Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
33
www.elkhan-suleymanov.az
Azərbaycan arasında münaqişə haqqında” 11/22-P saylı və
“Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haq-
qında” 16/22-E saylı Qətnamələr; 9-13 dekabr 1996-cı ildə İn-
doneziya Respublikasının Cakarta şəhərində keçirilmiş İKT
Xarici İşlər Nazirləri Şurasının 24-cü sessiyasının Yekun Kom-
munikesinin “B. Siyasi məsələlər: Ermənistanın Azərbaycana
qarşı təcavüzü” fəslinin 80-85-ci bəndləri və “Ermənistan Res-
publikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haq-
qında” 12/24-P saylı və “Azərbaycan Respublikasına iqtisadi
yardım göstərilməsi haqqında” 18/24-E saylı Qətnamələr; 15-17
mart 1998-ci ildə Qatarın paytaxtı Dohada keçirilmiş İKT Xa-
rici İşlər Nazirləri Şurasının 25-ci sessiyasının Yekun Kommu-
nikesinin “Ermənistanın Azərbaycana qarşı təcavüzü” fəslinin
63-cü bəndi və “Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı təcavüzü haqqında” 13/25-P saylı və
“Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haq-
qında” 18/25-E saylı Qətnamələr; 27-30 iyun 2000-ci ildə Ma-
layziyanın paytaxtı Kuala Lumpurda keçirilmiş İKT Xarici İşlər
Nazirləri Şurasının 27-ci sessiyasının Yekun Kommunikesinin
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qar-
şı təcavüzü” fəslinin 72-ci bəndini və “Ermənistan Respubli-
kasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında”
17/27-P saylı və “Azərbaycan Respublikasına iqtisadi yardım
göstərilməsi haqqında” 20/27-E saylı və “Ermənistanın Res-
publikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün
nəticəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində İslam
tarixi və mədəniyyət abidələrinin və müqəddəs yerlərin məhv
edilməsi və dağıdılması haqqında” 25/27-C saylı Qətnamələr;
25-27 iyun 2002-ci ildə Sudan Respublikasının paytaxtı Xartum-
da keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiya-
sının Yekun Kommunikesinin 37-ci bəndi və “Ermənistan Res-
publikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haq-
qında” 20/29-P saylı və “Azərbaycan Respublikasına iqtisadi
yardım göstərilməsi haqqında” 21/29-E saylı və “Ermənistanın
Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
34
www.elkhan-suleymanov.az
nəticəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində İslam
tarixi və mədəniyyət abidələrinin və müqəddəs yerlərin məhv
edilməsi və dağıdılması haqqında” 11/29-C saylı Qətnamələr;
28-30 may 2003-cü ildə Tehranda (İran İslam Respublikası) ke-
çirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyasının
Yekun Kommunikesinin 41-ci bəndi və “Ermənistan Respubli-
kasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında”
13/30-P saylı və “Azərbaycan Respublikasına iqtisadi yardım
göstərilməsi haqqında” 21/30-E saylı və “Ermənistan Respubli-
kasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticəsi
kimi Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və
mədəniyyət abidələrinin və müqəddəs yerlərin məhv edilməsi
və dağıdılması haqqında” 10/30-C saylı Qətnamələr; 28-30
iyun 2005-ci ildə Yəmən Respublikasının Səna şəhərində ke-
çirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 32-ci sessiyasının
Yekun Kommunikesinin 40 və 41-ci bəndləri və “Ermənistan
Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü
haqqında” 9/32-P saylı və “Azərbaycan Respublikasına iqtisa-
di yardım göstərilməsi haqqında” 10/32-E saylı Qətnamələr və
“İslam müqəddəs yerlərinin qorunması haqqında” 2/32-C saylı
qətnamənin “Ermənistan Respublikasının Azərbaycan Respub-
likasına qarşı təcavüzünün nəticəsi kimi Azərbaycanın işğal
olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin
və müqəddəs yerlərin məhv edilməsi və dağıdılması haqqın-
da” bölməsi; 19-21 iyul 2006-cı ildə Bakı, Azərbaycan Respub-
likasında keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 33-cü
sessiyasının Bakı Bəyannaməsinin 14-cü bəndi və Yekun Kom-
munikesinin 45 və 46-ci bəndləri və “Ermənistan Respublika-
sının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında”
9/33-P saylı və “Azərbaycan Respublikasına iqtisadi yardım
göstərilməsi haqqında” 10/33-E saylı Qətnamələr və “İs-
lam müqəddəs yerlərinin qorunması haqqında” 2/33-C saylı
Qətnamənin “Ermənistan Respublikasının Azərbaycan Res-
publikasına qarşı təcavüzünün nəticəsi kimi Azərbaycanın işğal
olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
35
www.elkhan-suleymanov.az
və müqəddəs yerlərin məhv edilməsi və dağıdılması haqqın-
da” bölməsi; İKT-nin Baş Katibinin “Ermənistan Respublika-
sının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında”
məruzəsi; 18-20 iyun 2008-ci ildə Uqandanın paytaxtı Kampala-
da keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 35-ci sessiyası-
nın Kampala Bəyannaməsinin 25-ci bəndi və “Ermənistan Res-
publikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haq-
qında” 6/35-P saylı və İKT-yə üzv ölan və üzv olmayan ölkələrə
və müsəlman icmalarına iqtisadi yardımın göstərilməsinə aid
fəaliyyət haqqında” 3/35-E saylı qətnamənin Azərbaycan Res-
publikasına iqtisadi yardımın göstərilməsi haqqında bölməsi və
“İslam müqəddəs yerlərinin qorunması haqqında” 3/35-C saylı
qətnamənin “Ermənistan Respublikasının Azərbaycan Respub-
likasına qarşı təcavüzünün nəticəsi kimi Azərbaycanın işğal
olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin
və müqəddəs yerlərin məhv edilməsi və dağıdılması haqqın-
da” bölməsi; 23-25 may 2009-cu ildə Dəməşq, Suriya Ərəb Res-
publikasında keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının
36-cı sessiyasının “Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı təcavüzü haqqında” 9/36-P saylı və İKT-
yə üzv ölan və üzv olmayan ölkələrə və müsəlman icmalarına
iqtisadi yardımın göstərilməsinə aid fəaliyyət haqqında” 3/36-E
saylı qətnamənin Azərbaycan Respublikasına iqtisadi yardımın
göstərilməsi haqqında bölməsi və “İslam müqəddəs yerlərinin
qorunması haqqında” 3/35-C saylı qətnamənin Ermənistan Res-
publikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün
nəticəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində İslam
tarixi və mədəniyyət abidələrinin və müqəddəs yerlərin məhv
edilməsi və dağıdılması haqqında” bölməsi; 18-20 may 2010-
cu ildə Düşənbə, Tacikistan Respublikasında keçirilmiş İslam
Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 36-cı sessi-
yasının Düşənbə Bəyannaməsinin müddəaları və “Ermənistan
Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü
haqqında” 10/37-P saylı qətnaməsi və İKT-yə üzv ölan və üzv
olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yardımın
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
36
www.elkhan-suleymanov.az
göstərilməsinə aid fəaliyyət haqqında” 6/37-E saylı qətnamənin
Azərbaycan Respublikasına iqtisadi yardımın göstərilməsi
haqqında bölməsi və “İslam müqəddəs yerlərinin qorunması
haqqında”2/37-C saylı qətnamənin “Ermənistan Respublika-
sının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticəsi
kimi Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və
mədəniyyət abidələrinin və müqəddəs yerlərin məhv edilməsi
və dağıdılması haqqında” bölməsi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair
İKT-də qəbul olunmuş qərarlar və qətnamələrin müəyyən
təsnifatını aparmaq olar:
1.“Ermənistanla Azərbaycan arasında münaqişə haqqında”
və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına
qarşı təcavüzü haqqında” qətnamələr;
2. “Azərbaycan Respublikasına İqtisadi yardım göstərilməsi
haqqında” qətnamələr;
3. “Ermənistan Respublikasının Azərbaycan Respublika-
sına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş
ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv
edilməsi və dağıdılması haqqında” Qətnamələr.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə
dair İKT tərəfindən qəbul olunmuş sənədlərin, o cümlədən
qərarların və qətnamələrin məzmununu qısaca ifadə edərək,
aşağıdakı nəticələrə gəlmək olar:
- birincisi, İKT Ermənistan tərəfindən Azərbaycan torpaqla-
rının işğal olunması faktını təsdiq edir (məsələn, bax 13-15 de-
kabr 1994 –ci ildə Kasablanka, Mərakeşdə keçirilmiş İKT VII
sammitinin Yekun kommünikesinin 8 bəndi; 12-13 noyabr 2000-
ci ildə Doha, Qətərdə keçirilmiş İKT IX sammitinin Yekun kom-
münikesinin 61 bəndi; 16-17 oktyabr 2003-cü ildə Malayziyada
keçirilmiş İKT X sammitinin Yekun kommünikesinin 33 bəndi;
13-14 mart 2008-ci ildə Dakar, Seneqal Respublikasında keçiril-
miş İKT XI sammitinin Yekun Kommünikesinin 61 bəndi və s.);
- ikincisi, İKT Azərbaycan Respublikasına qarşı Ermənistanın
təcavüzünü qətiyyətlə pisləyir və bu təcavüzə son qoyulma-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
37
www.elkhan-suleymanov.az
sını tələb edir və bununla yanaşı həm də Ermənistanın silahlı
qüvvələrinin bütün işğal olunmuş Azərbaycan torpaqlarından
dərhal, tam və şərtsiz çıxarılmasını tələb edir;
- üçüncüsü, İKT Ermənistanı təcavüzkar kimi tanıyaraq, BMT-
nin Təhlükəsizlik Surasına Azərbaycana qarşı təcavüzün baş
verməsi faktının tanınması və BMT-nin Nizamnaməsinin VII
fəslinə uyğun olaraq BMT Təhlükəsizlik Surası tərəfindən özü-
nün əvvəllər qəbul etdiyi qərarlarının təmin edilməsi məqsədilə
müvafiq addımların atılması üçün müraciət etdi. Ermənistan
tərəfindən müasir beynəlxalq hüquq norma və prinsiplərinin
pozulması bu dövlətin beynəlxalq-hüquqi məsuliyyətini ya-
radır. Bu halda həmin dövlətə qarşı BMT-nin Nizamnaməsinə
uyğun olaraq BMT Təhlükəsizlik Surası tərəfindən beynəlxalq-
hüquqi məcburetmə tədbirləri sisteminin tətbiq edilməsi tam
hüquqauyğundur;
- dördüncüsü, İKT tərəfindən Ermənistanın təcavüzkar dövlət
kimi tanınması o demək idi ki, Ermənistan Respublikası birbaşa
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin iştirak-
çısıdır. Bu fakt sonradan 2 dekabr 2008-ci ildə imzalanmış Mosk-
va Bəyannaməsində öz əksini tapmışdır. Bu faktın beynəlxalq-
hüquqi sənədlərdə əks olunmasının böyük əhəmiyyətı var. Belə
ki, bu faktın etiraf edilməsi, guya ki, münaqişənin Azərbaycan
və “Dağlıq Qarabağ”, mərkəz və əyalət arasında baş verməsinə
dair erməni tərəfinin konsepsiyasının əsassız olmasını bir daha
sübut edir;
- beşincisi, İKT Ermənistanın silahlı qüvvələri tərəfindən
işğal olunmuş ərazisində Azərbaycan əhalisinə qarşı edil-
miş hərəkətləri insanlığa qarşı törədilmiş cinayətlər kimi
qiymətləndirir. Bu fakt işğal olunmuş Azərbaycan ərazisində
azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərdə, o cümlədən
Xocalıda mülki əhaliyə qarşı soyqırımın həyata keçirilməsində
əli olan Ermənistanın rəsmi və vəzifəli şəxslərinin məsuliyyətə
cəlb edilməsinin zərurətinə dair məsələnin qoyuluşu haqqında
hüquqi əsaslar verir;
- altıncısı, İKT Ermənistan və Azərbaycan arasında
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
38
www.elkhan-suleymanov.az
münaqişənin ədalətli və dinc yolla nizamlanmasının əsas
prinsiplərini müəyyən edir. Bunlar dövlətlərin ərazi bütövlüyü
və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı
prinsipləridir;
- yeddincisi, İKT Ermənistanın hər hansı bir qanunsuz iqti-
sadi fəaliyyətinə və Azərbaycanın işğal olunmuş ərazilərində
təbii resursların istismarına və İslam abidələri daxil olmaqla,
Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılması prakti-
kasına son qoyulması zərurətini qeyd edir;
- səkkizincisi, İKT yuxarıda qeyd olunan məqsədin həyata
keçirilməsi üçün təşkilata üzv olan ölkələr tərəfindən
əlaqələndirici addımların atılmasına dair qərar qəbul etmiş-
dir. Xüsusilə qeyd etmək lazımdır ki, İKT öz qərarlarında
Azərbaycan xalqı ilə digər beynəlxalq təşkilatlar çərçivəsində
də öz həmrəyliyini göstərmək zərurətini qeyd edir. Belə ki,
İKT-nın XI sammitinin kommünikesinin 61-ci bəndində qeyd
olunur ki, İKT Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş BMT
Baş Assambleyasının “Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyət” adlı layihəsinə öz dəstəyinin gücləndirilməsi
zərurətinə razılığını ifadə etmişdir.
Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, İKT qərarlarında
və qətnamələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinə ədalətli beynəlxalq-hüquqi qiymət verilir və bu
münaqişənin nizamlanmasının beynəlxalq-hüquqi əsasları
müəyyən edilir.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT):
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ATƏT-in
diqqət mərkəzində saxladığı məsələlərdən biri olmuşdur. Bu
təşkilat münaqişənin həlli prosesində vasitəçilik missiyasını
öz üzərinə götürmüş və bu istiqamətdə irəliləyişlər əldə olun-
ması üçün müəyyən addımlar atmışdır. 1992-ci ilin fevralında
ATƏM-in ilk missiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinə dair məruzə hazırlamaq məqsədilə Azərbaycana
gəldi. Missiyanın məruzəsi Yüksək Vəzifəli Şəxslər Komitəsinin
(YVŞK) fevral ayında Praqa şəhərində keçirilən iclasına təqdim
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
39
www.elkhan-suleymanov.az
olundu. Bu məruzədə Dağlıq Qarabağın Azərbaycan ərazisi ol-
ması faktı bir daha təsdiqlənirdi. YVŞK münaqişənin nizamlan-
masına sülh yolu ilə nail olmağın zəruriliyini də bəyan etmişdi.
Martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası vəziyyəti
müzakirə edərək münaqişənin sülh yolu ilə nizamlanmasını
təmin etmək üçün YVŞK-nin zəmanəti əsasında Dağlıq Qa-
rabağa dair sülh konfransının çağırılması barədə qərar qəbul
etdi. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk
qrupu yaradıldı. Konfransda ABŞ, Fransa, Almaniya, İtali-
ya, Türkiyə, Çexiya-Slovakiya, Belarus, İsveç, Azərbaycan və
Ermənistan nümayəndələrinin iştirakı nəzərdə tutulurdu.
1992-ci ilin mayında ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsi
tərəfındən konfransın təşkili və iclasın keçirilməsi şərtləri, eləcə
də sədrin səlahiyyətlərini müəyyənləşdirən qərar qəbul olun-
du. Minsk Konfransının keçirilməsi üçün yaradılan Minsk
qrupu münaqişənin həlli prosesində iştirak etməli və nəticədə
Minskdə bu münaqişənin həllinə dair yekun sənəd qəbul olun-
malı idi [36].
ATƏT-in Nazirlər Şurası Dağlıq Qarabağda və onun
ətrafında silahlı münaqişənin genişlənməsinin davam etməsi
və bunun nəticəsində əhali arasında əziyyət çəkənlərin və insan
tələfatının artması ilə əlaqədar dərin narahatlığını ifadə edir-
di. Nazirlər Şurası münaqişənin davam etməsinin və daha da
genişlənməsinin regional və beynəlxalq təhlükəsizliyə göstərə
biləcəyi təsiri nəzərə alaraq, münaqişənin aradan qaldırılması
yolları və vasitələrini geniş şəkildə müzakirəyə çıxardı, bütün
tərəfləri təmkinli olmağa dəvət etdi. Nazirlər Şurası yenidən
ən qəti şəkildə cavabdeh yerli komandirləri onların aktiv iş-
tirakı ilə həyata keçirilməi təcili və effektiv atəşkəsə çağırdı.
Siyasi və iqtisadi təzyiq tədbirlərinin dayandırılması da daxil
olmaqla, etibarlı mühit və konstruktiv dialoq şəraitinin bərpa
edilməsi çağırışı ilə müraciət etdi. Nazirlər Şurasında ATƏM
çərçivəsində həyata keçirilən fəaliyyət nəzərdən keçirildi və
YVŞK-in qəbul etdiyi qərarlar bütövlükdə bəyənildi. NK bu-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
40
www.elkhan-suleymanov.az
nunla əlaqədar gördüyü tədbirlərə görə ATƏM-in fəaliyyətdə
olan sədrinə minnətdarlıq ifadə edərək lazım olduqda ona bü-
tün mümkün olan yardımı göstərməyə hazır olduğunu bəyan
etdi. Nazirlər Şurası Avropa Birliyi və onun üzv dövlətləri,
Müstəqil Dövlətlər Birliyinin üzv dövlətləri, Şimali Atlantika
Əməkdaşlıq Şurasının üzvləri və, xüsusilə, Birləşmiş Millətlər
Təşkilatının Baş Katibi tərəfındən həyata keçirilən bir-birini ta-
mamlayan səyləri alqışlayırdı. NK bununla əlaqədar ATƏM-in
Fəaliyyətdə olan sədrindən Birləşmiş Millətlər Təşkilatı ilə sıx
əlaqə saxlamağı və mütəmadi məlumat mübadiləsi təşkil etməyi
xahiş etdi. Razılığa gəlindi ki, ATƏM bu münaqişə ilə bağlı sülh
prosesinin inkişafı işində əsas rol oynamalıdır. Həmçinin, Dağ-
lıq Qarabağda və onun ətrafında mövcud olan vəziyyət ATƏM
tərəfindən növbəti tədbirlərin həyata keçirilməsini tələb edir.
Nazirlər Şurası ATƏM-in Nazirlər Şurasının fəaliyyətdə olan
sədri cənab İrci Dinstbirə, xüsusilə effektiv atəşkəsin əldə olun-
ması və qorunub saxlanılması, həmçinin məsələnin sülh yolu
ilə hərtərəfli nizamlanması üçün çərçivənin yaradılmasına
kömək məqsədilə yaxın vaxtlarda regiona səfər etməyi tapşırdı.
Nazirlər Şurası qəti əminlik ifadə edirdi ki, ATƏM-in himayəsi
altında Dağlıq Qarabağ üzrə konfrans böhranın ATƏM-in
prinsipləri, öhdəlikləri və müddəaları əsasında sülh yolu ilə
nizama salınması məqsədilə danışıqlar üçün fəaliyyət göstərən
forumu təmin edəcək. Nazirlər bununla əlaqədar ATƏM-in
Nazirlər Şurasının fəaliyyətdə olan sədrindən mümkün qədər
tez bir zamanda belə konfransı keçirməyi xahiş etdilər. Bundan
əlavə nazirlər razılaşdılar ki, Minskdə keçiriləcək bu konfransın
iştirakçıları Ermənistan, Azərbaycan, Belarus, Çexiya və Slova-
kiya Federativ Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya
Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları ola-
caq. Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri maraqlı
tərəf kimi konfransa onun Sədri tərəfindən iştirakçı dövlətlərlə
məsləhətləşmələrdən sonra dəvət olunacaqlar. ATƏM-in
Nazirlər Şurasının fəaliyyətdə olan sədri ATƏM-in himayəsi
altında Dağlıq Qarabağ üzrə konfransın sədrini təyin edəcək.
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
41
www.elkhan-suleymanov.az
Nazirlər Şurası ATƏM-in bütün iştirakçı dövlətlərini və bütün
maraqlı tərəfləri beynəlxalq nəzarət altında olan təhlükəsiz
dəhlizlər daxil olmaqla surətli və effektiv vasitələrdən istifadə
edərək, humanitar yardımla ona ehtiyacı olanların təmin
edilməsi üçün bütün lazımi addımların atılmasına təkidlə ça-
ğırdı. Nazirlər Şurası Ermənistan və Azərbaycanın ATƏM-in
fəaliyyətdə olan sədrinin bu regiona missiyasına, həmçinin
ATƏM şurasının razılaşdığı bütün fəaliyyətə tam kömək etmək
öhdəliyini nəzərə aldı və məsələnin davamlı, sülh yolu ilə həll
olunmasına nail olmaq məqsədilə hər iki tərəfi bu öhdəliyi fəal
şəkildə yerinə yetirməyə dəvət etdi [36].
1994-cü ilin dekabrında Budapeştdə ATƏM üzvü olan ölkə-
lərin dövlət və hökumət başçılarının növbəti Zirvə Görüşü ke-
çirildi. Zirvə toplantısının iştirakçıları Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsini də müzakirə edərək bu barədə
qəbul olunmuş sənədlərə müvafiq bölmənin salınmasına razı-
lıq verdilər. Dağlıq Qarabağ münaqişəsinə bu sənədin Regional
Məsələlər hissəsində "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi" adlı bölmə həsr
edilmişdir. Bu bölmədə tərəflər arasında atəşkəsin əldə edilməsi
alqışlanır və ATƏM-in fəaliyyətdə olan sədrinə Minsk Konfran-
sı həmsədrlərinin təyin edilməsi tapşırılmışdır. Sənəddə deyilir:
“Münaqişənin davam etməsi və bunun nəticəsində baş verən
insan faciəsindən təəssüfləndiklərini ifadə edərək, iştirakçı
dövlətlər ATƏM-in Minsk qrupu ilə əməkdaşlıqda Rusiya Fede-
rasiyasının vasitəçilik səyləri nəticəsində 1994-cü il mayın 12-də
razılaşdırılmış atəşkəsi münaqişə tərəflərinin təsdiqlədiyini al-
qışlayırlar. Onlar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şu-
rasının müvafiq qətnamələrinə sadiq qaldıqlarını təsdiqləyir və
ATƏM-in münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş
səylərinə Təhlükəsizlik Şurasının göstərdiyi siyasi dəstəyi al-
qışlayırlar. Bu məqsədlə onlar münaqişə tərəflərini birbaşa
əlaqələr daxil olmaqla məsələnin mahiyyətinə dair daha inten-
siv danışıqlara çağırırlar. Bu mənada onlar ATƏM-in səyləri və
köməyini ikiqat gücləndirəcəklərinə söz verirlər. Onlar ATƏM-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
42
www.elkhan-suleymanov.az
in Minsk qrupunun vasitəçilik səylərini qəti şəkildə bəyənir və
Rusiya Federasiyasının həlledici yardımını və Minsk qrupunun
digər fərdi üzvlərinin səylərini yüksək qiymətləndirirlər. On-
lar bu səyləri ATƏM çərçivəsində əlaqələndirərək bir araya
gətirmək qərarına gəlmişlər. Bu məqsədlə danışıqlar üçün va-
hid və razılaşdırılmış baza yaratmaq, həmçinin bütün vasitəçilik
və danışıqlar fəaliyyətinin tam şəkildə əlaqələndirilməsini
təmin etmək məqsədilə, fəaliyyətdə olan sədrə, iştirakçı
dövlətlərlə məsləhətləşmələr əsasında və mümkün qədər tez
hərəkət etməklə, Minsk qrupunun həmsədrlərini təyin etməyi
tapşırırlar. Həmsədrlər bütün danışıqlar səylərində ATƏM
prinsiplərini və razılaşdırılmış mandatı əsas tutaraq, Minsk
qrupunun görüşlərində birlikdə həmsədrlik və fəaliyyətdə
olan sədrə birlikdə məruzə edəcəklər. Onlar işlərinin gedişi
barəsində Daimi Şuraya müntəzəm olaraq məlumat verəcəklər.
Bu səylər çərçivəsində ilk addım kimi, mövcud atəşkəsin da-
vam etdirilməsinə kömək etmək məqsədilə Rusiya Federasi-
yasının və Minsk qrupunun digər fərdi üzvlərinin dəstəyilə və
onlarla əməkdaşlıq şəraitində təcili tədbirlərin görülməsini və
əvvəllər vasitəçilik fəaliyyəti zamanı əldə olunmuş irəliləyişə
əsaslanaraq həyata keçirilməsi bütün tərəflər üçün münaqişənin
əsas nəticələrini aradan qaldırmağa və Minsk Konfransını çağır-
mağa imkan verəcək silahlı münaqişənin dayandırılması haq-
qında siyasi sazişin imzalanması məqsədilə tezliklə danışıqlar
aparmağı Minsk qrupunun həmsədrlərinə tapşırırlar. Daha son-
ra onlar Minsk Konfransının həmsədrlərindən, xüsusilə huma-
nitar sahədə, inamın möhkəmləndirilməsi tədbirlərinin həyata
keçirilməsi istiqamətində münaqişə tərəfləri ilə birgə işi davam
etdirməyi xahiş edirlər. Onlar iştirakçı dövlətlər tərəfindən həm
fərdi əsasda, həm də müvafiq beynəlxalq təşkilatlar çərçivəsində
qaçqınların acınacaqlı vəziyyətini yüngülləşdirməyə xüsusi
diqqət yetirmək şərtilə regionun əhalisinə humanitar yardımın
göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyini
qeyd edirlər” [37].
Sənəddə münaqişənin həlli üçün sülhməramlı qüvvələrin
|