Əmtəə nişanları və coğrafi göstəricilər haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə
alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1.
Əsas anlayışlar
Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır:
əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və
ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir
uzlaşmasıdır (kombinasiyasıdır);
coğrafi göstərici - əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə
(coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi
keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən
işarədir;
kollektiv nişan — ittifaqın, assosiasiyanın, hər hansı birliyin adına qeydə alınan nişan və ya
nişanların kombinasiyasıdır;
transliterasiya — bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə
verilməsidir.
Maddə 2.
Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının
digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda nəzərdə
tutulmuş qaydalardan fərqli qaydalar müəyyənləşdirildikdə beynəlxalq müqavilələrin
qaydaları tətbiq olunur.
Maddə 3.
Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi
Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə
nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş
qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu
Qanuna uyğun olaraq mühafizə edilir.
Maddə 4.
Əmtəə nişanı kimi qeydə alınan nişanlar
Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər:
sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların
qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması.
Maddə 5.
Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları
Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir:
a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun
gəlməyən nişanlar;
b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən
nişanlar;
c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə
onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar;
ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə
tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları;
d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri
olan formalar;
e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan
düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar;
ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox
işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları;
f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar
istehlakçını yanılda bilən əmtəə nişanları;
g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris
Konvensiyası” adlandırılacaqdır) 6
ter
maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab
edilməyən əmtəə nişanları;
ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları.
Bu Qanun qüvvəyə minənədək yuxarıda göstərilən nişanlar qeydə alınmışdırsa, onların
qeydiyyatı ləğv olunur.
İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində
göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının
qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə
alınma etibarsız sayıla bilməz.
Bu maddənin 1-ci hissəsinin “g” bəndinə aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının
istifadəsi qadağandır.
Maddə 6.
Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları
Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə
nişanı kimi qeydə alınmır:
a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin
adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları;
b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan
Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;
c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən
geniş tanınmış əmtəə nişanları;
ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və
ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya
geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və
istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının
hissələri);
əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar
əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və
istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları;
d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla
coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan
Respublikasında mühafizə edilən coğrafi göstəricilər;
e) qeydə alınmış sertifikat nişanları.
Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır:
a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri;
b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan
Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan
sitatlar və ya onların fraqmentləri;
c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları,
təxəllüsləri və bunlardan törəyən ifadələr.
Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan
Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra
hakimiyyəti orqanının icazəsi olmalıdır.
Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina üçün əsas ola bilməz:
a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixədək
iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi;
b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri;
c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın
fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları.
ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata
alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması.
Maddə 7.
Geniş tanınmış əmtəə nişanına qoyulan tələblər
Geniş tanınmış əmtəə nişanları Paris Konvensiyasının 6
bis
maddəsinin tələblərinə uyğun gələn
nişanlardır.
Əmtəə nişanının geniş tanınması müəyyən edilərkən müvafiq icra hakimiyyəti orqanı
aşağıdakıları nəzərə alır:
Əmtəə nişanı və ya işarə, eyni cinsli əmtəələrdə istifadə edilən və başqa şəxsin əmtəə nişanı
ilə eyni və ya ona qarışdırılacaq dərəcədə oxşar olan nişanın ilkinlik tarixindən sonra
məşhurlaşarsa, bu əmtəə nişanı və ya işarə geniş tanınmış hesab edilə bilməz.
nişanın aid edildiyi əmtəələrin və xidmətlərin yayılma kanalları və kommersiya sahələri;
Azərbaycan Respublikasında və dünya bazarında əmtəə nişanından istifadə edilməklə
əmtəənin keyfiyyəti barədə istehlakçıların məlumatı;
əmtəə nişanına xas olan, yaxud istifadə nəticəsində əldə edilmiş fərqləndirici xüsusiyyətlər;
nişanın istifadə ərazisi, müddəti, miqyası, həcmi, xüsusən nişanın əmtəə və ya xidmətlərə
tətbiq edilməsi nəticəsində yarmarka və sərgilər əldə olunan məlumatlar, elanlar, reklamlar
daxil olmaqla nişana üstünlük verən ərazilər, hərəkətlər (kampaniyalar);
Azərbaycan Respublikasının və başqa dövlətlərin ərazisində nişanın istifadə edildiyi əmtəənin
və xidmətin bazarda tutduğu yer.
Azərbaycan Respublikasında qeydə alınan geniş tanınmış əmtəə nişanının başqa şəxs
tərəfindən bütün növ əmtəələrdə və xidmətlərdə istifadə edilməsi onun sahibinə ziyan
vurduqda bu hal geniş tanınmış nişan sahibinin hüquqlarının pozulması hesab edilir.
Maddə 8.
Coğrafi göstərici kimi qeydə alınan nişanlar
Bu Qanunla müəyyənləşdirilən tələblərə uyğun olan işarələr coğrafi göstərici kimi qeydiyyata
alına bilər və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
çərçivəsində mühafizə edilə bilər.
Adı coğrafi göstəricisi olan ölkənin, şəhərin, bölgənin və ya ərazinin coğrafi adi ilə yanaşı
coğrafi göstəricinin qrafik və ya təsviri ifadəsi də mühafizə edilə bilər.
Coğrafi ad saxta və yanıldıcı mənşəyi ifadə etmirsə, ondan əmtəənin və ya xidmətin
xarakterik elementi kimi istifadə oluna bilər.
Coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur.
Coğrafi obyektin rəsmi adı, tarixi adı və ya onlardan törəmə adlar coğrafi göstərici kimi
istifadə oluna bilər.
Əmtəənin mənşə yerinin adı, müəyyən coğrafi obyektdə istehsal olunan, coğrafi
obyektin təbii xüsusiyyətlərini və ya digər amillərini, yaxud onlara xas olan ümumi
xüsusiyyətləri özündə əks etdirən əmtəələrin işarələnməsi bir neçə şəxs tərəfindən birgə
şəkildə qeydiyyata alına bilər. Bu şəxslərin hər biri əmtəənin mənşə yerinin adından istifadə
hüququna malik olur. Qeydiyyata alınan əmtəənin mənşə yerinin adından istifadə hüququ,
bu coğrafi obyektdə yerləşən eyni xüsusiyyətlərə malik məhsul istehsal edən istənilən
hüquqi və ya fiziki şəxsə verilir.
Mənşə ölkəsində coğrafi göstərici mühafizə olunan tarixədək, tərkibində coğrafi
göstərici olan əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədi vicdanla verilibsə,
qeydiyyatı aparılıbsa və ya əmtəə nişanına dair hüquq vicdanla istifadə yolu ilə əldə edilibsə,
əmtəə nişanının qeydiyyatından imtina edilə, qeydiyyatı etibarsız hesab edilə və ya əmtəə
nişanından istifadə hüququ məhdudlaşdırıla bilməz.
Həmcins əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə Azərbaycan
Respublikasında başqa şəxslərin adına qorunan və ya qeydiyyatın aparılması üçün onlar
tərəfindən iddia qaldırılan, habelə başqa şəxsin əmtəə nişanı kimi bu Qanunla müəyyən
edilən qaydada geniş tanınmış olan nişanlar coğrafi göstərici hesab edilmir.
Coğrafi göstərici, mənşə ölkəsində mühafizə olunan müddətdə növ əlaməti anlayışı kimi
hesab edilə bilməz.
Bu maddədə müəyyənləşdirilmiş tələblər yerinə yetirilmədikdə nişan coğrafi göstəricisi kimi
qeydə alınmır.
Coğrafi obyektin adı olan və ya bu adı özündə əks etdirən, lakin Azərbaycan Respublikasında
coğrafi obyektə aid olmayan işarə coğrafi göstərici kimi qeydə alınmır.
Mənşəyi göstərilən ərazidən olmayan əmtəələrlə bağlı coğrafi göstəricidən əmtəə nişanının
tərkibində istifadə edilməsi istehlakçılarda həqiqi mənşə yeri barədə yanlışlıq yarada bilərsə,
onun qeydiyyatından imtina olunur və ya qeydiyyatı ləğv edilir.
Mənşə ölkəsində mühafizə olunmayan coğrafi göstərici Azərbaycan Respublikasında qeydə
alınmır.
II fəsil
Əmtəə nİşanlarının və coğrafİ göstərİcİlərİn qeydə alınması
Maddə 9.
Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması barədə iddia
sənədinin verilməsi
Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınması barədə iddia sənədini iddiaçı müvafiq
icra hakimiyyəti orqanına verir.
İddiaçı müvafiq icra hakimiyyəti orqanına iddia sənədini aşağıdakı qaydada verə bilər:
bilavasitə;
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış patent
müvəkkili vasitəsilə.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar
nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərənlər istisna
olmaqla xarici hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanı ilə hüquqi əhəmiyyətli
işləri yalnız patent müvəkkilləri vasitəsilə aparırlar.
İddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına, bir
coğrafi göstəriciyə aid olmalıdır.
Əmtəə nişanının qeydə alınmasına dair ərizədə aşağıdakılar göstərilməlidir:
iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə
verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);
iddia edilən nişanın şəkli və ya üçölçülü forması;
əmtəələrin, xidmətlərin, nişanların qeydiyyatı üçün əmtəələrin və ya xidmətlərin Nitsa
təsnifatı üzrə qruplaşdırılmış siyahısı;
əmtəə nişanının rəngi;
nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsi.
Coğrafi göstəricinin qeydə alınmasına dair ərizədə aşağıdakılar göstərilməlidir:
qeydiyyat barəsində vəsatət;
iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə
verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);
iddia edilən coğrafi göstəricinin işarəsi;
coğrafi göstəricinin aid ediləcəyi əmtəənin və ya xidmətin adı;
əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi obyektin hüdudları;
əmtəənin və ya xidmətin xüsusiyyətlərinin təsviri.
Ərizəyə aşağıdakılar qoşulur:
dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd;
kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş
subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu
nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, onların vahid keyfiyyət və digər
xüsusiyyətləri;
zəruri halda əmtəə nişanının bu Qanunun 10-cu maddəsinə uyğun ilkinliyini təsdiq edən
sənəd;
iddiaçının göstərilən coğrafi obyektdə olması, şöhrəti, xüsusiyyəti başlıca olaraq coğrafi
mənşəyindən irəli gələn əmtəəni istehsal etməsi və ya xidməti göstərməsi barədə sənəd və
müvafiq icra hakimiyyəti orqanının rəyi;
əmtəənin mənşə ölkəsində xarici iddiaçının iddia etdiyi coğrafi göstərici üzərində hüququnu
təsdiq edən sənəd.
Bu maddənin yeddinci hissəsində nəzərdə tutulan sənədlər müvafiq icra hakimiyyəti orqanına
ərizənin verildiyi tarixdən 2 ay ərzində təqdim edilir.
Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınmasına dair ərizə iddiaçının istəyinə uyğun
olaraq özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır.
Əmtəə nişanının və coğrafi göstəricisinin qeydə alınmasına dair ərizə Azərbaycan dilində
verilir.
İddia sənədinə daxil olan digər sənədlər Azərbaycan dilində və ya başqa dillərdə verilə bilər.
İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia
sənədinin verildiyi gündən 2 ay ərzində təqdim olunmalıdır.
Bu maddənin yeddinci və on birinci hissələrində nəzərdə tutulan sənədlər müəyyənləşdirilmiş
müddətdə müvafiq icra hakimiyyəti orqanına verilmədikdə və bu müddət başa çatanadək onun
uzadılmasına dair əsaslandırılmış vəsatət təqdim edilmədikdə iddia sənədi verilməmiş sayılır.
Əlavə dövlət rüsumu ödənilməklə müəyyənləşdirilmiş müddət 2 aya qədər uzadılır.
Bu maddənin beşinci və altıncı hissələrində müəyyənləşdirilmiş tələblərə uyğun gələn
ərizənin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarix iddia sənədinin verildiyi tarix
sayılır.
İddia sənədlərinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Maddə 10.
Əmtəə nişanının ilkinliyi
Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq
icra hakimiyyəti orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir.
Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin
verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi). Bu halda iddia sənədi
həmin tarixdən 6 ay ərzində müvafiq icra hakimiyyəti orqanına daxil olmalıdır. İddia
sənədinin verildiyi gün müddətə daxil edilmir. Əgər müddətin axırıncı günü istirahət,
səsvermə, iş günü hesab edilməyən bayram günlərinə və ümumxalq hüzn gününə təsadüf
edərsə və ya müvafiq icra hakimiyyəti orqanı həmin gün iddia sənədini qəbul edə bilmirsə,
iddia sənədinin verilmə müddəti növbəti birinci iş gününə kimi uzadılır.
Paris Konvensiyasının iştirakçısı olan dövlətlərdən birinin ərazisində təşkil edilmiş rəsmi
beynəlxalq sərgilərin eksponatlarında yerləşdirilmiş əmtəə nişanının ilkinliyi sərgidə
eksponatın açıq göstərildiyi tarixdən müəyyənləşdirilə bilər (sərgi ilkinliyi). Bu halda əmtəə
nişanı barəsində iddia sənədi həmin tarixdən ən geci 6 ay ərzində müvafiq icra hakimiyyəti
orqanına daxil olmalıdır.
Sərgi ilkinliyi Konvensiya ilkinliyinin müddətini uzatmır.
Konvensiya və ya sərgi ilkinliyi hüququndan istifadə etmək istəyən iddiaçı, bu tələbini iddia
sənədini verərkən və ya iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu
tarixdən ən geci 3 ay ərzində bildirməlidir.
Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər.
Maddə 11.
Əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası
Əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası bu Qanuna və
müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olaraq ilkin
ekspertizadan və ekspertizadan ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
İddia sənədinin ekspertizasının aparıldığı dövrdə ona dair qərar qəbul edilənədək iddiaçı
müəyyənləşdirilmiş dövlət rüsumu ödəyərək öz təşəbbüsü ilə iddia sənədinin materiallarını
tamamlaya, dəqiqləşdirə və ona düzəliş edə bilər.
Əlavə materiallar qeydiyyata verilmiş nişanın mahiyyətini dəyişirsə və ya iddia sənədində
göstərilən əmtəələrin və xidmətlərin siyahısına onlarla həmcins olmayan əmtəələri və ya
xidmətləri daxil edirsə, həmin materiallar baxılmağa qəbul olunmur və iddiaçı tərəfindən
müstəqil iddia sənədi kimi rəsmiləşdirilə bilər.
İddiaçı tərəfindən və ya onun xahişi ilə iddia sənədi sadalanan əmtəələrin və xidmətlərin
bölünməsi yolu ilə bir neçə iddia sənədinə ayrıla bilər. Ayrılmış iddia sənədləri ilk iddia
sənədinin verildiyi tarixi və iddia edilmiş əmtəə nişanının ilkinliyini saxlayır.
Ekspertizanın aparıldığı dövrdə müvafiq icra hakimiyyəti orqanı iddiaçıdan ekspertiza üçün
zəruri olan əlavə sənəd tələb edə bilər.
Ekspertizanın tələbinə əsasən əlavə sənəd tələbin alındığı tarixdən 2 ay ərzində təqdim
edilməlidir. Bu müddət iddiaçının verildiyi vəsatətə əsasən əlavə dövlət rüsumu ödəmək şərti
ilə 2 ay uzadıla bilər. İddiaçı göstərilən müddəti pozarsa və ya ekspertizanın tələbinə cavab
verməzsə, iddia sənədi verilməmiş sayılır və bu barədə iddiaçıya bildiriş göndərilir.
Maddə 12.
İddia sənədinin geri götürülməsi
Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədi ona baxılmasının istənilən
mərhələsində iddiaçının xahişi ilə geri götürülə bilər.
Kollektiv nişan barəsində iddia sənədi yalnız həmin nişandan istifadə hüququ olan birliyin
bütün üzvlərinin razılığı ilə geri götürülə bilər.
Maddə 13.
İlkin ekspertiza
Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizası bu
Qanunun 9-cu maddəsinə uyğun iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində
aparılır.
Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizasının
aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə
müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanılır. İlkin ekspertizanın nəticələrinə əsasən
iddia sənədinin baxılmaq üçün qəbul və ya rədd edildiyi iddiaçıya bildirilir.
İddiaçı Konvensiya və ya sərgi ilkinliyini tələb etdikdə, lakin iddia sənədinin baxılmağa qəbul
olunduğu anadək həmin tələbin hüquqiliyini təsdiqləyən zəruri sənədləri təqdim etmədiyi
halda, əmtəə nişanı barəsində iddia sənədinin daxil olduğu tarixdən onun ilkinliyi
müəyyənləşdirilir və bu barədə iddiaçıya məlumat verilir.
Maddə 14.
Əmtəə nişanlarının və coğrafi göstəricilərin ekspertizası
Əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır.
İddia edilən nişanın ekspertizası gedişində bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə
nişanı” anlayışına, 4-cü, 5-ci və 6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu
yoxlanılır və onun ilkinliyi müəyyənləşdirilir.
Coğrafi göstəricinin ekspertizası bu Qanunun 1-ci maddəsində verilmiş “coğrafi göstəricisi”
anlayışına və 8-ci maddəsində göstərilən tələblərə uyğun 2 ay ərzində aparılır.
Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin qeydə alınmasına
və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir.
Ekspertizanın nəticəsi barədə qərar 10 gün müddətində iddiaçıya göndərilir. İddiaçı ekspertiza
qərarında göstərilən sənədlərlə tanış ola bilər. İddiaçı iddia sənədi üzrə qərarı aldıqdan sonra 1
ay ərzində həmin sənədlərin surətini tələb edə bilər.
İddia edilən nişan üzrə ekspertizanın nəticəsi əsasında rədd qərarı qəbul etməzdən əvvəl bu
barədə müvafiq bildiriş iddiaçıya göndərilir. İddiaçı ekspertizanın nəticəsi ilə razı olmadıqda
razılaşmadıqda, bildiriş aldığı tarixdən 2 ay ərzində öz dəlillərini ekspertizanı aparan tərəfə
təqdim edə bilər.
Əmtəə nişanının qeydiyyat tarixinə qədər həmcins əmtəələr və ya xidmətlərlə eyni, yaxud
onlarla qarışdırılacaq dərəcədə oxşar və başqa şəxsə aid olan əmtəə nişanına dair iddia sənədi,
bu Qanunun 10-cu maddəsinə uyğun olaraq, daha əvvəl ilkinliklə müvafiq icra hakimiyyəti
orqanına daxil olduğu halda, onun qeydiyyatına yenidən baxıla bilər.
Qeydə alınması haqqında qərar qəbul edildikdə iddiaçı 2 ay ərzində dövlət rüsumunu
ödədikdən sonra əmtəə nişanları və ya coğrafi göstəricilər qeydə alınır, onlara dair məlumat
dərc edilir və şəhadətnamə verilir. İddiaçı müəyyən edilən müddət ərzində dövlət rüsumunu
ödəmədikdə, əlavə dövlət rüsumu ödəmək şərti ilə ona əlavə olaraq 4 ay möhlət verilir. Bu
şərtlər yerinə yetirilmədiyi halda, ekspertizanın qərarı ləğv edilmiş sayılır və iddia sənədi geri
çağırılmış hesab edilir.
Bu Qanunun 9-cu maddəsinə uyğun verilən iddia sənədinin ekspertizası iddiaçının vəsatəti
əsasında və müəyyənləşdirilmiş dövlət rüsumları ödənilməklə 1 ay ərzində keçirilə bilər.
Maddə 15.
Dostları ilə paylaş: |