Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
63
www.elkhan-suleymanov.az
çevriməsi, 20 min nəfərin həlak olması, 50 min nəfərin əlil olma-
sı və təxminən 5 min nəfərin əsir və itkin düşməsi ilə yanaşı, iş-
ğal olunmuş rayonlardan olan əhalinin təbii artımı 22-26 nəfərə
(hər 1000 nəfərə) qədər azalmışdır ki, bu da Azərbaycanda de-
moqrafik vəziyyətə ciddi mənfi təsir etmişdir.
Ermənistanın apardığı etnik təmizləmə siyasəti və silah-
lı təcavüzü nəticəsində Azərbaycanda fövqəladə humanitar
vəziyyət yaranmışdır. Bu fakt, ilk növbədə, BMT Təhlükəsizlik
Şurasının qətnamələrində öz əksini tapmışdır.
Belə ki, BMT Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il
tarixli 822(1993) saylı qətnaməsində regionda çoxlu sayda mül-
ki şəxslərin yerdəyişməsi və fövqəladə humanitar vəziyyətin
yaranması ilə bağlı öz dərin narahatlığını ifadə etmişdir [11].
BMT Təhlükəsizlik Şurası özünün 29 iyul 1993-cü il il tarixli
853(1993) saylı qətnaməsində Azərbaycanda çoxlu sayda mül-
ki şəxslərin yerdəyişməsi və fövqəladə humanitar vəziyyətin
yaranması ilə bağlı yenidən öz dərin narahatlığını ifadə etmiş-
dir. Göründüyü kimi, qətnamədə regionda olan vəziyyət daha
dəqiq ifadə olunmuşdur. Yəni, çoxlu sayda mülki şəxslərin
yerdəyişməsinin məhz Azərbaycanın ərazisində baş verməsi
vurğulanır [12].
BMT Təhlükəsizlik Şurası özünün 14 oktyabr 1993-cü il il
tarixli 874(1993) saylı qətnaməsində təcavüz nəticəsində in-
sanların əziyyət çəkməsi, regionda yaranmış fövqəladə huma-
nitar vəziyyətlə, Azərbaycanda çoxlu sayda mülki şəxslərin
yerdəyişməsi ilə bağlı yenidən özünün ciddi narahatlığını ifadə
etmişdir [13].
BMT Təhlükəsizlik Şurası özünün 12 noyabr 1993-cü il il ta-
rixli 884(1993) saylı qətnaməsində çoxlu sayda mülki şəxslərin
yerdəyişməsi və Zəngilan rayonunda və Horadiz şəhərində
və Azərbaycanın cənub sərhədində fövqəladə humanitar
vəziyyətin yaranması ilə bağlı yenidən özünün ciddi narahatlı-
ğını ifadə etmişdir [14].
BMT Baş Assambleyası 20 dekabr 1993-cü ildə özünün 48/114
saylı “Azərbaycanda qaçqınlara və köçkünlərə fövqəladə hu-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
64
www.elkhan-suleymanov.az
manitar yardım vəziyyətinə dair” qətnaməsində çoxlu sayda
mülki şəxslərin yerdəyişməsi ilə bağlı Azərbaycanda humani-
tar vəziyyətin daimi pisləşməsi ilə əlaqədar özünün ciddi nara-
hatlığını ifadə etmişdir. Bu qətnamənin əsas dəyərlərindən biri
ondan ibarətdır ki, ilk dəfə beynəlxalq sənəddə Ermənistanın
təcavüzü nəticəsində Azərbaycanda qaçqınların və köçkünlərin
sayının bir milyonu aşdığı təsdiqlənmişdir [20].
BMT Baş Assambleyası 14 mart 2008-ci ildə özünün 62/243
saylı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı
qətnaməsində Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz
ölkələrində inkişafa və humanitar vəziyyətə mənfi təsirləri
qeyd olunur [22].
İslam Konfransı Təşkilatının 13-14 mart 2008 il Seneqal
Respublikasının Dakar şəhərində keçirilmiş On Birinci Zirvə
Görüşündə “Ermənistan Respublikasının Azərbaycan Respub-
likasına qarşı təcavüzü haqqında” 10/11-P (IS) saylı Qətnamə
qəbul olunmuşdur. Bu sənəddə də qeyd olunur ki: “İKT erməni
təcavüzü nəticəsində bir milyondan çox azərbay can lının qaç-
qın və məcburi köçkünə çevrilməsindən və bu bö yük humani-
tar problemin ağırlığından dərin narahatlıq” ke çirir. Həm də bu
qətnamənin 21-ci maddəsində qeyd olunur ki: “İKT Azərbaycan
Respublikası ərazisində bir milyondan çox məcburi köçkün və
qaçqının mövcudluğu ilə əlaqədar humanitar problemlərin
kəskinliyindən narahat lığı nı ifadə edir” [53].
Beləliklə, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü
nəticəsində fövqəladə humanitar vəziyyət yaranması faktı nü-
fuzlu beynəlxalq təşkilatların qərarlarında öz təsdiqini tapmış-
dır.
Erməni separatçıları tərəfindən dağıdılmış Azərbaycanın
tarix və mədəniyyət abidələri
Ermənilərin İrandan Şimali Azərbaycana köçürülmələrinin 150 illiyi
şərəfinə ucaldılmış abidə. Ağdərə. 1978
“150 il” abidəsi erməni separatçıları tərəfindən dağıdıldıqdan sonra.
Ağdərə. 1988
Erməni separatçıları tərəfindən dağıdılmış Azərbaycanın
tarix və mədəniyyət abidələri
Erməni separatçıları tərəfindən dağıdılmış Azərbaycanın
tarix və mədəniyyət abidələri
Erməni separatçıları tərəfindən dağıdılmış Azərbaycanın
tarix və mədəniyyət abidələri
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
65
www.elkhan-suleymanov.az
4. Ermənistanın işğalı nəticəsində Azərbaycan
tarixi və mədəniyyət abidələrinə dəymiş zərər
Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan
hərbi birləşmələri Azərbaycan xalqının milli mədəniyyət
abidələrini də qəddarcasına ucurub dağıtmış və dünya xalqları
mədəniyyətinin tərkib hissəsi olan Azərbaycan mədəni irsinə
misli görünməmiş zərər vurmuşdur. Ermənistan tərəfindən iş-
ğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarix və mədəniyyət
abidələrinin dağıdılması və qəsdən korlanması kimi əməlləri Si-
lahlı munaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haq-
qında Haaqa Konvensiyasının (1954-cu il), Mədəni sərvətlərin
qeyri-qanuni dövriyyəsi haqqında Paris Konvensiyasının
(1970-ci il), Arxeoloji irsin muhafizəsi haqqında Avropa Kon-
vensiyasının (1992-ci il), YUNESKO-nun Ümumdünya mədəni
və təbii irsin mühafizəsi haqqında Konvensiyasının (1972-ci il)
müddəalarının ciddi və kobud şəkildə pozulması ilə müşayiət
edilmişdir.
Belə ki, hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə
ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar ma-
ğaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal hazırda hərbi
məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam,
Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, iş-
ğal olunmuş Şuşa, Lacın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli
rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü
abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniya sına məxsus
abidələr və Azərbaycan xalqının digər milli abidələri məhv edi-
lir.
Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalcı dövlətin
silahlı qüvvələri Aşağı və Yuxarı Gövhərağa, Köcərli, Mərdinli
cumə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun,
Azərbaycan professional vokal sənətinin banisi Bülbülün ev
müzeylərini, Xurşud Banu Natəvanın saray kompleksini, Fi-
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
66
www.elkhan-suleymanov.az
rudin bəy Köcərlinin, Zöhrabbəyovların malikanələrini, şair,
rəssam və alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə
şəhərin Şərq memarlığı xususiyyətlərini əks etdirən milli üs-
lubda inşa edilmiş əksər yaşayış evlərini, buradakı qədim
qəbiristanlığı, boyuk Azərbaycan şairi, Qarabağ xanının vəziri
Molla Pənah Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini,
Cümə məscidini, Lacın rayonunda Həmzə Sultan və Soltan
Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş
heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşa-
yış binalarını vandalcasına dağıtmış, daşınması mümkün olan
maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.
İşğal edilmiş ərazilərdə Azərbaycan xalqının maddi
mədəniyyət yadigarlarının dağıdılması prosesi indi də da-
vam edir. İşğalcılar geniş miqyaslı, qeyri peşəkar arxeoloji qa-
zıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları
Ermənistana daşıyırlar.
Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan tor-
paqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya
əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli
(119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270
memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə
abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət
abidələri qalmışdır. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın
toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana,
808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray,
8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi
məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481
kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920
dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici,
25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qal-
mışdır.
Kecmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin
bombardmanı zamanı yerlə yeksan edilmiş, dunya şöhrətli
Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Lacın ta-
rix-diyarşünaslıq muzeyinin 5 mindən cox qiymətli və nadir
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
67
www.elkhan-suleymanov.az
eksponatı Ermənistana daşınmışdır.
Şuşanın işğal edilməsi nəticəsində 8 muzey, 31 kitabxana,
17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa
şəhərinin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı-
nın, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı,
Azərbaycan professional musiqisinin banisi, bəstəkar Üzeyir
Hacıbəyovun (300-dən cox əşya), Azərbaycan vokal sənətinin
əsasını qoymuş boyuk müğənni Bülbülün (400-dək əşya),
gorkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən
cox əşya) xatirə müzeylərinin, Ağdam tarix-diyarşünaslıq mu-
zeyinin (2 mindən cox əşya), Qubadlı tarix-diyarşünaslıq muze-
yinin (3 mindən cox əşya), Zəngilan tarix-diyarşünaslıq muze-
yinin (6 minədək əşya) fondları qarət edilmişdir.
Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam
rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli və Xocalı rayon-
larının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır. Erməni
təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xal-
qının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və
heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları,
xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin
xatirə əşyaları, digər qiymətli materiallar olmuşdur. Şuşa, La-
cın və Qubadlı rəsm qalereyalarının Azərbaycanın görkəmli
rəssam və heykəltəraşlarının əsərlərindən ibarət fondları da da-
ğıdılmışdır.
Erməni təcavüzkarları Azərbaycan musiqisinin böyük
xadimləri Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xur-
şud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan
ərazisinə aparmışlar. Bu abidələr bütün mənəviyyat norma-
larının ziddinə olaraq vəhşicəsinə güllələnmiş və ağır tex-
nika vasitəsilə zədələnmişdir. Həmin abidələr çox çətinliklə
əldə edilərək Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət
İncəsənət Muzeyində numayiş etdirilir.
Beləliklə, Ermənistanın işğalı nəticəsində Azərbaycana
vurulmuş humanitar və mədəni-tarixi zərərin miqdarı çox
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
68
www.elkhan-suleymanov.az
böyükdür. Erməni təcavüzkarları tərəfindən Azərbaycanın
mədəni irsini təşkil edən obyektlər talanmışdır. Azərbaycan
ərazilərinin Ermənistan hərbi işğalı ölkədə ağır humanitar böh-
ran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin
məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurul-
ması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət
abidələrinə də ağır zərər vurmuşdur və, əfsuslar olsun ki, ha-
zırda həm bu abidələrin qiymətlərini, həm də onların dağıdı-
laraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş
mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün
deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi
abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyası-
nın çox dəyərli mədəniyyət nümunələri idi.
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
69
www.elkhan-suleymanov.az
5. Ermənistan tərəfindən işğal olunmuş
Azərbaycan ərazilərində ətraf mühitə və
təbii sərvətlərə dəymiş zərər
Ermənistanın silahlı təcavüzü nəticəsində 1988-1993-cü illər
ərzində Azərbaycan Respublikasının 1,7 milyon ha ərazisi işğal
olunmuşdur. İşğal olunan ərazilər Kiçik Qafqazın dağlıq zonası
olmaqla Azərbaycanın iri meşə rayonlarıdır və Azərbaycanın
meşə örtüyünün 25%-i bu ərazilərdə yerləşir. Bundan əlavə,
işğal edilmiş ərazilərdə təbiət abidələri, nadir bitki və heyvan
növləri geniş yayılmışdır. Həmin ərazilərdə 460 növdən çox ya-
banı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növlər
olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə,
ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzü-
mü, pirkal, şümşad, eldar şamı, adi xurma, söyüdyarpaq ar-
mud və s. növ ağaclar işğal olunmuş ərazilərdə məhv edilərək,
dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda,
bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na
daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və
reptililərin 3, həşaratların 8, bitkilərin isə 27 növü qorunurdu.
Qeyd etmək lazımdır ki, Kiçik Qafqazın təbii landşaftı, nadir
bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Dağlıq
Qarabağ münaqişəsindən əvvəlki illərdə Azərbaycanda həyata
keçirilən tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət
ərazilərinin sahəsi 890 min hektara çatdırılmışdı və bir sıra qo-
ruq və yasaqlıqlar təşkil olunmuşdu. Lakin bu ərazilərin 42997
hektarı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
Bəsitçay Dövlət Təbiət Qoruğu, Qaragöl Dövlət Təbiət Qoruğu,
Arazboyu Dövlət Təbiət Yasaqlığı, Laçın rayon Dövlət Təbiət
Yasaqlığı, Qubaqlı rayon Dövlət Təbiət Yasaqlığı və Daşaltı
Dövlət Təbiət Yasaqlığının ərazilərində olan qiymətli ağac və
biomüxtəlifliyin digər növləri hazırda Ermənistan tərəfindən
talan edilərək məhv edilməkdədir.
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
70
www.elkhan-suleymanov.az
Nümunə üçün göstərmək lazımdır ki, Bəsitçay Dövlət Təbiət
Qoruğu 1974-cü ildə Azərbaycanın cənubi-qərbində, hazırda iş-
ğal altında olan Zəngilan rayonu ərazisinin Bəsitçay dərəsində
şərq çinarını qorumaq məqsədilə yaradılmışdır və onun sahəsi
107 hektardır. Çay boyu şərq çinarı meşəliyi 12 km məsafədə
uzanır və yaşı 500 ilə qədər olan şərq çinarı ağacları “Azərbaycan
Respublikasının Qırmızı Kitabı”na daxil edilmişdir. Eyni za-
manda qeyd edilməlidir ki, Laçın rayon Dövlət Təbiət Yasaqlığı
Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində 1961-ci
ildə təşkil edilmişdir. Sahəsi 21, 4 min ha olan bu yasaqlıqda
dağ keçisi (təqribən 400 baş), cüyür (500), çöl donuzu (400), tu-
rac (800), kəklik (2500) mühafizə olunurdu. Bu təbiət inciləri iş-
ğalçı Ermənistan tərəfindən kobudcasına məhv edilmişdir.
Bütövlükdə, Ermənistanın işğalı altında olan Azərbaycan
ərazilərində 247352 ha meşə sahəsi, o cümlədən 13197,5 ha
qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geo-
loji obyekt qalmışdır və böyük əhəmiyyət kəsb edən bu təbiət
abidələrinin əksəriyyəti işğalçı dövlət tərəfindən amansızcası-
na məhv edilmişdir. Belə ki, Kəlbəcər rayonunda “Azərbaycan
Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 968 ha ərazini
əhatə edən ayıfındığı ağacları kütləvi şəkildə qırılaraq xarici
ölkələrə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ
bitki vardır ki, bunlardan 200-ə qədəri dərman bitkiləridir. On-
lar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə beynəlxalq hü-
quq normalarına zidd formada talan edilərək digər ölkələrə da-
şınır ki, bu da bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə
və regionda mövcud biomüxtəlifliyin məhv edilməsinə səbəb
olur.
Hazırda işğalçı Ermənistan tərəfindən Azərbaycanın
təbiətinə qarşı planlaşdırılmış ekosid siyasəti həyata keçirilir.
İşğal edilmiş ərazilərdə meşələrin qırılması və məhv edilməsi
hesabına Ermənistanda ağac emalı sənayesi inkişaf edir. Təkcə,
1993-cü ildə işğal edilmiş ərazilərdən Ermənistana 206,6 min
m
3
qiymətli ağac növləri aparılmışdır.
İşğal edilmiş regionun faunasına da əvəzolunmaz zərər
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
71
www.elkhan-suleymanov.az
vurulmuşdur. Regionun bioloji müxtəlifliyi təhlükə altında-
dır, çünki bir çox növü “Qırmızı kitab”-a salınmış faunanın
nəzarətsiz məhv olunması prosesi gedir. İşğal olunmuş Laçın
rayonunda yasaqlıq məhv edilir. Bu yasaqlıqda yerləşən Ha-
cışamlı meşəsində ermənilər, sonradan xaricə satış məqsədlə,
qırmızı palıdın qırılması və tədarük edilməsi ilə məşğuldurlar.
Bununla yanaşı, xarici ölkələrə satış məqsədilə, dekorativ me-
bel və parketin hazırlamasında əvəzsiz olan Bəsitçay qoruğu
ərazisində bitən genişyarpağlı palıd meşələri, çinar və qoz ağac-
ları da qırılır. Sahəsi 240 ha olan Qaragöl qoruğu da tamamilə
məhv olunma təhlükəsi qarşısındadır. Burada 68 müxtəlif bitki
növünə və 27 bitki ailələsinə mənsub olan bitkilər var idi. Sahəsi
13160 ha meşə təsərrüfatı olan Qubadlıda da meşələr tamamilə
məhv edilib. 2005-ci ilə kimi ermənilər işğal edilmiş ərazilərdən
720 min m
3
ağac tədarük etmişlər.
Bununla yanaşı, Şuşa şəhərindən cənubda, dəniz
səviyyəsindən 1365 m hündürlükdə yerləşən, Titon yaşlı əhəng
daşlarından ibarət uzunluğu 114 m olan “Xan Mağarası”
mühafizə olunurdu. Müxtəlif mənbələrdən alınan məlumatlara
görə, həmin abidələr qəddarcasına məhv edilir və digər
məqsədlər üçün istifadə olunur.
Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində
ekoloji əhəmiyyətə malik olan bir çox göllər hazırda böyük
antropogen təsirə məruz qalır və bununla da regionda ekoloji
tarazlıq ciddi şəkildə pozulur. Belə ki, irili-xırdalı 7 relikt göl
– Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl,
Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və
Ağdərə rayon ərazisində (Tərtərin qolu Torağaçayda) Qaragöl
kimi şirin su ehtiyatları hazırda işğal altında qalmaqdadır.
İşğal edilmiş Azərbaycan ərazilərində böyük müalicə
əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqla-
rı mövcuddur. Bunların içərisində Kəlbəcər rayonunda Yuxa-
rı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu,
Minkənd, Şuşa rayonunda Turşçu, Sırlan və başqa mineral sular
xüsusilə qeyd edilməlidir. Kəlbəcər rayonu ərazisində yerləşən
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
72
www.elkhan-suleymanov.az
İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə,
yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə
fərqlənir. Bu mineral sular həm xarici, həm də daxili xəstəliklər
üçün müalicəvi xüsusiyyətlərə malikdir. Odur ki, İstisu bulağı
üstündə 80-ci illərdə iri kurort və mineral su doldurma zavodu
tikilmişdi. Həmin zavod sutka ərzində 800 min litr su istehsal
edirdi. Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşən Turşsu
mineral bulağı vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə
olunur. Turşsu mineral bulağından kəmər vasitəsi ilə Şuşa
şəhərinə su verilirdi. Ümumiyyətlə, Azərbaycanın mineral su-
larının ümumi geoloji ehtiyatlarının 39,6%-i hazırda işğal altın-
da olan rayonların payına düşürdü.
Qeyd etmək lazımdır ki, Ermənistanın silahlı təcavüzü
nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinə yaxın olan
rayonlarının su təminatı və suvarma sistemi pozulub, bu isə
torpağın və bitki qatının vəziyyətinə mənfi təsir göstərir. Quraq
region hesab edilən Azərbaycan üçün suvarma əkinçiliyinin in-
kişafı, şəhər və kəndlərin su ilə təchizatı həyati məsələlərdən
biridir. Bu baxımdan Azərbaycanın su ehtiyatlarının formalaş-
masında sıx çay şəbəkəsinə malik olan və hazırda Ermənistanın
işğalı altında qalmış Kiçik Qafqaz dağlarının da əhəmiyyəti
əvəzedilməzdir. Bu dağlardan öz mənbəyini götürən bütün
çaylar, xüsusilə Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçın-
çay, Köndələnçay və başqaları özləri ilə düzən ərazilərə bol su
gətirirlər, onların bəzilərinin üzərində süni göllər və suvarma
kanalları yaradılmışdır. Belə ki, 1976-cı ildə Tərtər çayı üzərində
inşa edilmiş, bəndinin hündürlüyü 125 m və ümumi su tutu-
mu 560 milyon m
3
olan Sərsəng su anbarı da Ermənistanın iş-
ğalı altında qalmış ərazilərdə yerləşir. Ermənistanın işğalından
əvvəl Sərsəng su anbarından öz başlanğıcını götürən magistral
kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən
Tərtər, Ağdam, Bərdə, Goranboy və digər rayonları ərazilərində
79000 ha əkin sahəsi suvarılırdı. Hazırda Azərbaycanın 7 ra-
yonu Sərsəng su anbarından istifadə etmək imkanlarından
məhrum edilmişdir. Uzun müddət ərzində texniki qurğulara
Xocalı soyqırımının qurbanları. Fevral 1992
Xocalı soyqırımının qurbanları. Fevral 1992
Xocalı soyqırımının qurbanları. Fevral 1992
Xocalı soyqırımının qurbanları. Fevral 1992
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
73
www.elkhan-suleymanov.az
xidmət göstərilməməsi nəticəsində qəza vəziyyətində olan an-
bardan aşağıda yerləşən 400 min nəfər Azərbaycan əhalisi ha-
zırda təhlükə altında yaşayır. Belə ki, təcavüzkar Ermənistan
suyu Sərsəng su anbarından qışda buraxır və bunun nəticəsində
torpağlar su altında qalır, yollar dağılır, sel baş verir. İnsan-
ların və kənd təsərrüfatının suya çox böyük ehtiyac duydu-
ğu yay mövsümündə isə, əksinə suyun qarşısını kəsir. Bunun
nəticəsində Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan vurul-
muş, əkin sahələrinin suvarılmasında problemlər yaranmış, ya-
şıllıqlar quruyaraq məhv olmuş, bölgədə ciddi ekoloji gərginlik
yaranmışdır.
İşğal nəticəsində ümumu həcmi 674 mln. m
3
təşkil edən 5
su anbarından, 7296 hidrotexniki qurğusundan, 36 nasos stan-
siyasından və 26 suvarma sistemindən ibarət olan 1203 kilo-
metrlik irriqasiya infrastrukturu və su kommunikasiya sistemi
tamamilə məhv edilmişdir. Azərbaycanın vahid irriqasiya inf-
rastrukturu sisteminin bir hissəsi olan Dağlıq Qarabağ regio-
nunun irriqasiya sisteminin məhv edilməsi nəticəsində işğal
olunmuş ərazilər hüdudundan kənarda qalmış Azərbaycanın
5 rayonunda 120 min ha torpaq sahəsi suvarmasız qalmış və
praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılmışdır. Ümumi
olaraq isə 1 milyon hektardan çox torpağ sahəsi, o cümlədən
127700 hektar suvarılan torpaq sahəsi və 34600 hektar üzüm və
meyvə bağçaları əkin növbəsindən çıxardılmış və yararsız hala
düşmüşdür.
Azərbaycanın ərazisindən axan transsərhəd çaylar Ermənis-
tan tərəfindən qəsdən zəhərləyici maddələrlə çirkləndirilir.
Belə çaylar arasında Araz, Ağstafa və s. çaylarının adlarını
çəkmək olar. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın
çay suları resurslarının təxminən 70% tranzit çaylar hesabı-
na formalaşır. Çay sularının çirklədilməsi ilə mübarizə üzrə
bir çox regional sazişlərdə birbaşa nəzərdə tutulur ki, digər
dövlətin ərazisindən axan çay sularının əhəmiyyətli dərəcədə
çirklədilməsi və bununla da bu dövlətə əhəmiyyətli dərəcədə
zərər vurulması beynəlxalq hüquq normalarının ciddi şəkildə
|