EltunAllahverdiyev Regionşünaslıq və iqtisadiyyat B12Mar22/01 Nizami Nağıyev Mülki müdafiə Giriş
Mülki müdafiə məsələlərinin həll edilməsi mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə təmin olunur. Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının ərazisinin, onun ayrı-ayrı bölgələrinin, şəhərlərin, digər yaşayış məntəqələrinin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ sənədlərdə və planlarda nəzərdə tutulur. Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu ərazidə olan bütün insanları əhatə edir. Mülki müdafiə tədbirlərinin həcmi və məzmunu mövcud qüvvə və vasitələrin yetərli olması, onlardan maksimum və səmərəli istifadə edilməsi əsasında müəyyən edilir.
Mülki müdafiə tədbirlərinin planlaşdırılmasına və həyata keçirilməsinə fərqli yanaşmaq, ərazinin və əhalinin fövqəladə hadisələrdən səmərəli müdafiəsini təmin etmək məqsədilə mülki müdafiə üzrə Azərbaycan Respublikasının ərazisi zonalara, şəhərləri qruplara, təsərrüfat obyektləri isə dərəcələrə bölünür. Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası, mülki müdafiə üzrə zonalar, şəhərlərin qrupları və təsərrüfat obyektlərinin dərəcələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Mülki Müdafiə məsələlərinin həll edilməsi, mülki müdafiə tədbirlərinin planlaşdırılması vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə təmin olunur.
Mülki Müdafiə tədbirləri Azərbaycan Respublikasının ərazisinin, onun ayrı-ayrı bölgələrinin, şəhərlərin, digər yaşayış məntəqələrinin istehsal və sosial təyinatlı obyektlərin hərbi strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ sənədlərdə və planlarda nəzərdə tutulur.
Mülki Müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu ərazidə olan bütün insanları əhatə edir.
Mülki Müdafiə tədbirlərinin həcmi və məzmunu, mövcud qüvvə və vasitələrin yetərli, onlardan maksimum və səmərəli istifadə edilməsi əsasında müəyyən edilir.
Mülki Müdafiə tədbirlərinin planlaşdırılmasına və həyata keçirilməsinə fərqli yanaşmaq, ərazinin və əhalinin fövqəladə hadisələrdən səmərəli müdafiəsini təmin etmək məqsədilə Mülki Müdafiə üzrə Azərbaycan Respublikasının ərazisi zonalara, şəhərləri qruplara, təsərrüfat obyektləri isə dərəcələrə bölünür.
Mülki Müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası, Mülki Müdafiə üzrə zonalar, şəhərlərin qrupları və təsərrüfat obyektlərinin dərəcələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Fövqəladə hadisələr dövrlərində Mülki Müdafiə üzrə müxtəlif və vacib vəzifələri qısa müddətdə və mütəşəkkil surətdə yerinə yetirmək üçün onların icrasını əvvəlcədən planlaşdırmaq tələb olunur.
Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi fövqəladə hadisələr dövründə obyektdə MM vəzifələrinin yerinə yetirilməsi üçün görüləcək işlərin həcmi, ardıcıllığı və icra müddətləri müəyyən edilən sənədlərə deyilir.
Bu plan fövqəladə hadisələr zamanı qarşıya çıxan vəzifələri yerinə yetirmək üçün fəaliyyət planıdır, yəni belə hallarda mülki müdafiənin idarə edilməsi üçün əsas sənəddir.
Hazırda MM sistemində, o cümlədən itehsalat və sosial təyinatlı obyektlərin əksəriyyətində Mülki Müdafiə planları tərtib edilir.
Fövqəladə hadisələr dövrü üçün istehsal və sosial təyinatlı obyektlərin Mülki Müdafiə planı: bu sənəd fövqəladə hadisələr zamanı ( belə təhlükə yaranarsa) işçilərin istehsalatı müdafiə etmək və bu halların nəticələrini aradan qaldırmaq məqsədilə görüləcək işlərin təşkili qaydasını müəyyən edir.
Mülki Müdafiə planının düzqün və keyyfiyətli tərtib edilməsi, onun həyata keçirilməsində mühüm şərtdir.
MM planı müvafiq obyektin rəhbərlərinin başçılığı ilə MM qərargahı tərəfindən tərtib edilir. Lazımı hallarda bu işə müvafiq mütəxəssisləri də cəlb etmək olar (obyekt rəhbərinin göstərişi ilə).
MM planını tərtib edərkən bu tələbləri nəzarə almaq lazımdır:
MM planının real və konkret olması (yəni planda nəzərdə tutulan tədbirlərin həcmi, icra müddəti və s.) obyektin real imkanlarına uyğun gəlməlidir.
Planın Nazirlik və MM regional şöbələri ilə reallaşdırılmış ilkin məlumatlar əsasında tərtib edilməsi (məs. köçürmə tədbirləri, təchizat, qarşılıqlı fəaliyyət məsələləri və s.)
Müdafiə tədbirlərinin istənilən ardıcıllıqla yerinə yetirməyin mümkünlüyü, maddi təchizat cəhətdən iqtisadi məqsədə uyğunluq prinsipinin gözlənilməsi:
Fövqəladə hadisələr dövründə bu obyektin konkret vəzifələri və işin xarakteri barədə nazirliyin (baş idarənin, birliyin göstərişləri, iş harada, neçə növbədə davam etdirilir. İşin dayanıqlığını təmin edən hansı mühəndis-texniki tədbirlər nə vaxt yerinə yetirilir və s.).
Fövqəladə hadisələr dövrü üzrə MM planı tərtib etmək üçün Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əhatə etdiyi ərazi və sahələrin xüsusiyyətləri, əhalisi və işçiləri barədə qısa məlumat.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əhatə etdiyi ərazi və sahələrdə ehtimal olunan fövqəladə hadisələrin növləri və yaranacaq vəziyyəti.
MM planı tərtib etmək üzrə Fövqəladə hadisələr dövrü üçün obyektlərin, rayon (şəhər) Regional şöbələrinin aşağıdakı ilkin məlumatları olmalıdır.
Regionda (bölgədə) ehtimal olunan təbii fəlakətlər: qonşuluqdakı obyektlərdə qəzalar nəticəsində yarana biləcək fəlakətlər daşqın zonalarının, radioaktiv, kimyəvi zəhərlənmə zonalarının hüdudları, təhlükə barədə xəbərdarlıq qaydaları işçilərin, digər əhalinin müdafiə edilməsi üsulları, qarşılıqlı fəaliyyət qaydaları haqqında və s. konkret məlumat və göstərişlər.
Nazirlik (regional şöbələr) tərəfindən obyektlərə həmçinin tərtib ediləcək sənədlərin formalarını, planı tərtib etmək üçün konkret tövsiyələr də verilməlidir.
Planın məxfilik dərəcəsi, nüsxələrinin sayı və onların saxlanılması qaydası müvafiq rəhbərin qərarı ilə müəyyən edilir.
Tərtib edilmiş planın sənədlərini MM qərargahının rəisi imzalayır.
Plan rəsmi surətdə regional şöbələrin rəisləri ilə razılaşdırılır və obyekt rəhbəri trəfindən təsdiq edilir. Təsdiq edilmiş planlar aidiyyatı üzrə icraçılara çatdırılır və tələb olunan çıxarışlar sexin (bölmənin) aşağıdakı məsələlərinin təşkili üçün verilir:
«Hava həyacanı» siqnalı verilərkən sexin işçilərinin daldalanma qaydası, fərdi müdafiə vasitələri qaydası; sexin işçilərindən təşkil edilən MM qüvvələrinin heyəti və vəzifələri; sexin işçilərinin və onların ailə üzvülərinin köçürülməsi qaydası; sex işçilərinin xəbərdarlıq sxemi. Sexdə işin sabitliyini artıran tədbirlərin icrası cədvəli və s. sənədlər. Bunlar sex (bölmə) rəisinin MM üzrə iş qovluğunda saxlanmalıdır.
Obyektlərdə Mülki Müdafiə planından başqa həmçinin obyekt rəhbərlərinin MM üzrə iş qovluğu da hazırlanır. Bu qovluqda aşağıdakı sənədlər olmalıdır:
Fövqəladə hadisələr zamanı müxtəlif rejimlərdə yerinə yetiriləcək əsas mülki müdafiə tədbirlərinin təqvim planı.
İşçilərin kollektiv müdafiə qurğuları ilə təmin olunması cədvəli.
İşçilərin fərdi mühafizə vasitələri, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları ilə təmin olunması cədvəli.
Ehtimal olunan kimyəvi zəhərlənmə zonasının miqyası haqqında məlumat cədvəli.
Fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət (obyektin planında).
Xəbərdarlıq və rabitənin təşkili sxemi.
İşçilərin fəlakətli subasma zonalarından köçürülməsinin hesabatı (aidiyyatı üzrə).
İşçilərin güclü təsirli zəhərləyici maddələr təhlükəsi yaranmış zonalardan çıxarılmasının (köçürülməsinin) hesabatı (aidiyyatı üzrə).
Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına cəlb olunan mülki müdafiə qüvvə və vasitələrinin hesabatı.
MM planı hər il yanvar ayınin 1-nə MM qərargahının rəisi tərəfindən dəqiqləşdirilir və bu barədə plandakı duzəliş vərəqəsində qeydlər edilir. Prinsipial məsələlərə aid düzəlişlər (dəyişiliklər) barədə obyektin rəhbərinə məlumat verilir.
MM planının icrası obyekt rəhbərinin sərəncamı (əmri) əsasında həyata keçirilir. Plan həmdə fövqəladə hadisələr zamanı təbii fəlakətlər, qəza və ya təhlükə baş verərkən həyata keçirilir. Bu barədə obyekt rəhbəri müstəqil sürətdə göstəriş verir .
2-ci tədris sual: Fövqəladə hadisələr dövrü üçün MM planının strukturu,
məzmunu və əlavələri
Müəllim MM planını tərtib etmək barədə məsləhətlər və verir planın hazırlanma variantlarını dinləyicilərə paylayır, onların bu sənədlərlə sərbəst işləməsi üçün imkan yaradır, həmçinin MM planının strukturu sxemini izah edir.
MM planı mətn hissəsindən və əlavələrdən ibarətdir.
Mətn hissədə mühafizə tədbirlərinin təşkili və yerinə yetirilməsi barədə obyekt rəhbərinin gösətrişləri verilir, əlavələrdə isə bu göstərişlərin icra müddəti və konkret icraçılar göstərilir.
Fövqəladə hadisələr dövrü üçün planının mətn (yazılı) hissəsi dörd bölmədən ibarətdir. Bu bölmələrin adları və məzmunu belədir.
I BÖLMƏ:
Təsərrüfat obyektində ehtimal olunan fövqəladə hadisələr. Təsərrüfat obyektinin xüsusiyyətləri və işçiləri barədə qısa məlumat.
Təsərrüfat obyektinin mülki müdafiə üzrə dərəcələrə aidiyyatı. Ehtimal olunan fövqəladə hadisələrin növləri və yarana biləcək vəziyyət.
II BÖLMƏ:
Fövqəladə hadisələr zamanı işçilərin mühafizəsinin təşkili.
Gündəlik fəaliyyət rejimində əsas diqqət mülki müdafiə sahəsində dövlət, hüquqi şəxslərin və vətəndaşların vəzifələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, fövqəladə hadisələr zamanı işçilərin mühafizəsinin təşkili və təmin edilməsi üçün müxtəlif fondların, xəbərdarlıq və informasiya sisteminin yaradılmasına yönəldilməlidir.
Bölmədə əks olunmalıdır:
- ehtimal olunan fövqəladə hadisələr zonasından (zəlzələ, sel, subasma, texnogen qəza, kimyəvi zəhrlənmə, yanğın eləcə də müharibə dövrünün fövqəladə hadisələri) əhalinin və işçilərin təhlükəsiz zonalara çıxarılması, yerləşdirilməsi və zəruri təminatının (ərzaq, su, tibbi yardım və s.) təşkili;
- əhalinin və işçilərin kollektiv mühafizə qurğuları ilə təmin olunması və onlardan istifadə edilməsinin təşkili;
- əhalinin və işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və onlardan istifadə edilmə qaydalarının öyrədilməsi;
- xəbərdarlıq və rabitə vasitələrinin vəziyyəti və istifadə qaydaları.
Yüksək hazırlıqlı rejim şəraitində (fövqəladə hadisələrin yaranması təhlükəsi közləniləndə) əsas tədbirlər fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına belə hadisələrin baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilməlidir.
Bölmədə əks olunmalıdır:
- xəbərdarlıq və rabitə vasitələrinin hazır vəziyyətə gətirilməsi;
- fövqəladə hallar baş verməsi təhlükəsi və baş verməsi barədə rəhbər heyətin işçilərin xəbərdar edilməsi, mülki müdafiə qüvvələrinin dəqiqləşdirilməsi, hazır vəziyyətə gətirilməsi;
- MM qüvvələrinin şəxsi heyətinə, işçilərə fərdi mühafizə vasitələrinin verilməsi tələb olunarsa təhlükə baş verməsi ehtimal olunduqda (radioaktiv, güclü təsirli zəhərləyici maddalər (GTZM) partlayış təhlükəli müəssisələrdə) kollektiv mühafizə qurğularının hazır vəziyyətə gətirilməsi;
- təhlükəli zonalardan işçilərin köçürülməsi üçün köçürmə orqanlarının hazır vəziyyətə gətirilməsi, köçürmə planlarının dəqiqləşdirilməsi; iş rejimlərinin işlənib hazırlanması;
- epidemiyaya qarşı, işçilərin tibbi mühafizəsi üzrə tədbirlərin keçirilməsi;
- kənd təsərrüfatı məhsullarının maddi ehtiyatlarının mühafizəsi üzrə görüləcək tədbirlər (aidiyyatı üzrə).
III. BÖLMƏ:
Fövqəladə hadisələr zamanı qəza-xilasetmə və digər təxirə salınmaz işlərin təşkili.
Fövqəladə hadisələr baş verdikdə əsas tədbirlər insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasına yönəldilməlidir.
Bölmədə əks olunmalıdır:
- fövqəladə hadisənin baş vermiş ərazilərdə kəşfiyyatın aparılması, hadisələrin nəticələrini ziyan və itkilərin həcmini, miqdarını dəqiqləşdirmək;
- mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə digər təxirəsalınmaz işlərin təşkili etmək və həyata keçirmək;
- işçiləri fövqəladə hadisələr baş vermiş ərazidən çıxarmaq (köçürmək və onları müvəqqəti yaşayış yerləri ilə təmin etmək, sanitariya-giginiya tədbirlərini həyata keçirmək;
- bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək (aidiyyatı üzrə);
- xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi və onların müalicə ocaqlarına göndərilməsinin təşkili;
- xəsarət ocaqlarında sanitar təmizləmə, deqazasiya və dezaktivasiya işlərinin təşkil edilməsi və həyata keçirilməsi;
- işçiləri zəruri ləvazimatın toxunulmaz ehtiyatı ilə təmin etmək.
IV BÖLMƏ: Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili.
Bölmədə əks olunmalıdır:
- əsas, ehtiyat və səyyar idarəetmə məntəqələrinin yerləri, mühafizə dərəcələri hazır vəziyyətə gətirilməsi, əməliyyat qruplarının məntəqədə fəaliyyəti qaydaları;
- idarəetmə məntəqələrinin rabitə, xəbərdarlıq informasiya cihazları ilə təchiz olunması, imkanları və istifadə etmə qaydaları;
- rəhbər heyətin eləcə də işçilərin fövqəladə hadisələrin gözlənilməsi və baş verməsi barədə xəbərdar edilməsi qaydaları;
- mülki müdafiə qüvvə və vasitələrinin gündəlik yüksək hazırlıq və fövqəladə hadisələr rejimlərində idarə edilməsinin təşkili;
- mülki müdafiə qüvvələri ilə radio rabitənin təşkili;
- idarəetmə pozulduqda onun bərpa edilməsi üzrə tədbirlər.
Əlavələr:
Fövqəladə hadisələr zamanı müxtəlif rejimlərdə yerinə yetiriləcək əsas mülki müdafiə tədbirlərinin təqvim planı.
İşçilərin kollektiv müdafiə qurğuları ilə təmin olunması cədvəli.
İşçilərin fərdi mühafizə vasitələri, kimyəvi kəşfiyyat və dozimetrik-nəzərət cihazları ilə təmin olunması cədvəli.
Ehtimal olunan kimyəvi zəhərlənmə zonasının miqyası haqqında mə’lumat cədvəli.
Fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət (obyektin planında).
Xəbərdarlıq və rabitənin təşkili sxemi.
İşçilərin fəlakətli subasma zonalarından köçürülməsinin hesabatı (aidiyyatı üzrə).
İşçilərin güclü təsirli zəhərləyici maddələr təhlükəsi yaranmış zonalardan çıxarılmasının (köçürülməsinin) hesabatı (aidiyyatı üzrə).
Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına cəlb olunacaq mülki müdafiə qüvvə və vasitələrinin hesabatı.
İSTİNADLAR
fhn.gov.az