Əmək pensiyaları haqqında



Yüklə 1,23 Mb.
səhifə2/11
tarix06.05.2017
ölçüsü1,23 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Misal 20. Vəfat etmiş şəxsin öhdəsində olan 23 fevral 1992-ci il tarixdə və 18 oktyabr 1998-ci il tarixdə anadan olmuş iki nəfər əmək qabiliyyətsiz ailə üzvünə birlikdə 85 manat baza hissəsi (ailə üzvlərinin hər biri üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində (85 manat x 50% x 2 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü) və sığorta göstəricilərinə əsasən müəyyən edilmiş 53 manat sığorta hissəsi (əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinin ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi 26,5 manat x 2 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü) olmaqla 138 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası ödənilir. Bu halda ailə başçısını itirməyə görə əmək pensiyaçılarının sayı 2 nəfər təşkil edir.

Ailə üzvlərindən birinin 23 fevral 2010-cu il tarixdə 18 yaşı tamam olduğu və təhsil müəsissəsində əyani təhsil almadığı üçün ona təyin edilmiş əmək pensiyası 18 yaşının tamam olduğu aydan sonrakı növbəti ayın 1- dən dayandırılır.

Digər əmək qabiliyyəti olmayan bir nəfər ailə üzvünə Qanunun 18.1-ci maddəsinə əsasən 85 manat baza hissəsi (bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində) və vəfat etmiş şəxsin sığorta göstəricilərinə əsasən müəyyən edilmiş 53 manat sığorta hissəsi olmaqla 138 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir.

2.6.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qaydaların 2.4.3-cü yarımbəndində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

2.6.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.

Misal 21. Yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunanın əmək pensiyasının sığorta hissəsi 64,80 manatdır və onun vəfat etdiyi 20 sentyabr 2010-cu il tarixə üç nəfər əmək qabiliyyəti olmayan ailə üzvü vardır.

Bu halda vəfat etmiş ailə başçısının yaşa görə əmək pensiyasının 64,80 manatlıq sığorta hissəsi 3 nəfər əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünərək əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinin ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi 21,60 manat müəyyənləşdirilir (64,80 manat / 3 nəfər =21,60 manat).

2.6.4. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği bu Qaydaların 2.6.1-2.6.3-cü yarımbəndlərinə uyğun olaraq hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin və ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləğlərinin cəminə bərabərdir.

Misal 22. 21-ci misal üzrə ailə başçısını itirməyə görə əmək pensiyası alan 3 nəfər ailə üzvünün əmək pensiyalarının cəmi 192,30 manat məbləğində aşağıdakı qaydada hesablanır.

(42,5 manat yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi x 3 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü) + (21,60 manat əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinin ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi x 3 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü) = 192,30 manat.

2.6.5. 01.01.2010-cu il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan, lakin həmin tarixdən sonra ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyaları təyin edilərkən bu Qaydaların 2.3.1-ci yarımbəndi ilə müəyyənləşdirilmiş şərtlər tətbiq olunur.

Misal 23. 26 noyabr 2009-cu il tarixdə 23 yaşı və 4 il 9 ay sosial sığorta stajı olan vəfat etmiş sığortaolunanın ailə üzvü ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün 19 aprel 2010-cu il tarixdə Fondun yerli şöbəsinə müraciət etmişdir. Vəfat etmiş sığortaolunanın bu Qaydaların 2.3.1-ci yarımbəndində nəzərdə tutulmuş ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 5 il sosial sığorta stajı olmadığı üçün onun ailə üzvünün ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yoxdur.
D) Əmək pensiyasına əlavələr
Əmək pensiyalarına əlavələr iki qrupa bölünür: əmək pensiyasının baza hissəsinə əlavələr və qulluq stajına görə əmək pensiyasına əlavələr.

2.7. Əmək pensiyasının baza hissəsinə əlavələr Qanunun 19-cu maddəsi ilə müəyyən edilmiş qaydada və məbləğlərdə hesablanır.



Misal 24. 17 mart 2010-cu il tarixdən 2-ci qrup əlillik müəyyən edilmiş və Qaydaların 2.3.1-ci yarımbəndinə uyğun olaraq əmək pensiyası təyin edilmiş işləməyən şəxsin öhdəsində 1997-ci və 1999-cu illərdə anadan olmuş iki azyaşlı uşağı vardır. Qanunun 19.2.1-ci maddəsinə əsasən həmin şəxsin əlilliyə görə əmək pensiyasının baza hissəsinin üzərinə hər bir uşaq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində, cəmi əmək pensiyasının baza hissəsinin 10%-i qədər əlavə hesablanır.

2.7.1. Bu əlavələr “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial müavinət almayan uşaqların işləməyən I və II qrup əlilliyə görə əmək pensiyası alan valideynlərindən yalnız birinin əmək pensiyasının üzərinə hesablanır.



Misal 25. 1998-ci və 2001-ci illərdə anadan olmuş uşaqların ata və anası 2-ci qrup əlil kimi əmək pensiyası alır və işləmirlər. Onların 1998-ci ildə anadan olmuş uşağına “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhər (rayon) Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən sosial müavinət ödənilir. Bu halda valideynlərdən yalnız birinin əmək pensiyasının baza hissəsinin üzərinə sosial müavinət almayan azyaşlı digər uşağına görə yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində əlavə hesablanır.

2.7.2. 1-ci qrup əlilə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə 1-ci qrup əlil kimi hər üç növ əmək pensiyasından birini alan şəxsin öz pensiyasının baza hissəsinin üzərinə hesablanır.



Misal 26. Vəfat etmiş sığortaolunanın 3 nəfər əmək qabiliyyətsiz ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Ailə üzvlərindən biri 1-ci qrup əlildir. 1-ci qrup əlil olan ailə üzvünün ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin üzərinə 1-ci qrup əlilə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə hesablanır.

2.7.3. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır.



Misal 27. Fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi olan şəxs 40 il əmək fəaliyyətinin Milli Elmlər Akademiyasının Fizika İnstitunda 15 il, orta məktəbdə 5 il və Bakı Dövlət Universitetində 12 il olmaqla cəmi 32 ilini əsas iş yeri kimi elmi tədqiqat və təhsil müəssisələrində çalışmışdır və ona 12 dekabr 2005-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxsə hazırda işləməyən pensiyaçı kimi 162,6 manat (85 manat baza hissəsi + 77,6 manat sığorta hissəsi=162,6 manat) yaşa görə əmək pensiyası ödənilir. Vətəndaş 1 sentyabr 2011-ci il tarixdə pensiyasının üzərinə elmlər doktoru elmi dərəcəsinə görə əlavənin hesablanması üçün müraciət etmişdir. Onun əmək pensiyasının məbləği 5 iyul 2011-ci il tarixdən (Qaydaların 2.7.3-cü yarımbəndi 5 iyul 2011-ci il tarixdən qüvvəyə minmişdir) 362,6 manat (85 manat baza hissəsi + 200 manat elmlər doktoru elmi dərəcəsinə görə baza hissəsinə əlavə + 77,6 manat sığorta hissəsi=362,6 manat) məbləğində yenidən hesablanır.

2.8. Qulluq stajına görə əmək pensiyasına əlavələr Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş qaydada və məbləğdə hesablanır.



Misal 28. 62 il 6 ay yaşı, pensiya hüququnun yarandığı tarixə 38 il 3 ay sosial sığorta stajı ( bundan 17 ilini dövlət qulluğu vəzifələrində çalışmışdır) və fərdi hesabının sığorta hissəsində 10125,74 manat pensiya kapitalı toplanmış sığortaolunan işdən azad olunmaqla 02 sentyabr 2010-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Fondun rayon şöbəsinə müraciət etmişdir. Onun dövlət məvacibinin orta aylıq məbləği 721,40 manat təşkil edir.

Bu zaman sığortaolunana bu Qaydaların 2.2.1-ci yarımbəndinə uyğun olaraq 85 manat əmək pensiyasının baza hissəsi və 2.2.2-ci yarımbəndində göstərilən SH = PSK/T düsturuna müvafiq olaraq 10125,74/144 = 70,32 manat məbləğində əmək pensiyasının sığorta hissəsi olmaqla 155,32 manat məbləğində əmək pensiyası təyin edilir.

Sonra sığortaolunanın dövlət qulluğunda 17 il qulluq stajı nəzərə alınmaqla Qanunun 20.11.3-cü maddəsinə uyğun olaraq dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qaydaların 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərinə uyğun olaraq təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə 421,8 manat əmək pensiyasına əlavə aşağıdakı kimi hesablanır.

577,12 manat (721,4 manat dövlət məvacibinin orta aylıq məbləği x 80%) – 155,32 manat (Qanunla təyin edilmiş əmək pensiyasının məbləği) = 421,8 manat (qulluq stajına görə əmək pensiyasına əlavə).

Nəticədə sığortaolunanın əmək pensiyasının ümumi məbləği 85 manat əmək pensiyasının baza hissəsi + 70,32 manat əmək pensiyasının sığorta hissəsi + 421,8 manat qulluq stajına görə əmək pensiyasına əlavə olmaqla cəmi 577,12 manat məbləğində təyin edilir.
E) Əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi
2.9. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər ərizəçi tərəfindən təqdim edilməklə bu Qaydaların 4.3.3-cü yarımbəndinə uyğun aparılır.

2.9.1. Əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi zamanı sığortaolunan üzrə müəyyən edilmiş əmək pensiyasının sığorta hissəsi dəyişməz qalır.



Misal 29. 24 sentyabr 1947-cı il tarixdə anadan olmuş və 3-cü qrup əlil kimi 79,1 manat (46,75 manat yaşa görə əmək pensiyasının baza hisssəsinin 55 faizi + 32,35 manat əmək pensiyasının sığorta hissəsi) əmək pensiyası alan sığortaolunan 62 il 6 ay yaşının tamam olması ilə bağlı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 12 sentyabr 2010-cu il tarixdə Fondun yerli şöbəsinə müraciət etmişdir.

Şəxsin yaşa görə əmək pensiyası pensiya növünün dəyişməsinin rəsmiləşdirildiyi tarixdən sonrakı növbəti ayın 1-dən 117,35 manat məbləğdə aşağıdakı qaydada hesablanır.

85 manat yaşa görə əmək pensiyasının baza hissəsi + 32,35 manat əmək pensiyasının sığorta hissəsi =117,35 manat.

Misal 30. 96,85 manat (85 manat yaşa görə əmək pensiyasının baza hissəsi + 11,85 manat əmək pensiyasının sığorta hissəsi) yaşa görə əmək pensiyası alan 58 yaşlı qadın vəfat etmiş ərinə görə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün 22 sentyabr 2010-cu il tarixdə müraciət etmişdir.

Təqdim olunmuş sənədlərə əsasən onun əri 5 mart 2009-cü il tarixdə vəfat etmiş və onun vəfat etdiyi tarixə əmək pensiyasının məbləği 109,73 manat (75 manat yaşa görə əmək pensiyasının baza hisssəsi + 34,73 manat əmək pensiyasının sığorta hissəsi) təşkil etmişdir.

Vəfat etmiş sığortaolunanın arvadına bu Qaydaların 2.9.1-ci yarımbəndinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası, pensiya növünün dəyişməsinin rəsmiləşdirildiyi tarixdən sonrakı növbəti ayın 1-dən 120,25 manat məbləğdə aşağıdakı qaydada hesablanır.

(85 manat yaşa görə əmək pensiyasının baza hissəsi + 35,25 manat əmək pensiyasının sığorta hissəsi (34,73 manat x 1,5% istehlak qiymətləri indeksinin 2009-cu il üzrə illik səviyyəsi).


III. Sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri, sosial sığorta stajının hesablanması və təsdiq edilməsi
3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür:

3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur.

3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (4 nömrəli əlavə).



Misal 31. Qanunvericiliklə müəyyən olunmuş əmək pensiyası yaşına çatmış sığortaolunan qadın yaşa görə əmək pensiyası təyin edilməsi üçün Fondun yerli orqanına müraciət etmişdir. O, təqdim etdiyi sənədlərə əsasən 01.05.2008-ci il tarixədək 33 il istehsalat müəsissələrində çalışmışdır.

Qaydaların 3.1.1-ci yarımbəndinə əsasən sığortaolunanın Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 30 il 8 ay ümumi iş stajına malik olduğu müəyyənləşdirilir və onun fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır:

(30 il tam iş stajı x 170 manat ) + (170 manat : 12 ay x 8 ay) =5213,33 manat.

Eyni zamanda Qaydaların 3.1.2-ci yarımbəndinə əsasən sığortaolunan qadının fərdi uçot məlumatlarına əsasən 01.01.2006-cı il tarixdən 01.05.2008-ci il tarixədək 2 il 4 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində müvafiq pensiya kapitalının qeydə alındığı təsdiq olunur.

3.2. Sosial sığorta stajına Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər də daxil edilir. Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər yalnız şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs) olduqda nəzərə alınır.

Misal 32. 1953-cü il 04 yanvar tarixdə anadan olmuş qadın 4 il 1-ci qrup əlilə, 10 il sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 6 il 70 yaşına çatmış qocaya qulluq etmişdir. Həmin qadın heç vaxt məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün Qaydaların 3.2-ci bəndinə uyğun olaraq onun 4 il 1-ci qrup əlilə, 10 il sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 6 il 70 yaşında qocaya qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilmir.

3.3. I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığortaolunanın (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxsin) ümumi iş (sosial sığorta) stajına aşağıdakı qaydada daxil edilir:

3.3.1. I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti, qanunvericiliklə müəyyən edilmiş qaydada onları saxlamağa borclu olan valideynlərin, bunlar olmadıqda isə qulluq olunanın üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumların (himayəçilərin) sığorta stajına bu barədə tərtib olunmuş müayinə aktı əsasında daxil edilir.

3.3.2. 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti, onların üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumlarının (himayəçilərinin) sığorta stajına bu barədə tərtib olunmuş müayinə aktı əsasında daxil edilir.

3.3.3. I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur:

- qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı;

- əlillikdə olmanı və ya sağlamlıq imkanlarının məhduduğunu təsdiq edən sənədlər.

70 yaşına çatmış qocalara qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur:

- qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı;

- yaşı təsdiq edən sənəd.

I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, 70 yaşına çatmış qocalara qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Fondun şəhər (rayon) şöbələrinin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur.

3.4. Əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.

3.5. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir.

3.6. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir.

3.7. Əmək pensiyası hüququ verən sosial sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir:

- döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında)– ikiqat ölçüdə;

- şəxsin qanunsuz saxlanılma, qanunsuz həbsdə olma və qanunsuz cəza-çəkmə müddətləri - ikiqat ölçüdə;

- cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə;

- əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrin yerinə yetirilməsi müddəti – üçqat ölçüdə.
IV. Əmək pensiyalarının təyin edilməsi (və ya bir növündən başqa növünə keçirilməsi) üçün təqdim olunan sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması
4.1. Əmək pensiyasının təyin olunması üçün müraciət
4.1.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün ərizə ilə (1 nömrəli əlavə) birbaşa daimi yaşadıqları yer, qaçqın və məcburi köçkünlər isə məskunlaşdıqları yer üzrə Fondun yerli orqanına (bundan sonra - şöbəyə) müraciət edirlər. Bu müraciət onların adından vəkalət verdikləri nümayəndələri tərəfindən də edilə bilər.

4.1.2. İşləyən şəxslərin ərizələrinə pensiya təyin edilməsi üçün zəruri sənədlərlə birlikdə onların işlədikləri müəssisələr tərəfindən tərtib edilmiş sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumat da əlavə edilir (2 nömrəli əlavə).

Sığortaolunanların ümumi iş (sosial sığorta) stajı barədə məlumatda onun verildiyi tarix, sığortaedənin adı, ünvanı, telefon nömrələri, əmək pensiyası təyin olunması üçün təqdim edilən şəxsin soyadı, adı, atasının adı, yaşadığı ünvan, pensiyasının növü, himayəsində olan əmək qabiliyyətsiz ailə üzvləri, əmək kitabçasının doldurulma tarixi, işə götürülməsi, bir işdən başqa işə keçirilməsi, işdən azad edilməsi haqqında əmək kitabçasındakı qeydlər göstərilməlidir.

Qanunun 9.1-ci, 9.3-cü və 9.7.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na və 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”na uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən sosial sığorta stajı barədə qeydlər sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatda ayrıca yazılır, ümumi (sosial sığorta) və güzəştli sosial sığorta stajları cəmlənərək sığortaedənin rəhbərliyi və həmkarlar təşkilatı tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

4.1.3. Müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin pensiya təyin olunması üçün müraciəti azadlıqdan məhrum etmə müəssisəsinin müdiriyyəti vasitəsilə təqdim edilir və “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunması və ödənilməsi üçün sənədlərin rəsmiləşdirilməsi qaydası haqqında” Təlimatla tənzimlənir.

4.1.4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri tərəfindən əmək pensiyasının təyin edilməsi üçün Fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə müraciət olunur.

Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar həmin şəxslərin və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur və Fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə təqdim edilir.

4.1.5. Pensiya təyin olunması üçün ərizə poçt vasitəsi ilə də göndərilə bilər.

4.1.6. Əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı bu qaydalara əlavə olunmuşdur (13 nömrəli əlavə).


Kataloq: new -> wp-content -> uploads -> 2013
2013 -> Azərbaycanda sosial təminat islahatları
uploads -> Kənd Təsərrüfatı İlin də Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi
uploads -> İqtisadi və Sosial İnkişaf Mərkəzi (cesd)
uploads -> Sağlamlıq imkanları məhdud şəxslərin müdafiəsi ilə bağlı
uploads -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
uploads -> Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
uploads -> Sağlamlıq imkanları məhdud insanlar üçün sosial müavinətlər, tibbi xidmət və maddi yardım
uploads -> Kənd Təsərrüfatı İlində Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi
uploads -> Azərbaycanda sığorta sisteminin Ümumu Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2013 -> AZƏrbaycan respublikasinin döVLƏt statiSTİka komiTƏSİ

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə