Əmək və əməkhaqqı sahəsindəki hüquqlar Nəşriyyata aşağıdakı hüquqlar verilir



Yüklə 13,08 Kb.
tarix02.01.2022
ölçüsü13,08 Kb.
#35315
növüQaydalar
Əmək və əməkhaqqı sahəsindəki hüquqlar


Əmək və əməkhaqqı sahəsindəki hüquqlar

Nəşriyyata aşağıdakı hüquqlar verilir:

-ayrı-ayrı işci kateqoriyaları üçün vaxta və ya işə muzd əməkhaqqı müəyyən etmək;

-birtipli qaydalar əsasında işçilərin mükafatlandırlmasının göstərici, şərt və hədlərini müəyyən etmək;

-normalaşdırılmamış iş günü ilə işləyənlər üçün yuxarı təşkilat tərəfindən təsdiq olunmuş siyahıya uyğun olaraq, həmin növ işçilərin əlavə məzuniyyət müddətlərini müəyyən etmək;

-müəyyən olunmuş qaydada yeni hasilat və xidmət normalarını təsdiq etmək, mövcud normaları gözdən keçirmək;

-məqsədəuyğun olduqda müəyyən olunmuş qaydada haqqı ödənilməklə fəhlə ixtisaslarının əvəzlənməsini həll etmək.

Bu məsələdə göstərilən tədbirlər - əməkhaqqı fondu hədlərində və həmkarlar ittifaqları yerli komitəsi ilə razılaşdırılaraq nəşriyyatıın direktoru tərəfindən həyata keçirilir.

Nəşriyyat yuxarı orqan tərəfindən təsdiq olunmuş struktur əsasında nəşriyyatın işçilər (ştat) cədvəlini işləyib hazrlayır – bunu da yenə müəyyən olunmuş qaydada yuxarı təşkilat təsdiq edir. Nəşriyyatın ştatlarını direktor təsdiqləyir.

Nəşriyyatın direktoru mövcud qanunvericilik əsasında və vəzifə sxeminə uyğun olaraq, redaksiya-nəşriyyat işçilərinin və qulluqçuların əməkhaqqı maaşlarını, əməkhaqqı fondu hədlərində işçilərin haqlarını, eləcə də ştat cədvəli üzrə orta əməkhaqlarını təsdiqləyir.

Nəşriyyat direktoru tərəfindən təsdiq olunmuş ştatlar, maaşlar və inzibati-idarə xərcləri smetası maliyyə orqanlarında qeydiyyatdan keçirilmir.

Nəşriyyat özünün ayrı-ayrı yüksək ixtisaslı işçilərinə onların əməkhaqlarının yüzdə 30-u miqdarında əlavə haqq müəyyən etmək hüququna malikdir - əməkhaqqı fondu hədlərinə. Bunun üçün yuxarı orqanın icazəsi ilə ümumi əməkhaqqı fondunun 0,3 faizini ayıra bilər. Ştat cədvəli üzrə orta əməkhaqqı müəyyənləşdirilərkən həmin əlavələr nəzərə alınmır.

Nəşriyyat ötən rüb və aylarda əməkhaqqı və qonorar ödənilməsi sahsində əldə etdiyi qənaətdən həmin ilin sonrakı rüb və aylarında əməkhaqqı və qonorar kimi istifadə edə bilər.

Əməkhaqqı və qonorar ödənilməsi sahəsindəki israflar sonrakı aylarda yerinə qayıtmalıdır. İsraf yerinə qayıdana qədər ona yol vermiş şəxslər mükafatdan məhrum olunurlar. İsrafın ödənilməmiş hissəsi uzağı növbəti ilin 1 iyulunadək nəşriyyatın hesabında qala bilər.

Həmin israf vaxtında (6 ay içərisində) və daha tez yerinə qayıdırsa, nəşriyyatın rəhbər işçilərinə bu israfa yol verdikləri müddətlərdə onlara ödənilməmiş mükafatların yarısı miqdarında mükafat alırlar.

Eyni hallara görə nəşriyyatın bölmələri üçün də eyni tədbirlər görülür – onların miqyasları nəzərə alınmaqla. Nəşriyyat üzrə bütövlükdə israfa yol verilməyibsə, ayrı-ayrı yarımbölmələrdə yaranmış olan çatışmazlıqları (israfı) nəşriyyat onların hesabından silə bilər.



Fövqəladə hallarda nəşriyyat özünün ayrı-ayrı işçilərinə yuxarısı bir aylıq əməkhaqqı miqdarında plandan əlavə avans verə bilər (əməkhaqqı fondu hesabına). Nəşriyyat zəruri hallarda ayrı-ayrı işçilərə onların istəyi ilə haqqı ödənilməyən qısamüddətli məzuniyyətlər verə bilər.
Yüklə 13,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin