AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ.
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ.
«MAGİSTRATURA MƏRKƏZİ»
Əlyazması hüququnda
VƏLİYEVA KÖNÜL NAZİM QIZI
“AZƏRBAYCANIN NEFT STRATEGİYASI VƏ ONUN XARİCİ
TİCARƏT ƏLAQƏLƏRİNƏ TƏSİRİ” MÖVZUSUNDA
MAGİSTR DİSSERTASIYASI
İstiqamətin şirifti və adı ii060401 Dünya iqtisadiyyatı
İxtisasın şirifti və adı Beynəlxalq ticarət
Elmi rəhbər Magistr proqramının rəhbəri
(A.S.A., elmi dərəcəsi və elmi adı) (A.S.A., elmi dərəcəsi və elmi adı)
Dos. i.e.f.d M.M.Məmmədli i.e.n. M.M.Aslanova
Kafedra müdiri prof. A.Ş.Şəkərəliyev
(A.S.A., elmi dərəcəsi və elmi adı)
BAKI - 2016
2
MÜNDƏRİCAT
GİRİŞ ...................................................................................................................3-6
I Fəsil. Azərbaycan iqtisadiyyatının formalaşmasında neft amilinin rolu
1.1.
Neft strategiyasının mahiyyəti və ölkə iqtisadiyyatının inkişafında onun
rolu.......................................................................................................................7-17
1.2.
Neft layihələrinin həyata keçirilməsinin sosial-iqtisadi inkişafa təsiri.......... 17-26
1.3. Neft layihələrinin həyata keçirilməsinin normativ-hüquqi əsasları…...……26-37
II Fəsil. Neft məhsullarından istifadənin müasir vəziyyəti və onun xarici ticarət
əlaqələrinə təsirinin qiymətləndirilməsi
2.1. Neft məhsullarının xarici ticarət əlaqələrinə təsirinin müasir vəziyyətinin
müqaisəli təhlili və onun qiymətləndirilməsi .......................................................37-50
2.2. Azərbaycanın xarici ticarət əlaqələrində neft və neft məhsullarının rolunun
artması....................................................................................................................50-59
III Fəsil. Azərbaycanın neft strategiyası və onun xarici ticarət əlaqələrinə
təsirinin təkmilləşdirilməsi
3.1. Neft və neft məhsulları ixracının persispektivləri və neft gəlirlərinin perspektiv
sahələrə yönəldilməsi............................................................................................60-71
3.2. Neft və neft məhsulları bazarının dövlət tənzimlənməsinin səmərəliliyinin
artırılması...............................................................................................................71-80
3.3. Neft və neft məhsulları ixracının tənzimlənməsinin təkmilləşdirilməsinin əsas
istiqamətləri və proqnozlaşdırılması......................................................................80-88
NƏTİCƏ VƏ TƏKLİFLƏR ..............................................................................89-90
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI ............................................91-92
РЕЗЮМЕ
.....................................................................................................................................93
SUMMARY…...........................................................................................................94
3
GİRİŞ.
Mövzunun aktuallığı: Azərbaycanın neft strategiyasının təməli 1994-cü il
sentyabırın 20-sində dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş
tariximizə ―Əsrin müqaviləsi‖ adı ilə düşmüş neft müqaviləsinin imzalnması ilə
qoyulmuşdur. Azərbaycanın neft strategiyası neft-qaz sənayesinin inkişafı üçün
planlaşdırılmış məqsəd və strategiyanın həyata keçirilməsinə istiqamətlənərək, dünya
iqtisadiyyatında ölkəmizin mövqeyinin tanıtmış, xarici iqtisadi əlaqələrin inkişafına
və genişlənməsinə töhfə vermişdir. Azərbaycanın neft strategiyasının özəyi, əsası
olan ―Əsrin müqaviləsi‖nin reallaşdırılması ölkəmizin inkişafına töhfə verəcək yeni
bir yol, istiqamət açdı. Neft strategiyası çərçivəsində reallaşdırılan ardıcıl tədbirlər,
mühüm infrastruktur layihələri, neft sektorunun sürətli inkişafı, ölkəmizin dinamik
sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaratmışdır. Milli Neft Strategiyasının
uğurla reallaşması şəraitində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə
istismarı və ixracı ildən ilə genişlənir və bunun sayəsində ölkəmizə valyuta daxil
olmaları sürətlə artmaqdadır. Ölkəyə neft gəlirlərinin axını ilə əlaqədar olaraq, milli
iqtisadiyyatın infrastrukturunun yenilənməsi, ayrı-ayrı sahələrin modernizasiyası
prosesləri intensivləşdirilmiş, neft sektoru inkişaf edərək ölkəmizi sürətli inkişafa
aparan lokomotivə çevirmişdir. Bu imkandan bəhrələnməklə, Azərbaycan
Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Neft
sektorundan gələn gəlirlər ölkəmizin həm neft, həm də qeyri-neft sektorunun inkişaf
etməsi üçün geniş imkanlar yaratmışdır.
Azərbaycanın həyata keçirmiş olduğu neft strategiyası ölkəmizin xarici ticarət
mövqelərinin şaxələnməsinə, ölkəmizin geoiqtisadi nüfuzunun artmasında şərait
yaratmışdır. Hazırda Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əməkdaşlığı edir.
Azərbaycan qonşu ölkələrdən Türkiyə və Gürcüstanın neft-qaz təminatınada
əhəmiyyətli rol oynayır. Hazırda Azərbaycan Avropanın eneji təhlükəsizliyini təmin
edəcək layihələr üzərində çalışır. «Şahdəniz» yatağında nəhəng qaz potensialının
aşkarlanması ölkəmizin neft-qaz strategiyasına növbəti konturlar gətirmiş, iqtisadi
təhlükəsizliyin möhkəmləndirilməsində yeni istiqamətin açılmasına səbəb olmuşdur.
Neft və qaz amili artıq iqtisadiyatın inkişafında əsas ―vasitəyə‖ çevrilmişdir. Bu
baxımdan seçdiyimiz mövzu günün aktual məsələlərdəndir.
Problemin öyrənilməsi səviyyəsi. Təməli Ümummilli Lider Heydər Əliyev
tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə
sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı
xarici investisiyalar cəlb edildi. Azərbaycan dünya miqyasınada tanınmağa başladı,
ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Neft
strategiyası çərcivəsində imzalanmış beynəlxalq sazişlər ölkəmizin təhlükəsizliyinin
4
təmin olunmasına, iqtisadiyyatın sürətli inkişafına, sosial-iqtisadi tərəqqiyə səbəb
olmuşdur. Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təminatçısına,
beynəlxalq layihələrin iştirakçısına, Cənubi Qafqaz regionunun ən zəngin və qüdrətli
ölkəsinə çevrilmişdir. Azərbaycan iqtisadiyyatının formalaşmasında neft amilinin
rolunu yüksək qiymətləndirən ölkəmizin bir sira alimləri
də bu problemi tədqiq
etmişdirlər.
Azərbaycanın
alimlərindən
X.B.Yusifzadə,
E.M.Rüstəmov,
Ə.N.Əlixanov, S.A.Orucov, Ə.B.Süleymanov, B.Ə.Hacıyev, Z.S.Abdullayev,
G.Z.Yüzbaşovanın, T.Ə.Paşayev və başqalarının elmi araşdırmaları mühüm yer tutur.
Müasir qloballaşma şəraitində Azərbaycanın neft strategiyasını inkişafı xarici
ticarət əlaqələrinmiz genişlənməsinə, şaxələndirilməsinə, ticarət dövriyyəsinin
artamsına, ölkəmizin dünya iqtisadiyyatına sürətli inteqrasiya etməsinə şərait yaradır.
Bu sahənin inkişaf qanunauyğunluqlarının dərk edilməsi və bu yolda qarşıya çıxan
problemlərin həlli yollarının axtarılması, göstərilən istiqamətdə elmi araşdırmaların
davam etdirilməsi zərurətini yaradır. Hazırda Azərbaycanın təbii qaz hasilatının
artması və ixrac perspektivləri ―Yeni Neft Strategiyası‖nın xarici ticarət
əlaqələrinin,
iqtisadi əlaqələrinin inkişaf etdirilməsində məqsədyönlü, effektiv və
çevik strategiyanın ölkəmizin gələcək inkişafında oynaya biləcəyi həlledici rol
mövzunun seçilməsini şərtləndirmiş və bu problemin tədqiq olunması zərurətini
müəyyən etmişdir.
Tədqiqatın əsas məqsədi və vəzifələri: Tədqiqatın əsas məqsədi neft strategiyasının
ölkə iqtisadiyyatının inkişafında rolunu müəyyənləşdirmək, neft layihələrinin həyata
keçirilməsinin hüquqi təminatı, neft layihələrinin həyata keçirilməsinin sosial-iqtisadi
inkişafa təsiri, neft və neft məhsulların ixracının xarici ticarət əlaqələrinə təsiri ilə
bağlı mövcud vəziyyətin öyrənilməsi və onun təkmilləşdirilməsi yollarının aşkar
edilməsi, milli inkişaf istiqamətlərinin və üsullarının araşdırılması və bütün bunların
konseptual qiymətləndirilməsi əsasında, milli iqtisadi mənafelər, baxımından konkret
təklif və tövsiyyələrin hazırlanması tədqiqat işinin əsas məqsədlərindəndir.
Neft stratefiyasının vəzifəsi isə xarici ticarət əlaqələrinə təsirinin müasir
vəziyyətinin qiymətləndirilməsi, strategiyasının həyata keçirilməsinin məqsədinin
inkişaf qanunauyğunluqlarının nəzəri-metodoloji təhlilinin həyata keçirilməsi, neft və
neft məhsullarının ixrac perspektivlərinin müəyyənləşdirilməsi, neft və neft
məhsulları ixracının tənzimlənməsi, neft və neft məhsullar ixracının tənzimlənmənin
təkmilləşdirilməsi, neft gəlirlərinin perspektiv sahələrə yönəldilməsi, neft və neft
məhsullar ixracının istiqamətləri və proqnozlaşdırılması və s aiddir.
Tədqiqatın predmeti və obyekti.
Tədqiqatın obyekti Azərbaycanın neft
strategiyasının mahiyyəti və ölkə iqtisadiyyatının inkişafında onun rolunun müəyyən
5
edilməsidir. Tədqiqatın predmeti neft və neft məhsullarının xarici ticarət əlaqələrinə
təsirinin qiymətləndirilməsidir.
Tədqiqatın nəzəri-metodoloji əsasları. İqtisaddiyyat elmi sahəsində tanınmış
alimlərin elmi əsərləri, prezidentin fərman və sərəncamları, problemlə bağlı mövcud
ideyalar, beynəlxalq neft sazişləri və müqavilələr eləcə də digər qanunvericilik
aktları dissertasiya işinin nəzəri-metodoloji əsasını təşkil edir. Tədqiqat prosesində
müqayisəli təhlil və ümumiləşdirmə, sistemli-struktur və sistemli-funksional, analiz
və sintez, induksiya və deduksiya və s. kimi metodlar, prinsiplərdən geniş istifadə
olunmuşdur.
Tədqiqatın informasiya bazası. Tədqiqatda informasiya bazasını Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamları, qanunlar, müvafiq dövlət
qurumlarının siyasət və hesabat sənədləri, Energetika Nazirliyinin, Dövlət Statistika
Komitəsinin, Dövlət Neft Fondunun, Azərbaycan Respublikasının Dövlət Neft
Şirkətinin, Azərbaycan Dövlət Gömrük Komutəsinin, Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin, və digər qurum və şirkətlərin rəsmi elektron-məlumat
bazaları, həmçinin müxtəlif elmi jurnalların, dövri mətbuatın və bu mövzu ilə
əlaqədar olan kitabların məlumatları təşkil edir.
Tədqiqatın elmi yeniliyi. Neft strategiyasının mahiyyəti və əhəmiyyəti
açıqlamışdır. Dissertasiyanın elmi yeniliyi aşağıdakılardır:
Tədqiqatda Azərbaycanın neft strategiyasının mahiyyəti və iqtisadi inkişafda
rolu araşdırılmışdır;
neft layihələrinin uğurları sistemləşdirilmişdir;
neft layihələrinin həyata keçirilməsinin normativ-hüquqi bazası araşdırılaraq
sistemləşdirilmişdir;
xarici ticarət əlaqələrində neft və neft məhsullarını rolu araşdırılmışdır.
neft məhsulları bazarının şaxələndirilmə istiqaməti, ixrac perspektivləri
dəyərləndirilmişdir;
neft gəlirlərinin azalması və dünya neft bazarında qiymətlərin düşməsi ilə
əlaqədar müqayisəli təhlillər aparılmışdır;
neft və neft məhsulları ixracının tənzimlənməsinin təkmilləşdirilməsinin əsas
istiqamətləri araşdırılmışdır;
neft sənayesinin şaxələndirilməsi məsələləri tədqiq edilmiş və bu istiqamətdə
əhəmiyyətli təkliflər işlənilmişdir;
Neft gəlirlərinin perspektiv sahələrə qeyri-neft sektoruna yönəldilməsi
istiqamətləri dəyərləndirilmiş, əhəmiyyətli təkliflər irəli sürülmüşdür və s.
6
Tədqiqatın praktiki
əhəmiyyəti. Neft strategiyasının əhəmiyyəti elmi
əsaslandırılmışdır. Neft strategiyasının xarici ticarət əlaqələrinə təsiri araşdırılmış,
müqaisəli təhlillər aparılmış, xarici ticarətdə neft və neft məhsullarının rolu
dəyərləndirilmiş və praktiki əhəmiyyətli konkret təklif və tövsiyələr irəli
sürülmüşdür. Dissertasiya işindəki araşdırma, təhlil və tövsiyələrdən müasir şəraitdə
yeni neft strategiyasının işlənilməsində, bu mövzuda növbəti araşdırmaların
aparılmasında istifadə oluna bilər.
Dissertasiyanın strukturu. Magistr dissertasiyası giriş, 3 fəsil, nəticə və təkliflər,
habelə istifadə edilmiş ədəbiyyat siyahısından, резюме, summary ibarət olmaqla 94
səhifə həcmindədir. Dissertasiyada 13 cədvəl, 3 diaqram, 4 qrafik, 1 şəkildən istifadə
edilmişdir.
7
I Fəsil. Azərbaycan iqtisadiyyatının formalaşmasında neft amilinin rolu.
1.1.
Neft strategiyasının mahiyyəti və ölkə iqtisadiyyatının inkişafında onun
rolu.
Neft müasir zamanda dünya düzənində zəruri istehsal, iqtisadi-maliyyə resursu,
sənaye potensialının əsas energetik komponenti olmaqla yanaşı, həm də bu resurs
potensialı dünya siyasətində başlıca strateji hərbi və diplomatik qüvvəyə çevrilməyə
imkan verən, siyasi-iqtisadi strategiyanın formalaşmasına və milli gücün mühüm
faktoru hesab edilməkdədir. Neft elə bir resursdur ki, o müasir cəmiyyətdə yüksək
qiymətləndirilir və bu resurs bütün istehsal sahələrinin
kimya, ərzaq, tikinti, kənd
təsərrüfatı və digər sənaye sahələrinin əsas tərkib hissəsinə çevrilmiş bir resursdur.
Belə ki, D.İ Mendeleyevdə də bu xammalın tərkibinə xüsusi yanaşmışdı onu təkcə
yanacaq-energetika məhsulu kimi dəyərləndirməmişdi. Karbohidrogen ehtiyatları
adlanan neft və təbii qazdan 2000-dən çox müxtəlif adda (maye yanacaqlar, üzvü
turşular, spirtlər, sintetik kauçuk, zəhərli maddələr, suni liflər, plastik materiallar,
sintetik yağ, partlayıcı maddələr, gübrə, dərman preparatları) maddələr istehsal
edilir. Neft və qazın böyük iqtisadi əhəmiyyəti vardır və iqtisadiyyatın elə bir sahəsi
yoxdur ki, orada bu və ya digər formada neft məhsullarından və təbii qazdan istifadə
edilməsin. Beləliklə, neft məhsulları hazırda heç bir xammalla əvəz olunmayan təbii
sərvət olaraq qalır və yeni enerji mənbələri yaradılana kimi neft məhsullarından
istifadə ediləcəkdir.
Onu da qeyd edək ki, insanların məişətdə və ictimai
təsərrüfatlarda bütün yanacaq növlərindən ən çox istifadə etdikləri neft məhsulları,
daş kömür və torfdur. OPEK-in hesablamalarına görə dünya enerji balansının üçdə
biri neftin payına düşür.
Dьnyanэn əsas enerji təchizatcэlarэ (OPEK-in proqnozlarэ) Qrafik 1.
Mənbə: OPEC - World Oil Outlook 2014, s 48.
Həcmi, mln barel
6
/gün
Illərdəki
dəyişikliklək
%-
lə
%-
lə
2008
2010
2020
2030 2008–2030
2008
2010
2020
2030
Neft
80.9
80.4
89.9
97.6
0.9
35.7
35.0
32.7
30.2
Kцmьr
64.8
66.2
80.1
92.1
1.6
28.6
28.8
29.2
28.5
Qaz
51.4
52.1
64.5
79.1
2.0
22.7
22.7
23.5
24.5
Ataom enerjisi
14.4
14.7
16.9
20.7
1.7
6.3
6.4
6.2
6.4
Hidroenerji
5.5
5.8
7.3
9.0
2.3
2.4
2.5
2.7
2.8
Bioyanacaq
8.6
9.2
12.9
17.5
3.3
3.8
4.0
4.7
5.4
Digəriləri
1.3
1.5
3.2
6.8
7.8
0.6
0.7
1.2
2.1
Cəmi
226.8
229.9
274.8
322.9
1.6
100.0
100.0
100.0
100.0
8
Dünyanın şərti yanacaq ehtiyatları bölgüsündə neft və təbii qaz 27% paya
malikdir. Bu müvafiq daş-kömür ehtiyatlarından 2 dəfədən də azdır. Lakin bununla
belə istehsalda və hasilatda fərqli mənzərə mövcuddur. Burada neft və qazın həcmi
67-70% təşkil edərək daş-kömür hasilatından 2 dəfə çoxdur. Neftin və qazın dünyəvi
ehtiyatları haqqında məlumatlar müxtəlifdir. Bu da ehtiyatlarlar amilinin dəyişkənliyi
və dinamikliyi ilə izah edilir. Son onilliklərdə güclənən axtarış-kəşfiyyat işləri,
innovasion naliyyətlər ehtiyatlar potensialının artımına xeyli təsir göstərmişdir. XX
əsrin sonunda dəqiqləşdirilmiş məlumatlarda dünya neftinin həqiqi ehtiyatları 136
milyard ton, kəşf edilmiş ehtiyatlar 900 milyard ton təşkil edir. Təbii qaz ehtiyatları
isə 141 trilyon kubmetr hesablanır. Əsas neft istehsalçıları və ixraçatcılarını təmsil
edən OPEK ölkələri dünya neft ehtiyatlarının 77%, qaz ehtiyatlarının 41%-ə
malikdir. Neft-qaz resurslarına tələblərin neçə illər ödənəcəyi haqqında mülahizələr
də müxtəlifdir. Bunun da ən azı 50 il, ən çoxu isə 2-3 əsr sürəcəyi ehtimal edilir.
Dünyada neft-qaz hasilatı hər il artmaya məruz qalır. Regional bölgüdə Yaxın Şərq
ölkələri liderlik edir. Burada ehtiyatların həcmi 90 milyard ton hesablanır. Yaxın Şərq
ölkələri hər il 900-950 milyon ton neft çıxararaq hasilatda da liderlik edirlər. Böyük
neft ehtiyatları Amerika qitəsində, Avropada və Afrikada yetərincədir. Son illər
Avstraliyada da xeyli miqdarda yeni neft-qaz resursları kəşf edilmişdir. Dünya neft
ehtiyatlarının cəm olduğu ən böyük ölkə Səudiyyə Ərəbistanıdır. Burada dünya neft
ehtiyatlarının 1/4-i cəmləşmişdir. Neft-qaz ehtiyatları hazırda quru yataqlarda
istismar edilməklə yanaşı, həm də dənizdə hasil edilir. Dəniz şelfində indi 2000-dən
çox neft-qaz yatağı aşkarlanmışdır. Dünyanın şərti yanacaqdan istifadəyə ehtiyacları
hər il artmaqdadır.[1.s 91]
Dərin mənəvi, mədəni, elmi iqtisadi, potensiala, əlverişli coğrafi-siyasi mövqeyə
malik Azərbaycan həm də özünün müxtəlif təbii sərvətləri ilə xüsusən də neft-qaz
ehtiyatları ilə zəngindir. Bu potensiala malik olmamız uzun əsrlər xalqımızın rifahına
xidmət etmişdir. Azərbaycanın neft sənayesi və onun ―Neft strategiyası‖nın
yaranması dövrünədək keçdiyi tarixi yola qısaca nəzər salaq:
Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və
səyyahlarının əsərlərində rast gəlinir və bu məhsulun böyük gəlirlər gətirdiyi
söylənilmişdir.
Dünyada ilk qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin
sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə
Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda
―qara qızılın‖ sənaye üsulu ilə çıxarılmasının ilin təməli olmuşdur. 1901-ci ildə
Azərbaycan 11,5 mln ton neft hasil edərək dünyada birinci yerə çıxmışdır.
XIX əsrin
70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını
müşahidə edilmişdir. Ölkədə əsil neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərində
9
geniş vüsət almışdır. 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr
məsafədə o zaman üçün nadir yataq sayılan ―Neft Daşlarında‖ vuran fontan dənizdə
neftçıxarmanın yeni mərhələsinin əsası qoymuşdur. Dünyada ilk dəfə olaraq açıq
dənizdə neft çıxarmağa başlamış ölkə Azərbaycan olmuşdur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox
çətinliklərlə üzləşmişdir. Erməni işğalşıları tərəfindən müharibəyə təhrik edilmişdi,
ölkə müharibə vəziyyətində idi. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan
Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-
sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi nəticəsində neft
və qaz sənayesi də ağır vəziyyətə düşmüşdü. 1993-cü ildə Heydər Əliyevin ölkə
rəhbərliyinə qayıdışından dərhal sonra qısa müddət ərzində sabitlik bərpa olundu,
ölkənin iqtisadi durumunu yaxşılaşdırılması üçün addımlar atılmağa başlandı.
Mövcüd vəziyyətdə ölkəni çətinlikdən çıxarmağın ən optimal yolunu düzgün və
dəqiq müəyyənləşdirən Heydər Əliyev neft sənayesini seçdi və respublikaqmızın həm
iqtisadi, həm də diplomatik inkişafında bu yol xalqımızın uğurlu gələcəyinə işıq salan
bir addım olmuşdu. Həmin dövrdəki çətinliklər(maliyyə, texniki və digər) problemlər
"Azəri", "Çıraq", "Günəşli" kimi yataqların işlənməsinə imkan vermirdi. Neft
sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen
ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Ya 15-20
il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici
neft şirkətlərini dəvət etmək. Əslində o dövrdə bu işin öhtəsindən gəlmək çox ağır
bir məsələ idi beləki xarici investorlar, kapital sahibləri Azərbaycana çox riskli dövlət
kimi baxılırdılar. Lakin milli lider Heydər Əliyevin qətiyyəti, apardığı uğurlu neft
diplomatiyası ilə bu işin öhtəsindən gəldi və iri xarici neft şirkətlərini Azərbaycana
dəvət etmək qərarına gəldi. ―Yeni neft strategiyası‖ tez bir vaxtda işlənib hazırlandı.
Azərbaycanın
neft strategiyası neft-qaz sənayesinin inkişafı üçün
planlaşdırılmış məqsəd və strategiyanın həyata keçirilməsini nəzərdə tutur. Neft
strategiyasının mahiyyəti əsəs neft sənayesi istiqamətində həyata keçirilmiş və ya
keçiriləcək layihə, proqram və tədbirlər toplusunu xarakterizə edir. Strategiyasının
mahiyyəti özündə sahənin bütün mövcud potensialını(elmi-texniki potensialı və onun
istehsal-satış imkanlarını nəzərə alır) və onun gələcək gücünü perspektivliyini,
likvidliyini qiymətləndirmək, mühitin təhlilini, öyrənilməsini, səmərəlilik həddini,
maliyyə imkanlararının aşkarlanmasını xarakterizə edən imkanlar məcusunu
şərtləndirir. Sahənin iqtisadi siyasətinin işlənib hazırlanması aşağıdakıları nəzərdə
tutur:
1.
sahənin və onun ayrı-ayrı struktur bölmələrinin strateji məqsəd və vəzifələrinin
formalaşdırılmasını və əsaslandırılmasını;
10
2.
sahənin istehsal-təsərrüfat fəaliyyətinin güclü müsbət və zəif qüsurlu tərəflərinin
müəyyənləşdirilməsini və araşdırılmasını. Sahənin istehsal-təsərrüfat fəaliyyətinin
araşdırılmasında ən mühüm vəzifə, tapşırıq və sifarişlərin yerinə yetirilməsi
yekunlarının qiymətləndirilməsi, tapşırıq və normativlərdən kənarlaşmaya səbəb
olan amillərin müəyyənləşdirilməsi və ölçülməsi, istehsaldaxili ehtiyatların aşkara
çıxarılması və səfərbərliyə alınması, elmi cəhətdən əsaslandırılmış proqramların
işlənib hazırlanması üşün tələb olunan informasiyanın hazırlanmasından ibarətdir;
3.
sahənin mövcud və gələcəkdə mümkün olacaq istehsal-təsərrüfat fəaliyyətinin son
nəticələrinin qiymətləndirilməsini və istehsal-təsərrüfat fəaliyyətinin son
nəticələrinin səmərəliliyini, ictimai tələblərə və ehtiyaclara uyğun gəlməsini ifadə
edir. Sahə miqyasında istehsal-təsərrüfat fəaliyyətinin son nəticələrini əks etdirən
ən mühüm göstəricilər, müqavilələr üzrə malgöndərmə tapşırıqlarının tam yerinə
yetirilməsindən, əmək kollektivinin sərəncamına daxil olan mənfəətin təsərrüfat
hesablı gəlirin həcmindən, əmək, material və maliyyə ehtiyatlarından istifadənin
səmərəliliyindən ibarətdir;
4.
sahənin mikro və makro mühitinin təhlilini, öyrənilməsini və praktikada ondan
geniş istifadə olunmasını. Mikro mühitdə olan sahəyə və müştərilərə xidmət
göstərilməsi
imkanlarına
bilavasitə
aidiyyəti
olan
qüvvələrlə,
yəni
malgöndərənlərlə, müştərilərlə, vasitəcilərlə, rəqiblər və ünsiyyət auditoriyaları ilə
əlaqədardır. Makromühit isə mikromühitə təsir göstərən geniş sosial planlı
qüvvələrlə, məsələn, demoqrafik, iqtisadi, təbii, elmi-texniki, siyasi və mədəni
xarakterli amillərlə ifadə olunur;
5.
sahənin
istehsal-təsərrüfat
fəaliyyətinin
inkişaf
alternativlərinin
müəyyənləşdirilməsini;
6.
sahənin illik büdcəsinin tərtib edilməsini.
Bilirik ki, hər bir strategiya konkret məqsədə xidmət etdir və əgər sahənin
istehsal-təsərrüfat fəaliyyətinin məqsədi dəyişilərsə, onun strategiyası da
dəyişilməlidir.
Məqsədin müəyyənləşdirilməsi - konkret idarəetmə səviyyəsində
idarəcilik qərarlarının qəbul edilməsi deməkdir. Bu, müvafiq strateji vəzifələrin
işlənib hazırlanmasını tələb edir. Sahənin ümumi və spesifik məqsədləri fərqləndirilir.
Ümumi məqsədlər sahənin gələcək dövrlərdəki inkişaf perspektivlərini özündə əks
etdirir. Aşağıdakı göstəricilərdən istifadə etməklə sahənin ümümi məqsədlərini
müəyyənləşdirmək mümkündür:
1.
Sahənin optimal rəqibinin müəyyən edilməsi üzrə: satış həcminin artma tempi;
mənfəət norması və istehsalın rentabellik səviyyəsi, vahid səhmdən əldə edilən
gəlir, kapitalın strukturu; səhmin qiyməti, dividendin səviyyəsi, əmək haqqının
ödənilməsi fondunun həcmi, məhsulun rəqabət qabiliyyəti;
11
2.
Sahənin dayanaqlı vəziyyətinin, pozisiyasının təmin edilməsi üzrə: elmi-tədqiqat
işlərinin həyata keçirilməsinə və yeni növ məhsulların işlənib hazırlanmasına sərf
edilən xərclərin məbləği, istehsal xərclərinin azaldılması faizi, buraxılan
məhsulların bazar qabiliyyətliliyinin artırılması, yeni əlverişli bazarların axtarılıb
tapılması, yeni satış bazarlarının layihələşdirilməsi, sahənin xarici-iqtisadi
fəaliyyətinin təşkili və onun səmərəlilik dərəcəsi, investisiya qoyuluşunun həcmi;
sahənin əmək resursları ilə təminatı, sosial məsələlərin həllinə yönəldilən vəsaitin
həcmi və sair;
3.
Sahənin yeni fəaliyyət növünün və inkişaf istiqamətinin işlənib hazırlanması üzrə:
sahənin struktur siyasətinin işlənib hazırlanması, yeni məhsul növlərinin
yaradılması və mənimsənilməsi; səhmlərin həcminin müəyyən edilməsi;
Sahənin spesifik məqsədləri, onun ümumi məqsədləri əsasında müəyyənləşdirilir.
Sahənin spesifik məqsədlərinə aşağıdakılar aiddir:
sahənin hər bir struktur bölməsi üzrə rentabelliyin təmin edilməsi üzrə məqsədlər
ozundə məhsul iş, xidmət satışından əldə edilən mənfəətin səviyyəsini, mənfəət
normasını, mənfəətin illik artım tempini, vahid səhmə görə dividendin kütləsini
əks etdirir;
elmi-tədqiqat işləri üzrə məqsədlər - yeni növ məhsulların yaradılması və
mənimsənilməsi, buraxılan məhsulların bazarın tələblərinə uyğunluq dərəcəsinin
müəyyənləşdirilməsi, istehsalın texniki-iqtisadi səviyyəsinin təkmilləşdirilməsi və
yaxşılaşdırılması üzrə işləri əhatə edir;
məhsul satışı üzrə məqsədlər - müəyyən satış həcminə nail olmağı, bazarda
məhsul satışı həcminin artırılmasını, yeni məhsul növlərinin mənimsənilməsini,
bölgü üzrə tələblər sistemini nəzərdə tutur;
istehsal üzrə məqsədlər - özündə mövcud maddi-texniki, əmək və maliyyə
resurslarından daha səmərəli istifadə edilməsini təmin edən normativ göstəricilərin
müəyyənləşdirilməsini, müxtəlif proqramların işlənib hazırlanmasını, istehsal
xərclərinin azaldılmasını və məhsulun keyfiyyəti üzərində nəzarətin təşkilini,
mövcud məhsulların təkmilləşdirilməsini və yeni növ məhsullar buraxılışının
təmin olunmasını, mənfəətin bölüşdürülməsinin konkret forma və metodlarının
işlənib hazırlanmasını, vergiqoymanın minimumlaşdırılmasını və sairi əks etdirir.
Strategiyanın işlənib hazırlanmasının və həyata keçirilməsinin mahiyyəti sahənin
istehsal-təsərrüfat fəaliyyətinin daha da inkişaf etdirilməsinin müxtəlif, alternativ
variantları içərisindən ən səmərəli variantı seçib onun istehsal-təsərrüfat fəaliyyətini
həmin istiqamətə yönəltməkdən ibarətdir. Bütövlükdə sahənin strategiyasının işlənib
hazırlanması yuxarı idarəetmə pillələrində həyata keçirilir və aşağıdakı vəzifələrin
həllinə xidmət edir:
12
I. SOCAR-ın strateji məqsədinin işlənib hazırlanması - uzun dövr ərzində SOCAR-in
iqtisadi inkişafının ümumi istiqamətlərini müəyyən edir və iri miqyaslı vəzifələrin
həllini nəzərdə tutur. Müasir dövrdə SOCAR-ın strateji məqsədi istehsalın və ictimai
həyatın bütün tərəflərinin kökündən yeniləşdirilməsinə yönəldilmişdir. Həyata
keçirilməkdə olan iqtisadi məqsədi bütün aspektlərdə - iqtisadi, sosial, siyasi və
mədəni aspektlərdə bazar iqtisadi sisteminin mütərəqqi xarakterini dolğun açıb
göstərməkdən ibarətdir;
II. SOCAR-ın mövcud imkanlarının və ehtiyatlarının qiymətləndirilməsi - ən yeni
texnika və ondan maksimum istifadə əsasında istehsalın intensivləşdirilməsinin və
şirkətin sosial-iqtisadi inkişafının sürətləndirilməsinin mühüm zəminidir. İmkan və
ehtiyatların həcmi fiziki vahidlə, yaxud dəyər ifadəsində, dövriyyəsinin sürəti isə
istehsalı təmin etmə günləri ilə ölçülür;
III. SOCAR-ın marketinq fəaliyyəti sahəsindəki meylin təhlili - aşkar edilmiş
qüsurları aradan qaldırmağa və bu sahədəki ehtiyatlardan istifadəyə yönəldilən
qərarların qəbul edilməsi və həyata keçirilməsinə imkan verir. Digər tərəfdən,
marketinq fəaliyyətinin təhlili iş keyfiyyətinin və effektivliyinin yüksəldilməsində
mühüm rol oynayır. Bazar iqtisadiyyatına keçid dövründə müəssisə və sahələrin
müstəqilliyinin genişləndirilməsi, öz xərcini ödəmə və özünü maliyyələşdirmə
prinsiplərinə keçirilməsi istehsal ehtiyatlarının aşkara çıxarılmasında, rentabelliyin
təmin olunmasında, səmərəsiz məsrəflərin və itgilərin aradan qaldırılmasında təhlilin
rolunu artırır;
IV.
SOCAR-ın
strateji strategiyasının alternativ yolunun, istiqamətinin
qiymətləndirilməsi - bu və ya digər istehsal-təsərrüfat fəaliyyətini həyata keçirmək
ücün mövcud xərclərin sərf olunmasının iqtisadi cəhətdən nə dərəcədə əlverişli olub-
olmamasının müəyyənləşdirilməsi zəruriliyindən doğur. Başqa sözlə, mövcud iqtisadi
ehtiyatları mümkun təsərrüfat fəaliyyətlərindən hansına yönəltmək məsələsi meydana
çıxdıqda alternativ strategiyanı müəyyənləşdirmək lazım gəlir;
V. Perspektiv dövr üçün strategiyanın müəyyənləşdirilməsi – dövlət tərəfindən
sahədə iqtisadi və sosial inkişafın istiqamətləri əsasında SOCAR ilə xarici dövlətlərin
aparıcı neft şirkətləri arasında bağlanmış kontraktları nəzərə almaqla işlənib
hazırlanır. Elmi-texniki tərəqqinin sürətləndirilməsi, iri miqyaslı proqramların və
sahənin struktur cəhətdən yenidən qurulmasına dair tədbirlər sisteminin həyata
keçirilməsi şəraitində perspektiv dövr üçün neft strategiyanın rolu xeyli dərəcədə
artır;
VI. Operativ proqramların və onlara müvafiq büdcələrin işlənib hazırlanması -
istehsal prosesinin bütün pillələrinin fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsinə və
uzlaşdırılmasına, bütün istehsal bölmələrinin mümkün ola biləcək fasilələrinin
qarşısını almağa, ahəngdar işin və məhsul buraxılışının birqərarlılığının təmin
etməyə, iş yerlərinin xammal, material, yanacaq və enerji ilə təhciz etməyə imkan
13
verir. Müasir hesablama texnikasının tətbiqi və avtomatlaşdırılmış idarəetmə
sistemlərinin yaradılması və tətbiqi operativ proqramların işlənib hazırlanmasının
səmərəliliyini xeyli artırır;
VII. Konkret meyarların vasitəsi ilə SOCAR-ın istehsal fəaliyyətinin son nəticələrinin
qiymətləndirilməsi - sahənin istehsal-təsərrüfat fəaliyyətindəki müsbət və qüsurlu
cəhətləri aşkar etməyə və sahənin iqtisadi inkişafına dair düzgün idarəetmə qərarların
qəbul edilməsinə imkan verir.
Yuxarıda göstərilən vəzifələrin həll edilməsi üçün sahənin strategiyasının işlənib
hazırlanması prosesində aşağıdakılar həyata keçirilir:
1.
sahənin mövqeyinin möhkəmləndirilməsini, kommersiya, texnoloji və sosial
sahəsinin inkişafını təmin edən sahədaxili və sahəxarici amillər təhlil edilir;
2.
sahənin iqtisadi inkişafının alternativ variantları işlənib hazırlanır və onların
arasında ən səmərəli, optimalı seçilir;
3.
sahənin iqtisadi inkişafı üçün müvafiq idarəetmə qərarları qəbul edilir.
Sahənin iqtisadi inkişaf strategiyasının bazar, planlaşdırma, nəzarət, yüksəliş,
marketinq, xarici bazara çıxmaq növləri vardır. Sahənin bazar strategiyası - sahə
tərəfindən buraxılan məhsulların rəqabətqabiliyyətinin yüksəldilməsinə, konkret növ
məhsul və texnologiyanın işlənib hazırlanmasına xidmət edir. Planlaşdırma
strategiyası - sahənin məqsəd və vəzifələri, onun potensial imkanları və şansları
arasında strateji uyğunluğun yaradılmasının və qorunub saxlanılmasının idarə
edilməsi prosesidir. O, sahənin proqramına, məqsəd və vəzifələrin mövcudluğuna və
artım strategiyasına istinad edir. Planlaşdırma strategiyası planlaşdırma sahəsində
çalışan menecerləri, təsərrüfat rəhbərlərini daim gələcək haqqında düşünməyə
həvəsləndirir, sahənin səylərinin daha dəqiq əlaqələndirilməsinə imkan verir, nəzarət
üçün əlverişli şərait yaradır, sahəni öz məqsəd və vəzifələrini daha düzgün
müəyyənləşdirməyə məcbur edir, sahəni gözlənilməz dəyişikliklərə qarşı daha
hazırlıqlı edir və bütün menecerlərin, rəhbər şəxslərin vəzifələrinin qarşılıqlı əlaqəsini
daha aydın şəkildə nümayiş etdirir. Nəzarət - sahənin proqramları çərcivəsində əldə
edilmiş nəticələrin ölçülməsi, təhlili və müvafiq düzəlişlərin aparılması deməkdir.
Strategiyanın nəzarət sistemi sahənin fəaliyyətinin səmərəli və təsirli olduğunu
müəyyənləşdirmək üçündür. Nəzarət strategiyasının aşağıdakı üç tipi vardır və onlar
aşağıdakılardır:
1.
illik proqramların yerinə yetirilməsinə nəzarət. Prosesinin həyata keçirilməsində
məqsəd şirkətin konkret il üçün nəzərdə tutulmuş satış, mənfəət və sair məqsədli
parametrləri həqiqətən əldə etdiyinə əmin olmaqdır. İllik proqramların yerinə
yetirilməsinə nəzarət zamanı bəzi suallara, o cümlədən biz nəyə nail olmaq
istəyirik?, nə baş verir?, bu nəyə görə baş verir? və vəziyyəti düzəltmək üçün nə
etmək lazımdır? suallarına cavab müəyyənləşdirilir;
14
2.
mənfəətliliyə nəzarət - ayrı-ayrı əmtəələr, ərazilər, bazar seqmentləri, ticarət
kanalları və müxtəlif həcmli sifarişlər üzrə öz fəaliyyətinin rentabelliyini
yoxlamağı nəzərdə tutur. Bu, müxtəlif əmtəələrin istehsalını, bu və ya digər
istehsal fəaliyyətini genişləndirmək, hansı istehsal xərclərini ixtisar etmək, yaxud
tamamilə aradan qaldırmaq haqqında qərarın qəbul edilməsinə imkan verir;
3.
strateji nəzarət - vaxtaşırı olaraq sahənin ümumi istehsal nəticələrini
qiymətləndirməyə imkan verir.
Sahənin yüksəliş strategiyası - hansı istehsalların dayandırılmasının, öz
qüvvələrini hansı sahələrə yönəldilməsinin arzu olduğunu aşkar etməyə
yönəldilmişdir. Yüksəliş strategiyasını aşağıdakı üç səviyyədə aparılmış təhlil
əsasında işləyib hazırlamaq olar:
Hazırkı fəaliyyət miqyası daxilində sahənin istifadə edə biləcəyi imkanlar aşkar
edilir. Buna intensiv artım imkanları deyilir. İntensiv artım imkanları sahənin öz
mövcud əmtəələrinə xas olan imkanlardan axıradək istifadə edildiyi hallarda özünün
doğruldur. İntensiv artımın əsas istiqamətlərinə aiddir:
bazara dərindən daxil olma - sahənin daha düşünülmüş strategiyası sayəsində
mövcud əmtəələrin konkret bazarda satışının artırılması yollarının axtarılması
deməkdir;
bazar hüdudlarının genişləndirilməsi - mövcud əmtəələrin yeni bazarlara
çıxarılması sayəsində satışı artırmaq üçün göstərdiyi cəhdlərdir;
əmtəənin təkmilləşdirilməsi - sahənin mövcud bazarlarında satılan əmtəələrin
möhkəmləndirilməsi və ya yerlərinin yaradılması hesabına satış həcmini artırmaq
cəhdidir.
Sahənin əsas fəaliyyət sahələrinin digər sahələrlə birləşdirilməsi imkanları
müəyyənləşdirilir. Buna birgə artım imkanları deyilir. Birgə artım imkanları fəaliyyət
sahəsinin möhkəm mövqeyi və ya sahə daxilində reqressiv (geriyə doğru), mütərəqqi
(irəliyə doğru) və üfüqi istiqamətdə hərəkət hesabına əlavə fayda götürülməsinin
mümkun olduğu hallarda özünü doğruldur. Odur ki, birgə artım imkanlarının
aşağıdakı üç növünü fərqləndirirlər:
??? reqressiv birləşmə - şirkətin malgöndərəninin sahibkarına çevrilməsi və ya onları
daha ciddi nəzarət altına almaq cəhdlərindən ibarətdir;
??? tərəqqi birləşmə - şirkətin bölgü sistemini öz mülkiyyətinə keçirmək və ya ona
nəzarəti daha da gücləndirmək üzrə göstərdiyi səylərdir;
??? üfüqi birləşmə - şirkətin bir sıra rəqib şirkətləri öz mülkiyyətinə keçirmək və ya
ciddi nəzarət altına almaq cəhdləridir.
??? sahənin hüdudlarından kənarda açılan imkanlar aydınlaşdırılır. Buna
diversifikasiya artımı imkanları deyilir. Diversifikasiya artımı imkanları
sahədaxilində şirkətin iqtisadi artımına imkan olmadıqda və ya bu sahə
15
hüdudlarından kənarda iqtisadi artımın daha cazibədar olduğu hallarda özünü
doğruldur.
Marketinq strategiyası - təşkilat vahidinin öz marketinq vəzifələrinin həlli üçün
istifadə etdiyi səmərəli, məntiqi nəzəriyyədir. O, özündə məqsədli bazarlar, marketinq
kompleksi və marketinq xərcləri səviyyəsi üzrə konkret strategiyaları birləşdirir.
Marketinq strategiyası sahənin əsas qüvvələrinin cəmləşdiriləcəyi bazar seqmentlərini
dəqiq göstərməlidir. Bu seqmentlər verilən üstünlüklərə, cavab reaksiyasına və gəlir
səviyyəsinə görə bir-birindən fərqlənirlər. Sahə öz səylərini və qüvvələrini rəqabət
baxımından daha yaxşı xidmət göstərə biləcəyi seqmentlərdə cəmləşdirərsə, daha çox
mənfəət əldə etmiş olar.
Xarici bazara çıxmaq strategiyası - müasir dövrdə ən mühüm strategiyalardan
biridir. Xarici ölkələrdə satışı təşkil etmək qərarına gəlməkdən öncə sahə beynəlxalq
marketinq mühitinin xüsusiyyətlərini dəqiq öyrənməli, beynəlxalq ticarət sisteminə
xas olan məhdudiyyətlərdən və imkanlardan baş çıxarmalıdır. Adətən, xarici bazara
çıxmaq strategiyası özündə aşağıdakı üç strategiyanı birləşdirir:
1.
ixrac strategiyası - xarici bazarda fəaliyyətə başlamağı təmin edir. İxracatın qeyri-
müntəzəm və fəal növlərini fərqləndirirlər. Qeyri-müntəzəm ixraca cəlb
olunmanın passiv formasıdır və bu zaman sahə hərdən bir öz artıq mallarını ixrac
edir və onları xarici müəssisələri təmsil edən yerli müəssisələrə satır. Fəal
ixracatda isə sahə öz qarşısına konkret bazarda ixrac əməliyyatlarını
genişləndirmək məqsədini qoyduğu hallarda baş verir. Hər iki halda sahə bütün
mallarını öz ölkəsində istehsal edir. Sahə onları xarici bazara həm modifikasiya
olunmuş, həm də modifikasiya olunmamış formada təqdim edə bilər. Sahə öz
əmtəəsini iki yolla ixrac edə bilər. Sahə ya müstəqil beynəlxalq marketinq
vasitəcilərinin xidmətlərindən istifadə edə bilər ki, buna bilavasitə ixrac deyilir və
yaxud da ixrac əməliyyatlarını müstəqil surətdə özü yerinə yetirə bilər ki, buna
birbaşa ixrac deyilir;
2.
Müştərək sahibkarlıq fəaliyyəti yaratmaq strategiyası - ixracat strategiyasından
bununla fərqlənir ki, bu zaman yaranan əməkdaşlıq nəticəsində xaricdə bu və ya
digər istehsal gücləri işə salınır;
3.
birbaşa investisiyalar strategeyası - xarici bazarda fəaliyyətə qoşulmağın ən
qənaətli formasıdır. Çünki: birincisi, sahə nisbətən ucuz işçi qüvvəsi və ya
xammal hesabına, xarici hökumətlərin xarici sərmayəçilərə etdiyi güzəştlər
hesabına, nəqliyyat xərclərinin ixtisarı hesabına kapitala qənaət etmək mümkün
olur; ikincisi, iş yerləri yaratmaqla şirkət tərəf müqabili olan ölkədə özünə daha
xeyirxah ad qazanması təmin olunur; üçüncüsü, şirkət qəbul edilən ölkənin dövlət
idarələri ilə, müştərilərlə, malgöndərənlərlə və sair ilə daha dərin əlaqələr yaradır
ki, bu da ona öz mallarını yerli marketinq mühitinə daha yaxşı uyğunlaşdırmağa
imkan verir; dördüncüsü, şirkət öz investisiyalarına tam nəzarət olunmasını
16
qoruyub saxlayır və deməli, istehsal sahəsində onun beynəlxalq miqyasdakı
uzunmüddətli vəzifələrinə cavab verən mövqeyi təmin olunur. [2.s 91]
XX əsrin sonu və XXI əsrin əvvələrində baş vermiş hadisələr onu göstərdi ki,
enerji resursları bizim ölkəmiz üçün milli iqtisadiyyatın inkişaf etdirilməsinin əsas
vasitəsi olmaqla yanaşı, həm də beynəlxalq iqtisadi və siyasi əlaqələrinin inkişafı
üçün güclü vasitə olmuşdur. Dünya iqtisadiyyatı və diplomatikası üçün hazırda
beynəlxalq enerji təhlükəsizliyi məsələsi xüsusi önəm daşıyır və ölkələrin iqtisadi
siyasət fəaliyyətlərində enerji resurslar ilə təmin olunma mücadiləsi də müşahidə
olunmaqdadır. Hamımıza məlumdur ki, 1991-ci ilin 18 oktyabrında müstəqillik əldə
etmiş respublikamız çox acınacaqlı bir vəziyyətdə idi belə ki, Azərbaycan ərazi
bütövliyinə təcavüz, müharibə vəziyyəti, SSRİ-nin dağılması nəticəsində paran-parça
olmuş iqtisadi strukturlar, siyasi sabitliyin olmaması və. s kimi faktlar daxilində
ölkənin dirçəlməsi və ayaqda dura bilməsi üçün bir vasitə, şərait, amil, qüvvə lazım
idi ki, bu da xalqın tələbi ilə hakimiyyətə gəlmiş Heydər Əliyev dahisi və onun həm
iqtisadi, həm də siyası sferada həyata keçirdiyi böyük uğurlarınadan biri olan ―Neft
Strategiyası‖ olmuşdur. Uzaqgörən Liderimiz böyük həcmdə neft və qaz potensialına
malik olmağımızdan istifadə edərək bu resursların hesabına elə bir diplomatiya işlətdi
ki, dünyanın bütün qapılarını Azərbaycanın üzünə açıldı. Qısa bir müddətdə
Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildi və eləcə də dünya miqyasında
tanındı. Respublikamızda iqtisadi inkişafa nail olundu, xarici iqtisadi və siyasi
fəaliyyətinin genişlənməsinə səbəb oldu. Ölkəmiz stabil və dayanıqlı, multikultural,
yüksək mədəni dəyərlərə malik olan bir dövlət olaraq tanındı ki, bu da
Respublikamıza kapital axının artmasına, investisiya qoyuluşlarına şərait yaratdı.
Heydər Əliyevin neft strategiyası indi də onun siyasi fəaliyyətinin davamçısı olan
prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Neftdən gələn gəlirlər
ölkəmizin çiçəklənməsinə, xalqımızın rifahına xidmət edir.
Neftin Azərbaycan iqtisadiyyatına təsirinin ən əhəmiyyətli məqamı kimi 1994-cü
il sentiyabrın 20-si xarici şirkətlərlə ―Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-
Çıraq-Günəşli yataqlarının birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında‖
sazişin imzalanması olmuşdur. Layihə həm də Azərbaycanın geoiqtisadi və
geopolitik baxımından möhkəmlənməsinə, dünyanın aparıcı dövlətləri ilə strateji
tərəfdaşlıq, iqtisadi əməkdaşlıq yarada bilməsinə imkan verən unikal bir addım idi.
Bu Azərbaycanın müstəqillik illərində imzalamış olduğu ilk beynəlxalq iqtisadi sənəd
idi. Azərbaycanın müstəqilliyinin ilk illərində bazar iqtisadiyyatına keçid şəraitində
olan ölkəmiz üçün ―Əsrin Müqaviləsi‖nin imzalanması ölkəmizə on milyardlarla
dollar valyuta daxil olmasına səbəb oldu ki, ilkin addımda bu proses neft sənayesinin
(neft kimya, neft maşınqayırması, neft emalı, neft hasilatı, elmi-texniki bazanın
yenilləşməsi) inkişafına təkan vermişdir, bu da iqtisadi artıma, məşğulluğun
17
səviyyəsinin artmasına, yeni kadr potensialının mökhəmlənməsinə səbəb olmuşdur.
Ümumiyyətlə, Azərbaycanın neft strategiyası respublikamızın valyuta ehtiyatlarının
sürətlə artmasına səbəb oldu, ölkəmizin bazar iqtisadiyyatına tezliklə
uyğunlaşmasına, dünyaya inteqrasiya prosesini sürətlənməsinə səbəb oldu, dövlət
əhəmiyyətli müxtəlif istiqamətli islahatların həyata keçirilməsinə, əsas iqtisadi və
sosial tətbirlərin həyata keçirilməsinə, modernləşdirilməsinə təkan verdi.
Uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi
sistemə inteqrasiyasına, neft və qaz gəlirlərinin səmərəli istifadəsi nəticəsində
makroiqtisadi sabitliyin qorunub saxlanmasına səbəb olmuş və bu sahədə tədbirlərin
davamlı olaraq həyata keçirilməsinə əlverişli şərait yaratmışdır. Hazırda ölkəmizdə
davamlı olaraq, neftdən gələn gəlirlər iqtisadiyyatın ayrı-ayrı sahələrinə investisiya
şəklində yatırılır, neft ixracından asılığı azaltmaq üçün ixracyönümlü sahələrin
inkişafına çalışılır.
Milli neft strategiyası ölkənin ictimai-siyasi və iqtisadi həyatına
yeni bir dinamizm gətirərək xalqımızın rifahının yüksəlişini təmin edən
stimullaşdırıcı komponentə çevrilmişdir.
Azərbaycanın neft strategiyasının məqsəd
isə ölkəmizin enerji təhlükəsizliyini təmin etmək və həmçinin neft gəlirlərindən
istifadə edərək, ölkə iqtisadiyyatının digər sahələrində inkişafa nail olmaqdır.
Dostları ilə paylaş: |