İşçilərin əməyin mühafizəsinə dair bilik səviyyəsinin yoxlama protokollarının
hazırlanmasına nəzarət.
Daxili
qrafikə uyğun, baş ofisdə və filiallarda əməyin mühafizəsi və texniki təhlükəsizlik
işinin vəziyyətini yoxlamaq.
Tələb olunan peşə sahiblərinə tibbi müayinələrin təşkili və nəzarət.
Obyektin tikilməsi, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət
şəraitinin yaradılması layihələrinə nəzarət etmək.
İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət etmək.
Əməyin mühafizəsinə dair yazılı göstərişlər vermək və icrasına nəzarət etmək.
İşçilərin, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi haqqında
biliklərinin yoxlanması üzrə komissiyanın işinə nəzarət.
İşçilərin şikayət və təkliflərinin qeydiyyatını aparmaq və tabe olduğu şəxsə təqdim
etmək.
Günün istənilən vaxtında heç bir maneə olmadan işlədiyi bankın binalarına baxış
keçirmək, əməyin mühafizəsi üzrə sənədlərlə tanış olmaq;
Filiallarda aşkarlanan nöqsanların aidiyyatı üzrə catdırılması.
Sənədlərin yığılmasına nəzarət.
Gündəlik daxil olan və E-mail vasitəsi ilə göndərilən sənədlərə və məktublara nəzarət.
Əməyin mühafizəsi üzrə peşəkar işçi heyətinin seçilməsi.
Təkliflərin verilməsi.
Bankın bölmələrində əmək şəraitinin və əməyin mühafizəsi vəziyyətini yoxlamaq,
əməyin mühafizəsi üzrə qanunvericiliyin yerinə yetirilməsində və digər normativ
aktlar
üzrə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq haqqında vəzifəli şəxslərə və digər
məsul işçilərə icrası məcburi olan göstərişlər vermək.
İşəgötürən və ya onun vəzifəli şəxsləri ilə razılaşmaqla əməyin mühafizəsi vəziyyətinin
yoxlanılmasına müvafiq mütəxəssisləri cəlb etmək;
Əməyin mühafizəsi məsələləri üzrə bankın bölmələrinin rəhbərlərindən müvafiq
sənədlər tələb etmək
və yoxlamaq, əməyin mühafizəsi üzrə normativ hüquqi aktları
pozanlardan yazılı izahat tələb etmək;
İnsan Resursları Departamentinin rəhbərinin tapşırığı ilə əməyin mühafizəsi məsələləri
müzakirə edilərkən dövlət orqanlarında və ictimai təşkilatlarda müəssisəni təmsil etmək.
Müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimat keçməyən, bilikləri
yoxlanılmayan və ya əməyin mühafizəsi üzrə qaydaları, normaları və təlimatları kobud
surətdə pozan işçilərin işdən kənarlaşdırılmasını bölmə rəhbərlərindən tələb etmək;