanır və əksər hallarda onlar məhv
olurlar. Gündəlik orta temperatur 28-30
o
C, nisbi rütubət isə 55-60% olduq-
da əksinə sahələrdə entomofaqlar üçün yaxşı şərait yaranır və onlar zərər-
vericilərin artıb- çoxalmasının qarşısını alırlar.
6. Aşkar edilmişdir ki, entomofaqların artıb-çoxalması və zərərvericilərin bio-
tənzimlənməsindəki fəaliyyətlərində, əlavə qidalanmaya ehtiyac var. Belə
ki, onlar şəkərli maddələrlə, bitki şirələri və quru meyvələrin lətli hissəsi ilə
qidalandırıldıqda, onlarda yaşama müddəti uzanır, yumurta qoyma qabiliy-
yəti yüksəlir. Bu məqsədlə də, sahələrə entomofaqların cəlb edilməsində
nektarlı bitkilərin əkilməsinin rolu qiymətləndirilmişdir.
17
ƏMƏLİ TƏKLİFLƏR
Aşağıdakı tövsiyyələrin həyata keçirilməsi AKT Nazirliyinin Bitki
mühafizəsi mərkəzinə təklif edilmişdir.
1. Şəki-Zaqatala bölgəsində çəyirdəkli meyvə ağaclarına zərərverən 42
növ həşəratdan 13 növünün fenologiyası və uçuş dinamikası öyrənil-
mişdir ki, bu təqvim fenologiyasına və uçuş dinamikasına əsasən qeyd
olunan zərərvericilərə qarşı mübarizə tədbirlərinin həmin vaxtda aparıl-
ması məqsədəuyğun hesab edilmişdir.
2. Şəki-Zaqatala bölgəsində çəyirdəkli meyvə ağaclarının zərərvericilərin-
dən 37 növ entomofaqı aşkar edilmişdir ki, onlardan 14 növünün zərər-
vericilərinin sayının biotənzim-lənməsində perspektivli olduğunu nəzərə
alıb, onlardan zərərvericilərə qarşı inteqrir və bioloji mübarizədə istifadə
edilməsinin mümkünlüyü məqsədəuyğun hesab edilmişdir.
Dissertasiya mövzusuna aid çap olunmuş əsərlər
1. Muradova E.M. İsmayıllı və Qəbələ rayonlarında gavalı cinsindən olan
meyvə ağaclarının başlıca zərərvericiləri // AMEA Zoologiya institutu-
nun əsərləri, cild 30, №1, 2012, Bakı, “Elm”. s. 172-176
2. Məmmədov Z.M., Muradova E.M. Şəki-Zaqatala bölgəsində çəyirdəkli
meyvə ağaclarına zərərverən başlıca kəpənəklər (Lepidoptera) və onla-
rın təbii düşmənləri //AMEA “Xəbərlər” (Biologiya və tibb elmləri
seriyası) cild 67, №1, Bakı, “Elm”, 2012. s. 89-94
3. Məmmədov Z.M., Muradova E.M. Şəki-Zaqatala bölgəsində çəyirdəkli
meyvə ağaclarına zərərverən başlıca həşəratlar və onların entomofaq-
ları // Azərbaycan Dövlət Aqrar Universitetinin elmi əsərləri. Gəncə.
№3, 2012. s.30-34
4. Мамедов З.М., Мурадова Э.М. Паразиты и хищники основных
вредителей косточковых плодовых культур в Шеки-Закатальской
зоне Азербайджана. // Юг России (Экология, развитие). №4, Ма-
хачкала, 2012. с.39-42
5. Muradova E.M. Şəki-Zaqatala bölgəsində çəyirdəkli meyvə ağaclarına
zərərverən böcəklər (Coleoptera). // Azərbaycan Dövlət Pedoqoji Uni-
versitetinin xəbərləri (təbiət elmləri seriyası). №1, Bakı, 2013, s. 49-52
6. Məmmədov Z.M., Atayeva R.S., Muradova E.M. Şəki-Zaqatala bölgə-
sində meyvə və meşə ağaclarına zərərverən qabıqyeyən böcəklər
(Coleoptera, Ipidae) // AMEA Zoologiya institutunun əsərləri, cild 32,
№2, Bakı, 2014. s. 134-139
18
7. Muradova E.M. Şəki-Zaqatala bölgəsində meyvə güvəsi (Yponomeuta
padellus L.) və gavalı meyvəyeyəninin (Laspeyresia funebrana Tr.) bio-
ekoloji xüsusiyyətləri və təbii düşmənləri. // BDU-nun Biol. Fakult. 80
illik yubil. həsr olunmuş “Eksperimental biologiyanın inkişaf perspektiv-
ləri” mövzusunda Respub. Elmi Konfrans. mat. Bakı, 2014, s. 78-81
8. Мурадова Э.М. О биологии и энтомофагах горностаевых молей
Шеки-Закатальской зоне Азербайджана. // Вiсник Запорiзького
Нацiонального Унiверсiтету, Бiологiчнi науки, №1, Запорiжжя 2015
9. Мурадова Э.М. Значение комплексов паразитов в регулировании
численности вредителей косточковых плодовых деревьев в усло-
виях Шеки-Закатальской зоны Азербайджана // Сообщения Акаде-
мии сельскохозяйственных наук Грузии, № 34, Тбилиси, 2015,
с. 102-104
19
Э.М. Мурадова
ОСНОВНЫЕ ВРЕДИТЕЛИ КОСТОЧКОВЫХ ПЛОДОВЫХ
ДЕРЕВЬЕВ, ИХ ПАРАЗИТЫ И ХИЩНИКИ
ШЕКИ-ЗАГАТАЛЬСКОЙ ЗОНЫ
Р Е З Ю М Е
В результате исследований (2001-2013 г.г.) в условиях Шеки-Зака-
тальской зоны Азербайджана в полном объеме рассмотрены взаимоот-
ношения хозяина и паразита-хищника у насекомых на примере вреди-
телей косточковых плодовых культур садов и их энтомофагов. Выявлен
видовой состав вредителей (42 видов) повреждающих косточковые пло-
довые культуры, из которых 4 вида отмечаются впервые для фауны
Азербайджана и 15 видов для фауны Шеки-Закатальской зоны. Изучены
биоэкологические особенности и хозяйственное значение 22 доминант-
ных видов (Hyalopterus pruni Geoffr., Myzodes persicae Sulz., Sphaeroleca-
nium prunastri F., Parthenolecanium persicae F., Epicometis hirta Poda,
Capnodis tenebrionis L., Tetrops praeusta L., Smaraqdina cyanea F., Rhyno-
chites auratus Scop., Scolytus fasciatus Rtt., Laspeyresia funebrana Tr.,
Grapholitha molesta Busk., Spilonota ocellana F., Archipis rosana L.,
Yponomeuta padellus L., Anarsia lineatella Zll., Recurvaria nanella Den.ef.
Schiff., Lymantria dispar L., Euproctis chrysorrhoea L., Orgyia antigua L.,
Hyphantria cunea Drury., Aporia crataegi Hb.)
вредителей.
Из выявленных 37 видов энтомофагов 2 видов отмечаются впервые
для фауны Азербайджана и 6 вида для фауны Шеки-Закатальской зоны.
Установлены 14 перспективных видов (Bracon hebetor Say, Apanteles
solitarius Ratz.,Makrocentrus ancylivorus Roh., Nythobia armillata Grav.,
Scambus calobata Grav., Ageniaspis fuscicollis Dalm., Paralitomastix
varicornis Nees., Perisierola qallicola Kieff., Adalia bipunctata L.,
Chilocorus bipustulatus L., Calosoma sycophanta L., Dermestes lardarius
L., Chrysopa carnea Steph., Syntomis phegea L.) энтомофагов, которые
играют значительную роль в регуляции численности хозяев. Изучены их
биоэкологические особенности и хозяйственное значение.
Выявлено влияние экологических факторов, на жизнедеятель-
ность вредителей и их энтомофагов. Разработаны и представлены
практические рекомендации в борьбе с важнейшими вредителями
косточковых культур.
20
E.M. Muradova
PESTS OF STONE FRUIT TREES AND THEIR PARASITS AND
PREDATORS SHEKI- ZAKATALA REGION OF AZERBAIJAN
SUMMARY
In our investigation conducted in Sheki- Zakatala region of Azerbaijan
in years 2001 – 2013 the host – parasite predator relationships were studied
in insect pests of hone orchards and their entomophages. The species diver-
sity of hone orchard pests (42 species) was revealed, of which 4 species are
reported for the first to the fauna of Azerbaijan, and 15 species are new to
the fauna of Sheki- Zakatala region. The bioecological peculiarities and
economical importance of 22 dominant pest species (Hyalopterus pruni
Geoffr., Myzodes persicae Sulz., Sphaerolecanium prunastri F., Partheno-
lecanium persicae F., Epicometis hirta Poda, Capnodis tenebrionis L.,
Tetrops praeusta L., Smaraqdina cyanea F., Rhynochites auratus Scop.,
Scolytus fasciatus Rtt., Laspeyresia funebrana Tr., Grapholitha molesta
Busk., Spilonota ocellana F., Archipis rosana L., Yponomeuta padellus L.,
Anarsia lineatella Zll., Recurvaria nanella Den.ef. Schiff., Lymantria dis-
par L., Euproctis chrysorrhoea L., Orgyia antigua L., Hyphantria cunea
Drury., Aporia crataegi Hb.)
was studied. The fauna of parasits and preda-
tors of orchards (37 species). Among entomophages 2 species are recorded
for the first time to the fauna of Azerbaijanis and, 6 species are new to the
fauna of Sheki- Zakatala region. 14 species (Bracon hebetor Say, Apanteles
solitarius Ratz.,Makrocentrus ancylivorus Roh., Nythobia armillata Grav.,
Scambus calobata Grav., Ageniaspis fuscicollis Dalm., Paralitomastix
varicornis Nees., Perisierola qallicola Kieff., Adalia bipunctata L., Chilo-
corus bipustulatus L., Calosoma sycophanta L., Dermestes lardarius L.,
Chrysopa carnea Steph., Syntomis phegea L.) of entomophages are recor-
ded as the most important agents which play significant role in reduction
the populations of their hosts. Their bioecological peculiarities and econo-
mical significance are studied. The practical recommendations to the strug-
gle with most important pests of hone orchards are presented and worked
out.
21
Сифариш № 9. Тиражы 100 нцсхя
Азярбайъан МЕА Эеолоэийа və Geofizika
Институту
«Нафта-Пресс» няшриййаты,
Бакы, Щ.Ъавид пр. 119, Тел.: 539-39-72
23
НАЦИОНАЛНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА
ИНСТИТУТ ЗООЛОГИИ
На правах рукописи
ЭЛЬНАРА МУЗАФФАР КЫЗЫ МУРАДОВА
ОСНОВНЫЕ ВРЕДИТЕЛИ КОСТОЧКОВЫХ
ПЛОДОВЫХ ДЕРЕВЬЕВ, ИХ ПАРАЗИТЫ И
ХИЩНИКИ В ШЕКИ-ЗАКАТАЛСКОЙ ЗОНЕ
2413.01 – Энтомология
А В Т О Р Е Ф Е Р А Т
дисссертации на соискание ученой степени
доктора философии по биологии
Баку – 2015
Dostları ilə paylaş: |