Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
12
www.elkhan-suleymanov.az
2009-cu ildə İtaliyanın Akvil şəhərində G8 (Böyük səkkizlik)
sammiti zamanı ABŞ, Rusiya və Fransa prezidentlərinin
qəbul etdikləri birgə bəyanatda öz əksini tapmışdır. Həmsədr
ölkələrin prezidentlərinin birgə bəyanatında Dağlıq Qara-
bağ münaqişəsinin ATƏM-in 1975-ci il tarixli Helsinki Yekun
Aktında ehtiva edilmiş güc tətbiq etməmək, ərazi bütövlüyü,
həmçinin xalqların bərabər hüquqluluğu və öz müqəddəratını
təyinetmə prinsipləri əsasında tənzimlənməsinin vacibliyi vur-
ğulanmışdır [4].
Lakin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe
nəticəsində danışıqlarda irəliləyiş əldə edilməmişdir. Odur ki,
16 iyun 2010-cu ildə Kanadanın Muskok şəhərində G8 (Böyük
səkkizlik) sammiti zamanı ATƏT-in Minsk qrupunun həmsədr
ölkələrinin prezidentləri yenidən birgə bəyanatla çıxış edərək
tərəfləri münaqişənin tənzimlənməsi üzrə əsas prinsiplərin ra-
zılaşdırılması prosesini başa çatdırmağa çağırmışlar. Bəyanatda
bir daha təsdiqlənmişdir ki, münaqişənin tənzimlənməsi
ATƏM-in Helsinki Yekun Aktında ehtiva edilmiş prinsiplərə və
həmsədr ölkələrin prezidentlərinin Akvil bəyanatındakı aşağı-
dakı təkliflərə əsaslanmalıdır: Dağlıq Qarabağ ətrafı işğal edil-
miş ərazilərin qaytarılması; Dağlıq Qarabağ üçün təhlükəsizliyi
və özünüidarəni təmin edə biləcək aralıq statusun verilməsi;
Dağlıq Qarabağı Ermənistanla birləşdirə biləcək dəhlizin yara-
dılması; hüquqi qüvvəyə malik olan iradə ifadəetmə yolu ilə
Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsi; bütün
daxili köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qa-
yıtmaq hüquqlarının təmin edilməsi; sülhməramlı əməliyyatlar
da daxil olmaqla, təhlükəsizliyin beynəlxalq təminatı [5].
Həmsədr ölkələrin prezidentləri, nəhayət, 26 may 2011-ci ildə
Dovildə (Fransa) keçirilən G8 sammiti zamanı növbəti bəyanatla
çıxış etdilər. Bu bəyanatda onlar bir daha münaqişənin ATƏM-
in Helsinki Yekun Aktında ehtiva edilmiş prinsiplər və Akvil
və Muskok bəyanatındakı təkliflər əsasında tənzimlənməsinin
vacibliyini vurğuladılar. Həmsədr ölkələrin prezidentləri
özlərinin Dovil bəyanatlarında Azərbaycan və Ermənistan
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
13
www.elkhan-suleymanov.az
prezidentlərini siyasi iradə nümayiş etdirərək, Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi üzrə əsas prinsiplərin razılaşdı-
rılması prosesini keçiriləcək görüş zamanı başa çatdırmağa ça-
ğırdılar [6]. Lakin Rusiya prezidentinin iştirakı ilə Azərbaycan
və Ermənistan prezidentlərinin 24 iyun 2011-ci il tarixli Kazan
görüşündə yenə də real nəticə əldə edilmədi və dövlət başçıları
qəbul etdikləri növbəti bəyanatda bir sıra məsələlər üzrə qar-
şılıqlı anlaşmanın əldə olunduğunu və bu məsələlərin həllinin
əsas prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına
kömək edəcəyini qeyd etməklə kifayətləndilər.
Qeyd edilməlidir ki, münaqişənin sülh yolu ilə həlli
istiqamətində intensiv danışıqların getdiyi bir vaxtda
Ermənistan tərəfinin ardıcıl olaraq atəşkəsi pozması və mülki
şəxsləri, xüsusilə də azyaşlı uşaqları qətlə yetirməsi daha da
intensivləşmişdir. Bu sıradan göstərmək lazımdır ki, Ermənistan
tərəfi özünün son zamanlar cəbhəyanı bölgədə həyata keçirdi-
yi cinayətkar aksiyaların qurbanı kimi daha çox azyaşlı uşaq-
ları hədəf seçməyə başlamışdır. Belə ki, Ermənistan tərəfindən
Azərbaycanın Əlibəyli kəndinə daxil olan Tovuz çayına bura-
xılmış “itəbənzər” uşaq oyuncağına quraşdırılmış partlayıcı
qurğunun 2011-ci il iyulun 14-də işə düşməsi nəticəsində 1998-
ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olmuş-
dur. Qeyd edilməlidir ki, 2011-ci ilin martın 8-də doqquz yaşlı
Fariz Bədəlov Ermənistan tərəfindən işğal olunmuş Ağdam ra-
yonu ərazisindən Ermənistan silahlı qüvvələrinin snayperinin
açdığı atəş nəticəsində qətlə yetirilmişdi. Bu və digər hadisələr
Ermənistan tərəfinin azyaşlı uşaqları hədəfə almaqla insan-
lıq əleyhinə cinayət törətməsi ilə yanaşı, həm də onların sül-
hün əldə olunması üçün aparılan danışıqları qəsdən pozmağa
yönələn niyyətlərindən xəbər verir.
Göründüyü kimi, ATƏT-in həmsədr ölkələri olan ABŞ, Rusi-
ya və Fransa prezidentlərinin bəyanatlarında təcavüzkar ölkə
ilə təcavüzə məruz qalan ölkə arasında heç bir fərq qoyulmamış,
təcavüzkardan beynəlxalq hüquq normalarına riayət edərək,
işğal altında olan əraziləri dərhal və qeyd-şərtsiz azad etmək
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
14
www.elkhan-suleymanov.az
tələb olunmamış, bu məqsədə nail olmaq üçün təcavüzkar
Ermənistana qarşı heç bir siyasi təsir göstərilməmişdir. Bu-
nun əvəzində həmsədr ölkələrin prezidentləri münaqişənin
tənzimlənməsi məsuliyyətini Azərbaycan və Ermənistan
prezidentlərinin üzərinə ataraq, tərəfləri qarşılıqlı kompromisə
çağırmışlar və onların əldə edəcəyi istənilən sülh variantını
dəstəkləyəcəklərini bildirmişlər.
Həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində faktiki olaraq neytral mövqe nümayiş
etdirmələrinin əsas səbəblərindən biri bu münaqişənin eyni za-
manda geosiyasi xarakter daşıması ilə bağlıdır. Belə ki, Qafqaz
dünyada ən çox narahatçılıq doğuran regionlardan biri olmaqla
bərabər, həm də böyük təbii sərvətlərə malikdir. Üç müstəqil
dövlətin — Azərbaycan, Ermənistan və Gürcüstanın yerləşdiyi
Cənubi Qafqaz strateji baxımdan Rusiya, Türkiyə və İran arasın-
da birləşdirici bölgədir, Şimal-Cənub, Şərq-Qərb strateji xətləri
bu bölgədən keçir. Bir çox dövlərlərin maraqları məhz Cənubi
Qafqazda toqquşur. Rusiya bu regionu özünün “xarici siyasət
prioritetləri”, İran – “dövlət təhlükəsizliyi”, ABŞ və tərəfdaşları
isə “milli təhlükəsizlik” zonası kimi dəyərləndirirlər. Təbii
enerji ehtiyatlarının (neft və qaz) Xəzər hövzəsindən dünya
bazarına nəqli marşrutları (Bakı-Supsa və Bakı-Tbilisi-Cey-
han neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri) Cənubi
Qafqaz ölkələri olan Azərbaycan və Gürcüstanın ərazilərindən
keçir. Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin
edilməsi məqsədilə Xəzərin Azərbaycan sektorundan və
Mərkəzi Asiyadan təbii qazın alternativ marşrutlarla nəql olun-
ması strateji əhəmiyyət kəsb edir ki, bu da Cənubi Qafqaz re-
gionu ətrafında müxtəlif güc mərkəzlərinin maraqlarının toq-
quşması ilə müşayiət olunur. Bundan əlavə, Cənubi Qafqaz
regionuna Uzaq Şərqi, Mərkəzi Asiya, Yaxın Şərq və Avropanı
birləşdirəcək transkontinental nəqliyat marşrutunun (TRASE-
KA) təşkil edilməsi kimi strateji rol ayrılıb.
Göründüyü kimi, Cənubi Qafqaz strateji əhəmiyyət kəsb
edən bir regiondur. Məhz bu səbəbdən tarix boyu bu regiona
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
15
www.elkhan-suleymanov.az
sahib olmaq uğrunda müxtəlif imperiyalar müharibələr apar-
mış, region hər hansı imperiyaya birləşdirildikdən sonra met-
ropoliya ərazidə nisbi sakitlik və sülh əldə edilməsinə nail
olmuşdur. Region bu və ya digər imperiyadan azad olduqda
isə müxtəlif etnik qruplar arasında ərazilər əldə etmək uğrun-
da mübarizələr aparılmışdır. Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi SSRİ-nin zəifləməsi və süqutu dövründə
rəsmi Moskvanın Cənubi Qafqaz regionunu öz təsir dairəsində
saxlamaq istiqamətində həyata keçirdiyi siyasətin tərkib hissəsi
kimi Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə
başlandı.
Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusi-
ya, ABŞ və Fransanın Cənubi Qafqazda öz geostrateji maraqla-
rı var. Rusiya SSRİ süqut etdikdən sonra bu regionda itirilmiş
mövqelərini qaytarmaq və daha da gücləndirərək, regionda öz
hegemonluğunu bərpa etməyə çalışır. ABŞ və Avropa İttifaqı
isə, öz növbəsində, Xəzər hövzəsindən təbii enerji resurslarının
dünya bazarına nəqli məqsədilə transmilli layihələr reallaşdırır
və bu vasitələrlə regionda öz mövqelərini möhkəmləndirməyə
çalışırlar.
Qeyd edilməlidir ki, Ermənistan siyasətçiləri Azərbaycana
qarşı silahlı təcavüzü və Azərbaycan ərazilərinin işğalını “Dağlıq
Qarabağ xalqının” öz müqəddəratını təyin etmək və müstəqillik
uğrunda milli-azadlıq hərəkatı” adlandırırlar. Erməni
siyasətçiləri “Dağlıq Qarabağ xalqı” dedikdə, Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində yaşayan etnik erməniləri nəzərdə
tuturlar. Bununla əlaqədar, belə bir fakta diqqət yetirmək lazım-
dır ki, münaqişə başayana qədər Azərbaycanın keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətində, SSRİ əhalisinin 1989-cu ildə siya-
hıya alınmasının nəticələrinə əsasən, 40688 etnik azərbaycanlı
və 145450 erməni yaşayırdı [7]. Beləliklə, Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində məskunlaşmış erməni əhalini heç bir hal-
da “Dağlıq Qarabağ xalqı” adlandırmaq olmaz. Onlar Dağlıq
Qarabağda məskunlaşmış əhalinin etnik erməni hissəsidir və
bütövlükdə, Azərbaycan Respublikasındakı milli azlıqdır. Digər
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
16
www.elkhan-suleymanov.az
tərəfdən, erməni xalqı öz müqəddəratını indiki Ermənistan
Respublikası çərçivəsində təyin edib. Üçüncü tərəfdən, öz
müqəddəratını təyin etmək hüququndan ərazidə məskunlaşmış
əhalinin hər hansı bir hissəsi deyil, hamısı istifadə edə bilər. Eyni
zamanda, xalqların öz müqəddəratını təyin etmək hüququnun
həyata keçirilməsi və bu hüquqa hörmət prinsipindən suveren
və müstəqil dövlətin ərazi bütövlüyünü, yaxud siyasi birliyi-
ni tamamilə və ya qismən pozan, ya da parçalayan hər hansı
əməllərə icazə kimi istifadə olunmamalıdır. Bundan əlavə, xalq-
ların bərabərlik hüquqları və öz müqəddəratını təyin etmək
prinsipi həmin ərazidə hər hansı ayrı-seçkiliyə yol vermədən
legitim hakimiyyət tərəfindən təqdim olunur. Nəhayət, öz
müqəddəratını təyin etmək prinsipi heç də ayrılmaq və mövcud
dövlətin ərazisini parçalamaq hüququna malik olmaq demək
deyil. Beynəlxalq sənədlərə uyğun olaraq, öz müqəddəratını
təyin etmək hüququnun həyata keçirilməsi beynəlxalq hüqu-
qun digər əsas prinsiplərinə, başlıcası isə dövlətin ərazi bü-
tövlüyü prinsipinə riayət olunmasını tələb edir [8], [9]. Yuxa-
rıda qeyd edilənlər göstərir ki, erməni tərəfinin Azərbaycanın
Dağlıq Qarabağ regionu və ətraf rayonlarda baş verən silahlı
toqquşmaları, Azərbaycan ərazisinin silah gücü ilə parçalan-
masını, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin
həyata keçirilməsini bu ərazilərdə məskunlaşmış ermənilərin
öz müqəddəratını təyin etmək kimi qiymətləndirmə cəhdləri
beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və həqiqəti əks
etdirmir.
Əksinə, çoxsaylı faktlar sübut edir ki, Ermənistan təcavüzkar
ölkədir və Azərbaycanın 20% ərazisini məhz bu ölkənin silah-
lı qüvvələri işğal etmişdir. Misal üçün Human Rights Watch
beynəlxalq təşkilatının 1994-cü ildə hazırladığı “Dağlıq Qa-
rabağda münaqişənin yeddi ili” adlı məruzəsində göstərilir
ki, əldə edilmiş faktlar Ermənistanın münaqişə tərəfi olduğu-
nu sübuta yetirir. Məruzədə çoxsaylı müşahidələr və sübutlar
əsasında nəticə çıxarılır ki, Ermənistan silahlı qüvvələrinin
Azərbaycan ərazilərində olması hüquqi nöqteyi-nəzərdən bu
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
17
www.elkhan-suleymanov.az
ölkəni münaqişə tərəfi edir, bu münaqişə tərəfləri Ermənistan
və Azərbaycan olan beynəlxalq silahlı münaqişə kimi
qiymətləndirilir [10].
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
18
www.elkhan-suleymanov.az
2. Beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın
Azərbaycan ərazilərini işğal etməsi
faktının tanınması
Azərbaycana qarşı təcavüzə və Azərbaycan torpaqlarının
işğalına görə Ermənistanın beynəlxalq-hüquqi məsuliyyət
daşıması heç bir şübhə doğurmur. Ermənistan Respublikası
beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini kobud
şəkildə pozaraq, nəinki sülhə və beynəlxalq təhlükəsizliyə qarşı
cinayət sayılan və beynəlxalq hüquqa görə təcavüzkarın ciddi
məsuliyyətini yaradan müharibəyə başladı və Azərbaycanın
20% ərazisini işğal etdi.
Bu fakt ən nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən,
Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İslam
Əməkdaşlıq Təşkilatı, Şimali Atlantika Müqaviləsi Təşkilatı
(NATO) kimi beynəlxalq dövlətlərarası təşkilatların Dağlıq Qa-
rabağ münaqişəsinə aid qərarlarında öz əksini tapmışdır.
Bununla bağlı ilk növbədə Dağlıq Qarabağ münaqişəsinə aid
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini göstərmək olar.
Birləşmiş Millətlər Təşkilatı: BMT-nin Təhlükəsizlik Şu-
rası 30 aprel 1993-cü ildə özünün qəbul etdiyi 822 (1993) say-
lı qətnaməsində Dağlıq Qarabağ münaqişəsinə dair BMT
Təhlükəsizlik Şurası Sədrinin 29 yanvar və 6 aprel 1993-cü ildə
edillmiş bəyanatlarına istinad edərək və BMT Baş Katibinin 14
aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq, regionda sülhə
və təhlükəsizliyə təhlükə yaradan vəziyyətdən narahat olduğu-
nu bildirərək, regionda, xüsusən Kəlbəcər rayonunda fövqəladə
humanitar vəziyyətdən və çoxlu sayda mülki şəxslərin
yerdəyişməsi ilə bağlı dərin narahatlığını bildirərək, regionda
bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətini
təsdiqləyərək və bununla yanaşı beynəlxalq sərhədlərin to-
xunulmazlığını və ərazi əldə edilməsi üçün gücdən istifadə
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
19
www.elkhan-suleymanov.az
edilməsinin yolverilməzliyini təsdiqləyərək, bütün işğalçı
qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal
edilmiş rayonlarından dərhal çıxarılmasını tələb etdi [11].
BMT Təhlükəsizlik Şurasının bu qətnaməsi böyük siyasi və
hüquqi əhəmiyyətə malikdir.
Birincisi,
Ermənistan-Azərbaycan
Dağlıq
Qarabağ
münaqişəsinə dair bu BMT Təhlükəsizlik Şurası tərəfindən
qəbul edilən ilk qətnamədir.
İkincisi, bu qətnamədə BMT Təhlükəsizlik Şurasının
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair
münasibətinin ilk cizgiləri müəyyən edilib. Belə ki, qətnamədə
BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikası və
Ermənistan Respublikası arasında münasibətlərin pisləşməsi
ilə bağlı öz dərin narahatlığını bildirir. Çox guman ki, burada
bu münaqişənin dövlətlərarası münaqişə olduğuna işarə edilir.
Üçüncüsü, bu münaqişənin xarakterinə qiymət verilir və bu
münaqişə regionda sülhə və təhlükəsizliyə təhlükə yaradan hal
kimi qiymətləndirilir.
Dördüncüsü, bu regionda olan bütün dövlətlərin, o cümlədən
Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini,
sərhədlərinin toxunulmazlığını təsdiqləyir.
Beşincisi, ərazi əldə edilməsi üçün gücdən istifadə edilməsinin
yolverilməzliyini təsdiqləyir.
Bununla da BMT Təhlükəsizlik Şurası gücdən istifadə
etməklə başqa dövlətin ərazisinin əldə edilməsinin
yolverilməzliyinin hüquqi əsasını müəyyən edir. Məhz bu hü-
quqi əsas BMT Təhlükəsizlik Şurasına Azərbaycanın bütün iş-
ğal edilmiş ərazilərindən işğalçı qüvvələrin dərhal çıxarılması-
nın tələb edilməsinə imkan yaratdı.
BMT-nin Təhlükəsizlik Şurası 29 iyul 1993-cü ildə qəbul etdi-
yi 853 (1993) saylı qətnamədə Azərbaycanın Ağdam rayonunun
zəbt edilməsini qeyd edərək, yenidən Azərbaycanın suveren-
liyini və ərazi bütövlüyünü təsdiqləmişdir. BMT TŞ eyni za-
manda beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə
edilməsi üçün gücdən istifadə edilməsinin yolverilməzliyini
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
20
www.elkhan-suleymanov.az
təsdiqləyərək, Ağdam rayonunun və Azərbaycan Respublika-
sının digər rayonlarının işğal edilməsi faktını pislədi və işğalçı
qüvvələrin Ağdam rayonundan və bütün digər işğal edilmiş
Azərbaycan rayonlarından dərhal, tam və şərtsiz çıxarılma-
sını tələb etdi. BMT Təhlükəsizlik Şurasının bu qətnaməsinin
9 bəndində “Azərbaycanın Dağlıq Qarabağ regionunun
erməniləri” ifadəsi əks olunub və bunu xüsusi qeyd etmək çox
vacibdir [12].
Birincisi, bu ifadə Dağlıq Qarabağın Azərbaycanın regionu
olması faktını açıq-aşkar təsdiqləyir.
İkincisi, burada yaşayan əhali, ermənilərin iddia etdiyi kimi,
mövcud olmayan “Dağlıq Qarabağ xalqı” yox, Azərbaycanın
Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin, yəni erməni
icmasının olduğunu təsdiqləyir (bu regionda yaşayan əhalinin
digər hissəsini, Ermənistan Respublikasının silahli qüvvələri
tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində, öz
doğma yurdlarından qovulmuş və hal-hazırda didərgin həyatı
yaşayan Azərbaycan icması təşkil edir).
Üçüncüsü, bu qətnamədə BMT Təhlükəsizlik Şurasının 822
saylı qətnaməsində öz əksini tapmış “Azərbaycan Respub-
likası və Ermənistan Respublikası arasında münasibətlərin
pisləşməsi ilə bağlı öz dərin narahatlığının bildirilməsi”
ifadəsinə “onların arasında artan gərginlik” sözlərini də əlavə
olunmuşdur. Bu, BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq
Qarabağ münaqişəsinin, öz təbiətinə görə, məhz dövlətlərarası
münaqişənin olması faktının getdikcə daha aydın təsəffür
etməsini əks etdirir.
Dördüncüsü, əgər BMT Təhlükəsizlik Şurasının 822 say-
lı qətnaməsində “regionda, xüsusən Kəlbəcər rayonunda,
fövqəladə humanitar vəziyyətdən və çoxlu sayda mülki şəxslərin
yerdəyişməsi” ilə bağlı dərin narahatlığını bildirilirdisə, ar-
tıq bu ifadə daha da dəqiqləşdirilir və göstərilir ki, “regionda
fövqəladə humanitar vəziyyətdən və Azərbaycanda çoxlu say-
da mülki şəxslərin yerdəyişməsindən” dərin narahatlığını bil-
dirir. Bununla da bu sənəddə göstərilir ki, əsasən Azərbaycan
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
21
www.elkhan-suleymanov.az
mülki əhalisi “yerdəyişməyə”, əslində isə etnik təmizlənməyə
məruz qalıb.
Beşincisi, əgər BMT Təhlükəsizlik Şurasının 822 saylı
qətnaməsində bu regionda olan bütün dövlətlərin suveren-
liyi və ərazi bütövlüyünə hörmət edilməsi təsdiqlənirdisə,
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində, ilk
növbədə Azərbaycanın, sonra isə regionda olan digər ölkələrin
suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi təsdiqlənir.
Lakin hərbi əməliyyatların bütövlükdə Azərbaycanın ərazisində
aparıldığını nəzərə alsaq, belə bir qənaətə gəlmək olar ki,
burada söhbət əsasən Azərbaycanın suverenliyinə və ərazi
bütövlüyünə hörmət edilməsindən gedir və bu amili BMT-nin
Təhlükəsizlik Şurası xüsusi vurğulayır.
BMT-nin Təhlükəsizlik Şurası 14 oktyabr 1993-cu ildə özü-
nün qəbul etdiyi 874 (1993) saylı qətnaməsində yenidən
Azərbaycanın və regionda olan digər dövlətlərin suverenliyi-
ni və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin toxunulmaz-
lığını və ərazi əldə edilməsi üçün gücdən istifadə edilməsinin
yolverilməzliyini təsdiqləyərək və Azərbaycanda çoxlu sayda
mülki şəxslərin yerdəyişməsi ilə bağlı öz ciddi narahatlığını
bildirərək, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni
qüvvələrinin çıxarılmasına çağırdı. Bu qətnamənin preambula-
sında həm də “Azərbaycanın Dağlıq Qarabağ regionu və onun
ətrafında münaqişə” ifadəsi öz əksini tapmışdır [13].
Bu ifadənin çox vacib əhəmiyyəti var. Burada söhbət təkcə
Dağlıq Qarabağ regionunda olan münaqişədən getmir, həm
də “onun ətrafında münaqişədən” gedir. Nəzərə alsaq ki, Dağ-
lıq Qarabağın Ermənistanla heç bir ümumi sərhədi yoxdur, və
Dağlıq Qarabağ regionu digər Azərbaycan torpaqları ilə əhatə
olunur, belə bir nəticəyə gəlmək olar ki, söhbət artıq təkcə Dağ-
lıq Qarabağdan yox, Ermənistan-Azərbaycan münaqişəsindən,
daha doğrusu Ermənistanın Azərbaycana qarşı təcavüzündən
gedir və bu fakta dolayısı olaraq qətnamədə işarə edilir.
BMT-nin Təhlükəsizlik Şurası 12 noyabr 1993-cu ildə özünün
qəbul etdiyi 884 (1993) saylı qətnaməsində, Azərbaycanın Hora-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
22
www.elkhan-suleymanov.az
diz şəhərinin və Zəngilan rayonunun işğalını narahatçılıqla qeyd
edərək, Azərbaycanın və regionda olan digər dövlətlərin suve-
renliyini və ərazi bütövlüyünü, həm də beynəlxalq sərhədlərin
toxunulmazlığını və ərazi əldə edilməsi üçün gücdən istifadə
edilməsinin yolverilməzliyini təsdiqləyərək, böyük sayda mül-
ki şəxslərin son yerdəyişməsi halı və Horadiz şəhərində və
Zəngilan rayonunda və Azərbaycanın cənub sərhədində yara-
nan fövqəladə humanitar vəziyyət ilə bağlı öz ciddi narahatlığı-
nı ifadə edərək, Horadiz şəhərinin və Zəngilan rayonunun işğal
edilməsini, dinc əhaliyə hücumları və Azərbaycan Respubli-
kası ərazisinin atəşə tutulmasını pislədi və işğalçı qüvvələrin
Zəngilan rayonundan birtərəfli çıxardılmasını və ümumilikdə
işğalçı qüvvələrin digər işğal olunmuş Azərbaycan rayonların-
dan çıxardılmasını tələb etdi.
Bu qətnamənin preambulasında da “Azərbaycan Respubli-
kasının Dağlıq Qarabağ regionu və onun ətrafında münaqişə”
ifadəsi öz əksini tapmışdır. Bundan əlavə, qətnamənin 2-ci
bəndində həm də “Azərbaycanın Dağlıq Qarabağ regionunun
erməniləri” ifadəsi də əks olunub [14].
Beləliklə, bu beynəlxalq-hüquqi sənədlərin təhlili belə bir
nəticəyə gəlmək üçün əsas verir :
- BMT Təhlükəsizlik Şurası öz qətnamələrində birmənalı ola-
raq Dağlıq Qarabağ regionunun Azərbaycana məxsus olmasını
təsdiqləyir.
- BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycanın
suverenliyi, ərazi bütövlüyü və onun beynəlxalq səviyyədə
tanınmış sərhədləri dəstəklənir. Bu qətnamələrdə digər
dövlətlərin ərazisinin əldə edilməsi üçün gücdən istifadə olun-
masının yolverilməzliyi xüsusi vurğulanır və erməni qüvvələri
tərəfindən Azərbaycan ərazisinin işğalı və dinc əhaliyə qarşı
hücumlar qətiyyətlə pislənir.
- BMT Təhlükəsizlik Şurasının qətnamələrində erməni işğalçı
qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal
çıxardılması tələb olunur.
BMT Təhlükəsizlik Şurası ilə yanaşı Ermənistan-Azərbaycan
|