Elxan Süleymanov
Vurğun Süleymanov
Ermənistanın Azərbaycana qarşı
silahlı təcavüzü və işğalın ağır
nəticələri
Bakı - 2012
Məsləhətçilər:
Jan Pol Murman,
Belçika Konstitusiya Məhkəməsinin hakimi
Eduard Lintner,
Almaniya millət vəkili (1976-2009)
Çingiz İsmayılov,
coğrafiya elmləri doktoru, professor
AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, AVRONEST Par-
lament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri,
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin üzvü Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə
doktoru Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın
Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kita-
bında təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi
zərərin müəyyənləşdirilməsinə yönəlmiş kompleks məsələlər ilk dəfə
olaraq araşdırılır. Kitabda həmçinin, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin tarixi və geosiyasi kökləri tədqiq olunur,
beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğalı
faktını tanıması mühüm sənədlər vasitəsilə çatdırılır.
Kitabda AzərTAc-ın, Azərbaycan Respublikası Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (http://qmkdk.gov.az) və
www.azerbaijan.az portalının fotomateriallarından istifadə olunmuşdur.
06050010405
––––––––––– qrifli nəşr
036-2012
ISBN 978 9952-8134-7-8
© Elxan Süleymanov & Vurğun Süleymanov 2012
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
3
www.elkhan-suleymanov.az
Giriş
Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan
ərazilərinin 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Mux-
tar Vilayəti (DQMV) və digər 7 rayon işğal edilmiş, 20 min
azərbaycanlı həlak olmuş, 50 min insan yaralanmış və müxtəlif
dərəcəlı xəsarət almış, 5 mindən artıq azərbaycanlı əsir və itkin
düşmüş, Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan
ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasəti
nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi
köçkünə çevrilmişdir. Müharibə nəticəsində 900-dən çox ya-
şayış məntəqəsi dağıdılmış və qarət edilmiş, mülki əhalinin
ümumilikdə 9 milyon m
2
sahədə evləri, dövlət müəssisələri və
sosial obyektlər dağıdılmış və yandırılmışdır. Ümümiyyətlə,
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və Azərbaycan
ərazilərinin işğalı nəticəsində ölkəmizə bilavasitə dəyən
zərərin miqdarı onlarla milyard dollar hesablansa da, müxtəlif
mənbələrdə bu barədə dəqiq məlumat verilmir. Ümumiyyətlə,
vurulmuş zərər deyəndə həm dövlətin özünə vurulmuş zərər,
həm də onun vətəndaşlarına, təşkilatlarına və kommersiya
strukturlarına vurulmuş zərər nəzərdə tutulur.
Bununla yanaşı, Ermənistanın silahlı təcavüzü və işğalı
nəticəsində Azərbaycana bilavasitə ziyanlarla yanaşı, dolayısı
ilə ziyanlar da dəymişdir. Bu ziyanların miqdarı işğal altında
olan ərazilər azad edilməyənədək hər il artmaqda qavam edir.
Uzun müddətdir ki, Azərbaycan ərazilərinin dinc yolla işğal-
dan azad edilməsi istiqamətində danışıqlar aparılır, əgər danı-
şıqlar nəticəsində Azərbaycan ərazilərinin azad edilməsinə nail
olunmasa belə, Azərbaycan beynəlxalq hüquq normalarına mü-
vafiq olaraq özünü müdafiə hüququndan istifadə edərək işğala
son qoyacaq və hazırda işğal altında olan ərazilərdə öz dövlət
müstəqilliyini bərpa edəcəkdir. İstənilən halda Azərbaycan
Respublikası beynəlxalq məhkəmələrdə ona dəyən ziyanın
ödənilməsi barədə iddia qaldırmaq və müvafiq təzminatlar al-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
4
www.elkhan-suleymanov.az
maq hüququna malikdir. Odur ki, Ermənistanın silahlı təcavüzü
və Azərbaycan ərazilərinin işğalı nəticəsində ölkəmizə dəyən
ziyanın müəyyənləşdirilməsi böyük aktuallıq kəsb edir.
Lakin indiyədək Azərbaycana vurulmuş maddi və mənəvi
zərərin ödənilməsinə yönəlmiş kompleks xarakterli beynəlxalq-
hüquqi məsələlərin tədqiqi ayrıca araşdırmanın predmeti ol-
mamışdır. Bu boşluğu müəyyən dərəcədə doldurmaq məqsədlə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin poli-
toloji, beynəlxalq-hüquqi, iqtisadi aspektlərinin, Azərbaycana
dəymiş ziyanın ödənilməsi istiqamətində beynəlxalq-hüquqi
əsaslarının araşdırılması dövlət əhəmiyyətli vacib məsələ hesab
edilməlidir. Belə ki, Azərbaycana qarşı təcavüzə və Azərbaycan
torpaqlarının işğalına görə Ermənistanın beynəlxalq-hüquqi
məsuliyyətinin yaranmasından irəli gələn Azərbaycana vurul-
muş maddi və mənəvi zərərin ödənilməsi probleminin araşdırıl-
ması işğalın nəticələrinin aradan qaldırılmasının və bütövlükdə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həll edilməsinə yönəlmiş vacib məsələlərdən biridir.
Eyni zamanda qeyd edilməlidir ki, Ermənistanın Azərbaycana
qarşı ərazi iddialarının, silahlı təcavüzünün, Dağlıq Qarabağ
bölgəsinin və ətraf rayonların işğalının indiyədək əsasən ümu-
mi xarakterli siyasi və hüquqi aspektləri tədqiq edilmişdir. La-
kin Ermənistanın təcavüzü nəticəsində Azərbaycana vurulmuş
maddi və mənəvi zərərin ödənilməsinə yönəlmiş kompleks
məsələlərin tədqiqi araşdırma predmeti olmamışdır və təqdim
edilən tədqiqat çərçivəsində həyata keçirilən belə bir araşdır-
manın aparılmasına cəhd göstərilir. Bu isə, öz növbəsində,
tədqiqatın aktuallığını və yeniliyini müəyyən edir və sübhəsiz
ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinin və ətraf rayonlarının işğalına dair dünya dövlətləri
birliyində və dünya ictimai fikrində Azərbaycan tərəfinin möv-
qeyinin əsaslı, qanuni və ədalətli olmasının sübutedici bazasını
daha da gücləndirir.
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
5
www.elkhan-suleymanov.az
1. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin tarixi və geosiyasi kökləri
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi et-
nik azərbaycanlı ların 1988-1989-cu illərdə cəmi bir neçə ay
ərzində öz tarixi torpaqları olan indiki Ermənistan Respublika-
sı ərazisindən deportasiyası və bu dövlətin zor tətbiq etməklə
yeni ərazilər əldə etmək siyasətinin davamı kimi Azərbaycan
Respublikasına qarşı silahlı təcavüzü nəticəsində baş vermişdir.
Qeyd edilməlidir ki, Azərbaycana qarşı silahlı təcavüz ölkənin
Dağlıq Qarabağ bölgəsində erməni separatçı qrupların hüquqa-
zidd hərəkətləri ilə başlanmışdır. Ermənistanın hakimiyyət or-
qanları isə separatçıların bu əməllərini özlərinin beynəlxalq hü-
quq normaları ilə ziddiyyət təşkil edən qərarları ilə dəstəkləmiş
və Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürmüşdür. Bu
qərarlar sırasında Ermənistan SSR Ali Sovetinin “Ermənistan
SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında” 1 dekabr
1989-cu il tarixli qərarı və Ermənistanın dövlət suverenliyi haq-
qında 23 avqust 1990-cı il tarixli bəyannamə xüsusilə vurğulan-
malıdır. Ermənistan tərəfindən qəbul edilmiş beynəlxalq hüquq
normaları ilə ziddiyyət təşkil edən həmin sənədlərə görə, digər
bir dövlətin ərazisinin bir hissəsi - Azərbaycan Respublikasının
Dağlıq Qarabağ bölgəsi “Ermənistan Respublikasının ayrıl-
maz hissəsi” elan edilirdi. Ermənistan SSR Ali Sovetinin qeyd
edilən qərarları bu dövlətin silahlı qüvvələrinin Azərbaycan
Republikasına qarşı silahlı təcavüzü nəticəsində reallaşdırıldı.
Azərbaycana qarşı silahlı döyüşlərə muzdlulardan ibarət silah-
lı qeyri-qanuni birləşmələr geniş cəlb edilmişdi. Bununla ya-
naşı, Ermənistanın silahlı təcavüzü bu dövlətin xüsusi xidmət
orqanlarının və beynəlxalq erməni terror təşkilatlarının tək
cəbhəyanı və sərhədyanı ərazilərdə deyil, eyni zamanda cəbhə
və sərhəd xətlərindən uzaqlarda Azərbaycan xalqına qarşı ter-
ror əməliyyatlarının kəskin şəkildə intensivləşməsi fonunda
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
6
www.elkhan-suleymanov.az
həyata keçirildi. Ermənistan silahlı birləşmələrinin tammiqyaslı
hərbi əməliyyatları 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində
Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV)
inzibati ərazisi hüdudlarında aparılırdı, 1992-ci ilin mayından
isə döyüş əməliyyatları keçmiş DQMV hüdudlarından kənara
çıxaraq, Azərbaycanın digər rayonlarına yayılmağa başladı.
Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan Res-
publikasının keçmiş DQMV və 7 ətraf rayonu, o cümlədən
cəbhəyanı və sərhədyanı rayonların bir sıra yaşayış məntəqələri
də daxil olmaqla Azərbaycan Respublikasının 20% ərazisi işğal
edildi. Rusiya Federasiyasının vasitəçiliyi ilə 1994-cü ilin 12 may
tarixində tərəflər arasında atəşkəs haqqında protokol imzalandı
və hazırda münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə bağlı
ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır.
Xüsusilə qeyd edilməlidir ki, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin meydana gəlməsinin tarixi və geosiyasi
kökləri mövcuddur. Belə ki, bu münaqişənin əsası “ləng açılan
bomba” şəklində 1988-ci ildən xeyli əvvəl, daha dəqiq desək,
XIX əsrin əvvəllərində qoyulmuşdur. Belə ki, çar Rusiyası hələ
XVII əsrin sonu və XVIII əsrin əvvəllərindən başlayaraq Os-
manlı dövlətinin torpaqlarının bölüşdürülməsi, Aralıq dənizinə
və Şərqə çıxış əldə etmək məqsədilə dəfələrlə Türkiyə və İrana
qarşı müharibələr aparmışdır. Bu müharibələrin nəticəsi kimi,
1813 və 1828-ci illərdə çar Rusiyası və İran arasında müvafiq
olaraq Gülüstan və Türkmənçay müqavilələri imzalanmış-
dır. Bu müqavilələrin imzalanması nəticəsində Azərbaycan
xalqına qarşı tarixi ədalətsizlik rəsmiləşdirildi və Azərbaycan
torpaqları iki dövlət arasında bölüşdürüldü. Beləliklə, həmin
müqavilələrin faciəli nəticəsi kimi Azərbaycan xalqı bölündü,
Azərbaycanın tarixi torpaqları parçalandı.
Türkmənçay müqaviləsində uzağagedən geosiyasi oyunla-
rın və gələcək fəlakətlərin əsası qoyulmuş oldu. Belə ki, həmin
müqavilə imzalandıqdan sonra 1828-ci ildən başlayaraq İran və
Türkiyədə yaşayan ermənilərin Rusiyanın işğal etmiş olduğu
Zaqafqaziyaya (Cənubi Qafqaza) kütləvi köçürülməsinə başlan-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
7
www.elkhan-suleymanov.az
mışdır. Müharibədən sonrakı iki il ərzində, 1828-ci ildən 1830-
cu ilə kimi Cənubi Qafqaza İrandan 40 mindən, Türkiyədən isə
84 mindən çox erməni köçürüldü. Cənubi Qafqaza köçürülən
ermənilər strateji baxımdan əhəmiyyət kəsb edən Yelizavet-
pol (Gəncə) və İrəvan quberniyalarında yerləşdirilirdilər. Rus
tədqiqatçısı N.N.Şavrov bu məsələ ilə bağlı yazırdı ki, “Yeliza-
vetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölünün sahili
həmin ermənilər tərəfindən məskunlaşdırılmışdır”. N.N.Şavrov
daha sonra göstərirdi ki, 1908-ci ildə “Zaqafqaziyada yaşayan
1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın köklü
sakinləri olmayıb bizim tərəfimizdən məskunlaşdırılmışdır” [1].
Beləliklə, Çar Rusiyası tərəfindən ermənilərin kütləvi şəkildə
Cənubi Qafqaza, o cümlədən Qarabağın dağlıq hissəsinə
köçürülməsi bu regionda demoqrafik vəziyyətə ciddi təsir
göstərmiş və ermənilərin gələcək ərazi iddialarının əsasını qoy-
muşdur.
Əvvəlcə çar Rusiyasının, sonra isə Sovet İttifaqının apardığı
siyasət nəticəsində son 200 il ərzində Cənubi Qafqazda demoq-
rafik vəziyyət ciddi şəkildə dəyişdirilmiş, azərbaycanlılar öz ta-
rixi torpaqlarından, doğma yurdlarından sıxışdırılaraq məcburi
köçürülmələrə məruz qalmışlar. Təkcə XX yüzillik ərzində
azərbaycanlılar ən azı beş dəfə təqiblərə və deportasiyalara
məruz qalaraq, öz tarixi torpaqlarından didərgin düşmüşlər.
1905-1907-ci illərdə ermənilər azərbaycanlılara qarşı bütün
Azərbaycanı, eləcə də indiki Ermənistan ərazisindəki əzəli
azərbaycanlı yaşayış məntəqələrini əhatə edən genişmiqyaslı
qanlı əməliyyatlar həyata keşirmiş, yüzlərlə yaşayış məntəqəsini
yerlə yeksan etmiş, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə
yetirmişlər. Daha sonra 1917-ci ilin dekabrından başlayaraq
1918-ci ilin iyun ayınadək təkcə keçmiş İrəvan xanlığı ərazisində
200 azərbaycanlı kəndi yandırılaraq məhv edilmişdir. Bolşe-
vizm bayrağı və əksinqilabçı ünsürlərə qarşı mübarizə adı al-
tında Stepan Şaumyanın rəhbərlik etdiyi silahlı dəstələr 1918-ci
ilin martından etibarən Bakı quberniyasında azərbaycanlıların
məhv edilməsi üzrə dəhşətli plan həyata keçirməyə başladı
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
8
www.elkhan-suleymanov.az
və qısa müddət ərzində Bakının xeyli hissəsi xarabalığa çev-
rildi. Azərbaycanlılara qarşı soyqırımı əməliyyatları Bakıda,
Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda,
Lənkəranda və digər bölgələrdə xüsusi qəddarlıqla həyata ke-
çirildi. Dinc əhali yalnız etnik azərbaycanlı olması səbəbindən
kütləvi şəkildə öldürülür, yaşayış məntəqələri yandırılır, milli-
mədəniyyət abidələri, məktəblər, xəstəxanalar, məscidlər və
digər tikililər dağıdılaraq məhv edilirdi. Bu dövrdə Cənubi
Qafqazda erməni qüvvələri tərəfindən təxminən 100 mindən
çox etnik azərbaycanlı məhv edildi.
Azərbaycan 28 may 1918-ci ildə dövlət müstəqilliyi elan
etdikdən sonra yenidən ermənilərin ərazi iddiaları ilə üzləşdi.
Yaranmış tarixi-siyasi vəziyyəti nəzərə alaraq, əsasən də
ermənilərin ərazi iddialarına son qoyulması və ermənilərin
azərbaycanlılara qarşı silahlı hücumlarının dayandırılması
müqabilində Azərbaycan tərəfi 1918-ci ildə İrəvan şəhərinin
ermənilərə verilməsi barədə qərar qəbul etdi. Bununla da, ta-
rixi Azərbaycan torpaqlarında paytaxt İrəvan şəhəri olmaqla
Ermənistan dövləti yaradıldı. Lakin erməni tərəfi bundan son-
ra da ərazi iddialarından əl çəkmədi və azərbaycanlıların zo-
rakılıqla öz tarixi torpaqlarından qovulması davam etdirildi.
Nəhayət, ermənilərin silahlı təcavüzü nəticəsində Zəngəzur
mahalı işğal edildi və erməni tərəfi İranla sərhəd qurulmasına
nail oldu.
SSRİ tərkibində Zaqafqaziya Federasiyasının qurulma-
sı və ləğvi, Azərbaycan SSR və Ermənistan SSR-in yaradıl-
ması dövründə sərhədlərin dəqiqləşdirilməsi bəhanəsi ilə
Azərbaycan əraziləri yenidən Ermənistan SSR-in tərkibinə
qatılır, yerli Azərbaycan əhalisi isə bu və ya digər yollarla öz
doğma yurdlarını tərk etməyə məcbur edilirdi. Ermənistan
SSR-də yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə və de-
portasiya siyasəti İkinci Dünya Müharibəsindən sonra da SSRİ
rəhbərliyi səviyyəsində davam etdirildi. Misal üçün, Ermənistan
SSR-ə xaricdən gələn ermənilərin yerləşdirilməsi bəhanəsilə
İ.V.Stalinin imzaladığı “Kolxozçuların və digər Azərbaycan
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
9
www.elkhan-suleymanov.az
əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür–Araz
ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr tarixli
4083 saylı və “Kolxozçuların və digər Azərbaycan əhalisinin
Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür–Araz ovalığına
köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 1948-ci il 10 mart
tarixli 754 saylı SSRİ Nazirlər Sovetinin qərarlarına əsasən 150
minədək azərbaycanlı özlərinin tarixi torpaqlarından deporta-
siya olundu.
Qeyd etmək lazımdır ki, çar Rusiyasının XIX əsr boyu və XX
əsrin əvvəllərində Cənubi Qafqazda demoqrafik vəziyyəti cid-
di şəkildə dəyişdirməyə nail olmasına baxmayaraq, 1918-ci ildə
cəmisi 9 min km
2
ərazidə yaradılmış Ermənistan dövlətində
575 mindən çox azərbaycanlı yaşayırdı ki, bu da Ermənistan
əhalisinin üçdə birindən çox idi. Sonradan SSRİ dövründə
Azərbaycanın ərazisinin 114 min km
2
-dən 86,6 min km
2
-ə
qədər azaldılması hesabına Ermənistanın əraziləri artırıldı və
bu ərazilərdə müxtəlif bəhanələrlə yerli azərbaycanlı əhaliyə
qarşı açıq və gizli şəkildə etnik təmizləmə siyasəti həyata ke-
çirildi. Nəhayət, 1988-ci ilin sonu və 1989-cu ilin əvvəllərində
indiki Ermənistan dövlətinin ərazisindən son 250 mindən
çox azərbaycanlı deportasiya edildi. Rəsmi Yerevanın ardıcıl
və davamlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti
nəticəsində hazırda bu ölkə ərazində bir nəfər də azərbaycanlı
qalmamışdır.
Etnik təmizləmə və indiki Ermənistan ərazilərinin
azərbaycanlıların tarixi torpaqları olması barədə izlərin belə
silinməsi siyasətinin növbəti mərhələsi 1988-ci il noyabrın
sonunda başlandı. Rəsmi hakimiyyət orqanlarının dəstəyi
və sanksiyası ilə indiki Ermənistan dövlətinin ərazisində
məskunlaşmış son 250 mindən artıq azərbaycanlı qısa bir
müddət ərzində öz tarixi torpaqlarından deportasiya olundu.
Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin
növbəti faciəvi mərhələsi olan bu kütləvi qovulma aksiyası
azərbaycanlıların öldürülməsi, onlara işgəncələrin verilməsi ilə
müşayiət edildi. Etnik təmizləmə nəticəsində 216 azərbaycanlı
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
10
www.elkhan-suleymanov.az
qətlə yetirildi ki, bunların əksəriyyəti də qadınlar, uşaqlar və
qocalar idi. Bunlardan 49 nəfəri xilas olmağa çalışarkən dağlar-
da donmuş, 41 nəfəri xüsusi qəddarlıqla döyülərək qətlə yeti-
rilmiş, 35 nəfəri uzun sürən işgəncələrlə öldürülmüş, 11 nəfəri
diri-diri yandırılmış, 16 nəfəri güllələnmiş, 10 nəfər əzab və
işgəncələrə dözməyərək ölmüş, 2 nəfər xəstəxanada həkimlər
tərəfindən öldürülmüş, 2 nəfərin başı kəsilmiş, digərləri isə
suda boğularaq, asılaraq, elertrik cərəyanına birləşdirilərək və s.
qeyri-insani üsullarla qətlə yetirilmişlər. Etnik azərbaycanlılara
qarşı cinayətlər Quqark, Kalinin, Gorus, Stepanavan, Vardenis,
Masis, Spitak, Ararat, Kirovakan, İcevan, Krasnoselo, Yexek-
nadzor, Amasiya, Qafan, Abovyan, Sisyan, Sevan, Noyember-
yan, Meğri və digər rayonlarında xüsusi qəddarlıqla həyata ke-
çirilmişdir [2].
Etnik zəmində həyata keçirilən bu cinayət əməlləri rəsmi Ye-
revan tərəfindən qabaqcadan düşünülmüş və planlaşdırılmışdı.
Belə ki, azərbaycanlıların öz tarixi vətənlərindən deportasiya
edilməsinə, onların məskunlaşdığı yaşayış məntəqələrinə hü-
cumlara Ermənistan hökumətinin məmurları, milis və prokuror-
luq əməkdaşları, rayon partiya komitələrinin katibləri rəhbərlik
edirdi. Şübhəsiz ki, SSRİ rəhbərliyi, xüsusən də M.Qorbaçov
Ermənistan rəhbərliyinin bu cinayətkar əməllərindən xəbərdar
idi. Lakin SSRİ rəhbərliyi Ermənistan ərazisində azərbaycanlı
əhalisinə qarşı həyata keçirilmiş etnik təmizləmə faktlarına görə
təhqiqatların aparılması barədə qərar qəbul etmədi, bu cinayət
əməllərinin təşkilatçıları və icraçılarını məsuliyyətə cəlb etmədi.
Qeyd edilməlidir ki, beynəlxalq hüquq normalarına əsasən
hər hansı milli, etnik və ya dini qrupun üzvlərinin öldürülməsi,
belə qrupun üzvlərinə ciddi bədən xəsarəti və ya əqli pozun-
tuların yetirilməsi, hər hansı qrupun tam və ya tədricən fi-
ziki məhvinə gətirib çıxaran əvvəlcədən düşünülmüş həyat
şəraitinin yaradılması belə qrupa qarşı soyqırımı (genosid)
cinayəti kimi qiymətləndirilir [3]. Beləliklə, beynəlxalq hü-
quq normalarına əsasən Ermənistan rəsmi hakimiyyətinin et-
nik azərbaycanlılara qarşı həyata keçirdiyi əməllər genosid
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
11
www.elkhan-suleymanov.az
cinayətləri kimi qiymətləndirilməlidir.
Daha sonra Ermənistan hakimiyyəti öz ərazisində yaşayan
azərbaycanlıları öz tarixi torpaqlarından deportasiya etməklə
kifayətlənməmiş və 1988-1994-cü illərdə Azərbaycana qarşı
silahlı təcavüz etmişdir. Azərbaycana qarşı silahlı döyüşlərdə
Ermənistanın silahlı qüvvələri ilə yanaşı, dünyanın müxtəlif
ölkələrinin vətəndaşları olan etnik ermənilərdən ibarət silahlı
muzdlular dəstəsi və beynəlxalq erməni terror təşkilatları işti-
rak etmişlər. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV), eləcə də
ona bitişik olan 7 rayonunun (Laçın, Kəlbəcər, Ağdam, Füzu-
li, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları) əraziləri işğal edil-
mişdir. Bundan əlavə Azərbaycanın cəbhəyanı və Ermənistanla
sərhədyanı rayonlarının da bir sıra yaşayış məntəqələri işğal
olunmuş (Naxçıvan MR, Qazax, Tərtər, Ağcabədi, Gədəbəy) və
ciddi zərər (Ağstafa, Beyləqan, Tovuz) vurulmuşdur. Hazırda
Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Nax-
çıvan Muxtar Respublikasının işğal olunmuş 2 kəndindən 1-i,
Ağdam rayonunun işğal olunmuş 82 kəndindən 80-i, Füzuli ra-
yonunun işğal olunmuş 76 kəndindən 54-ü, Tərtər rayonunun
13 kəndi və Qazax rayonunun işğal olunmuş 12 kəndindən 7-si
hələ də işğal altında qalmaqdadır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinə nail olmaq məqsədilə 1992-ci ilin martında
ATƏT-in Minsk qrupu yaradıldı və BMT bu münaqişənin həlli
məsələsini həmin qrupa həvalə etdi. Sonradan ATƏT-in Minsk
qrupunun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu
formalaşdırıldı. Həmsədrlər 1997-1998-ci illərdə münaqişənin
həlli ilə bağlı üç təklif irəli sürmüş, lakin bu təkliflər qəbul
edilməmişdir. 2007-ci ildən etibarən Azərbaycan və Ermənistan
prezidentləri səviyyəsində danışıqlar ATƏT-in Minsk qrupu-
nun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsinin əsas prinsiplərini özündə əks etdirən “Maq-
rid prinsipləri” çərçivəsində aparılır. Bu prinsiplər 10 iyul
Dostları ilə paylaş: |