Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri



Yüklə 20,65 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix07.12.2016
ölçüsü20,65 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
74
www.elkhan-suleymanov.az
pozulması deməkdir. 
Qeyd etmək lazımdır ki, Qazax rayonunun Aşağı Əkipara, 
Yuxarı  Əskipara,  Quşçu  Ayrım,  Barxudarlı  və  digər  yaşayış 
məntəqələrinin dağıdılması və işğal olunması nəticəsində Ağs-
tafa çayı üzərində sərhəddə yaradılmış və Azərbaycanın qərb 
rayonları  üçün  təsərrüfat  əhəmiyyəti  daşıyan  su  anbarına  da 
təhlükə  yaranmışdır.  Belə  ki,  su  tutumu  120  milyon  m
3
 olan 
Ağstafa su anbarından başlayan və uzunluğu 72,3 km olan su-
varma kanalı Qazax, Ağstafa, Tovuz və Şəmkir inzibati rayon-
larının dağətəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə 
təmin edir. 
Azərbaycanın  ən  zəngin  faydalı  qazıntı  yataqları  da 
Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qalmışdır. Belə 
ki, bu ərazilərdə 155 növ faydalı qazıntı yataqları, o cümlədən 
5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mi-
şar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti  daşları, 1 
soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 
9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 
obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, 
oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su 
yatağı  yerləşir  ki,  bütün  bunlar  da Azərbaycanın  iqtisadi  po-
tensialında mühüm əhəmiyyət kəsb edirdi. Qeyd edilən faydalı 
qazıntılar  Qızılbulaq,  Mehmana,  Dəmirli,  Canyataq-gülyataq, 
Ağdərə,  Şorbulaq,  Şuşa,  Şirlan,  Turşsu,  Xocalı,  Zərinbax, Ağ-
çay,  Xankəndi,  Ediş,  Xocavənd,  Söyüdlü,  Ağduzdağ,  Tutxun, 
Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı istisu, 
Aşağı istisu, Mozçay, Qoturlu, Çilkəz, Narzanlı, Əhmədli, Ho-
çaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacı-
lı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, 
Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minba-
şılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, 
Diləgərdi,  Kürdmahmudlu,  Quruçay,  Şahbulaq,  Gülablı,  Ço-
bandağ,  Boyəhmədli,  Şahbulaq, Ağdam,  Qarqarçay,  Xaçınçay 
və digər yataqlarda aşkar edilmişlər. Bu yataqlarda sənaye eh-
tiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
75
www.elkhan-suleymanov.az
40,4 min ton sink, 189 milyon m
3
 mişar daşı, 1 milyon 526 min 
ton gəc, 1 milyon 968 min m
3
/gün yeraltı şirin su, 18 milyon 432 
min m
3
 üzlük daşı, 23 milyon 243 min m
3
 gil, 57 milyon 965 min 
ton tikinti daşı, 7805 m
3
/gün mineral sular, 96 milyon 987 min 
ton qum-çınqıl, 1898,4 ton civə, 4 milyon 473 min m
3
 perlit, 2 
milyon 144 min m
3
 pemza, 129 milyon 833 min m
3
 soda istehsalı 
üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və 
s. kimi ölkə iqtisadiyyatının inkişafında vacib əhəmiyyət kəsb 
edən faydalı qazıntılar aşkar edilmişdir. Müxtəlif məlumatlara 
görə işğalçı dövlət bir sıra xarici şirkətlərlə qeyri-qanuni olaraq 
müqavilələr bağlamışdır və bütün beynəlxalq hüquq normala-
rına zidd olaraq Azərbaycanın faydalı qazıntı yataqlarını istis-
mar edir.
Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə regionun mi-
neral resurslarının vəhşicəsinə istismar edilməsi və dağıdılması 
siyasəti həyata keçirilir. İşğal edilmiş rayonların 2 qızıl, 4 civə, 
2 xromit, 1 qurğuşun-sink, 1 mis və 1 sürmə mədənində çıxarı-
lan faydalı mineral resurslar Ermənistanın zənginləşdirici emal 
müəssisələrinə daşınır. Azərbaycanın işğal edilmiş ərazilərində 
Ermənistan tərəfindən aparılan qanunazidd siyasətin nümunəsi 
kimi  Kəlbəcərdə  yerləşən  Söyüdlü  qızıl  mədənin  birgə 
işlədilməsinə və istismar edilməsinə dair Kanadanın “First Di-
nesty Mines” şirkəti ilə bağlanılan müqaviləni göstərmək olar. 
Ermənistan bu mədənlərdən ildə 13 ton qızıl çıxarır. Erməni iş-
ğalçıları həm də Zəngilan və Kəlbəcərdə yerləşən “Vəcnəli” və 
“Qızıl bulaq” qızıl mədənlərini də qanunsuz istismar edirlər. 
Xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın işğal altında olan 
ərazilərdən keçən təbii su mənbələri də Ermənistan tərəfindən 
həddindən  artıq  dərəcədə  çirklənmələrə  məruz  qalır.  Belə  ki, 
Araz  və  Kür  çaylarının  qolları  olan  Oxçuçay  və  Ağstafaça-
yın  Ermənistan  tərəfindən  ən  ağır  formada  çirkləndirilməsi 
nəticəsində  sözügüdən  çaylarda  canlı  aləmin  yaşayışı  böyük 
təhlükə altına alınmışdır.
Erməni  təcavüzkarları  tərəfindən  bütün  işğal  edilmiş 
ərazilərdə etnik təmizləmə ilə yanaşı, həm də “yandırılmış tor-

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
76
www.elkhan-suleymanov.az
paq”  siyasəti  həyata  keçirilir.  Belə  ki,  Ermənistan  tərəfindən 
təmas  xəttində  yerləşən  Ağdam,  Füzuli,  Cəbrayıl,  Tərtər  və 
Xocavənd rayonlarının əraziləri mütəmadi olaraq düşünülmüş 
şəkildə  od  vurularaq  yandırılır.  Qeyd  edilməlidir  ki,  ölkələr 
arasında dövlət sərhədinin rejimi haqqında bir çox sazişlərdə 
nəzərdə  tutulur  ki,  əgər  sərhəd  yaxınlığında    yanğınlar  baş 
verərsə,  öz  ərazisində  yanğın  baş  vermiş  tərəf  belə  yanğının 
söndürülməsi  və  yanğının  sərhəddən  keçib  digər  dövlətin 
ərazisinə yayılmaması üçün bütün mümkün olan tədbirlərə əl 
atmasına borcludur. Lakin tamamilə əksi baş verir. İşğal olun-
muş Azərbaycan ərazilərində erməni tərəfinin özü qəsdən yan-
ğınlar  törədir.  Çox  guman  ki,  bütün  cəbhə  xətti  üzrə  erməni 
tərəfindən  törədilən  belə  yanğınlar  hərbi  məqsəd  güdür.  Ola 
bilər ki, ermənilər Azərbaycan ordusunun bütün hərəkətlərinin 
dəqiq izlənməsi üçün ərazinin təmizlənməsinə can atırlar. Belə 
qəsdən  törədilən  yanğınlar  həm  də Azərbaycanın  öz  nəzarəti 
altında olan ərazilərə də əhəmiyyətli zərər vurmuşdur. Yanğın-
ların nəticəsi kimi torpaq eroziyaya məruz qalır, bu ərazilərin 
unikal bitki və heyvan aləmi məhvolma təhlükəsi altına düşür. 
İşğalçı  Ermənistan  dövlətinin  planlı  şəkildə  təşkil  etdi-
yi  yanğınlar  işğal  altında  olan  minlərlə  hektar  əraziləri  əhatə 
etməklə yanaşı, eyni zamanda, Azərbaycanın digər ərazilərinə 
də yayılaraq ətraf mühitə əvəzolunmaz ziyan vurmuş, bir çox 
nadir bitki növləri tamamilə məhv edilmiş və əkin sahələri ya-
rarsız  hala  salınmışdır.  Təkcə  Ağdam  rayonunun  işğal  altın-
da olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, 
Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və 
Uzundərə,  Yeddixırman,  Şahbulaq  dağ  massivlərində  erməni 
hərbçiləri tərəfindən ümumilikdə 17457 ha otlaq sahəsi yandırıl-
mışdır. Yanğın zamanı “Qırmızı Kitab”a və Beynəlxalq Təbiəti 
Mühafizə İttifaqının “Qırmızı siyahı”sına düşmüş müxtəlif say-
da turac, qırqovul və gürzə məhv olmuşdur [54]. Bütövlükdə, 
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusu-
nun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 
96 min ha otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
77
www.elkhan-suleymanov.az
yanaraq  məhv  olmuş,  torpağın  üst  münbit  qatı  yararsız  hala 
salınmışdır.  İlkin  hesablamalara  görə,  təkcə  yanğınlar  zama-
nı ətraf mühitə bilavasitə vurulan zərərin miqdarı  223 milyon 
ABŞ dollarından (176 mln. AzN) artıq olmuşdur [55].
Ermənistanın  işğal  edilmiş  ərazilərdə  canlı  təbiətə  və, 
ümumiyyətlə,  bəşəriyyətə  qarşı  yönəlmiş  cinayət  əməlləri  ilə 
bağlı Azərbaycan  tərəfi Avropa  Vəhşi  Təbiətin  və  Təbii  Ətraf 
Mühitin  Mühafizəsi  üzrə  Bern  Konvensiyasının  baş  katibini, 
Biomüxtəliflik  üzrə  Konvensiyanın  icraçı  katibini,  BMT  İqlim 
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyini, Təbiətin 
və  Təbii  Sərvətlərin  Mühafizəsi  üzrə  Beynəlxalq  Birliyin  Pre-
zidentini rəsmi şəkildə məlumatlandırmış, işğalın aradan qal-
dırılması  və  təbiətə  qarşı  törədilən  cinayət  əməllərinin  qarşı-
sının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata 
keçirilməsinin zəruriliyi beynəlxalq təşkilatların diqqətinə  çat-
dırılmışdır. 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
78
www.elkhan-suleymanov.az
6. Ermənistanın işğalı nəticəsində Azərbaycana 
vurulmuş sosial-iqtisadi zərər 
Ermənistanın  silahlı  təcavüzü  və  Azərbaycanın  20% 
ərazisinin  işğalı  nəticəsində  bölgədə  yaranmış  fövqəladə  hu-
manitar vəziyyətlə yanaşı, həmin ərazilərdəki sənaye və kənd 
təsərrüfatı infrastrukturları məhv edilmiş, bütövlükdə ölkə iq-
tisadiyyatına külli miqdarda zərər vurulmuşdur.
İşğal olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye sahələri 
respublika  iqtisadiyyatında  mühüm  yer  tuturdu.  Burada  ye-
yinti,  yüngül,  tikinti  materialları  sənayeləri  üzrə  müəssisələr 
daha  çox  inkişaf  etdirilmişdi.  Göstərilən  sahələrin  bu  region-
da inkişafına güclü kənd təsərrüfatı xammal və yerli təbii eh-
tiyatlar müsbət təsir göstərirdi. İşğal edilmiş ərazilərin sənaye 
sahələrindən  ən  güclü  inkişaf  edənləri  yerli  əhalinin  ərzaqla 
təmin olunmasında mühüm əhəmiyyət kəsb edən yağ-pendir, 
şərabçılıq  və  qismən  də  yüngül  sənaye  sahələri  idi.  DQMV-
nin  sənaye  sahələri  tərkibi  və  inkişaf  səviyyəsinə  görə  keç-
miş Azərbaycan  SSR-nin  iqtisadi  regionları  arasında  dördün-
cü yeri tuturdu (Abşeron, Gəncə-Qazax, Naxçıvan MR). İşğal 
olunmuş  rayonların  sənaye  potensialı  əsasən Dağlıq  Qarabağ 
Muxtar Vilayəti ərazisində cəmlənmişdi. Sayca ən çox sənaye 
və  tikinti  müəssisələri  (137  müəssisə)  bu  vilayətin  ərazisində 
yerləşdirilmişdi.  İşğal  altında  olan  rayonların  bütün  sənaye 
məhsullarının 40%-ə  qədəri  və  yaradılmış əsas fondların  18,7 
%-i bu vilayətin və sənaye məhsulunun 5%-i, əsas fondların isə 
41%-i Füzuli və Ağdam rayonlarının payına düşürdü. Sənaye və 
tikinti sahəsində ikinci pilləni Ağdam və Füzuli inzibati rayon-
ları (sənaye məhsulunun 51%-i, əsaslı fondların 41%-i), yerdə 
qalan 5 inzibati rayonda - Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və 
Zəngilanda sənaye xeyli zəif inkişaf etmişdi. Azərbaycan SSR-
nin 1988-ci ildə ümumi sənaye məhsulunun 2,7 faizi, əsas fond-
ların isə 3,4 faizi işğal altında olan rayonların payına düşürdü.
İşğal  olunmuş  rayonların  ayrı-ayrı  sənaye  məhsullarına 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
79
www.elkhan-suleymanov.az
görə Dağlıq Qarabağ münaqişəsindən əvvəl Azərbaycan Res-
publikası üzrə xüsusi çəkisi belə olmuşdur: divar materialları - 
11,0%, tikinti əhəngi - 7,8%, tikinti materialları - 3,0%, ayaqqabı 
- 11,0 %, ət - 5,0%, konservlər - 6,9 %, inək yağı - 25,2%, şərab 
materialları - 35%, xam ipək - 13,5%, yun - 19.3%, mineral su 
- 15% və s. Həmin rayonlarda İstisu və Turşsu mineral su qab-
laşdırma müəssisələri, Dağlıq Qarabağ və Ağdamdakı mərmər, 
mişar daşı zavodları, çoxlu keyfiyyətli və hətta keçmiş SSRİ-də 
məşhur olan “Ağdam” tipli şərablar və digərlərini istehsal edən 
şərab zavodları, yağ-pendir müəssisələri, toxuculuq və ayaqqa-
bı fabrikləri, Qarabağ İpək Kombinatı və s. fəaliyyət göstərirdi. 
Bakıdakı müəssisələrinin 50-dən çox yeni filialı işğal olunmuş 
ərazilərdə  qalmışdır.  Ümumiyyətlə,  bu  regionda  310-dan  çox 
sənaye və tikinti obyektləri, o cümlədən 183-dən çox sənaye və 
127 tikinti müəssisələri qalmışdır.
Bununla  yanaşı,  regionda  güclü  kommunikasiya  xətləri 
və  obyektləri  yaradılmışdı.  Ermənistanın  hərbi  təcavüzü 
nəticəsində ümumi uzunluğu 25 min km olan avtomobil və tor-
paq yolları, ümumi uzunluğu 3984 metr olan 160 ədəd körpü, 
14,5 min km uzunluğunda elektrik xətləri, 2500 ədəd transfor-
mator, 2,3 min km su kəməri xətti, 2,0 min km qaz kəməri, ümu-
mi uzunluğu 240 km olan kanalizasiya xətti, 160 ədəd su tutar, 
34 ədəddən çox qaz paylayıcı qurğu, 35 min saylıq telefon stan-
siyası və s. dağıdılmışdır. Eyni zamanda 4 aeroport, Bakı-Ağ-
dam  və  Horadiz-Ordubad  dəmiryolu  xətləri,  Bakı-Xankəndi-
Naxçıvan qaz kəməri və s. işğal olunmuş ərazilərdə qalmışdır.
Qeyd  etmək  lazımdır  ki,  Ermənistanın  işğalı  altında  olan 
ərazilər Azərbaycanın iri kənd təsərrüfatı regionu idi. Əlverişli 
dağarası və dağətəyi düzənlikləri və hamar səthli yaylaqları olan, 
yaxşı rütubətlənən Kiçik Qafqazın işğal olunmuş hissəsi ölkədə 
kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrinin inki-
şafına geniş imkanlar yaradırdı. Kənd təsərrüfatının tərkibində 
taxılçılıq,  yem  istehsalı,  üzümçülük,  tütünçülük,  kartofçuluq, 
pambıqçılıq, heyvandarlıq və xüsusilə qoyunçuluq daha üstün 
yer tuturdu.

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
80
www.elkhan-suleymanov.az
Yuxarı  Qarabağın  qədimdən  inkişaf  etdirilən  üzümçülük 
sahəsinə 70-ci illərdən sonra daha böyük diqqət yetirildi. Üzüm-
çülük və şərabçılığın inkişafı ilə bağlı olaraq yeni texnikası və 
şərab zavodları olan ixtisaslaşdırılmış iri sovxoz-zavodlar yara-
dıldı. Regionda inkişaf etdirilən sahələrdən biri də tütünçülük 
idi. Ermənistanın təcavüzü nəticəsində həmin ərazidə fəaliyyət 
göstərən  bir  çox  kənd  təsərrüfatı  müəssisələri,  o  cümlədən, 
kolxozlar,  sovxozlar,  təsərrüfat  birlikləri  və  aqrofirmalar  öz 
fəaliyyətlərini dayandırmışdır.
İşğal olunmuş ərazilərdə 7296 ədəd hidroqurğu, 36 ədəd na-
sos stansiyası, 26 ədəd suvarma sistemi, 18 ədəd suvarma siste-
minin baş qurğusu, 1200 km təsərrüfatlar arası suvarma kanalı, 
5600 km təsərrüfatdaxili sistem sıradan çıxarılmış, 127,7 min ha 
keyfiyyətli suvarılan torpaq qalmışdır. 
Ermənistanın  işğal  etdiyi  ərazilərdə  həyata  keçirdiyi  et-
nik  təmizləmə  siyasəti  nəticəsində  məcburi  köçkünə  çevril-
miş  yüz  minlərlə  etnik  azərbaycanlı  öz  doğma  torpaqlarında 
yetişdirdikləri  kənd  təsərrüfatı  məhsullarından  məhrum  edil-
mişdir. Bundan əlavə, köçkünlərin müvəqqəti məskunlaşdıqları 
düzən ərazilər tamam başqa torpaq-iqlim şəraitinə və ona uy-
ğun  aqroqaydalarla  becərilən  kənd  təsərrüfatı  məhsullarına 
malikdir. Yeni ərazidə belə məhsulları becərmək onlara çox bö-
yük çətinliklər törədir. 
Qeyd  edilməlidir  ki,  Azərbaycan  Respublikasında  isteh-
sal  edilən  taxılın  14,3%-i,  üzümün  31,5%-i,  ətin  14,5%-i,  sü-
dün  17,1%-i,  yunun  19,3%-i  və  baramanın  17%-i  işğal  olun-
muş rayonların payına düşürdü. Özü də bu rayonlarda ekoloji 
cəhətdən  ən  təmiz  və  keyfiyyətli  kənd  təsərrüfatı  məhsulları 
yetişdirilirdi.
Ermənistan  təcavüzü  bu  rayonların  yüksək  inkişaf  etmiş 
heyvandarlıq  sahələrinə  daha  çox  ziyan  vurmuşdur.  Belə  ki, 
Azərbaycan  SSR-də  dağ  rayonlarının  sosial-iqtisadi  geriliyini 
aradan qaldırmaq məqsədi ilə əvvəlki illərdə həmin ərazilərə 
böyük  həcmdə  vəsait  yönəldilmiş,  vergilərin  həcmi  azaldıl-
mış,  şəxsi  həyətyanı  təsərrüfatlar  inkişaf  etdirilmişdir.  Bütün 

Erməni silahlı birləşmələri tərəfindən dağıdılmış 
infrastruktur, sosial, məişət obyektləri və yaşayış evləri

Erməni silahlı birləşmələri tərəfindən dağıdılmış 
infrastruktur, sosial, məişət obyektləri və yaşayış evləri

Erməni silahlı birləşmələri tərəfindən dağıdılmış 
infrastruktur, sosial, məişət obyektləri və yaşayış evləri

Erməni silahlı birləşmələri tərəfindən dağıdılmış 
infrastruktur, sosial, məişət obyektləri və yaşayış evləri

Erməni silahlı birləşmələri tərəfindən dağıdılmış 
infrastruktur, sosial, məişət obyektləri və yaşayış evləri

Erməni silahlı birləşmələri tərəfindən dağıdılmış 
infrastruktur, sosial, məişət obyektləri və yaşayış evləri

Erməni silahlı birləşmələri tərəfindən dağıdılmış 
infrastruktur, sosial, məişət obyektləri və yaşayış evləri

Erməni silahlı birləşmələri tərəfindən dağıdılmış 
infrastruktur, sosial, məişət obyektləri və yaşayış evləri

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
81
www.elkhan-suleymanov.az
bu tədbirlər dağ rayonlarında heyvandarlıq sahələrinin güclü 
inkişafına  səbəb  olmuşdur. Azərbaycan  rayonlarının  qəfildən 
və bir-birinin ardınca işğal edilməsi müharibə zonasından mal-
qara sürülərinin qabaqcadan çıxarılmasına imkan vermədi. Bu 
ərazilərdən kiçik qruplarla çıxarılan heyvanlar yol boyu aclıq 
və susuzluqdan tələf oldu.
Ermənistan  silahlı  qüvvələri  tərəfindən  Azərbaycan 
ərazilərinin  işğal  olunması  nəticəsində  311  kənd  təsərrüfatı 
müəssisəsi, o cümlədən 145 yeni yaradılmış, müasir texnika ilə 
təchiz  olunmuş  üzümçülük-şərabçılıq  müəssisəsi  və  xüsusilə, 
məşhur Qarabağ cins-cıdır atları yetişdirən Ağdam atçılıq sov-
xozu, 135 kolxoz və 31 təsərrüfatarası müəssisə dağıdılmışdır. 
Bununla yanaşı, 1365 avtomobil, 3425 əkin və qoşqu traktoru, 
taxıl və pambıq yığan kombaynlar, 7296 hidroqurğu, 62 su na-
sosu və suvarma aqreqatları, 1200 km təsərrüfatlararası suvar-
ma kanalı, 645,5 min ha kənd təsərrüfatına yararlı torpaq, 185,5 
min ha əkin sahəsi, 40 min ha cavan üzüm plantasiyası sıradan 
çıxarılmış, hər il orta hesabla 79,4 min ton taxıl, 20,5 min ton 
pambıq, 324, 3 min ton üzüm, 23,5 min ton kartof, və b. bitkiçilik 
məhsulları işğal nəticəsində toplanmamış, 313,1 min başdan çox 
iri buynuzlu mal-qara, o cümlədən 111,2 min baş inək və camış, 
1 milyon 98 min qoyun və keçi qarət edilmiş və Azərbaycanın 
hüdudlarından kənara sürülüb aparılmış, həmçinin 20 min ton 
ət, 75,5 min ton süd, 846 ton illik heyvandarlıq məhsulları iti-
rilmişdir. Azərbaycanın yay otlaqlarının 70%-i işğal zonasında 
qalmışdır.
Qeyd etmək lazımdır ki, hələ münaqişədən əvvəl Azərbaycan 
dövləti  dağ  rayonlarının,  o  cümlədən,  Dağlıq  Qarabağ  Mux-
tar  Vilayətinin  (DQMV)  məhsuldarlıq  qüvvələrinin  inkişaf 
etdirilməsi haqqında qərar qəbul etmişdir. Bununla bağlı ola-
raq, DQMV və hazırda Ermənistanın işğalı altında olan digər 
rayonların  ərazisində  geniş  miqyaslı  tikinti  işlərinə  başlanıl-
mışdır.  Burada  güclü  tikinti  təşkilatları  yaradılmış,  bölgəyə 
yeni maşın mexanizmləri və nəqliyyat vasitələri gətirilmişdir. 
Yerlərdə  güclü  tikinti  materialı  müəssisələri,  o  cümlədən, 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
82
www.elkhan-suleymanov.az
DQMV-də  mərmər  zavodu  tikilmişdir.  İşğal  nəticəsində  yeni 
tikintilər  üçün  gətirilmiş  bütün  bu  maddi-texniki  baza  məhv 
edilmiş və nəzərdə tutulan layihələr həyata keçirilməmişdir. 
Bundan  əlavə,  Azərbaycanın  cəbhəyanı  və  Ermənistan  ilə 
sərhədyanı rayonlarına da külli miqdarda birbaşa zərər vurul-
muşdur. Belə ki, Ermənistan ilə həmsərhəd olan rayonların bir 
çox məntəqələri tamamilə dağıdılmış, dinc əhali isə öz doğma 
yurdlarını tərk etməyə məcbur olmuş, bu rayonlarda olan sosi-
al-iqtisadi, mədəniyyət müəsisələri, sənaye və kənd təsərrüfatı 
obyektləri məhv edilmişdir. Ümumiyyətlə, Ermənistanın silahlı 
təcavüzü nəticəsində Azərbaycanın Naxçıvan Muxtar Respub-
likasına,  Ağstafa,  Ağcabədi,  Qazax,  Tovuz,  Gədəbəy,  Tərtər, 
Beyləqan rayonlarına külli miqdarda zərər vurulmuşdur.  
Ümumiliklə,  Ermənistanın  silahlı  təcavüzü  nəticəsində  iş-
ğal  edilmiş  Azərbaycan  ərazilərində  900-dən  artıq  yaşayış 
məntəqəsi  (şəhər,  qəsəbə,  kənd  və  s.),  ümumi  sahəsi  9,1  mln 
m
2
  olan  150  minə  yaxın  yaşayış  evi  və  mənzil,  4366  sosial-
mədəni təyinatlı obyekt, 7000 ictimai bina, 2389 sənaye və kənd 
təsərrüfatı obyekti, 1025 məktəb, 855 uşaq bağçası, 4 sanatoriya-
müalicə  kompleksi,  798  səhiyyə  müəssisəsi,  o  cümlədən 
695  xəstəxana  və  digər  tibb  müəssisəsi,  927  kitabxana,  1510 
mədəniyyət  müəssisəsi,  598  rabitə  obyekti  dağıdılaraq  məhv 
edilmişdir. Bundan əlavə, 5198 km avtomobil yolu, 348 körpü, 
286 km dəmir yolu xətti, 116 dəmir yolu körpüsü, 224 su anbarı, 
7568 km su xətti, 2000 km qaz kəməri xətti, 76940 km elektrik 
xətti dağıdılmışdır.
Göründüyü kimi, Ermənistanın silahlı təcavüzü nəticəsində 
bölgədə  fövqəladə  humanitar  vəziyyətin  yaranması, 
Azərbaycan  xalqının  tarixi  milli  mədəniyyət  abidələrinə,  re-
gionun təbii sərvətlərinə və ekoloji durumuna bərpa edilməsi 
mümkün olmayan dərəcədə dəymiş ziyanlarla bərabər, ölkəyə 
külli miqdarda sosial-iqtisadi zərər vurulmuşdur.

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
83
www.elkhan-suleymanov.az
7. Ermənistanın işğalı nəticəsində Azərbaycana 
dəymiş maddi zərərin ümumi miqdarı
Ermənistanın silahlı təcavüzü və 20% Azərbaycan ərazisinin 
işğalı nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olmuş, 
güllə və qəlpə yaraları nəticəsində müxtəlif dərəcəli əlilə çev-
rilmiş və şikəst olmuşdur. Bununla yanaşı, təcavüz nəticəsində 
yüz minlərlə vətəndaş öz doğma yurdundan didərgin düşərək, 
öz hüquq və azadlıqlarından məhrum edilmiş məcburi köçkün 
halına  düşmüş,  ölkədə  fövqəladə  humanitar  vəziyyəti  yaran-
mış,  minlərlə  azərbaycanlı  indiyədək  və  itkin  düşmüş  hesab 
edilir. Təcavüzün nəticələri heç bir Azərbaycan ailəsinə təsirsiz 
ötüşməmiş, demək olar ki, hər bir Azərbaycan ailəsinin üzvü 
Dağlıq Qarabağ müharibəsinin qurbanına çevrilmişdir. Belə bir 
şəraitdə, ölkədə yaranmış psixoloji və mənəvi durumu hər han-
sı bir vahid ilə qiymətləndirmək qeyri-mümkündür.
Bununla  yanaşı,  təcavüz  nəticəsində  Azərbaycan  xalqının 
milli  mədəniyyət  abidələri  qəddarcasına  dağıdılmış  və  dün-
ya  xalqları  mədəniyyətinin  tərkib  hissəsi  olan  Azərbaycan 
mədəni irsinə əvəzolunmaz zərər vurulmuşdur. Bu abidələrin 
qiymətlərini və onların dağıdılaraq məhv edilməsi nəticəsində 
Azərbaycan  xalqına  dəymiş  mənəvi  zərərin  miqyasını  təyin 
etmək praktiki olaraq mümkün deyil.
Silahlı təcavüz zamanı və o dövrdən keçən müddət ərzində 
işğal  altında  olan  Azərbaycan  ərazilərində  Ermənistanın 
cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri talan 
edilmiş,  bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilmiş, re-
gionun flora və faunasına, onun bioloji müxtəlifliyinə, bölgənin 
ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulmuşdur. 
Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində bölgəyə vurul-
muş  bu  zərəri  hazırda  tam  dolğunluğu  ilə  qiymətləndirmək 
mümkün deyil. 
Silahlı  təcavüz  və  işğal  nəticəsində  Azərbaycan  əhalisinə 
vurulmuş mənəvi zərərlə yanaşı, ölkəyə çox böyük miqdarda 
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə