Ən müasir avadanlıqlarla təchiz olunan klinikada bəzi həkimlərin xəstələri müayinə üçün başqa klinikalara göndərməsi universitetimizin



Yüklə 11,36 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix01.01.2017
ölçüsü11,36 Mb.
1   2   3   4

НИЗАМИ  ЯЛЯКБЯР ОЬЛУ БАБАЙЕВ 

 Həqiqət Mustafa qızı Xudaverdiyeva

А

зярбайcан Тибб Университетинин əcзачылыг кимйасы 

кафедрасына аьыр итэи цз вермишдир. Кафедранын 

досенти Низами Ялякбяр оьлу Бабайев fевралın 5-də 

фаcияlи шякилдя дцнйасыны дяйишмишдир.

A

zərbaycan Tibb Universitetinin ictimai sağlamlıq 

və səhiyyənin təşkili  kafedrasına ağır itki üz 

vermişdir. Kafedranın dosenti, tibb elmləri namizədi 

Həqiqət Mustafa qızı Xudaverdiyeva fevralın 5-də 

faciəli şəkildə dünyasını dəyişmişdir.

Kitab rəfi

Təbabət tariximizin tərkib hissəsi olan 

əczaçılığın tarixi olduqca az işlənilmiş 

sahələrdən biridir. Halbuki, tarixin 

müxtəlif dönəmlərində olduğu kimi, 

müasir dövrdə də təbabəti əczaçılıqdan-

dərmanşünaslıqdan ayırmaq qeyri-

mümkündür. 

Azərbaycanın  zəngin  təbiəti,  bitki  florası 

qədimlərdən  imkan  vermişdir  ki,  təbiblərimiz 

paralel  olaraq  bu  sahəni  də  daim  diqqət 

mərkəzində  saxlasınlar.  Tarixdən  yax-

şı  məlumdur  ki,  eramızdan  əvvəl  65-ci  ildə 

məşhur  Roma  sərkərdəsi  Qney  Pompey 

Azərbaycanda  olarkən  onun  qoşununda  ya-

ralı  döyüşçülərə  yardım  etmək  üçün  təbiblər 

də  vardı.  Məmləkətimizin  dərman  bitkiləri 

ilə  zənginliyi  onların  diqqətini  cəlb  etməyə 

bilməzdi. Məhz bu səbəbdən də Roma impe-

ratoru  Alban  çarı  Oroyza  məktubla  müraciət 

edərək Roma təbiblərinin bu ərazidəki dərman 

bitkilərini  toplamasına  icazə  verməsini  xahiş 

etmişdi.  Bu  fakt  təsdiqləyir  ki,  məmləkətimiz 

dərman  bitkiləri  ilə  zəngin  olduğundan  xalqı-

mız həmin xammaldan müxtəlif məlhəmlər də 

hazırlamağı bacarırdı.

Əczaçılıq tariximizə dair faktları, məlumatları 

toplamaq,  tədqiq  etmək,  öyrənmək  baxımın-

dan bu günlərdə işıq üzü görmüş Azərbaycan 

Tibb  Universitetinin  professoru  Məhbubə 

Vəliyeva və baş müəllim Aida Bəndəliyevanın 

“Əczaçılığın tarixi” adlı dərs vəsaiti təqdir olun-

malıdır. Fikrimizcə, bu dərs vəsaitini mükəmməl 

tədqiqat əsəri də hesab etmək olar.

Müəlliflər əsərin müqəd di mə sində doğru ola-

raq qeyd edirlər ki, hazırda əczaçılıq elmində 

və  tibb  institutlarının  əczaçılıq  fakültələrində 

elm tarixinin tədrisinə kifayət qədər diqqət ye-

tirilmir.  İxtisas  üzrə  tədris  planında  əczaçılıq 

tarixi  üzrə  kurslar  mövcud  deyildir.  Oxşar 

vəziyyət əczaçılıq tarixi üzrə monoqrafiyaların, 

elmi  dərsliklərin  və  digər  materialların  nəşri 

sahəsində də yaranmışdir.

Bu fundamental dərslik 58 bölmədən ibarətdir 

ki,  onun  da  üçdə  bir  hissəsi  Azərbaycanın 

əczaçılıq  tarixini  əhatə  edir.  Kitabda  müxtəlif 

tarixi  dövrlərdə  təbabət  və  dərmanşünaslığın 

yaranması  və  inkişaf  mərhələləri  geniş 

təhlil  olunur.  İbtidai  icma  və  qədim  dövrə  aid 

məlumatların  dərslikdə  öz  əksini  tapması  bir 

daha  onu  göstərir  ki,  bəşər  övladı  yarandığı 

vaxtdan müxtəlif dövrlərdə qəbilələri, tayfaları, 

qədim  dövlətləri  bürüyən  kütləvi  xəstəliklərlə 

mübarizə  üçün  daima  müalicə  üsullarının, 

dərmanların axtarışında olmuşdur.

Müəlliflər  kitabda  Amerika,  Avropa  ölkə-

lərində  tarixin  müxtəlif  dövrlərində  təbabəti, 

dərmanşünaslığı  nəzərdən  keçirərkən  onlara 

qədim şərq təbabətinin güclü təsirini də haqlı 

olaraq diqqətə çatdırırlar. Qədim Misirdə, Me-

sapatomiyada, Çində, Tibetdə, Azərbaycanda, 

Orta  Asiya  xalqlarında  təbabətdə,  dərman-

şünaslıq  sahəsində  loğmanlar  elə  naliyyətlər 

əldə  etmişdilər  ki,  bu,  Avropa  təbiblərinin 

diqqətini çəkməyə bilməzdi.

Kitabın böyük maraq kəsb edən cəhət lərin-

dən  biri  də  budur  ki,  müəlliflər,  orta  əsrlərin 

təbabətində  və  dərmanşünaslığında  islamın 

rolu,  Qurani-Kərim  və  təbabət  kimi  məsələlər 

üzərində  xüsusi  dayanırlar.  Kitabda  yazılır: 

“Quran yalnız halal və haramı göstərən bir ki-

tab  deyildir.  O,  əxlaqı  dünya  və  axirətlə  bağlı 

məlumatları, Allah qorxusu və sevgisini, insan 

hüquqlarını,  qadının  cəmiyyətdəki  rolunu,  ri-

yazi  hesablamaları,  yerin  cazibə  qüvvəsini, 

kimyəvi elementləri, insanın ana bətnindəki rü-

şeym halından ta doğuluşuna qədərki inkişafı-

nı, tibb aləminə hələ məlum olmayan xərçəng, 

talassemiya,  QİÇS  və  s.  kimi  xəstəliklərin 

müalicəsini  özundə  əks  etdirən  bir  kitabdır”. 

Qurani-Kərimin  əvəzsiz  bir  dəyər  olduğunu 

qeyd edən müəlliflər daha sonra qeyd edirlər 

ki, “Sağlam bədəndə sağlam ruh olar” prinsi-

pi  Qurani-Kərimdə  öz  əksini  tapmışdır.  İslam 

inancında  şəfası  olmayan  bir  xəstəlik  yoxdur. 

Məhəmməd  peyğəmbər  (s.ə.s.)  belə  buyurur: 

“Uca Allah yaratdığı hər bir dərdin şəfasını da 

yaratmışdır”.  Qurani-Kərimə  söykənən  orta 

əsr  Şərq  təbibləri  zaman-zaman  məhz  bu 

şəfanın  yollarını  və  vasitələrini  axtarmışlar. 

Şərqin görkəmli təbib alimləri Sabir İbn-Kəyan, 

Zəkəriyyə  Əl  Razi,  İbn  Sina  və  digərlərinin 

təbabət və dərmanşünaslığa aid əsərlərindən 

Avropa alimləri uzun müddət bəhrələnmişlər.

Məhbubə xanım və Aida xanımın müştərək 

yazdıqları bu kitabda Azərbaycan əczaçılığının 

inkişafı tarixinə xüsusi yer ayrılmışdır. Müəlliflər 

doğru  olaraq  qeyd  edirlər  ki,  ölkəmizdə 

təbabətin  tarixi  çox-çox  qədimlərə  söykənir. 

Bu  da  məmləkətimizin  zəngin  təbiəti,  florası, 

dərman bitkilərinin çoxluğu ilə bağlı olmuşdur. 

İbtidai icma dövrünün müxtəlif mərhələlərində, 

xüsusən  də  qədim  dövrdə  arxeoloqları-

mız  təbabətlə  bağlı  dəyərli  məlumatlar  əldə 

edə  bilmişlər.  Atropatenada  və  Albaniya-

da  təbabətlə  və  dərmanşünaslıqla  bağlı 

məlumatlar  oxucuda  böyük  maraq  yaratmaya 

bilməz.

Kitabda  “Avesta”da  təbabətlə  bağlı  maraq-



lı  məlumatlara  da  toxunulur.  Bu  məlumatlar 

qədim  Azərbaycanda  təbabətin  qismən  də 

olsa  mənzərəsini  yarada  bilmişdir.  Təbiətdə 

əşyaların mənşəyi, həyatın mahiyyəti, sağlam-

lığı, xəstəlikdən qorunma, müxtəlif dərmanların 

hazırlanması  və  qəbulu  haqqında  ilkin  fəlsəfi 

düşüncələrə “Avesta”da çox rast gəlinir. Onun 

qədim  Hindistan,  Misir,  Yunanıstan,  ərəb 

təbabətinə  və  əczaçılığına  çox  böyük  təsirini 

müəlliflər  xatırladırlar.  Onlar  qeyd  edirlər  ki, 

dahi ərəb filosofu və həkimi İbn Rüşt təbabətlə, 

ümumən sağlamlıqla bağlı Avestadakı fikirlərə 

çox böyük əhəmiyyət vermişdir. O da təbiətin 

yaranmasını ilahi qüvvələrin qanunauyğunluq-

ları ilə izah edirdi və ruhu bədəndən ayırmırdı.

Müəlliflərin  qeyd  etdiyi  kimi,  Azərbaycanda 

təbabət,  dərmanşünaslığın  inkişafı  islam 

mədəniyyətinin geniş yayıldığı bir dövrə təsadüf 

edir.  Təsadüfi  deyil  ki,  dünya  mədəniyyətinin 

klassikləri  Xəqaninin,  Nizaminin,  Nəsiminin, 

Füzulinin  əsərlərində  müxtəlif  xəstəliklər,  on-

ların  müalicə  vasitələri,  dərman  bitkiləri,  mi-

nerallar  və  s.  haqqında  son  dərəcə  dəyərli 

məlumatlar  vardır.  Kitabda  Azərbaycanın 

məşhur  təbibləri,  onların  dərmanşünaslıqla 

bağlı dəyərli fikirləri də yer almışdır.

Məlumdur  ki,  əczaçılıq-dərmanşünaslıq 

Azər baycanda  keçmiş  sovet  dönəmində, 

xüsusən,  dövlət  müstəqilliyinin  bərpasından 

sonra daha da inkişaf etmişdir. Bununla bağ-

lı  dərslikdə  olduqca  dəyərli  məlumatlar  veri-

lir.  Müəlliflər  respublikamızda  ilk  dəfə  olaraq, 

tələbələrin, magistrantların, rezidentlərin, aspi-

rantların,  həkimlərin,  təbabət  tarixi  ilə  maraq-

lanan  oxucuların  böyük  marağına  səbəb  ola 

billəcək  “Əczaçılığın  tarixi”nə  həsr  olunmuş 

orjinal bir dərslik yazıb ərsəyə gətirmiş, bunun-

la onlar təbabət tariximizin yaddaşına yeni işıq 

sala bilmişlər.

Fəxrəddin MƏMMƏDov,

professor

Dəyərli əsər

u   



Dünya  Səhiyyə  Təşkilatı  avqust  ayında  iqlim  dəyişikliyi 

problemlərinə  və  bu  prosesin  əhalinin  sağlamlığına  təsirinə  dair 

birinci qlobal konfrans keçirəcəkdir.

Bu barədə məlumat təşkilatın məlumatında yer almışdır.

Konfransın avqustun 27-29-da Cenevrədə keçirilməsi planlaşdırılır. Onun iştirakçıları 

iqlim dəyişikliyinin nəticələrinin insanların sağlamlığına və səhiyyəyə təsirini müzakirə 

edəcək, habelə BMT-nin baş katibi Pan Gi Munun sentyabrın sonunda Nyu-Yorkda 

keçirəcəyi iqlim məsələlərinə dair zirvə görüşü üçün bu sektorun ümumi mövqeyini 

işləyib hazırlayacaqlar.

Dünya ölkələri liderlərinin iqlim dəyişikliyi probleminə dair zirvə görüşü 2014-cü il 

sentyabrın 23-də BMT Baş Məclisinin növbəti sessiyası çərçivəsində keçiriləcəkdir.

Gözlənildiyinə  görə,  zirvə  görüşünün  yekun  proqramının  hazırlanmasında  ölkə 

hökumətləri  ilə  yanaşı,  vətəndaş  cəmiyyətinin,  biznesin  və  beynəlxalq  təşkilatların 

nümayəndələri iştirak edəcəkdir.

Alimlər hesab edirlər ki, insan fəaliyyətinin doğurduğu qlobal iqlim dəyişikliklərinə, 

məsələn, təhlükəli yoluxucu xəstəliklərin yayılması arealının genişlənməsinə gətirib 

çıxara bilər. Yaranmış vəziyyətin Afrika və Cənub-Şərqi Asiya üçün nəticələri daha 

ağır ola bilər.



Dünya Səhiyyə Təşkilatı avqust ayında iqlim dəyişmələrinə 

və sağlamlığa dair konfrans keçirəcəkdir

http://www.amu.edu.az

15 fevral 2014-ъц ил

Stomatologiya fakültəsinin III kurs, 781

a

 qrup tələbəsi 



Məlikov İsmayıl Ramiz oğlunun adına verilmiş tələbə bileti  

itdiyi üçün etibarsız sayılır.

Tibbi biologiya fakültəsinin IV kurs, 925

a

 qrup tələbəsi 



Rəzzaqova Sevinc Şərafət qızının adına verilmiş tələbə bileti  

itdiyi üçün etibarsız sayılır.

Tibbi profilaktika fakültəsinin V kurs, 620-ci qrup tələbəsi 

Süleymanova Xədicə Atəş qızının adına verilmiş qiymət 

kitabçası itdiyi üçün etibarsız sayılır.

Áàø ðåäàêòîð

ÅËÄÀÐ ÈÑÌÀÉÛË

Ìüÿëëèôëÿðëÿ  ðåäàêñèéàíûí 

ìþâãåéè  üñò-üñòÿ äüøìÿéÿ áèëÿð.

ßëéàçìàëàð  ýåðè  ãàéòàðûëìûð.

Qəzet “Òÿáèá”  ãÿze òè íèí  

êîìïüòåð ìÿð êÿ zèíäÿ éûğûëûð, ñÿùè-

ôÿ ëÿíèð, “Áÿõòèéàð-4” ÈÊØ-äÿ ÷àï 

îëóíóð


.      

Ц Н В А Н Ы М Ы З:

Мярданов гардашлары - 100

2-ъи мяртябя,

тел.: 595-24-97

tabibqazeti@gmail.com

Ëèñåíçèéà Н - 022633

Èíäåêñ -0269

Ñàéû 4000

Ñèôàðèø: 127

-Bu xəstəxanada nə baş verdiyini mən qəti başa düşə bilmirəm,-

deyə  Karlson  gileylənir.  –Bura  gələndə  həkimlərin  biri  dedi  ki, 

məndə appendisitdir, o birisi isə inad etdi ki, öd kisəmdə daş var.

-Yaxşı, axırı nə oldu?

-Onlar püşk atıb mənim boğazımdan badamcıqları kəsdilər.

* * *

Həkimin yanına gəlmiş kinoaktrisa:



-Doktor, soyunum?-deyə soruşur.

-Lazım deyil, mən dünən elə sizin axırıncı filminizə baxmışam.

* * *

Həkim təəccüblə soruşur:



-Niyə belə qışqırırsınız, sizin dişinizə mən hələ heç toxunmamışam!

Xəstə deyir:

-Doğrudur,  dişimə  toxunmamısınız,  doktor,  amma  ayağımın 

qabığını çıxarıbsınız.

* * *

Cərrah yeni əməliyyat olunmuş xəstəyə:



-Sizi məyus etməli olacağam, tikişi açmalıyam...

-Niyə?


-Əməliyyat zamanı rezin əlcəklərim orada qalıb.

-Bu pulu götürün, gedin özünüzə təzə əlcək alın!

* * *

Narahat olan xəstə həkimin yanına gəlib soruşur:



-Doktor,  deyin  görək,  siz  əminmisinizmi  mən  sağalacağam? 

Eşitmişəm ki, bəzən həkimlər düzgün diaqnoz qoymurlar. Görürsən, 

xəstədə yatalaqdır, ancaq onlar onu sətəlcəm kimi müalicə edirlər, 

nəticədə isə xəstə ölür.

-Mənim  təcrübəmdə  belə  hadisələr  olmur.  Mən  xəstəni 

sətəlcəmdən müalicə edirəmsə, o elə sətəlcəmdən də ölür.

* * *

Yaşlı bir qadın həkimə deyir:



-Tibb  elmi  necə  də  inkişaf  etmişdir.  Mən  cavanlıqda  həmişə 

soyunmalı olurdum, indi isə dilimi göstərirəm, kifayət edir.

* * *

-Doktor, mən burnumla nəfəs ala bilmirəm.



-Onda ağzınızla nəfəs alın.

-Çox sağ olun. Nə qədər verməliyəm?

-On kron.

Hazırladı : Röya KƏLBİQIZI

T

ibet həkimlərinin tövsiyələri Qərbli 



həmkarlarının  rəyləri  ilə  həmişə 

üst-üstə  düşmür.  Onların  məsləhət 

gördükləri  qidalanma  qaydaları 

hətta  bir  çox  hallarda  ənənəvi  tibb 

qaydaları ilə təzad təşkil edir. Ancaq 

bununla  belə,  Avropa  ölkələrinin 

sakinləri tez-tez Şərq təbabətinə üz 

tuturlar.

Tibet 

həkimlərinin 



fikrincə, 

qidalanma  insan  sağlamlığında  əsas  şərtdir  və  bunun  üçün  ilk 

növbədə  ərzaq  məhsullarının  keyfiyyətinə  fikir  verilməlidir.  Çünki 

hazırda istifadə olunan ərzaq məsullarının çoxunda kimyəvi qatqılar 

vardır. Heyvan və quşlardan alınan antibiotiklər isə insan bədəninə 

ət,  yumurta  və  süd  məhsulları  ilə  birgə  daxil  olur.  Eyni  zamanda, 

bitki  mənşəli  məhsullar  vasitəsilə  orqanizm  nitratlar  və  fosfatlar 

alır. Tədricən bu kimyəvi əlavələr insanda həzm sistemini pozur və 

artıq çəki yaradır, immuniteti zəiflədir. Ona görə də insanlar kimyəvi 

qatqılar olmayan təbii ərzaq işlətməlidirlər. Korlanmış qidalar, eləcə 

də yetişməmiş meyvə və tərəvəz yeməməyə isə bir qayda kimi daim 

əməl etmək çox vacibdir.

“İnsan mədəsində dörd “cib” vardır. İdeal halda onlardan ikisi qida 

ilə  dolu  olmalıdır.  Biri  maye  üçün,  o  biri  isə  qida  həzmi  üçün  boş 

qalmalıdır. Bu nisbət daim gözlənilsə, sağlamlıq da olacaqdır”, - Tibet 

həkimləri bildirirlər. 

Tibet həkimlərinin qənaəti budur ki, orqanizmin bioloji ritmlərinə uyğun 

olaraq  qəbul  edilən  qidalar  vaxta  və  mövsümə  uyğun  seçilməlidir. 

Bununla yanaşı, yemək zamanı norma da gözlənilməlidir. Şəkərdən 

sui-istifadə  virus  infeksiyaları  və  qrip  yaradır.  Spirtli  içkilərdən  sui-

istifadə isə mədədə yara və xərçəng əmələ gətirir.

   

“Microsoft”  korporasiyasının  tədqiqat  bölməsi  İsveçrənin  iki  təhsil 

müəssisəsi  ilə  uçan  robotların  yaradılması  layihəsi  də  daxil  olmaqla,  bir 

sıra  istiqamətlər  üzrə  elmi  layihələrin  həyata  keçirilməsi  məqsədilə  saziş 

imzalamışdır.  Robotları  əl  hərəkətləri  və  toxunuşla  idarə  etmək  mümkün 

olacaqdır.

“Robohub”  resursunun  məlumatına  görə,  proqram  istehsalçısı  5  ilə 

ərzində  Sürix  Ali  Texniki  Məktəbinin  (ETH  Zurich)  və  Lozanna  Politexnik 

Məktəbinin (EPFL) alimləri tərəfindən elmi tədqiqat işlərinin aparılmasına 5 

milyon İsveçrə frankı (5,5 milyon dollar) ayırmağa razılıq vermişdir.

Müzakirə  olunan  27  layihədən  seçilən  7  layihənin  həyata  keçirilməsi 

üzərində “ETH Zurich” və “EPFL” alimləri “Microsoft Research” əməkdaşları 

ilə birlikdə çalışacaqlar.

Uçan robotların yaradılması üzrə layihəyə “Microsoft Research”in dosenti 

Otmar Hilliqs və doktor Şahram İzadinin cəlb edildiyi bildirilir. İlkin nəticələrə 

yaxın iki ildə nail olunacağı gözlənilir.

“Microsoft  Research”  alimləri  ilk  dəfə  deyil  ki,  belə  maraqlı  layihələrlə 

məşğul olduqlarını bildirmişlər. Onlar bu yaxınlarda on insanı tələb olunan 

mərtəbəyə  düyməni  basmadan  çatdıra  bilən  “ağıllı”  liftin  yaradılmasını 

bildirmişlər. Qurğunun işi bir sıra meyarlara, o cümlədən insanın davranış 

və  vərdişləri,  iş  qrafiki  ilə  bağlı  nəticə  çıxarmağa  imkan  verən  xüsusi 

alqoritmdən istifadəyə əsaslanır.



Bir  qrup  astronom  ən  qədim  və  uzaq 

qalaktika aşkar etmişdir. Alimlər “Abel2744_

vl” adını verdikləri qalaktikanın yaşının 13,8 

milyard il olduğunu bildirirlər.

Qalaktika yeni “Hubble” kosmik teleskop 

layihəsinin sınağı zamanı aşkar edilmişdir.

Astronomlar  yeni  teleskopun  Günəşdə 

baş vermiş böyük partlayışdan sonrakı 300 

milyon ilə qədər mövcud olan qalaktikaları 

müşahidə  etməyə  imkan  verəcəyinə  ümid 

etdiklərini bildirmişlər.

u   



Fevral  14-ü  dünyada 

kompyuter  sahəsində  fə-

aliy  yət  göstərən  mütə xəs-

sislərin peşə bay ramı günü 

kimi qeyd olunur. 

Hesablama  resurslarının  gücü 

və  məhsuldarlığı  kifayət  qədər  ol-

madığından  1943-cü  ilin  əv vəl-

lə rində  kibernetiklər  yeni  hesablama  qurğusunun  konsepsiyasını–

“ENIAC I” (Electrical Numerical Integrator And Calculator) kompyuterini 

hazırlamışdılar. Məhz 1946-cı ilin 14 fevral tarixində elm dünyasına ilk 

“ENIAC”  elektron  kompyuteri  nümayiş  etdirilmişdir.  Beləliklə,  fevralın 

14-ü dünyada kompyuter sahəsində fəaliyyət göstərən mütəxəssislərin 

qeyri-rəsmi peşə bayramı kimi tarixə düşmüşdür.

Əvvəlki  kompyuterlər  yalnız  prototiplər  və  eksperimental  variantlar 

idisə,  “ENIAC”  praktiki  olaraq  ilk  real  işləyən  kompyuter  olmuşdur. 

Bu  hesablama  maşınının  hazırlanması  Amerika  ordusu  tərəfindən 

maliyyələşdirilmişdir. 1955-ci il oktyabrın 2-də “ENIAC I” kompyuteri 23 

saat 45 dəqiqə işlədikdən sonra fəaliyyəti dayandırılmışdır.

uBu günlərdə redaksiyamıza xoş bir 



xəbər daxil olmuşdur.

Uzun  müddət  qəzetimizlə  yaxından 

əməkdaşlıq  etmiş,  vaxtilə  universiteti-

mizin  fiziologiya  kafedrasında    dosent 

vəzifəsində  çalışmış,  hazırda  təqaüddə 

olan  tanınmış  alim,  istedadlı  qələm 

ustası  Nijad  Mikayılzadə  mətbuatda 

səmərəli  fəaliyyətinə,  yaradıcılıq  uğur-

larına görə Azərbaycan Kütləvi İnforma-

siya  Vasitələri  İşçiləri  Həmkarlar  İttifaqı 

Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” 

media mükafatı laureatı diplomuna layiq 



görülüb. 

Bu  münasibətlə  qocaman  alim, 

dəyərli  qələm  dostumuz  Ni-

jad  Mikayılzadəni  qəzetimizin 

əməkdaşları və   oxucaları adından 

təbrik  edirik.

Həkim təbəssümləri

Tibet həkimləri sağlamlıq üçün 

düzgün qidalanmağı vacib 

sayırlar

«Microsoft» uçan robotların yaradılmasına 5,5 

milyon dollar ayırır

Astronomlar ən 

qədim və uzaq 

qalaktika aşkar 

etmişlər

Kompyuter sahəsində fəaliyyət göstərən 

mütəxəssislərin peşə bayramı qeyd olunub

NİJAD MİKAYILZADƏ  

“Qızıl qələm” diplomu 

ilə təltif edildi

Gündən-günə inkişaf edən ATU-nun

Tədris  Cərrahiyyə Klinikasının bir görünüşü

Kataloq: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib

Yüklə 11,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə