Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
53
www.elkhan-suleymanov.az
və bu, bölgədə olan dövlətlər üçün vacib siqnaldır”. NATO-
nun bu mövqeyi 2008-ci ilin aprel ayında Buxarestə keçiril-
miş üzv ölkələrin dövlət və hökumət başçılarının sammitində
(zirvə görüşündə) bir daha öz təsdiqini tapmışdır. Buxarest
zirvə görüşünün yekunu üzrə 3 aprel 2008-ci ildə qəbul olun-
muş Bəyannamənin 43-cü bəndində deyilir ki, ”NATO Cənubi
Qafqazda və Moldovada regional münaqişələrin saxlanılma-
sından öz narahatlığını bildirir. Bizim xalqlar Azərbaycanın,
Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə,
müstəqilliyinə və suverenliyinə öz dəstəyini verirlər. Biz, bu
prinsiplər nəzərə alınmaqla, bu regional münaqişələrin dinc
yolla nizamlanmasına yönəlmiş tədbirlərə dəstək verilməsinə
davam edəcəyik” [43]. Riqada qəbul olunmuş sənədə
nisbətən Buxarestdə qəbul olunmuş sənəddə çox vacib bir
əlavə var. Sənəddə Cənubi Qafqazda və Moldovada regional
münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qa-
rabağ münaqişəsinin nizama salınmasının prinsipləri müəyyən
edilir. Bunlar Azərbaycanın və Ermənistanın ərazi bütövlü-
yü, müstəqilliyi və suverenliyi prinsipləridir. Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair nəzərə almaq
lazımdır ki, Azərbaycan rəsmi olaraq hal-hazırda Ermənistanın
ərazisinə iddia etmir və heç bir iddia tələbi irəli sürmür. Əksinə
olaraq, Ermənistan Azərbaycanın torpaqlarını işğal altında
saxlayır və Azərbaycanın ərazi bütövlüyünü pozur. Deməli,
NATO-nun Buxarest Bəyannaməsinin 43-cü bəndinin mahiyyəti
faktiki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə
dair Azərbaycanın ərazi bütövlüyünə dəstək verilməsi və bu
münaqişənin yanlız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
nizama salınmasından ibarətdir.
NATO-nun eyni mövqeyi 3 dekabr 2008-ci ildə Brüsseldə
NATO-nun baş qərargahında NATO-nun Xarici İşlər Nazirləri
səviyyəsində keçirilmiş görüşun yekun kommunikesinin 35-
ci bəndində [44] və 4 Aprel 2009-ci ildə Strastburqda - Kelledə
NATO ölkələrinin Dövlət və Hökumət Başçılarının sammiti-
nin (zirvə görüşünün) yekun bəyannaməsinin 58-ci bəndində
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
54
www.elkhan-suleymanov.az
öz əksini tapmışdır. Bəyannamədə qeyd olunur ki, NATO
Cənubi Qafqaz ölkələrinin və Moldovanın ərazi bütövlüyünə,
müstəqilliyinə və suverenliyinə dəstək verməyə davam edir
və bu prinsiplər nəzərə alınmaqla bu reqional munaqişələrin
sülh yolu ilə nizama salınmasına yönəlmiş tədbirlərin
dəstəklənməsinə davam edəcəkdir [45].
19-20 noyabr 2010-cu ildə Lissabonda NATO-nun növbəti
sammiti baş tutdu. Bu sammitdə də Azərbaycanın ərazi bü-
tövlüyü yenidən dəstəkləndi. Belə ki, NATO-ya üzv olan
ölkələrin dövlət və hökumət başçılarının Lissabon sammitində
qəbul olunmuş Bəyannamənin 35-ci bəndində Ermənistanın,
Azərbaycanın, Gürcüstanın və Moldova Respublikasının ərazi
bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək verilir və
bu prinsiplər nəzərə alınmaqla regional munaqişələrin sülh
yolu ilə nizama salınmasına yönəlmiş tədbirlər dəstəklənir [46].
Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə NATO Baş Katibi-
nin keçmiş xüsusi nümayəndəsi Robert Simmons qeyd edir ki,
NATO regionda mövcud olan münaqişələrin nizamlanmasında
maraqlıdır və bu istiqamətdə siyasi danışıqları dəstəkləyir. Onun
sözlərinə görə, Cənubi Qafqazda olan münaqişələrin dövlətlərin
ərazi bütövlüyü çərçivəsində həll edilməsi NATO-nun Lissabon
sammitində qeyd olunmuşdur [47]. Faktiki olaraq, NATO-nun
bu mövqeyi bir daha Azərbaycanın dəstəklənməsinə yönəlib.
Çox maraqlıdr ki, NATO tərəfindən qəbul edilmiş qərarlarda
Azərbaycanın ərazi bütövlüyünə heç bir qeyd-şərt olmadan
dəstək verilir və, ümümiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş prinsiplərin
sırasında xalqların öz müqəddaratını təyinetmə prinsipinin
heç adı belə çəkilmir. NATO Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmasını ölkələrin ərazi bütöv-
lüyü, müstəqilliyi və suverenliyi prinsipləri əsasında görür və
bu prinsiplər nəzərə alınmaqla bu regional munaqişələrin sülh
yolu ilə nizama salınmasına yönəlmiş tədbirləri dəstəkləyir.
NATO tərəfindən qəbul olunmuş sənədlər bir daha sübut edir
ki, bu beynəlxalq hərbi-siyasi təşkilat Azərbaycanın ərazi bü-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
55
www.elkhan-suleymanov.az
tövlüyünü tanıyır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasını Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində dəstəkləyir. NATO-nun keçmiş Baş Katibi Yaap
de Hoop Sxeffer NATO-nun bu mövqeyini bir daha təsdiqlədi.
O, Azərbaycan prezidenti ilə görüşün nəticələrinə dair 29 ap-
rel 2009-cu ildə keçirilən mətbuat kofransında bəyan etdi ki,
NATO-nun üzvü olan 28 ölkə hesab edir ki, Dağlıq Qarabağ
probleminin həlli ”suverenlik və ərazi bütövlüyü prinsipinə
əməl edilməsi əsasında tapılmalıdır”[48]. Baş Katib qeyd etmiş-
dir ki, “NATO Dağlıq Qarabağ münaqişəsində birbaşa iştirak
etməsə də, hesab edir ki, onun nizamlanmasında ərazi bütövlü-
yü prinsipi sual altına alınmamalıdır” [49].
Belə bir nəticəyə gəlmək olar ki, NATO tərəfindən qəbul
olunmuş qərarlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinə ədalətli beynəlxalq-hüquqi qiymət verilir və bu
münaqişənin nizamlanmasının beynəlxalq-hüquqi əsasını təşkil
edən prinsiplər müəyyən edilir. Bu prinsiplər ölkələrin ərazi bü-
tövlüyü, müstəqilliyi və suverenliyi, o cümlədən Azərbaycanın
ərazi bütövlüyü prinsipləridir.
Beləliklə, Azərbaycanın ərazi bütövlüyü ən nüfuz-
lu dövlətlərarası beynəlxalq təşkilatlar tərəfindən tanınır
və dəstəklənir. Bu isə, öz növbəsində, deməkdir ki müasir
beynəlxalq hüquqa əsasən, Ermənistan tərəfindən Azərbaycan
torpaqlarının zəbt edilməsi Ermənistanın Azərbaycana qarşı
təcavüzünün əyani sübutudur. Bir dövlətin başqa bir dövlətə
qarşı təcavüzü ən ağır beynəlxalq-hüquqi cinayət sayılır və
təcavüz etmiş dövlətin beynəlxalq-hüquqi məsuliyyətini yara-
dır.
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
56
www.elkhan-suleymanov.az
3. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən
işğal edilməsi nəticəsində fövqəladə humanitar
vəziyyətin yaranması
Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan tor-
paqlarının 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar
Vilayəti (DQMV), eləcə də ona bitişik olan 7 rayonun (Laçın,
Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ra-
yonları) əraziləri işğal edilmişdir. Bundan əlavə, Azərbaycanın
Ermənistanla həmsərhəd və işğal edilmiş rayonlarla qonşu
olan 7 rayonun ərazisindəki bir sıra yaşayış məntəqələri iş-
ğal olunmuşdur. Ümumiyyətlə, Ermənistanın silahlı təcavüzü
nəticəsində keçmiş DQMV-nin inzibati ərazisinə daxil olmayan
işğal edilmiş Azərbaycanın rayonlarının ərazisi Dağlıq Qarabağ
bölgəsinin ərazisindən dörd dəfə böyükdür.
Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində in-
san hüquqları sahəsində qəbul edilmiş çoxsaylı beynəlxalq
müqavilələrdə ehtiva edilmiş normalar, o cümlədən “İnsan
hüquqlarına dair Ümumdünya Bəyannaməsi”-nin, “Mülki və
Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt”-ın, “İqtisadi, Sosial və
Mədəni Hüquqlar üzrə Beynəlxalq Pakt”-ın, “İrqi ayrı-seçki-
liyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq
Konvensiya”-nın, “İşgəncələrə və digər qəddar, qeyri-insani və
ya insan ləyaqətini alçaldan münasibətlərə qarşı və ona görə
cəzalandırma haqqında Konvensiya”-nın, “Uşaq hüquqları
haqqında Konvensiya”-nın bütün müddəaları ciddi şəkildə po-
zulmuşdur. Bundan əlavə, silahlı təcavüz zamanı beynəlxalq
humanitar hüquq normaları da, o cümlədən “Quruda müharibə
aparma qanunları və adətləri haqqında” 18 oktyabr 1907-ci il
Haaqa Konvensiyasının (Konvensiya IV), “Müharibə vaxtı mül-
ki əhalinin müdafiəsi haqqında” 12 avqust 1949-cu il Cenevrə
Konvensiyasının, “Hərbi əsirlərlə davranış haqqında 12 av-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
57
www.elkhan-suleymanov.az
qust 1949-cu il Cenevrə Konvensiyası”-nın, “Beynəlxalq silahlı
münaqişələrin qurbanlarının müdafiəsi haqqında” 12 avqust
1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolun (1977-
ci il), BMT Baş Assambleyasının “Silahlı münaqişələr zamanı
qadın və uşaqların müdafiəsi haqqında” 14 dekabr 1974-cü il
tarixli 3318(XXIX) qətnaməsinin müddəaları ciddi şəkildə po-
zulmuşdur.
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü insan hü-
quqlarının kütləvi və kobud şəkildə pozulması ilə müşayiət
olunmuşdur və Ermənistanın yerli azərbaycanlı əhalisinə qar-
şı törətmiş olduğu cinayət əməlləri bəşəriyyətə qarşı cinayət
kateqoriyasına düşür. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi zamanı Ermənistanın silahlı qüvvələri
tərəfindən 20 mindən çox insan öldürülmüş, 50 mindən çox in-
san yaralanmış və şikəst edilmiş, minlərlə insan itkin düşmüş,
məhkəməsiz edamlar və mülki əhalinin kütləvi qırğını, girov
götürülməsi, onlardan icbari işlərdə istifadə olunması halla-
rı baş vermişdir. Hərbi əsirlər və girovlar işgəncələrə və digər
qeyri-insani rəftarlara məruz qalmış, yaralılar və xəstələrə adi
tibbi yardım belə göstərilməmişdir. Hazırda hərbi əsirlərin və
girovların böyük əksəriyyəti Ermənistan Respublikasında və
işğal altındakı ərazilərdə beynəlxalq Qırmızı Xaç Komitəsindən
(BQXK) gizli saxlanılır.
Azərbaycan xalqına qarşı ən dəhşətli cinayətlərdən biri Xo-
calı şəhərində törədilmişdir. Xocalı faciəsi Xatın və Lidise soy-
qırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. Belə ki,
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı
qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni si-
lahlı dəstələri ilə birgə Xankəndi ilə Əsgəran arasında yerləşən
Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqı-
rım cinayəti həyata keçirmişdir. Xocalı şəhərində törədilmiş
cinayətlər keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoa-
tıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə
həyata keçirilmişdir. Belə ki, Rusiya silahlı qüvvələrinin 366-cı
motoatıcı alayının mayoru Oqanyan Seyran Muşeqoviçin (Sey-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
58
www.elkhan-suleymanov.az
ran Oqanyan hazırda Ermənistanın müdafiə naziridir) koman-
danlığı altında 2-ci batalyonu, Yevgeni Nabokixinin komandalı-
ğı altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Çitç-
yan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni
zabit və gizirlər Xocalıda insanlığa sığmayan cinayət əməllərini
törədənlərdən olmuşlar.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplar-
dan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başla-
mışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-
sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə
bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən
2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağ-
dam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə
məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmamışdır. Belə ki,
qaçaraq canını qurtarmağa çalışan dinc əhali erməni silahlıları-
nın əvvəlcədən hazırladıqları pusqulara düşərək, qəddarcasına
məhv edilmişdir.
Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər,
o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla,
işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çı-
xarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edil-
mişdir. Qanlı aksiya zamanı 1275 insan əsir götürülmüş, 150
insan itkin düşmüş, 487 insan şikəst olmuşdur. Onlardan 76-sı
həddi-buluğa çatmamışlardır. Kütləvi qırğınlar zamanı 8 ailə
tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq
isə bir valideynini itirmişdir, 56 insan işgəncələr verilərək öldü-
rülmüşdür. Xocalı şəhəri yerlə yeskan edilərək tamamilə məhv
edilmişdir.
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq
istəyərkən əvvəlcədən düzəldilmiş pusqulara düşərək qətlə ye-
tirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin
məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə
yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyi-
din təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181
meyid (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
59
www.elkhan-suleymanov.az
ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən
edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin
ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vuru-
laraq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş
dərisinin soyulması faktını da qeydə almışdır. Həmin günlər
“Memorial” hüquq-müdafiə mərkəzi xəbər verirdi: “...Qaçanlar
erməni pusqularına düşür və gülləbaran edilirdi. Qaçanların
bir qismi hər halda Ağdama gəlib çata bildi, digər qismi, əsasən
qadınlar və uşaqlar (onların sayını dəqiqləşdirmək mümkün
deyil) dağlarda azıb qalaraq şaxtadan donublar, ... əsirlərin
müəyyən hissəsi güllələnib... Dörd gün ərzində Ağdama 200-
dək cəsəd gətirilib. Onlarla meyitdə zorakılıq əlamətləri aşkar
görünürdü. Ağdam şəhər sanitar qatarının həkimləri başları-
nın dərisi soyulmuş dörd meyit qeydə alıblar, bir meyitin isə
başı kəsilmişdi... Həmin sanitar qatarda canlı insanın başının
dərisinin soyulduğu qeydə alınıb...” [50].
Qeyd edilməlidir ki, 2008-ci ildə Ermənistanın preziden-
ti olmuş Serj Sarkisyan Xocalı şəhərinin mülki əhalisinə qarşı
həyata keçirilmiş qanlı aksiyanın təşkilatçılarından biri olmuş-
dur. İngilis jurnalisti Tomas de Vaal bu məsələyə toxunaraq,
yazır ki, “Erməni hərbi komandiri Serj Sarkisyandan Xocalı-
nın zəbt edilməsi haqda danışmağı xahiş etdikdə, o ehtiyatla
cavab verdi: “Biz bu barədə ucadan danışmamağa üstünlük
veririk”. Tomas de Vaal daha sonra qeyd edir ki, Sarkisyan
baş vermiş hadisələrlə bağlı daha düzgün və daha sərt danış-
dı: “Düşünürəm ki, başlıcası başqa məsələ idi. Xocalıya qədər
azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar,
onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa
qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq” [51].
Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin
hüdudlarından kənarda işğal edilən ərazilərində də bəşəriyyətə
qarşı cinayət əməlləri davam etdirilmişdir - Azərbaycan Respub-
likasının Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və
Qubadlı rayonlarının yüz minlərlə dinc sakinlərinin əvvəlcədən
planlaşdırılmış, kütləvi və kobud şəkildə hüquqları pozulmuş,
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
60
www.elkhan-suleymanov.az
onlar qısa bir müddət ərzində məcburi köçkünlərə çevrilmişlər.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərinin
işğalı zamanı minlərlə insan əsir və girov götürülmüş və ya it-
kin düşmüşdür. Məlum olduğu kimi, girovlar və hərbi əsirlər
beynəlxalq humanitar hüququn müdafiəsi altında olan şəxslər
kateqoriyasına aid edilirlər. Beynəlxalq humanitar hüquq bu ka-
teqoriyadan olan insanlara qarşı repressiv zorakılıq üsullarının
tətbiqini qadağan edir, girovların və əsirlərin təhlükəsizliyinin
təmin olunmasını tələb edir. Azərbaycan Respublikasının Əsir,
İtkin düşmüş, Girov götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının məlumatlarına görə müharibə qurbanı olan mül-
ki əhali və hərbi əsirlər arasında qeyri-insani rəftara, müxtəlif
zorakılıq növlərinə, fiziki və mənəvi işgəncələrə, qətllərə, tibbi
eksperimentlərə məruz qalanlar olmuşdur. Girovlar və hərbi
əsirlər işgəncə verilməklə öldürülür, yaxud dözülməz şəraitdə
saxlanma nəticəsində həlak olur, əsirlikdən azad edilənlər isə
ömürlük əlilə çevrilirlər. Əsir, İtkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 yanvar 2011-ci
il tarixinə olan məlumatlarına əsasən, əsir, itkin düşmüş və gi-
rov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlar-
dan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxsdir, 5 nəfərin hərbçi
və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri
itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaş-
lı qız), 247 nəfər qadın, 347 nəfər yaşlı şəxsdir (149 nəfər qa-
dın). İndiyədək əsir və girovluqdan 1399 nəfər azad edilmişdir.
Onlardan 343 nəfəri qadın, 1056 nəfəri kişidir. Eyni zamanda,
onlardan 170 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfəri yaşlı
şəxsdir (112 nəfər yaşlı qadın). Bundan əlavə, Dövlət Komissi-
yasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir
və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat
etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfər qadın, 448 nəfər
kişidir, 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum
şəxslərdir [52].
Qeyd edilənlərlə yanaşı, Ermənistan işğal etdiyi ərazilərdə
azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
61
www.elkhan-suleymanov.az
və bu əraziləri monoetnik zonaya çevirmişdir. İşğal edilmiş
ərazilərdən yerli azərbaycanlı əhali çıxarılaraq məcburi köçkünə
çevrilmişlər. Azərbaycanın keçmiş DQMV işğal edildikdən son-
ra azərbaycanlı əhali zorla öz vətənlərindən qovulmuş, bundan
sonra isə eyni hadisələr Azərbaycanın digər 7 rayonunda da
təkrarlanmışdır. Belə ki, Ermənistan tərəfindən işğal edilmiş
Laçın rayonundan 71000, Kəlbəcər rayonundan 74000, Ağdam
rayonundan 165600, Füzuli rayonundan 146000, Cəbrayıl rayo-
nundan 66000, Qubadlı rayonundan 37900, Zəngilan rayonun-
dan isə 39500 nəfər Azərbaycan vətəndaşı məcburi köçkünə
çevrilmişdir. Ümumiyyətlə, Ermənmistanın silahlı təcavüzü və
etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın işğal edil-
miş (DQMV və ətraf 7 rayon) ərazilərindən 660000-dən artıq
dinc əhali məcburi köçkün olmuşdur. Bundan əlavə, 100000-
dən artıq Azərbaycan vətəndaşı Ermənistanla həmsərhəd və
işğal xətti ilə təmasda olan ərazilərdən ölkənin digər ərazilərinə
pənah gətirmişlər. Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz
kimi, 1988-ci ilin sonu və 1989-cu ilin əvvəllərində, indiki
Ermənistan Respublikasının ərazisindən 250 mindən artıq et-
nik azərbaycanlı deportasiya edildi və onlar qaçqın qismində
Azərbaycanda məskunlaşdılar. Beləliklə, indiki Ermənistandan
azərbaycanlıların deportasiyası, Azərbaycanın 20% ərazisinin iş-
ğalı və işğal edilmiş ərazilərdə həyata keçirdiyi etnik təmizləmə
siyasəti nəticəsində minlərlə insan öldürülmüş, müxtəlif
dərəcəli xəsarət almış, əsir götürülmüş və itkin düşmüş, dinc
əhali ağır psixoloji və mənəvi gərginlik keçirmiş, 1 milyondan
artıq azərbaycanlı öz tarixi vətənlərindən, evlərindən didərgin
salınaraq, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Həmin kateqoriyaya aid olan insanlar Azərbaycanın 62 şəhər
və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində
müvəqqəti məskunlaşmışlar.
Bundan əlavə, Ermənistanın işğal etdiyi rayonlardan olan
əhalinin yaşayış şəraiti pisləşdiyinə görə onların arasında təbii
artım kəskin surətdə aşağı düşmüş, uşaq ölümü artmışdır. İş-
ğal olunmuş rayonların hamısında 1989-1998-ci illər arasında-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
62
www.elkhan-suleymanov.az
kı dövrdə doğum kəskin surətdə aşağı düşmüş və təbii artım
hər 1000 nəfərə görə həddən çox azalmışdır. Bu azalma (hər
1000 nəfərə görə) rayonların hamısında 11,2-22,6 nəfər arasın-
da olmuşdur. Göstərilən illərdə Cəbrayıl, Qubadlı, Zəngilan
və Ağdam rayonları əhalisinin məskunlaşdıqları yeni yerlərdə
təbii artım 16,9-22,6 nəfər arasında olmuşdur. İşğal olunmuş
rayonların hamısında demoqrafik göstəricilər orta respublika
səviyyəsindən aşağı olmuşdur. Sosial və iqtisadi şəraitin həddən
artıq ağır olması, dağ və dağətəyi zonaların yaşayış şəraitinin
düzən yerlərdəki isti iqliminə uyğunsuzluğu, Ermənistanın si-
lahlı təcavüzü, təcavüzkarların mülki əhaliyə qarşı qeyri-insa-
ni davranışı, işgəncələrin verilməsi və etnik təmizləmə siyasəti
nəticəsində insanların şok vəziyyətinə düşməsi, uzunmüddətli
psixoloji gərginlik durumunda olması və s. işğal olunmuş ra-
yonlarda əhalinin təbii artımının aşağı düşməsinin başlıca
səbəbləri olmuşdur.
Qaçqın və köçkünlərin ən ağrılı problemlərindən biri də on-
ların işlə təmin olunması ilə bağlı çətinliklərdir. Azərbaycan
Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə 1999-cu ildə
301359 nəfər əmək qabiliyyətli qaçqın və məcburi köçkün ol-
muşdur, onların 196380 nəfəri yaxud ümumi əmək ehtiyatları-
nın 65,2%-i işsiz qalmışdır. 1999-cu ilə olan məlumata əsasən,
məcburi köçkünlərin 74 min nəfəri lazımi şəraiti olmayan ça-
dır şəhərciklərində, 99 min nəfəri quraşdırılmış evlərdən ibarət
qəsəbələrdə, 17,5 min nəfəri ictimai binalarda, məktəblərdə,
uşaq bağçalarında və yataqxanalarda, 20,2 min nəfəri qohum
evlərində, qalanları zəbt olunmuş mənzillərdə, yarımçıq qalmış
tikililərdə, fermalarda, yük vaqonlarında və sadəcə olaraq, yol
kənarlarında məskunlaşmışlar. Heç bir normal istilik, elektrik
enerji təchizatı, sanitar-gigiyena şəraiti olmayan belə qaçqın
məskənlərində doğulan uşaqların, onların valideynlərinin sağ-
lamlığı təhlükə altında qalır.
Beləliklə, Ermənistanın təcavüzü nəticəsində 1 milyondan
artıq Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkünə
|