Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
95
www.elkhan-suleymanov.az
üçün xüsusi kateqoriyalı öhdəliklər xarakteri daşıyır. Bu
öhdəliklərin pozulması bütövlükdə dünya birliyi dövlətlərinin
ümumi maraqlarının pozulması ilə müşayiət edilir. Odur ki, bu
öhdəliklər bütün tərəflər qarşısında olan öhdəliklərdir və dün-
ya dövlətləri bu öhdəlikləri pozmuş dövləti məsuliyyətə cəlb
etmək hüququna malikdirlər.
Beləliklə, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüz
etməsi, Xocalı şəhərində soyqırım cinayətləri törətməsi, işğal
edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirməsi bu
dövlətin tək Azərbaycan qarşısında deyil, bütövlükdə dünya
birliyi dövlətləri qarşısında beynəlxalq-hüquqi məsuliyyətini
doğurmuşdur.
Eyni zamanda təcavüz və işğal nəticəsində Azərbaycana
konkret maddi və mənəvi zərər vurulmuşdur və bu zərərə
görə işğalçı dövlət kimi Ermənistan Azərbaycan qarşısın-
da məsuliyyət daşıyır. Qeyd edildiyi kimi, Ermənistanın
Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan torpaq-
larının 20%-i işğal edilmiş və bir milyona yaxın insan qaçqın
və məcburi köçkün olmuş, Azərbaycanın əhalisinə, ərazisinə,
iqtisadiyyatına, mədəniyətinə, ekologiyasına, bitki və heyvanat
aləminə böyük miqdarda maddi və mənəvi zərər vurulmuş-
dur. Yuxarıda göstərildiyi kimi, ilkin hesablamalara görə işğal
nəticəsində Azərbaycana vurulmuş maddi zərərin ümumi miq-
darı 431,536 milyard (dörd yüz otuz bir milyard beş yüz otuz
altı milyon) ABŞ dolları təşkil edir.
Aydındır ki, Ermənistanın Azərbaycana vurduğu maddi və
mənəvi zərər belə zərərin tam həcmdə ödənilməsi zərurətini
yaradır. Belə ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan
dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş ol-
duğu ziyanı tam həcmdə ödəməlidir.
Qeyd edilməlidir ki, müasir beynəlxalq hüquqda zərərin
ödənilməsinin müəyyən formaları mövcüddur. Bu formalar
bir tərəfdən zərərin tam ödənilməsi vəzifəsini, digər tərəfdən
isə belə ödəmənin həyata keçirilməsi üsullarını əks etdirir. Bu
məsələlər tam aydınlığı ilə BMT Baş Assambleyasının 12 de-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
96
www.elkhan-suleymanov.az
kabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqa-
zidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsinə
eyni adlı əlavədə göstərilmişdir. Sənədin 28-ci maddəsində
göstərilir ki, beynəlxalq hüquqazidd əməllər dövlətin
beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr
doğurur. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin
məsuliyyəti”nin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan
dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu
zərəri ödəməlidir və bu zərər beynəlxalq hüquqazidd əməllər
nəticəsində vurulmuş bütün ziyanlardan, o cümlədən maddi
və ya mənəvi ziyanlardan ibarətdir. “Beynəlxalq hüquqazidd
əməllərə görə dövlətlərin məsuliyyəti”nin 34-cü maddəsində
beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin
ödəmə formaları müəyyən edilib. Bu maddədə göstərilir ki,
“beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam
ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya for-
malarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də də
bir-biri ilə bağlı istifadə edilə bilər” [79].
Bu müddəa eyni zamanda BMT Baş Assambleyası tərəfindən
16 dekabr 2005-ci ildə qəbul edilmiş 60/147 saylı “Beynəlxalq
humanitar hüququn ciddi pozuntuları və insan hüquqları
sahəsində beynəlxalq normaların ciddi pozuntularının qur-
banları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna
aid əsas prinsiplər və rəhbəredici müddəalar” adlı qətnamə
ilə bir daha təsdiq olunmuşdur. Bu qətnamənin “Vurulmuş
zərərin ödənilməsi” adlı IX fəslinin 18-ci bəndində göstərilir ki,
beynəlxalq hüquqa və ölkələrin milli qanunvericiliyinə görə, və
həm də konkret halları nəzərə alaraq, insan hüquqları sahəsində
beynəlxalq normaların ciddi pozuntularının və beynəlxalq hu-
manitar hüququn ciddi pozuntularının qurbanlarına və pozun-
tunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş
qaydada zərərin tam və effektiv ödənilməsi restitusiya, kom-
pensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin
təkrarlanmaması zəmanəti formalarında ola bilər [80].
Aydındır ki, təkcə hüquqazidd əməlin törədilməsinə qədər
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
97
www.elkhan-suleymanov.az
mövcüd olan vəziyyətin bərpa edilməsi tam ödəmə üçün
kifayət deyil. Belə ki, bu cür əməllər tək maddi zərərin vurulma-
sı ilə məhdudlaşmır, onlar eyni zamanda əlavə mənəvi zərərin
vurulması ilə müşayiət olunur. Odur ki, BMT Baş Assamble-
yasının 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə
dövlətlərin məsuliyyəti” qətnaməsinə əlavənin 31-ci maddəsinə
əsasən məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd
əməllərə görə vurduğu zərəri ödəməlidir və bu zərər hüquqa-
zidd əməllər nəticəsində vurulmuş istənilən maddi və mənəvi
ziyanı özündə əks etdirir. Bundan başqa, həmin “Beynəlxalq
hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 34-cü
maddəsinə əsasən beynəlxalq hüquqazidd əməllər nəticəsində
meydana gəlmiş hüquq pozuntularının nəticələrini bütövlükdə
aradan qaldırmaq üçün ödəmə ya ayrı-ayrı formaların və ya
bütün formaların tətbiq edilməsini tələb edə bilər. Bu pozul-
muş beynəlxalq öhdəliyin xarakterindən, həmçinin vurulmuş
zərərin növündən və miqdarından asılıdır. Ödəmə formasının
seçilməsi eyni zamanda zərərçəkmiş tərəfin əsaslandırılmış
istəyindən asılıdır.
BMT Baş Assambleyasının “Beynəlxalq hüquqazidd əməllərə
görə dövlətlərin məsuliyyəti” qətnaməsinə əlavənin 35-ci
maddəsində göstərilir ki, beynəlxalq hüquqazidd əməllərə görə
məsuliyyət daşıyan dövlət restitusiyanın həyata keçirilməlidir.
Belə ki, restitusiya hüquqazidd əməlin törədilməsinə qədər
mövcüd olan vəziyyətin bərpa edilməsini özündə ehtiva edir.
Bu isə restitusiya vasitəsilə əvvəlki maddi vəziyyətin və qeyri-
maddi hüquqların bərpa edilməsi deməkdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağ-
lı Ermənistanın hüquqazidd əməli nəticəsində Azərbaycana
vurulmuş zərərin restitusiya formasında ödənilməsi bütün iş-
ğal olunmuş Azərbaycan ərazilərinin qaytarılması, Ermənistan
əsirliyində saxlanılan azərbaycanlıların azad edilməsi, onların
insan hüquqlarından istifadə edə bilməsi, məcburi köçkünlərin
əvvəlki yaşayış yerlərinə qayıda bilməsi, əmlakının qaytarılma-
sı və s. deməkdir. Bundan əlavə, restutisiya Ermənistan tərəfinin
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
98
www.elkhan-suleymanov.az
Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi ilə bağlı Ali Sove-
tin qəbul etdiyi qərarın, Ermənistanın dövlət müstəqilliyi ak-
tında Dağlıq Qarabağın bu dövlətin ərazisi elan edilməsi və
digər qanunsuz qəbul edilmiş bütün normativ aktlarının ləğv
edilməsini də özündə ehtiva edir. Eyni zamanda, işğal edil-
miş Azərbaycan torpaqlarında işğalçı Ermənistan tərəfi ilə
bağlanmış müqavilələr əsasında xarici şirkətlərin təsərüfat
fəaliyyəti ilə məşğul olunmasına qadağan qoyulması tələbinin
yerinə yetirilməsi də restitusiya çərçivəsində həyata keçirilən
tədbirlərdən olmalıdır.
Kompensasiya beynəlxalq hüquqazidd əməl nəticəsində
vurulmuş zərərin maliyyə şəkildə ödənilmə formasıdır. BMT
Baş Assambleyasının “Beynəlxalq hüquqazidd əməllərə
görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsinə əlavənin
36-cı maddəsinə əsasən beynəlxalq hüquqazidd əmələ
görə məsuliyyət daşıyan dövlət özünün qanunazidd əməli
nəticəsində vurduğu zərəri restitusiya ilə ödənilməyən hissədə
kompensasiya yolu ilə ödəməyə borcludur. Kompensasiya
əldən verilmiş gəlir də daxil olmaqla, belə zərərin ödənilməsinə
yönəlib. Beləliklə, kompensasiya vurulmuş zərərin restitusiya
ilə ödənilmədiyi halda tətbiq edilə bilər. Kompensasiya maliyyə
baxımından qiymətləndirilə bilən hər bir zərəri, o cümlədən
müəyyən edilə bilən əldən verilmiş mənfəət də daxil olmaqla,
ödəmə formasıdır. O, vurulmuş zərərə görə tam ödəməni təmin
etməyə yönəlməlidir və beynəlxalq praktikada zərərin ən çox
rast gəlinən ödənilməsi formasıdır. Bu müddəa müəyyən edir
ki, kompensasiyanın miqdarı əmlaka zərərin vurulduğu vaxt-
dakı dəyəri deyil, onun kompensasiya ödənilməsi vaxtında
olan qiyməti miqdarında ödənilməlidir.
Göründüyü kimi, kompensasiya vurulmuş zərərə görə
müstəqil ödəmə forması və ya restitusiyaya əlavə qismində
çıxış edə bilər. Baxmayaraq ki, hüquq pozuntusu halında, ilk
növbədə, restitusiya məsələsi meydana gəlir, restitusiyanın
həyata keçirilməsi bir çox hallarda mümkün olmur və ya tam
ödəməni təmin etmir. Əgər zərər çəkmiş dövlət kompensasiyaya
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
99
www.elkhan-suleymanov.az
üstünlük verirsə, bu halda restitusiya xaric oluna bilər. Kompen-
sasiyanın vəzifəsi tam ödəmənin təmin edilməsindən ibarətdir.
Ümumiyyətlə, vurulmuş zərər deyəndə, dövlətin özünə vurul-
muş zərərlə yanaşı onun vətəndaşlarına, təşkilatlarına və kom-
mersiya strukturlarına vurulmuş zərər nəzərdə tutulur. Odur ki,
zərər çəkmiş dövlət, həm də onun vətəndaşlarının sağlamlığına
vurulmuş zərərə görə müəyyən kompensasiyanın ödənilməsini
tələb etmək hüququna malikdir. Onu da qeyd etmək lazımdır
ki, birbaşa vurulmuş fiziki və maddi itkilərlə yanaşı, həm də
mənəvi və psixoloji zərərə görə də, məsələn, doğma və yaxın-
ların itirilməsinə, əzablara, təhqirlərə, mülki əhalinin qanun-
suz həbsdə saxlanılmasına, işgəncələrə, şikəstetməyə və s. görə
kompensasiya verilməlidir.
Qeyd edilməlidir ki, beynəlxalq hüquqazidd əməllərə görə
kompensasiya, onun həcmi və miqdarına vaxtın təsirinə dair
sual yarana bilər. Praktika göstərir ki, uzun sürən vaxt keçdikdə
belə kompensasiya hüququ itirilmir. Digər tərəfdən dəymiş
itkilər kompensasiyanın miqdarını müəyyən etmək üçün əsas
meyardır. Əsas əhəmiyyəti əmlakın dəyərinin, əldə edilməmiş
mənfəətin, əlavə xərclərin kompensasiya edilməsi daşıyır.
Beynəlxalq hüquqazidd əməlin nəticəsində özgəninkiləş-
dirilmiş və ya ləğv edilmiş əmlakın dəyəri, bir qayda olaraq,
onun ədalətli bazar qiyməti əsasında müəyyən edilir. Xü-
susi xarakterli əmlaka aid, misal üçün, mədəni mülkiyyətə
aid məsələ daha çətin həll edilir. Müəssisənin dəyərinin
qiymətləndirilməsində onun təmiz balans qiymətinin, yəni,
onun aktivləri və öhdəlikləri arasında fərqin müəyyən edilməsi
üsulu istifadə olunur.
Ətraf mühitə vurulmuş zərərə görə kompensasiyanın
verilməsinin öz xüsusiyyəti var. Belə ki, zərər çəkmiş dövlət
tərəfindən ekoloji zərərin nəticələrinin aradan qaldırılması və
ya ləğv edilməsi gedişatında aparılmış ağlabatan xərclərin və
ya zədələnmiş əmlakın dəyərinin azaldılmasına görə kom-
pensasiyanın ödənilməsi zəruri hesab olunur. Bundan əlavə,
onu da nəzərə almaq lazımdır ki, dövlətlərin məsuliyyəti
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
100
www.elkhan-suleymanov.az
haqqında “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin
məsuliyyəti”nin 36-cı maddəsinə aid şərhin 15-ci bəndində qeyd
olunur ki, hərdən “utilitar əhəmiyyət daşımayan dəyərlər” ad-
lanan bioloji rəngarənglik, təbii landşaftın gözəlliyi və s. kimi
ekoloji dəyərlərə vurulmuş faktiki zərər heç də əmlaka vurul-
muş zərədən az real və ödənilməli olmalı deyil, baxmayaraq ki,
bəlkə də, miqdar cəhətdən onun hesablanması daha çətin ola
bilər”.
Beynəlxalq hüquqda bu sahəyə aid normaların formalaşması
və inkişafı Küveytə qarşı təcavüz nəticəsində vurulmuş zərərin
İraq tərəfindən ödənilməsinə dair məsələlərin həllində BMT
Təhlükəsizlik Şurasının və BMT Kompensasiya Komissiyası-
nın fəaliyyəti ilə bağlıdır. Belə ki, BMT Təhlükəsizlik Şurasının
687 saylı 3 aprel 1991-ci il tarixli qətnaməsinin 16-cı bəndində
qeyd edilir ki, Küveytə hüquqazidd təcavüz və onun işğalı
nəticəsində meydana gəlmiş bütün itkilərə, o cümlədən ətraf
mühitə vurulmuş zərərə və təbii resursların azalmasına görə
beynəlxalq hüquq üzrə İraq məsuliyyət daşıyır. Bu qətnaməyə
əsasən BMT-nin Kompensasiya komissiyası konkret olaraq,
“ətraf mühitə vurulmuş zərər və təbii resursların azalması” an-
layışlarını əhatə edən zərərin müxtəlif növlərini göstərdi. Qeyd
edilənlər ətraf mühitə vurulmuş zərərə görə məsuliyyətin ar-
tırılması tendensiyasını əks etdirir və bu hal ətraf mühitə vu-
rulmuş zərərin azaldılmasında dövlətlərin ümumi marağını
müəyyən edir.
“Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin
məsuliyyəti”nin 37-ci maddəsinə əsasən beynəlxalq hüquqazidd
əməllərə görə məsuliyyət daşıyan dövlət bu əməllər nəticəsində
vurulmuş zərərin restutisiya və ya kompensasiya ilə ödənilə
bilməyən hissəsi qədər satisfaksiya təqdim etməlidir. Satisfak-
siya pozuntuların etiraf edilməsindən, təəssüf edilməsindən,
rəsmi üzr istənilməsindən və ya digər müvafiq formadan ibarət
ola bilər. Qeyd edilməlidir ki, satisfaksiya halında pul şəklində
ödəmələr də mümkündür və bu halda belə ödəmələr mənəvi
zərərin ödənilməsi forması şəklində olur.
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
101
www.elkhan-suleymanov.az
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair
satisfaksiya Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz
faktını etiraf etməsi, Azərbaycan torpaqlarının işğalı faktı-
nı etiraf etməsi, Xocalıda törədilmiş soyqırımı etiraf etməsi,
Azərbaycan xalqı qarşısında rəsmi üzr istəməsi formaların-
da ola bilər. Öz hərəkətləri ilə beynəlxalq hüquqazidd əmələ
gətirib çıxarmış şəxslərin cəzalandırılması da satisfaksiyanın
bir forması ola bilər.
Xüsusilə vurğulamaq lazımdır ki, beynəlxalq hüquqazidd
əməllərə görə ödəmələrin müəyyənləşdirilməsi zamanı ən
çətin məsələlər ödənilən zərərin miqdarının və belə zərərin
qiymətləndirilməsi qaydalarının müəyyən edilməsində ya-
ranır. Bu qaydalar pozulmuş öhdəliklərin xarakterindən,
tərəflərin davranışının qiymətləndirilməsindən və bir sıra
digər amillərdən asılı olaraq əhəmiyyətli dərəcədə bir-birindən
fərqlənir. Müasir praktikanın təhlili göstəriri ki, bir çox hal-
larda dövlətə vurulmuş ziyan bu dövlətə qarşı təcavüz və bu
dövlətin ərazilərinin işğal edilməsi nəticəsində, bu dövlətin
digər əmlakına zərərin vurulması nəticəsində, ətraf mühitin
çirkləndirilməsi, o cümlədən transsərhəd çaylara və s. dəymiş
zərərin aradan qaldırılması ilə bağlı xərclərin aparılması
nəticəsində baş verir.
Bundan əlavə, beynəlxalq praktikada hər hansı dövlətin
beynəlxalq hüquq pozuntusu nəticəsində zərər çəkmiş dövlət
ona vurulmuş zərərə görə təzminatın məbləğindən faiz almaq
hüququna malik olması öz əksini tapmışdır. Belə ki, “Beynəlxalq
hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 38-ci
maddəsinə əsasən, beynəlxalq hüquq pozuntusu nəticəsində vu-
rulmuş zərərin tam ödənilməsinə nail olmaq məqsədilə həmin
zərərin məbləğinə faiz hesablanır. Sənəddə göstərildiyi kimi, fa-
izin dərəcəsi və hesablanması metodu o formada müəyyən edi-
lir ki, vurulmuş zərərin tam ödənilməsinə nail olunsun. Habelə,
faizlər vurulmuş zərərin əsas məbləğinin ödənilməsinə başla-
nılmalı olduğu tarixdən ödəniş öhdəliyinin yerinə yetiriləcəyi
tarixə qədər hesablanır. Beləliklə, zərərçəkmiş dövlət ona vu-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
102
www.elkhan-suleymanov.az
rulmuş zərərə görə belə zərərin nəticələrinin aradan qaldırıl-
ması məqsədilə təzminat məbləğindən faiz almaq hüququ-
na malikdir. Misal olaraq göstərmək lazımdır ki, 1991-ci ildə
İraqın silahlı təcavüzü nəticəsində Küveytə vurulmuş zərərlə
bağlı məsələlərin kompleks şəkildə həllinə nail olmaq üçün
BMT Kompensasiya Komissiyası yaradıldı. BMT Kompensasi-
ya Komissiyasının İdarə Şurasının faiz haqqında məsələyə həsr
olunmuş qərarında göstərilir ki: “1. İşi udmuş iddiaçılara kom-
pensasiya qismində verilmiş əsas məbləğdən istifadə etmək
imkanının itirilməsini kompensasiya etmək üçün kifayət olan
faiz dərəcəsi üzrə faizlər zərər yaranmış tarixdən ödəniş edilən
tarixə qədər verilməlidir... 3. Faizlər kompensasiyanın əsas
məbləği ödənildikdən sonra verilməlidir.”
BMT Kompensasiya Komissiyasının İdarə Şurası müxtəlif
şəxslər, korporasiyalar və hökumətlər tərəfindən daxil olmuş
1550871 iddia ərizəsi əsasında İraqın Küveytə silahlı təcavüzü
nəticəsində vurulmuş zərəri 52 467 108 060 (əlli iki milyard
dörd yüz altmış yeddi milyon yüz səkkiz min altmış) ABŞ dol-
ları məbləğində müəyyən etmişdir [81]. BMT Kompensasiya
Komissiyasının verdiyi məlumata görə 28 oktyabr 2010-cu il
tarixinə qədər kompensasiya ediləcək məbləğin 30,7 milyard
ABŞ dolları ödənilib [82].
Göründüyü kimi, Azərbaycanın Ermənistanın beynəlxalq
hüquqazidd əməlləri nəticəsində vurulmuş maddi və mənəvi
zərərə görə təzminat almaq hüququ var və bunun üçün müva-
fiq beynəlxalq-hüquqi mexanizmlər mövcuddur. Azərbaycanın
ona dəymiş zərərin müqabilində müvafiq təzminat almaq hü-
ququna malik olması beynəlxalq təşkilatların qərarlarında da
təsdiqlənmişdir. Misal üçün, 13-14 Mart 2008 il Dakar, Sene-
qal Respublikasında keçirilmiş On Birinci Zirvə Görüşündə
(“Müsəl man Umması 21-ci əsrdə”), “İslamın müqəddəs
yerlərinin qorunması haqqında” 2/11-C (İS) saylı qətnaməsinin
4-cü bəndində İKT “Azərbaycanın ona dəymiş ziyanın
müqabilində təzminat almaq hüququna malik olduğunu he-
sab edir və bu təzminatın ödənilməsi üçün Ermənistanın tam
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
103
www.elkhan-suleymanov.az
məsuliyyət daşıdığını təsdiq edir”. Eyni məzmunlu müddəalar
İKT-nin digər sənədlərində də öz əksini tapmışdır. Məsələn,
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qar-
şı təcavüzü haqqında” 10/11-P (IS) saylı qətnaməsinin 22-ci
bəndində qeyd olunur ki İKT: “Azərbaycanın məruz qaldığı
zərərlərə görə müvafiq kompensasiya hüququ olduğunu he-
sab edir və bu zərərlərə görə adekvat kompensasiya ödənilməsi
məsuliyyətini Ermənistanın üzə rinə qoyur”.
Beləliklə, aydındır ki, Azərbaycana vurulmuş maddi və
mənəvi zərərin ödənilməsi problemi Ermənistanın təcavüzünün
nəticələrinin aradan qaldırılmasının və bütövlükdə Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması pro-
sesinin vacib aspektlərinin biridir.
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
104
www.elkhan-suleymanov.az
Nəticə
Aparılmış tədqiqat və təhlilləri ümumiləşdirərək, aşağıdakı
nəticələrə gəlirik:
1. Ermənistan əsassız ərazi iddialarını reallaşdırmaq
məqsədilə Azərbaycana qarşı silahlı təcavüz etmiş, 20%
Azərbaycan ərazisini, o cümlədən keçmiş Dağlıq Qarabağ
Muxtar Vilayətini (DQMV) və digər 7 rayonu işğal etmişdir.
Ermənistan dövləti Azərbaycana qarşı silahlı təcavüz etməklə
beynəlxalq sülhə qarşı cinayət əməli törətmişdir. Təcavüz
cinayətkarlığı insanlığa qarşı cinayət hesab edilir və Ermənistan
həyata keçirdiyi silahlı təcavüz aktına görə beynəlxalq-hüquqi
məsuliyyət daşıyır.
2. Azərbaycana qarşı silahlı təcavüz zamanı Ermənistanın si-
lahlı qüvvələri tərəfindən 20 mindən çox insan öldürülmüş, 50
mindən çox insan yaralanmış və şikəst edilmiş, minlərlə insan
itkin düşmüş, məhkəməsiz edamlar və mülki əhalinin kütləvi
qırğını, girov götürülməsi, onlardan icbari işlərdə istifadə olun-
ması halları baş vermişdir. Hərbi əsirlər və girovlar işgəncələrə
və digər qeyri-insani rəftarlara məruz qalmış, yaralılar və
xəstələrə adi tibbi yardım belə göstərilməmişdir. Beləliklə,
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə
zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə
pozulmuşdur.
3. Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən
26-a keçən gecə Xocalı şəhərində soyqırım cinayəti törətmişdir.
Şəhərin işğal zamanı dinc əhalinin 613 nəfəri, o cümlədən 63
uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öl-
dürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə
qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Qanlı ak-
siya zamanı 1275 insan əsir götürülmüş, 150 insan itkin düş-
müş, 487 insan şikəst olmuşdur. Kütləvi qırğınlar zamanı 8 ailə
tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideyinini, 130 uşaq
isə bir valideyinini itirmişdir, 56 insan işgəncələr verilərək öl-
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
|