Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
43
www.elkhan-suleymanov.az
göndərilməsinin zəruriliyi də öz əksini tapmışdı. Belə ki, sənədə
görə onlar razılaşırdılar ki, münaqişə tərəflərinin fikirlərinə uy-
ğun olaraq yuxarıda qeyd olunan sazişin əldə edilməsi həmin
sazişin həyata keçirilməsinin vacib elementi kimi çoxmillətli
sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan verə bilər
və silahlı münaqişənin dayandırılması haqqında tərəflər ara-
sında sazişin əldə edilməsindən sonra, BMT Təhlükəsizlik Şu-
rasının müvafiq qətnaməsinin qəbul edilməsi şərtilə, ATƏM-i
çoxmillətli sülhməramlı qüvvələrlə təmin etmək üçün siyasi ha-
zırlıqlarını bəyan edirlər. Onlar fəaliyyətdə olan sədrdən 1992-ci
il Helsinki sənədinin III fəsli əsasında və BMT Nizamnaməsinə
tam uyğun olaraq təşkil ediləcək belə qüvvələrin yaradılması,
tərkibi və fəaliyyəti barəsində qısa zaman ərzində plan işləyib
hazırlamağı xahiş etdilər. Bu məqsədlə fəaliyyətdə olan sədrə
Minsk Konfransı həmsədrləri və Minsk qrupu, həmçinin Baş
Katib tərəfindən kömək ediləcək; müvafiq məsləhətləşmələrdən
sonra o, həmçinin bu qüvvələrin, başqa məsələlərlə yanaşı, ölçü-
sü və xarakteri, onlara rəhbərliyi və onların idarəsi, maddi-tex-
niki təchizatı, müvafiq altbölümlərin və resursların bölünməsi,
güc tətbiq etmək qaydası və qüvvə verən dövlətlərlə razılaşma-
lar haqqında tövsiyələrin hazırlanması üçün Vyanada yüksək
səviyyəli planlaşdırma qrupu yaradacaq. Fəaliyyətdə olan sədr
Birləşmiş Millətlər Təşkilatının texniki məsləhət və eksper-
tiza yardımının göstərilməsinə hazır olması haqqında etdiyi
bəyanatına əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatına kömək
üçün müraciət edəcək. O, həmçinin, ATƏM-in sülhməramlı
qüvvələrinin mümkün yerləşdirilməsi üçün BMT Təhlükəsizlik
Şurasının uzunmüddətli siyasi dəstəyini əldə etməyə çalışacaq”.
Belə hazırlıq işini və 1992-ci il Helsinki sənədinin III fəslinin
müvafiq müddəalarına əsasən və tərəflər arasında razılığın
əldə olunmasından və onların Minsk Konfransının həmsədrləri
vasitəsilə fəaliyyətdə olan sədrə rəsmi xahişindən sonra Da-
imi Şura ATƏM-in sülhməramlı əməliyyatının keçirilməsi
barəsində qərar qəbul edəcək [37].
ATƏM-in Zirvə Görüşü Minsk Konfransına Minsk qru-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
44
www.elkhan-suleymanov.az
punun köməyi ilə mövcud atəşkəsin davam etdirilməsi və
sülh sazişinin imzalanması üçün müvafiq tədbirlər görülməsi
istiqamətində səylərini artırmağı tövsiyə edirdi. Burada sülh sa-
zişinin imzalanmasından sonra münaqişə bölgəsinə çoxmillətli
sülhməramlı qüvvələrin göndərilməsi də nəzərdə tutulurdu.
Budapeşt Zirvə Görüşünün əsas nəticələrindən biri Minsk
qrupunda həmsədrlik institutunun yaradılması oldu. Sülh-
məramlı qüvvələrin müxtəlif dövlətlərin hərbi qüvvələrindən
təşkil olunması barədə qərar Rusiyanın məsələni təkbaşına həll
etmək istəyinin qarşısını aldı.
1996-cı ilin dekabrında Lissabonda ATƏT üzvü olan
ölkələrin dövlət və hökumət başçılarının növbəti Zirvə Görüşü
keçirildi. Bu Zirvə Görüşündə Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmasının əsas parametrləri
müəyyən edilmişdir. Onlar ATƏT-in fəaliyyətdə olan sədrinin
Bəyanatında öz əksini tapmışdir. Bəyanatda qeyd olunur ki: “...
son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan
Respublikasının ərazi bütövlüyü məsələsinin həllində heç
bir irəliləyiş əldə edilməmişdir. Mən təəssüflə qeyd edirəm
ki, məsələnin nizamlanması prinsiplərinə dair tərəflərin
mövqelərinin yaxınlaşdırılması istiqamətində Minsk konfran-
sı həmsədrlərinin səyləri uğurla nəticələnmədi. Minsk qrupu-
nun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasının tərkib hissəsi kimi formalaşdırılan üç prinsip
tövsiyə edilmişdir. Bu prinsipləri Minsk qrupunun bütün üzv
dövlətləri dəstəkləyir. Bu prinsiplər aşağıdakılardır:
- Ermənistan Respublikasının və Azərbaycan Respublikası-
nın ərazi bütövlüyü;
- Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək
səviyyəli özünüidarə hüququ verən öz müqəddəratını təyin
etməyə əsaslanmış sazişdə müəyyən edilmiş Dağlıq Qarabağın
hüquqi statusu;
- bütün tərəflərin nizamlama müddəalarına riayət olunma-
sının təmin edilməsinə dair qarşılıqlı öhdəliklər də daxil ol-
maqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
45
www.elkhan-suleymanov.az
təhlükəsizliyi.
Mən təəssüflə etiraf edirəm ki, bir iştirakçı dövlət bunu qəbul
edə bilmədi. Bu prinsiplər digər iştirakçı dövlətlər tərəfindən
dəstəklənir. Bu bəyanat Lissabon Zirvə Görüşünün sənədlərinə
daxil ediləcək” [38].
Beləliklə, ATƏT bir beynəlxalq təşkilat kimi, münaqişənin
yalnız Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ regio-
nunun Azərbaycanın tərkibində qalması və Dağlıq Qarabağın
bütün əhalisinin (həm erməni, həm də Azərbaycan icmasının)
təhlükəsizliyinin təmin edilməsi şərtləri daxilində nizamlanma-
sının mümkünlüyünü təsdiqlədi. Ermənistan isə ilk dəfə məhz
bu sammit zamanı beynəlxalq birliyin ciddi narazılığı ilə qar-
şılaşdı və özünü təcrid olunmuş vəziyyətə saldı. Bu qərarı ilə
ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə
dair öz münasibətini müəyyən etdi.
19 noyabr 1999-cu ildə ATƏT-in İstanbul Zirvə Görüşü
keçirildi. Bu Zirvə Görüşünün Bəyannaməsinin 20 və 21-ci
maddələri tamamilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinə həsr olunmuşdur. Bəyannamədə qeyd olunur ki:
“Biz Dağlıq Qarabağ münaqişəsilə bağlı yaranan vəziyyət və son
hadisələr haqqında ATƏT-in Minsk qrupunun Həmsədrlərinin
məruzəsini aldıq və onların səylərini müsbət qiymətləndiririk.
Biz Ermənistan və Azərbaycan prezidentləri arasında aktivləşən
dialoqu xüsusilə alqışlayırıq ki, onların müntəzəm görüşləri
problemin möhkəm və hərtərəfli həllinin tapılması prosesinin
dinamikası üçün imkan yaratmışdır. Biz qəti şəkildə bu dialoqu
dəstəkləyirik və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqla-
rın bərpası ümidilə bu dialoqun davam etdirilməsinə çağırırıq.
Biz həmçinin təsdiq edirik ki, ATƏT və məsələnin həllinin ta-
pılması üçün ən münasib format olan ATƏT-in Minsk qrupu
sülh prosesini və onun gələcəkdə həyata keçirilməsini, tərəfləri
bütün zəruri köməklik ilə təmin etmək də daxil olmaqla, daha
da irəlilətməyə hazırdır” [39].
2-3 dekabr 2010-cu ildə ATƏT-in Astana Zirvə Görüşü keçiril-
di. Bu Zirvə Görüşündə “Təhlükəsizlik cəmiyyətinə doğru” adlı
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
46
www.elkhan-suleymanov.az
Bəyannamə qəbul olunmuşdur. Sammit zamanı ATƏT-in Minsk
qrupunun həmsədrləri olan ölkələrin nümayəndə heyətlərinin
başçılarının, Azərbaycan və Ermənistan prezidentlərinin
Birgə Bəyanatı da qəbul olunmuşdur. Bu Bəyanatda deyi-
lir ki: “ATƏT-in Astanada (Qazaxıstan) keçirilən sammiti ilə
əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin
nümayəndə heyətlərinin başçıları (Rusiya Federasiyasının Pre-
zidenti D.Medvedev, Fransanın Baş naziri F.Fiyon və Amerika
Birləşmiş Ştatlarının Dövlət katibi H.Klinton), Azərbaycan Pre-
zidenti İ.Əliyev və Ermənistan Prezidenti S.Sarkisyan razılığa
gəldilər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə
yönəlmiş daha qətiyyətli tədbirlər görmək vaxtı çatmışdır [40].
Bununla əlaqədar onlar Azərbaycan, Ermənistan və Rusiya
Federasiyası prezidentlərinin 2 noyabr 2008-ci il tarixli Moskva
və 27 oktyabr 2010-cu il tarixli Həştərxan bəyanatlarına istinad
etdilər. Onlar razılaşdılar ki, danışıqlar yolu ilə dinc tənzimləmə
regionda sabitliyi və xalqların təhlükəsizliyini təmin edər və on-
ların arasında barışığa nail olmaq üçün yeganə imkandır [40].
Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qara-
bağ münaqişəsini beynəlxalq hüququn prinsipləri və norma-
ları, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də
prezidentlər D.Medvedev, N.Sarkozi və B.Obamanın 2009-cu il
iyulun 10-da Akvilldə [4] və 2010-cu il iyunun 26-da Muskokda
[5] verdikləri bəyanatlar əsasında qəti tənzimləməyə çalışmaq
öhdəliklərini təsdiq etdilər.
Üç həmsədr ölkə dinc tənzimləməyə nail olmaq üçün
Azərbaycan və Ermənistan prezidentlərinin qəbul edəcəkləri
zəruri qərarları dəstəkləyəcəklərini bildirdilər. Onlar Ermənistan
və Azərbaycan rəhbərlərini səylərini Əsas prinsiplərdə hələ
qalan mübahisəli məsələlərin həlli üzərində yeni qüvvə ilə
cəmləşdirməyə çağırdılar və öz həmsədrlərinə münaqişə
tərəflərinin bu səylərini həyata keçirmələrinə kömək etmək
üçün onlarla işi davam etdirməyi tapşırdılar. Danışıqların ke-
çirildiyi atmosferi yaxşılaşdırmaq üçün tərəflərə müraciətlə
onları atəşkəs rejiminin möhkəmlənməsinə və bütün sahələrdə
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
47
www.elkhan-suleymanov.az
etimad tədbirlərinin həyata keçirilməsinə yönəlmiş əlavə ad-
dımlar atmağa çağırdılar”. Sənədin mahiyyətindən göründüyü
kimi, o daha çox ümumi xarakter daşıyır.
Qeyd etmək lazımdır ki, ATƏT münaqişənin nizamlanması
ilə məşğul olan və real nəticələrin əldə edilməsi istiqamətində
həqiqətən fəallıq nümayiş etdirən beynəlxalq təşkilatdır.
Minsk qrupunun fəaliyyəti bu mənada xüsusən yüksək
qiymətləndirilməlidir. Bu qurumun fəaliyyəti hələlik real sülhə
gətirib çıxarmasa da, etiraf etmək lazımdır ki, Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həmişə beynəlxalq
ictimaiyyətin diqqət mərkəzində qalmasında ATƏT-in fəaliyyəti
çox vacib rol oynayır. Onu da xüsusi qeyd etmək lazımdır ki,
digər beynəlxalq təşkilatlardan fərqli olaraq ATƏT, hər iki
tərəfin razılığı ilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması ilə birbaşa məşğul olan təşkilatdır.
Ola bilsin ki bu səbəbdən ATƏT münaqişəyə dair daha çox
“neytral mövqe“ tutmağa çalışır. Halbuki təcavüzkarla təcavüz
qurbanı arasında fərqin qoyulmaması münaqişənin həllinə yox,
əksinə uzadılmasına aparır.
Bununla bərabər, yekun olaraq belə bir nəticəyə gəlmək
olar ki, ATƏT-in sənədlərində və ilk növbədə ATƏT-in Zirvə
Görüşlərində qəbul olunmuş sənədlərdə:
- Dağlıq Qarabağın Azərbaycan Respublikasının ərazisi ol-
ması faktı etiraf olunur və təsdiqlənir;
- Azərbaycan Respublikasının ərazi bütövlüyü dəstəklənir;
- Dağlıq Qarabağın hüquqi statusunun yalnız Azərbaycanın
tərkibində ən yüksək səviyyəli özünüidarəetmə hüququ verən
öz müqəddəratını təyin etmə əsasında müəyyən edilməsi vur-
ğulanır;
- bütün tərəflərin nizamlama müddəalarına riayət olunma-
sının təmin edilməsinə dair qarşılıqlı öhdəliklər də daxil ol-
maqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş
təhlükəsizliyinin zəruriliyi qeyd olunur.
Avropa İttifaqı: Avropa İttifaqı (digər adı – Avropa Birliyi)
27 Avropa dövlətini birləşdirən iqtisadi və siyasi birlik olaraq,
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
48
www.elkhan-suleymanov.az
müasir dünyada qüvvələrin geosiyasi durumuna böyük təsir
göstərən əsas təşkilatlardan biridir. Regional inteqrasiyaya
yönəlmiş bu İttifaq Maastrix müqaviləsi ilə 1993-cü ildə Avropa
Birliyi prinsipləri əsasında yaranmışdır.
Cənubi Qafqaz Avropa Birliyinin sərhədlərinə yaxın olduğu
üçün bu regionda baş verən hadisələr Avropa Birliyini narahat
etməyə bilməz. Avropa Birliyi beynəlxalq hüququn subyekti
qismində çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması probleminə öz münasibətini açıq
şəkildə bildirmişdir.
Qeyd etmək lazımdır ki, Avropa Birliyi Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk dəfə olaraq
22 may 1992-ci ildə bəyanatla çıxış etmişdir. Bəyanatda birlik
Dağlıq Qarabağ regionunda döyüşlərin intensivləşməsi ilə bağ-
lı dərin narahatlığını ifadə etmiş, erməni və Azərbaycan əhalisi
daxil olmaqla, Ermənistan və Azərbaycan xalqlarının, hər iki
hökumətin ATƏM-in prinsip və öhdəliklərini qəbul etmələri
nəticəsində, eyni səviyyəli mühafizə ilə təmin olunmaq hü-
ququna malik olduqlarını xatırlatmış, azərbaycanlı və erməni
əhalisinin fundamental hüquqlarının beynəlxalq səviyyədə ta-
nınmış sərhədlər çərçivəsində tam şəkildə bərpa edilməli oldu-
ğunu bildirmişdir. Birlik tərəfləri təmkinlik nümayiş etdirməyə,
ATƏM prosesinə konstruktiv töhfə verməyə və bütün tərəfləri
Dağlıq Qarabağ üzrə ATƏM-in Sülh Konfransının tezliklə
keçirilməsi istiqamətində iş aparmağa çağırmışdır.
Avropa Birliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsilə bağlı
18 iyun 1992-ci ildə növbəti bəyanat qəbul edilmişdir. Təşkilat
bu bəyanatda yenə də davam edən döyüşlərlə bağlı öz narahat-
lığını bildirmiş, Ermənistan və Azərbaycana bir daha müraciət
edərək, onları ATƏM-ə daxil olarkən götürdükləri öhdəliklərə
əsasən insan hüquqlarına hörmət etməyə və tərəfləri region-
da sülhü bərpa etməyin ən yaxşı ümidini təklif edən ATƏM-
in himayəsi altında Minsk Konfransının tezliklə keçirilməsinin
zəruri şərtlərinin yaradılmasına çağırmışdır.
Avropa Birliyi münaqişə ilə bağlı növbəti bəyanatını 7 aprel
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
49
www.elkhan-suleymanov.az
1993-cü ildə yaymışdır. Həmin bəyanatda Birlik və üzv dövlətlər
münaqişənin dərinləşməsindən narahatlıq keçirdiklərini, “hərbi
əməliyyatların Kəlbəcər və Füzuli rayonları ərazisinə yayılma-
sından təəssüfləndiklərini” bildirmiş, qoşunların “Azərbaycan
ərazilərindən dərhal çıxarılması və bu ərazilərdə döyüşlərin
dayandırılması məqsədilə Ermənistan hökumətini Dağlıq Qa-
rabağın hərbi birləşmələri üzərində olan təsirindən qətiyyətlə
istifadə etməyə” çağırmışdır.
Ermənistanın işğalçı qüvvələrinin cəbhə bölgəsində yeni
əməliyyatlar keçirməsi qurumu 1993-cü ilin 24 iyun və 3 sent-
yabr tarixlərində yeni bəyanatlarla çıxış etməyə məcbur etmiş-
dir. Bu sənəddə ermənilərin Azərbaycana qarşı hərbi hücum-
ları pislənilmiş və qaçqınların sayının həddən artıq çoxalma-
sından narahatlıq ifadə olunmuşdur. Birlik ATƏM-in Minsk
qrupunun bölgədə sülhün əldə edilməsi istiqamətində səylərini
dəstəklədiyini bildirmiş və tərəfləri bu prosesin həyata keçməsi
üçün əlverişli şərait yaratmağa çağırmışdır. Təşkilat BMT
qətnamələrinə hörmət göstərilməsini hər iki tərəfdən tələb et-
miş, silahlı qüvvələrin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl ra-
yonlarından çıxarılmasının zəruriliyini qeyd emişdir. Bəyanatda
həmçinin Ermənistandan Azərbaycan ərazilərinə hücum edən
yerli erməni qüvvələrinə yardım göstərməmək tələbi ifadə
olunmuşdur.
Avropa İttifaqı 9 noyabr 1993-cü ildə yenidən Dağlıq Qarabağ
münaqişəsinə dair növbəti bəyanatını qəbul etmişdir. Təşkilat
toqquşmaların genişlənməsindən narahatlıq keçirdiyini və qaç-
qınların sayının artmasının bölgədə gərginliyin çoxalmasına
gətirib çıxaracağını vurğulamışdır. Bəyanatda Avropa İttifaqı
ATƏM-in prinsiplərinə uyğun olaraq Azərbaycan Respublika-
sının ərazi bütövlüyünə və suverenliyinə əhəmiyyət verdiyini
təsdiqləmişdir. Avropa İttifaqı silahlı toqquşmalardan qaçmaq-
la canını qurtaran on minlərlə mülki şəxsin taleyindən, xüsusilə
narahat olduğunu ifadə edərək, qaçqınların mövcudluğunun
münaqişənin beynəlxalq miqyas alması təhlükəsini artırdığını
və bütün regionun sabitliyi üçün təhdid olduğunu bildirmişdir.
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
50
www.elkhan-suleymanov.az
Avropa İttifaqının Sədrliyi adından 1994-cü ildə münaqişə ilə
bağlı bir neçə kommunüke yayılmışdır və bu kommunükelərdə
təşkilat bir daha Azərbaycanın ərazi bütövlüyü prinsipini
dəstəklədiyini bildirmiş və tərəfləri münaqişənin sülh yolu
ilə nizamlanmasına, BMT Təhlükəsizlik Şurasının müvafiq
qətnamələrinə əməl etməyə çağırmışdır.
Göründüyü kimi, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı qəbul etdiyi bəyanatlarda ehtiyatlı münasibət nüma-
yiş etdirmiş, təcavüzkar dövlətlə təcavüzə məruz qalan tərəf
arasında fərq qoymamış, silahlı hücumların guya Dağlıq Qa-
rabağ erməniləri tərəfindən həyata keçirildiyini iddia etmişdir.
Habelə, həmin sənədlərdə Ermənistanın Azərbaycan ərazilərini
işğal etməsi faktına dair heç bir konkret münasibət ifadə olun-
mamış və münaqişənin əsl səbəbləri barədə fikir bildirilmir,
məsələyə daha çox neytral mövqedən yanaşma nümayiş etdi-
rilmişdir.
Bununla belə, Avropa İttifaqının Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ifadə edən
ən əsas hadisələrdən biri 2003-cü ildə baş vermişdir. Təşkilat
münaqişənin həlli üçün kommunikasiya xətlərinin açılma-
sı müqabilində Azərbaycanın işğal olunmuş rayonlarından
5-nin geri qaytarılmasını təklif etmişdir. Bu təklif uzun müddət
müzakirə obyektinə çevrilmiş və hələ də öz aktuallığını saxla-
maqdadır. Bu təklif göstərir ki, Avropa İttifaqının həm region-
la əlaqələri inkişaf etdirmək, həm də Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak
etmək niyyəti kifayət qədər ciddi xarakter almışdır.
Eyni zamanda vurğulamaq lazımdır ki, Avropa İttifaqı-
nın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı
rəsmi mövqeyi Avropa Parlamentinin 20 may 2010-cu idə qəbul
etdiyi “Avropa İttifaqının Cənubi Qafqaz üzrə Strategiyası”
Qətnaməsində öz əksini tapmışdır [41]. Belə ki, Qətnamədə Avro-
pa İttifaqının Cənubi Qafqaz dövlətləri ilə əlaqələrində suveren-
lik və ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşdığı diqqətə
çatdırılmış, 2-ci maddədə regiondakı mövcud münaqişələr üçün
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
51
www.elkhan-suleymanov.az
status-kvonun qəbuledilməz olduğu, belə vəziyyətin gərginliyi
və döyüşlərin yenidən başlaması riskini artırması vurğulanaraq,
5-ci maddədə Cənubi Qafqaz dövlətlərinin suverenliyi və ərazi
bütövlüyünə xələl gətirə biləcək şərtlərin qəbuledilməz olduğu
bildirilmişdir. Beləliklə, Avropa Parlamenti öz Qətnaməsində
Cənubi Qafqaz dövlətlərinin, o cümlədən Azərbaycan Respub-
likasının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində
dövlət suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə
dəstəkləmiş, onlara xələl gətirə biləcək hər hansı şərtlərin
qəbuledilməz olduğunu vurğulamışdır.
Eyni zamanda, Qətnamənin 6-11-ci maddələri məhz Dağ-
lıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə həsr edilmiş-
dir. Sənədin 6-7-ci maddələrində Azərbaycan və Ermənistan
prezidentlərinin danışıqlar prosesini davam etdirmələri,
tərəflər arasında Moskva bəyannaməsinin imzalanması, ATƏT-
in Minsk qrupunun vasitəçilik səyləri, həmsədr dövlətlərin
prezidentləri tərəfindən 2009-cu ilin iyul ayında G8 sammiti za-
manı bəyanatın yayılması alqışlanmışdır.
Avropa İttifaqı Qətnamənin 8-ci maddəsində Dağlıq Qara-
bağ müharibəsi nəticəsində öz evlərindən didərgin düşmüş
yüz minlərlə insanın hələ də məcburi köçkün kimi qalması-
nı, onların hüquqlarının, o cümlədən qayıtmaq hüquqları-
nın, mülkiyyət hüquqlarının və şəxsi təhlükəsizlik hüquqla-
rının rədd edilməsindən təəssüfləndiyini bildirmiş, tərəfləri
birmənalı və qeyd-şərtsiz şəkildə bu hüquqları tanımağa və
tezliklə realizə edilməsinə çağırmış, problemin həllinə nail ol-
maq məqsədilə Ermənistan qoşunlarının Azərbaycanın bü-
tün zəbt edilmiş ərazilərindən çıxarılmasını tələb etmişdir.
Qətnamənin 10-cu maddəsində bir daha Azərbaycanın Dağlıq
Qarabağ və ətraf rayonlar da daxil olmaqla bütün işğal edil-
miş ərazilərinin boşaldılmasının, Dağlıq Qarabağın statusunun
tam müəyyən edilənə qədər ona aralıq statusun verilməsinin,
regionda etnik azərbaycanlıların və etnik ermənilərin dinc ya-
şaması və əməkdaşlığı üçün keçid çərçivənin yaradılmasının
əhəmiyyəti göstərilmişdir.
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
52
www.elkhan-suleymanov.az
Bütövlükdə, Avropa Parlamentinin qətnaməsi bu quru-
mun regional təhlükəsizlik məsələləri və regionda mövcud
münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində mövqeyin tam aydınlıq gətirmişdir. Şübhəsiz ki,
Avropa Parlamenti qətnamələrinin müddəaları, bir tərəfdən,
birbaşa Avropa Birliyinin digər rəhbər orqanlarının, digər
tərəfdən isə Avropa Birliyinə üzv olan ölkələrin rəhbərliyinin
mövqelərinə böyük təsir göstərir və Dağlıq Qarabağ problemi
üzrə bü nüfuzlu təşkilatın öz siyasətini formalaşdırır.
Qeyd edilməlidir ki, Avropa Komissiyasının sədri Jose Manu-
el Barrozo 2011-ci ilin yanvar ayında Bakıya səfəri çərçivəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ke-
çirilmiş birgə mətbuat konfransındakı bəyanatında və Bakı
Dövlət Universitetində etdiyi çıxışında Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, bu problemin həll
edilməməsinin regionda sülh və sabitlik üçün maneə olduğunu
diqqətə çatdırmışdır. Avropa Komissiyasının sədri bildirmişdir
ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü birmənalı
şəkildə dəstəkləyir və istəyir ki, Azərbaycan Respublikasının
ərazi bütövlüyü təmin edilsin.
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO - North At-
lantic Treaty Organization): Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinə ədalətli, müvafiq beynəlxalq-hüquqi
qiymətin verilməsi hərbi-siyasi təşkilat olan NATO-nun
sənədlərində də öz əksini tapmışdır.
NATO tərəfindən bu münaqişəyə dair bir sıra qərarlar və
qətnamələr qəbul olunub. 2006-cı ilin noyabrında Riqada ke-
çirilmiş NATO-ya üzv olan ölkələrin dövlət və hökumət baş-
çılarının sammitinin yekun kommunikesinin 43-cü bəndində
postsovet ölkələrində mövcud olan münaqişələrə münasibət
bildirilmışdir. Sənəddə Azərbaycanın, Ermənistanın, Gürcüs-
tanın və Moldovanın ərazi bütövlüyünə, müstəqilliyinə və
suverenliyinə dəstək verilir [42]. Bu çox vacib bir müddəadır.
Avropa ölkələri və Avrasiya üzrə ABŞ dövlət katibinin müavini
Daniel Frid qeyd edir ki, “NATO bu haqda ilk dəfə bəyan edir
|